209
Qalbida agar ishq o'ti yonmas ekan,
Hechkim bu hayot zavqiga qonmas ekan.
Ne ranju balolarga duchor bo'lsa ham,
Chin inson o'z ishqidan tonmas ekan.
Bir millətin varlığı, kimliyi, keçdiyi şərəfli tarixi yolu digər mənəvi dəyərlərlə
yanaşı, həm də onun ana dilinin saflığında, duruluğunda və çoxçalarlığında ehtiva
olunur.
Həbib Sədulla geniş məzmunlu yaradıcılığında insanları xeyirxahlığa,
doğruçuluğa, humanizmə qarşı yönləndirməyə calışmış, oxucusunu bu ruhda
tərbiyə
etmişdir. Gənclik ömrün ən qiymətli çağıdır. Bu dövrü
qiymətləndirməyənlər, dəyərləndirməyənlər ömrü boyu peşimançılıq çəkəcəklər.
Ömrün bu çağından səmərəli istifadə etməyə çağırırdı. Belə bir məsəl var: “Yazda
əkərsən, qışda biçərsən” – yaz fəsli gənclikdir, qış fəsli qocalıq. Mənasız ömür
sükansız gəmiyə bənzəyir, külək hansı səmtə istiqamətləndirirsə,
gəmi də o
istiqamətə yan alacaqdır.
Həbib Sədullahəmişə təlim və tərbiyəni vəhdət halında götürürdü. Müəllif
bununla gəncliyi – ömrünün ən qiymətli çağını boş, mənasız keçirən elmlə
maraqlanmayan, ancaq şöhrət məqsədi güdən tüfeyli gəncləri şiddətli tənqid
atəşinə tuturdu. O, bu mövzuda yazdığı hekayələrdə köhnə,
çürük təlim-tərbiyə
üsullarını tənqid edir, gənc nəslin mütərəqqi üsullar əsasında tərbiyələndirilməsinə
çağırır, onların bu ruhda böyüməsinə mədəni vərdişlərin, müsbət əxlaq normaların
daha da genişlənməsinə çalışırdı.
Urush ko'rmadimu
Urushning dog'in –
Kattalar qatori ko'rdim, birodar!
Otam qattol jangda jon bergan chog'in
Eslayman mudhish tush kabi har sahar.
Ha, janglarda o'lgan askar o'g'liman,
Qasamday saqlayman askar odatin.
Askarman!
Otamday qalbi cho'g'liman,
Askarlik – otamga chin sadoqatim.
Ko'rib qo'llarimda qilich va qalam
Aslo ajablanma, bu udum meros.
Bobur naslidanman.
Taniydi olam,
Janggohda she'r bitmoq o'zbeklarga xos.
210
Şeirdə özbək əsgərinin qəhrəmanlığına, məğlubedilməzliyinə böyük ümidlər
bəsləyən, onun gücünə, qüdrətinə güvənən xalqının məğrur və təəssübkeş
ziyalısının qəlbində əbədi və əzəli torpaqlarımızın azad olunacağına dərin inamı
ifadə olunmuşdur: Şairin çoxşaxəli yaradıcılığında Vətənin bütün gözəllikləri
Özbəkistanın ekvivalenti anlamını ifadə edən
müqəddəs bir məkan kimi
simvollaşdırılır. Onun vətən sevgisi bitib-tükənməyən, sonsuzluğa qədər davam
edən ən ali, ülvi hisslərin məcmusuna çevrilir.
Ümumilikdə, Həbib Sədullanın şeir yaradıcılığına nəzər saldıqda aydın
görünür ki, onun lirik qəhrəmanı zamanın, günümüzün, hisslərimizin ən ağır və
dərdli məzmununu özündə əks etdirir.
Həbib Sədullanın şeirlərində onun mənsub olduğu nəslin təəssüratları,
münasibəti öz əksini tapıb. Yerli teatrında Həbib Sədullanın “Yusuf və Züleyxa”
(1975), “Mehr günəşi” (1985) dramlarıtamaşaya qoyulmuşdur.
Qalbida agar ishq o‘ti yonmas ekan,
Hechkim bu hayot zavqiga qonmas ekan.
Ne ranju balolarga duchor bo‘lsa ham,
Chin inson o‘z ishqidan tonmas ekan.
Həbib Sədulla əsərlərində irəli sürdüyü ideyanı, elmi yenilikləri,
həyat
hadisələrini elə maraqla, elə real şəkildə ifadə edir ki, hər bir oxucu həmin
məsələləri aydın dərk edir, düşünür. Şairin yaradıcılığı oxucuların yaddaşında
əxlaqi keyfiyyətlərlə yadda qalır. Bu keyfiyyətləri oxuculara çatdırmaq üçün
həmişə mənfi və müsbət keyfiyyətləri yaxşılıq-pislik, sadəlik-təkəbbürlük,
təvazökarlıq-loğvalıq, xeyirxahlıq-bədxahlıq, tənbəllik-işgüzarlıq
xüsusiyyətləri
bir-birilə qarşılaşdırılır. Bunların hansının yaxşı keyfiyyət və hansının pis sifət
olduğunu oxucularına ədəbi, lirik faktlarla izah edirdi. Bu da əsərdə irəli sürülən
tərbiyəvi ideyanın şüurlu surətdə mənimsənilməsini təmin etməklə oxucularda
təşəbbüskarlığı və fikir fəallığını yüksəldir:
Qolsa derdim o'rtamizda zora gap,
Bo'ldi-ku el ichra, yor, oshkora gap.
Bilmayin bir kun dahandan chikdi-yu,
Har qulokda yangradi nog'ora - gap.
Bitta nozik gap edi ul aslida,
Har ogizda shishdi-ku, bechora gap.
Sizni oppoq ayladi yurt ichrakim,
Bizni qilmish, voajab, qop-qora gap.
Həbib Sədulla zəngin ədəbi irsi şeir, poema, pyes, roman və hekayələri mövzu
və məzmunu ilə aktualdır.
211
Həbib Sədulla özbək ədəbiyyatının inkişafındakı
səmərəli xidmətlərinə görə
“Özbəkistanın əməkdar mədəniyyət işçisi”, “Özbəkistanın xalq şairi” fəxri adları
və “El-yurt hörməti” ordeni ilə təltif edilmişdir.
Xülasə
Sənət aləmində müxtəlif yollar var. Bu yollar sonralar insanın ömür yollarına
çevrilir. Bu baxımdan hər kəsin öz yolu, öz istiqaməti var. Həbib Sədulla açılmış
cığırla yox, öz açdığı yolla irəliləmiş, tapdalanmış ləpirlərin üstündən keçməyib,
doğru yolu tutub getmişdir. Bax bu yolu tapmaq üçün isə xalq ilə bir olub, xalqa
arxalanan şair, xalqın şairi kimi tanınmışdır. XX əsr özbək xalqının ədəbiyyatının
inkişafında xüsusi xidmətləri olan Həbib Sədulla özbək ədəbiyyatını həm məzmun,
həm də janrca zənginləşdirmiş görkəmli şair, dramaturqdur. Həbib Sədulla həm də
yüksək pedaqoji ustalığa malik bir şəxsiyətdir. Onun yaradıcılığı mövzu baxımdan
müxtəlif olsa da, onlar öz məzmunu etibarilə vahiddir, tərbiyəvi əhəmiyyətinə görə
məqsədi aydındır. Məqalədə Həbib Sədullanın yaradıcılıq yolu işıqlandırılmışdır.
Dostları ilə paylaş: