Gərdək – gərd/kərt (―kəsmək‖ mənasında; hətta indi canlı
danışıqda ―kərtmək‖, ədəbi dildə ―çərtmək‖ sözlərində qalır)
+ ək (isim düzəldən şəkilçi);
Muncuq – moyun/boyun>mun/bun+cuq.
Həmin sözlər XIII əsrdən bu günə kimi göstərilən fonetik
tərkibdə və indiki leksik mənasında işlənir. Bu cəhət nəinki
onların leksik-morfoloji sabitləşməsindən, həm də Azərbaycan
102
xalq dilinin dediyimiz dərinlikdə təşəkkül tapmasından xəbər
verir. Aqlütinativ dilin bu inkişaf məntiqinə əsaslanırıq ki, əgər
10 əsr müddətində bu sözlər bir leksik semantika və dəyişməz
morfonologiya ilə yaşayırsa, deməli, mayaları çox dərində
tutulub, deməli, ən azı bir o qədər də dərinə gedir.
Maraqlıdır ki, adları çəkilən sənətkarların farsca əsərlərinin
dilində bu maddi-cismani faktlarla yanaşı, türk-azərbaycancanın
mənəvi təsiri də hiss olunur. Bu, qrammatik və frazeoloji
kalkalarda özünü göstərir. Qrammatik qəlibin belə hərfi
tərcümələri var:
Xani-xanan. Bu, ―Dədə Qorqud‖dakı ―xanlar xanı‖ titul –
ifadəsinin tərcüməsidir – türkcə ―xan‖ leksik vahidinin işlənməsi
də öz yerində. ―Dədə Qorqud‖da: ―Xanlar xanı xan Bayındır
yılda bir kərrə toy edüb Oğuz bəglərün qonaqlardı‖. Nizamidə:
―Xani-xanan rəvanə gəşt zi Çin‖ (Xanlar xanı Çindən yola
düşdü). Bir qədər sonra hətta farscadakı ―şahənşah‖
müqabilində ―şahi-şahan‖ forması da işləndi – bu, türkcənin
qrammatikasının (xanlar xanı→xani-xanan→şahi-şahan) fars
qrammatikasına aşkarca təsiridir.
Kəmani-səpidtuz. ―Dədə Qorqud‖dakı ―ağ tozlu yay‖
ifadəsinin hərfi tərcüməsi göz qabağındadır – ―toz‖ sözünün
türkcəliyi də öz yerində.
Farsca yazan azərbaycanlıların dilində hərfən tərcümə
olunmuş çoxlu frazeoloji ifadələr, atalar sözü və məsəllər var.
Bunun zəngin və ən tipik faktları Xaqani və Nizamidə özünü
göstərsə də, ilk nümunələrinə onlardan 150 il qabaq, XI əsrin
birinci yarısında Qətran Təbrizidə rast gəlirik. Qətran
Təbrizinin dilində azərbaycanlıların qapıdan qovub bacadan
çağırmaq, örkən doğanaqdan keçər, ilan vuran ala çatıdan
qorxar, cidanı çuvalda gizlətmək olmaz, at dəryaya – balıq
bilməz, xalıq bilər məsəlləri, həmçinin min belə bayramlar
görəsən, birdəfəlik gözdən düşmək kimi onlarla ifadələri
türkcəsindən hərfi tərcümələri ilə işlənir
1
.
Nizamidən bir neçə nümunə:
1
Beqdeli Q. Göstərilən əsəri, s.21.
103
Çeşmrəsidegi – gözə gəlmə;
Çeşmzədə – göz dəymə;
Be dəsti-xod təbər bər payi-xod zəd – öz əli ilə öz ayağına
balta çalır;
Yek-ca ab xorəd qort ba miş – qurdla quzu bir yerdə
otlayır;
Yeki serke tələb kərd, ənkəbin yaft – doşab almışam bal
çıxıb;
Dozd-e xane ra dər bəst nətəvan – ev oğrusunu tutmaq
olmaz;
Biya ta kəc neşinim, rast quyim – gəl əyri oturaq, düz
danışaq;
Amade-ye bad be badi şəvəd – kələklə gələn küləklə gedər;
Kəs nə quyəd ke, duğ-e mən torşəst – heç kəs ayranına turş
deməz və s.
Görkəmli nizamişünas H.Araslı göstərir ki, Nizamidən
əvvəlki fars sənətkarlarında, hətta nəhəng leksik-frazeoloji
tutum sahibi və təmiz farscanın timsalı Firdovsidə bu ifadə və
məsəllər işlənmir, halbuki XII əsrdən sonrakı fars ədəbi dili
nümunələrində tez-tez rast gəlinir
2
. Bu dil qanunu məlumdur
ki, tərcümə zamanı bir dilin frazeologiyasının başqa dildə
qarşılığını (ekvivalentini) götürmək lazımdır, əgər o hərfən
çevrilirsə, süni görünür, sezilir, xüsusilə söz ustaları, filoloqlar
onu dərhal ayırırlar. Deməli, Nizami, Xaqani kimi sənətkarlar
Azərbaycan dilinin bu frazeoloji vahidlərinin farscada
qarşılığını görməmiş və fars dilini zənginləşdirmək və
şübhəsiz, həm də öz etnik-milli varlıqlarını hiss etdirmək üçün
belə hərfi çevirmə yolu ilə getmişlər. Xaqani və Nizami
barəsində farslar ―əzan bu-ye tork miayəd‖ (onlardan türk
ətri gəlir) deyəndə, şübhəsiz, həmin frazeoloji məxsusiliyi
nəzərdə tutmuşlar
*
.
2
Araslı H. Göstərilən əsəri, s.14.
*
Yeri gəlmişkən Qətran Təbrizi haqqında söylənmiş bir tarixi məlumata təshih
vermək məqsədəuyğun olardı. Nasir Xosrov öz ―Səyahətnamə‖sində Təbrizə
438-ci il (m.1046) gəlişi ilə bağlı yazır: ―Təbrizdə Qətran adlı şair gördüm.
Yaxşı şeir deyirdi, amma fars dilini yaxşı bilmirdi. Mənim yanıma gəldi,
104
Türkizmlər fars şairlərinin də əsərlərində işlənir. Bunların
da içərisində elələri var ki, bugünkü azərbaycancada qalır: ay,
and, köç, su, biz (alət), bıçaq, bıçqı, qar, çiçək, yol, az, sən və s.
Sonralar arxaikləşənləri də var: yəxni, tuzluq (şoraba), qlavuz
(bələdçi), qonuq (gecələmə, əylənmə yeri) və s. İdiomatik
qəlibdə işlənənləri var ki, azərbaycancadan (türkcə) hərfi
tərcümə kimi görünür: məkəş bıçaq ―bıçaq çəkmə‖ (Suzənidə),
bıçqı kəşid ―bıçqı çəkdi‖ (Moizzidə) və s. Sözdüzəldici
şəkilçilərlə işlənənlərə də rast gəlinir: andlıq, tuzluq (duzluq),
atsız və s. Arxaik fonetikada işlənənlər özünü göstərir: oltur
―otur‖ (Ənvəridə), qazğan ―qazan‖ (Şəmsəddin Əhmədidə) və
s.
Doğrudur, bu şairlər (Nasir Xosrov, Ənvəri, Suzəni,
Moizzi,
Şəmsəddin
Əhmədi
və
b.)
azərbaycanlı
olmadıqlarından
bu
sözlərin
bilavasitə
Azərbaycan
Mənciq və Dəqiqinin divanlarını gətirdi, oxudu, ona çətin olan mənanı
soruşdu, dedim, şərhini yazdı‖ (bax: M.Məmmədova. Q.Təbrizinin ―Təfasir‖
adlı əsəri. ―Əlyazmalar xəzinəsində‖, Bakı, 1972, III c., s.67). Belə faktlar
məlumdur ki, hətta Qətran divanındakı şeirlərdən bəzilərini Rudəkininki
sayanlar olub (orda, s.67). Bu, Qətranla Rudəkinin eyni dil səviyyəsinə sahib
olması deməkdir. Nadir Mirzə ―Tarixü coğrafiyayi-darüssəltəneyi-Təbriz‖
əsərində Qətranın Təbriz zəlzələsi haqqındakı qəsidəsini misal gətirərək yazır:
―Çox yaxşı və gözəl ifadəli bu qəsidəni misal verdim. Nasir Xosrovun ―farsca
bilmirdi, Fərruxi və Rudəkinin divanını yanıma gətirdi, divanda çətin olanı ona
öyrətdim‖ deməsindən təəccüblənirəm. Qətranın bu cür başqa şeirləri də var
ki, heç bir nöqsan nəzərə çarpmır‖ (orada, s.68). Rəşid Vətvatın sözləri də
ibrətlidir ―...mən öz həyatımda onun (Qətranın) hər qətrəsini şairlik hesab edir
və başqa şair tanımıram‖ (yenə orada). Deməli, Nasir Xosrov iki cəhəti nəzərə
almayıb: 1. Qətran ilk izahlı fars dili lüğətinin müəllifidir – lüğətdə hər sözün
konkret incəliklərini, məhəlli məna təzahürlərini əhatə etmək üçün ən böyük
leksikoqraf hətta savadsız adamdan da söz soruşa bilər; 2. Görünür, Qətranın
şeirlərində yuxarıda misal gətirdiyimiz qəbildən hərfən tərcümə olunmuş
frazeoloji nümunələr Nasir Xosrovun qulağını cırmaqlamışdır – bu, farscada
ilk hərfi mənimsəmələr imiş, fars sənətkarları hələ onlara vərdiş etməmiş və
bunu farsca yaxşı bilməmək kimi qiymətləndirmişlər. Əsr yarım sonra Xaqani
və Nizamiyə ―onlardan türk ətri gəlir‖ deyildiyi zaman həm fars dilində
türkcəyə vərdiş yaranıbmış, həm də Xaqani və Nizami sənətinə irad tutmağa
cəsarət etməyib, bu farscaya yabançılığı məcazi şəkildə ifadə etmiş, onu ―türk
ətri‖ kimi obrazlaşdırmışlar.
105
türkcəsindən götürülüb-götürülməməsi barədə düşünmək də
olar.
Ancaq iki cəhəti nəzərə almaq gərəkdir: 1. Bu sözlərin
(arxaikləşənlərin də, yaşayanların da) lüğəti mənası,
morfologiya və fonetikasının oğuzcalığı göz qabağındadır və
bilavasitə Azərbaycan dili və onun tarixi ilə səsləşir; 2.
M.Kaşğarinin Ön Asiya türklərinin ədəbi yazılı dilə malik
olduqları fikrini xatırlasaq, yenə bu türkizmlərə yiyələnmək
hüququ, birinci növbədə, Azərbaycan dilinə düşür.
Bütün bunlarla yanaşı, məsələnin bu tərəfi var ki, yüksək
inkişaf faktı sayılan müəyyən tarixi-mədəni göstəricilər eyni
dövrdə yaşayıb siyasi-mədəni səviyyəsi ilə irəlidə gedən
qohum xalqlardan hər birinə aid ola bilər. Yəni türk dili IX-
XII əsrlərdə Şərqin mədəni və siyasi kommunikasiyasında
fəaldırsa (tədqiqatlar hələ ki X əsrdən bu fəallığı qeydə alır),
Azərbaycanın həmin dövrdəki yüksək tərəqqisi, Şərq
renessansındakı aparıcılığı yuxarıdakı türkizmlərin farscaya
nüfuzunda Azərbaycan dilinin bilavasitə iştirakını təsdiqləyir.
Bunu demək kifayətdir ki, həmin əsrlərdə farsca yazan türk
şairlərindən ən istedadlıları və çoxluq təşkil edənləri
azərbaycanlılar idi: Qətran Təbrizi, Fələki Şirvani,
Mücirəddin Beyləqani, Qivami Mütərrizi, Məhsəti Gəncəvi,
Xaqani Şirvani, Nizami Gəncəvi.
Fars şairlərinin əsərlərindəki türkizmlər Xaqani və
Nizaminin dilindəkilərlə tipoloji səsləşmədədir. Hətta
morfologiya və sintaksis baxımından da uyğunluqlar nəzərə
çarpır. Məsələn, Xaqanidə:
Məra dər parsi föhĢi ke quyənd,
Be torki çərxeĢan quyəd: sənsən; Nasir Xosrov Dəhləvidə:
Yekki bengər be çeĢme-delət, ey sən; Suzənidə; Ta bevəsle-
Nəcibməndə rəsəm, Ey qlavuz, ayt yolum qanda? Bunlar
Azərbaycan dilinin tarixi morfologiya və sintaksisinin
normasına müvafiqdir.
Bəzən türkizmin mətn içərisində şərhi verilir, mənası fars
oxucusuna açılır: Az əndək başəd ləfze-torki və beomr,
Saqiye-bərro ətaye-mən nədanəd dadi – az-Suzani (türki ləfzi
ilə ―az‖ ə
ndək deməkdir...); Biz derəfş əst dər ebarəte-torki,
106
Suzəne-həcvəm tora xalidətər əz biz-Suzəni (türk ifadəsində
―derefş‖ bizdir, Mənim həcvimin iynəsi bizdən də itidir).
Ancaq əksərən farsca mətnlərdə türk sözləri, Xaqani və
Nizamidə gördüyümüz kimi, şərhsiz verilir. Məsələn: Çeşme-in
daim sefid əz abe-həsrət həmçu qar, Ruye-an daim siyah əz
gərde-mohnət həmçu qır-Ənvəri
1
(Bunun gözü həsrət yaşından
qar kimi daim ağdır. Onun üzü möhnət tozundan qır kimi
daim qaradır). Bu o deməkdir ki, IX-XII əsrlərdə fars dilinin
yayıldığı regionlarda və ümumiyyətlə, Ön Asiyada, Yaxın
Şərqdə türkcə sərbəst başa düşülmüşdür
*
. ―Tarixi-Fəxrəddin
Mübarəkşah‖ (XIII əsrin əvvəlləri) əsərində deyilir ki, Şərqdə
ərəb dilindən sonra türkcədən daha gözəl və daha layiqli bir
dil yoxdur. 300 il sonra ―Mühakimətül-lüğəteyn‖ traktatında
Ə.Nəvayi də həmin qənaətə gəlir. Bu mülahizələr və farsdilli
ədəbiyyatlardakı türkizmlər təsdiqləyir ki, bir sıra türk dilləri
kimi, Azərbaycan dili də ilk orta əsrlərdən öz ölkələrində,
hətta Şərqdə, yazılı və şifahi, bədii və hüquqi ünsiyyət vasitəsi
kimi fəaliyyət göstərmişdir. XII əsr şairi Fələki Şirvaninin
Məhsəti haqqında bir fərdi bizə məlumdur:
Bu Ģuxi-nəvədsalədə halət yenə qalmıĢ,
Geysuyi-s əfidind ə t ərav ət yen ə qalm ıĢ.
Doqquz sözdən üçü türkcədir: bu, yenə, qalmış. Bu, milli
tərkibcə üçdə bir deməkdir. Altı əcnəbi sözdən dördü tarixən
ədəbi-bədii dilimizdə işlənib və anlaşılıb: şux, halət, geysu (saç),
təravət. Bunlar aşıq şeirində də işlənib, üçü isə (şux, halət,
1
Fars şairlərinin dilindəki türkizmlər buradan götürülüb: Tourkhan Gandjei.
Turkish in pre-mongol persian poetry. Buletin of the school of Oriental and
Afrikan studies, University. London, Vol XL, IX. Rart 1, c. 67-75.
*
Həmin türkcəyə ən çox Azərbaycan dilinin iddiaçı olmasına o tarixi faktlar
da əsas verir ki, məsələn, XIII əsrdən erməni müəllifləri azərbaycanca şeir
yazırlar; yaxud bir xeyli sonra – XIX əsrdə Avropa səyyahları Azərbaycan
dilinin Şərqdəki rolunu Avropadakı fransızca ilə müqayisə edəcəklər. Deməli,
Azərbaycan dili XIX əsrdəki mövqeyinə bütün ömrü boyu yol gəlmişdir və ya
xalq dili olduğu vaxtdan, Azərbaycan dövlətinin coğrafi və tarixi-siyasi
vəziyyəti ilə bağlı məhz belə fəaliyyət göstərmişdir.
107
təravət) bu gün də canlı danışıqda qalır. İkisinin - nəvədsalə
(doxsan yaşlı), səfid (ağ) sözlərinin işlənmə ənənəsi yoxdur,
klassik poeziyamızın dilində çox nadir hallarda təsadüf olunur.
Kütləvi oxucu üçün anlaşılmaz ola bilər, ancaq dövrünün yazıb-
oxumaq bilən hər adi oxucusu üçün beytin dili yüz faiz anlaşılan
olub. Məhdud işlək sözlərin ikisində də türkcəmizin morfoloji
əlamətləri işlənib: nəvədsalə+də (yerlik hal şəkilçisi), səfid+i (III
şəxs mənsubiyyət şəkilçisi)+n (bitişdirici fonetik ünsür+də (yerlik
hal şəkilçisi) – yəni cümlənin düzəlməsində əcnəbi sözlər milli
qrammatikanın tələbləri ilə işlənib. Eyni zamanda iki fars izafəti
– şuxi-nəvədsalə, geysuyi-səfid – var. Bu dil bütövlükdə gələcək
Azərbaycan əruz şeirinin dili olacaqdır. Yəni artıq alınma ərəb
və fars sözləri ədəbi dilimizdə özünə yer edib, milli sözlərlə türk
cümləsində dil tapıblar. Alınma ərəb və fars sözləri hətta ―Dədə
Qorqud kitabı‖nın dilinə də, necə deyərlər, yol tapıb. Alınmalar
ədəbi dilimizin daha da dolğunlaşması üçün materiallaşıblar. Bu
o deməkdir ki, VII – XII əsrlər mərhələsi fiziki və hüquqi
baxımlardan Azərbaycan – türk milli ədəbi dilinin tərkibinə
daxil olur və bir bünövrə kimi onun gələcək ağırlığını öz üzərinə
götürür.
VII – XII əsrlər Azərbaycan xalq dilinin və onun yazılı
fəaliyyətinin varlığını azərbaycandilli materialın özü ilə də
təsdiqləmək olur. Xalq ağzında bizə belə bir bayatı gəlib:
Vermə Xəzərə məni,
Çəkər bazara məni,
Yada kəniz olunca
Salla məzara məni.
Əlbəttə, bayatının dili müasir Azərbaycan dilidir. Ancaq
həmin müasir Azərbaycan dili kimi səslənən mətnlərə XIV əsrdə
də (
Dedim: bel ün. Dedi: n ə nar ın s öyl ər – Q.Bürhanəddin), XIII
əsrdə də (
And içərəm, səndən artıq sevməyəm, Sənün ilə xoĢ
keçər çağum... – Həsənoğlu) və ―Dədə Qorqud‖un dilində də
(
QoĢa badam sığmayan dar ağızlum...) rast gəlinir – yəni mətnin
dilinin həddindən artıq bugüncə səslənməsi bizi tərəddüdə
salmamalıdır. Və buna görə də onun konkret yaranma dövrünü
təyin edək. Bayatıda bir tarixi möhür-damğa var: xəzər
108
etnonimi. Tarixi faktlar təsdiqləyir ki, xəzərin Azərbaycan
ərazisinə ən fəal müdaxilələri X əsrdən əvvəllərə aiddir.
Azərbaycanın şimal-şərqində yerləşən xəzərlər, ümumiyyətlə, X
əsrin əvvəllərində indiki Həştərxan ətrafına, Volqanın
töküləcəyinə çəkilirlər. Deməli, bu bayatı IX əsrdən sonra
yarana bilməzdi. Tarixi-tipoloji linqvistik təhlil bayatının dilini
həmin dövrdə mümkün hesab edir. Bayatıdakı sözlərdən
ver,
çə
k, sal (-la), ol felləri, mən əvəzliyi Həsənoğlu qəzəllərinin və
―Dədə Qorqud‖un dilində var, bazar, yad, kəniz, məzar həmin
mənbələrdə yoxdur. Bunların dördü də alınma sözdür, onlara
XIII əsrin başqa abidəsi ―Qisseyi-Yusif‖in dilində rast gəlirik,
çünki bu poemada alınma leksika – ərəb-fars sözləri çoxdur.
Bayatıdakı morfoloji əlamətlərin hamısı
–mə inkar, -ər müzare, -
unca feli bağlama, -i təsirlik hal şəkilçisi Həsənoğluda və ―Dədə
Qorqud‖da mövcuddur. Həm XIII əsrdən Azərbaycan dilinin
əsas lüğət fondu və qrammatik müəyyənliyi (morfoloji və
sintaktik təşkilatlar), həm XI – XII əsrlərin farsdilli şeirlərindəki
türkizmlərin leksik-qrammatik-fonetik formalaşma uyğunluğu
bayatının dil kompleksiyasını IX əsr Azərbaycan dili faktı kimi
məqbul saymağa imkan verir. Burada daha iki cəhəti nəzərə
almalıyıq: 1. Şeirin dili tələffüzcə tamam müasirləşib, ona tarixi
fonetika görünüşü versək (məni əvəzinə
bəni, olunca yerinə
olınca), deyilən tarixə uyğun görünür; 2. Dilin bu qədər sabit
qalmasını şeir qəlibi şərtləndirir, yəni şeirin arxitektonikası
mühafizəçi rolunu oynayır – vəzn, qafiyə, ahəng həmişə tarixi
ştampı qoruyur (―az getdi, uz getdi‖ qəlibini yadımıza salaq.
Burada leksik planda dəyişmə isə dediyimiz dörd alınma sözün
dörd türk sözünü əvəz etməsindən ibarət ola bilər – yerdə qalan
sözlər öz lüğəti mənası, morfologiyası və sintaktik mühiti ilə
dövrünün azərbaycancasının təmsilçisidir.
Bir cəhəti də nəzərə alaq ki, bayatının dilini, məsələn,
Həsənoğlunun klassik poeziya janrlarının dili ilə müqayisə
edəndə onun tarixliyini eynən qavramaq müəyyən dərəcədə
özlüyünü itirir. Həsənoğlunun dilini ona müasir türk şairi
Yunus Əmrənin xalq şeiri janrındakı dili ilə müqayisə etsək,
bayatının dili öz tarixi kontekstinə daha uyğun görünər – o
zaman yenicə fəaliyyətə başlayan oğuz-səlcuq Türkiyə
109
türkcəsinin Azərbaycan dilinə fərqdən çox yaxınlığı var idi.
Beləliklə, Yunus Əmrənin xalq şeiri janrındakı dilinin lüğətini
həmin bayatının dili ilə tutuşduraq:
–
Dolap, neçin inlersin,
–
Derdim vardır, inlerim.
Ben Mevlaya aşık oldım,
Anın için inlerim.
Yaxud:
Sirat kıldan incedir,
Kılıçdan keskincedir.
Varup anın üstine
Evlər yapasım gelir.
XIII əsr türk şairinin qələmindən çıxmış bu şeirlərin dili, hələ
Türkiyə türkcəsini bir yana qoyaq, bugünkü Azərbaycan dilindən
nə qədər fərqlənir? Morfologiyanın aqlütinativ tipi dilin belə
dözümlülüyünü, mühafizəkarlığını qanuni sayır.
Nəhayət, texniki forma kimi, heca və qafiyə sistemi ilə həmin
bayatı şəkli deyilən dövrdə ola bilərdimi? M.Kaşğari bu suala
müsbət cavab verir: onun ―Divan‖ında tanıdığımız türk bayatı-
mani qəlibində çoxlu xalq şeiri nümunələri var.
İkinci dövrün ikinci mərhələsi XIII-XVI əsrləri əhatə edir. Bu
mərhələdə ədəbi dil milli dil inkişafını başa çatdırır. Dil normasında
fonetik (q/h/x, d/t), leksik (yazı/çöl, cənnət/uçmaq), qrammatik
(dür/dürür, isər/əcək) paralelizm özünü göstərir. İki pillədə inkişaf
edir: a) XIII-XIV əsrlər. Bu zaman divan ədəbiyyatının dili
formalaşır. Ərəb və fars sözləri və qrammatik quruluş faktları dil
normasına nüfuz edir. Dilin inkişafı elmi-fəlsəfi məzmunu və lüğət
zənginliyi ilə səciyyələnən Nəsimi zirvəsi kimi yekunlaşır; b) XV-
XVI əsrlər. Əcnəbi lüğət dil normasında aparıcı mövqe tutur.
Tərcümə dili ədəbi dilin inkişafında özünü hiss etdirir. Qeyri-oğuz
elementləri müşahidə olunur. Türkcə dövlət dili kimi işlənir. Nəsr
dili yaranır. Ədəbi dil funksional üslublar üçün güc kəsb edir.
Füzuli sənətində milli ədəbi dil qəti şəkildə elan olunur.
110
İkinci dövrün növbəti mərhələsi XVII-XXI əsrləri əhatə edir. Üç
pillədən keçir: a) XVII-XVIII əsrlər. Normada xəlqiləşmə gedir.
Realist ədəbiyyatın dili aparıcı mövqeyə qalxır. Folklor dili yazılı
dilə nüfuz edir; b) XIX-XX əsrlər. Üslublar yenidən təşkil olunur.
Ədəbi dil çoxvalentlilik qazanır. Satira, mənzum hekayə, dram,
realist hekayə dili meydana çıxır. Publisist üslub yaranır. Ədəbi
dilin lüğətinə rus və Avropa dillərindən söz alınmağa başlanır.
İctimai, siyasi, elmi-ədəbi terminlər hazırlanır. Dərslik dili
formalaşır. Canlı danışıq dili normaya fəal şəkildə nüfuz edir; c)
XX əsrin 30-cu illəri – XXI əsr. Ədəbi dil məktəblərdə sistem
şəklində təbliğ olunur. Qrammatikalar yazılır, tərcümə lüğətləri,
terminoloji lüğətlər, orfoqrafiya lüğətləri hazırlanıb nəşr olunur.
Müasir dilin orfoqrafik və orfoepik normaları sabitləşir.
Terminoloji hərc-mərcliklə mübarizə aparılır, alınma və milli
terminlərə münasibət müəyyənləşir.
Əlbəttə, ədəbi dilin dövrləri və mərhələləri arasında Çin səddi
çəkmək, bu dövrləri bir-birindən təcrid etmək olmaz. Yeni dövrün
norması əvvəlki dövrün içərisində hazırlanmağa başlayır; köhnə
norma dəfn olunmur, onun əsas kütləsi yenidə qalır. Sadəcə ədəbi
dildə yeni bir üslubun yaranması, aparıcı üslubun dəyişməsi,
ədəbiyyatda yeni janrların meydana gəlməsi, dilin struktur
elementlərində cüzi dəyişmə - bir qrammatik formanın yaranması
və ya itməsi, koynenin əvəz olunması və s. ədəbi dilin norma
sistemində yenidən komplektləşməyə səbəb olur. Yeni
komplektləşmə yeni norma sistemi yaradır ki, bu da yeni dövr və
ya mərhələnin başlanmasını elan edir. Doğrudur, ədəbi dil daha
sürətli inkişafa meyillidir. Lakin ümumxalq dili bütövlükdə
mühafizəkardır. O öz mühafizəkarlığı ilə ədəbi dili çəkir, ənənəyə
bağlayır və bununla da nəsillər arasındakı ünsiyyəti mümkün edir.
Ədəbi dil xalq dilini intellektuallaşdırır, xalq dili isə onun yaşaması,
varlığı üçün baza təşkil edir. Bu iki təzahür arasında daimi
ahəngdarlıq qalır. Ədəbi dillə xalq dili arasındakı rabitənin
dialektikası belədir.
|