«DƏDƏ QORQUD KİTABI»NIN DİLİ
―Dədə-Qorqud‖ kitabının Drezden nüsxəsi belə adlandırıl-
mışdır: ―Kitabi-Dədəm-Qorqud əla lisani-taifeyi-oğuzan‖. Bu o
deməkdir ki, boylar ümumi ―Oğuznamə‖lər silsiləsinə daxildir.
Ancaq bu ―Oğuznamə‖ bütövlükdə Azərbaycan türkcəsinin
abidəsidir. İlk orta əsrlərə aid olduğundan abidənin dilində başqa
türk dilləri, xüsusən oğuz qrupu dilləri ilə müştərək cəhətlər
çoxdur. Çünki həmin dövr türk dilləri arasında differensiasiyanın
başlanğıcıdır. Ayrılma dövrünün başlanğıcında isə fərqdən çox
ümumilik olur. Bununla belə, ―Dədə-Qorqud kitabı‖nın dilində
Azərbaycan türkcəsinin leksik-semantik və qrammatik inkişaf
tarixi ilə bağlanmayan heç bir detal yoxdur. ―Dədə-Qorqud‖
dilinin əsas lüğət fondu Azərbaycan milli dilinin əsas lüğət fondu
ilə əsasən uyğundur. Abidənin dilindəki yüzlərlə söz öz lüğəti
mənası, fonetik-tələffüz xüsusiyyəti, morfoloji quruluşu ilə nəinki,
ümumiyyətlə, milli dil dövrünə, milli dilin başlanğıc mərhələsinə
uyğun gəlir, hətta bugünkü Azərbaycan dilində də eynən qalır.
Həmin sözlər leksik-morfoloji təşəkkülü ilə müasir Azərbaycan
dilindəki nitq hissələrinin əlamətlərinə cavab verir: isim-ana, ağac,
bəg, dəvə, qoyun, qoç, at, yer, gün, ipək, otaq, köks, xan, buyruq,
oğul, qız, ev, boy, söz, baş, ağız, saç, qaş, yay, alma, göl, su, alqış
... ; sifət – ağ, qara, al, gözəl, uzun, alçaq, ac, yalıncıq, qoşa, dar,
yüksək, boz, yaxşı... ; say – bir, iki, on, otuz, qırx...; əvəzlik -
bən/mən, sən, biz, bu, kim, nə... ; feil - bilmək, qarğamaq,
çağırmaq, gəlmək, demək, olmaq ,eləmək, görmək, gülmək,
sağmaq, vermək, döndərmək, almaq, göndərmək, düşmək,
saflaşmaq, güvənmək, sevinmək, öldürmək, seçilən, qoyulan,
yatan, dəgəndə, düşməgincə...; zərf - yumru-yumru, bıldır-bıldır,
geri, bəri, anmaz (sifət, zərf); köməkçi nitq hissələri - gərək, məgər,
bir (ədat), ki, dəxi, mi (sual ədatı)... Hətta müasir dilimiz üçün
yayılmış faktlardan substantivləşmə və atributivləşmə faktları
geniş çevrədə müşahidə olunur. Atributivləşməyə nümunə: qızıl
ismi təyin mövqeyində -qızıl otağ
; qaya ismi təyin kimi, qaya tağ
Qızıl tarixən ... qırmızı mənasında da işlənir. Ancaq burada öz sinonimi
altunla paralel gəldiyindən isimliyə şübhə qalmır.
112
və s. Substantivləşməyə nümunə: ağlı, qaralı seçən (seçilən) çağda;
səlvi boylum, qara saçlum və s. Yigit (igit) sözü eynən bugünkü
kimi həm şəxs, həm də keyfiyyət məqamlarında işlənir.
Belə sözləri ordan-burdan, məlumluq prinsipi ilə,
dediyimizi qəsdən sübut üçün seçib vermirik, əsərin dili məhz
bu materialdan təşəkkül tapır. İki mətn parçasına diqqət
yetirək: ―
Xanlar xanı xan Bayandır yildə bir kərə toy edüb,
Oğuz bəglərün qonaqlardı. Genə toy edüb atdan ayğır,
dəvədən buğra, qoyından qoç qırdırmıĢdı. Bir yerə ağ otağ,
bir yerə qızıl otağ, bir yerə qara otağ qurdırmıĢdı. Kimiŋ ki
oğlı-qızı yoq, qara otağa qondurın, qara kecə altına döĢən,
qara qoyun yəxnisindən öginə gətürün. Yersə, yesün, yeməzsə,
tursun-getsün demiĢdi. Oğlı olanı ağ otağa, qızı olanı qızıl
otağa qondurun. Oğlı-qızı olmayanı Allahtaala qarğayubdır,
biz dəxi qarğarız, bəllü bilsün demiĢdi.‖ (Drezden
nüsxəsi,s.10).
Bütün nəşrlərdə şeir misraları ilə verilən bu parça həm
tarixiliyi, həm də bugünkülüyü ilə möcüzədir:
Bərü gəlgil, baĢum baxtı, evüm taxtı,
Evd ən çıqub y ür üy ənd ə s əlvi boylum,
Topuğında sarmaĢanda qara saçlum,
Qurulu yaya bənzər çatma qaĢlum,
QoĢa badam sığmayan dar ağızlum,
Güz almasına bənzər al yanaqlum (Drezden, s. 11-
12).
Əslində bu altı misra, Azərbaycanın xəritədən öyrənilməsi
kimi, bütün ―Dədə-Qorqud‖ dilinin öyrənilməsinə bəs edər: üç
alınma söz var- baxt, taxt, səlvi; bir arxaik söz işlənib: güz
(payız); bir arxaik ədat- gil əmr ədatı; bir yerdə yerlik hal
şəkilçisi yönlük məzmunu bildirir- məkani halların tarixən bir-
birini əvəz etmək xüsüsiyyətinin göstəricisi- topuğında
‖topuğuna‖; tarixi orfoqrafiyanın təzahürü- çıqub, bərü,
başum, evüm, yüriyəndə, topuğın, saçlum, ağızlum, yanaqlum.
Həqiqətən, bu kiçik mətndəki fakt bütöv dastanın dilindəki
113
fərqlərin nisbətidir və maraqlıdır ki, burada orfoqrafik fərqlər
çoxluq təşkil etdiyi kimi, bütövlükdə dastanın dilindəki fərqlər
də məhz həmin cəhətdən üstünlüyə malikdir. Bu da, deyildiyi
kimi, məhz yazı- orfoqrafiya faktıdır. Çıqub sözü q (x
yerinə)və-ub (ıb yerinə) şəkilçisi 1929-cu ildə latın əlifbasına
keçilənə qədər işlənib. Buraya müəyyən qədər də tarixi
fonetika faktı əlavə olunur: kibi (kimi), tağ (dağ), yigid (igid),
yil (il) və s. Bütün bu fərqlərlə yanaşı, həmin şeir-mətndəki
sözlər Azərbaycan milli dilinin əsas lüğət fonduna daxildir
(güz və səlvi sözlərini çıxmaqla- bunlar mətndəki 29 sözün 7
faizini təşkil edir).
Beləliklə, mətnin anlaşılmasına maneçilik törənmir –
maneçiliyin törənməməsi isə müasir dilə uyğunluq deməkdir.
Bütün bu cəhətlərlə şərtlənən ifadə kamilliyi, fikrin
verilməsindəki zəriflik Azərbaycan xalq dilinin VII-XII əsrlər
səviyyəsinin necəliyini əyaniləşdirir: qurulu yaya bənzər çatma
qaş, qoşa badam sığmayan dar ağız, güz (payız) almasına
bənzər al yanaq ifadələri nəinki Füzuli,Vaqif mərhələlərində,
hətta XXI əsrin bu illərində ən kamil söz ustası tərəfindən
deyilə biləcək, ancaq deyilməmiş ifadə - tablolardır - hələ
deyilmiş olsa idi, belə sadə və gözəl deyilə bilərdimi – bu,
başqa məsələdir. ―Bəri gəlgil‖ zərflik və xəbərindən sonrakı
ifadə-misralar ―sən‖ mübtədasının təyin-epitetlərindən ibarət
həmcins xitablardır. Bu, çox mürəkkəb sintaktik əməliyyatdır.
Belə elastikliklə edilibsə, bu nadir mükəmməllik də sintaksisin
əlamətidir.
―Dədə-Qorqud‖ dili ilə bugünkü Azərbaycan milli dilinin
lüğətindəki fərq müəyyən ölçüdə leksik vahidlərin arxaikləş-
məsindən ibarətdir. Ancaq bu arxaikləşmənin özü də
Azərbaycan dilinin tarixi təkamülünün tərkib hissəsidir.
―Dədə-Qorqud‖un dilində fəal işlənib, zaman-zaman
arxaikləşən həmin milli leksikon sonrakı mərhələlərdə
Q.Bürhanəddin, Nəsimi, Kişvəri, Xətai kimi klassiklərin,
həmçinin ―İxtiyaratül-qəvaid‖, ―Əsrarnamə‖, ―Şühədanamə‖
və s. kimi tərcümə-abidələrin dilində müşahidə olunur.
Azərbaycan dilinin tarixi sisteminə daxil olub, lüğət
tərkibimizin ümumi inkişaf prosesi ilə bağlıdır. ―Dədə-
114
Qorqud‖un dili üçün səciyyəvi olan sağış (məhşər), sonuc, yazı
(çöl), damu, uçmaq, tanıq, bəbək (bala), kəndü, şol, dünlə (gecə
ikən), çəri, əsən, sayru, irmək, sayrımaq (oxumaq), ısırmaq
(dişləmək), ilətmək, tümən (qeyri-müəyyən say), yayaq
(piyada), qat (yan,dəfə), şimdi, ulaşmaq, sunmaq, ayıtmaq,
ayağ (qədəh), alp və s. kimi onlarla söz XVII əsrə qədərki
Azərbaycan ədəbi dili üçün işləkdir. Dastanın dilindəki müasir
arxaizmlərin bir qismi bugünkü dialektlərimizdə qalır ki, bu
da ―Dədə-Qorqud‖ lüğətinin vaxtilə yalnız ədəbi dil
səviyyəsində mövcud olmayıb, həm də canlı xalq ünsiyyətində
işlənməsinin dəlalətidir: becid, ban, güz, yəxni, gədik, seyvan,
suç, aya (əlin içi), ağırlamaq, öylə (nahar və vaxt), döşürmək,
ismarlamaq, ülüş/ülüşmək, küvəzləmək, qu (xəbər), us,
biləsincə (özü ilə), bozlamaq, yeng (qol), düş və s.
Dastanın dilindəkilərdən sonralar arxaikləşən leksik
vahidlərin bir qismi müxtəlif abidələrdə rastlaşsa da, onun öz
dili üçün çox tipikdir: qaytaban, qlağuz, ərcil, ağban, altunban
(ev), qutlu, əvrən, cilasun, qont, yund (at), qavat, mərə (xitab
məqamında ədat), obrilmək, bunalmaq, onarmaq, ərquru,
qazlıq (qazlıq at), salqum, tat əri, ərdəmli, qulumaq, ord (yurd),
bozlamaq, şülən, bezə (yazıq, miskin), göndər (dirək, mizraq),
ınaq, büsərək və s. Bu spesifik dil materialı sırasına idiom,
ifadə və konstruksiyaları da əlavə etmək olar:
yum vermək, uru turmaq, qu qılmaq, bağır basmaq, yürüyü
vermək, sığraq sürdürmək, yarımasın- yarcımasın, ağız-dildən
görklü salam vermək, ağ tozlu qatı yay, ov ovlamaq-quş
quşlamaq, qadınım ana, qara polad uz qılınc, at ayağı külük-
ozan dili çevik olur, qılıcıma toğranayım, oxıma sancılayım,
topraq kibi savrılayım və s.
‖Dədə-Qorqud‖un dilindəki arxaikləşmənin bir qismini
semantik arxaikləşmə təşkil edir. Yəni dastanın leksikasının
müəyyən qismi dilin sonrakı mərhələlərində, bugünkü milli
dildə həmin əski fonetika-morfologiyası ilə qalır, ancaq başqa
lüğəti məna daşıyır: oxumaq ―çağırmaq‖, mırlamaq
―guruldamaq‖, hayqırmaq, halal ―həyat yoldaşı‖, dövlət
―‖ağıl‖, qayırmaq ―qorxmaq‖ ―darıxmaq‖, dərilmək
―yığılmaq‖, ―toplanmaq‖, qat ―yan‖, ―dəfə‖, baba ―ata‖, qaba
115
―böyük‖, ―bərk‖, kəpənək ―yapıncı‖, banlamaq ―əzan
vermək‖, səxt olmaq “ pərt olmaq‖, uğur ―yol‖, ər ―kişi‖,
ürkmək ―qaçmaq‖, yortmaq ―getmək‖ (insana aid), aş
―yemək‖ ―xörək‖, toy ―qonaqlıq‖, yürütmək ―tanıtmaq‖, kişi
“adam‖, oğul/oğlan ―övlad‖ (qız və oğlan xeylağı), qarı
“qadın‖, bitmək ―yetişmək‖ ( bəbəkləri bitsin-balaları olsun-
yetişsin) və s. Belə leksik-semantik təkamül Azərbaycan
dilinin təşəkkülündə müxtəlif türk tayfalarının iştirakı ilə
şərtlənir. Təsadüfi deyil ki, bu sözlərin müəyyən qismi müasir
dövrdə başqa türk dillərində həmin Qorqud semantikası ilə
işlənir, indiki Türkiyə türkcəsində baba-ata, qarı-qadın, həyat
yoldaşı, ər-kişi , kişi - adam mənalarındadır və s.
―Dədə Qorqud‖un dilində eyni zamanda xalq dilinin ilk
təşəkkül mərhələsinin bəzi xüsusiyyətləri müşahidə olunur-
bunlar XIII əsrdən sonra epizodikdir, hətta bəzən nadir
hadisədir. Bu əlamətlərdən biri odur ki, dastanın dilində
köməkçi nitq hissələri zəifdir, bağlayıcı xeyli azdır, onun
funksiyasını intonasiya yerinə yetirir. Bu, abstraksiyanın aşağı
mərhələsinin xüsusiyyətidir. Köməkçi nitq hissələrindən ən
yüksək abstraksiya ilə bağlı olanı modal sözlərdir. Təsadüfi
deyil ki, ―Dədə-Qorqud‖-un dilində ən zəif kateqoriya modal
söz qatıdır.
Müəyyən sözlər tarixi inkişaf nəticəsində müstəqil leksik
vahid hüququnu itirmişsə də, indi söz tərkibində özünü
xatırladır. ―Kitab‖da ut - abır, həya; utlu/udlu - abırlı, həyalı;
utsuz/udsuz - abırsız. İndi utanmaq, utancaq sözlərinin
tərkibində qalır: ut+an; ―Kitab‖da al – hiylə. İndi aldatmaq
feilində: al+dat; yalan=(y)al+an, yaltaq=(y)al+taq sözləri də
həmin köklə bağlı olmalıdır. ―Kitab‖da dan-dansux - söz-sov,
xəbər, məzəndə. İndi: dan+ış, dan+la, dan+maq.
Abidədə müxtəlif dil yaruslarında təşəkkül dövrünün
əlamətlərindən biri kimi faktların paralelliyi müşahidə olunur.
Eyni məfhumun verilməsi üçün müxtəlif mənşəli leksik
vahidlərdən, yaxud sözlər arasında eyni tipli əlaqə üçün
müxtəlif morfoloji göstəricilərdən istifadə olunur. Həmçinin
bir söz bir neçə fonetik variantda söylənir. Əlbəttə, bu, dildə
mövcud olan adi sinonimlik, yaxud ədəbi dil üçün səciyyəvi
116
olan variantlılıq tipindən fərqlənir. Müəyyən leksik vahidin,
morfemin və ya fonetik təzahürün seçilməsində, hansına
üstünlük
verilməsində ixtiyarilik yoxdur, formalaşmış
münasibət müəyyənləşmir. Eyni zamanda bu müxtəlifliyi
qarmaqarışıqlıq kimi də qələmə vermək olmaz. Yaxud belə də
demək olar ki, bu, sistematik qarışıqlıqdır. Müəyyən inkişaf
mərhələsində dövrün tarixi koloriti kimi təzahür edir: bir
tərəfdən, müxtəlif türk tayfa dillərinə məxsus faktlar xalq
dilində sinonim kimi işlənir, ikinci tərəfdən, danışıq dili və
ədəbi təzahürlər differensiasiya tapmayıb, üçüncü tərəfdən,
başqa dillərdən-ərəb və fars dillərindən mənimsəmələr hələ
vətəndaşlaşmayıb. Bu, ümumiyyətlə, ədəbi dilin başlanğıc
mənzərəsidir. Abidənin həcminə, böyük söz tutumuna uyğun
olaraq bu paralellikdə-qarışıqlıqda xüsusi rəngarənglik
görünür, burada ilk dövrlər ədəbi dilimizin bütün mənzərəsi öz
təzahürünü tapır. Şübhəsiz, həmin ümumi təzahürdə ―Dədə-
Qorqud‖un özünəməxsus cizgiləri vardır ki, bu da dövrün
möhürü ilə yanaşı və ondan əlavə, həm də əsərin bədii-üslubi
fərdiyyəti ilə müəyyənləşir.
Müxtəlif tayfa dillərindən gələn leksik paralelizim: demək-
ayıtmaq, etmək-qılmaq, sunmaq-vermək, getmək-varmaq, dağ-
yumru, sağ-əsən, alp-yigit, çalış-döyüş-vuruş. Ərəb, fars və
türk mənşəli sözlərin paralelizmi: pir-qoca, cəng-savaş, allah-
tanrı-təala, ayaq-sürahi, axirət-son uc, yazı-biyaban, sağ-
salamat, evrən-dünya-aləm...
Leksik paralelizmin təzahüründə yekrənglik yoxdur.
Bəzən ekvivalentlər mürəkkəb söz məqamında işlənir:
Sağ-əsən
varıb gələsən. Dünya-aləm gözünə qaranqu oldu.
Doyunca tıxa-basa yeyər. QonĢu haqqı, Tanrı haqqı deyib
söylər.
Qırx gün – qırx gecə toy-düyün elədilər. Gördü kim,
oğru köpək yeyə-dada evini bir-birinə qatmıĢ. Tanrı-təala bizə
bir yetman oğul verməz. Bəzən həmcins üzvlər kimi işlənir: Bir
yigidin Qaradağ yumrusunca malı olsa, yıqar, dərür. Bəy
yigitlər, cilasunlar,
bir-birinə qoyulan çağda. Yazıdan,
yabandan
evə bir qonaq gəlsə...ol onu yedirər, içirər, ağırlar,
əzizlər.
Dədəm Qorqud... bu oğuznameyi düzdi, qoşdı.
117
Uruşımdan, döyüşümdən
aləmi doldurayım, Dönə-dönə
savaşayım
, dönə-dönə çəkişəyim.
Belə halda sürəklilik, qüvvətləndiricilik kimi üslubi
məqsəd izlənir. Eyni məna müxtəlif sözlərlə verildikdə eyni
sözün təkrarındakı üslubi iş icra olunur. Dastanda belə
nümunələr var: zarlıq elədi, ağladı (bu,‖ağladı, ağladı‖
təkrarına bərabərdir). Yaxud: sağdır, əsəndir - sağdır, sağdır:
qorxma, qayırma – qorxma, qorxma; ağlar, bozlar - ağlar,
ağlar...və s.
Bəzən belə sözlər ayrı-ayrı səhifələrdə, müxtəlif
cümlələrdə, işlənir: bəzən-yazı-yaban, bəzən də bir məqamda
yazı, başqa məqamda yaban. Bu sinonimlərin müvaziliyi eyni
zamanda onların bir-biri ilə mübarizəsi prosesidir. Gələcəkdə
bunlardan ya biri (və ya bir neçəsi) arxaikləşir, digəri işlək
qalır, ya da hər ikisi (və ya hamısı) dildə sabitləşir.
Dastanın dilində morfoloji (I şəxsin təkini bildirmək üçün
həm –ayın, həm də-ayım, I şəxsin cəmini bildirmək üçün həm
–alım, həm də -avuz, müzare üçün həm –ır, həm də -ar
şəkilçilərindən və s. istifadə olunur). fonetik (uca-yuca, en-yen;
binət-minət, yesir-əsir, əyər-yəhər, yiyə-iyə və s.), həmçinin
fono-morfoloji (kiçi-kiçik, başla-başda, yanındakı-yanındaqı,
qəribligə-qəribliqə, söyləməgim-söyləməğim və s.) tipli parale-
lizimlər mövcuddur.
Abidənin dili morfoloji quruluş baxımından da qədimliyi
ilə səciyyələnir. Həm qrammatik, həm də leksik şəkilçilərdə
ilkinlik xüsusiyyətləri seçilir. Sözün morfoloji təkamülü
haqqında müəyyən təsəvvür yaranır. Bir-iki konkret
nümunəyə baxaq: kimi qoşmasının tərkibi:
Anun biginin,
xanım, bəbəkləri bitməsün. Bigi-// kibi/kimi silsiləvi inkişafı.
Hələ -i mənsubiyyət şəkilçisi tək (kim+i) mənasını saxlayır,
daşlaşmayıb. Yoxsa kimi+si şəklində işlənərdi. Bu gün tamam
qrammatikləşən idi ünsürü abidənin dilində olmaq köməkçi
felinin mənasına uyğun məqamlarda leksik vahid kimi işlənir.
Yəni idi leksik mənadan hələ təcrid olunmayıb: ―
Dirsə xan
burada oğlancığı sağ idigün yenə bildi‖, ―Selcan xatun hal nə
idigün
bilüb söyləmiĢ‖, ―Kim idigün bilin‖, ―Oğlum idigin
ondan biləyim‖. Sözün asemantikləşməməsinə başqa bir
118
misal: ―
Böylə oğul mənə gərəkməz‖ Göründüyü kimi, gərək
müstəqil leksik mənalı fel kimi işlənir. Nə əvəzliyinin sonu
saitli isim kimi mənsubiyyət şəkilçisi qəbul etməsi: ―Ġç
Oğuzda
kimin nəsisən‖. Deməli, əvəzlik hələ isim-əşya mənşəyindən
təcrid olunmayıb. Bəzən isimlərin atributivləşmə mövqeyi
kəsb etmədiyi görünür:
Bir yerdə ipək xalçası döĢənmiĢ idi
(yoxsa ―ipək xalça‖ olardı).
Qrammatik şəkilçi itir, ancaq izi qalır.‖
Dayağı gedürsələr,
dam yıqılur‖. Gedürmək burada götürmək, qaldırmaq
mənasındadır. Şübhəsiz, onun əsli belədir: get+ir/dir (təsirlilik
əlaməti). Götürmək feli də, görünür, həmin sözün (getmək)
fonetik və semantik şəkildəyişməsidir. Abidənin dilində -(ə)t, -
(ə)r, -(ə)l şəkilçiləri eyni hüquqda fəaliyyət göstərir. Hələ bu
sinonim morfemlərdən heç birinə işləmə tezliyinə görə
üstünlük vermək olmur: gözətmək, donatmaq, evərmək,
oyarmaq, önəlmək, ulalmaq.
Aqlütinativlik dastanın dilində qədim toxunulmazlıq
əlamətini saxlayır. Söz yaradıcılığında morfoloji üsul əsas yer
tutur, nəinki müasir dilimizə, hətta milli-təşəkkül dövrünün
sonlarına görə müqayisədə perifrastik şəkildə söz yaradıcılığı
məhduddur. Aqlütinativliyin mahiyyəti burada nisbətən təmiz
halda təzahür edir, analitiklik hələ dar və qırıq-kəsik cığırlarla
gəlir, hələ özünə aydın yol açmamışdır.
Aqlütinativliyin sistemi bir bu cəhətdə görünür ki, leksik
şəkilçi müəyyən nitq hissəsinə aid sözlərə artırılarkən
təxminən məhdudlaşmır, geniş areal əhatə edir: quşlamaq (quş
ovlamaq), boylamaq (boy söyləmək), ədəblənmək (ədəb
göstərmək), casuslamaq (casusluq etmək), davalamaq (haqq-
hesab çəkmək), qonaqlamaq (qonaq etmək), ulalmaq (ulu
olmaq-böyümək),
önəlmək
(önə
getmək
felinin
çoxmənalılıqları:
sağalmaq,
irəliləmək.
Görünür,
qorqudşünaslar tərəfindən onarmaq şəklində oxunub aşırmaq,
avand eləmək mənalarını verən sözü də məhz önərmək kimi
almaq lazımdır; -əl və -ər şəkilçilərinin sinonimliyini nəzərə
alsaq, önəl və önər eyni məna verir), aşıqlamaq (aşıq olmaq,
vurulmaq ).
119
Aqlütinativliyin başqa cəhəti budur ki, məna və fikir
verilməsində ifadə, vasitə yığcamlığını təmin edir. Çapmaq,
sürətlə getmək mənasını bildirmək üçün önəlmək felinə dərəcə
məzmunu bildirən -cə şəkilçisi artırılır: ön-cə-lə(mək. Bu halda
–cə şəkilçisi həm məntiqi, həm də emosional bir mətnin
enerjisini özündə cəmləşdirir. Eyni sözü ərcil leksik vahidinin
yaranması haqqında demək olar: -cil şəkilçisi heç olmasa bir
cümləni əvəz edir. Yenə intensivlik məqamında şəkilçidən
istifadə: yarımasın-yarcımasın. Yaxud cins, çeşid mənasını
bildirmək üçün şəkilçinin işlənməsi: buğa – buğra və s.
Bütün bu məqamlarda aşkar qənaət məqsədi izlənir. Hətta
qənaət bu mənada da müşahidə olunur ki, çoxsəsli şəkilçi
daha yığcamı ilə növbələşir: bayımaq–la əvəzinə -ı; yünü
(yüngüllük) -üllük əvəzinə -ü. Yaxud müasir dil baxımından
müəyyən şəkilçilərin buraxılması:
Oğul atanun yetiridir-yetirmə əvəzinə yetir: ər ağırın, ər
yünüsin at bilür-ağırlıq-ağır; Qolça qopuz götürüb eldən –elə,
bəydən-bəyə ozan gəzə – bəylikdən-bəyliyə-bəydən-bəyə.
Gəldi, geyəsisün geydi – geyinməlisini-geyəsisini.
Burada ―geyəsisün‖ sözü vacib, lazım olan paltar, silah
anlayışlarını bütünlükdə ehtiva edir. Söz mətn mövqeyində
durur.
―Kitab‖ın dilindəki canlı danışıq ifadələri də dövrümüzə
qədər gəlmiş, bu gün də loru söz-ifadələr kimi yaşayır. Bir
neçə misal: cici-bacı (nərmə-nazik qadın mənasında eynən
qalır):
P əs varasan, bir cici-bacı t ürkm ən q ız ın ı alasan,
nagəhandan dayanam, üzərinə düĢəm, qarnı yırtıla? –dedi‖.
Dostları ilə paylaş: |