Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə13/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   9   10   11   12   13   14   15   16   ...   42

мювзуу,  мювзуа,  сянайеи,  сянайея  йазылышыны  мювзуну,  мювзуйа,  сянайени

сянайейя гайдасына кечирдикдя мцяллимлярим йеня яввялки кими йазырдылар. 

Йахуд бу эцн йашлы савадлылар йеня ляьв едилмиш апострофу ишлядирляр. 



 

147 


yazılışı qoruyurlar

*

. Yazanlar camaatın tələffüz etdiyi kimi deyir, 



ancaq  ənənəvi  şəkildə  yazırdılar

**

.  Bu  hadisə  başqa  sistemli 



dillərdə  də  yaşanmışdır.  Məsələn,  ingilislər  bu  gün  mather

father  yazır,  ancaq  mazə,  fazə  deyirlər–bu  gün  yazıda  qədim 

german orfoqrafiyasını işlədir, qoruyub saxlayırlar. Bir sözlə: 

tarixi  yazı  nümunələrimizdə  yazılış  hər  yerdə  gerçək  oxunuş 

deyil, hərflər həmişə ifadə etdikləri səslər deyil.  

Yazımızın tarixində gördüyümüz q-x-h, d-t, b-m və başqa 

səs  (əslində  hərf)  və  fonetik  hadisə  paralellikləri  həmin  tarixi 

deyiliş və yazılış uyğunsuzluqlarının nəticəsidir.    

Bu tarixi həqiqəti qəbul etməliyik ki, hələ qədimlərdən, ən 

azı  ilkin  orta  əsrlərdən  Azərbaycan  oğuzcasının  şərqi 

türkcələrdən,  Türküstan  türkcələrindən  fərqli  öz  türkcələri 

olmuşdur.  Məsələn, Orxon əlifbasında h, g, v, x, j samitləri və 

ə  saiti  əks  olunmur,  deməli,  bu  səslər  Şərq  türkcələrində 

olmayıb.  Ancaq  bu  səslər    ilk  orta  əsrlərdən  (yəqin  inkişaf 

daha  əvvəllərdən  gəlib)  Azərbaycan  oğuzcasında  işlənib. 

Əvvələn  VIII  əsrdə  Orxonda  olmayan  h  və  x  səsləri  artıq  XI 

əsrdə  M.Kaşğaridə  qeydə  alınır:  hoç-hoç 

 

  چٌح  چٌح (keçiləri 



haylayan nida), heç-heç چَح چَح (ata müraciət –dəh-dəh), xanda  

اذىخ.Kaşğari  deyir  ki,  oğuzlar  və  qıpçaqlar  ق  –ni

 

  خ -yə 


çevirirlər

1

. Deməli, Orxonda k ilə deyilən söz Kaşğaridə ilə 



verilir. Orxonda kan        

kağan        ; Kaşğaridə: xan ناخ



xaqan  نالاخ.  Orxonun  k-si  Kaşğaridə  x-ya,  ğ-si  q-yə  keçir;  ğ 

daha  cingiltilidir,  q  ona  nisbətən  zəifdir.  Ona  görə  də    iki  və 

                                                 

**

  Мян  ХХ  ясрин  яввялляринин  дилини  тядгиг  едяркян  йазылышларда  йашадыьым 



онилликлярдяки  (мясялян,    60-70-ъи  иллярдяки)  дейилишлярля  мцгайисядя  чохлу 

фяргляр эюрдцм. Мян эюрцрдцм ки,  ХХ ясрин яввялляриндяки имла, хцсусиля 

ащянэ  гануну  «Дядя  Горгуд  китабы»нын,  Нясиминин,  Фцзулинин  имласы  иля 

цст-цстя  дцшцрдц.  Бир  эцн  мцяллимим,  дилчилийимизин  бюйцк  нцмайяндяси 

проф.М.Щцсейнзадядян  сорушдум  ки,  сиз  филан,  филан  сюзляри,  шякилчиляри 

1920-ъи иллярдя неъя дейирдиниз?  Деди ки, бу эцн неъя дейирикся, онда да еля 

дейирдик.  Эцлцб ялавя етди ки, имла Нущ дюврцндян эяляндiр, индийя бахма 

ки,  эцндя  бир  орфографийа  гайдасы  дцзялдирик.  Бюйцк  дилчинин  имланыn  

мцщафизякарлыьына  кинайяси  юз  йериндя,  анъаг  тарихи  мцщафизякарлыг  факты 

фактлыьында галыр.  

 

1

 М.Кашьари. Диванü лцьат-ит-тцрк тяръцмяси, ЫЫЫ ъ., с. 218.  



 

148 


çoxhecalı  sözlərdə  söz  sonunda  q  ümumən  k  kimi  tələffüz 

olunur. Maraqlıdır ki, XIX əsrin rus türkoloqları, türk və ərəb 

dillərinin  böyük  bilicisi  Kazımbəy  də  daxil  olmaqla,  rus 

dilində  q  məqamında  غ,  k  məqamında  ق  yazırlar:  Peterburq 

غرُبرتپ  və  Moskva  اُمسُم.  Deməli,   

ق hərfi  k  səsini  də  ifadə 

edirmiş. Təsadüfi deyil ki, tarixən ق-la yazılmış türk sözlərində 

onu  (qafı)  Türkiyə  türkləri    sözün  bütün  məqamlarında  k  ilə 

transliterasiya edirlər və bu gün elə də tələffüz edirlər: لُل- kol, 

هيلاص-  sakın-,  قُی  -  yok.  Azərbaycan  türkcəsində  isə  həmin 

məqamlarda    q  və    x  işlənir:  qol,  saqın,  yox.  Deməli:   

قhərfinin  q,  k,  x  səslərinin  qarşılığı  kimi  yazılmasında    bir  

tarixi-etimoloji    əsas  var.    Bu    da    var    ki,    h    da  etimoloji   

baxımdan    k,    x    səsləri    ilə    eyni    kökə      gedir  –    bizdəki  x 

məqamında Türkiyə türkcələrində h işlənməsi də onunla izah 

olunur. Buna görə də ق (qaf) hərfinin yaxın məxrəcli səslərin 

universal ifadə yükündə h səsi də var – tarixi q – x – h (qanı-

xanı-hanı) paralelliyi bununla bağlıdır. Orta əsr yazılarında h 

işlənməsini belə də izah edirlər ki, guya dilimizdə o zamanlar  

səsi olmamışdır. Əvvələn, deyildi ki, Kaşğari «Divan»ında h 

səsi  göstərilib.  İkinci  tərəfdən,  bunu  nəzərə  almaq  yetər  ki, 

həmin    dövrdə  yazımızda  h  səsi  ilə  deyilən  yüzlərlə  ərəb  fars 

sözləri  vardı.  Əgər  azərbaycanlının  fonetikasında  h  məxrəci 

olmasa,  səs  əvəz  olunardı.  Məsələn  bizdə  ц  afrikatı  olmadığı 

üçün цирк sözünü sirk deyir və yazırıq. Yaxud ruslarda h, ə, ü 

səsləri  yoxdur  və  Həsən,  Hüseyn  isimləri  Гасан  və  Гусейн 

deyilir və yazılır.    

Orxon  yazılarında  olmayan  başqa  səs  və  hərflər  də 

türkcəmizdə işlənmişdir: g səsi nəinki Türküstan türkcələrində, 

hətta  türkmən  oğuzcasında  bu  gün  də  yoxdur  (bizdə  gün

türkməncədə  qün).  Görünür,  bu  səsi  Türkiyə  türkcəsinə  

Səlcuqlular  Azərbaycandan  aparmışlar:  j  səsinin  bizim  üçün 

tipik  olmasını  onda  da  görmək  olar  ki,  bu  səs  bizim  təqlid 

sözlərimizdə 

(qıjov, 



qıjıltı, 

qıjhaqıj), 

qrammatik 

şəkilçilərimizdə (dialektlərdə: gələjək, alajax) çox işləkdir;  bu 

gün də ə səsi başqa türkcələrdə  yoxdur, dilimiz doqquz saitli 

yeganə  türkcədir;  tarixən  v  səsinin  yaranmasında  u  məxrəci 

iştirak  etmişdir  və  hesab  edirik  ki,  ilk  orta  əsrlərdə  dilmizdə 



 

149 


bu samit olmuşdur. VII əsr abidəsi «Dədə Qorqud kitabı»nın 

dilindəki  V  işlənmələrinə  baxmaq  yetər.  Orta  əsrlərdə  söz 

başında  V  yoxluğu  da,  görünür,  orfoqrafiya  problemidir  – 

məsələn,  vur  fe‘li  ərəb  əlifbası  ilə  belə  yazılmalı  idi:رََ.  Yazı 

münasibliyi  üçün  sözü  رَا  yazmış,  ancaq  vur  oxumuşlar. 

Beləliklə,  ümumi  qənaət:  Orxon  abidələrində  olmayan  səslər 

Azərbaycan  türkcəsində  var  idi.  Ona  görə  də  q  –  x  –  h 

paralellikləri, 

habelə 

başqa 


səslərin 

işlənməsindəki 

müvaziliklər əksərən Azərbaycan türkcəsinin tarixi fonetikası 

yox,  imla tarixi kimi alınmalıdır. Hələ VII əsr abidəsi «Dədə 

Qorqud  kitabı»nın  dilində  yoq  قُی  və  yox  خُی  qaq,  قال  və 

qax  خال,  aqşam  واشلا  və    axşam  واشخا,  otaq  قاطا  və  otax  خاطا 

müvazilikləri  özünü    göstərir.    Halbuki      XIII-XVI      əsrlər   

yazı      dilimizdə    yoq,  çoq,      qanı      (hanı)      yazılışlarının   

çoxluğunu      görüb,    bu        fikrə  düşənlər  olublar  ki,  guya  bu 

dövrlərdə Azərbaycan dilində x səsi olmayıb. Bəs onda Türküstan 

türkcəsində kağan             şəklində işlənən titul söz XII əsrdə 

bizim  şairimizin  soyadı  kimi  Xaqani  gedirdi.  Hələ  ondan  da 

beş  əsr  əvvəl  «Dədə  Qorqud  kitabı»nda  xanlar  xanı  xan 

Bayındır (Orxonda – kan      ), Burla Xatun nümunəsi vardı. 

Və  Xatun  ilə  yanaşı,  abidənin  dilində  onun  etimoloji  kökü 

olan  qadın  (qadınım  ana)  fonetikası  işlənirdi.    Deməli:  hələ 

yeddinci  əsrdə  Azərbaycan  oğuzcasında  q  –  x  paralelliyi  var 

olub.  Və  deməli:    həmin  dövrdəcə  sözün  xalq  danışıq  (x)  və 

ədəbi-yazılı (q) təzahürləri fəaliyyət göstərir.  

XIII  əsrdən  bir  maraqlı  müqayisə.  Erməni  şairi  Hovanes 

Yerzinkatsinin  Azərbaycan  türkcəsində    yazdığı  şeirində 

qutardı  sözü  xutardı  kimi  işlənir:    Bizi  tamuxdan  xutardı

Görünür,  belə  işlənmə  şifahi-canlı  dillə  yazılı-ədəbi  dilin 

fərqlənməsindən gəlir.  Yəni  əcnəbi şair görür ki, yox və yoq

bax  və  baq,  yaxşı  və  yaqşı  işlənmələri  var  və  xalq  dilində  x 

variantı  işlənir,  o  da  xalq  deyilişindəki  x  variantını  götürür. 

Yəqin  mənzərəni  özü  üçün  tam  təhlil  edə  bilmədiyindən  o, 

ikinci  dəfə  ğurtardı  şəklində  yazır,  hətta  məhz  yazı  dilində 

olan  r  sonorunu  da  əlavə  edir:  Bizi  yeqdən  ğurtardi.  Məhz 

danışığı əsas aldığı üçün birinci halda xurtardi demir.  Eyni 

zamanda iki hecalı tamuq, yazıq, uçmaq sözlərində yazıdakı  q 


 

150 


yerinə  danışığın  x  səsini  verir:  Yazixlarimə  dərman;  Uçmax 

ğapusun  açdi.  Beləliklə,  XIII-XVI  əsrlərdə  qanı,  baq,  yaqşı, 

otaq yazıldığı dövrdə Azərbaycan türkcəsində x səsi var idi.   

Deməli,  ق  (qaf)  yazılmış,  ancaq  müxtəlif  səslər 

oxunmuşdur.  Göstərdiyimiz  kimi,  bu  oxunuşlardan  biri 

mütləq x səsi olmalıdır. Yaxud d-t paralelliyi: «Kitab»da dayı 

ییاد  və  tayı  ییاط,  qardaş  شادرل  və  qartaş  شاطرل.  Təbii  ki,  

bugünkü deyilişə uyğun olan variant (d) o zamanın canlı xalq 

dilinin faktıdır. Füzuli yazırdı: Taş dələr ahim oqi şəhdi-ləbüŋ 

şövqindən.  Füzuli  burada  alliterasiya  və  assonansdan  istifadə 

edir: ya «taş tələr» deməli idi, bu mümkün deyil, çünki «dəl» 

feli  «təl»  kimi  işlənmir,  ya  da  «daş  dələr»  yazmalı  idi  –  bu, 

alliterasiyadır.  Sonrakı  sözlərdə  (şəhdi,  şövqündən)  d 

assonansı  da  bu  melodiyanın  davamıdır.  Deməli,  taş 

yazılışdır, deyiliş deyildir.   

Maraqlıdır ki, «Dədə Qorqud kitabı»nın dilində ərəb, fars 

dillərindən  alınmaların  yazılışında  ikilik  özünü  göstərir:  eyb 

بيع və ayıb بیا, moxənnət تىخم və  müxənnət  تىخُم, qorz زرک 

və gürz زرُک, aşpəz سپشا və  aşpaz زاپشا, doşmən همشد və düşmən 

همشَد,  hiç  چيٌ  və  heç  چٌ  və  s.  Bu  paralellərdə  ikinci  tərəflər 

bugünkü  azərbaycanlının  dilində  işlənir.  Deməli,  dövrün 

katibi  ərəbcə,  farsca  ilə  yanaşı,  öz  ana  dilini,  onun  canlı 

danışıq tərzini də gözəl bilmiş və ara-sıra qeyri-ixtiyari olaraq 

işlətdiyi  gündəlik  dil  faktı  qələminin  ucuna  gəlmiş  və  imla 

ənənəsindən  kənara    çıxmışdır.  Deməli,  ən  azı  ilkin  orta 

əsrlərdə  imperiyanın  ədəbi  dilini  əks  etdirən  Orxon 

kitabələrinin  imla  norması  bir  tərəfdən,  yerli  Azərbaycan 

türklərinin gündəlik danışıq nitqinin faktları da o biri tərəfdən 

üz-üzə  dururdu.  Əlbəttə,  yerli  danışıq  elementləri  katiblərin 

«səhvi»  olaraq  şüurlu  şəkildə  tətbiq  edilən  imperiya  dilinin 

imla  normasına  girmişdir.  Təsadüfi  deyil  ki,  bu  «mexaniki 

səhvlər»  XIV-XVI  əsrlərin  folklor-danışıq  dilində,  xüsusilə 

nəsr nümunələrində nisbətən artır

1

uyqu//uyxu, çoq//çox, yaq-



                                                 

1

 Эениш мялумат цчцн бахын: Наьысойлу М. ХВЫ яср Азярбайъан тяръцмя 



абидяси «Шцщяданамя». Бакы, 2003; Йеня онун. Щязининин «Щядиси-ярбяин» 

 

151 


dı // yaxdı, yigit//igit, yuca//uca, ilərü//irəli, olduqca // olduğca // 

olduxca,  ötri//ötrü,  doğri//doğru,  sayrılıq//sayrulığ//sayrılıx  və 

s.  Deyək  ki,  dogri  /  doğru,  şadluğ/şadlıx  tipli  nümunələrə 

Azərbaycan  dilinin  Şərq  və  qərb    dialektlərinin  tələffüzləri  

kimi  də  baxmaq  olar.  Ancaq  onlara  ilk  orta  əsrlərin 

nümunələrində  imperiya  dili  və  yerli  deyiliş  paralelliyi  kimi 

baxmaq daha məqsədəuyğundur. Bən/mən (b-m) paralelliyinə 

ilk  yazılı  nümunələrdən  tutmuş  Füzuliyə  qədər  çox  təsadüf 

olunur.  Ancaq  bu  əvəzliyinin  hallanarkən  danışıq  folklor  

abidələrinin  dilində  munun,  muna,  munu,  munda  yazılışlarını 

bu gün Azərbaycan dialektlərində də görürüksə, deməli: 1. bu 

hadisə  həmin  tarixi  təzahürün  qalığıdır.  2.  bən//mən 

paralelliyində mən yerli Azərbaycan faktıdır.    

Göstərilənlərdən fərqli olaraq bu nümunələrdəki paralellər 

tarixi fonetikadır: 

Camədəçıqdı yeni ayuni göstərdü təmam; 

Hər  gün  açur  köŋlimü  zövqi-vüsalüŋ  yengidən  (Füzuli); 

Könlim  gəmisün  qərq  edə    gör  eşq  dəngizünə  Kim,  bu 

dəngizün  bəhrinü  ümman  bilür  ancaq  (Nəsimi);  Durğurma

yollarun  yügirüb  tutma,  ey  sirişk  (Füzuli)  –  bu  çox  qədim 

morfemin fonetikasıdır; təsirlilik və icbar mənası yaradır. Bu 

gün  dialektlərdə  durğuz  –  kimi  qalır  –deməli,  bu  hələ 

sabitləşməmiş qədim r – z dövrünün qalığıdır. Burada da eyni 

fonetikadır: 

Kuhkəndən  gözükir  kuhdə  asar  hənuz  (Füzuli). 

İndi dialektlərdə görünür-dən çox görükür işlənir. Bu gözükür 

formasının  qalığıdır;  Səni  görmək  mütəəzzir  görünür,  böylə 

ki…(Füzuli).  Nəzirün  yazamaz  ayruğ  əzəl  nəqqaşi  rüxsaruŋ; 

Dilbəra,  mən  səndən  ayru  ömrü  canu  neylərəm  (Nəsimi)  – 

ayruğ qədim qapalı heca dövrünün əruz yaşantısıdır.   

Tarixən  «o»  əvəzliyi  ol  şəklində  işlənir  və  onun  uzun-

ömürlülüyü  əruzla  bağlıdır.  Məsələn,  M.Vaqifin,  Q.Zakirin 

qoşmalarında  o,  əruz  şeirlərində  ol  işlənir.  Nadir  hallarda  

əvəzlik  açıq  heca  kimi  çıxış  edir: 

Qoman  bu  üzi    qaranu  o 

lövhi-sadə  ilə  (Füzuli)  –  deməli:  hələ  ilk  orta  əsrlərdən 

Azərbaycan oğuzcasında «o» forması işlənirmiş. Hallanarkən  

                                                                                                           

тяръцмяси.  Бакы,  2008;  Шейх  Сяфи  тязкиряси  (тяртибчи  вя  няшря  щазырлайанлар: 

Наьысойлу М., Ъаббарлы С., Шейхзаманлы Р.) Бакы, 2006. 


 

152 


əvəzliyin  «a»  şəkli  alması  da  bunun  nəticəsi  olmalıdır:  Nə 

bənzər ol maŋa, dərdi anuŋ dərmanə qabildür (Füzuli) – yəni 



ol forması an şəklinə düşə bilməz, o – a isə mümkündür. 

Köməkçi feilin et və eylə fonetikası ilə işlənməsi də ədəbi 

dil ənənəsi ilə yerli ünsiyyət faktının paralelliyidir. Əslində, bu, 

danışıq  dilindəki  elə(mək)  şəklinin  şeir  dili  variantıdır  – 

burada  da  məqsəd  ilk  hecanı  qapalı  hala  gətirməkdir:  Həzər 

et, şişəyə nagəh zərər eylər, dolıdur (Füzuli). 

XVI  əsrə  qədər  əsas  forma  tezliyinə  malik  olan  qaranqu 

sözünün  fonetikasında  qədim  nq  afrikatı  qalır  (yuxarıdakı 

yengi və dəngiz deyiliş və yazılışı ilə müqayisə edin): Qaranqu 

yerdə məni tərk etdülər (Həzini); Qaranqudan necə bulmıĢ bu 

oğri ol babi (Nəsimi).   

Fonetik paralelizmə bir neçə nümunə: q-x-h. 



Xanda  bulam  təriqi-vüsalin  məhəbbətün  (Nəsimi,  1,75); 

Qanı  Mənsurləyin  bir  həqqə  aşiq;  Keç  qamudan  Nəsimi  tək, 

baqma anın bəqasına (Nəsimi).  

Bir  pəri  heyraniyəm,  bilmən  məkani  xandadır,  Kimsə 

bilməz  dünyadə namü nişani  xandadır (Xətai, I, 169);  Quşlar 

qamusu  fəğanə  düşdü  (Xətai,  2,43);  Oqu  ُلَا  kitabi-nəfsini 

dilində  eynin  sağ  ikən  (Nəsimi,  1,19);  Oxu  ُخَا

 

ki,  sən


 

gör 


müştəri,  həm  çun  məhi-taban  gəlür  (Nəsimi,  1,20);  Bildigün 

sənsən,  Nəsimi,  səndən  özgə  kimsə  yox  خُی  (Nəsimi,  1,80); 

Çərxə  çıqardı

 

  یدرامچ ahimi,  canumı  narə  yandırır  (Nəsimi, 



1,37);  Çıxmaya  ًيمخچ  miskin  Xətayi  köŋlü  zülfündən  nola 

(Xətai    121):  Şagirdlər  ustası  görən  handadı  (Qurbani).  

«Şühadanamə»dən   müqayisə   edin: aqşam (222 b), ancax (82 

b),  uşax.  (70  b),  uşağ  (74  b);  və  s.  «Şeyx  Səfi  təzkirəsindən: 

Çanaq  (113),  bıçaq//irağ,  qalmağ,  qonağ,  qaranğu,  qatıluğ, 

şeyxlığ//şeyxlig,  aqça/ağça/axça,  yoksa-yok,  qorxu,  yok/yox, 

çoq/çox, saxlar, çıxıb, boxça, yaxşı/yakşı, yuxaru, yaxiŋ/yaqın, 

dışkarı,  qalduk,  yakasundan,  çıkarub,  uyku,  dut/tut, 

verməg/vermağ, yenə/genə»

1

.   



                                                 

1

  Шейх  Сяфи  тязкиряси.  Бакы,  2006  (сящифяляр  oна  эюря  эюстярилмир  ки, 



нцмуняляр  сайсыз-щесабсыздыр.  Мягсяд  г-к-э-х  паралеллийинин  боллуьуну 

эюстярмякдир.  



 

153 


Məsələ burasındadır ki, belə q-x paralelliyi sovet dövründə də, 

latın əlifbasına  keçincə, davam etmişdir. Hətta 30-cu illərdə həmin 

qrafik  ənənəni  mexaniki  şəkildə  latın  əlifbasına  da  köçürürlər  və 

belə yazırlar: çoq, baq, çıq və s. Halbuki  yaşlı nəslin  şəhadətinə 

görə  bu  sözlər  çox,  bax,  çıx  kimi  tələffüz  olunmuşdur.  Deməli, 

analoji olaraq orta əsrlərin yazılışında müvafiq qrafik    təzahürlərin 

şərtiliyini qəbul etməliyik. 

   


Səslə qrafem arasındakı həmin şərtiliklər aşağıdakı paralellərdə 

də saxlanır: d-t.    

 

Dünya  duracaq  yer  degil,  ey  can,  səfər  eylə;  Yüzini  doğri  dut 



həqə,  ur  qamunıŋ  qəfasinə  (Nəsimi);  Nəsiminün  gözi  yarun 

ğəmündən  Dolub,  hər  qətrəsi  dəryayə  düşmiş  (Nəsimi,  1,422). 

Yumulmış  qönçəyə  bənzər  ki,  ağzı  toptoli  qandı  (Nəsimi,  306). 

Qayğu çəkmək nə üçün cam ilə aləm tolıdur; Taş dələr ahim oxu 

şəhdi-ləbüŋ  şövqindən;  Qanda  olsa,  qanlıyu,  əlbəttə,  qan  dutar 

(Füzuli). Həmçinin müxtəlif abidələrdə: daş-taşdüş-tüş,  dün-tün



damu-tamu və s.   

B-m. Sözüŋ bu dərdimə hər dəm  dəvadır (Nəsimi, 1,308); 

Munca  kim  dərdündə  zəhmət  çəkmişəm,  ey  yar,  Çünki 

səndəndür  bu  zəhmət,  cümlə  rahətdir  maŋa:  Baxdım  ki, 



munuŋ qırımı özgə (Xətai). Həmçinin «Dədə Qorqud»da: Bən-

mən,  bin-min,  binət-minət...;  və  müxtəlif  əsrlərdə  ayrı-ayrı 

mənbələrdə: bən-mənbunda-munda və s.  

Həmin mərhələdə müxtəlif mənbələr ayru-ayruğ, yigit-igit, 

yiyə-iyə,  yuca-uca,  yüz-üz,  ur-vur,  ulu-uluğ,  kiçi-kiçig 

qəbilindən etimoloji xarakterli çoxlu paralellərlə səciyyələnir.  

Ancaq  elə  paralellər  də  var  ki,  bunlar  ədəbi  normanı 

təmsil etmir və hətta ədəbiləşmə prosesindən kənara çıxmadır. 

Belə:  od-ot,  boş-poş,  tabşurdı-tapşurdı,  tobrağ-tofrağ,  uşax-

uşağ, kəndə-kəntə («Şühədanamə»).   

Həmin


 

dövrdə  ol-şol,  bu-şu-uş-uşbu,  kendi-kendöz,  iləri-



irəli və s. kimi onlarla morfonoloji paralelliklər fəaliyyətdədir. 

Bu  təcrübədə:  Boğuldum,  qaldım    irmağ  içində  («Dastani-

Əhməd  Hərami»);  Gör  nələr  qaldı  mana  şol  nərgisi-

xunxarədən  (Xətai,  1,121);  Bu  dərd  ilə  dərdnak  oluram.  Ol 

dəxi  eşitdi  uşbu  halı  (Dəhnamə.);  Şu  fəttan  eyninüŋ  eynünə 

gəlməz (Həbibi). 



 

154 


Paralelizm morfoloji əlamətlərin işlənməsində də görünür. 

III  şəxs  xəbərlik  şəkilçisi  -dir  və  -dürür;  Günəş  gögçəkdürür 

derlər, bəli, gögçəkdürür, əmma. Sənüŋ gögçəkligiŋ yanında ol 

naçarı  gögçəkdir  (Kişvəri).  Hökm  anın  hökmüdürür,  fərman 

anın  fərmanıdır  (Füz).    

İsmin  hallarında  -  yiyəlik  hal:  Bağlamazsa  tilbə  köŋ-

 

lümnün ayağı bəs nədən (Kişv.); Nərgisüŋ fikri, Füzuli, gözü köŋ-

lümdə gəzər (Füzuli); 

Yönlük hal: Düşmüşəm bir hala sənsiz  natəvanü zar  olıb. 

(Kişvəri);   

Etməsən  rəhm  Əmaniğə,  anı  hicr  qəmi  varlığındın  yoq 

edər, ey məhi-taban, sənsiz; Ya rəb, axır necə bolğay halımız -  



Qövlqə sadiq iməs əf‘alımız (Əmani); 

Təsirlik  hal:  Mən  özümnü  yoluna  qıldım  fəda  (Q.  Bür-

hanəddin);  Gözlərim  yaruŋ  qəmindən  axıdır  dürdanəyi;  Bil 

doğru bu sözümnü, ya sınamavü ya sına (Nəsimi); Suzi-eşqüŋ 

yürəgimni  hərdəm  eylər  yarələr;  Dörd  şey  vardır-cənnət 

yüzünü  görməz;  Kişi  çəkmək  gərək  qüssəyi,  qəmi  (Xətai); 

Deyildim mən sənə mail, etdin əqlimi zail (Füzuli); 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin