Тофиг щаъыйев


«DƏDƏ QORQUD KİTABI»NIN DİLİ



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə9/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   5   6   7   8   9   10   11   12   ...   42

«DƏDƏ QORQUD KİTABI»NIN DİLİ     

 

―Dədə-Qorqud‖  kitabının  Drezden  nüsxəsi  belə  adlandırıl-

mışdır:  ―Kitabi-Dədəm-Qorqud  əla  lisani-taifeyi-oğuzan‖.  Bu  o 

deməkdir  ki,  boylar  ümumi  ―Oğuznamə‖lər  silsiləsinə  daxildir. 

Ancaq  bu  ―Oğuznamə‖  bütövlükdə  Azərbaycan  türkcəsinin 

abidəsidir. İlk orta əsrlərə aid olduğundan abidənin dilində başqa 

türk  dilləri,  xüsusən  oğuz  qrupu  dilləri  ilə  müştərək  cəhətlər 

çoxdur. Çünki həmin dövr türk dilləri arasında differensiasiyanın 

başlanğıcıdır.  Ayrılma  dövrünün  başlanğıcında  isə  fərqdən  çox 

ümumilik  olur.  Bununla  belə,  ―Dədə-Qorqud  kitabı‖nın  dilində 

Azərbaycan  türkcəsinin  leksik-semantik  və  qrammatik  inkişaf 

tarixi  ilə  bağlanmayan  heç  bir  detal  yoxdur.  ―Dədə-Qorqud‖ 

dilinin əsas lüğət fondu Azərbaycan milli dilinin əsas lüğət fondu 

ilə  əsasən  uyğundur.  Abidənin  dilindəki  yüzlərlə  söz  öz  lüğəti 

mənası, fonetik-tələffüz xüsusiyyəti, morfoloji quruluşu ilə nəinki, 

ümumiyyətlə,  milli  dil  dövrünə,  milli  dilin  başlanğıc  mərhələsinə 

uyğun  gəlir,  hətta  bugünkü  Azərbaycan  dilində  də  eynən  qalır. 

Həmin  sözlər  leksik-morfoloji  təşəkkülü  ilə  müasir  Azərbaycan 

dilindəki nitq hissələrinin əlamətlərinə cavab verir: isim-ana, ağac, 

bəg, dəvə, qoyun, qoç, at, yer, gün, ipək, otaq, köks, xan, buyruq, 

oğul, qız, ev, boy, söz, baş, ağız, saç, qaş, yay, alma, göl, su, alqış 

... ; sifət – ağ, qara, al, gözəl, uzun, alçaq, ac, yalıncıq, qoşa, dar, 

yüksək,  boz,  yaxşı...  ;  say  –  bir,  iki,  on,  otuz,  qırx...;  əvəzlik  - 

bən/mən,  sən,  biz,  bu,  kim,  nə...  ;  feil  -  bilmək,  qarğamaq, 

çağırmaq,  gəlmək,  demək,  olmaq  ,eləmək,  görmək,  gülmək, 

sağmaq,  vermək,  döndərmək,  almaq,  göndərmək,  düşmək, 

saflaşmaq,  güvənmək,  sevinmək,  öldürmək,  seçilən,  qoyulan, 

yatan, dəgəndə, düşməgincə...; zərf - yumru-yumru, bıldır-bıldır, 

geri, bəri, anmaz (sifət, zərf); köməkçi nitq hissələri - gərək, məgər, 

bir  (ədat),  ki,  dəxi,  mi  (sual  ədatı)...  Hətta  müasir  dilimiz  üçün 

yayılmış  faktlardan  substantivləşmə  və  atributivləşmə  faktları 

geniş  çevrədə  müşahidə  olunur.  Atributivləşməyə  nümunə:  qızıl 

ismi təyin mövqeyində -qızıl otağ

qaya ismi təyin kimi, qaya tağ 



                                                 

  Qızıl  tarixən  ...  qırmızı  mənasında  da  işlənir.  Ancaq  burada  öz  sinonimi 



altunla paralel gəldiyindən isimliyə şübhə qalmır.     

 

112 


və s. Substantivləşməyə nümunə: ağlı, qaralı seçən (seçilən) çağda; 

səlvi  boylum,  qara  saçlum  və  s.  Yigit  (igit)  sözü  eynən  bugünkü 

kimi həm şəxs, həm də keyfiyyət məqamlarında işlənir. 

Belə  sözləri  ordan-burdan,  məlumluq  prinsipi  ilə, 

dediyimizi qəsdən sübut üçün seçib vermirik, əsərin dili məhz 

bu  materialdan  təşəkkül  tapır.  İki  mətn  parçasına  diqqət 

yetirək:  ―

Xanlar  xanı  xan  Bayandır  yildə  bir  kərə  toy  edüb, 

Oğuz  bəglərün  qonaqlardı.  Genə  toy  edüb  atdan  ayğır, 

dəvədən  buğra,  qoyından  qoç  qırdırmıĢdı.  Bir  yerə  ağ  otağ

bir  yerə  qızıl  otağ,  bir  yerə  qara  otağ  qurdırmıĢdı.  Kimiŋ  ki 

oğlı-qızı  yoq,  qara  otağa  qondurın,  qara  kecə  altına  döĢən, 

qara qoyun yəxnisindəöginə gətürün. Yersə, yesün, yeməzsə

tursun-getsün  demiĢdi.  Oğlı  olanı  ağ  otağa,  qızı  olanı  qızı

otağa  qondurun.  Oğlı-qızı  olmayanı  Allahtaala  qarğayubdır, 

biz  dəxi  qarğarız,  bəllü  bilsün  demiĢdi.‖  (Drezden 

nüsxəsi,s.10).   

 

Bütün  nəşrlərdə  şeir  misraları  ilə  verilən  bu  parça  həm 



tarixiliyi, həm də bugünkülüyü ilə möcüzədir: 

 

Bərü gəlgil, baĢum baxtı, evüm taxtı



Evdəçıqub yürüyəndə səlvi boylum, 

Topuğında sarmaĢanda qara saçlum, 

Qurulu yaya bənzəçatma qaĢlum, 

QoĢa badam sığmayan dar ağızlum, 

Güz almasına bənzər al yanaqlum (Drezden, s. 11-

12). 


 

Əslində bu altı misra, Azərbaycanın xəritədən öyrənilməsi 

kimi, bütün ―Dədə-Qorqud‖ dilinin öyrənilməsinə bəs edər: üç 

alınma  söz  var-  baxt,  taxt,  səlvi;  bir  arxaik  söz  işlənib:  güz 

(payız);  bir  arxaik  ədat-  gil  əmr  ədatı;  bir  yerdə  yerlik  hal 

şəkilçisi yönlük məzmunu bildirir- məkani halların tarixən bir-

birini  əvəz  etmək  xüsüsiyyətinin  göstəricisi-  topuğında 

‖topuğuna‖;  tarixi  orfoqrafiyanın  təzahürü-  çıqub,  bərü, 



başum,  evüm,  yüriyəndə,  topuğın,  saçlum,  ağızlum,  yanaqlum

Həqiqətən,  bu  kiçik  mətndəki  fakt  bütöv  dastanın  dilindəki 



 

113 


fərqlərin nisbətidir və maraqlıdır ki, burada orfoqrafik fərqlər 

çoxluq təşkil etdiyi kimi, bütövlükdə dastanın dilindəki fərqlər 

də məhz həmin cəhətdən üstünlüyə malikdir. Bu da, deyildiyi 

kimi,  məhz  yazı-  orfoqrafiya  faktıdır.  Çıqub  sözü  q  (x 

yerinə)və-ub  (ıb  yerinə)  şəkilçisi  1929-cu  ildə  latın  əlifbasına 

keçilənə  qədər  işlənib.  Buraya  müəyyən  qədər  də  tarixi 

fonetika faktı əlavə olunur: kibi (kimi), tağ (dağ), yigid (igid), 

yil  (il)  və  s.  Bütün  bu  fərqlərlə  yanaşı,  həmin  şeir-mətndəki 

sözlər  Azərbaycan  milli  dilinin  əsas  lüğət  fonduna  daxildir 

(güz  və  səlvi  sözlərini  çıxmaqla-  bunlar  mətndəki  29  sözün  7 

faizini təşkil edir).  

Beləliklə,  mətnin  anlaşılmasına  maneçilik  törənmir  – 

maneçiliyin  törənməməsi  isə  müasir  dilə  uyğunluq  deməkdir. 

Bütün  bu  cəhətlərlə  şərtlənən  ifadə  kamilliyi,  fikrin 

verilməsindəki zəriflik Azərbaycan xalq dilinin VII-XII əsrlər 

səviyyəsinin necəliyini əyaniləşdirir: qurulu yaya bənzər çatma 

qaş,  qoşa  badam  sığmayan    dar  ağız,  güz  (payız)  almasına 

bənzər  al  yanaq  ifadələri  nəinki  Füzuli,Vaqif  mərhələlərində, 

hətta  XXI  əsrin  bu  illərində  ən  kamil  söz  ustası  tərəfindən 

deyilə  biləcək,  ancaq  deyilməmiş  ifadə  -  tablolardır  -  hələ 

deyilmiş  olsa  idi,  belə  sadə  və  gözəl  deyilə  bilərdimi  –  bu, 

başqa  məsələdir.  ―Bəri  gəlgil‖  zərflik  və  xəbərindən  sonrakı 

ifadə-misralar  ―sən‖  mübtədasının  təyin-epitetlərindən  ibarət 

həmcins xitablardır. Bu, çox mürəkkəb sintaktik əməliyyatdır. 

Belə elastikliklə edilibsə, bu nadir mükəmməllik də sintaksisin 

əlamətidir. 

―Dədə-Qorqud‖ dili ilə bugünkü Azərbaycan milli dilinin 

lüğətindəki  fərq  müəyyən  ölçüdə  leksik  vahidlərin  arxaikləş-

məsindən  ibarətdir.  Ancaq  bu  arxaikləşmənin  özü  də 

Azərbaycan  dilinin  tarixi  təkamülünün  tərkib  hissəsidir. 

―Dədə-Qorqud‖un  dilində  fəal  işlənib,  zaman-zaman 

arxaikləşən  həmin  milli  leksikon  sonrakı  mərhələlərdə 

Q.Bürhanəddin,  Nəsimi,  Kişvəri,  Xətai  kimi  klassiklərin, 

həmçinin  ―İxtiyaratül-qəvaid‖,  ―Əsrarnamə‖,  ―Şühədanamə‖  

və  s.  kimi  tərcümə-abidələrin  dilində  müşahidə  olunur. 

Azərbaycan  dilinin  tarixi  sisteminə  daxil  olub,  lüğət 

tərkibimizin  ümumi  inkişaf  prosesi  ilə  bağlıdır.  ―Dədə-



 

114 


Qorqud‖un dili üçün səciyyəvi olan sağış (məhşər), sonucyazı 

(çöl), damu, uçmaq, tanıq, bəbək (bala), kəndü, şol, dünlə (gecə 

ikən),  çəri,  əsən,  sayru,  irmək,  sayrımaq  (oxumaq),  ısırmaq 

(dişləmək),  ilətmək,  tümən  (qeyri-müəyyən  say),  yayaq 

(piyada),  qat  (yan,dəfə),  şimdi,  ulaşmaq,  sunmaq,  ayıtmaq, 

ayağ  (qədəh),  alp  və  s.  kimi  onlarla  söz  XVII  əsrə  qədərki 

Azərbaycan ədəbi dili üçün işləkdir. Dastanın dilindəki müasir 

arxaizmlərin  bir  qismi  bugünkü  dialektlərimizdə  qalır  ki,  bu 

da  ―Dədə-Qorqud‖  lüğətinin  vaxtilə  yalnız  ədəbi  dil 

səviyyəsində mövcud olmayıb, həm də canlı xalq ünsiyyətində 

işlənməsinin  dəlalətidir:  becid,  ban,  güz,  yəxni,  gədik,  seyvan, 



suç, aya (əlin içi), ağırlamaq, öylə (nahar və vaxt), döşürmək, 

ismarlamaq,  ülüş/ülüşmək,  küvəzləmək,  qu  (xəbər),  us, 

biləsincə (özü ilə), bozlamaq, yeng (qol), düş və s.  

Dastanın  dilindəkilərdən  sonralar  arxaikləşən  leksik 

vahidlərin bir qismi müxtəlif abidələrdə rastlaşsa da, onun öz 

dili üçün çox tipikdir: qaytaban, qlağuz, ərcil, ağban, altunban 

(ev),  qutlu,  əvrən,  cilasun,  qont,  yund  (at),  qavat,  mərə  (xitab 

məqamında  ədat),  obrilmək,  bunalmaq,  onarmaq,  ərquru, 



qazlıq (qazlıq at), salqum, tat əri, ərdəmli, qulumaq, ord (yurd), 

bozlamaq, şülən, bezə (yazıq, miskin), göndər (dirək, mizraq), 

ınaq,  büsərək  və  s.  Bu  spesifik  dil  materialı  sırasına  idiom, 

ifadə və konstruksiyaları da əlavə etmək olar: 



yum vermək, uru turmaq, qu qılmaq, bağır basmaq, yürüyü 

vermək,  sığraq  sürdürmək,  yarımasın-yarcımasın,  ağız-dildən 

görklü  salam  vermək,  ağ  tozlu  qatı  yay,  ov  ovlamaq-quş 

quşlamaq,  qadınım  ana,  qara  polad  uz  qılınc,  at  ayağı  külük-

ozan  dili  çevik  olur,  qılıcıma  toğranayım,  oxıma  sancılayım, 

topraq kibi savrılayım və s. 

‖Dədə-Qorqud‖un  dilindəki  arxaikləşmənin  bir  qismini 

semantik  arxaikləşmə  təşkil  edir.  Yəni  dastanın  leksikasının 

müəyyən  qismi  dilin  sonrakı  mərhələlərində,  bugünkü  milli 

dildə həmin əski fonetika-morfologiyası ilə qalır, ancaq başqa 

lüğəti  məna  daşıyır:  oxumaq  ―çağırmaq‖,  mırlamaq 

―guruldamaq‖,  hayqırmaq,  halal  ―həyat  yoldaşı‖,  dövlət 

―‖ağıl‖,  qayırmaq  ―qorxmaq‖  ―darıxmaq‖,  dərilmək 

―yığılmaq‖, ―toplanmaq‖, qat ―yan‖, ―dəfə‖, baba ―ata‖, qaba 


 

115 


―böyük‖,  ―bərk‖,  kəpənək    ―yapıncı‖,  banlamaq  ―əzan 

vermək‖,  səxt  olmaq  “  pərt  olmaq‖,  uğur  ―yol‖,  ər  ―kişi‖, 



ürkmək  ―qaçmaq‖,  yortmaq    ―getmək‖  (insana  aid),  aş 

―yemək‖ ―xörək‖, toy ―qonaqlıq‖,  yürütmək ―tanıtmaq‖, kişi 



adam‖,  oğul/oğlan  ―övlad‖  (qız  və  oğlan  xeylağı),  qarı 

qadın‖,  bitmək  ―yetişmək‖  (bəbəkləri  bitsin-balaları  olsun-

yetişsin)  və  s.  Belə  leksik-semantik  təkamül  Azərbaycan 

dilinin  təşəkkülündə  müxtəlif  türk  tayfalarının  iştirakı  ilə 

şərtlənir. Təsadüfi deyil ki, bu sözlərin müəyyən qismi müasir 

dövrdə  başqa  türk  dillərində  həmin  Qorqud  semantikası  ilə 

işlənir, indiki Türkiyə türkcəsində baba-ata, qarı-qadın, həyat 

yoldaşı, ər-kişi , kişi - adam mənalarındadır və s. 

―Dədə  Qorqud‖un  dilində  eyni  zamanda  xalq  dilinin  ilk 

təşəkkül  mərhələsinin  bəzi  xüsusiyyətləri  müşahidə  olunur-

bunlar    XIII  əsrdən  sonra  epizodikdir,  hətta  bəzən  nadir 

hadisədir.  Bu  əlamətlərdən  biri  odur  ki,  dastanın  dilində 

köməkçi  nitq  hissələri  zəifdir,  bağlayıcı  xeyli  azdır,  onun 

funksiyasını intonasiya yerinə yetirir. Bu, abstraksiyanın aşağı 

mərhələsinin  xüsusiyyətidir.  Köməkçi  nitq  hissələrindən  ən 

yüksək  abstraksiya  ilə  bağlı  olanı  modal  sözlərdir.  Təsadüfi 

deyil ki, ―Dədə-Qorqud‖-un dilində ən zəif kateqoriya modal 

söz qatıdır. 

Müəyyən  sözlər  tarixi  inkişaf  nəticəsində  müstəqil  leksik 

vahid  hüququnu  itirmişsə  də,  indi  söz  tərkibində  özünü 

xatırladır. ―Kitab‖da ut - abır, həya; utlu/udlu - abırlı, həyalı;  



utsuz/udsuz  -  abırsız.  İndi  utanmaq,  utancaq  sözlərinin 

tərkibində  qalır:  ut+an;  ―Kitab‖da  al  –  hiylə.  İndi  aldatmaq 

feilində:  al+dat;  yalan=(y)al+an,    yaltaq=(y)al+taq  sözləri  də 

həmin köklə bağlı olmalıdır. ―Kitab‖da dan-dansux - söz-sov, 

xəbər, məzəndə. İndi: dan+ış, dan+la, dan+maq. 

Abidədə  müxtəlif  dil  yaruslarında  təşəkkül  dövrünün 

əlamətlərindən biri kimi faktların paralelliyi müşahidə olunur. 

Eyni  məfhumun  verilməsi  üçün  müxtəlif  mənşəli  leksik 

vahidlərdən,  yaxud  sözlər  arasında  eyni  tipli  əlaqə  üçün 

müxtəlif  morfoloji  göstəricilərdən  istifadə  olunur.  Həmçinin 

bir  söz  bir  neçə  fonetik  variantda  söylənir.  Əlbəttə,  bu,  dildə 

mövcud  olan  adi  sinonimlik,  yaxud  ədəbi  dil  üçün  səciyyəvi 



 

116 


olan  variantlılıq  tipindən  fərqlənir.  Müəyyən  leksik  vahidin, 

morfemin  və  ya  fonetik  təzahürün  seçilməsində,  hansına 

üstünlük 

verilməsində  ixtiyarilik  yoxdur,  formalaşmış 

münasibət  müəyyənləşmir.  Eyni  zamanda  bu  müxtəlifliyi 

qarmaqarışıqlıq kimi də qələmə vermək olmaz. Yaxud belə də 

demək  olar  ki,  bu,  sistematik  qarışıqlıqdır.  Müəyyən  inkişaf 

mərhələsində  dövrün  tarixi  koloriti  kimi  təzahür  edir:  bir 

tərəfdən,  müxtəlif  türk  tayfa  dillərinə  məxsus  faktlar  xalq 

dilində  sinonim  kimi  işlənir,  ikinci  tərəfdən,  danışıq  dili  və 

ədəbi  təzahürlər  differensiasiya  tapmayıb,  üçüncü  tərəfdən, 

başqa  dillərdən-ərəb  və  fars  dillərindən  mənimsəmələr  hələ 

vətəndaşlaşmayıb.  Bu,  ümumiyyətlə,  ədəbi  dilin  başlanğıc 

mənzərəsidir.  Abidənin  həcminə,  böyük  söz  tutumuna  uyğun 

olaraq  bu  paralellikdə-qarışıqlıqda  xüsusi  rəngarənglik 

görünür, burada ilk dövrlər ədəbi dilimizin bütün mənzərəsi öz 

təzahürünü  tapır.  Şübhəsiz,  həmin  ümumi  təzahürdə  ―Dədə-

Qorqud‖un  özünəməxsus  cizgiləri  vardır  ki,  bu  da  dövrün 

möhürü  ilə yanaşı və ondan əlavə, həm də əsərin bədii-üslubi 

fərdiyyəti ilə müəyyənləşir. 

Müxtəlif tayfa dillərindən gələn leksik paralelizim: demək-

ayıtmaq,  etmək-qılmaq,  sunmaq-vermək,  getmək-varmaq,  dağ-

yumru,  sağ-əsən,  alp-yigit,  çalış-döyüş-vuruş.    Ərəb,  fars  və 

türk  mənşəli  sözlərin  paralelizmi:  pir-qoca,  cəng-savaş,  allah-



tanrı-təala,  ayaq-sürahi,  axirət-son  uc,  yazı-biyaban,  sağ-

salamat, evrən-dünya-aləm... 

Leksik  paralelizmin  təzahüründə  yekrənglik  yoxdur. 

Bəzən ekvivalentlər mürəkkəb söz məqamında işlənir:  

Sağ-əsən 

varıb gələsən. Dünya-aləm gözünə qaranqu oldu. 

Doyunca  tıxa-basa  yeyər.  QonĢu  haqqı,  Tanrı  haqqı  deyib 

söylər

Qırx  gün  –  qırx  gecə  toy-düyün  elədilər.  Gördü  kim, 

oğru köpəyeyə-dada evini bir-birinə qatmıĢTanrı-təala bizə 

bir yetman oğul verməz. Bəzən həmcins üzvlər kimi işlənir: Bir 

yigidin  Qaradağ  yumrusunca  malı  olsa,  yıqar,  dərür.  Bəy 

yigitlər,  cilasunlar

bir-birinə  qoyulan  çağda.  Yazıdan, 



yabandan 

evə  bir  qonaq  gəlsə...ol  onu  yedirər,  içirər,  ağırlar, 



əzizlər

Dədəm  Qorqud...  bu  oğuznameyi  düzdi,  qoşdı. 



 

117 


Uruşımdan,  döyüşümdən 

aləmi  doldurayım,  Dönə-dönə 



savaşayım

, dönə-dönə çəkişəyim

Belə  halda  sürəklilik,  qüvvətləndiricilik  kimi  üslubi 

məqsəd  izlənir.  Eyni  məna  müxtəlif  sözlərlə  verildikdə  eyni 

sözün  təkrarındakı  üslubi  iş  icra  olunur.  Dastanda  belə 

nümunələr  var:  zarlıq  elədi,  ağladı  (bu,‖ağladı,  ağladı‖ 

təkrarına bərabərdir). Yaxud: sağdır, əsəndir - sağdır, sağdır: 

qorxma,  qayırma  –  qorxma,  qorxma;  ağlar,  bozlar  -  ağlar, 

ağlar...və s.  

Bəzən  belə  sözlər  ayrı-ayrı  səhifələrdə,  müxtəlif 

cümlələrdə,  işlənir:  bəzən-yazı-yaban,  bəzən  də  bir  məqamda 



yazı, başqa məqamda yaban. Bu sinonimlərin müvaziliyi eyni 

zamanda onların bir-biri ilə mübarizəsi prosesidir. Gələcəkdə 

bunlardan  ya  biri  (və  ya  bir  neçəsi)  arxaikləşir,  digəri  işlək 

qalır, ya da hər ikisi (və ya hamısı) dildə sabitləşir. 

Dastanın dilində morfoloji (I şəxsin təkini bildirmək üçün 

həm –ayın, həm də-ayım, I şəxsin cəmini bildirmək üçün həm 

alım,  həm  də  -avuz,  müzare  üçün  həm  –ır,  həm  də  -ar 

şəkilçilərindən və s. istifadə olunur). fonetik (uca-yuca, en-yen; 



binət-minət,  yesir-əsir,  əyər-yəhər,  yiyə-iyə  və  s.),  həmçinin 

fono-morfoloji  (kiçi-kiçik,  başla-başda,  yanındakı-yanındaqı, 

qəribligə-qəribliqə, söyləməgim-söyləməğim və s.) tipli parale-

lizimlər mövcuddur.  

Abidənin dili morfoloji quruluş baxımından da qədimliyi 

ilə  səciyyələnir.  Həm  qrammatik,  həm  də  leksik  şəkilçilərdə 

ilkinlik  xüsusiyyətləri  seçilir.  Sözün  morfoloji  təkamülü 

haqqında  müəyyən  təsəvvür  yaranır.  Bir-iki  konkret 

nümunəyə  baxaq:  kimi  qoşmasının  tərkibi: 

Anun  biginin

xanım,  bəbəkləri  bitməsün.  Bigi-//  kibi/kimi  silsiləvi  inkişafı. 

Hələ  -i  mənsubiyyət  şəkilçisi  tək  (kim+i)  mənasını  saxlayır, 

daşlaşmayıb. Yoxsa kimi+si şəklində işlənərdi. Bu gün tamam 

qrammatikləşən  idi  ünsürü  abidənin  dilində  olmaq  köməkçi 

felinin mənasına uyğun məqamlarda leksik vahid kimi işlənir. 

Yəni  idi  leksik  mənadan  hələ  təcrid  olunmayıb:  ―

Dirsə  xan 

burada oğlancığı sağ idigün yenə bildi‖, ―Selcan xatun hal nə 



idigün 

bilüb  söyləmiĢ‖,  ―Kim  idigün  bilin‖,  ―Oğlum  idigin 

ondan  biləyim‖.  Sözün  asemantikləşməməsinə  başqa  bir 


 

118 


misal:  ―

Böylə  oğul  mənə  gərəkməz‖  Göründüyü  kimi,  gərək 

müstəqil  leksik  mənalı  fel  kimi  işlənir.    əvəzliyinin  sonu 

saitli isim kimi mənsubiyyət şəkilçisi qəbul etməsi: ―Ġç

 Oğuzda 

kimin  nəsisən‖.  Deməli,  əvəzlik  hələ  isim-əşya  mənşəyindən 

təcrid  olunmayıb.  Bəzən  isimlərin  atributivləşmə  mövqeyi 

kəsb  etmədiyi  görünür: 

Bir  yerdə  ipək  xalçası  döĢənmiĢ  idi 

(yoxsa ―ipək xalça‖ olardı). 

Qrammatik şəkilçi itir, ancaq izi qalır.‖

Dayağı gedürsələr

dam  yıqılur‖.  Gedürmək  burada  götürmək,  qaldırmaq 

mənasındadır. Şübhəsiz, onun əsli belədir: get+ir/dir (təsirlilik 

əlaməti).  Götürmək  feli  də,  görünür,  həmin  sözün  (getmək) 

fonetik və semantik şəkildəyişməsidir. Abidənin dilində -(ə)t, -



(ə)r,  -(ə)l  şəkilçiləri  eyni  hüquqda  fəaliyyət  göstərir.  Hələ  bu 

sinonim  morfemlərdən  heç  birinə  işləmə  tezliyinə  görə 

üstünlük  vermək  olmur:  gözətmək,  donatmaq,  evərmək, 

oyarmaq, önəlmək, ulalmaq

Aqlütinativlik  dastanın  dilində  qədim  toxunulmazlıq 

əlamətini saxlayır. Söz yaradıcılığında morfoloji üsul əsas yer 

tutur,  nəinki  müasir  dilimizə,  hətta  milli-təşəkkül  dövrünün 

sonlarına  görə  müqayisədə  perifrastik  şəkildə  söz  yaradıcılığı 

məhduddur. Aqlütinativliyin mahiyyəti burada nisbətən təmiz 

halda təzahür edir, analitiklik hələ dar və qırıq-kəsik cığırlarla 

gəlir, hələ özünə aydın yol açmamışdır.   

Aqlütinativliyin  sistemi  bir  bu  cəhətdə  görünür  ki,  leksik 

şəkilçi  müəyyən  nitq  hissəsinə  aid  sözlərə  artırılarkən 

təxminən məhdudlaşmır, geniş areal əhatə edir: quşlamaq (quş 

ovlamaq),  boylamaq  (boy  söyləmək),  ədəblənmək  (ədəb 

göstərmək),  casuslamaq  (casusluq  etmək),  davalamaq  (haqq-

hesab  çəkmək),  qonaqlamaq  (qonaq  etmək),  ulalmaq  (ulu 

olmaq-böyümək), 

önəlmək 

(önə 



getmək 

felinin 


çoxmənalılıqları: 

sağalmaq, 

irəliləmək

Görünür, 

qorqudşünaslar tərəfindən onarmaq şəklində oxunub aşırmaq, 

avand  eləmək  mənalarını  verən  sözü  də  məhz  önərmək  kimi 

almaq  lazımdır;  -əl  və  -ər  şəkilçilərinin  sinonimliyini  nəzərə 

alsaq,  önəl  və  önər  eyni  məna  verir),  aşıqlamaq  (aşıq  olmaq, 

vurulmaq ). 



 

119 


Aqlütinativliyin  başqa  cəhəti  budur  ki,  məna  və  fikir 

verilməsində  ifadə,  vasitə  yığcamlığını  təmin  edir.  Çapmaq, 



sürətlə getmək mənasını bildirmək üçün önəlmək felinə dərəcə 

məzmunu bildirən - şəkilçisi artırılır: ön-cə-lə(mək. Bu halda 

  şəkilçisi  həm  məntiqi,  həm  də  emosional  bir  mətnin 

enerjisini  özündə  cəmləşdirir.  Eyni  sözü  ərcil  leksik  vahidinin 

yaranması  haqqında  demək  olar:  -cil  şəkilçisi  heç  olmasa  bir 

cümləni  əvəz  edir.  Yenə  intensivlik  məqamında  şəkilçidən 

istifadə:  yarımasın-yarcımasın.  Yaxud  cins,  çeşid  mənasını 

bildirmək üçün şəkilçinin işlənməsi: buğa – buğra və s. 

Bütün bu məqamlarda aşkar qənaət məqsədi izlənir. Hətta 

qənaət  bu  mənada  da  müşahidə  olunur  ki,  çoxsəsli  şəkilçi 

daha  yığcamı  ilə  növbələşir:  bayımaq–la  əvəzinə  -ı;  yünü 

(yüngüllük)  -üllük  əvəzinə  -ü.  Yaxud  müasir  dil  baxımından 

müəyyən şəkilçilərin buraxılması: 

Oğul  atanun  yetiridir-yetirmə  əvəzinə  yetir:  ər  ağırın,  ə

yünüsin at bilür-ağırlıq-ağır; Qolça qopuz götürüb eldən –elə

bəydən-bəyə  ozan  gəzə  –  bəylikdən-bəyliyə-bəydən-bəyə

Gəldi, geyəsisün geydi – geyinməlisini-geyəsisini.  

Burada  ―geyəsisün‖  sözü  vacib,  lazım  olan  paltar,  silah 

anlayışlarını  bütünlükdə  ehtiva  edir.  Söz  mətn  mövqeyində 

durur. 


―Kitab‖ın  dilindəki  canlı  danışıq  ifadələri  də  dövrümüzə 

qədər  gəlmiş,  bu  gün  də  loru  söz-ifadələr  kimi  yaşayır.  Bir 

neçə  misal:  cici-bacı  (nərmə-nazik  qadın  mənasında  eynən 

qalır): 


Pəs  varasan,  bir  cici-bacı  türkmən  qızını  alasan, 

nagəhandan  dayanam,  üzərinə  düĢəm,  qarnı  yırtıla?  –dedi‖. 



Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin