Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə8/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   4   5   6   7   8   9   10   11   ...   42

Gərdək – gərd/kərt (―kəsmək‖ mənasında; hətta indi canlı 

danışıqda  ―kərtmək‖, ədəbi dildə  ―çərtmək‖ sözlərində qalır) 

ək (isim düzəldən şəkilçi); 

Muncuq – moyun/boyun>mun/bun+cuq. 

Həmin  sözlər  XIII  əsrdən  bu  günə  kimi  göstərilən  fonetik 

tərkibdə  və  indiki  leksik  mənasında  işlənir.  Bu  cəhət  nəinki 

onların  leksik-morfoloji  sabitləşməsindən,  həm  də  Azərbaycan 



 

102 


xalq  dilinin  dediyimiz  dərinlikdə  təşəkkül  tapmasından  xəbər 

verir. Aqlütinativ dilin bu inkişaf məntiqinə əsaslanırıq ki, əgər 

10  əsr  müddətində  bu  sözlər  bir  leksik  semantika  və  dəyişməz 

morfonologiya  ilə  yaşayırsa,  deməli,  mayaları  çox  dərində 

tutulub, deməli, ən azı bir o qədər də dərinə gedir. 

Maraqlıdır ki, adları çəkilən sənətkarların farsca əsərlərinin 

dilində bu maddi-cismani faktlarla yanaşı, türk-azərbaycancanın 

mənəvi  təsiri  də  hiss  olunur.  Bu,  qrammatik  və  frazeoloji 

kalkalarda  özünü  göstərir.  Qrammatik  qəlibin  belə  hərfi 

tərcümələri var: 



Xani-xanan.  Bu,  ―Dədə  Qorqud‖dakı  ―xanlar  xanı‖  titul  – 

ifadəsinin tərcüməsidir – türkcə ―xan‖ leksik vahidinin işlənməsi 

də  öz  yerində.  ―Dədə  Qorqud‖da:  ―Xanlar  xanı  xan  Bayındır 

yılda bir kərrə toy edüb Oğuz bəglərün qonaqlardı‖. Nizamidə: 

―Xani-xanan  rəvanə  gəşt  zi  Çin‖  (Xanlar  xanı  Çindən  yola 

düşdü).  Bir  qədər  sonra  hətta  farscadakı  ―şahənşah‖ 

müqabilində  ―şahi-şahan‖  forması  da  işləndi  –  bu,  türkcənin 

qrammatikasının  (xanlar  xanı→xani-xanan→şahi-şahan)  fars 

qrammatikasına aşkarca təsiridir. 

Kəmani-səpidtuz.  ―Dədə  Qorqud‖dakı  ―ağ  tozlu  yay‖ 

ifadəsinin  hərfi  tərcüməsi  göz  qabağındadır  –  ―toz‖  sözünün 

türkcəliyi də öz yerində. 

Farsca  yazan  azərbaycanlıların  dilində  hərfən  tərcümə 

olunmuş çoxlu frazeoloji ifadələr, atalar sözü və məsəllər var. 

Bunun zəngin və ən tipik faktları Xaqani və Nizamidə özünü 

göstərsə də, ilk nümunələrinə onlardan 150 il qabaq, XI əsrin 

birinci  yarısında  Qətran  Təbrizidə  rast  gəlirik.  Qətran 

Təbrizinin  dilində  azərbaycanlıların  qapıdan  qovub  bacadan 

çağırmaq,  örkən  doğanaqdan  keçər,  ilan  vuran  ala  çatıdan 

qorxar,  cidanı  çuvalda  gizlətmək  olmaz,  at  dəryaya  –  balıq 

bilməz,  xalıq  bilər  məsəlləri,  həmçinin  min  belə  bayramlar 

görəsən,  birdəfəlik  gözdən  düşmək  kimi  onlarla  ifadələri 

türkcəsindən hərfi tərcümələri ilə işlənir

1

.  


Nizamidən bir neçə nümunə: 

 

                                                 

1

 Beqdeli Q. Göstərilən əsəri, s.21. 



 

103 


Çeşmrəsidegi – gözə gəlmə; 

Çeşmzədə –  göz dəymə; 

Be dəsti-xod təbər bər payi-xod zəd – öz əli ilə öz ayağına 

balta çalır; 



Yek-ca  ab  xorəd  qort  ba  miş  –  qurdla  quzu  bir  yerdə 

otlayır; 



Yeki  serke  tələb  kərd,  ənkəbin  yaft  –  doşab  almışam  bal 

çıxıb; 


Dozd-e  xane  ra  dər  bəst  nətəvan  –  ev  oğrusunu  tutmaq 

olmaz; 


Biya  ta  kəc  neşinim,  rast  quyim  –  gəl  əyri  oturaq,  düz 

danışaq; 



Amade-ye bad be badi şəvəd – kələklə gələn küləklə gedər

Kəs nə quyəd ke, duğ-e mən torşəst – heç kəs ayranına turş 

deməz və s. 

 

Görkəmli  nizamişünas  H.Araslı  göstərir  ki,  Nizamidən 



əvvəlki  fars  sənətkarlarında,  hətta  nəhəng  leksik-frazeoloji 

tutum sahibi və təmiz farscanın timsalı Firdovsidə bu ifadə və 

məsəllər  işlənmir,  halbuki  XII  əsrdən  sonrakı  fars  ədəbi  dili 

nümunələrində  tez-tez rast gəlinir

2

. Bu dil qanunu məlumdur 



ki,  tərcümə  zamanı  bir  dilin  frazeologiyasının  başqa  dildə 

qarşılığını  (ekvivalentini)  götürmək  lazımdır,  əgər  o  hərfən 

çevrilirsə, süni görünür, sezilir, xüsusilə söz ustaları, filoloqlar 

onu dərhal ayırırlar. Deməli, Nizami, Xaqani kimi sənətkarlar 

Azərbaycan  dilinin  bu  frazeoloji  vahidlərinin  farscada 

qarşılığını  görməmiş  və  fars  dilini  zənginləşdirmək  və 

şübhəsiz, həm də öz etnik-milli varlıqlarını hiss etdirmək üçün 

belə  hərfi  çevirmə  yolu  ilə  getmişlər.  Xaqani  və  Nizami 

barəsində  farslar  ―əzan  bu-ye  tork  miayəd‖  (onlardan  türk 

ətri  gəlir)  deyəndə,  şübhəsiz,  həmin  frazeoloji  məxsusiliyi 

nəzərdə tutmuşlar

*

.    



                                                 

2

 Araslı H. Göstərilən əsəri, s.14. 



*

 Yeri gəlmişkən Qətran Təbrizi haqqında söylənmiş bir tarixi məlumata təshih 

vermək  məqsədəuyğun  olardı.  Nasir  Xosrov  öz  ―Səyahətnamə‖sində  Təbrizə 

438-ci  il  (m.1046)  gəlişi  ilə  bağlı  yazır:  ―Təbrizdə  Qətran  adlı  şair  gördüm. 

Yaxşı  şeir  deyirdi,  amma  fars  dilini  yaxşı  bilmirdi.  Mənim  yanıma  gəldi, 


 

104 


Türkizmlər fars şairlərinin də əsərlərində işlənir. Bunların 

da içərisində elələri var ki, bugünkü azərbaycancada qalır: ay, 



and, köç, su, biz (alət), bıçaq, bıçqı, qar, çiçək, yol, az, sən və s. 

Sonralar arxaikləşənləri də var: yəxni, tuzluq (şoraba), qlavuz 

(bələdçi),  qonuq  (gecələmə,  əylənmə  yeri)  və  s.  İdiomatik 

qəlibdə  işlənənləri  var  ki,  azərbaycancadan  (türkcə)  hərfi 

tərcümə kimi görünür: məkəş bıçaq ―bıçaq çəkmə‖ (Suzənidə), 

bıçqı  kəşid  ―bıçqı  çəkdi‖  (Moizzidə)  və  s.  Sözdüzəldici 

şəkilçilərlə  işlənənlərə  də  rast  gəlinir:  andlıq,  tuzluq  (duzluq), 



atsız  və  s.  Arxaik  fonetikada  işlənənlər  özünü  göstərir:  oltur 

―otur‖ (Ənvəridə), qazğan ―qazan‖ (Şəmsəddin Əhmədidə) və 

s. 

Doğrudur,  bu  şairlər  (Nasir  Xosrov,  Ənvəri,  Suzəni, 



Moizzi, 

Şəmsəddin 

Əhmədi 

və 


b.) 

azərbaycanlı 

olmadıqlarından 

bu 


sözlərin 

bilavasitə 

Azərbaycan 

                                                                                                           

Mənciq  və  Dəqiqinin  divanlarını  gətirdi,  oxudu,  ona  çətin  olan  mənanı 

soruşdu,  dedim,  şərhini  yazdı‖  (bax:  M.Məmmədova.  Q.Təbrizinin  ―Təfasir‖ 

adlı  əsəri.  ―Əlyazmalar  xəzinəsində‖,  Bakı,  1972,  III  c.,  s.67).  Belə  faktlar 

məlumdur  ki,  hətta  Qətran  divanındakı  şeirlərdən  bəzilərini  Rudəkininki 

sayanlar  olub  (orda,  s.67).  Bu,  Qətranla  Rudəkinin  eyni  dil  səviyyəsinə  sahib 

olması  deməkdir.  Nadir  Mirzə  ―Tarixü  coğrafiyayi-darüssəltəneyi-Təbriz‖ 

əsərində Qətranın Təbriz zəlzələsi haqqındakı qəsidəsini misal gətirərək yazır: 

―Çox yaxşı və gözəl ifadəli bu qəsidəni misal verdim. Nasir Xosrovun ―farsca 

bilmirdi, Fərruxi və Rudəkinin divanını yanıma gətirdi, divanda çətin olanı ona 

öyrətdim‖  deməsindən  təəccüblənirəm.  Qətranın  bu  cür  başqa  şeirləri  də  var 

ki,  heç  bir  nöqsan  nəzərə  çarpmır‖  (orada,  s.68).  Rəşid  Vətvatın  sözləri  də 

ibrətlidir ―...mən öz həyatımda onun (Qətranın) hər qətrəsini şairlik hesab edir 

və başqa şair tanımıram‖ (yenə orada). Deməli, Nasir Xosrov iki cəhəti nəzərə 

almayıb: 1. Qətran ilk izahlı fars dili lüğətinin müəllifidir – lüğətdə hər sözün 

konkret  incəliklərini,  məhəlli  məna  təzahürlərini  əhatə  etmək  üçün  ən  böyük 

leksikoqraf hətta  savadsız  adamdan  da  söz soruşa bilər;  2.  Görünür,  Qətranın 

şeirlərində  yuxarıda  misal  gətirdiyimiz  qəbildən  hərfən  tərcümə  olunmuş 

frazeoloji  nümunələr  Nasir  Xosrovun  qulağını  cırmaqlamışdır  –  bu,  farscada 

ilk  hərfi  mənimsəmələr  imiş,  fars  sənətkarları  hələ  onlara  vərdiş  etməmiş  və 

bunu farsca yaxşı bilməmək kimi qiymətləndirmişlər. Əsr yarım sonra Xaqani 

və  Nizamiyə  ―onlardan  türk  ətri  gəlir‖  deyildiyi  zaman  həm  fars  dilində 

türkcəyə  vərdiş  yaranıbmış,  həm  də  Xaqani  və  Nizami  sənətinə  irad  tutmağa 

cəsarət etməyib, bu farscaya yabançılığı məcazi şəkildə ifadə etmiş, onu ―türk 

ətri‖ kimi obrazlaşdırmışlar. 

 


 

105 


türkcəsindən  götürülüb-götürülməməsi  barədə  düşünmək  də 

olar.  


Ancaq  iki  cəhəti  nəzərə  almaq  gərəkdir:  1.  Bu  sözlərin 

(arxaikləşənlərin  də,  yaşayanların  da)  lüğəti  mənası, 

morfologiya  və  fonetikasının  oğuzcalığı  göz  qabağındadır  və 

bilavasitə  Azərbaycan  dili  və  onun  tarixi  ilə  səsləşir;  2. 

M.Kaşğarinin  Ön  Asiya  türklərinin  ədəbi  yazılı  dilə  malik 

olduqları  fikrini  xatırlasaq,  yenə  bu  türkizmlərə  yiyələnmək 

hüququ, birinci növbədə, Azərbaycan dilinə düşür. 

Bütün bunlarla yanaşı, məsələnin bu tərəfi var ki, yüksək 

inkişaf  faktı  sayılan  müəyyən  tarixi-mədəni  göstəricilər  eyni 

dövrdə  yaşayıb  siyasi-mədəni  səviyyəsi  ilə  irəlidə  gedən 

qohum xalqlardan hər birinə aid ola bilər. Yəni türk dili IX-

XII  əsrlərdə  Şərqin  mədəni  və  siyasi  kommunikasiyasında 

fəaldırsa (tədqiqatlar hələ ki X əsrdən bu fəallığı qeydə alır), 

Azərbaycanın  həmin  dövrdəki  yüksək  tərəqqisi,  Şərq 

renessansındakı  aparıcılığı  yuxarıdakı  türkizmlərin  farscaya 

nüfuzunda Azərbaycan dilinin bilavasitə iştirakını təsdiqləyir. 

Bunu  demək  kifayətdir  ki,  həmin  əsrlərdə  farsca  yazan  türk 

şairlərindən  ən  istedadlıları  və  çoxluq  təşkil  edənləri 

azərbaycanlılar  idi:  Qətran  Təbrizi,  Fələki  Şirvani, 

Mücirəddin  Beyləqani,  Qivami  Mütərrizi,  Məhsəti  Gəncəvi, 

Xaqani Şirvani, Nizami Gəncəvi. 

Fars  şairlərinin  əsərlərindəki  türkizmlər  Xaqani  və 

Nizaminin  dilindəkilərlə  tipoloji  səsləşmədədir.  Hətta 

morfologiya  və  sintaksis  baxımından  da  uyğunluqlar  nəzərə 

çarpır.  Məsələn,  Xaqanidə: 

Məra  dər  parsi  föhĢi  ke  quyənd, 

Be  torki  çərxeĢan  quyəd:  sənsən;  Nasir  Xosrov  Dəhləvidə: 

Yekki  bengər  be  çeĢme-delət,  ey  sən;  Suzənidə;  Ta  bevəsle-

Nəcibməndə  rəsəm,  Ey  qlavuz,  ayt  yolum  qanda?  Bunlar 

Azərbaycan  dilinin  tarixi  morfologiya  və  sintaksisinin 

normasına müvafiqdir. 

Bəzən  türkizmin  mətn içərisində  şərhi  verilir,  mənası fars 

oxucusuna  açılır:  Az  əndək  başəd  ləfze-torki  və  beomr, 

Saqiye-bərro ətaye-mən nədanəd dadi – az-Suzani (türki ləfzi 

ilə  ―az‖  ə

ndək  deməkdir...);  Biz  derəfş  əst  dər  ebarəte-torki, 



 

106 


Suzəne-həcvəm  tora  xalidətər  əz  biz-Suzəni  (türk  ifadəsində 

―derefş‖ bizdir, Mənim həcvimin iynəsi bizdən də itidir).      

Ancaq  əksərən  farsca  mətnlərdə  türk  sözləri,  Xaqani  və 

Nizamidə gördüyümüz kimi, şərhsiz verilir. Məsələn: Çeşme-in 

daim  sefid  əz  abe-həsrət  həmçu  qar,  Ruye-an  daim  siyah  əz 

gərde-mohnət həmçu qır-Ənvəri

1

 (Bunun gözü həsrət yaşından 



qar  kimi  daim  ağdır.  Onun  üzü  möhnət  tozundan  qır  kimi 

daim qaradır). Bu o deməkdir ki, IX-XII əsrlərdə fars dilinin 

yayıldığı  regionlarda  və  ümumiyyətlə,  Ön  Asiyada,  Yaxın 

Şərqdə  türkcə  sərbəst  başa  düşülmüşdür

*

.  ―Tarixi-Fəxrəddin 



Mübarəkşah‖ (XIII əsrin əvvəlləri) əsərində deyilir ki, Şərqdə 

ərəb dilindən sonra türkcədən daha gözəl  və daha layiqli bir 

dil  yoxdur.  300  il  sonra  ―Mühakimətül-lüğəteyn‖  traktatında 

Ə.Nəvayi  də  həmin  qənaətə  gəlir.  Bu  mülahizələr  və  farsdilli 

ədəbiyyatlardakı türkizmlər təsdiqləyir ki, bir sıra türk dilləri 

kimi,  Azərbaycan  dili  də  ilk  orta  əsrlərdən  öz  ölkələrində, 

hətta Şərqdə, yazılı və şifahi, bədii və hüquqi ünsiyyət vasitəsi 

kimi  fəaliyyət  göstərmişdir.  XII  əsr  şairi  Fələki  Şirvaninin 

Məhsəti haqqında bir fərdi bizə məlumdur: 

 

Bu Ģuxi-nəvədsalədə halət yenə qalmıĢ



Geysuyi-səfidində təravət yenə qalmıĢ

 

Doqquz  sözdən  üçü  türkcədir:  bu,  yenə,  qalmış.  Bu,  milli 



tərkibcə  üçdə  bir  deməkdir.  Altı  əcnəbi  sözdən  dördü  tarixən 

ədəbi-bədii dilimizdə işlənib və anlaşılıb: şux, halət, geysu (saç), 



təravət.  Bunlar  aşıq  şeirində  də  işlənib,  üçü  isə  (şux,  halət, 

                                                 

1

  Fars  şairlərinin  dilindəki  türkizmlər  buradan  götürülüb:  Tourkhan  Gandjei. 



Turkish  in  pre-mongol  persian  poetry.  Buletin  of  the  school  of  Oriental  and 

Afrikan studies, University. London, Vol XL,  IX. Rart 1, c. 67-75. 

*

  Həmin  türkcəyə  ən  çox  Azərbaycan  dilinin  iddiaçı  olmasına  o  tarixi  faktlar 



da  əsas  verir  ki,  məsələn,  XIII  əsrdən  erməni  müəllifləri  azərbaycanca  şeir 

yazırlar;  yaxud  bir  xeyli  sonra  –  XIX  əsrdə  Avropa  səyyahları  Azərbaycan 

dilinin Şərqdəki rolunu Avropadakı fransızca ilə müqayisə edəcəklər. Deməli, 

Azərbaycan dili XIX əsrdəki mövqeyinə bütün ömrü boyu yol gəlmişdir və ya 

xalq  dili  olduğu  vaxtdan,  Azərbaycan  dövlətinin  coğrafi  və  tarixi-siyasi 

vəziyyəti ilə bağlı məhz belə fəaliyyət göstərmişdir. 



 

107 


təravət)  bu  gün  də  canlı  danışıqda  qalır.  İkisinin  -  nəvədsalə 

(doxsan  yaşlı),  səfid  (ağ)  sözlərinin  işlənmə  ənənəsi  yoxdur, 

klassik poeziyamızın dilində çox nadir hallarda təsadüf olunur. 

Kütləvi oxucu üçün anlaşılmaz ola bilər, ancaq dövrünün yazıb-

oxumaq bilən hər adi oxucusu üçün beytin dili yüz faiz anlaşılan 

olub.  Məhdud  işlək  sözlərin  ikisində  də  türkcəmizin  morfoloji 

əlamətləri işlənib: nəvədsalə+də (yerlik hal şəkilçisi), səfid+i (III 

şəxs mənsubiyyət şəkilçisi)+n (bitişdirici fonetik ünsür+də (yerlik 

hal  şəkilçisi)  –  yəni  cümlənin  düzəlməsində  əcnəbi  sözlər  milli 

qrammatikanın tələbləri ilə işlənib. Eyni zamanda iki fars izafəti 

–  şuxi-nəvədsalə,  geysuyi-səfid  –  var.  Bu  dil  bütövlükdə  gələcək 

Azərbaycan əruz şeirinin dili olacaqdır. Yəni artıq alınma ərəb 

və fars sözləri ədəbi dilimizdə özünə yer edib, milli sözlərlə türk 

cümləsində dil tapıblar. Alınma ərəb və fars sözləri hətta ―Dədə 

Qorqud kitabı‖nın dilinə də, necə deyərlər, yol tapıb. Alınmalar 

ədəbi dilimizin daha da dolğunlaşması üçün materiallaşıblar. Bu 

o  deməkdir  ki,  VII  –  XII  əsrlər  mərhələsi  fiziki  və  hüquqi 

baxımlardan  Azərbaycan  –  türk  milli  ədəbi  dilinin  tərkibinə 

daxil olur və bir bünövrə kimi onun gələcək ağırlığını öz üzərinə 

götürür.  

VII  –  XII  əsrlər  Azərbaycan  xalq  dilinin  və  onun  yazılı 

fəaliyyətinin  varlığını  azərbaycandilli  materialın  özü  ilə  də 

təsdiqləmək olur. Xalq ağzında bizə belə bir bayatı gəlib:   

 

Vermə Xəzərə məni, 

Çəkər bazara məni

Yada kəniz olunca 

Salla məzara məni. 

Əlbəttə,  bayatının  dili  müasir  Azərbaycan  dilidir.  Ancaq 

həmin müasir Azərbaycan dili kimi səslənən mətnlərə XIV əsrdə 

də (


Dedim: belün. Dedi: nə narın söylər – Q.Bürhanəddin), XIII 

əsrdə  də  (

And  içərəm,  səndən  artıq  sevməyəm,  Sənün  ilə  xoĢ 

keçər  çağum...  –  Həsənoğlu)  və  ―Dədə  Qorqud‖un  dilində  də 

(

QoĢa badam sığmayan dar ağızlum...) rast gəlinir – yəni mətnin 



dilinin  həddindən  artıq  bugüncə  səslənməsi  bizi  tərəddüdə 

salmamalıdır. Və buna görə də onun konkret yaranma dövrünü 

təyin  edək.  Bayatıda  bir  tarixi  möhür-damğa  var:  xəzər 


 

108 


etnonimi.  Tarixi  faktlar  təsdiqləyir  ki,  xəzərin  Azərbaycan 

ərazisinə  ən  fəal  müdaxilələri  X  əsrdən  əvvəllərə  aiddir. 

Azərbaycanın şimal-şərqində yerləşən xəzərlər, ümumiyyətlə, X 

əsrin  əvvəllərində  indiki  Həştərxan  ətrafına,  Volqanın 

töküləcəyinə  çəkilirlər.  Deməli,  bu  bayatı  IX  əsrdən  sonra 

yarana  bilməzdi.  Tarixi-tipoloji  linqvistik  təhlil  bayatının  dilini 

həmin  dövrdə  mümkün  hesab  edir.  Bayatıdakı  sözlərdən 

ver, 


çə

k,  sal  (-la),  ol  felləri,  mən  əvəzliyi  Həsənoğlu  qəzəllərinin  və 

―Dədə  Qorqud‖un  dilində  var,  bazar,  yad,  kəniz,  məzar  həmin 

mənbələrdə  yoxdur.  Bunların  dördü  də  alınma  sözdür,  onlara 

XIII  əsrin  başqa  abidəsi  ―Qisseyi-Yusif‖in  dilində  rast  gəlirik, 

çünki  bu  poemada  alınma  leksika  –  ərəb-fars  sözləri  çoxdur. 

Bayatıdakı morfoloji əlamətlərin hamısı 

–mə inkar, -ər müzare, -

unca feli bağlama, -i təsirlik hal şəkilçisi Həsənoğluda və ―Dədə 

Qorqud‖da  mövcuddur.  Həm  XIII  əsrdən  Azərbaycan  dilinin 

əsas  lüğət  fondu  və  qrammatik  müəyyənliyi  (morfoloji  və 

sintaktik təşkilatlar), həm XI – XII əsrlərin farsdilli şeirlərindəki 

türkizmlərin  leksik-qrammatik-fonetik  formalaşma  uyğunluğu 

bayatının dil kompleksiyasını IX əsr Azərbaycan dili faktı kimi 

məqbul  saymağa  imkan  verir.  Burada  daha  iki  cəhəti  nəzərə 

almalıyıq: 1. Şeirin dili tələffüzcə tamam müasirləşib, ona tarixi 

fonetika  görünüşü  versək  (məni  əvəzinə 

bəni,  olunca  yerinə 

olınca),  deyilən  tarixə  uyğun  görünür;  2.  Dilin  bu  qədər  sabit 

qalmasını  şeir  qəlibi  şərtləndirir,  yəni  şeirin  arxitektonikası 

mühafizəçi  rolunu  oynayır  –  vəzn,  qafiyə,  ahəng  həmişə  tarixi 

ştampı  qoruyur  (―az  getdi,  uz  getdi‖  qəlibini  yadımıza  salaq. 

Burada leksik planda dəyişmə isə dediyimiz dörd alınma sözün 

dörd türk sözünü əvəz etməsindən ibarət ola bilər – yerdə qalan 

sözlər  öz  lüğəti  mənası,  morfologiyası  və  sintaktik  mühiti  ilə 

dövrünün azərbaycancasının təmsilçisidir. 

Bir  cəhəti  də  nəzərə  alaq  ki,  bayatının  dilini,  məsələn, 

Həsənoğlunun  klassik  poeziya  janrlarının  dili  ilə  müqayisə 

edəndə  onun  tarixliyini  eynən  qavramaq  müəyyən  dərəcədə 

özlüyünü  itirir.  Həsənoğlunun  dilini  ona  müasir  türk  şairi 

Yunus  Əmrənin  xalq  şeiri  janrındakı  dili  ilə  müqayisə  etsək, 

bayatının  dili  öz  tarixi  kontekstinə  daha  uyğun  görünər  –  o 

zaman  yenicə  fəaliyyətə  başlayan  oğuz-səlcuq  Türkiyə 


 

109 


türkcəsinin  Azərbaycan  dilinə  fərqdən  çox  yaxınlığı  var  idi. 

Beləliklə, Yunus Əmrənin xalq şeiri janrındakı dilinin lüğətini 

həmin bayatının dili ilə tutuşduraq:   

 



 

 Dolap, neçin inlersin, 

 



 Derdim vardır, inlerim. 

Ben Mevlaya aşık oldım, 

Anın için inlerim. 

 

Yaxud: 



 

Sirat kıldan incedir, 

Kılıçdan keskincedir. 

Varup anın üstine 

Evlər yapasım gelir. 

 

XIII əsr türk şairinin qələmindən çıxmış bu şeirlərin dili, hələ 



Türkiyə türkcəsini bir yana qoyaq, bugünkü Azərbaycan dilindən 

nə  qədər  fərqlənir?  Morfologiyanın  aqlütinativ  tipi  dilin  belə 

dözümlülüyünü, mühafizəkarlığını qanuni sayır.  

Nəhayət, texniki forma kimi, heca və qafiyə sistemi ilə həmin 

bayatı  şəkli  deyilən  dövrdə  ola  bilərdimi?  M.Kaşğari  bu  suala 

müsbət  cavab  verir:  onun  ―Divan‖ında  tanıdığımız  türk  bayatı-

mani qəlibində çoxlu xalq şeiri nümunələri var. 

İkinci  dövrün  ikinci  mərhələsi  XIII-XVI  əsrləri  əhatə  edir.  Bu 

mərhələdə ədəbi dil milli dil inkişafını başa çatdırır. Dil normasında 

fonetik  (q/h/x,  d/t),  leksik  (yazı/çöl,  cənnət/uçmaq),  qrammatik 

(dür/dürür,  isər/əcək)  paralelizm  özünü  göstərir.  İki  pillədə  inkişaf 

edir:  a)  XIII-XIV  əsrlər.  Bu  zaman  divan  ədəbiyyatının  dili 

formalaşır. Ərəb və fars sözləri və qrammatik quruluş faktları dil 

normasına nüfuz edir. Dilin inkişafı elmi-fəlsəfi məzmunu və lüğət 

zənginliyi  ilə  səciyyələnən  Nəsimi  zirvəsi  kimi  yekunlaşır;  b)  XV-

XVI  əsrlər.  Əcnəbi  lüğət  dil  normasında  aparıcı  mövqe  tutur. 

Tərcümə dili ədəbi dilin inkişafında özünü hiss etdirir. Qeyri-oğuz 

elementləri müşahidə olunur. Türkcə dövlət dili kimi işlənir. Nəsr 

dili  yaranır.  Ədəbi  dil  funksional  üslublar  üçün  güc  kəsb  edir. 

Füzuli sənətində milli ədəbi dil qəti şəkildə elan olunur. 


 

110 


İkinci dövrün növbəti mərhələsi XVII-XXI əsrləri əhatə edir. Üç 

pillədən  keçir:  a)  XVII-XVIII  əsrlər.  Normada  xəlqiləşmə  gedir. 

Realist  ədəbiyyatın  dili aparıcı mövqeyə qalxır.  Folklor dili yazılı 

dilə nüfuz edir; b) XIX-XX əsrlər. Üslublar yenidən təşkil olunur. 

Ədəbi  dil  çoxvalentlilik  qazanır.  Satira,  mənzum  hekayə,  dram, 

realist  hekayə  dili  meydana  çıxır.  Publisist  üslub  yaranır.  Ədəbi 

dilin  lüğətinə  rus  və  Avropa  dillərindən  söz  alınmağa  başlanır. 

İctimai,  siyasi,  elmi-ədəbi  terminlər  hazırlanır.  Dərslik  dili 

formalaşır.  Canlı  danışıq  dili  normaya  fəal  şəkildə  nüfuz  edir;  c) 

XX  əsrin  30-cu  illəri  –  XXI  əsr.  Ədəbi  dil  məktəblərdə  sistem 

şəklində  təbliğ  olunur.  Qrammatikalar  yazılır,  tərcümə  lüğətləri, 

terminoloji  lüğətlər,  orfoqrafiya  lüğətləri  hazırlanıb  nəşr  olunur. 

Müasir  dilin  orfoqrafik  və  orfoepik  normaları  sabitləşir. 

Terminoloji  hərc-mərcliklə  mübarizə  aparılır,  alınma  və  milli 

terminlərə münasibət müəyyənləşir.  

Əlbəttə, ədəbi dilin dövrləri və mərhələləri arasında Çin səddi 

çəkmək, bu dövrləri bir-birindən təcrid etmək olmaz. Yeni dövrün 

norması  əvvəlki  dövrün  içərisində  hazırlanmağa  başlayır;  köhnə 

norma dəfn olunmur, onun əsas kütləsi yenidə qalır. Sadəcə ədəbi 

dildə  yeni  bir  üslubun  yaranması,  aparıcı  üslubun  dəyişməsi, 

ədəbiyyatda  yeni  janrların  meydana  gəlməsi,  dilin  struktur 

elementlərində cüzi dəyişmə - bir qrammatik formanın yaranması 

və  ya  itməsi,  koynenin  əvəz  olunması  və  s.  ədəbi  dilin  norma 

sistemində  yenidən  komplektləşməyə  səbəb  olur.  Yeni 

komplektləşmə yeni norma sistemi yaradır ki, bu da yeni dövr və 

ya  mərhələnin  başlanmasını  elan  edir.  Doğrudur,  ədəbi  dil  daha 

sürətli  inkişafa  meyillidir.  Lakin  ümumxalq  dili  bütövlükdə 

mühafizəkardır.  O  öz  mühafizəkarlığı  ilə  ədəbi  dili  çəkir,  ənənəyə 

bağlayır və bununla da nəsillər arasındakı ünsiyyəti mümkün edir. 

Ədəbi dil xalq dilini intellektuallaşdırır, xalq dili isə onun yaşaması, 

varlığı  üçün  baza  təşkil  edir.  Bu  iki  təzahür  arasında  daimi 

ahəngdarlıq  qalır.  Ədəbi  dillə  xalq  dili  arasındakı  rabitənin 

dialektikası belədir. 


 

111 


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin