Tili, adabiyoti va folklori instituti, alisher navoiy nomidagi davlat adabiyot muzeyi, urganch davlat universiteti



Yüklə 7,91 Mb.
Pdf görüntüsü
səhifə156/431
tarix15.09.2023
ölçüsü7,91 Mb.
#143696
1   ...   152   153   154   155   156   157   158   159   ...   431
Anjuman Boku (6)

Ədəbiyyat 
1. Хялил Рза. Доьмалыг. Бакы: “Азярняшр”, 1977 
2. Я.Ясэярли. «Сырдярйада эцлян шаир талейи». «Азярбайъан» гязети, 7 
нойабр 2003 
3. Xəlil Rza Ulutürk. Məqsud Şeyxzadə və “Azərbaycan dəftəri”. Bakı: 
“Apostroff”, 2014 
4. Хялил Рза. Гардашлыг чялянэи. Бакы: “Маариф”, 1982 
5. Хялил Рза. Дцнйайа пянъяря. Бакы: “Маариф”, 1984 
6. Хялил Рза Улутцрк. Туран чялянэи. Бакы: “Елм”, 1993 
7. «М.Шейхзадянин бядии йарадыъылыьы вя Азярбайъан-юзбяк ядяби 
ялагяляринин
актуал проблемляри» (dissertasiya), 1985 
8. Хялил Рза. Мягсуд Шейхзадя. Бакы: “Елм”, 1978 
9. Хялил Рза. Мягсуд Шейхзадянин бядии йарадыъылыьы. Бакы: “Елм”, 
1980 
10. Хялил Рза Улутцрк. Туран чялянэи. Бакы: “Чинар-Чап”, 2005 


345 
KLASSİK SÖZ SƏNƏTİ VƏ NƏZƏRİ ƏSASLARI 
 
Mahirə QULİYEVA 
Filologiya elmləri doktoru 
AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu. Azərbaycan. 
E-mail: erken.yenidovr@bk.ru 
(Azərbaycan) 
 
XÜLASƏ 
Açar sözlər:
ərəb-müsəlman ədəbiyyatı, nəzəri sistem, poetika, ədəbi proses, 
ədəbiyyatşünaslıq 
Məqalədə Azərbaycan ədəbiyyatşünaslığının tarixi ədəbi-nəzəri köklərinin 
müsəlman Şərq xalqlarının yaratdığı zəngin qaynaqlar əsasında öyrənilməsinin 
zəruriliyindən bəhs edilir. Və təəssüf hissi ilə ədəbiyyatşünaslıq, ədəbi tənqid və 
poetikanın, ədəbi proseslə bağlı nəzəri məsələlərin tarixi qaynaqlar üzrə 
araşdırılmasının ədəbiyyatın özü ilə müqayisədə geri qaldığı qeyd olunur. Avropa 
ədəbiyyatşünaslıq terminologiyası ilə orta yüzilliklər Azərbaycan ədəbiyyatının 
incələnməsinin mümkünsüzlüyü vurğulanır. Azərbaycan klassik ədəbiyyatında bu 
dönəm ədəbiyyatından bəhrələnmə ilə yanaşı Füzuli kimi şairlərin milli 
ədəbiyyatın incəlikləri bucağından ərəb-müsəlman ədəbiyyatına töhfələri elm 
müstəvisinə çıxarılır. 
Klassik ədəbiyyatın, ümumiyyətlə hör dönəm ədəbiyyatının ölçü vahidi 
sözdür. Təsadüfi deyil ki, klassik ədəbiyyatımızın ən zəngin, şedevr əsərləri sözə 
verilən dəyərlə başlayır. Yaranışın özü belə bir müqəddəs [kun] sözə bağlıdır. Dahi 
Nizami Gəncəvinin ilk böyük əsəri olan “Sirlər xəzinəsi”, əsərin qayəsi, sözün 
dəyəri baxımından Azərbaycan xalqının mədəni-ədəbi xəzinəsidir, – yazır 
R.Yusifoğlu: 
Sordu: Köhnə qızılmı, təzə sözmü yaxşıdır? 
Söz sərrafı söylədi – Söz dünyanın naxşıdır... [8, s.51]
Ədəbiyyatın hər dönəminə xas olan sözün qaynaqlandığı bədii təfəkkür və 
ədəbi nəzəri əsasları, ümumi baxışlar sistemi mövcuddur. Buna görə də 
ədəbiyyatın müxtəlif tarixi kəsiminə aid olan sözün, sözün geniş mənasında bədii 
yaradıcılıq və təfəkkür, bədii-estetik təxəyyül, forma və məzmun baxımından 
təşəkkülünü araşdırmalı, bədii dilin üslubi gözəlliklərini, məna incəliklərini, bədii 
məzmun qayə və emosional-estetik təsir gücünü məxəzləndiyi poetik nəzəri sistem 
əsasında dəyərləndirməliyik. 


346 
Ədəbiyyatşünaslığın önəmli qollarından olan poetika sözün bədii dəyəri, 
ədəbi əsərin poetik üslubu, təxəyyül qüdrəti, özəllikləri və gözəllikləri 
aşkarlamaqla yanaşı, ayrı-ayrı xalqların və mədəniyyətlərin sistemləri arasındakı 
ən böyük fərqləri də üzə çıxarır. Müxtəlif mədəniyyətlərə xas olan poetik 
kateqoriyalar, bədii obrazlar və vasitələr arasında tək-tək yaxın və oxşar cəhətlər 
olsa da, onlar həm şəkil və növ, həm də məna incəlikləri baxımından fərqlənirlər. 
Orta çağ Azərbaycan ədəbiyyatını Şərq poetikasının prinsiplərinə uyğun şəkildə 
öyrənmək məsələsi bu baxımdan aktual olaraq qalır. Bu, ilk növbədə klassik 
ədəbiyyatın quruluş və məzmununun olduğu kimi anlaşılmasına, ədəbi-estetik 
dəyərlərin doğru-dolğun qiymətləndirilməsinə imkan yaradır. Klassik poetika 
sistemi (Söhbət ayrı-ayrı zamanlarda və müxtəlif tədqiqatçılar tərəfindən istifadə 
edilən bədiiyyatdan – bədii ifadə vasitələrindən deyil, ümumi Şərq bəlağət 
nəzəriyyəsinin bədiiyyat elmindən gedir) öyrənilmədən Avropa ədəbiyyatşünaslıq 
terminologiyası ilə orta yüzilliklər Azərbaycan ədəbiyyatını incələmək və onun 
özünəməxsus gözəlliklərini görmək mümkün deyil. Zəngin və çeşidli 
məzmunlardan qaynaqlanmış klassik şairlərin yaradıcılığı çoxcəhətli, rəngarəng və 
əhatəli olmuş, onlar klassik poetika və bəlağət incəliklərini dərindən mənimsəmiş, 
bu xəzinənin dəyərli və qiymətli gövhərləri ilə söz sənətini ən yüksək zirvəyə 
çatdırmışlar. Məhz bu baxımdan orta əsr sənətkarlarının söz sənətini 
dəyərləndirmək üçün ilkin nəzəri qaynaqlardan çıxış etmək lazımdır. 
Müsəlman Şərq xalqlarının zənginliyinə bələd olan rus və Avropa 
şərqşünasları belə, bu əsərlərin öz nəzəri təlimləri əsasında öyrənilməsini dəfələrlə 
vurğulamışlar. 
Çox təəssüflər olsun ki, pərakəndəlik bu gün də davam etməkdədir. Bu haqda 
akademik Vasim Məmmədəliyevin fikri nəzərimizi cəlb etdi: “Klassik 
ədəbiyyatımızın öyrənilməsində ayrı-ayrı sənətkarların, şair və yazıçıların həyat və 
yaradıcılığının tənqidinə daha geniş yer verilmiş, çoxsaylı əsərlər yazılmış, 
monoqrafiyalar çap edilmişdir. Təəssüflər olsun ki, ədəbiyyatşünaslıq, ədəbi tənqid 
və poetikanın başqa sözlə desək, ədəbi proseslə bağlı nəzəri məsələlərin tarixi 
qaynaqlar üzrə araşdırılması ədəbiyyatın özü ilə müqayisədə geri qalır...” [1, s.4] 
Müsəlman Şərq mədəniyyətində sözün və söz sənətinin xüsusi yeri vardır və 
bəşər tarixində türk, fars və ərəbdilli ədəbiyyata istər ideya-məzmun dərinliyi, 
istərsə də söz-üzlub gözəlliyi baxımından alternativ yoxdur. Bu zəngin söz 
xəzinəsinin iki əsas qaynağı vardır: 
1. Yerli folklor və bədii dil-üslub ənənələri; 
2. İslam mədəniyyəti və özəlliklə Qurani-Kərimin bəlağət möcüzəsi. 
Şərqdə klassik ədəbi irsin söz-məna incəliyi, bənzərsiz poetik düzəni, bu 
düzənin qəliblənmiş nizamlı kateqoriyaları ilk növbədə dünya mədəniyyətinin 
möhtəşəm söz abidəsi – Qurandan qaynaqlanır. Müsəlman xalqları məhz Quranın 


347 
söz-məna gözəlliyi və kamilliyindən doğan möcüzə müqabilində öz ədəbi 
yaradıcılığını cilalamışlar. Qurani-Kərim bədii söz sənəti üçün örnək olaraq XX 
əsrin əvvəllərinədək öz təsirini davam etdirmişdir. 
Beləliklə, ərəb-müsəlman, o cümlədən Azərbaycan xalqının yaratmış 
olduqları müştərək ədəbiyyatın məxəzində, əsasən, Quran sözü, ifadə, ayə, surə, 
motiv, qissə və hekayələr, eyni zamanda bu möhtəşəm kitabın üslub və 
təkrarolunmaz poetik xüsusiyyətləri durur. 
İslamdan öncə türkdilli poetikanın zəngin milli ənənələri olub. İslamdan 
sonrakı dövrdə yerli dil-üslub və milli ədəbiyyatımıza söykənən poetikamız eyni 
zamanda ərəb-müsəlman poetikasının ümumi prinsip və qanunlarından 
faydalanmış, həmin poetikanı bir növ doğmalaşdırmışdır. Tədricən əski poetika ilə 
yeni poetik düzüm arasında elə bir ahəngdar peyvənd yaranmışdır ki, müştərək 
dayaqlar üzərində formalaşan və təkmilləşən orta çağlar poetika sistemində yad 
elementlər axtarmağa ehtiyac qalmamışdır. Başqa bir tərəfdən ərəb-müsəlman 
poetikasının qanunlarını dərindən mənimsəyən Azərbaycan sənətkarları öz 
yaradıcılığı ilə həmin poetikanı daha da zənginləşdirdilər. Ərəb-müsəlman 
mədəniyyətindən bəhrələnmə ilə yanaşı, türk xalqlarının bu mədəniyyətə özəl 
qatqısı olub. Türk dünyasının sevilən şairi Füzuli yaradıcılığı söylədiklərimizə ən 
bariz nümunədir. Çünki “Füzuli lirikasının sənətkarlıq, texnika və bədii 
xüsusiyyətlərinin öyrənilməsi və izahı, demək olar ki, bütün klassik şeirimizin 
bədii sanbalının təyini məsələsidir. Şərq poetikasında elə forma, üsul, janr, qayda 
yoxdur ki, Füzuli ona toxunmamış, onun parlaq nümunəsini yaratmamış, öz 
münasibətini bildirməmiş olsun...” [6, s.143] 
30-cu illərin sonu, 40-cı illərdə ardıcıl, sistemli Azərbaycan ədəbiyyatının 
tarixi strukturunun müəyyənləşməsi Füzuli kimi dühaların ərəb-müsəlman 
ədəbiyyatına milli ədəbiyyatın incəliklərindən irəli gələn töhfələrinin də 
qatqılamasına imkan yaratdı: “Farsdilli ədəbi yaradıcılıq elə bir bünövrə oldu ki
onun üzərində tədriclə bir neçə Yaxın və Orta Şərq xalqlarının yazılı ədəbiyyatının 
öz dünyası yetişdi. ...XIV əsrdə türk və Azərbaycan, XV – özbək, XVI isə tacik 
ədəbiyyatlarının mövcudluğu faktı əyaniləşdi” [2, s.29]. 
XIV əsrdə formalaşmış anadilli ədəbiyyatın ümummüsəlman mədəniyyət və 
ədəbiyyatına milliləşmə civarında olan fərqli qatqısının bir neçə nümunəsi üzərində 
dayanaq: 

Yüklə 7,91 Mb.

Dostları ilə paylaş:
1   ...   152   153   154   155   156   157   158   159   ...   431




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin