348
Yuxarıda
qeyd etdiyimiz nümunə, “ləffü nəşr”in qaydalarına
əsasən bu
şəkildə olmalı idi:
Leyli
Məcnun
Əsirü-dərdi-eşq
Məsti-cami-hüsn
Çünki ləff – bükmək, nəşr isə açmaq deməkdir.
Leyli və Məcnun obrazları, onlara xas fərdi və səciyyəvi yönlər – “əsirü-dərdü
eşq” və “məsti-cami-hüsn” ifadələri ilə növbəti misrada açıqlamasını
tapmaqla,
ümumi məzmuna bütövlük gətirmiş olur.
Yuxarıda, Füzuli yaradıcılığından gətirdiyimiz nümunələrdə isə hər iki obrazı
– Leyli və Məcnunu səciyyələndirən bəlli ifadələr əvvəl (yəni nəşr), bu yönləri
özündə cəmləşdirmiş obrazlar isə ikinci yerdə (yəni ləff) işlədilir. Deməli,
Füzulidən nümunə gətirdiyimiz beyt “ləffü nəşr” deyil, “nəşrü ləff”in “murattab”
(nizamlı) növüdür. Bu da Füzulinin ərəb-müsəlman ədəbiyyatına
fərqli və
özünəməxsus qatqılarından biridir.
Bu beytin poetik özəlliyi bir də ondan ibarətdir ki, hər iki obrazın səciyyəvi
xüsusiyyətləri ikinci misrada “ləffü nəşr” düzəni üstündə cəmləşməklə yanaşı,
mən
və
sən
əvəzlikləri ilə daha qabarıq nəzərə çatdırılmaq üçün təfriqləndirilir: [4, s.40]
Əsiri-dərdi-eşqü
Məsti-cami-hüsn
Leyli (nəşrü-ləff)
Məcnun (nəşrü-ləff)
Leyli sənə (təfriq)
Məcnun
mana (təfriq)
Mənbələrdə Füzuli yaradıcılığı “İlhamını qəlbindən alan Füzuli öz dühasının
işığı ilə irşadlanaraq sələflərinin ayaq basmadığı və xələflərinin tapa
bilmədiyi yeni
bir cığır açmışdır”, [3, s.23] – kimi dəyərləndirilir.
Bu cığırın cığırcıqlarından biri də füzulisayağı poetik formalardır, Füzulinin
ümummüsəlman nəzəri sisteminə fərqli və fərdi töhfələridir.
ƏDƏBİYYAT
1.
Akademik Vasim Məmmədəliyev. Klassik poetikaya aid dəyərli araşdırma.
Mahirə Həmid qızı Quliyevanın “Klassik
Şərq bəlağəti və Azərbaycan
ədəbiyyatı” kitabına ön söz. Bakı, “Ozan”, 1999.
2.
Araz Dadaşzadə. XVIII əsr Azərbaycan lirikası. Məqalələr. Bakı, “Təhsil”,
2017.
349
3.
Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Azərbaycan SSR Elmlər Akademiyası
nəşriyyatı, 1960.
4.
Mahirə Quliyeva. Füzuli zirvəsi və Vaqif başlanğıcı. Bakı, “Elm və təhsil”,
2021.
5.
Məhəmməd Füzuli. Əsərləri. Altı cilddə, I cild. Bakı, “Şərq-Qərb”, 2005.
6.
Mir Cəlal. Füzuli sənətkarlığı. Bakı, 1958.
7.
Prof.Dr. Ali Nihad Tarlan. Füzuli Divanının şərhi. Ankara, 2005.
8.
Rafiq Yusifoğlu. Ədəbi-nəzəri fikrin inkişaf mərhələləri. Bakı, “Elm və
təhsil”, 2016.
Dostları ilə paylaş: