Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə6/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   2   3   4   5   6   7   8   9   ...   42

isti,  mülayim  iqlim  məzmunu  bildirir  ki,  bu  da  Arran 

dövlətinin coğrafi mövqeyi ilə üst-üstə düşür - Araz çayından 

İberiyaya  qədər  (söz  antroponim  də  sayılır)

3

.  Azərbaycan 



ərazisində eradan 70 min il əvvəl məskun olmuş

4

 Azıx (Aduğ-



Ayı) və Tağlar (Dağlar) toponimləri (Füzuli rayonu) ən qədim 

türk, oğuz-qıpçaq tələffüzü ilə yaşayır (M. Kaşğarinin oğuz və 

qıpçaq  təsviri  ilə  müqayisə  edin).  Eramızın  əvvəllərində 

Azərbaycanın  Gürcüstan  sərhədinə  yaxın  hunlar  tərəfindən 

Albaniya  çarının  qış  iqamətgahı  yerləşən  Xalxal  adlı  şəhər 

salınır


5

. Bu gün Azərbaycanın qərb dialektlərində, yəni Xalxal 

şəhərinin 

salındığı 

coğrafiyada 

mal-qara 

saxlanan 

daldalanacaq,  koma,  xırda  yaşayış  yeri  mənalarında  xalxal 

sözü işlənir. Monqolustan ərazisindəki qədim Bişbalık şəhəri

6

 



və 

Azərbaycanda 



Balıqyurd, 

Balıqyeri, 

Xarababalıq 

toponimlərindəki  balıq  (şəhər),  Talas  çayı  üstündəki  qədim 

Kəncək  şəhəri

7

  və  bizdəki  Gəncə,  Altayda  türkütün  ilk 



təşəkkül  yeri  sayılan  Qobi

8

  və  bizim  Qobustan  toponimləri, 



(həmçinin Azərbaycan şivələrində: qobu-dərəçökək yer) türk-

oğuz leksikasına daxildir. 

                                                 

2

 Мамедов Т. Албания и Атропатена. Б., 1977, с.47. 



1

 Радлов В. В. Опыт словаря тюркских наречий. Т. I, ч. I, с. 492.   

2

 Дьяконов И. М. Языки древней Передней Азии. М., 1967, с. 108. 



3

 Azərbaycan tarixi. Bakı, 1994, s. 176. 

4

 Hüseynov M. Uzaq daş dövrü. Bakı, 1973, s. 40. 



5

 Мамедов Т. Албания и Атропатена. Б., 1977, с. 23. 

6

 Бартольд В. В. Сочинения, II (I), М., 1963, с. 557. 



7

 Yenə orada, s. 151. 

8

 Гумилев А. Н. Древние тюрки. М., 1967, с.70.  



 

85 


Vətənimizin  və  dilimizin  tarixini  yaşadan  bir  sıra 

etnotoponimlər  e.ə.-dən  başlayaraq  ilk  orta  əsrlərin  ilk 

dövrlərinə  qədər  gəlir  ki,  bunların  əksəriyyəti  oğuz  adı  ilə 

bağlıdır: Bayat, Afşar, Kəngərli, Qıpçaq, Quzğun, Xəzər, Hun 



dağı,  Hunlar  kəndi,  Qarqar  çayı,  Çollu,  Çərəkən,  Çiroğuz, 

Xalac, Biləsuvar, Qazax, Vənəd, Biçənək (peçeneq)... 

Bu toponimlər Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş 

qədim  türk  tayfalarının  adlarını  daşıyır.  Toponimlərdə  həmin 

ərazidə  müxtəlif  etnosların  yaşamış  olması  öz  əksini  tapır  -  bu 

toponimlər  tarixən  mürəkkəb  sözlər  olmuşdur:  Quzğun  (Xəzərin 

adlarından biri.) C. Cabbarlıda Quzğunun sahilində pək qocaman 

Bir  yapı  [Qız  qalası  nəzərdə  tutulur],  əski  sirrlər  yuvası  =  Quz 

(quz/oğuz tayfası)+ğun (hun adının tarixən dəyişmiş şəkli); 



Məkəz  (Naxçıvanda  kənd  adı)  =  Mək/mak  (etnosun  adı, 

Midiyada aparıcı olan maklar) + əz/az (azların, az/türk etnosunun 

adı); 

Çırağuz (Qarabağda kənd) = Çir (Çıraq/Şirak türk tayfasının 

adının  mürəkkəb  söz  tərkibində  ixtisarı)  +  oğuz.  Etnonimi  tərkib 

hissələrinə belə də ayırmaq olar: Ş/Çırağ + uz (uz/quz/oğuz tayfası).  

Yazıyaqədərki  dövr  Azərbaycan  türkcəsinin  lüğətini,  ümu-

miyyətlə,  qavramaq  mümkündür:  müasir  dilimizdəki  təkhecalı 

feillərin  təxminən  hamısı  müəyyən  fonetik  fərqlə  mövcud 

olmuşdur:  gəl,  get,  gir,  çıx,  uy  (u)..;  bədən  üzvlərini    bildirən  

isimlər:    əl//qol,    göz,    ağız,    baş    saç,  ayaq/(adaq-azaq)..;  qo-

humluq  bildirən  sözlər:  ata,  ana,  dədə,  nənə,  oğul, 

qardaş//qarıntaş..;  təqvim:  gün//kün,  dün//tün  (gecə),  ay,  il(yıl), 

qış,  yaz,  güz  (payız)..;  təbiət  hadisələri:  qar,  yağmur,  su, 

çay//ırmaq,  yel...,  rəng  bildirən  sözlər:  ağ,  qara  (nqu),  al,  qızıl 

(qırmızı), gög, boz..; sayların əksəriyyəti: bir, ik(k)i, üç, beş, min, 

tümən (on min və minlərlə)... Buraya bu gün də işlənən, bilinən, 

tanınan yemək, geyim adları, ―Dədə Qorqud kitabı‖ndakı tipdə 

antroponimlər,  mərasim,  oyun  adları,  toy,  yas  adətləri  ilə  bağlı 

yüzlərlə sözlər də daxildir. Müxtəlif xalqların b.e.ə. və ya b.e.-nın 

ilk  əsrlərinə  aid  tarixi  mənbələrində  rast  gəlinən,  fonetika  və 

semantikası  ilə  türkcəliyi  dəqiqləşdirilmiş  və  yazıyaqədərki  dövr 

Azərbaycan  türkcəsinin  nümunəsi  saydığımız  bir  qrup  sözün 

siyahısı: 


 

86 


 

ağ - uca, yüksək  

ala - böyük 

aran - isti yer, qışlağın sinonimi, yaylağın antonimi 

arsak - xəzli samur 

adur/atur - yüksəklik 

azıq/x - ayı 

azuqa – ehtiyat, ərzaq 

balıq - şəhər 

bi - bəy//xanım 

budunq/budun/buduq  -  xalq,  kütlə  (bütün  və  bütöv 

sözlərində qalır) 



bulğar- təkəbbürlü, lovğa 

bun - yoğun, qalın   

qara - böyük 

qarım – kiçik arx 

qobu - böyük yarğan, dərə 

qıpçaq - qoçaq, cəngavər 

kün/gün - el, oba 

max/maq - ilan  

öğ - ana, doğma  

tağ - dağ  

türk - gözəl 

xalxal - tövlə  

uz - uzun, çox 

barış – 1. barışmaq, küsüşməyin antonimi;                                                                                                              

             2. Barış, sülh, əmin-amanlıq                                                                                                                     

   


Bu son söz hələ çox qədimlərdən heyrətləndirici dərəcədə bu 

gün  anladığımız  mənadadır.  Ancaq  onu  quruluşca  təhlil  etmək 

olmur,  çünki  onun  fonetika  və  morfologiyası  ilk  oğuz  qatının 

faktıdır.  Sözün  bar  hissəsi  dil  tariximizdə  işlənmiş  və  bu  gün  də 

dialektlərimizdə  qalan  var+maq  (getmək)  felinin  köküdür. 

Barışmaq  (varışmaq)  sözü  feilin  qarşılıq-müştərək  forması  olub, 

bir-birinə gedib-gəlmək mənasını ifadə etmişdir (bu gün gedişmək, 



gəlişmək  feilləri  işlənmir,  ancaq  bunların  qədim  şəkli  gediş-gəliş 

mürəkkəb  sözündə  donuq  halda  qalmışdır).  Barış(maq) feili  bir-



 

87 


birinə  gedib-gəlmək  mənasında  tarixi  yazılı  abidələrdə  özünü 

göstərir: 

Olar bir-birka barışdı

1

 (onlar bir-birinə getdi – gediş-gəliş 



etdilər); 

Sanğa teng tuĢung birlə iltiĢbarış, Qatılqıl, qırılqıl, alıĢ

həm  beriĢ

1

  (Sən  öz  yaxınlarınla  əlaqə  saxla,  get-gəl  elə,  qatıl, 



onlarla münasibətini kəsmə – alış-veriş elə). Burada barış- (get-gəl 

elə, yaxınlarınızla bir-birinizə gedişin, gəlişin) feili ilə yanaşı, iltiş- 

(ilətiş-mək – bir-birinə qovuşmaq), alış-, biriş- (alışmaq-verişmək) 

feilləri 

də 

qarşılıq-müştərək 



mənasında 

işlənmişdir. 



Barmaq//varmaq paralellərində olduğu kimi, biriş – feilində də b-v 

keçidi var: veriş – deməkdir; alış, həm biriş alış və veriş deməkdir. 

Deməli, hələ XI əsrə qədər Şərq türkcəsində barış- feili ancaq bir-

biri  ilə  gediş-gəliş  etmək  mənasında  işlənmişdir.  Bu  söz  Şərq-

Türküstan  türkcəsində  XIII  əsrdən  sonra  əmin-amanlıq,  sülh, 

barış  mənası  bildirmişdir

2

.  Halbuki  ―Dədə  Qorqud  kitabı‖nın 



dilində  VII  əsrdən  barış-  sözü  bugünkü  ―əmin-amanlıq  etmək‖ 

mənasını  ifadə  etmişdir: 

ilərü  gəlüb  Selcan  xatunını  qucaqlayub 

barışmışlar

soruĢmuĢlar

3



Deməli:  bar(maq)  sonralar  var(maq)  ―getmək‖  kimi  işlət-



diyimiz feilin daha qədim fonetik formasıdır. Bugünkü barışmaq 

feili  və  sonra  həmin  formadan  törəmiş  barış  ismi  arxaikləşmiş 

fonetikanın  cildində  daşlaşaraq  qalmışdır.  Bu  həm  də  feil 

formasının  əlaməti  kimi  və  feildən  isim  düzəldən  –ış  şəkilçisinin 

həmin  bar-(var-)  fonetikası  qədər  qədim  olduğunu  göstərir  və 

bütün bunlar ―Dədə Qorqud kitabı‖ndakı qrammatik quruluşun 

tarixin çox dərinliyinə getməsinə dəlalət edir. Bu dərinlik Şərq və 

Qərb  türkcələrinin  differensiallaşmasından  əvvəl  gəlir.  Eyni 

zamanda bu differensiallaşmanın başlandığı da təsdiqlənir.     

Qədim  tarix  əsərlərində  işlənib  türkcə-azərbaycanca  etimo-

lojiləşən onomastik nümunələrdən kiçik bir siyahı:  

 

1.



 

Antroponimlər

                                                 

1

  Kaşğari  M.  Divanü  lüğat-it-türk  (Besim  Atalay  tərcüməsi),  II  c,  Ankara  – 



1981, s. 94(16).  

1

 Qutadğu bilig (Raşit Rahmeti Arat mətni), I c., Ankara, 1991, b. 1305, s. 432. 



2

  Mustafa  Öner.  Barış-//barış  sözü  hakkında  //  Türk  dili  ve  edebiyatı;  Sayı: 

VIII; İzmir, 1994, s. 57-65. 

3

 Kitabi-Dədə Qoqud. ―Öndər nəşriyyatı‖, Bakı, 2004, s. 116-117. 



 

88 


Oroys//Orouz//Oris (e.ə. I əsr alban hökmdarı) -(Qırğızıs-

tanın məşhur dilçisinin soyadı Oruzbayevadır);  



Varaz  (VII  əsr  alban  hökmdarı,  Cavanşirin  atası)  - 

Araz//Aruz;  



Vaçaqan  (V  əsr  alban  hökmdarı)  -  Uçağan  (cəngavər, 

çevik, yüksək mənalarında); 



Tomris (əfsanəvi Midiya hökmdarı) - mifə görə yaranma, 

məhsul ilahəsi; 



Aruz//Uruz//Oruz – DQK-nın obrazları.  

Arsak  (Azərbaycanda  4  yüz  il  hakimiyyətdə  olmuş 

parfiyalı  arsakilərin  ilk  hökmdarı)  -  Ər  (igid)  +  sak  (etnosun 

adı);  xəzli  samur  -  güclü  heyvan  (vaxtilə  türklərdə  güclü, 

cəmiyyətə  faydalı  heyvanların  adını  hökmdar  və  sərkərdələrə 

vermək adəti olmuşdur: Aslan, Buğac, Köpək, Qapağan); 

Zober  (e.ə.  I  əsrdə  alban  hökmdarı)  -  Çapar  (mahir 

atminən); 



Zaberqan (V  əsr hun-kotriqur sərkərdəsi. Kotriqur  ―otuz 

oğuz‖  kimi  etimolojiləşir.  Bu,  otuz  oğuz  tayfasının  birliyi, 

Böyük Oğuz Eli deməkdir) - Çapar Xan. 

Avçı, Qazan ―Alban tarixi‖ndə atroponimlər. 

Uruk - Şumerdə şəhər, Orxon - Yenisey kitabələrində bəy 

adı, ―böyük‖, ―ucalıq‖ bildirir. 



2.  Toponimlər. 

Alataye (e.ə. III minillikdə Urmiya ətrafında Azərbaycan 

dövləti) - Ala (böyük) + tau (tağ/dağ). 



Aratta  (qədim  Azərbaycan  dövlətinin  adı.  Şumerin 

qəhrəmanlıq  dastanlarından  biri  ―Luqalbanda  və  Aratta 

hökmdarları‖  adlanır)  -  Ara//uru  (uca,  yüksəklik)  +  ta  (tau-

tağ-dağ). 



Ögbatan - Midiyanın paytaxtı (öğ - ana, doğma; Öğbatan 

- doğma yurd). Digər adı: Ekbatan, indiki Həmədan. 



Makta (Midiyanın adı) - Mak (tayfanın totemi - ilan) + ta 

(məkan anlayışı bildirən şəkilçi).  



Şakaşen/Sakasen  (indiki  Şəki  ərazisində  Albaniyanın 

qədim  yaşayış  məntəqəsi)  -  indiki  Şəki,  Saatlı  (Sakatlı), 

Zaqatala  toponimlərinin  adında  yaşayır.  Sak  (etnosun  adı. 

Sakat 

sözü 


Sak+at 


[qədim 

türk-monqol 

cəm 


 

89 


şəkilçisi])+sin/sen (sin qədim türkcədə şəhər, yaşayış məntəqəsi 

deməkdir.  Həştərxan  şəhərinin  qədim  adı  Sakasen  olub.  Sarı 

Aşıqda: Aşıq, tər sinə qoyun, Yuyun, tər sinə qoyun, Yaxşını 

qibləsinə,  Məni  tərsinə  qoyun  -  birinci  misrada  tər,  təzə  sin 

(―qəbir‖ mənasındadır; əslində qəbir [sin] ruhun ədədi yaşayış 

məntəqəsidir.  Bütün  bunlar  fonetikası,  lüğəti  (əsas  lüğət 

fondu), qrammatikası təşəkkül tapmış xalq dilinin varlığından 

xəbər  verir.  Bilindiyi  kimi,  frazeoloji  material  50-100  ilin  və 

hətta bir neçə yüz ilin məhsulu deyil. Deyək ki, ―Dədə Qorqud 

kitabı‖nda  (DQK),  Həsənoğluda  və  onun  müasiri  "Əhməd 

Hərami dastanı"nda, Nəsimi və Füzulidə işlənən frazeologiya 

bir  sistem  təşkil  edir  və  bunlar  müasir  dildə  də  yaşayır. Yəni 

frazeologiya, atalar sözü, sabit ifadə-deyimlər əsas lüğət fondu 

kimi  uzunömürlü  və  ya  həmişəyaşar  faktlardır.  Əgər  DQK-

dan  bəri  1300  il,  ya  Nəsimidən  bəri  altı  əsrdə  eynən  qalan 

frazeologiyanı, atalar sözünü görürüksə, bunlar həmin şəkildə 

1300  il  də  tarixin  dərinliyinə  gedir.  Məsələn,  deyək  ki, 

Həsənoğluda ―Əsli yuca, könlüalcağum bənüm‖ deyilirsə, əsli 

yuca ifadəsində nəslən ucalıq, nəcabətlilik, ―könlüalçaq‖ sabit 

birləşməsində  (artıq  mürəkkəb  sözə  çevrilib)  sadəlik, 

təvazökarlıq  mənası  ifadə  olunur.  Ərəbcənin  Azərbaycanda 

dövlət  dili  olduğu  dövrdə  nə  ―sadə‖,  nə  ―təvazökar‖  sözü 

―könlüalçaq‖ın  yerini  tuta  bilmir  –  bu  mürəkkəb  sözün 

bünövrəsi  frazeoloji  nümunədir;  və  beləliklə  də,  ―sadə‖  və 

―təvazökar‖ sözləri adi, quru semantikaları ilə bədii-frazeoloji 

yüklü  ―könlüalçaq‖ın  mövqeyini  işğal  edə  bilmir.  Yəni  bədii 

nitqdə frazemin yaşıl işığını heç bir ―rəsmi‖ nümunə söndürə 

bilməz.  Halbuki  ―sadə‖  və  ―təvazökar‖  Həsənoğludan  bəri 

bütün dövrlərdə və bu gün işlənir, onların Həsənoğludakı milli 

qarşılığı isə bu gün dialektlərimizdə alçaqkönül şəklində qalır. 

Burada  biz  frazeoloji  nümunənin  milli  fakt  kimi  əcnəbiyə, 

gəlməyə müqavimət əzmini görürük. Məhz bu yolla ən qədim 

frazeoloji  ifadələr  və  atalar  sözləri  gəlib  günümüzə  çıxmışlar. 

Deməli,  bunlarda  yazıyaqədərki  dövrün  də  payı  var. 

Frazeologiya həm şeiri bədiiləşdirən material, həm də ilk bədii 

yaradıcılıq  faktıdır.  Atalar  sözləri  şeir  nümunələridir.  Və 

atalar sözlərində ən qədim şeir texnologiyası əks olunur. Şeir 


 

90 


dili  isə  dəyişməyə  qarşı  olduqca  mühafizəkar  olur.  Deməli, 

bugünkü,  xüsusilə  Nəsimidən  o  yankı  və  DQK-dakı 

frazeologiya və atalar sözlərində ən qədim dövrlərin, eləcə də 

yazıyaqədərki  dövrün  dil  nümunələri  müəyyən,  bəzən  son 

dərəcə  az  tarixi  dəyişikliklərlə  saxlanır.  Beləliklə,  bu  şeirlər, 

bir tərəfdən, ən qədim dövrlərin dil nümunələrini saxlayır, digər 

tərəfdən, həmin dövrün ədəbi-bədii dilinin varlığına və keyfiyyətinə 

şahidlik  göstərir.  Şeir  hörgüdür  -  söz-kərpiclər  misra-sıraları 

düzəldir,  onlardan  da  tikinti-abidələr  yaranır.  Bu  abidələr  eynən 

memarlıq  abidələri  kimi  min  illərin  sınağından  keçir.  Şeir  daşa 

qazılmış yazı kimidir - bəngü daş (əbədi daş - Orxon dastanlarından 

gələn  ifadədir)  timsalında  tarix  yaşantısıdır.  Hər  yağış  onu  poza 

bilmir,  hər  dolu  onu  vura  bilmir.  Ona  görə  də  şeir  dilin  tarixini 

əlaqələndirə  bilir.  Şeirin  poetikası  şeirin  dilini,  birinci  növbədə, 

lüğətini toxunulmazlaşdırır. Burdakı dəyişmələr və onların bərpası 

eynən  tarixi  memarlıq  abidələrindəki  kimi  gedir.  Daşı,  kərpici 

düşmüş,  naxışı  pozulmuş  bir  abidəni  necə  gəldi  düzəltmək,  nə 

material  gəldi  istifadə  etmək  olmaz,  abidənin  tarixi  quruluşu 

saxlanmalı,  əslində  olmuş  materialdan  istifadə  olunmalıdır. 

Məsələn, şeirdə bir sözün mənası arxaikləşibsə, ona hecası, ahəngi 

uyğun  sinonimi  tapılmalıdır.  Yazıyaqədərki  dövrün  dil  faktları 

müxtəlif qəliblərdə daşlaşmış şəkildə nəsildən-nəslə keçir. Folklorda 

ağız vasitəsilə gələn bir qəlibin lüğətinə diqqət verək: Az getdi, üz 

getdi, dərə, təpə, düz getdi. Bu, qədim şeir nümunəsidir. Qafiyələri 

göz qabağında: az-üz-düz. Üç misrası (1, 2, 4) üçhecalı, biri (3-cü) 

dörd  hecalıdır  -  qədim  şeirdə  misraların  heca  bərabərliyinin 

pozulması  yayılmış  haldır.  Bütün  sözlərin  lüğəti  mənası  var,  ―üz‖ 

sözündən  başqa.  İndi  həmin  qəlib  belə  də  söylənir:  Az  getdi,  çox 

getdi...  Deməli,  ―üz‖  sözü  ―az‖ın  antonimi,  həm  də  onunla 

həmqafıyə  olmalıdır.  İndiki  uzun,  uzaq  sözlərinin  kökü  olan  uz 

seçilir. Bu sözün – ―uz‖un müxtəlif morfoloji törəmələri var: uzun, 

uzaq,  uzat  (maq),  uzan  (maq),  hətta  danışıqda  uzaş  (mag).  M.  Ə. 

Sabirdə:  Gözdən  uzaşdı,  qoymayın.  Ancaq  indiki  halında  bu 

törəmələrdən hər biri sadə söz kökü kimi qəbul olunur, çünki ―uz‖ 

müstəqil  lüğəti  məna  vermir.  Yaxud  ―Dədə  Qorqud  kitabı‖nda 

qılıncın  təyinləri:  qara,  polad,  uz  qılıc.  XIII  əsrdən  bəri  ―uz‖ 

müstəqil  leksik  vahid  kimi  işlənmir.  Hətta  Orxon-Yeniseydə  də 



 

91 


ayrıca  lüğət  vahidi  deyil,  derivasiyalar  şəklində  mövcuddur.  Əgər 

XIII əsrdən bu yana 8 əsr müddətində (Orxon-Yeniseyi də nəzərə 

alsaq,  14  əsr)  həmin  sözün  derivatları  morfoloji  baxımdan 

sabitləşməyibsə,  deməli,  ―uz‖un  müstəqil  lüğət  vahidi  kimi 

işlənməsi daha qədimlərə gedir. Beləliklə, həmin şeir nümunəsi çox 

qədim  dövrün  faktıdır.  Onun  qədimliyinə  dəlalət  edən  başqa  bir 

cəhət:  qədim  türk  şeirində  heca  ilə  alliterasiya  yanaşı  çıxış  edir. 

Tarixi  fonetikamız  təsdiqləyir  ki,  təpə  sözü  dəpə  şəklində  işlənib: 



Dəpə  kibi  ət  yığdı,  göl  kibi  qımız  sağdırdı  (―Dədə  Qorqud‖). 

Deməli,  həmin  şeirdə  bu  sözlərin  ilki  belə  olub:  dərə-dəpə-düz

Beləliklə, şeir bütün əlamətləri ilə - misraların az hecalılığı, hecaların 

qeyri-bərabərliyi,  alliterasiyanın  iştirakı  və  lüğət  vahidinin  leksik-

morfoloji  təzahürünün  tarixəqədərkiliyi  ilə  bizi  tarixin  çox 

dərinliyinə aparır. Şeir yazıyaqədərki Azərbaycan türkcəsində belə 

təsəvvür olunur: 

 

Az getdi, 

Uz getdi. 

Dərə, dəpə, 

Düz getdi. 

 

Bünövrəsindən  atalar  sözü  və  məsəllərin  yaradılmasında 



alliterasiya  fəal  iştirak  etmişdir  və  həmin  poetexnik  xüsusiyyət 

həmin  janrı  bu  gün  də  müşayiət  edir.  Ən  müasir  yaradıcılıq 

məhsulu  olan  atalar  sözü  və  məsəllərdə  qafiyə  ilə  birlikdə 

alliterasiya da qədim, hətta ilkin yaradıcılıq qəlibi, möhkəm ənənə 

kimi yaşadılır. Alliterasiya prinsipinə görə, atalar sözü və məsəlləri 

ucdantutma  milliyəqədərki  dövrün  faktı  kimi  qəbul  edə  bilmərik. 

Ancaq  bu  alliterasiyada  yaş  fərqini  görmək  olar:  son  əsrlərin 

(görünür,  bu  dövrü  milli  dil  başlanğıcından  götürmək  lazımdır) 

alliterasiyası müasir tələffüzə əsaslanır və alliterasiya edən səslər göz 

qabağındadır.  Ancaq  bəzi  nümunələrdə  alliterasiya  üzdə  deyil, 

duyulur, hiss olunur (bu o demək deyil ki, alliterasiya donu-geyimi 

pozulmamış  bütün  atalar  sözü  və  məsəllər  cavandır,  yox,  qədim 

səslərimizdən  və  səs  qanunlarımızdan  çoxları  bugünkünə  uyğun 

gəlir.  Əksinə,  alliterasiyası  pozulan  nümunələr  azdır).  Bu  ―hiss 

olunan‖ alliterasiyaları tarixi fonetikanın köməyi ilə ―restavrasiya‖ 


 

92 


etmək  olar.  İki  nümunə.  1.  Daldan  atılan  daş  topuğa  dəyər.  Bu 

qədim  şeirdə  sözönü  samitlər  d,  t  səslərindən  ibarətdir.  Ritmik 

sistemdə  güclü  partlayışı  ilə  seçilən  t  (―atılan‖  və  ―topuq‖)  ilkin 

poetexnik  modelin  bərpasına  açar  verir  –  bunlar  kar  başlanğıc 

prinsipinə  görə  əsasdır  və  ―daş‖  sözü  yazılı  abidələrimizdə  t  ilə 

yazılıb, demək, məhz qədim deyilişin qalıq təzahürüdür. Həm də o 

halda  bütün  sözlərdə  t  iştirak  etmiş  olur;  tam  alliterasiya  üçün 

hamısını  t-ya  çevirmək  olur,  d-ya  yox.  Beləliklə,  qədim  və  ilkin 

alliterasiya  belə  bərpa  olunur:  Taldan  atılan  taş  topuğa  təyər.  2. 

Xatın  qız  bibisinə  oxşar.  ―Xatın‖  və  ―qadın‖  eyni  sözün  tarixi-

fonetik  dəyişmələridir.  ―Dədə  Qorqud‖da  ―qadınım  ana‖  ifadəsi 

göstərir  ki,  ―qadın‖  qədimdə  titul  və  möhtərəmlik  bildirib.  Eyni 

zamanda, yüksəklik məqamında qadın üçün ―xanım-xatın‖ təyini 

işlənir  ki,  burada  da  ―xatın‖  xanım  mənasındadır.  Ancaq  ―Dədə 

Qorqud‖dakı varianta görə ―qadın‖ı sonrakı mərhələnin məhsulu 

kimi  qəbul  etməliyik  (təsadüfi  deyil  ki,  milli  Azərbaycan  dilində 

həmin  deyiliş  sabitləşdi).  ―Qız‖ın  ilk  səsinə  uyğun  olaraq  məsəlin 

birinci  ritmik  hissəsini  ―qadın  qız‖  götürməliyik  (daha  qədim 

dövrlər  üçün  buradakı  qadını  ―k‖  kimi  də  ala  bilərik:  kadın  kız). 

Məsəlin  ikinci  hissəsində də ritm  olmalıdır  – ―oxşamaq‖ felini öz 

sinonimi ilə əvəz etsək, belə alınır: bibisinə bənzər. Beləliklə, ilk və 

ya  qədim  şəkli:  Qadın  qız  bibisinə  bənzər.  Bu  cəhətə  də  diqqət 

vermək  vacibdir  ki,  örnək-şeirlərin  bütün  sözləri  türk  mənşəlidir, 

ərəb-fars dillərinin təsirindən kənardır. Qılınc qının kəsməz, Qarın 

qardaşdan irəlidir, Qalan işə qar yağar və s. kimi alliterasiya köklü 

yüzlərlə atalar sözü və məsəllərlə yanaşı, Azərbaycan dilində çoxlu 

ritmik kəsiklər – ifadələr, idiomlar, birləşmələr var: 

baĢı bağlı, qara 

qıĢ,  qara  qar,  daĢ  daĢımaq,  daĢ  daĢı  yeyir,  göz  gözü  görmür,  gö

görəti, göy göz kosa, yumurtadan yun qırxmaq, yaxa yırtmaq və s. 

Sabitləşmiş,  təşbehə  çevrilmiş,  idiomlaşmış  yüzlərlə,  minlərlə  belə 

canlı  məişət  ifadələri  qədim  şifahi  ədəbi  dilimizin  tikə-tikə 

qalıqlarıdır.  Bunlar  qədim  alliterasiya  şeiri  üçün  hazır  tikinti 

materialı  kimi  biçilib-kəsilmiş  nitq  hissəcikləridir.  Belə  faktlar  da 

yazıyaqədərki dilin göstəricilərindəndir. 

Şeir  texnikası,  qafiyə  hörgüsü  misradakı,  xüsusilə,  qafiyə 

yerindəki  qədim  sözü  ilk  yaradılış  şəklində  qoruyur.  Şeirin  qəlibi, 


 

93 


poetexnik  qədimliyi  göstərir  ki,  bir  söz  hətta  türkcənin  xalq  dili 

mərhələsindən də qədim dövrün yadigarıdır.  

Bilindiyi kimi, qədim türk sözləri birhecalı olmuşdur. Ona görə 

də misranı yadda saxlamaq, qavramaq üçün qədim, ilkin türk şeiri 

iki, üç, dördhecalı misralarla inşa edilmişdir.  ―Az getdi, uz getdi‖ 

şeiri  də  həmin  qədim  yaradıcılığın  məhsuludur.  Nağıllarda  rast 

gəldiyimiz  şeir,  deməli,  janr  kimi  nağılın  meydana  gəlməsilə 

yaşıddır. Folklorun nağıl yaşının folklorun özü qədər qədimliyi isə 

şübhəsizdir.  Göründüyü  kimi,  qafiyə  sözlərin  (az-uz-düz)  hamısı 

təkhecalıdır.  Eyni  zamanda  burada  o  da  görünür  ki,  ilkin  qafiyə 

yaradıcılığında  samit  aparıcı  olmuşdur:  a-u-ü,  göründüyü  kimi, 

qafiyə ahəngi vermir, qafiyə melodiyası z samiti ilə təmin olunur. 

Bu atalar sözləri də xalqımızın və dilimizin ən qədim müdrikliyinin 

məhsullarıdır: 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin