Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə10/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   6   7   8   9   10   11   12   13   ...   42

Xurd,  xurd-xaş  (indi  xurd-xəşil  şəklində  işlənir  )  – 

Sükükləri 

xurd  oldu;  Qara  buğa  gəldigündə  xurd-xaş  elədün;  Geyim-

keçim:  Geyimini,  keçimini 

doğradı.  Dözmək,  tab  gətirmək 

mənasında qatlanmaq, parçalanmaq əvəzinə qol-budaq olmaq

çatıb  üstünü  almaq  yerində  haqlamaq  kimi  danışıq  dilinə 

məxsus  söz-ifadələr  ―Dədə  Qorqud  kitabı‖nda  eyni  şəkildə, 

eyni mənada işlənir.  

Yaxud  tərəf,  istiqamət  bildirmək  üçün  indi  danışıqda  əl 

sözündən  istifadə  olunur.  Eyni  xüsusiyyət  ―Kitab‖da  bol-bol 

görünür: 

Sağım  ələ  baxdığumda  qarındaĢım  Qaragüneyi 



 

120 


gördüm, solum ələ baxdığumda dayım Aruzu gördüm, QarĢı

ələ 

baxdığumda səni gördüm.  

Sözün təhrifli təkrarı nəticəsində mürəkkəb söz almağa aid 

əsərdə  geniş  nümunələr  vardır:  qan-qun,  yamrı-yumru,  yolçu-



yolaqçı,  çoban-çoluq,  dadım-dayəm...  Bu  forma  da  danışıq 

qəlibidir.  

Həm canlı dil, həm də qədimlik elementlərindən biri kimi 

yamsılamalar  diqqəti  cəlb  edir.  Abidənin  dilində  bunlar  həm 

söz  yaradıcılığında  kök  kimi  iştirak  edir,  həm  də  tərz,  ton 

vermək  üçün  fe‘lə  xidmət  göstərir.  Bu  ikinci  cəhət  daha  çox 

üslubi-ritmik  keyfiyyətlə  bağlı  olduğundan  (əsərin  bədii  nitq 

abidəsi  olduğunu  nəzərə  alırıq  )  daha  çox  maraq  kəsb  edir: 

Qaranqu axĢam olanda vaf-vaf ürən, Acı ayran töküləndə çap-

çap  

içən. Köpək Qazanuŋ atınuŋ ayağına çap-çap düĢər, sək-



sək 

səkilər.  Söyləmdilər  fısıl-fısıl.  Bıldır-bıldır  gözünün  yaĢı 

rəvan  oldu.  Gumbur-gumbur  nağaralar  döyüldi.  Gumbur-

gumbur 

davullar  çalındı.  Qızı-gəlini  qas-qas  gülməz  oldu. 

Qazan  sağına  baxdı,  qas-qas  güldi.  Kömləgi  görcək  bəglə

ökür-ökür  ağlaşdılar. Ġ

t kimi gü-gü edəçirkin xırslı və s. 

Məlumdur  ki,  adətən  belə  təqlidlər  təqlid  üstdə  qurulan 

felin  ilk  hecasının  alınıb,  açıqdırsa,  müvafiq  samit  artırılıb 

təkrar  edilməsi  ilə  düzəlir  və  fe‘lin  mənasına  intensivlik, 

sürəklilik  verir.  Məsələn,  gurlamaq  –  gur-gur  gurlamaq, 



zarımaq – zar-zar zarımaq və s. Bu təqlidlər tərz-hərəkət zərfi 

mövqeyindədir.  İlk  yarandığı  dövrdə  ancaq  müvafiq  fe‘l 

səmtində  işlənən  bu  təqlidlər  sonrakı  abstraksiya  nəticəsində 

qrammatikləşir,  əsası  sayılan  fe‘ldən  təcrid  olunur, 

məhvərindən uzaqlaşır. Beləliklə, konkret tərz-hərəkət zərfinə 

çevrilir və semantikası uyğun gələn (demək, şəkli vacib olmur, 

məna  əsas  götürülür  )  hər  bir  fe‘llə  işlənir.  İndi  dilimizdə 

yanmaq  fe‘li  ilə  işlənən  par-par  (par-par  yanmaq)  təqlidi 

əslində  par-par  parlamaq  qəlibindən  gəlir.  Yaxud  zar-zar 

ağlamaq modelinin əsası zar-zar zarımaq qəlibidir və s. 

―Kitab‖dan verdiyimiz nümunələrdə ilk etimoloji sifətində 

ancaq  bir  təqlid  işlənir:  sək-sək  səkilmək.  Şübhəsiz  ki,  başqa 

təqlidlər  də  öz  fe‘l  kökündə  istifadə  olunmuşdur:  gumbur-



gumbur  gumbuldamaq,  fısıl-fısıl  fısıldamaq,  qas-qas  qaqqıl-

 

121 


damaq, ökür-ökür ökürmək (hönkür-hönkür hönkürmək) və s. 

Nümunələr göstərir ki, bu təqlidlər çox qədimlərdən zərf kimi 

işlənməyə  başlamış,  artıq  ilkin  orta  əsrlərdə  (I  minillikdə) 

abstrakt  şəkildə  özünü  təqdim  etmişdir.  Bu  o  cəhətlə  də 

bağlıdır  ki,  müasir  dilimizdəkindən  fərqli  olaraq,  tarixən 

zərfin  diferensial  göstəriciləri  dolğundur.  ―Kitab‖ın  dilində 

―yumru-yumru  ağlamaq‖  ifadəsinə  də  təsadüf  olunur. 

Görünür,  bunun  əsasında  yığlamaq  feli  dayanır:  forma 

(yumru-yumru  yığlamaq)  ya  təqlid  kökü,  ya  da  alliterasıya 

ritmi üzrə yaranır. 

Yeri gəlmişkən qeyd edək ki, dilçilikdə daxili obyektli fe‘l 

adlanan  forma  da  Azərbaycan  dilində  məhz  bu  motivdə, 

təqlidlə,  təqlidi  fe‘lin  analogiyası  üzrə  meydana  çıxır:  burada 

da ilk mərhələ kimi fe‘lin konkret əşya-obyektlə bağlılığı var: 

sonrakı  abstraksiya  prosesində  fe‘l  öz  obyektindən  təcrid 

olunur  və  sərbəstləşir.  Eyni  zamanda  üslubi  ritmik  məqsəd 

izlənir. Nümunələr: iş işləmək –  Hər nə  olsa, 

Qorqud ataya 



danışmayınca  işləməzlərdi.  Boy  boylamaq,  söy-söyləmək  – 

Dədəm Qorqud gəldi, Ģadlıçaldıboy boyladı, söy söylədiÜn 



ünləmək,  av  avlamaq,  quş  quşlamaq  —  Ünüm  ünlən

sözü

dinlən,  bəglər!..  Av  avlayalım,  quş  quşlayalım...  yeyəlim, 

içəlim.  Gözə  gözükmək  –  Gözükməyəsən,  yoxsa  səni 



ö

ldürərəm - dedi. Casusu casuslamaq - Kafirüŋ casusu bunları 



casusladı.  İz  izləmək  -  İzin  izlədi 

getdi.  Maraqlıdır  ki, 

bunlardan bəziləri abstraksiya həddinə çatıb yaşayır: avlamaq 

(av  avlamaqdan),  söyləmək  (əsli:  söy  söyləmək  və  ya  söz 



söyləmək),  yollamaq  (yol  yollamaqdan).  Ancaq  bəziləri  təcrid 

oluna  bilmir,  arxaikləşir:  quş-quşlamaq,  ün  ünləmək



Quşlamaq  anlayışı  avlamaqda  ehtiva  olunur.  ―Dədə  Qorqud 

kitabı‖  üçün  daxili  obyektli  fellərin  ünsiyyət  əhəmiyyətindən 

daha ziyadə melodiya yaratmaq əhəmiyyəti vardır. Bu, əsərin 

dilində şeiriyyət yaradan çoxlu üslub fiqurlarından biridir. 

―Dədə Qorqud‖un dili ilkin orta əsrin dil xüsusiyyətlərinin 

təsəvvürünü  verir.  Şübhəsiz  ki,  əsərin  XI  və  XV  əsrdə  yazıya 

alınmış nüsxəsində yazılı dövrün əks-sədası olmalı idi və var. 

Bu, birinci növbədə, dastanın dilinə ərəb-fars sözlərinin daxil 

edilməsidir  –  yəqin  ki,  bu  leksika  artıq  XV  əsr  üçün 


 

122 


arxaikləşmiş  türk  mənşəli  sözlərin  müqabili  idi.  Yaxud 

onomastik vahidlərdə əlavələr hiss olunur. Müqəddimədə ərəb 

mənşəli  xüsusi  isimlərin-islam  antroponimiyasının  işlənməsi, 

dastanda  İstanbul adının çəkilməsi (yazıya alan  şəxs mövcud 

coğrafi  koordinatdaki  keçmiş  adı  müasiri  olduğu,  tanıdığı 

toponim  ilə  avtomatik  əvəz  edir  və  bu  halda  İstanbuldakı 

Aya-Sofya da əlavə olunur) və s. 

Eyni zamanda dastanın dilində XI əsrdən əvvəli göstərən 

xüsusiyyətlər də var. Əvvələn, dastanın qədimliyinə aid ekstra-

linqvistik  işarələr  buna  misaldır.  Dastanın  birinci  cümləsi 

belədir:  ―Rəsuləleyhüssəlam  zamanına  yaqın  Bayat  boyından 

Qorqud Ata deyərlər bir ər qopdı‖ - bu, birinci minilliyin VII 

əsridir. Əlbəttə, bunu tarixi fakt saymaq mümkün deyil, ən azı 

ona görə ki, ―Dədə Qorqud‖ hadisələri daha qədimlərə gedir 

(Domrul  obrazının  qədim  mifoloji  məzmunu  ilə  bağlı  bu 

kitabın  əvvəlki  bəhsinə  bax).  Görünür,  qəhrəmanlıq 

dastanında  bu  xüsusiyyət  olur  ki,  xalqın  tarixində  siyasi-

mənəvi  dönüş  nöqtələri  onda  əks  olunur.  Həm  də  abidədəki 

Dədə 

Qorqudda 



kahin-şaman-peyğəmbər 

əlamətləri 

olduğundan  dastana  islam  dünyagörüşü  vizası  verilərkən  o, 

Məhəmməd peyğəmbərlə əlaqələndirilir. Bu ifadə XV əsrdə də 

əlavə  oluna  bilərdi,  XI  əsrdə  də,  əvvəlki  əsrlərdə  şifahi 

dilimizdə  də.  Hər  halda  bu  hadisə  dastanın  VII  əsrdə 

meydanda  olduğuna  dəlalət  edir.  Oğuzların  bol-bol  şərab 

işlətmələri,  məstliyin  etnik  mərasim  faktı  kimi  görünməsi  də 

süjetin islamdan əvvələ getdiyinə dəlalətdir. Dastandakı güclü 

qadın  kultu  da  islamla  bir  araya  sığmır.  Əsərin  dini-mifolji 

ruhunda  islam  yoxdur,  islam  ona  ara-sıra  yapışdırılır  və 

həmin yamaq yerləri aydınca görünür. Başqa qədim bir adətin 

izi  –  oğlu  Buğacı  Dirsə  xana  şeytanlarkən  namərdlər  bir 

―dəlil‖ gətirirlər: ―

Qalxıbanı, Dirsə xan, sənüŋ oğlıŋ yeründə

uru  turdı...  Al  Ģərabuŋ  istisindən  aldı,  içdi.  Anasıyla  söhbə

elədi,  atasına  qəst  eylədi‖.  Dirsə  xan  bu  xəbərə  inanır  və 

oğlunu öldürmək qərarına gəlir. Görünür, dastanın yaranması 

zərdüştlüyün hökm sürdüyü dövrə aiddir, ya da zərdüştlükdən 

yeni  ayrılmışlar.  Əgər  oğulun  anası,  bacısı  ilə,  ərin  qızı  ilə 

yaşamaq  hüququnu  qanuni  sayan  bidət  bu  mühitə  yad  olsa 


 

123 


idi,  Dirsə  xan  həmin  böhtana  inanmazdı  və  namərdlər  də 

beləsini  yox,  ayrısını  uydurardılar.  Dastanın  sonrakı 

islamlaşma  proseslərində  bu  bidət  təshihçilərin  nəzərindən 

yayınıb.  Hətta  bu  detal  onu  da  göstərir  ki,  dastan,  görünür, 

daha  qədimlərdən  yazıya  alınıbmış,  şifahi  yaşanışda,  bu 

dərhal düzəldilməli idi.  

Qədimliyə aid hadisə-faktları xeyli artırmaq olar. Dil faktları 

da  hadisə-süjet  elementləri  ilə  üst-üstə  düşür.  Antroponimlər 

islamdan qabaqkıdır – bizim istər məhəbbət, istərsə qəhrəmanlıq 

dastanlarımızdan  heç  birində  bu  ad  sistemi  görünmür.  Nə  islam 

dini,  nə  də  ərəb-fars  lüğətləri  bu  adlara  müdaxilə  etməyib: 

Qorqud, Bayındır, UlaĢ oğlu Salur Qazan, Uruz, Səlcuq oğlu Dəli 

Dondar,  Qaragünə  oğlu  Qarabudaq,  Aruz  Qoca,  Qazlıq  Qoca, 

Baybura,  Bamsı  Beyrək,  Yegnək,  Duru,  Qaracıq  Çoban, 

Qabangüc,  Dəmirgüc,  Əmən  Qoca  oğlu  Alp  Ərən,  Duxa  Qoca 

oğlu  Dəli  Domrul,  Basat,  UĢun  Qoca  oğlu  Səgrək,  Qanlı  Qoca 

oğlu  Qanturalı,  Dirsə  xan,  Buğac,  Qoğan  Aslan,  Qıyan,  Bəkil, 

Ə

grək,  QılbaĢ,  Yalançı  oğlu  Yalıncuq,  Boyu  uzun  Burla  xatun, 

Banıçiçək,  Qısırca  Yengə,  Selcan  xatun,  Qarıcıq,  Qaba  Ağac, 

TərsuzamıĢ və s.  

Bilindiyi  kimi,  qədim  türk-Azərbaycan  şeiri  üçün  heca  və 

alliterasiyanın ikisi də başlanğıcdır. Ancaq tarixən alliterasiya 

nisbətən fəal olmuşdur. ―Dədə-Qorqud‖da da şeir tərəzisinin 

alliterasiya  gözü  ağırdır.  Halbuki  ―Dədə  Qorqud‖un  yazıya 

alındığı  vaxtda  yazılmış  M.Kaşğari  ―Divan‖ında  toplanan 

xalq  yaradıcılığı  nümunələrində  heca  fəaldır,  alliterasiya 

epizodikdir  və  dördlüklərdə  məhz  hecanın  tərkib  hissəsidir, 

hecanın  ritminə  xidmət  edir.  Deməli,  ―Dədə-Qorqud‖  daha 

qədim şeir texnologiyası ilə yazılmışdır. 

―Dədə-Qorqud‖  dilinin  daha  qədim  dövrlərin  məhsulu 

olmasının  dəlaləti  kimi  iki  sintaktik  xüsusiyyətinə  diqqət 

yetirək.  

Diqqəti 

ilk 


çəkən 

etnik-kulturoloji 

əlamətlərlə 

səciyyələnən  intonasiya  sintaksisi  təmiz  türkcədir.  ‖Dədə-

Qorqud‖un  son  yazıya  alındığı  vaxta  yaxın  –  XVI  əsrin 

əvvəlinə  aid  bir  nəsr  nümunəsinin  sintaktik  intonasiyası  ilə 

müqayisə: ―

Hər yerdə ki, məhəbbət binasunı qoyubdur, asari-



 

124 


möhnətdən  bir  qapu  ana  açubdurlar  və  hər  meydana  ki, 

dostlığ  aləmi  durğuzubdurlar,  bəlalar  qoĢunı  ana  mülazim 

eyləyübdürlər.  Hər  kim,  həqq-təala  anı  sevər,  anı  bəlalara 

mübtəla  eylər  və  möhnətlərə  giriftar  edər  və...‖ 

(―ġühədanamə‖);  ―Dəmir  qapu  Dərvənddəki  dəmir  qapuyi 

qapub alan, altmıĢ tutam ala göndərinün ucında ər bögürdən, 

Qazan  kibi  pəhləvani  bir  savaĢda  üç  kərrə  atundan  yıqan 

Qıyan Səlcuq oğlı Dəli Tondar çapar yetdi: ―Çal qılıcın, ağam 

Qazan, yetdim‖ - dedi. 

Anuŋ ardınca, görəlim, kimlər yetdi.... 

Oğuz  bəgləri  ilə  Tondar  sağa  dəpdi.  Cilasun-yigitləri  ilə 

Qarabudaq  sola  dəpdi.  Qazan  kəndü  dopa  dəpdi.  Təkür  ilə 



ġö

kli Məlikə həvalə oldu. Bəgirdübəni atdan yerə saldı. Alç

qanın  yer  üzərinə  dökdi.  Sağ  tərəfdə  Qara  Tükən  Məlikə 

Tondar qarĢu gəldi. Qılıcladı, yerə saldı. Sol tərəfdə Buğacı

Məlikə  Qarabudaq  qarĢu  gəldi.  Sancubanı  yerə  çaldı‖.  – 

―Dədə  Qorqud  kitabı‖nın  dilindən  gətirilmiş  bu  parçada 

(qalan  hissələrdə  də  vəziyyət  bu  nisbətdədir)  türkcə  leksikon 

bütövlükdə XV əsr Azərbaycan dilinə uyğundur. Bu, deyildiyi 

kimi,  Azərbaycan  dili  əsas  lüğət  fondunun  təşəkkülünün 

qədimliyi  ilə  bağlıdır.  Ancaq  elə  leksik-frazeoloji  nümunələr 

də  var  ki,  artıq  XVI  əsr  üçün  passivdir,  arxaizm  dərəcəsində 

görünür;  onların  müasir  dildəki  müqabilləri  isə  işləkdir.  Məs. 



üstünə yığnaq etmək müqabilində ―ətrafına toplamaq‖, qapub 

alan  yerinə  ―zəbt  etmək‖,  yaxud  sadəcə  ―alan‖,  ər  böcürdən 

əvəzinə  ―çığırdan‖,  çapar  (yetmək)  yerinə  ―cəld‖  (yetmək), 



dopa  dəpmək  məqamında  ―mərkəzə,  ortaya  cummaq‖,  alca 

qanın  yer  üzərinə  dökdi  yerində  ―al  qanın  yerə  tökdü‖  və  ya 

sadəcə  ―al  qanın  tökdü‖  (əslində  ―yer  üzəri  ―  forması 

alliterasiyanın  qalığıdır  -əsli:  yer  yüzəri  )  XVI  əsr  dili  üçün 

daha  səciyyəvidir.  Ərəb-fars  mənşəli  leksikon,  əvvələn, 

cüzidir,  hətta  XV-XVI  əsrlərdəki  xalq  şeirimizin  dilində 

olduğundan da azdır, ikinci tərəfdən, bunlar azərbaycanlıların 

bugünkü canlı danışığında və ədəbi dilində mövcuddur: hacət 

(diləmək),  ağzı  dualı,  əyan,  allah-taala,  hamilə  (olmaq), 



müddət,  həvalə  (olmaq).  Müasir  Azərbaycan  dilində 

sabitləşmiş ərəb-fars sözlərinin hamısı XIII-XVI əsrlərin yazılı 



 

125 


abidələrində  işlənmişdir.  Bir  halda  ki,  ―Dədə  Qorqud 

kitabı‖ndakı  alınma  (ərəb-fars  mənşəli)  sözlər  müasir  canlı 

dilimizdə qalır, bu bir daha təsdiqləyir ki, müasir Azərbaycan 

dilinin  əsas  lüğət  fondu  həmin  dövrdə  mövcud  olmuşdur  və 

dastanı  XVI  əsrdə  yazıya  alarkən  müasirləşdirən  şəxs  əcnəbi 

materialın  canlı  ünsiyyətə  girmiş  qismindən  istifadə  etmişdir. 

Bu,  dastanların  dil  poetikasına  münasibdir  –  dastanın  (və 

ümumiyyətlə,  xalq  yaradıcılığının  başqa  nümunələrinin  )  dili 

həmişə canlı dillə səsləşməlidir. Təbii ki, bütün dövrlərdə canlı 

danışıq  ədəbi  dildən  fərqli  olaraq  əcnəbi  materialı  güclü 

süzgəcdən keçirib, yüzdən-mindən birini qəbul edir. Və XI, ya 

XVI  əsrdə  ―Dədə  Qorqud‖  dastanını  ―Kitab‖  adı  ilə  yazıya 

alan  şəxs  həmin  prinsipi  gözləmiş,  XI  ya  XVI  əsrdə 

azərbaycanlıların  canlı  ünsiyyətində  vətəndaşlaşmış  ərəb-fars 

sözlərinə  müəyyən  qədər  yer  vermişdir.  Ancaq  həmin  şəxs 

sintaksisə,  o  sıradan  intonasiya  sintaksisinə  dəyməmiş  və  ya 

dəyə bilməmişdir. ―Şühədanamə‖ ilə müqayisədə dastanımızın 

cümlələri  saf  milliliyi  ilə  seçilir:  cümlələrin  danışığımızdakı, 

gündəlik  ünsiyyətimizdəki  yığcamlığı,  bağlayıcı  vasitələrin 

milliliyi onun üstündən əcnəbi rüzgar əsmədiyinin şahididir. 

―Dədə  Qorqud  kitabı‖ndakına  qarşı  duran  əcnəbi 

sintaktik  intonasıya  XIII-XVI  əsrlərin  ədəbi-yazılı  nəsrində 

normativ  mahiyyət  qazanmışdı.  ―Kitab‖ın  intonasiya 

sintaksisi həmin normadan kənarda qalır. Ədəbi dilin hər bir 

normativ  faktının,  təbii  ki,  müəyyən  ənənəsi  yaranır.  Nəsr 

dilindəki  əcnəbi  sintaktik  intonasiya  norması  da  Azərbaycan 

yazılı  ədəbi  dilinin  tarixində  uzun  zaman  davam  etdi.  ―Dədə 

Qorqud  kitabı‖nın  intonasiya  ənənəsi  isə  həmin  müddətdə 

xalq  şeiri  janrlarının  dilində  yaşayır  (xalq  şeiri  janrlarının 

sintaksisi  heç  zaman  əcnəbi  sintaktik  təsirə  məruz 

qalmamışdır).  Əcnəbi  sintaktik  intonasiyanın  təsiri  yazılı 

nəsrdə  o  dərəcə  qanuniləşir  və  kütləviləşir  ki,  hətta  orta 

əsrlərdə  yazıya  alınan  xalq  dastanının  dilinə  də  nüfuz  edir. 

‖Şəhriyar  və  Sənubər‖  Azərbaycan  dastanının  XVIII  əsrdə 

―Şəhriyar‖  adı  ilə  yazıya  alınmış  nüsxəsinə  baxaq.  Dastanın 

yazılı improvizasiyasında şeir örnəkləri öz milli intonasiyasını 

eynən 

saxlayır. 



Ancaq 

yazıya 


alan 

katib-müəllif 



 

126 


ədəbiləşdirmə,  yazılı  ədəbi  nitqə  uyğunlaşdırma  üçün  onun 

sintaktik intonasıyasına müdaxilə edir – dastanların dili üçün 

səciyyəvi  olan  xalq  danışıq  sintaksisini  əcnəbi  intonasiya 

təsirli yazılı nəsr məcrasına salır. Bir nümunə: ―

Sizdən təvəqqə 

budur ki, cümlə siz anuŋ ilə müsahibət edəsuz ki, anuŋ xatirinə 

qübari-küdurət  yetiĢməyə  və  həmiĢə  sizin  söhbətü 

müsahibətiŋiz  ilə  xoĢhal  və  xürrəm  olıb  və  baisi-mə‘rifət  və 

adəmiyyət ola‖ - (―Şəhriyar‖, tərtibçi: Ə.Səfərli. Bakı, Yazıçı, 

1987, s. 33 ). Bu kiçik parçanın dilindəki əcnəbi lüğət bolluğu, 

fars  izafətləri  (qübari-küdurət,  baisi-mə’rifət,  söhbətü 

müsahibət),  ərəb  morfologiyası  (müsahibat,  adəmiyyət), 

‖lərin tezliyi onu xalq dastanının dilindən daha çox klassik 

yazılı nəsr nümunəsinə oxşadır.  

―Dədə  Qorqud  kitabı‖nın  sintaksisi  ilə  bağlı  başqa  bir 

cəhət.  Dastanın  sintaktik  vahidlərinin-söz  birləşmələri  və 

cümlələrinin  leksik  sistemi  göstərir  ki,  bu,  yaradılışında  nəsr 

sintaksisi  olmayıb;  ilkin  poetik  formalarının  sonrakı  şəkil 

dəyişmələri  ilə  onda  az-çox  nəsrləşdirmə  işi  aparılmışdır. 

Bununla  belə  dəyişmə  əməliyyatları  dastanın  dilini  ilkin 

poetik  mahiyyətdən  ―təmizləyə‖  bilməmiş,  başlanğıcında 

onun şeir dili olmasına dəlalət edən çoxlu faktorlar qalmışdır. 

Müxtəlif naşirlər bunlardan bir qismini şeir texnikası ilə düzüb 

təqdim  edirlər.  Ancaq  dastanın  nəsr  kimi  verilən  hissələri  də 

şeirlə  və  ya  şeir  tələblərini  ödəyən  qisimlərlə  doludur. 

Sintaktik  vahidlərin  düzülüşündə,  prosodik  təşkilində  qədim 

şeir  arxitektonikası  özünü  göstərir.  Söz  birləşmələri  və 

cümlələrdə  alliterasiya  (söz  əvvəlinin  ahəngi),  qafiyə  (söz 

sonunun  ahəngi),  assonans  (sözün  müxtəlif  hissələrinin 

ahəngi)  və  sintaktik  paralelizim  (ritm  simmetriyası)  geniş  yer 

tutur. Bu əlamətlər həmin faktorlardır ki, ―Kitab‖ naşirlərinin 

şeir  kimi  düzdüyü  hissələr  məhz  onlarla  səciyyələnir. 

Sintaqmatik  təzahürlərin  hamısı  ritmik  tənəffüslə  müşayiət 

olunur. Naşirlərin nəsr kimi verdiyi hissələrdən fikrimizi əsas-

landıran bir neçə örnəyin üstündə dayanaq. 

―Bu halları gördügində Qazanun qara qıyma gözləri qan-

yaş toldi. Qan tamarları qaynadı. Qara bağrı sarsıldı. Qonur 

atını  öncələdi.  Kafər  keçdigi  yola  düşdi,  getdi‖  (  ―Salur 


 

127 


Qazanın evi yağmalandığı boy―) – bu, nəsr sintaksisi kimi bir 

abzasdır.  Ancaq  cümlələrdəki  sözlərin  fonetik  başlanğıcı,  söz 

əvvəlinin  sistemli  harmoniyası  nəsr  dilinə  məxsus  keyfiyyət 

deyil.  Dastanda  müxtəlif  naşirlərin  alliterasiya  şeiri  kimi 

verdiyi parçaların  prinsipi üzrə bu da şeirdir: 

 

Bu halları gördügində 



Q

azanın qara qıyma gözləri  



Q

an-yaĢ toldi. 



Q

an tamarları qaynadı



Q

ara bağrı sarsıldı



Q

onur atını öncələdi. 



K

afər keçdigi yola düĢdi, 



G

etdi. 


 

Xalis  şeirdir.  İlk  misrada  alliterasiya  yoxdur.  Ancaq  iki 

ritmik  hissədən  (4  x  2)  ibarət  8  hecalı  bir  misradır.  Yeddi-

səkkizinci  misralarda  gözlənilən  q  yerinə  k/g  gəlir.  Ancaq, 

əvvələn, bunların özündə k/g alliterasiyası var; kafər-keçdigi // 


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin