мювзуу, мювзуа, сянайеи, сянайея йазылышыны мювзуну, мювзуйа, сянайени,
сянайейя гайдасына кечирдикдя мцяллимлярим йеня яввялки кими йазырдылар.
Йахуд бу эцн йашлы савадлылар йеня ляьв едилмиш апострофу ишлядирляр.
147
yazılışı qoruyurlar
*
. Yazanlar camaatın tələffüz etdiyi kimi deyir,
ancaq ənənəvi şəkildə yazırdılar
**
. Bu hadisə başqa sistemli
dillərdə də yaşanmışdır. Məsələn, ingilislər bu gün mather,
father yazır, ancaq mazə, fazə deyirlər–bu gün yazıda qədim
german orfoqrafiyasını işlədir, qoruyub saxlayırlar. Bir sözlə:
tarixi yazı nümunələrimizdə yazılış hər yerdə gerçək oxunuş
deyil, hərflər həmişə ifadə etdikləri səslər deyil.
Yazımızın tarixində gördüyümüz q-x-h, d-t, b-m və başqa
səs (əslində hərf) və fonetik hadisə paralellikləri həmin tarixi
deyiliş və yazılış uyğunsuzluqlarının nəticəsidir.
Bu tarixi həqiqəti qəbul etməliyik ki, hələ qədimlərdən, ən
azı ilkin orta əsrlərdən Azərbaycan oğuzcasının şərqi
türkcələrdən, Türküstan türkcələrindən fərqli öz türkcələri
olmuşdur. Məsələn, Orxon əlifbasında h, g, v, x, j samitləri və
ə saiti əks olunmur, deməli, bu səslər Şərq türkcələrində
olmayıb. Ancaq bu səslər ilk orta əsrlərdən (yəqin inkişaf
daha əvvəllərdən gəlib) Azərbaycan oğuzcasında işlənib.
Əvvələn VIII əsrdə Orxonda olmayan h və x səsləri artıq XI
əsrdə M.Kaşğaridə qeydə alınır: hoç-hoç
چٌح چٌح (keçiləri
haylayan nida), heç-heç چَح چَح (ata müraciət –dəh-dəh), xanda
اذىخ.Kaşğari deyir ki, oğuzlar və qıpçaqlar ق –ni
خ -yə
çevirirlər
1
. Deməli, Orxonda k ilə deyilən söz Kaşğaridə x ilə
verilir. Orxonda kan
, kağan ; Kaşğaridə: xan ناخ,
xaqan نالاخ. Orxonun k-si Kaşğaridə x-ya, ğ-si q-yə keçir; ğ
daha cingiltilidir, q ona nisbətən zəifdir. Ona görə də iki və
**
Мян ХХ ясрин яввялляринин дилини тядгиг едяркян йазылышларда йашадыьым
онилликлярдяки (мясялян, 60-70-ъи иллярдяки) дейилишлярля мцгайисядя чохлу
фяргляр эюрдцм. Мян эюрцрдцм ки, ХХ ясрин яввялляриндяки имла, хцсусиля
ащянэ гануну «Дядя Горгуд китабы»нын, Нясиминин, Фцзулинин имласы иля
цст-цстя дцшцрдц. Бир эцн мцяллимим, дилчилийимизин бюйцк нцмайяндяси
проф.М.Щцсейнзадядян сорушдум ки, сиз филан, филан сюзляри, шякилчиляри
1920-ъи иллярдя неъя дейирдиниз? Деди ки, бу эцн неъя дейирикся, онда да еля
дейирдик. Эцлцб ялавя етди ки, имла Нущ дюврцндян эяляндiр, индийя бахма
ки, эцндя бир орфографийа гайдасы дцзялдирик. Бюйцк дилчинин имланыn
мцщафизякарлыьына кинайяси юз йериндя, анъаг тарихи мцщафизякарлыг факты
фактлыьында галыр.
1
М.Кашьари. Диванü лцьат-ит-тцрк тяръцмяси, ЫЫЫ ъ., с. 218.
148
çoxhecalı sözlərdə söz sonunda q ümumən k kimi tələffüz
olunur. Maraqlıdır ki, XIX əsrin rus türkoloqları, türk və ərəb
dillərinin böyük bilicisi Kazımbəy də daxil olmaqla, rus
dilində q məqamında غ, k məqamında ق yazırlar: Peterburq
غرُبرتپ və Moskva اُمسُم. Deməli,
ق hərfi k səsini də ifadə
edirmiş. Təsadüfi deyil ki, tarixən ق-la yazılmış türk sözlərində
onu (qafı) Türkiyə türkləri sözün bütün məqamlarında k ilə
transliterasiya edirlər və bu gün elə də tələffüz edirlər: لُل- kol,
هيلاص- sakın-, قُی - yok. Azərbaycan türkcəsində isə həmin
məqamlarda q və x işlənir: qol, saqın, yox. Deməli:
قhərfinin q, k, x səslərinin qarşılığı kimi yazılmasında bir
tarixi-etimoloji əsas var. Bu da var ki, h da etimoloji
baxımdan k, x səsləri ilə eyni kökə gedir – bizdəki x
məqamında Türkiyə türkcələrində h işlənməsi də onunla izah
olunur. Buna görə də ق (qaf) hərfinin yaxın məxrəcli səslərin
universal ifadə yükündə h səsi də var – tarixi q – x – h (qanı-
xanı-hanı) paralelliyi bununla bağlıdır. Orta əsr yazılarında h
işlənməsini belə də izah edirlər ki, guya dilimizdə o zamanlar
h səsi olmamışdır. Əvvələn, deyildi ki, Kaşğari «Divan»ında h
səsi göstərilib. İkinci tərəfdən, bunu nəzərə almaq yetər ki,
həmin dövrdə yazımızda h səsi ilə deyilən yüzlərlə ərəb fars
sözləri vardı. Əgər azərbaycanlının fonetikasında h məxrəci
olmasa, səs əvəz olunardı. Məsələn bizdə ц afrikatı olmadığı
üçün цирк sözünü sirk deyir və yazırıq. Yaxud ruslarda h, ə, ü
səsləri yoxdur və Həsən, Hüseyn isimləri Гасан və Гусейн
deyilir və yazılır.
Orxon yazılarında olmayan başqa səs və hərflər də
türkcəmizdə işlənmişdir: g səsi nəinki Türküstan türkcələrində,
hətta türkmən oğuzcasında bu gün də yoxdur (bizdə gün,
türkməncədə qün). Görünür, bu səsi Türkiyə türkcəsinə
Səlcuqlular Azərbaycandan aparmışlar: j səsinin bizim üçün
tipik olmasını onda da görmək olar ki, bu səs bizim təqlid
sözlərimizdə
(qıjov,
qıjıltı,
qıjhaqıj),
qrammatik
şəkilçilərimizdə (dialektlərdə: gələjək, alajax) çox işləkdir; bu
gün də ə səsi başqa türkcələrdə yoxdur, dilimiz doqquz saitli
yeganə türkcədir; tarixən v səsinin yaranmasında u məxrəci
iştirak etmişdir və hesab edirik ki, ilk orta əsrlərdə dilmizdə
149
bu samit olmuşdur. VII əsr abidəsi «Dədə Qorqud kitabı»nın
dilindəki V işlənmələrinə baxmaq yetər. Orta əsrlərdə söz
başında V yoxluğu da, görünür, orfoqrafiya problemidir –
məsələn, vur fe‘li ərəb əlifbası ilə belə yazılmalı idi:رََ. Yazı
münasibliyi üçün sözü رَا yazmış, ancaq vur oxumuşlar.
Beləliklə, ümumi qənaət: Orxon abidələrində olmayan səslər
Azərbaycan türkcəsində var idi. Ona görə də q – x – h
paralellikləri,
habelə
başqa
səslərin
işlənməsindəki
müvaziliklər əksərən Azərbaycan türkcəsinin tarixi fonetikası
yox, imla tarixi kimi alınmalıdır. Hələ VII əsr abidəsi «Dədə
Qorqud kitabı»nın dilində yoq قُی və yox خُی qaq, قال və
qax خال, aqşam واشلا və axşam واشخا, otaq قاطا və otax خاطا
müvazilikləri özünü göstərir. Halbuki XIII-XVI əsrlər
yazı dilimizdə yoq, çoq, qanı (hanı) yazılışlarının
çoxluğunu görüb, bu fikrə düşənlər olublar ki, guya bu
dövrlərdə Azərbaycan dilində x səsi olmayıb. Bəs onda Türküstan
türkcəsində kağan şəklində işlənən titul söz XII əsrdə
bizim şairimizin soyadı kimi Xaqani gedirdi. Hələ ondan da
beş əsr əvvəl «Dədə Qorqud kitabı»nda xanlar xanı xan
Bayındır (Orxonda – kan ), Burla Xatun nümunəsi vardı.
Və Xatun ilə yanaşı, abidənin dilində onun etimoloji kökü
olan qadın (qadınım ana) fonetikası işlənirdi. Deməli: hələ
yeddinci əsrdə Azərbaycan oğuzcasında q – x paralelliyi var
olub. Və deməli: həmin dövrdəcə sözün xalq danışıq (x) və
ədəbi-yazılı (q) təzahürləri fəaliyyət göstərir.
XIII əsrdən bir maraqlı müqayisə. Erməni şairi Hovanes
Yerzinkatsinin Azərbaycan türkcəsində yazdığı şeirində
qutardı sözü xutardı kimi işlənir: Bizi tamuxdan xutardı.
Görünür, belə işlənmə şifahi-canlı dillə yazılı-ədəbi dilin
fərqlənməsindən gəlir. Yəni əcnəbi şair görür ki, yox və yoq,
bax və baq, yaxşı və yaqşı işlənmələri var və xalq dilində x
variantı işlənir, o da xalq deyilişindəki x variantını götürür.
Yəqin mənzərəni özü üçün tam təhlil edə bilmədiyindən o,
ikinci dəfə ğurtardı şəklində yazır, hətta məhz yazı dilində
olan r sonorunu da əlavə edir: Bizi yeqdən ğurtardi. Məhz
danışığı əsas aldığı üçün birinci halda xurtardi demir. Eyni
zamanda iki hecalı tamuq, yazıq, uçmaq sözlərində yazıdakı q
150
yerinə danışığın x səsini verir: Yazixlarimə dərman; Uçmax
ğapusun açdi. Beləliklə, XIII-XVI əsrlərdə qanı, baq, yaqşı,
otaq yazıldığı dövrdə Azərbaycan türkcəsində x səsi var idi.
Deməli, ق (qaf) yazılmış, ancaq müxtəlif səslər
oxunmuşdur. Göstərdiyimiz kimi, bu oxunuşlardan biri
mütləq x səsi olmalıdır. Yaxud d-t paralelliyi: «Kitab»da dayı
ییاد və tayı ییاط, qardaş شادرل və qartaş شاطرل. Təbii ki,
bugünkü deyilişə uyğun olan variant (d) o zamanın canlı xalq
dilinin faktıdır. Füzuli yazırdı: Taş dələr ahim oqi şəhdi-ləbüŋ
şövqindən. Füzuli burada alliterasiya və assonansdan istifadə
edir: ya «taş tələr» deməli idi, bu mümkün deyil, çünki «dəl»
feli «təl» kimi işlənmir, ya da «daş dələr» yazmalı idi – bu,
alliterasiyadır. Sonrakı sözlərdə (şəhdi, şövqündən) d
assonansı da bu melodiyanın davamıdır. Deməli, taş
yazılışdır, deyiliş deyildir.
Maraqlıdır ki, «Dədə Qorqud kitabı»nın dilində ərəb, fars
dillərindən alınmaların yazılışında ikilik özünü göstərir: eyb
بيع və ayıb بیا, moxənnət تىخم və müxənnət تىخُم, qorz زرک
və gürz زرُک, aşpəz سپشا və aşpaz زاپشا, doşmən همشد və düşmən
همشَد, hiç چيٌ və heç چٌ və s. Bu paralellərdə ikinci tərəflər
bugünkü azərbaycanlının dilində işlənir. Deməli, dövrün
katibi ərəbcə, farsca ilə yanaşı, öz ana dilini, onun canlı
danışıq tərzini də gözəl bilmiş və ara-sıra qeyri-ixtiyari olaraq
işlətdiyi gündəlik dil faktı qələminin ucuna gəlmiş və imla
ənənəsindən kənara çıxmışdır. Deməli, ən azı ilkin orta
əsrlərdə imperiyanın ədəbi dilini əks etdirən Orxon
kitabələrinin imla norması bir tərəfdən, yerli Azərbaycan
türklərinin gündəlik danışıq nitqinin faktları da o biri tərəfdən
üz-üzə dururdu. Əlbəttə, yerli danışıq elementləri katiblərin
«səhvi» olaraq şüurlu şəkildə tətbiq edilən imperiya dilinin
imla normasına girmişdir. Təsadüfi deyil ki, bu «mexaniki
səhvlər» XIV-XVI əsrlərin folklor-danışıq dilində, xüsusilə
nəsr nümunələrində nisbətən artır
1
: uyqu//uyxu, çoq//çox, yaq-
1
Эениш мялумат цчцн бахын: Наьысойлу М. ХВЫ яср Азярбайъан тяръцмя
абидяси «Шцщяданамя». Бакы, 2003; Йеня онун. Щязининин «Щядиси-ярбяин»
151
dı // yaxdı, yigit//igit, yuca//uca, ilərü//irəli, olduqca // olduğca //
olduxca, ötri//ötrü, doğri//doğru, sayrılıq//sayrulığ//sayrılıx və
s. Deyək ki, dogri / doğru, şadluğ/şadlıx tipli nümunələrə
Azərbaycan dilinin Şərq və qərb dialektlərinin tələffüzləri
kimi də baxmaq olar. Ancaq onlara ilk orta əsrlərin
nümunələrində imperiya dili və yerli deyiliş paralelliyi kimi
baxmaq daha məqsədəuyğundur. Bən/mən (b-m) paralelliyinə
ilk yazılı nümunələrdən tutmuş Füzuliyə qədər çox təsadüf
olunur. Ancaq bu əvəzliyinin hallanarkən danışıq folklor
abidələrinin dilində munun, muna, munu, munda yazılışlarını
bu gün Azərbaycan dialektlərində də görürüksə, deməli: 1. bu
hadisə həmin tarixi təzahürün qalığıdır. 2. bən//mən
paralelliyində mən yerli Azərbaycan faktıdır.
Göstərilənlərdən fərqli olaraq bu nümunələrdəki paralellər
tarixi fonetikadır:
Camədən çıqdı yeni ayuni göstərdü təmam;
Hər gün açur köŋlimü zövqi-vüsalüŋ yengidən (Füzuli);
Könlim gəmisün qərq edə gör eşq dəngizünə Kim, bu
dəngizün bəhrinü ümman bilür ancaq (Nəsimi); Durğurma,
yollarun yügirüb tutma, ey sirişk (Füzuli) – bu çox qədim
morfemin fonetikasıdır; təsirlilik və icbar mənası yaradır. Bu
gün dialektlərdə durğuz – kimi qalır –deməli, bu hələ
sabitləşməmiş qədim r – z dövrünün qalığıdır. Burada da eyni
fonetikadır:
Kuhkəndən gözükir kuhdə asar hənuz (Füzuli).
İndi dialektlərdə görünür-dən çox görükür işlənir. Bu gözükür
formasının qalığıdır; Səni görmək mütəəzzir görünür, böylə
ki…(Füzuli). Nəzirün yazamaz ayruğ əzəl nəqqaşi rüxsaruŋ;
Dilbəra, mən səndən ayru ömrü canu neylərəm (Nəsimi) –
ayruğ qədim qapalı heca dövrünün əruz yaşantısıdır.
Tarixən «o» əvəzliyi ol şəklində işlənir və onun uzun-
ömürlülüyü əruzla bağlıdır. Məsələn, M.Vaqifin, Q.Zakirin
qoşmalarında o, əruz şeirlərində ol işlənir. Nadir hallarda
əvəzlik açıq heca kimi çıxış edir:
Qoman bu üzi qaranu o
lövhi-sadə ilə (Füzuli) – deməli: hələ ilk orta əsrlərdən
Azərbaycan oğuzcasında «o» forması işlənirmiş. Hallanarkən
тяръцмяси. Бакы, 2008; Шейх Сяфи тязкиряси (тяртибчи вя няшря щазырлайанлар:
Наьысойлу М., Ъаббарлы С., Шейхзаманлы Р.) Бакы, 2006.
152
əvəzliyin « a» şəkli alması da bunun nəticəsi olmalıdır: Nə
bənzər ol maŋa, dərdi anuŋ dərmanə qabildür (Füzuli) – yəni
ol forması an şəklinə düşə bilməz, o – a isə mümkündür.
Köməkçi feilin et və eylə fonetikası ilə işlənməsi də ədəbi
dil ənənəsi ilə yerli ünsiyyət faktının paralelliyidir. Əslində, bu,
danışıq dilindəki elə(mək) şəklinin şeir dili variantıdır –
burada da məqsəd ilk hecanı qapalı hala gətirməkdir: Həzər
et, şişəyə nagəh zərər eylər, dolıdur (Füzuli).
XVI əsrə qədər əsas forma tezliyinə malik olan qaranqu
sözünün fonetikasında qədim nq afrikatı qalır (yuxarıdakı
yengi və dəngiz deyiliş və yazılışı ilə müqayisə edin): Qaranqu
yerdə məni tərk etdülər (Həzini); Qaranqudan necə bulmıĢ bu
oğri ol babi (Nəsimi).
Fonetik paralelizmə bir neçə nümunə: q-x-h.
Xanda bulam təriqi-vüsalin məhəbbətün (Nəsimi, 1,75);
Qanı Mənsurləyin bir həqqə aşiq; Keç qamudan Nəsimi tək,
baqma anın bəqasına (Nəsimi).
Bir pəri heyraniyəm, bilmən məkani xandadır, Kimsə
bilməz dünyadə namü nişani xandadır (Xətai, I, 169); Quşlar
qamusu fəğanə düşdü (Xətai, 2,43); Oqu ُلَا kitabi-nəfsini
dilində eynin sağ ikən (Nəsimi, 1,19); Oxu ُخَا
ki, sən
gör
müştəri, həm çun məhi-taban gəlür (Nəsimi, 1,20); Bildigün
sənsən, Nəsimi, səndən özgə kimsə yox خُی (Nəsimi, 1,80);
Çərxə çıqardı
یدرامچ ahimi, canumı narə yandırır (Nəsimi,
1,37); Çıxmaya ًيمخچ miskin Xətayi köŋlü zülfündən nola
(Xətai 121): Şagirdlər ustası görən handadı (Qurbani).
«Şühadanamə»dən müqayisə edin: aqşam (222 b), ancax (82
b), uşax. (70 b), uşağ (74 b); və s. «Şeyx Səfi təzkirəsindən:
Çanaq (113), bıçaq//irağ, qalmağ, qonağ, qaranğu, qatıluğ,
şeyxlığ//şeyxlig, aqça/ağça/axça, yoksa-yok, qorxu, yok/yox,
çoq/çox, saxlar, çıxıb, boxça, yaxşı/yakşı, yuxaru, yaxiŋ/yaqın,
dışkarı, qalduk, yakasundan, çıkarub, uyku, dut/tut,
verməg/vermağ, yenə/genə»
1
.
1
Шейх Сяфи тязкиряси. Бакы, 2006 (сящифяляр oна эюря эюстярилмир ки,
нцмуняляр сайсыз-щесабсыздыр. Мягсяд г-к-э-х паралеллийинин боллуьуну
эюстярмякдир.
153
Məsələ burasındadır ki, belə q-x paralelliyi sovet dövründə də,
latın əlifbasına keçincə, davam etmişdir. Hətta 30-cu illərdə həmin
qrafik ənənəni mexaniki şəkildə latın əlifbasına da köçürürlər və
belə yazırlar: çoq, baq, çıq və s. Halbuki yaşlı nəslin şəhadətinə
görə bu sözlər çox, bax, çıx kimi tələffüz olunmuşdur. Deməli,
analoji olaraq orta əsrlərin yazılışında müvafiq qrafik təzahürlərin
şərtiliyini qəbul etməliyik.
Səslə qrafem arasındakı həmin şərtiliklər aşağıdakı paralellərdə
də saxlanır: d-t.
Dünya duracaq yer degil, ey can, səfər eylə; Yüzini doğri dut
həqə, ur qamunıŋ qəfasinə (Nəsimi); Nəsiminün gözi yarun
ğəmündən Dolub, hər qətrəsi dəryayə düşmiş (Nəsimi, 1,422).
Yumulmış qönçəyə bənzər ki, ağzı toptoli qandı (Nəsimi, 306).
Qayğu çəkmək nə üçün cam ilə aləm tolıdur; Taş dələr ahim oxu
şəhdi-ləbüŋ şövqindən; Qanda olsa, qanlıyu, əlbəttə, qan dutar
(Füzuli). Həmçinin müxtəlif abidələrdə: daş-taş, düş-tüş, dün-tün,
damu-tamu və s.
B-m. Sözüŋ bu dərdimə hər dəm dəvadır (Nəsimi, 1,308);
Munca kim dərdündə zəhmət çəkmişəm, ey yar, Çünki
səndəndür bu zəhmət, cümlə rahətdir maŋa: Baxdım ki,
munuŋ qırımı özgə (Xətai). Həmçinin «Dədə Qorqud»da : Bən-
mən, bin-min, binət-minət...; və müxtəlif əsrlərdə ayrı-ayrı
mənbələrdə: bən-mən, bunda-munda və s.
Həmin mərhələdə müxtəlif mənbələr ayru-ayruğ, yigit-igit,
yiyə-iyə, yuca-uca, yüz-üz, ur-vur, ulu-uluğ, kiçi-kiçig
qəbilindən etimoloji xarakterli çoxlu paralellərlə səciyyələnir.
Ancaq elə paralellər də var ki, bunlar ədəbi normanı
təmsil etmir və hətta ədəbiləşmə prosesindən kənara çıxmadır.
Belə: od-ot, boş-poş, tabşurdı-tapşurdı, tobrağ-tofrağ, uşax-
uşağ, kəndə-kəntə («Şühədanamə»).
Həmin
dövrdə ol-şol, bu-şu-uş-uşbu, kendi-kendöz, iləri-
irəli və s. kimi onlarla morfonoloji paralelliklər fəaliyyətdədir.
Bu təcrübədə: Boğuldum, qaldım uş irmağ içində («Dastani-
Əhməd Hərami»); Gör nələr qaldı mana şol nərgisi-
xunxarədən (Xətai, 1,121); Bu dərd ilə dərdnak oluram. Ol
dəxi eşitdi uşbu halı (Dəhnamə.); Şu fəttan eyninüŋ eynünə
gəlməz (Həbibi).
154
Paralelizm morfoloji əlamətlərin işlənməsində də görünür.
III şəxs xəbərlik şəkilçisi -dir və -dürür; Günəş gögçəkdürür
derlər, bəli, gögçəkdürür, əmma. Sənüŋ gögçəkligiŋ yanında ol
naçarı gögçəkdir (Kişvəri). Hökm anın hökmüdürür, fərman
anın fərmanıdır (Füz).
İsmin hallarında - yiyəlik hal: Bağlamazsa tilbə köŋ-
lümnün ayağı bəs nədən (Kişv.); Nərgisüŋ fikri, Füzuli, gözü köŋ-
lümdə gəzər (Füzuli);
Yönlük hal: Düşmüşəm bir hala sənsiz natəvanü zar olıb.
(Kişvəri);
Etməsən rəhm Əmaniğə, anı hicr qəmi varlığındın yoq
edər, ey məhi-taban, sənsiz; Ya rəb, axır necə bolğay halımız -
Qövlqə sadiq iməs əf‘alımız (Əmani);
Təsirlik hal: Mən özümnü yoluna qıldım fəda (Q. Bür-
hanəddin); Gözlərim yaruŋ qəmindən axıdır dürdanəyi; Bil
doğru bu sözümnü, ya sınamavü ya sına (Nəsimi); Suzi-eşqüŋ
yürəgimni hərdəm eylər yarələr; Dörd şey vardır-cənnət
yüzünü görməz; Kişi çəkmək gərək qüssəyi, qəmi (Xətai);
Deyildim mən sənə mail, etdin əqlimi zail (Füzuli);
Dostları ilə paylaş: |