lal-dilsiz və lal; qulınc-xəstəlik adı; ovmac-xörək adı; kutlu-
qutlu, boğaz-çevi və s.
Lüğətdə əksərən sırf farsca sözlər əsl türkcə sözlərlə
çevrilir: xab-uyqu; sipər-qalqan; zənbur-arı; sərvər-ulu; jənqar-
pas; kuh-tağ, ahən-dəmir; tənha-yalnuz; tarac-yəğma; əsb-at;
ma-biz; cüda-ayrı.
Bir sıra hallarda ərəb, fars sözlərinin türkcə qarşılığı
olaraq məhz ərəbcə və farsca sözlər verilir: tərsa-kafər; bəxt-
dövlət və tale; can-can; kan-mə‘dən; zəncir-zəncir; ər-əgər
(ancaq klassik şeirimizin dilində ər [«əgər»in müxtəsər
tələffüzü] bağlayıcısı da işlənir); xuda-Allah; gəncinə-xəzinə;
raz-sirr.
Lüğətin əsasında XIII-XIV əsrlər Azərbaycan türkcəsinin
söz yaradıcılığı, düzəltmə və mürəkkəb sözləri haqqında
təsəvvür almaq olar: dəvəçi (şotorban), ətməkçi (çörəkçi),
taraqlıq (şamdan), bilici (dana), süpürgə (çərub), eşidici
1
Щиндушащ Нахчывани. Яс-сищащ ял-яъямиййя (эириш, елми-тянгиди мятн,
ялавя сюзлцк фил.елм.намизядляри Ъ.Я.Садыгова вя Т.Я.Ялясэярованындыр),
Бакы, 1993, с.10.
192
(şinəva), pərvərdigar (bəsləyici), dördayaqlı ( çəharpa), çəribaşı
(sərləşgər), tonqoyucaq (camadan), üçtərəflü (sesu).
Tərcümədə sözlərin sinonim qarşılıqları ilə verilməsinə tez-
tez rast gəlmək olar: fərzan-elm və hikmət; lal-dilsiz və lal;
buriya- saz və qamış…
Diqqət çəkən bir haldır ki, farsca sözün türkcə qarşılığı
kimi Avropa (yunan) sözü göstərilir: ahənrüba-maqnitis.
Bir çox hallarda tərcümə vahidləri kimi nominativ şəkildə
sözlər yox, qrammatik formalar, prediktativlər, söz
birləşmələri qarşılaşdırılır: əz an şoma – sizin; əz an ma –
bizim; inca – bunda; anca – anda; əz inəst – bundandır; nikəst –
iyidir; həst –vardır, koca – qanda, çera – neçin… Məsələn , ma –
biz, şoma –siz eyni zamanda mara – bizə, məra – baŋa, şomara
– sizə…
Bu cəhət onunla bağlıdır ki, lüğət birbaşa dil öyrənmək,
tədris məqsədini izləmişdir.
Tarixi fonetika baxımından gərəkli faktlar var. Məlumdur
ki, şeir dilində yeddi, səkkiz
*
sayları ortada bəzən bir, bəzən
iki samitlə yazılır. Ancaq lüğətdə bu sözlər təşdid işarəsilə
verilir:
یّذی
(yeddi),
سّكس (səkkiz). Deməli, onların fonetikası
lüğətdəkidir, şeirdə vəznin tələbi ilə samit təkqat işlənir.
Yaxud farsca işan (onlar) əvəzliyi lüğətdə zəmmə ilə yazılır:
رهْوٌا(onlar). Halbuki bu əvəzlik həmin dövrün mətnlərində
anlar şəklində gedir. Deməli, anlar yazı dilinin, onlar xalq
danışıq dilinin faktıdır. Ruz sözü gündüz kimi çevrilir, halbuki
bədii mətnlərdə gün işləkdir – deməli, danışıq dilində belədir.
Alınma sözlərin qarşılığı baxımından maraqlı nümunələrə
rast gəlmək olur. Məsələn, bu gün dilimizdə işlənən və lüğət
tərkibində sabitləşmiş fars dilinə məxsus saxtakar sözünün
qarşılığı kimi lüğətdə işdüzüci işlənmişdir – türkcə gözəl söz
yaradıcılığıdır.
Lüğətdən nümunə: (avəridən)
نذیرَا
متی
کمرُتک َ ک
(yetmək
və götürmək); كمىص (sınmaq) –
هتسکش (şikəstən);
کمرُند (dəlür-
mək) - (aşüftən) هتفشآ; ( (behtər)
رتٍب – (yekərək) ْکَرکی; قُچ (çoq)
– رايسب (besyar); (qucmaq)
كمجُل – (ağüşidən)
نذيشُغآ ;
*
زُمط (тогуз) сюзцндя тяşдид гойулмамасы катиб хятасы олмалыдыр.
193
كمرُترآ(arturmaq) –
نذيواسفا (əfzanidən);
کمند (diləmək) –
هتساُخ
(xastən);
كممنال (qalqmaq) –
هتسخ (xəstən); (güldürmək) کمرذهک
– (xəndanidən) نذيواذىخ; (gülmək) کمهک – (xəndidən)
نذیذىخ .
«Lüğət» ancaq söz məcmusu kimi qalmır, onda dilimizin
tarixi fonetika, morfologiya, leksika və frazeologiyasına aid
xeyli qiymətli material vardır. Buradakı sözlər məhz XIII-XIV
əsrlər Azərbaycan dilinin fonetik cildindədir: yucaltmaq,
yudmaq, toğramaq, tondurmaq, dəprənmək, arturmaq,
sığdırmaq, yuqarı, qomaq
və s.
Morfonoloji xüsusiyyət: ıslamaq
(islatmaq), orturmaq
(oturmaq). Morfoloji quruluşa aid: yoğruğurmaq, oyarmaq,
tuydurmaq, turğurmaq, yavuqmaq, geydirişmək, dəprətdirmək,
səgirmək və səgirtmək, sınatmaq
və s.
,
«Lüğət»in müəyyən sözləri müasir dilimiz üçün arxaikdir:
dinləndirmək
(istirahət etdirmək), dinlənmək (dincəlmək),
yəltəmək
(həvəsə gətirmək), yarlığanmaq (bağışlanmaq), ilətmək
(aparmaq), dəpmək
((ayaqlamaq), yelmək (yortmaq), yeldirmək
(yortdurmaq), uçmaq (cənnət-behişt), qaftan (geyim-qəba).
Bəzi sözlər leksik vahid kimi «Lüğət»də də, bugünkü dildə
də var, ancaq müxtəlif mənalarda işlənir.
Ya tarixən bu sözlər
omonim olub, sonra omonimlikdən təcrid olunub, ya tarixən
mənasını
dəyişib–semantik
arxaizmə
çevrilib,
yaxud
mənasında daralma və ya genişlənmə baş verib: saçmaq
(səpmək); tapmaq
(səcdə etmək), qaldırmaq (kökünü kəsmək.
Bu gün «aradan qaldırmaq» idiomunda qalır), bağlanmaq
(özünü saxlamaq), dərmək
(qalib gəlmək) və s.
«Lüğət»dəki bir sıra sözlər etimoloji mülahizələrə kömək
edir: uzmaq
(uzanmaq), köymək (yanmaq. İndi: göynəmək),
ilmək (hörmək. İndi: ilmə, ilgək), yıldırmaq, yalınlanmaq
(parıldatmaq, yandırmaq. İlıq/yılıq, alov/yalov
sözlərini
müqayisə et), çizmək
(cızmaq, xətt çəkmək. Çız, çızıq sözləri
ilə müqayisə et), ərikmək
(toxtamaq. Ərinmək sözünü yada
sal), qonmaq
(istirahət üçün dayanmaq, düşmək. Qonaq sözü
ilə müqayisə et) və s.
Burada yalnız kitab sözləri deyil, çox koloritli danışıq söz
– ifadələri vardır. Bu sözlərin əksəriyyəti bugünkü dilimizdə də
qalır:
y araqlamaq (hazırlamaq); yaraqlanmaq (hazırlaşmaq.
194
Xalq danışıq dilindəki iraqlamaq
sözu də bunlarla eyni
kökdəndir), gərək olmaq
(yaramaq), boğazlamaq, tasalanmaq
(əhvalı pozulmaq), duncuqmaq
(tıncıqmaq), yağlı olmaq (bol
olmaq), gö
z(ü) yaşarmaq, satun almaq və s. Görünür, koloritli
ana dili sözünü axtarmaq, işlətmək zərurətini heç kəs
leksikoqraf və tərcüməçi qədər duya bilmir.
«Lüğət»in idiomları, ümumən, indi də işlənir: hörmətli
dutmaq, diş qurçalamaq, asma düzmək
(qurutmaq üçün üzümü
düzmək) və s. Ancaq qiymətli cəhətlərdəndir ki, burada tarixi
idiomatikamızdan xeyli nümunəyə rast gəlirik: bəhayə dəgmək
(layiq olmaq), can tartmaq
(can vermək), tışra gəlmək
(ötürmək, yola salmaq), çıqa gəlmək (görünmək), uru
turmaq
(qalxmaq, sıçramaq), taşı quyu toldurmaq, püzəvəng
dutulmaq
(ağzı tutulmaq), arzu ilətmək (həsrətində olmaq),
ağıza nəsanə saçmaq
(ağzı yummaq), sığınca sanmaq (ümid
etmək, bel bağlamaq), ögüt dutmaq
(məsləhət almaq), tasa
dutmaq
(kədərlənmək), yəncur sığmaq (suyunu çıxarmaq), tay
bəlinləmək
(day öyrətmək), təfərrüc birlə gəzmək (əylənmək),
ayaq ilə basmaq
(tapdamaq) və s.
Alınma sözlərlə əlaqədar dilimizdə müşahidə olunan bir
prosesi göstərmək üçün də «Lüğət» müəyyən imkan verir: ərəb
və fars sözlərindən feil yaratmaq üçün
etmək, olmaq, qılmaq
köməkçi feilləri əsas yer tutur. Bu, mahiyyət etibarilə
aqlütinatizmi pozur, analitizmə meydan açır. «Lüğət»
materialında iki meyl müşahidə olunur: 1. Aqlütinatizmin
saxlanması – dəlürmək
(dəli olmaq), xorlamaq (xor baxmaq),
sormaq
(xəbər almaq), tapmaq (səcdə etmək) və s.
2.Analitizmə meyl – axır olmaq
(qurtarmaq), kahil olmaq
(tənbəlləşmək), əndişə etmək
(düşünmək), qəsd eyləmək
(hazırlaşmaq,
niyyətlənmək),
qəbul
eyləmək
(almaq,
götürmək), tamam eyləmək
(qurtarmaq, bitirmək), üzr
eyləmək
(bağışlamaq), əpsəm olmaq (susmaq), qurbağa etmək
(quruldamaq, səs salmaq), təfərrüç eyləmək (əylənmək),
bükülüş olmaq
(bükülmək), cənk etmək (vuruşmaq) və s.
Bunlardan qurbağa etmək
və bükülüş olmaqdan başqa
qalanlarında ad komponenti ərəb və fars sözləridir.
195
«Lüğət» fars dili omonimlərini də gözəl əks etdirir:
axtən—qılıc çəkmək və çapınmaq və çalmaq; ahixtən
–
tartmaq və qəsd eyləmək: bəsudən
— dəgmək və dutmaq və
batmaq; taftən
– bükmək və qazmaq və döndərmək və
doğmaq; xastən
– zəhmlü və xəstə eyləmək və uru turmaq və s.
(belə misallar hətta sintaksis haqqında da məlumat verir: və
bağlayıcılı alınma konstruksiya).
Bu lüğətlər təsdiq edir ki, bunlar ərəb və fars dillərinin
öyrənilməsi ilə, tədris prosesi ilə əlaqədar yaranıb. Bu o
deməkdir ki, Azərbaycan dili hələ XIII-XIV əsrlərdən şəhərə
yol tapmışdı, o, mədrəsə və təkyələrdə işlənirdi. Orduda bu
dildə danışılırdı, deməli, onun sarayda da varlığını gümam
etmək olar.
3. Seyid Əhməd Cəmaləddin İbn Mühənna. Hilyətül-insan
və həlbətül-lisan
(İnsan bəzəyi və dilin sahəsi). Adı və müəllifi
göstərilməyən beş nüsxəsi əsasında bu əsəri ilk dəfə rus
türkoloqu Platon M.Melioranski «Ərəb filoloqu türk dili
haqqında»
1
adı ilə nəşr etmişdir. İlk nüsxə Oksfordun
Bodleyan kitabxanasında «Fars, türk və moğol dillərindən
tərcümə kitabı» («Kitabi-tərcümani-farsi və türki və moğoli»)
adı ilə qeydə alınmış və P.Meliorenski də əsəri həmin adla
tanıtmışdır. Xeyli sonra İstanbulun «Müzeyi-Humayun»
kitabxanasında əsərin altıncı nüs-xəsi tapılmışdır. Bu nüsxədə
həm müəllifin, həm də kitabın adı var idi:
Seyid Cəmaləddin
Ġ
bn Mühənna. Hilyətül-insan və həlbətül-lisan («İnsanın
bəzəyi və dilin sahəsi»). Əsəri bu ünvanla ilk dəfə muzeyin
direktoru Xəlil bəy 1909-cu ildə İstanbulda çıxan «Türk
dərnəyi» adlı məcmuənin birinci nömrəsindən başlayaraq bir
neçə dəfəyə əlavə kimi çap etdirir. Ancaq bu çap
şərqşünasların diqqətini çəkmir. 192l-ci ildə Kilisli müəllim
Əhməd Rüfət Bilgə əsəri kitab halında nəşr edir və bununla
əsər türkoloji ictimaiyyətin fəal şəkildə diqqətini çəkməyə
başlayır.
1
П.М.Мелиоранский. Араб-филолог о турецком языке. Санкт-Петербург.
1900.
196
Əsəri ilk dəfə nəşr etdirən P.Melioranski demişdir: «Bu
əsər ehtimal ki, XIV əsrdən gec olmayaraq, hətta ola bilsin ki,
XIII əsrin sonlarında hülakilər dövründə şimali-qərbi İranda
(Güney Azərbaycanın Urmi ətrafı nəzərdə tutulur. - T.H.)
yazılmışdır».
1
Melioranski əsərin dil materialına və lüğət
müəllifinin etdiyi konkret işarələrə söykənərək öz fikrini
kifayət qədər inandırıcı əsaslandırır. Əsərdə fars, türk,
monqol dilləri əhatə olunur. Deməli, bu əsər həmin üç dilin
mövcudluğu şəraitində yaradıla bilərdi. Bu mənada, türk dili
Misir-məmlük səltənətində də, İspaniyada da, başqa
coğrafiyalarda da tarix yaşayıb. Ancaq o yerlərdə monqol dili
işlənməyib. P.Melioranski tarixi əsasla deyir ki, bu əsər nə
Misirdə, nə Kiçik Asiyada, nə Avropa Türkiyəsin-də, nə də
orta əsrlər İspaniyasında yarana bilərdi, çünki o ölkələrdə heç
vaxt monqol dinastiyaları olmayıb. Bu lüğət bilavasitə tədris
üçün yazılıb, bir halda ki, həmin məntəqələrdə monqol dilinin
öyrənilməsinə ehtiyac olmayıb, təbii, o yerdə monqol lüğəti
yarana bilməzdi. Bu dillərin Türküstanda, Orta Asiyada
paralel işləndiyi dövrlər olub. Ancaq bu məkanı lüğətin
müəllifi özü rədd edir. Belə ki, müəllif dəfələrlə «Türküstan
türkləri və bizim ölkənin türkləri», «türkmənlər və bizim
türklər» deyə müqayisələr aparır, şəkilçilərin orada və burada,
tələffüzlərin orada və burada müxtəlif olduğunu göstərir.
Deməli, bu əsər Orta Asiyada və Çin Türküstanında da
meydana çıxa bilməzdi (Türküstan dedikdə Altay, Çin
Uyğurustanı da daxil olmaqla, Xəzərlə Çin arası türk
coğrafiyası nəzərdə tutulur).
Nəhayət, P.Melioranski deyir: «... hər halda elə hadisələr
var ki, əsərin indiki Azərbaycanda meydana gəlmiş olduğunu
hesab etməyə hüquq verir. Elə hadisə yoxdur ki, mənim
hesabımı qeyri-mümkün etsin»
2
.
P.Melioranski əsərin fonetika və morfologiyasını təhlil
edərkən yeri gəldikcə bilavasitə məhz Azərbaycan türkcəsi ilə
1
П.М.Мелиоранский. Араб-филолог о турецком языке. Санкт-Петербург.
1900, с.16.
2
Orada, s.18.
197
bağlanan məqamları vurğulayır. Bu dil faktları onun tarixi
coğrafiya
ilə
bağlı
fakt-mülahizələrini
bir
daha
möhkəmləndirir. Lüğət müəllifi dillərin daha zəngin dillərdən
söz almasını adi qanunauyğunluq saydığı yerdə gürcü və
erməni dillərinin yunancadan söz almalarını xatırladır.
Melioranski göstərir ki, bu dillər Azərbaycan türkcəsi ilə
qonşu olduğu üçün lüğət müəllifi məhz qonşu dillərə fakt kimi
müraciət etmişdir. Bu fakt da Melioranskinin nəzərindən
qaçmır ki, lüğət müəllifinin qeydinə görə onun yaşadığı ölkə
bir monqol nəslinin hakimiyyəti altındadır. Başqa yerdə isə
müəllif «bunların» (monqolların) türklərin himayəsində
yaşadıqlarını söyləyir. Bu, monqol ordusunda türklərin
çoxluğu, aparıcı mövqe tutması ilə izah oluna bilər - məsələ
burasındadır ki, monqolların fəthində türklər həmişə əsas rol
oynayıblar; çingizilərin ordusunda çox vaxt türklər xalis
monqollardan sayca üstün olublar. Hələ bu azdır, monqol
ordusunda sərkərdələr, divanda vəzirlər, xəzinədarlar, katiblər
türklərdən olurdular; monqol xan ailələri nəsil-nəsil
türkləşirdilər. Həmin tarixi şərait, həmin monqol-türk müna-
sibətləri Hülakinin Azərbaycanda hakim olduğu dövrdə
burada da var idi. Məhz hülakilərin zamanında Azərbaycanda
türk, fars və monqol dilləri əməli şəkildə işlənirdi (ərəbcənin
elm dili və dövlət səviyyəsində işlənməsi də öz yerində -
təsadüfi deyil ki, bu əsər məhz ərəb dilində yazılıb, görünür,
ərəbcə elm dili kimi bu üç dili əlaqələndirir, ünsiyyətə
gətirirmiş). Məhz indiki Azərbaycanda, daha dəqiq desək,
Güney Azərbaycanda bu üç dil birləşirdi. Məhz burada farslar
farsca, həm də türkcə və türklər türkcə, həm də farsca
danışırdılar. Hülakilər dövrü Azərbaycanında dövlət
səviyyəsində dil mənzərəsi belə idi: elxanilər ordusunun əsas
hissəsi və inzibati ünvanlar türkcəni işlədirdilər; elxanilərin
özləri, ətrafları, saray və ordunun monqollardan ibarət hissəsi
monqolca danışırdılar (adətən ordunun belə bölmələrində
komandanlar Çingiz xan nəslindən olurdular). Nümunələri
qalmayıbsa da, hesab olunur ki, o zaman Azərbaycanda
monqol dilində ədəbiyat da olmuşdur. Bu lüğətin tədris
məqsədi ilə yazılmış olması da bu fikrə bir dəstəkdir. Yəni
198
ölkədə monqol dilini öyrənən geniş auditoriya olmuşdur,
yalnız rəsmi dövlət qulluğu xatirinə inzibatçılar yox, həm də
ədəbiyyatla maraqlanan ziyalılar və ziyalı ailələri də bu dili
öyrənməyə həvəs göstərmişlər.
Beləliklə, bu üçdilli lüğət məhz hülakilər dövründə və
məhz həmin coğrafiyada yarana bilərdi.
P.Melioranskinin bu fikri 6-cı nüsxənin Rüfət Bilgə
nəşrinə qədər yeganə mövqe kimi qalırdı. Rüfət Bilgənin
İstanbul nəşri ilə tanış olan S.Y.Malov lüğətin Türküstan
türkcəsində, hətta daha konkret olaraq uyğur dili materialı
əsasında yazıldığını iddia etdi
1
. Doğrudan da, lüğətdə
Türküstan türkcəsi var, bunu Melioranski özü qeyd edir: «...
bizim müəllif tərəfindən qlossariyə yalnız «yerli» sözlər yox,
həm də «türküstanca» sözlər daxil edilmişdir ki, bu da
qlossarinin məzmununun qarışıq xarakterdə olduğu ilə
aydınlaşır»
2
.
Lüğətin «qarışıq xarakteri» iki səbəblə bağlı olmalıdır:
1. Müqayisə məqsədi daşımışdır - lüğət müəllifi Qərb
türkcəsindəki, daha dəqiqi isə Azərbaycan türkcəsindəki hansı
faktı isə aydınlaşdırmaq üçün müqayisə məqsədi ilə Türküstan
türkcəsinə müraciət etmişdir; bura örnəyinin spesifikası
qabarıq nəzərə çarpsın deyə, «ora» örnəyini onun qarşısına
çıxarmışdır.
2. «Lüğət» qərb türkcəsini, «bura» türkcəsini əsas tutsa
da, o, tədris vəsaiti idi. Belə tədris vəsaiti öz zamanı üçün
dərslik işini görürdü. Və təbii ki, belə mükəmməl «dərslik»
türk dərsliklərinin nadir fakt olduğu bir epoxada konkret
coğrafiya ilə məhdudlaşa bilməzdi - ondan müxtəlif türk
ölkələrində istifadə olunmalı idi. Əsər müxtəlif türk
coğrafiyalarında istifadə üçün iki baxımdan yararlı idi: a)
türkcələr leksik-qrammatik baxımdan yaxın olduqlarından
onun lüğətindən az və ya çox dərəcədə hər yerdə istifadə oluna
bilərdi. b) bu əsərdən sadəcə bir örnək kimi, model kimi
1
С.Е.Малов. Ибн-Муханна о турецком языке. ЗВК. Л., 1928, т. ЫЫЫ. вып.2,
с.247.
2
П.М.Мелиоранский. Араб-филолог…., с.20.
199
istifadə oluna bilərdi; yəni «ora» türkcəsini tədris edənlər
«bura» türkcəsindən fonetik, leksik, morfoloji misal-nümu-
nələrin yerinə «ora» türkcəsinin müvafıq faktlarını qoyardılar.
Melioranski və İstanbul nəşrlərindəki lüğətin nisbəti də
mənim dediklərimi dəstəkləyir. Belə ki: bəzi sözlər
Melioranskidə var, İstanbul nəşrində yoxdur və əksinə.
İstanbul nəşrində olub, Melioranskidə olmayanlar, bir qayda
olaraq, ümumən Türküstan türkcəsinə məxsusdur. Və bu da
diqqəti çəkir ki, İstanbul nüsxəsinin sözlərində Türküstan
fonetikası xüsusi yer tutur.
Deməli, İstanbul nəşri Türküstan nüsxəsidir, yəni
Türküstan katibinin köçürdüyü variantdır. Söz tutumuna görə
də
İstanbul
nüsxəsi
Melioranskidəki
nüsxələrin
ümumiləşdirilmiş nəşrindən böyükdür. Təbii, bu da «ora»
türkcəsindən «ora» katibinin əlavələrinin hesabınadır.
İbn Mühənna lüğəti üç hissədən ibarətdir: ərəbcə-farsca
lüğət; ərəbcə-türkcə lüğət; ərəbcə-monqolca lüğət.
Bunlardan hər biri iki hissədən təşkil olunur. 1. Öyrənilən
dilin (fars, türk, monqol) fonetik, morfoloji, leksik-terminoloji
təhlili - bu təhlil tədris prosesi üçün şərh xarakteri
daşıyır. 2. Müvafıq dilin (fars, türk, monqol) lüğət tərkibinin
qlossarisi - sözlərin ərəbcəyə tərcüməsi.
Bizim üçün tədqiqat obyekti lüğətin ərəbcə-türkcə
hissəsidir.
Fonetika bəhsində türk səslərinin təbiətini, məxrəcini və
tələffüzünü izah edir. Türkcədə olub, ərəb dilində olmayan
səslərin tanıdılmasına xüsusi yer ayırır. Ərəb əlifbası ilə türk
səslərinin ifadəsindəki problemlərin, ərəb hərfinin türk səsini
olduğu kimi çatdırması üçün diakritik işarələrin tətbiqi
üzərində dayanır.
Morfologiya ilə bağlı bölmədə türk dilinin morfologiyası
türkcəni öyrənənlərə məlumat şəklində getməyib, nəzəri təhlil
səviyyəsinə qalxır. Yəni nəzəri dilçilik ölçüləri ilə dərslik
metodikası birləşir. Əvvəl müəyyən kateqoriyalar haqqında
(inkarlıq, növlər, zamanlar və s.) məlumat verilir, sonra hər
şəkilçinin üstündə müfəssəl dayanılır - işlənmə yeri,
qrammatik semantikası açılır. Bu, əsl metodikadır:
200
deduktivdən induktivə iş prinsipidir - ümumi nəzəri
məlumatın ardınca dilin qrammatikası dəqiq öyrədilir.
Seyid Cəmaləddin deyir ki, o, əsərini yazmaq üçün həm
şifahi, həm də yazılı mənbələrdən istifadə etmişdir. Burada iki
faktı görürük: müəllif canlı danışıq dilini nəzərə alır, yəni
onun predmeti kitab dili deyil, öyrənənlərə kitab dili, şeir dili
yox, canlı türk dili öyrədir, ikincisi, odur ki, bu canlı dil ədəbi
dilin əsasında duran dialekt dilidir, normalı nitqidir.
«Lüğət»in adındakı «dilin sahəsi»
1
anlayışı altında İbn
Mühənna orta əsrlər Şərq filoloji düşüncəsi üçün tipik olan
çoxmənalılıqdan istifadə edir: 1. Dilin fəaliyyət, işlənmə sahələri;
2. Dilin semantik sahələri. Və məlumdur ki, semantik sahə
anlayışı müasir dünya dilçiliyinin modern və aktual tədqiqat
sahələrindən biridir. Deməli, İbn Mühənna lüğəti öz timsalında
dünya dilçiliyini bir neçə əsr qabaqlamışdır. Təsadüfi deyil ki,
P.Melioranski bu lüğətin səviyyəsindən çıxış edərək söyləyir ki,
XIV əsrin Şərq və türk dilçiliyi XIX əsrdən Avropada meydan
çıxan tarixi müqayisəli dilçiliyə güzəştə getmir. Semantik sahə
məzmunu lüğətin quruluşuna uyğundur. Belə ki, «Lüğət»in
əvvəlində müəllif fonetik, morfoloji təhlildən sonra adları məna
qruplarında birləşdirib 24 bölməyə, 24 məna sahəsinə ayırır.
Məsələn, bu ardıcıllıqla gedir: İkinci hissənin birinci fəsli «Tanrı
adları və ona uyğun söz1ər»,
ikinci fəsli «İnsan bədəninin
üzvləri»..., altıncı fəsli «Sənət, peşə adları» - burada belə ardıcıllıq
gözlənir: daşyonan alətləri, çəkməçi alətləri, əkinçilik alətləri,
toxucıı alətləri və s. İyirmi ikinci fəsildə ilin zamanları, təqvim
adları verilir; burada illərin adı göstərilir, məsələn, birinci il «Siçan
ili», ikinci «İnək ili», on birinci «İt ili», on ikinci «Donuz ili».
Beləcə gündəlikdə işlənən və bu dili bilmək üçün zəruri olan adlar
qrup-qrup əhatə olunur. Hətta İbn Mühənna özü bu qeyd-şərti
verir: elə vacib adlar seçiləcək ki, onları bilmədən, onları
1
Щялбят сюзц мейдан, йарыш (ъыдыр) мянасыны да билдирир. Бу щалда
«щялбятцл-лисан» Ялишир Няваинин «Мцщакцмятцл-лцьятейн» (ики дилин бящси)
ясяринин адына уйьун эялир – доьрудан да, бурада фарс, тцрк, монгол
дилляринин эцъц нцмайиш етдирилир; бу дилляр, бир нюв, бящся эирирляр. Анъаг
мязмунундан вя гурулушундан чыхыш едяряк лцьятин ады кими биринъи
мянаны гябул етмяйи мцнасиб билдик.
201
mənimsəmədən istəyənlər türk dilini öyrənə bilməzlər. Deməli, bu
«Lüğət» və hər bir lüğət ünsiyyəti quran sözləri birinci növbədə
əhatə edir.
«Lüğət»də türk mədəniyyət tarixi üçün maraqlı sözlər var.
Melioranski nüsxəsində «til» (dil) sözünün mənalarından biri
kimi «quş lələyinin ucu» verilir. Məlumdur ki, vaxtilə yazını quş
lələyinin vasitəsilə yazıblar - hətta ruscada bu gün yazı vasitəsi
metala «pero» (lələk) deyirlər. İndi bizim üçün burada maraqlı
olan odur ki, həmin vasitəyə qədim türkcədə «dil» deyilib.
Deməli, o zaman türkdə «şifahi dil» və «yazılı dil» və ya «yazı
dili» anlayışları və qavrayışları olmuşdur - həmin yazı dilini
gerçəkləşdirən vasitəyə - lələyin ucuna «dil» adı veriblər.
«Lüğət»də diqqəti çəkən hadisələrdən biri aqlütinasiyanın
fəallığıdır.
«Lüğət»də aqlütinasiyanı yaradan şəkilçilər sonralar da
işlənir, hətta bu gün də söz yaradıcılığında qalır. Ancaq sonralar
həmin şəkildə və həmin mənada arxaikləşib. Bir neçə nümünə:
yüzləmək (ikiüzlülük etmək) yastıqlamaq - yastıq düzəltmək;
yavuqlamaq - yavuq olmaq, yaxınlaşmaq; yaxşılamaq - yaxşı
olmaq; otlamaq - otla müalicə etmək... Aqlütinasiya baxımından
«Lüğət» Orxon - Yeniseyin morfologiyasına yaxındır.
Ümumiyyətlə, lüğət dilimizin söz yaradıcılığını mükəmməl
şəkildə ifadə edir. Yol sözündən həm ad (yoldaş), həm də feil
(yollamaq) yaranır. Eyni zamanda tarixi məzmunda yoluğ (bir
obyekti, bir şəxsi xilas etmək üçün verilən əvəz, qarşılıq, fidyə)
sözü işlənir (yol+uğ). Bu hərbi strateji məzmunlu termindir. Həm
dilli (dilli-dilavər), həm də dilluğ (natiq, bəlağətli danışan) işlənir.
Məişət mədəniyyəti bu söz yaradıcılığında əks olunur. Alçuğ-
gips; alçuğçi-gipsçi, gips hazırlayan; yonğac-rəndə; yignəlüğ-iynə
qabı. Neft mənasında yer yağı mürəkkəb sözünə rast gəlinir. İndi
və tarixən şəxs adı kimi işlənən Toğrul (toğ//doğ+rul) sözü ət
yeyən, yırtıcı quş adıdır. Deməli, bu söz Aslan, Laçın semantik
qəlibi ilə xüsusi ismə çevrilib. Arxaikləşmiş sözlərdə müasir
şəkilçilər özünü göstərir: orunc-rüşvət; orunclamaq-rüşvət vermək;
oruncaq-əmanət;
oruncaqlamaq-əmanət
vermək.
Türkcə
şəkilçilərlə alınmalardan da yeni sözlər düzəldilir: zindan+çı
(zindana baxan, zindan rəisi); zindan+lamaq (zindana, həbsə
202
almaq); ədəb+siz. Analitik yolla: ziyan qılmaq (ziyana salmaq,
ziyan etmək). İki toponimə – lı şəkilçisi artırılır: bağdad+lı,
abad+lı (İbn Mühənnanın doğulduğu yer sayılan Abad kəndi).
Bilindiyi kimi, türkcədə f səsi ilə başlanan söz yoxdur. Burada
italyanca fluri (qızıl pul, italyan pul vahidi) sözü əks olunur. Eləcə
də türkcə r səsi ilə söz başlanmır. Lüğətdə bir ərəb sözü verilir:
razı. Bəzi vahidlərdə sözün tarixi fonetikası oxunur: inckə-inci
şəkli göstərir ki, incə (zərif) sözü tarixən inc+kə olub. Eyni ilə:
yonca (bitki adı) – tarixən yonc+ğa. Yaxud altın (alt, alt tərəf) və
altun (qızıl) yazılışlarından sözlərin morfoloji sifəti açılır:
altın= alt+zərf düzəldən -ın şəkilçisi. Lüğətdə düşmək sözü müasir
dilimizdəki kimi düşmək, enmək mənasındadır. Bu və onlarla belə
nümunələr göstərir ki, lüğətdə məhz Azərbaycan oğuzcası əks
olunur.
«Lüğət»də xeyli söz var ki, müxtəlif fonetika ilə, ancaq eyni
mənada verilir: Ada və Adağ (coğrafıya termini kimi), Ayaq və
Adağ (bədən üzvü kimi), Varmaq (getmək) və Barmaq, Acı və
Açuğ (dad bildirən söz kimi). Göründüyü kimi, birinci tərəf
Azərbaycan türkcəsindədir. Onlarla belə nümunələr göstərmək
olar. (Türküstan və Azərbaycan türklərinin lüğətdəki müvaziliyinə
diqqət yetirin).
Müasir dil baxımından sağraq (bardaq, qədəh), edgü /eygü
(yaxşı), tamuq (cəhənnəm), tün (gecə), bitikçi (katib), yeng
(paltarın qolu), yaş (cavan), simiz (yağlı, kök) kimi onlarla
arxaizmlərlə yanaşı XIII əsr lüğətində yüzlərlə söz var ki,
Azərbaycan türkcəsi üçün fonetika və mənası ilə heyrətləndirici
dərəcədə bugüncədir: qarmaq, qarqış (etmək), qarın, qarışdırmaq,
qazanc, qınanmaq, qonşu, qulac, qarışlamaq, qusmaq, öcəşmək,
ödünc (borc), ummaq, yaxın ( x səsi ilə), alqış, alın, acı, qablamaq,
ağırlamaq (əzizləmək), anılmaq, biriktirmək, bit, çoğan (bitki),
ertə, eşitdirmək, erkəc, qayış (toqqa), çin (doğru), eniş....
Eləcə də lüğətdə fonetikası, morfologiyası ilə leksik-semantik
nümunələr bugünkü Azərbaycan sintaksisindədir: Filanı yerindən
durğuzdum; Od yandırdınmı?; Kim gəldi?; Bu kimindir?; Kim
gəlirsə,
gəlsin; Kimdir ol? («ol» forması tarixən Azərbaycan
türkcəsində geniş ölçüdə işlənib)...
203
Məlum olur ki, İbn Mühənnanın istedadı təkcə konkret dil
biliyində deyil. O, dil qanunlarını hətta müasir dilçilik səviy-
yəsində qavramışdır. Məsələn, o, fars və türk dillərinin ərəbcədən,
monqolun türkcədən, erməni və gürcülərin yunan dilindən söz
almasını müşahidə edərək, belə ümumiləşdirir:
bir dildə bir
anlayıĢın adı olmayanda onu baĢqa, özündən zəngin bir dildən
almaq vacib olur. Aydın olur ki, bu dövrdə yazılan lüğətlər yalnız
sözlərin siyahısından və tərcüməsindən ibarət deyil, eyni zamanda
fonetik və qrammatik təhlillərlə müşayiət olunur. Bu təhlillər
öyrədilən dilin öyrənilməsini asanlaşdırmaq məqsədini izləmiş,
mükəmməl öyrənmək üçün müqayisə etmək, tutuşdurmaq,
bununla da şüurlu qavramaq şəraiti yaratmışdır.
|