geçdigi-getdi // ketdi; ikincisi, müxtəlif türk dillərində və ya bir
türk dilinin tarixinin müxtəlif mərhələlərində q/k, k/g səs
uyğunluqları olmuşdur (bunu da unutmaq olmaz ki, kafər
sözü alınma olduğundan, şübhəsiz, hansı qədim türk sözünü
isə əvəz etmişdir). Şeirə aid başqa cəhət: psixoloji gərginlik,
dramatizim misra-cümlədən misra-cümləyə artır, hətta son
cümlənin xəbərləri atın çapış ritmini verir, getdi söz-misrası
uzaqlaşan atın son ayaq səsinin assosiasiyasını yaradır.
Düzdür, bəzi sintaktik nümunələrdə alliterasiya nisbətən
zəifləyir, seyrəkləşir, ancaq hər halda o, deyilişdə qulaqla
duyulur, oxunuşda gözlə görünür:
Haman dəm at saldı. Yel kibi yetdi, yeləm kibi yapışdı.
Kafəriŋ cigninə bir qılıc urdı. Geyimini-keçimini toğradı. Altı
barmaq dərinligi zəxm irişdirdi. Qara qanı şorladı Qara sağrı
soqmanı tolu qan oldu. Qara başı bunaldı, bunlu oldi. Haman
dəpdi. Qələyə qaçdı. Yegnək ardından yetdi. Hasar qapusına
girmişkən qara polat uz qılıcı ənsəsinə eylə çaldı kim, başı top
kibi yerə düşdi (―Qazılıq Qoca oğlı Yegnək boyu‖) - əlbəttə,
128
burada alliterasiya sistem halında deyl, ancaq var: yel kibi
yetdi, yeləm kibi yapışdı; Yegnək yetdi, qara qanı şorladı, qara
soqmanı qan oldu, qara başı bunaldı, qələyə qaçdı, qara qılıc
(hələ söz içindəki səslər də assonans şeir ritminə xidmət
göstərir: qara saqrı soqma silsiləsində q, ―başı yerə düşdi‖
birləşməsində
ş
və
s).
Bu
alliterasiya
sisteminin
seyrəkləşdirilməsi sonrakı nəsrləşdirmə işindən gəlir.
Verdiyimiz örnəklərlə Drezden və Batikan nüsxələrinin
fərqinə diqqət edək: birinci misalda Drezdendəki Qara bağrı
sarsıldı misrasından sonra Vatikan nüsxəsinə Yürəgi oynadı
misrası artırılır. Əlavə əvvəlki misraya məntiqcə çox güclü
bağlıdır, ancaq alliterasiya prinsipi pozulmuşdur. Yaxud
ikinci misalda Qara qanı şorladı cümlə-misrasına Vatikan
nüsxəsini köçürən katib qoynu doldı sözlərini artırır-
alliterasiya ölçüsü saxlanılır. Deməli, köçürənlər müxtəlif
səvviyədə artırma-əskiltmələr edirlər.
Başqa bir misal: ―Ġ
rağından-yaqınundan gəliĢdilər. Gizlü yaqa
tutuban iyləĢdilər. Tatlu damağ verübən soruĢdular. Ağ-boz atlar
binübən yortuĢdılar. Bəg babası yanına iriĢdülər (―Qanlı Qoca
oğlı Qanturalı boyu‖). Əvvələn, cümlələrin sonu qafiyədir: gəliş,
iyləş, soruş, yortuş, iriş (hətta 3-cü, 4-cü xəbərlər qalın saitlərdir, 5-
ci isə 1-ci və 2-ci kimi incə saitlə gəlir). Bu isə misra deməkdir:
cümlə-misraların hər birində ilk və son taktlar 4 hecalıdır:
irağından... gəlişdilər, gizlü yaqa... iyləşdilər və s. Aralıqdakı sözlər
gah 4 (yaqınından) gah 3 (verübən) hecalıdır. Bu halda ilk misra
örnək olmalıdır - sözlərin morfoloji qəlibi uyğundur: iraq-ın-dan,
yaqın-ın-dan. Deməli, dəyişiklik sonrakılarda gedib. Məlumdur ki,
türkcələrin tarixində və bilavasitə ―Kitab‖ın özündə- ıban feili
bağlanması həm də -ıbanı şəklində işlənir. Nəhayət, sonuncu
misrada hal şəkilçisi olmuş ki, sazla oxunuşda ozan onu ikinci təq
tin üstündə demişdir. Beləliklə, hər misrası 4 hecalı 3
təqtdən ibarət şeir:
Ġ
rağından-/yaqınından/gəliĢdilər.
Gizlü yaqa /tutubani /iyləĢdilər.
Tatlu damağ /verübəni /soruĢdılar.
Ağ-boz atlar /binübəni /yortuĢdılar,
129
B əg babas ı /nu ŋ yanuna /ir üĢdil ər.
Bəzən aydın görünən elementar pozuntulara təsadüf
olunur. Atası Qazan bəyə Uruz deyir:
A bəg baba. Dəvəcə böyümişsən, köşəkcə ağluŋ yoq.
Təpəcə böyümişsən, tapırca ağluŋ yoq, Hünəri oğul atadanmı
görər, ö
grənər, yoqsa atalar oğuldanmı ögrənər? (―Qazan bəg
oğlı Uruz bəgüŋ tutsaq olduğı bəy‖) - müqayisəyə diqqət
verək: oğul atadanmı, atalar oğuldanmı ögrənər. Birinci
halda, oğul-ata qarşılığında subyektlər təkbətək götürülür.
İkinci halda tərəflərin nisbəti pozulur: atalar-oğul. Halbuki
olmalı idi: ata-oğul. Deməli, köçürən mətnin şeir, ya nəsr
olmasının fərqinə varmayıb. Şeirsiz-nəsrsiz, bu, adi məntiqcə
də yalnışdır (hələ bu bizə çatan iş neçənci köçürənindir? Yəqin
əvvəlki köçürənlərdə fərqlər az olub). Mətnin linqvo-poetik
təhlili göstərir ki, a bəg baba xitab kimi, hünəri sözü məntiqi
vurğu ilə şe‘rin vəznindən kənara çıxarılır. Və hecalar
təxminən belə nizamlanar:
A bəg baba.
Dəvəcə böyümiĢsən,
K öĢəkc ə a ğlun yoq.
Dəpəcə böyümiĢsən,
Tapıca ağlun yoq.
Яслиндя бурадакы щяр тяqт гядим илкин мисрадыр. «Дядя Горгуд китабы»
цчцн типик шеир гялиби 4 щеъалы мисралардыр. Вя бурадакы щяр мисра бир гядим
шеир бяндидир, беля:
Ираьындан,
Йагынындан
Эялишдиляр.
Эизлü йага
Тутубану
Ийляшдиляр.
Татлу дамаь
Верцбяни
Сорушдылар вя с.
Якс щалда бурада щяр мисрада 12 щеъа олмуш олур ки, бу, тцрк-Азярбайъан
шеиринин чох сонракы дюврцнцн фактыдыр. Гядим тцрк ше‘риндя мисранын ъцмля
олмасы, фикир ифадя етмяси йох, мцтляг олан одур ки, мисра ритмин бир щиссяси
олур. Ялбяття, ъцмля дя ола биляр:
Йцз юлч,
Бир бич.
Мисраларын дюрд щеъалылыьы «Китаб»ымызын чох гядим дюврлярин йарадыъылыг
мящсулу олмасынын дялилляриндяндир.
130
H ün əri
Oğul atadanmı/görər ögrənər-6-5=11.
Yoqsa ata o ğul/danm ı ögr ən ər-6-5=11
Deyilənlər təsdiq eləyir ki; 1) Bu nəsr sintaksisi deyil.
Sintaksisin leksik-prosodik xüsusiyyətlərinin kompleks
halında təhlili göstərir ki, ―Dədə-Qorqud‖ oğuznamə
başlanğıcında şeirlə yaradılmışdır; 2) ―Dədə Qorqud‖
sintaksisinin əcnəbi təsirə düşməməsinin bir səbəbi də odur ki,
bu sintaksis şeir texnikası üzrə qurulmuşdur – əcnəbi təsir
həmişə milli şeirimizin yalnız leksikasına aid olmuşdur; 3)
alliterasiya və heca vəzni türkcə şeirdə eyni dərəcədə
başlanğıcdır; 4) ‖Dədə Qorqud kitabı‖ XVI əsrdə yazıya
hökmən başqa, daha qədim bir nüsxədən köçürülüb. Əgər o,
XV yüzillikdə ilk dəfə yazıya alınsa idi, ən azı
―Şühədanamə‖nin dili kimi redaktə olunardı.
―Dədə Qorqud‖un ağızda yaşamamasının əsas səbəbi, görü-
nür, xüsusi ifaçı ozan nəslinin kəsilməsidir. Bu gün qırğızların
―Manas‖ dastanını hər aşıq deyə bilmir, onu manasçı adlanan
xüsusi aşıqlar ifa edirlər – bunlar şaman təbiətli adamlardır, ifa
zamanı ətrafdan təcrid olunur, xüsusi hala girir və cildlərlə mətni
günlərlə əzbər deyirlər (avazla oxuyurlar). Və manasçılıq irsən
keçir, onu dinastiyada növbəti nəsildən kimsə biri qəbul edir.
Deməli, bizdə xüsusi qorqudçular olublar, nəsilləri kəsilib, dastanın
ağızda deyilməsi dayanıb. Dastanın məhz xüsusi adamlar
tərəfindən ifa olunması ibn Aybəkin bu sözlərindən də aydın olur –
―Dədə Qorqud‖ boylarını-nağıllarını nəzərdə tutan müəllif yazır:
―Bu nağıllar bu günə qədər ağızlarda dolaşır durur. Bu nağılları
Oğuzlar içində ağıllı, bilgili kimsələr əzbərlər və qopuzlarını çalaraq
söylərlər‖
(ayırma mənimdir – T.H.). Burada iki cəhət diqqəti
çəkir: 1. Bu nağılları ağıllı, bilgili adamlar söylərmişlər – deməli,
bunu hər aşıq oxuya bilmirmiş, həmin ağıllı, bilgili sayılan adamlar
məhz qorqudçular imiş; 2.Həmin kimsələr bu nağılları əzbərləyib
Bax: M.Ergin. Göstərilən əsəri, s. 36.
131
söylərmişlər – nağılı əzbərləmək nə deməkdir, deməli, ―Dədə
Qorqud‖ həqiqətən ucdantutma şeir imiş.
―Dədə Qorqud‖ dilinin yaş faktorunu
*
realist qavramaq üçün
ümumtürk məxrəcini nəzərə almaq, başqa qədim türkdilli
abidələrlə müqayisələr aparmaq mühüm söykənəcəkdir. VI-VIII
əsrlərə aid Orxon-Yenisey abidələrinin dili ilə, xüsusən leksikası ilə
müqayisələr ―Dədə Qorqud kitabı‖ dilini yuxarıda deyilən
hüquqda qavramağa imkan verir, ilk orta əsrlərdə Azərbaycan
türkcəsini mükəmməl, yetkin xalq dili faktı və milli dilin başlanğıc
dövrünün məhsulu kimi qəbul etməyə haqq qazandırır.
Azərbaycan türkcəsində ilk tərcümə. Bu tərcümə adi dildən
deyil, ‖Qur‘ani-Kərim‖in yazıldığı ərəbcədəndir və adi
tərcümə deyil, məhz ―Qur‘ani-Kərim‖in özündəndir – ilk
ədəbi-yazılı abidəmiz olan ―Dədə-Qorqud kitabı‖nda
Qur‘andan tərcümədir. Və dilimizdə indiyə qədər gördüyümüz
tərcümələrin ən gözəli, ən mükənməlidir. Yə‘ni ―Dədə-Qorqud
kitabı‖nın dili qədər mükəmməl və şairanədir. Elə bil ki,
tərcümə olunmayıb, o da Qur‘anın özü kimi, ancaq türk
dilində göydən nazil olub.
Bu, ―Dədə Qorqud kitabı‖nın dastan dili kimi şeirlə
tərcümədir. Ona görə də əzbərlənə bilir, yadda qalır. Qur‘anı
bütünlüklə bu şeir dilində tərcümə etmək mümkün olsaydı,
namazı türkcə qılmaq, ayələrdən misalları türkcə gətirmək
olardı. Qur‘an ərəbcədə qafiyəli dillə (səc‘li nəsr) olduğu üçün
asan əzbərlənir, asan yadda saxlanır. Bu tərcüməni oxuyanda
M.Kaşğarinin XI əsrdə dediyi ―ərəbcə ilə türkcə atbaşı gedir‖
**
sözü əyani görünür. Həmin tərcümə budur:
Yucalardan yucasan,
Yuca Tanrı!
*
Görkəmli türk tarixçisi Zəki Vəlidi Toqan dastandakı hadisələri e.ə.VII əsrdə
Azərbaycanda hakimiyyətdə olmuş saklar və onların hökmdarları ilə bağlı
görür –müəllifin fikrincə, sakların tərkibində oğuz, qanqlı, uyğur, xalac, karluq
tayfaları olub. Bax: Zeki Velidi Toqan. Oğuz destanı. İstanbul, 1983, s. 145-
146.
Kaşğari M. Divanü luğat-it-türk. (Besim Atalay tercümesi), I c., Ankara,
1939, s.6.
132
Kims ə bilm əz nec əs ən,
Görkli Tanrı!
Sən anadan doğmaduŋ,
Sən atadan olmaduŋ.
Kimsə rizqüŋ yemədüŋ,
Kimsəyə güc etmədüŋ.
Qamu yerdə əhədsən,
Allahu səmədsən.
Adəmə sən tac urduŋ,
ġ
eytana lə‘nət qılduŋ,
Bir suçdan ötri
Dərgahundan sürdiŋ.
Nəmrud gögə oq atdı,
Qarni yaruğ balığı
QarĢu tutdıŋ.
Ululuğa həddüŋ,
Sənüŋ boyıŋ, qəddün
Yoq.
Urdu ğıŋ ul ıtmayan,
Ulu Taŋrı!
Basdığuŋ bəlürtməyən,
Bəllü Taŋrı!
Götürdugiŋ gögə yetürən
Görkli Taŋrı!
Qaqdığun qəhr edən
Qəhhar Taŋrı!
Birligünə sığındum
Çə
ləbüm, Qadir-Tanrı!
Mədəd səndən!
Tərcümədə Allahın sifətləri, Tanrının xislətini göstərən
keyfiyyətlər əks olunmuşdur. Quranda Allahın sifətlərini
bildirən ayrıca bir surə var: ―Əl-ixlas (―Yalnız Allaha məxsus
olan sifətlər‖) surəsi‖. Həmin surənin müasir dilimizə təfsirlə
tərcüməsi budur:
133
1. [Ya Peyğəmbər! Allahın zatı və sifətləri haqqında
səndən soruşan müşriklərə] de ki: ―[Mənim Rəbbim olan] O,
Allah birdir [heç bir şəriki yoxdur];
2. Allah [heç kəsə, heç nəyə] möhtac deyildir! [Hamı Ona
möhtacdır; O, əzəli və əbədidir];
3. O nə doğmuş, nə də doğulmuşdur [Allah özünə heç bir
övlad götürməmişdir];
4. Onun heç bir tayı-bərabəri, bənzəri də yoxdur!
Yığcam əsli belədir: 1. De ki, O, Allah birdir; 2. Allah möhtac
deyildir; 3. O, nə doğmuş, nə də doğulmuşdur; 4. Onun heç
bir tayı-bərabəri, bənzəri də yoxdur!
Tərcümənin əsasında ―Əl-ixlas‖ surəsi durur. Ancaq türk
Tanrıçılığının müqabilinə çıxarılan islamın Tanrısı-Allah haq-
qında türkün düşüncəsində bütöv təsəvvür yaratmaq üçün
burada başqa surələrdən də istifadə olunmuş, Allahın Kərim,
Qəhhar, Cabbar adlarına da müraciət edilmişdir. Nəticədə
türk Qur‘andakı əhatə dərəcəsində Allah haqqında aydın
təsəvvür alır.
- Ucalardan uca. Ərəbcəsi: Əl-ə‘la- lillahi əl-məsəlul-ə‘la
(ən uca sifət Allaha məxsusdur). Ən-Nəhl [Bal arısı] surəsi, 60-
cı ayə.
- Uca Tanrı. Ərəbcə: Aliyyun (Allah-təalanın gözəl adla-
rından biri ) – innəllahə kənə aliyyən kəbiran (Əlbəttə, Allah
uca və böyükdür). Ən-nisa [Qadınlar] sürəsi, 34-cü ayə.
-
Kimsə bilməz necəsən (Allah-Təalə hər şeyi bilir, ancaq
O, dərk olunmazdır). Ərəbcəsi: Tə‘ləmi məfi nəfsi va lə aləmu
məfi nəfsinə (sən mənim ürəyimdə olan hər bir şeyi bilirsən.
Mən isə Sənin zatında olanı bilmirəm).Əl-Müdə [Süfrə] surəsi,
116-cı ayə.
-
Görkli Tanrı (Bu, sufizmdəki mütləq gözəl anlayışıdır -
bu mütləq gözəl Allahdır. Nəsimi: Görklü yüziŋ nurindən aləm
münəvvər oldi, Şirin söziŋ qatında şəkkər mükərrər oldi.
-
Sən anadan doğmadun,
S ən atadan olmadun.
V.Məmmədəliyevin tərcüməsi: Qur’an. Bakı, Azərnəşr, 1991, s. 647.
134
Qamu yerd ə əh əds ən,
Allahu səmədsən.
Əl-ixlas surəsindən ayələrdir:
Qul huvallāhu əhadun.
Allāhüs-samədu. Ləm yəlid və ləm yuləd və ləm yəkun ləhu
kufuvan əhadun.
-
Adəmə sən tac urdun (Allah-Təalanın Adəm peyğəmbəri
Yer üzərində xəlifə etməsi nəzərdə tutulur). –Va iz qalə
rəbbukə lilməlaikəti: inni cəilun filardi xəlifətən (sənin rəbbin
mələklərə: ―Mən Yer üzərində bir xəlifə yaradacağam‖ -dedi).
Əl-Bəqərə (―İnək‖) surəsi, 30-cu ayə.
- ġ
eytana lə‘nət qıldın. Bir suçdan ötri Dərgahundan
sürdin (Allah-Təalanın Şeytanı öz dərgahından qovması
nəzərdə tutulur). - İn yəd‘unə min dunihi illə inəsən va in
yəd‘unə illə Şeytanən məridən. Ləanəhul-lahu (onlar Allahı
qoyub qadın bütlərə və asi Şeytana tapınırdılar. Allah ona
(Şeytana) lə‘nət etdi). Ən –Nisa surəsi, 117-118-ci ayələr.
Sonrakı misralarda da Ali-İmran (İmran ailəsi), Əl-Ən‘am
(Davar), Hud Əl-Əraf (Sədd), Yusif, TaHa, Fələq (Sübh) və
başqa surələrdən Allahın sifəti ilə bağlı keyfiyyətlər əxz
olunub tərcümə edilmişdir.
Şeirin dilində 13 ərəb (rizq, əhəd, Allah, səməd, şeytan,
lə‘nət, nəmrud, hədd, qədd, qəhr, qəhhar, qadir, mədəd) və bir
fars sözü (dərgah) var. Əlbəttə, şe‘rin cəmi 59 sözünün
miqdarında bu rəqəm kiçik deyil – 25.4 faiz təşkil edir. Ancaq
bu sözlər şeirin qavranmasında zərrəcə ləngimə yaratmır.
Bunların içərisində bugünkü türkcəmizdə olmayan 3 söz
işlənib: əhəd, səməd, nəmrud. Bunlardan əhəd (Allahın tək
olması) və səməd (Allahın heç nəyə möhtac olmaması) sözləri
hər gün beş vaxt qılınan namazların içində dəfələrlə təkrar
olunur, namaz qılan türkün qulağı üçün bu sözlər doğma
səslənişə çevrilib. Nəmrud (lüğəti mənası: daşürəkli, üzü
gülməz) hökmdarın zülmkarlığı haqqında xalq içində çoxlu
rəvayətlər, əfsanələr söylənmişdir və insanlar arasında
Nəmrud məlum bir anlayış olub. Yəni anlaşma baxımından
türk sözləri ilə buradakı ərəb, fars sözləri arasında fərq
yoxdur. İslamın türklər tərəfindən mənən mənimsənməsində
―Dədə Qorqud kitabı‖ böyük rol oynadığı kimi, ərəb
135
sözlərinin türklərin ünsiyyətinə girməsində də çox iş
görmüşdür. Burada qədim türk şeiri üçün tipik olan 4 və 7
hecalı misralar çıxış edir. Sərrast və orijinal qafiyələri var:
ucasan – necəsən; həddin – qəddin. Qədim türk şeirinin başqa
bir ritm nizamlayıcı faktoru alliterasiya fəaldır: urduğun,
ulutmayan, ulu, basdığın bəlirt-məyən bəlli, götürdüyün gögə
yetirən görklü, qaqdığın qəhr edən qəhhar.
Bütövlükdə Qur‘an Allahın şəxsiyyətini təcəssüm etdirən
kitabdır – bu tərcümə misralarında Allahın qüdrəti, ən böyük
ucalığı poetik əksini tapır və türkün düşüncəsinə yetirilir:
Ġ
brahimi tutdurdiŋ,
Xam gönə çulğaduŋ,
Götürib oda atdırdun.
Birligünə sığındum,
Ə
ziz Allah!
Bu misraların Quran əsası:
―Əl-Ənbiya (Peyğəmbərlər) surəsinin 68-69-cu ayələridir.
―Qalū harrı qühu vansuru Əlihətəkum in kuntum fə‘ilinə.
Qulnə ya nəru küni bərdən va sələmən ‘alə İbrahimə (Nəmrud
və ətrafındakılar) belə dedilər: Əgər bir iş görəcəksinizsə, onu
yandırın və tanrılarınıza kömək edin‖. Biz də: ―Ey atəş,
İbrahimə qarşı sərin və zərərsiz ol‖ – deyə buyurduq ).
Şübhəsiz, bu misralarda İbrahim Peyğəmbərlə bağlı islam
dünyasında yayılmış əfsanə və rəvayətlərdən də istifadə olun-
muşdur. Yəni ayələr hərfən tərcümə edilmir. Məqsəd islamı
yeni qəbul etmiş türklərə Allahın qadirliyi, böyüklüyü, bənzər-
sizliyi haqqında inamı təlqin etmək olub. Və burada
əfsanələrlə ayələrin birləşməsi daha dolğun poetik
kompozisiya yaradır. Nəticədə inamın qavranması nağıl
gücünə gəlir. Bu inamın vəsfində türkcənin qüdrəti Qur‘anın
dili səviyyəsinə qalxır. Peyğəmbərin oddan zərərsiz qurtarması
Ayələrin Azərbaycan türkcəsinə tərcümələri buradan alınmışdır: Qur’ani-
Kərim (ərəbcədən tərcümə edənlər: Ziya Bünyadov və Vasim Məmmədəliyev).
Bakı, 1991.
136
belə şairanə ifadə olunur: Odu bustan qıldın. Bu, ayələrə
əlavədir. ―Bustan‖ gülüstan, gülzar, çəmənzar kimi söz –
anlayışlarla bir semantik sahəyə düşür. Beləliklə, misradakı
bir söz öz semantik sahəsindəki bütün anlayışları özündə
cəmləşdirir: İbrahimi külə döndərməli ikən tonqal bustan,
gülüstan, gülzar, laləzar kimi onu bağrına basır. Tərcümənin
bu dil gözəlliyi türkün ürəyinin qapılarını bir daha taybatay
islamın üzünə açır.
―Dədə Qorqud kitabı‖nın bu misralarında Allahın təkliyi
ideyası xüsusi mükəmməliklə, yığcam və nüfuzedici bir dillə
ifadə olunur:
Tanrının birligünə
Yoqd ır g üman.
Türkə Tanrı sözü daha doğma olduğu üçün Allah yox, məhz
Tanrı işlədilir. Güman sözü şübhə mənasındadır. Yəni:
Allahın
birliyinə Ģübhə yoxdur. Bu, ―Əşhədu ən la ilahə iləllah‖ (Şahidəm
ki, Allahdan başqa Allah yoxdur) ayəsinin tərcüməsidir. Tərcü-
mənin dəqiqliyi və poetikliyi göz qabağındadır. Görünür ki,
həqiqətən türk dili ərəbcə ilə ―atbaşı gedir‖. Bu dil ilk orta
əsrlərdəki (X əsrə qədərki) türkcəmizin səviyyəsidir. Bir müqayisə:
XI-XIII əsrlərdə ərəbcədən Avropa dillərinə qızğın tərcümələrdə
ingilis dili iştirak edə bilmir. Çünki ingilis dili ərəbcədəki elmi
məzmunu əks etdirməyə hazır deyildi. İngilis dili tarixçisi
Kekstopun sözünə görə XVI əsrə qədər ingilis ədəbi dili ―bəsit və
inkişaf etməmiş‖ idi.
1
Biz bir az sonra XVI əsrə qədərki
Azərbaycan dilinə ərəb və fars dillərindən çoxlu və mükəmməl
tərcümələrin şahidi olacağıq.
―Dədə Qorqud kitabı‖ndakı bu tərcümə indiyə qədər bizə
məlum olan ilk tərcümə nümunəsidir. Bu nümunədə
türkcəmizin mükəmməlliyi ilə yanaşı, həm də yüksək tərcümə
1
Bax: Абаскулиев А. Экстралингвистические факторы, обуславливающие
проникновение арабских слов в английский язык в эпоху средневековья.
―Metodika və dilçilik‖, 2-ci buraxılış. Bakı: Elm, 1976, s. 119-136.
137
mədəniyyəti görürük. Eyni zamanda tərcümə sənətinə müasir
yanaşma münasibəti diqqəti çəkir: yeri gələndə dəqiq, hərfi,
yeri gələndə sərbəst, yaradıcı tərcümənin şahidi oluruq.
Adətən tərcümə zamanı tərcüməçi dil (bu halda türkcə) tərəf-
müqabilinin qrammatik təsiri altına da düşə bilir. Burada
ancaq leksik-terminoloji alınmalar var, heç bir morfoloji
müdaxilə görünmür, türkcəmiz saf sintaksisini saxlayır – bu,
türkcəmizin yetkin sintaksisinin mövcudluğu deməkdir.
Həmin tərcümə uzun tarixə malik tərcümə ənənəsi üstündə
duran bir nümunə təsəvvürü yaradır. Bu təəssürat dilimizin
qrammatik quruluşunun yüksək inkişaf səviyyəsinə sahib
olmasının nəticəsidir.
Dostları ilə paylaş: |