Çıxışlıq hal: Dartaram həsrət bilə bağrımdın odlu ahlar
(Kişvəri); Ey xoş ol aşiqi-şeyda, bu fəna dünyadə Eşq
sevdasidin özgə sərü saman bilməz (Əmani); Taş dələr ahim
oxu şəhdi-ləbüŋ şövqindən (Füzuli);
Məlum hal şəkilçilərinin forması ilə müxtəlif morfoloji
mənalar bildirilir. Yönlük yerlik məqamında: Köŋlüm yar
yoluna yanasıdır (Q.Bürh.); Bu ağzıma gər olaydı yüz dil,
Bular sifətiŋ sözün deyəydi (Xətai). Yerlik yönlük
məzmununda: Aydın sorayım, nə kişidir bu Kim, munda aqilli
kimsə gəlməz (Xətai). Qılmın mana ev hekayətin çoq—Dəxi
mənim anda getməgim yoq (Füzuli).
Əmr formasının I şəxsində -ım; -ayım, -ayın /tək/, -alım, -
avuz, -aq /cəm/: Gəlin barı bu gün söhbət qılalım, Məani
kanının dürrün bulalım; Ol ucdan mənzilə irəməyəvüz,
Ögümüz, usumuz dərəməyəvüz; Əlin öpüb anınla görüşəyim
(«Dastani-Əhməd Hərami»).
Gələcək zaman şəkilçisi -acaq, -isər, -ası: Zülfü ömrüm-
dürür şükür həqqə kim, Gəlincə gedər dəxi uzanasıdır
155
(Q.Bürhanəddin), Qopasıdır qiyamət güni, ol gün; Qaçan
tutan olisər axirətdə ol həqqə (Nəsimi); Çıxacaqdır fələğə
naləvü zarum bu gecə (Füzuli); Dəxi xansı mərd mərdanə
meydana
qədəm
basacaqdur
(«Şühədanamə»);
şəxs
şəkilçilərində -əm /m/ və mən: Ta dikən tolamayınca bağçadə
Bən anı balta ilə qırmamışmən; Qalmışam mən xəstəvü bixab,
dili-bimar gəz (Kişvəri); Mahimi gördim ki, yüzindən niqab
almış gedər (Xətai).
Belə paralelliyə başqa morfoloji kateqoriyaların da göstə-
ricilərində rast gəlmək olur və ümumiyyətlə, bu vəziyyət
mərhələ üçün kütləvidir. Ədəbi dil üçün səciyyəvi olan
variantlılıq bu paralellərin timsalında aydın görünür.
Paralellik müxtəlif şərtlərlə bağlıdır. Aydın olur ki, faktların
müəyyən qismi canlı Azərbaycan dilinə məxsusdur. XIII-XVI
yüzilliklərdə yaşayan, danışan azərbaycanlıların nitqidir. Bir
qismi isə ancaq ədəbi səviyyədə işlənir. Belə faktlar
formalaşmış başqa türkcələrdən, xüsusilə qeyri-oğuz mənşəli
Türküstan türkcələrindən alınmalarla bağlıdır. Canlı yerli
ünsiyyət dilindən kənara çıxmalar, başqa türkcələrə müraciət
hansı vaxtlarda baş verir? 1. Xüsusilə ilk misaldan göründüyü
kimi, xalq danışığındakından o vaxt kənara çıxılır ki, yerli
variant şeirin poetexnik ölçülərinə, vəzn tələbinə sığışmır -
məsələn, eyni misrada həm - dürür həm də -dür: hökmüdürür
və fərmanıdır, həmin poetexnik tələblər -ə və –qə, -ı və –nı
şəkilçilərində də (həmçinin sair məqamlarda) qalır: məlum
olduğu kimi əruz vəznində hecaların sayı yox (belə olsa, -ə və
-qə... fərqlənmir), səslərin ümumi balansı, hecaların açıq və ya
qapalılığı əsasdır. Məsələn, şəkilçinin samitindən asılı olaraq
müvafiq sözlər belə hecalanır: bül + bü+lün—bül-bül-nün,
ö+zü+mə - ö+züm+qə, bağ+rı+mı – bağ+rım+nı və s. – belə
bölgülərin əruz vəznində rolu var. Təsadüfi deyil ki, Xətainin
heca-vəznli şeirlərinin dilində -nı (bağrımnı) və
-qə (özümqə)
şəkilçiləri yoxdur. Yaxud yenə yuxarıdakı kimi heca tipinə
təsirlə bağlı qonşu misralardan birində yerlik məzmunu -a
şəkilçisi ilə ifadə olunduğu halda, başqalarında -da vasitəsilə
verilir: Bu ağzıma gər olaydı yüz dil, Bir dilim əgər olaydı min
dil - Bullar sifətin sözün deyəydi, Ollar cəmi-eşqini yeyəydi.
156
Hər başda həzar başum olsa, hər gözdə həzar yaşum olsa—
Başları yolında oynadaydim, Yaşları
:
saŋa nisar edəydim
(Dəhnamə). Yenə eyni prinsiplə: -nə (didənə) və -ğə (didəğə)
variantlar səs balansına görə fərqlənmədiyindən Kişvəridə -nə
forması (Azərbaycan xalq dilindəki) işləkdir: Halbuki təsirlik
halda -ni (əlimni) geniş fəaliyyətə malikdir.
2. Misallardan bu da görünür ki, variantlar üslublara,
janrlara və şeir-nəsr mətnlərinə görə də diferensiallığın
təzahürləridir. Müşahidələr və araşdırmalar göstərir ki, -alım
daha çox şeir, -avuz isə nəsr dili üçün səciyyəvidir. Məsələn,
Füzulinin ancaq nəsrində -avuz formasına təsadüf olunur;
yaxud əmr məzmunu üçün eyni morfoloji əlamət
«Şühədanamə»də çox işləkdir
1
. Gələcək məzmunu bildirmək
üçün - isər Füzuli dilində son dərəcə seyrəlir
2
. O biri tərəfdən,
həmin zaman kəsiyindəcə bədii dilin folklor-danışlq
təzahüründə, xüsusilə onun nəsr qolunda –acaq üstünləşir
3
ki,
bu da ədəbi-gəlmə müqabilində xalq dili formasının
fəallaşmasına dəlalət edir. Daha bu, ədəbi dil normasında
zaman irəliləyişi ilə bağlı təkamül deməkdir – XIII-XIV
yüzilliklərlə XV-XVI yüzilliklər arasında yarımmərhələ
səviyyəsində norma fərqləri yaranmasına gətirib çıxarır.
Təmiz
Azərbaycan
dili
bazasında
maraqlı
variantlaşmalardan biri bütöv morfoloji əlamətlə (ədəbi
təzahürlə)
danışıq
formasının
(yarımçıq
əlamətin)
qarşılaşmasıdır: ... Mürğ onda həzar oxur zəbanı… Kişnər
çalağan qulun misalı…Qullar günah etsə, şah bağışlar...
Sallam ayağına yüzlərimni... Fərzəndinizi mənə bağışlan
(Xətai); Nola zənbur evinə bənzəsə beytül-həzənim; Qəmzən
sökə cismim, dələ bağrım, tökə qanım (Füzuli). Ədəbi dil üçün
səciyyəvi sayılan tam morfoloji oxuyar, kişnəyər, salaram,
1
Рящимов М. Азярбайъан дилиндя фе'л шякилчиляринин формалашмасы тарихи. Бакы,
1965, с. 17-18; Ялизадя С
. Орта ясрlярдя Азярбайъан йазы дили.. Бакы, 1985, с. 50.
2
Мирзязадя Щ.
Азярбайъан дилинин тарихи морфолоэийасы. Бакы, 1962, с. 252
3
Хялилов Ш.
Орта яср Азярбайъан дилиндя гяти эяляъяк заманын -аъаг, -яъяк
яламяти щаггында. АДУ-нун елми ясярляри (дил вя яд. сер.). 1979, № 3, с. 49-44;
Ялизадя С
. Орта ясрлярдя Азярбайъан йазы дили. с. 66.
157
bağışlayın, nə ola, cismimi, bağrımı, qanımı əlamətlərinin
əvəzində müvafiq olaraq danışıqdakı oxur, kişnər, sallam,
bağışlan, nola, cismim, bağrım, qanım yarımçıq-ixtisar
formalar işlənmişdir. Beləliklə, poetexnik tələblərə görə ədəbi
variantdan kənara çıxanda məhz danışıqda işlək olan forma
seçilir və bədii nitqə danışıq təbiiliyi axır. Bu variantların tez-tez
növbələşməsi isə vəziyyətin məhz şeirin texniki şərtlərindən irəli
gəldiyini bir daha göstərir; şərait tələb edəndə variantlar
müxtəlif mətnlərdə gəlir - belə: Buynuzını saldı dağ keçisi;
Pərdəsün açdı çöhrədən gül (Xətai) və lazım gələndə ardıcıl
misralarda
işlənir – belə: Zülfün anıban çü cim yazdım, Ağzını
açanda mim yazdım (Xətai).
Əmr formasının I şəxs cəmində işlənib, -avuz, -alım
variantlarının müqabilində çox az təsadüf olunan -ayın da danışıq
təzahürüdür:
1
Bir şəbxun ilə həlak edəyin, Hiddətindən cəhanı pak
edəyin (Füzuli). Əmr formasının bu şəklinin bugünkü şivələrimizdə
işləkliyi onun həmin dövrlərdə yazılı dilə məhz gündəlik
ünsiyyətdən gəlmiş olduğunu göstərir. I şəxsin cəmində işlənən -
gilən şəkilçisi də eynən danışıq-dialekt mənbəyindən gəlir (ədəbi -
gil müqabilində); Arif isən, dünyanı sevməgilən, at ardına (Nəsimi).
Təsadüfi deyil ki, bu formanı mütəxəssislər müasir dialekt-
lərimizdəki -ginən ilə müqayisə edirlər.
2
Həmin şəkilçinin canlı
danışıq dilindən gəlməsi oradan da görünür ki, əvvəllər yazılı
dildə məhdud işlənən bu forma Azərbaycan ədəbi dilinin
demokratikləşdiyi, folklor-danışıq nitq təzahürünün aparıcı
olduğu dövrdə çox fəallaşır: Soruşsa yar ki, bu kimdəndir
bizə? Söyləgilən, sizin divanədəndir (Vaqif).
Müasir ünsiyyətimiz üçün arxaikləşmiş türk mənşəli
yüzlərlə söz həmin dövr ədəbi dilimiz üçün fəaldır: danla
sabah, tanıq şahid, damu cəhənnəm, uçmaq çənnət, yazı çöl,
duş yuxu, ayaq badə, sayru xəstə, əsən sağlam, əsrük sərxoş,
yeg yaxşı, dirilik həyat, kəndi öz, dün gecə, qat dəfə, qat yan,
qatı bərk, möhkəm, qutlu mübarək, yavlaq çox, yügüş çox,
dügəli çox, ikən çox, pitik yazı, məktub, tutuq pərdə, us ağıl,
1
Мирзязадя Щ. Эюстярилян ясяри, с. 231.
2
Рящимов М. Эюстярилян ясяри, с. 63.
158
çələb allah, çətik pişik, bay varlı, xoşbəxt, bayıq doğru, gerçək,
qaqı acıqlan, din sakit, alp igid, cilasun igid, tuğ bayraq,
sancaq bayraq, çəri
qoşun, çərik əsgər, tana sırğa, baqır mis,
bən xal, tilbə dəli, dərnək yığnaq, yavuz pis, yeq şeytan, yond
at, utlu həyalı, şülən kef məclisi, qonaqlıq, könlüalçaq sadə,
təvazökar, çöz aç, ulaş çat, tünə gecələ, ir çat, yetiş, ilət yetir,
çatdır, cizgin fırlan, ağırla əzizlə, onar sağal, yaxşılaş,
bunalmaq halı pisləşmək, sun ver, təqdim et, ayıt de, sayrı
oxu, dər topla, oxu çağır, göydür yandır, uğra get, var get, ulal
böyü, çavlan yayıl, şirək həvəslən, donat geyindir və s.
Bu sözlər müasir qarşılıqları ilə paralel işlənmişdir.
Əlbəttə, paralellərin işlənmə tezliyində üstünlük indi
arxaikləşənlərindir. Göründuyü kimi, paralellərin tərəfləri
həm türk sözlərindən: alp-yigit-cilasun, tilbə-dəli, yumru-dağ və
s., həm də türk mənşəlilərlə ərəb-fars vahidlərindən ibarətdir:
qutlu mübarək, nəsnə şey, uruğ nəsil və s. Əvvələn, buradan
aydın olur ki, gələn ərəb-fars sözləri boşluğu doldurmamış,
onların yerli müqabili, özü də semantik siqləti, fono-morfoloji
ahəngdarlığı ilə cilalı qarşılıqları olmuşdur. Məlumdur ki,
ərəb sözləri Azərbaycan dilinə, birinci növbədə, dini
anlayışlarla yol açmışdır. Halbuki məhz onların da türk
mənşəli qarşılığı var idi. Məsələn, əzan vermək yerində
banlamaq: Saqqalı uzun tat əri banladıqda (Dədə Qorqud).
Yaxud allah yerinə tanrı (hələ çələb...), behişt yerinə uçmaq,
xeyir-dua yerinə yum və s. işlənirdi: Ol öydügüm uca tanrı dost
oluban mədəd versin. Yum verəyin, xanım!... Ağ birçəkli
anan yeri behişt olsun, Ağ saqqalı baban yeri uçmaq olsun
(Dədə Qorqud). Başqa qəbildən milli sözlər də mətndə (yazılı
və şifahi) eyni dərəcə uğurla çıxış etmişdir. Şərq yerinə
gündoğan, qərb yerinə günbatan: Günbatandan güntoğan yerə
dəgin eşq ərinin bir nəfəs seyranıdır (Q.Bürhanəddin); Əlvan,
rəngarəng yerinə al-yaşıl; Al-yaşıl geyinib durma qarşıda
(Aşıq Qurbani). Maraqlıdır ki, tərcümə etmək yerinə
döndərmək işlənmişdir: Məhəmməd Mustafanun hicrətündən
doqquz yüz qırq beş sənə keçmiş idi ki, Qazi xan - Sarı Şeyxüŋ
oğlı «bunı döndərə gör türkiyə» dedi («Şühədanamə»). Ərəb-
fars dillərinin dövlət dili olduğu şəraitdə, həmin dillərdən
159
çevirməkdən danışıldığı vaxt və o dillərin sözlərindən geniş
istifadə edildiyi halda «tərcümə» əvəzinə «döndərmə»
işlənirsə, deməli, bu söz Azərbaycan dilində o anlayış üçün
çoxdan sabitləşib, yəni bizdə tərcümə sənəti ərəb sözlərinin
kütləvi nüfuzundan qədimə gedir.
Hətta alınma sözün əcnəbi morfologiyasına müqavimət
hiss olunur. Məsələn, dərhal-dər+hal məqamında şoluqdəm:
Məgər qapuçılar ani gördilər, Şoluqdəm xatuna xəbər verdilər
(Dastani-Əhməd Hərami). Görunür, sintaktik üsulla söz yara-
dıcılığına əcnəbi söz «ehtiyatla», milli sözün «nəzarəti» ilə
buraxılır: şoluqdəm. İkincisi, aydın olur ki, arxaikləşən türk
mənşəli sözləri hər yerdə ərəb-fars sözləri sıxışdırmayıb, türk
mənşəli sözlər də bir-birini işləklikdən çıxarmışdır (burada
qalib söz yerli canlı ünsiyyətdə işlənən olmuşdur). Ancaq bu
prosesdə ərəb-fars sözləri qızışdırıcı rol oynamışdır. Çünki
həmin proses sinonim cərgədə onların yer tutmaq mübarizəsi
ilə başlamışdır.
Doğrudur, qeyd etdiyimiz türk mənşəli leksikanın
müəyyən qismi bilavasitə azərbaycanlıların gündəlik ünsiyyət
prosesi ilə bağlı olmayıb, ədəbi hadisələrlə bağlıdır; ancaq
bunlar türk mənşəli olmaqla xalis Azərbaycan sözləri ilə bir
sistem yaradır və arxaikləşmə həmin sistemdə bütövlükdə
gedir. Bunlar üslubi-ədəbi məqamla bağlı yox, xalqın zehni,
mədəni, ictimai-siyasi inkişafının müəyyən mərhələsində
işləklikdən çıxır. Həm də bunların hamısı fonetik və morfoloji
paralelizmin aradan qalxması, həmin məqamlarda sabitlik
yaranması, xatırlatdığımız tipli yüzlərlə milli sözün ünsiyyətlə
vidalaşması əlaqəli şəkildə eyni vaxtda baş verir. Bu o
deməkdir ki, həmin dövrdə Azərbaycan xalqının düşuncə
tərzində, mədəni-maddi-siyasi həyatında dönüş yaranır, yeni
dövr başlanır. Bu milli dilin müəyyənləşməsi, sabitləşməsi
deməkdir və onunla bağlıdır.
Əslində, bu gün Azərbaycan dilində işlənən əsas lüğət
fondu və qrammatik quruluş milliyəqədərki mərhələdə var.
Bu gün işlənən bir morfoloji fakt yoxdur ki, həmin dövrün
160
yazılarında əks olunmamış olsun - bu, yetkin, sabit
Azərbaycan xalq dilinin mövcudluğu deməkdir.
Mərhələnin sintaksisində belə konstruksiya var: Dəxi
bənim anda getməgim yoq; Gün ki, sayən düşdügi yerdən
durar, bir vəchi var: Gəlsə ali-qədrlər, fəqr əhli durmaqdır ədəb
(Füzuli). Həmin söz birləşmələri müasir redaktədə bu
quruluşa uyğundur: mənim ora getmək meylim yoxdur; ədəb
fəqr əhlinin durmasıdır və ya fəqr əhlinin durması ədəbdəndir.
Füzulidəki …konstruksiya arxaikdir. Yaxud mübtədanın
təsirlik halda işlənməsi: Atamın ölən çağı dilini bağlandı
(«Şühədanamə», 331 b); Bu gün mənim Səkinəmni yetim
olacaqdır («Şühədanamə», 285 a); Haman ki bu niyyəti
xatirimdən baş çıxardı; dəniz üstündən bir kişiyi gözükdü;
Donunıŋ yenini yırtıldı. («Şeyx Səfi», 129) - bu isə hərfi tərcü-
mənin təsirilədir, kalkadır.
Müəyyənləşmiş xalq dili şəraitində ədəbi dildəki bu
müxtəlifliklər Azərbaycanda ərəb və farscanın dövlət dili
olması, Orta Asiya türkcələri ilə əlaqə kimi ekstralinqvistik
amillərlə bağlıdır.
161
XIII -XIV ƏSRLƏR ƏDƏBİ DİLİ
1.
Bu əsrlər XIII-XVI yüzillikləri əhatə edən mərhələnin
tərkib hissəsidir. Ancaq şərti olaraq bu müddəti iki yarım-
mərhələdə nəzərdən keçirmək münasibdir. Münasiblik, bir
tərəfdən, öyrənilmənin metodik cəhəti ilə bağlıdır – tədrisdə
asanlıq yaradır. İkinсi tərəfdən, tiploloji cəhətdən bütün əsrlər
– XIII, XIV, XV, XVI əsrlər uyğun gəlsə də,
səviyyəcə bu
yarımmərhələlərdə müəyyən fərq vardır.
XIII-XVI əsrlərdə Azərbaycanda divan ədəbiyyatının dili
formalaşır. Ədəbi dilin lüğətində ərəb və fars sözləri xüsusi
fəallıq qazanır, geniş kütləyə çevrilir. Müasir xalq dilindəki
ərəb və fars sözlərinin hamısının həmin dövrlərdən gələn yazılı
ədəbiyyatın dilində işlənməsi göstərir ki, bu sözlər dövrün
xalq ünsiyyət dilinə də nüfuz edibmiş. Beləliklə, XIII əsrin
ədəbi dili ərəb, fars sözləri ilə divanlaşır. Gələcəkdə bu bazada
şeir və nəsr mətnlərində klassik-kitab dili formalaşacaqdır. İlk
əsrlər mərhələnin başlanğıcı kimi səciyyələnir, dil-uslub
baxımından yarım-müstəqillik kəsb edir. Hətta onun nisbi
yekunu görünür: Nəsimi bu yarımmərhələni ümumiləşdirir,
nailiyyətləri qabarıqlaşdırır. Nəsimi zirvəsini yaradır və yeni
perspektiv müəyyənləşdirir. Eyni zamanda dilin inkişafına ton
verən tarixi-ictimai şəraitdə, ekstralinqvistik mühitdə fərq
görünur. Monqol istilası başlanır.
Bu zaman ölkə monqol işğalına məruz qalır. Monqol
işğalı haqqında K.Marksın belə bir sözü var: «Monqol əsarəti
öz qanlı çirkabı ilə hakimiyyətinə tabe etdiyi xalqı nəinki
təzyiq altında saxlayır, hətta onun ruhunu təhqir edərək əzib
boğurdu». Azərbaycanşünasların monqolları daim söyüşlə
qarşılaması, görünür, Marksa, marksizm-leninzmə inam və
sədaqətləri ilə bağlıdır. Biz bu söyüşü ruslardan öyrənmişik,
ancaq V.V.Bartold yazır ki, mərkəzləşmiş rus dövlətini
monqollar yaratdılar
1
. Saysız-hesabsız, pərakəndə, bir-
birindən ayrı rus knyazlıqlarını öz hakimiyyəti altında
birləşdirən monqollar vahid rus dövlətini qurub, gələcəkdə
1
Бартольд В.В. Сочинения, II том, I часть. М. 1963, с. 719-720.
162
də Çingiz xanın dövlət idarə üsulunu onlara miras qoyub
getdilər
1
. Bu hadisə bizdə təkrar olundu. XIII əsrə
(monqollara) qədər ancaq əski Midiya-Atropaten ərazisinə,
indiki təbirlə ölkəmizin cənubuna Azərbaycan deyirdilər,
şimalı, əski Albaniyanı Arran, Şirvan və s. kimi tanıyırdılar.
Məhz monqollar Şimalı və Cənubu birləşdirib, hər ikisinə
birlikdə Azərbaycan dedilər. Və yadımıza salaq ki,
Azərbaycan türkcəsində bizə ilk yazılı nümunələrimiz məhz
XIII əsrdən, monqollar dövründən gəlib çıxmışdır. Səbəbi
odur ki, bilavasitə həmin dövrdən türkcə yazılı nümunələr
mədrəsəyə, məscidə, saray kitabxanalarına girir və qorunub
zəmanəmizə çatır. Dövrümüzə gəlib çıxan ilk lüğətlər,
qrammatika və tədris materialları da bu dövrə aiddir.
Monqol dilini öyrənən elita, aristokratiya yetişir, ərəb, fars
dilləri ilə yanaşı, monqolca da ədəbiyyat oxunur. Orta Asiya,
Türküstanla əlaqələr genişlənir və Azərbaycanda ərəb, fars
mədəniyyətlərinin müqabilində türk ideologiyası böyük çəki
qazanır. Əlbəttə, torpağı işğal edən sənin başını sığallamağa
gəlməyib, ancaq tarixi gerçəkliyi olduğu kimi yazmaq
gərəkdir: ağı ağ, qaranı qara, bozu boz. Ölkə işğal olunur.
Səylə çıxış yolu axtarılır. Belə halda azadlıq ideyası
formalaşır, söz sənəti xalqın mənəvi havadarı olur, kütlə öz
havadarını yetişdirir. Xalq öz dərdinə şərik olan, ona təsəlli
və dayaq olan, həm də çıxış yolu göstərən şəxslərə - dahilərə
ehtiyac hiss edir və bu ehtiyac bəhrəsini yetirir. Dahilər
xalqın dərdini öz üzərinə götürmək, ona mənəvi yüngüllük
vermək, onu zülmə təslim olmağa qoymamaq üçün yetişirlər.
Buna görə də həmişə ağır zamanda, bıçaq iliyə dayananda
dahi doğulur. Bu dahi dövrə görə yetişir: o, bir zaman şair,
söz ustası, nəğməkar sifətində, başqa dövrdə sərkərdə, siyasi
xadim, filosof kimi ərsəyə çıxar, elə vaxt da olar ki, bu
keyfiyyətlər birləşər.
Xalqın monqol işğalı altında gərilən istedadı gözü
tıxanan gur bulaq kimi özünə yol tapıb sızır. Xalqın
yaradıcılığı bu sərt maneələr içərisindən şüalanır. Bu zaman
1
Йеня орада.
163
filosof-alimlər, filosof-şairlər, şair-xadimlər xalqa mənəvi
havadar çıxırlar. XIII-XIV əsrlərdə Azərbaycan xalqının
Zülfüqar Şirvani, Arif Ərdəbili, Əssar Təbrizi, Marağalı
Əvhədi, Mahmud Şəbüstəri, Fəzlullah Naimi Təbrizi,
İzzəddin Həsənoğlu, Qazi Bürhanəddin kimi bütün Şərqin
elmi-fəlsəfi və bədii sənət tərcümeyi-halını dolğunlaşdıran
görkəmli oğulları yetişirlər. Bütöv dünya elm və mədəniyyəti
tarixini zənginləşdirən, bu gün də qiymətini saxlayan
Nəsrəddin Tusi, İmadəddin Nəsimi kimi qüdrətli şəxslər
doğulurlar. Bu zaman Azərbaycanda mədəni şərait o
səviyyəyə yüksəlir ki, ölkədə güclü təhsil şəbəkəsi yaranır.
Artıq XIII əsrin sonlarında Təbriz şəhəri Şərqin elm-
mədəniyyət mərkəzlərindən biri kimi tanınır. XIV əsrin
əvvəllərində istedadlı tarixçi və vətənpərvər dövlət xadimi
Fəzlullah Rəşidəddin Təbrizin yaxınlığında Rəbi‘i-rəşidi
(Kamal baharı) adlı şəhərcik saldırır və orada yerləşən böyük
təhsil ocağı da şəhərciyin adı ilə adlandırılır. Burada ölkənin
özündən olan min nəfərdən əlavə kənardan - islam
ölkələrindən altı min nəfər tələbə təhsil alırdı. Dörd yüz əlli
nəfərdən çox müəllim çalışırdı. Bu, sözün əsl mənasında
akademik universitet təhsili olub. Rəb‘i -rəşidi Universitetinin
Şərqin müxtəlif mədəni ölkələrindən alınmış 60 mindən çox
əlyazma-kitabdan ibarət kitabxanası var imiş. Universitetdə
təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat
ixtisasları verilir
*
. XIII-XIV əsrlər Azərbaycan ədəbiyyatı
belə bir mədəni mühitdə yaranıb və bu ədəbiyyatın dili də
həmin mühitin yetirməsidir.
3. Doğrudur, bu zaman da ərəb və fars dilləri elm və
ədəbiyyat dili, dövlət dili kimi
Azərbaycanda hakim mövqe
tuturdu. Ancaq XIII əsrdən tarixi, ictimai-siyasi şəraitlə bağlı
ölkədə ədəbi dilin üçləşməsi müşahidə olunur. Ərəb-fars
dilləri
ilə yanaşı, Azərbaycan dili də dövlət, sənət və elm dili
kimi işlənmək hüququ qazanır. Hələ Azərbaycanda ədəbi
*
Эениш мялумат цчцн бах: Онуллащи Сейидаьа, Мuрадoв Сювдяэяр. 700 ил
бундан яввял Азярбайъанда илк али тящсил оъаьы фяалиййятя башламышдыр.
«Азярбайъан» гязети, 27 ийун 2003.
164
ünsiyyət vasitəsinin dördləşməsindən də danışmaq olar: bu
zaman monqol istilası ilə bağlı sarayda və orduda monqol dili
də işlənməyə başlayır. Düzdür, monqolların ordusunda çoxlu
türkdilli əsgərlər olduğundan monqol dili ilə yanaşı, orduda
türk dili də işlənir və bu cəhət monqolcanın hegemon ünsiyyət
imkanı qazanmasına mane olur. Ancaq bu prosesin başlıca
nəticəsi odur ki, ərəb və fars dillərinin vahid fəaliyyət cəbhəsi
yarılır. Monqol ordusunda türkləşmənin getdikcə
güclənməsi azərbaycancanın ədəbi forma kimi tədricən
fəallaşmasına, ordu vasitəsi ilə saraya və yüksək təbəqələr
arasına nüfuz etməşinə təsir göstərir. B.Çobanzadə yazır:
«Türk dilinin saraya, ədəbiyyata, camiyə, mədrəsəyə, təkyəyə
və əlhasil islam aləminin ictimai müəssisələrinə
girməməsinin başlıca səbəbi onun şəhərlərə girməməsidir...
şəhər dili olmayan türkçə eyni zamanda ədəbi dil də ola
bilməmişdir. Çünki ədəbi dil, hər şeydən əvvə1, hansı tipdə
olursa-olsun, şəhər dilidir. Köy və köçəbələrin toplandığı
yurtlar yalnız anonim və yazısız xalq ədəbiyyatı meydana
gətirə bilər»
1
. Əvvələn, zadəgan təbəqəsi arasında ancaq
dövlət sənədləri ilə bağlı yazılı ünsiyyət vasitəsi kimi
azərbaycanca fəaliyyətsiz ola bilərdi. Şəhərlərdə azərbaycanlı
zadəganların ana dilində şifahi ünsiyyətini heç kəs dayandıra
bilməzdi. İkincisi, bu fikir olsa-olsa, monqol istilasına qədərki
dövr üçün səhihdir. Monqol istilaları dövründən Azərbaycan
dili saraya, orduya, mədrəsəyə daxil olur. İlk dövrlərdə
monqollar — çingizilər müsəlmanlığa düşmən idilər
2
. XIII
əsrin sonlarına Dostları ilə paylaş: |