Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə12/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   ...   8   9   10   11   12   13   14   15   ...   42

 

 

 

138 


XIII-XVI ƏSRLƏR ƏDƏBİ DİLİ 

 

Hər  bir  dövrün,  hər  bir  mərhələnin  ümumi  mənzərəsini 

qavramaq  üçün  iki  cəhəti  nəzərə  almaq  gərəkdir:  üslublar 

sistemini    və  bu  üslubların  fəaliyyətini  təmin  edən  dil 

materialını.  «Dədə  Qorqud  kitabı»nın    dil  materialı  əsasında 

dövrün  birinci  mərhələsində  xalq  dilinin  əsas  lüğət  fondu  və 

qrammatik  quruluşu  haqqında  konkret  məlumat  aldıq. 

Qrammatik  quruluşun  təmiz  türkcəliyi,  yabançı  dillərin 

təsirinə məruz qalmamış olması öz yerində, lüğət baxımından 

da türkcənin aparıcılığı göründü.  Artıq XIII  əsrdən başlanan 

yeni  mərhələdə  ərəb,  fars  dillərindən  türkcəmizə  güclü  lüğət 

axını  özünü  göstərir.  Bununla  da  alınmaların  türkcəmiz 

tərəfindən  mənimsənilməsi,  özününküləşdirilməsi  prosesi 

gedir.  Xalq  dili  də,  ədəbi  dil  də  sınaq  qarşısında  durur. 

Faktlar  göstərir  ki,  türkcəmiz  prosesi  ağayana  şəkildə  idarə 

edir.  Alınmalar  xalqın  ünsiyyətinə  də  girdiyindən  ədəbi  dili 

milli inkişaf yolundan döndərə bilmir, Azərbaycan milli ədəbi 

dili  «Dədə  Qorqud  kitabı»ndan  gələn  inkişafını  yeni  tarixi 

şəraitə uyğunlaşdıraraq davam etdirir.     

XIII  əsrdən  Həsənoğlunun  əlimizdə  olan  qəzəllərindən 

ikisinin  lüğət  tərkibinə  diqqət  yetirək.  Qəzəllərin  dilində  100 

söz var. Bunlardan 59-u türk, 41-i ərəb-fars sözüdür.  



Türk-Azərbaycan sözləriağ (isim:günəş),  (rəng), ağac, 

al-,  alçaq,  and,  apar-,  artuq,  baq-,  baş,  bəlür-,  bir  (say),  bir 

(ədat), bit-, bu, çağ, qapı, qıl-, qışla-, qoy, qül-qül (təqlid), dağ, 



ey (nida), eylə-, et-, əl, ərit- ilə (ilən), ir-, it, iç (isim),  iç-, keç-, 

könül,  get-,  gəl-,  göm-,  mən/bən,  necə,  nə,  nökər,  o  (anun), 

oğul, od,  öl-, sev-, sən, söz, torpaq//topraq, tur-, tutuş-, şıltaq, 

uşda, yağ, yan-, yarpaq, yaylaq, yazıl-59. 

Ərəb  və  fars  sözləri:  atəş,  badə,  bəndə,  büt,  can,  canfəza, 

cümlə,  dər  (ön  qoşma),  dilbər,  duaçı,  ənbər,  əsil,  əzəl,  qəmər, 

kasid,  kuy,  gərçi,  manənd,  məqsud,  mə’ni,  Misir,  faş,  xoş, 

xislət, hərgiz, Həsən, həsrət, hüsn, rəqib, rədd, sadiq, sirr, surət, 

sürahi, şəhla, şəngül, şirin, vəli, yar, zaman, zari – 41. 

«Apardı könlümü…» qəzəli müləmmə şeir forması olduğu 

üçün – beytlərin birinci misraları türkcə, ikincisi farsca olduğu 


 

139 


üçün  ancaq  birinci  misraların  sözləri  hesablanmışdır. 

Qəzəllərdə  türkcə  və  ərəb-farsca  sözlərin  nisbəti  müxtəlifdir. 

«Apardı  könlümü…»  qəzəlində    47  sözdən  iyirmisi  türkcə, 

iyirmi  yeddisi  ərəbcə,  farscadır  –  türkcə  ümumi  lüğətin  42,5 

faizidir.  «Necəsin,  gəl  ey    yüzi  ağum…»  qəzəlində  68  sözdən 

cəmi  on  altısı  ərəbcə,  farscadır  –  türkcə    ümumi  lüğətin  76,5 

faizidir.  Bütövlükdə  hər  iki  qəzəldə  lüğətin  59  faizi  türkcədir. 

Bu  rəqəm  ümumilikdə  XIII-XVI  əsrlər  ədəbi  dilinin  

mənzərəsinə  yox,  ancaq  mərhələnin  birinci  pilləsinə  –  XIII-

XIV  əsrlərin  dilinə  uyğundur.  Bu  mərhələdə  divan 

ədəbiyyatının  dili,  klassik-kitab  dili  aparıcı  olduğundan  və 

Füzuliyə  doğru  divan  ədəbiyyatı  güclənə-güclənə  gəldiyindən 

ədəbi dildə ərəb, fars sözləri arta-arta gəlir. Türkcə və ərəbcə-

farscanın  işlənməsində  59%:41%  nisbəti  Nəsiminin  lüğət  

tərkibinə  uyğun  gəlir.  Füzulinin  dilində  bu  rəqəmlər  yerini 

dəyişir.  

Burada  milli  ilə  əcnəbinin  qrammatik  reaksiyaya  girməsi 

də  aşkar  görünür:  qəmər  (farsca)+yüz  (türkcə)=qəməryüz-

türkcə mürəkkəb söz; dua (ərəbcə) +çı (türkcə, şəkilçi)= duaçı 

–  türkcə  düzəltmə  söz.  Gələcək  bütün  əsrlərdə  bu  yeni  türk 

sözləri yazılı və şifahi (folklor) ədəbi dildə işlənəcək və həmin 

qəliblər üzrə alınma sözlər türkcəmizin sintaktik və morfoloji 

yolla  söz  yaradıcılığında  iştirak  edəcəkdir.    Qrammatik 

quruluşda  əcnəbi ünsürlər də var. Fasca bir morfoloji əlamət 

işlənir:  -dər  (dər  atəş-atəşdə);  əcnəbi  sintaktik  fakt  kimi  ilk 

fars  izafətlərini  burada  görürük:  büti-şəngül,  xisləti-ənbər, 



surəti-mə’ni.  Birinci  qəbildən  təsir  (dər  atəş  tipli)  gələcəkdə 

fəaliyyətsizləşəcək,  izafətlər  isə  yeri  gəldikcə  kalka  olunacaq, 

ya  da  şeirimizdə  heca  vəzni  yeganələşənə  qədər,  əruzun 

xatirinə ölçü-mizanla həmişə davam edəcək. Yaxud alınmalar 

dilimizin  qrammatik  şəkilçilərini  türkcənin  ahəng  qanunu 

prinsipi  ilə  qəbul  edir:  əzəl+də,  can+um

  (içində), 

məqsud+um+a  (irəyim);  ismi  və  feli  birləşmələr  yaradır:  şirin 

söz, hüsn içində, xoş keçər; köməkçi fellərlə mürəkkəb tipli feil 

(tərkibi  feil)  yaradır:  faş  eyləmək,  manənd  olmaq;  cümlə  üzvü 

olur: oldu kuyin yaylağum (kuyin-mübtəda); sən rəqibə sirrimi 

faş  eylədün  (sirrimi  -  tamamlıq)  və  s.  Deməli,  alınma  sözlər 



 

140 


artıq  Azərbaycan  dilinin  morfoloji  və  sintaktik  havasına 

öyrəşmişdir.  Bu  iki  qəzəlin  materialında  görünür  ki, 

Azərbaycan  türkcəsində  milli  ədəbi  dil  əlamətlərinin  inkişafı 

müasir  yoluna  düşür.  Əslində  qül-qül  təqlid  olduğu  üçün  hər 

iki  dilə  aid  ola  bilər.  Ancaq  «eyləmək»  köməkçi  feli  ilə 

Azərbaycan  dilinin  bir  leksik  vahidi  kimi  çıxış  edir.

 

Ey 

nidasını da müştərək saymaq  olar, ancaq əcnəbi

 qarşılığı (-a

şəha-ey şah) işləndiyindən onu azərbaycanca götürmək müna-

sibdir.  Hər  iki  mənbədən  sözlər  sonrakı  əsrlərdə  Azərbaycan 

ədəbi  dilində  fəal  və  müntəzəm  işlənir.  Azərbaycan  mənşəli  

sözlərdən  yalnız  uşda    (budur,  artıq,  daha)  modal  sözü  milli 

dildə  sonralar  arxaikləşir;  bu  o  deməkdir  ki,  həmin  vahidlər  

yalnız ədəbi dildə deyil, həm də xalq dilində ümumi ünsiyyətdə 

olmuşdur.  Ərəb-fars  mənşəlilərin  isə  hamısı  əsrimizin  30-cu 

illərinə  qədər  ədəbi  dildə  işlənmişdir.  Bunlardan  müasir  dil 

üçün  ancaq  əhmər,  kuy,  manənd,  sağər,  suziş,  çakər,  canfəza, 



şahid (gözəl) sözləri arxaikdir. Əcnəbi sözlərin çoxunun – atəş, 

badə,  bəndə      (müəyyən  məna  dəyişikliyi  ilə),  büt,  qiymət, 

dəftər,  dua  (-çı),  əzəl,  əsil,  zaman,    yar,  mə’na,  məst,  rəqib, 

rədd, sadiq, sirr, surət, sürahi, faş, xislət, xoş, həsrət, hüsn, can, 

cümlə, şəkər, şah, şirin – sonralar və bu gün də xalqın gündəlik 

ünsiyyətində varlığı, bir tərəfdən, Həsənoğlu dövründə əcnəbi 

leksik  qatın  artıq  müəyyənləşdiyini,  digər  tərəfdən,  XIII  əsr 

Azərbaycan ədəbi dilinin xəlqi əsasda formalaşdığını göstərir. 

Yəni «Dədə Qorqud» dilində alınmalarla milli sözlərin nisbəti   

burada  dəyişib  -  alınma  lüğətin  faizi  aşkar  artıb.    Bu,  bir 

tərəfdən, Həsənoğlu şeirlərinin əruzda olması ilə bağlıdır, xalis 

yazılı  ədəbi  leksikadır.  İkinci  tərəfdən,  bu  alınma  leksikanın 

əksəriyyəti,      deyildiyi  kimi,  xəlqi  səciyyə  daşıyır.  Həsənoğlu 

qəzəllərinin  morfoloji  quruluş  faktları:  hal  şəkilçiləri  ın,-im 

(mənim),  -nın,  -a,  -ə,    -na,    -i,    -ni,    -da,    -də,    -dan,  -dən;  

mənsubiyyət  şəkilçiləri  -m,   -ım, -um,  -üm,  -in,  -un,  -ün,  -

ı,  -i:  xəbər  şəkilçiləri –  -dır,   -dürür,  -sin/sən;  çəm  şəkilçisi– 

-lər;      şəxs    şəkilçiləri  

  -m,  -əm,  əyim,  -n,  -ün;  zaman 

şəkilçiləri– -ur, -dı, -du, -ər; şərt şəkilçisi– -

; inkar şəkilçisi– -

; feili sifət– -içtigüm; feili bağlamalar –tutuşmayınca, ölicək, 



baqa

;  başqa  feil  formaları–  -olmaya,  bitə;  qoşma–  -lə/-lən/ilə



 

141 


Sintaktik  faktlarından:  Söz  birləşmələri–  -şirin  söz,  içtigüm 

badə,  əsli  yuca,  bənüm/  mənim  yaylağum,  sənün  bəndən...; 

cümlələr  –  Başımdan  getmədi  hərgiz  sənünlən  içtigüm  badə; 



sənün  ilə  xoş  keçər  çağum  bənüm;  Qışladım  qapında  itlərüŋ 

ilə…   

XIII əsrdən, türkcəmizə yazılı nümunələrin kütləvi  gəldiyi 

zamanlardan,  yeni  mərhələnin  başlanğıc  dövründən  əcnəbi 

mənbələrdə  dilimiz  haqqında  məlumatlara  rast  gəlirik  və  ya 

başqa  xalqların  qələm  sahibləri  Azərbaycan  türkcəsində 

şeirlər  yazırlar.  Beləliklə,  Azərbaycan  dilinin  Qafqazda  və 

ümumən, Yaxın Şərqdə kütləvi ünsiyyət imkanı, şöhrəti tarixi 

mənbələrlə  XIII  əsrdəncə  təsdiq  olunur.  Materiallar  göstərir 

ki,  bu  dövrdən  Azərbaycan  dili  Şərqin  etiraf  olunan 

dillərindəndir.  Hətta  qonşu  dillərə  ərəb-fars  sözləri 

Azərbaycan  dili  vasitəsilə  keçir.  XIII  əsr  erməni  şairi  Frikin 

dilində  işlənən  Azərbaycan  sözləri  ilə  bərabər  ərəb  və  fars 

sözlərinin də eyni mənbədən alındığı göstərilir: 

Qırmızı,  qanmaz,  bəylərbəyi,  ortax,  ələk,  muğal;  haram, 

halal, dövlət, ayıb, günah, hünər, mülk, həsrət, peşiman, siyasət 

və s. 


Yenə  XIII  əsrin  erməni  tarixçisi  Girokos  Qanzaketsi 

erməni  dilində  işlənən  türk  və  monqol  sözlərini      xatırladır: 

tanqrı,  ərə  (ər),  ağa  (ağa,  böyük  qardaş),  saxal,  yüz  (üz), 

otmaq  (ətmək-çörək),  oxar  (öküz),  qoyna  (qoyun),  aydku 

(ayı), kökuçin (göyərçin), tanqız, məlik, yekə, el, qoqay (göy, 

səma),  usun  (su)  və  s.  (Bax:  Ə.Yerevanlı,  Azəri-erməni  ədəbi 

əlaqələri.  «Hayastan»,  1968,  s.261-262).  Göründüyü  kimi, 

bunların  hamısı  Azərbaycan  dilində  işlənir,  ermənicə  fonetik 

dəyişməyə uğrayıb.  Deməli,  ya  monqol  ordusunda  türkləşmə 

getmiş imiş, ya da türk-monqol sözləri altında elə türk mənşəli 

leksika nəzərdə tutulmuşdur.   

Əlbəttə,  daha  qiymətli  fakt  XIII  əsrin  erməni  şairi 

Hovanes  Yerzinkatsinin  Azərbaycan  türkcəsində  yazdığı 

şeirlərdən  zəmanəmizə  qədər  gəlib  çatan  iki  şeiridir.  Onun 

azərbaycanca yazdığı «Keşiş oğlu və molla qızı» şeiri mütəxəs-

sislərin qeyd etdiyi kimi, erməni ədəbiyyatı tarixində dünyəvi 

məhəbbət  (земная любовь) mövzusunda ilk  əsərdir. Şeir  xalq 


 

142 


ədəbiyyatı dilində, sadə, aydın yazılmışdır. Gəraylı formasına 

uyğun gəlir. Mükalimə (müaşirə) tərzində söylənir:  

 

Sen müsurman, molla ğızi,  



Ben Hovannes, keĢiĢ oğli… 

Yoru yoru, gavur oğli,  

Götür bizden mühəl sözi. 

Sen Hovannes, keĢiĢ oğli,  

Ben  müsürman, molla ğızi 

1



 

Məryəmə həsr olunmuş ikinci şeir varsağı formasındadır. 

Deyilənlərə  görə,  H.Yerzinkatsi  bu  şeiri  ermənicə  yazmış, 

sonra  Şərqdə  yayılsın,  məşhurlaşsın  deyə  Azərbaycan 

türkcəsinə tərcümə etmişdir:   

 

Sensın ari qız Məriəm, 



Yazıxlarimə dərman. 

Tanqridir sendən doğan,  

Tanqrim anasi Məriəm. 

Evel atadan oldi, 

Oğul dünyaya geldi, 

Kristos Məriəmdən doğdi, 

Tanqrim anasi Məriəm. 

Uçmax  ğapusun açdi, 

Bağli yollari çözdi. 

Bizi tamuxdən xutardi 

Tanqrim anasi Məriəm, 

Altından direk oldi

Kristos yemiĢın verdi. 

Bizi yeqdəğurtardi 

Tanqrim anasi Məriə

Altundan əziz Məriəm, 

                                                 

1

  Мятн  бурадан  алыныр:  Севортян  Э.Тюркизмы  у  ранних  армянских 



писателей.  –  Структура  и  история  тюркских  языков.  М.,  1971,  с.268; 

М.Сейидовун  «Азярбайъан    -  ермяни  ядяби  ялагяляри»  (Бакы,  1976,  с.104) 

ясяри иля мцгайися олунмушдур. 


 

143 


Cöherdəəziz Məriəm, 

Uçmax yeəsi Məriəm, 

Tanqrim anasi Məriəm

2



Birinci  növbədə  bu  şeirlərin  lüğət  tərkibi  diqqəti  çəkir. 

İkinci  şeirin  dilindəki  35  sözdən  cəmi  yeddisi  alınmadır  – 

alınma  20  faiz  təşkil  edir.    Bunlardan  ikisi  xüsusi    isimdir 

(Məriəm,  Kristos),  beşi  ərəb-fars  mənşəlidir  –  ikisi  fars 

(dərman, cövhər), üçü ərəb (dünya, əziz, evəl <əvvəl) sözüdür. 

Leksikonun milli tərkibə görə belə nisbəti «Apardı könlümü» 

qəzəlinin,  Həsənoğlu  dilinin  yox,  «Dədə  Qorqud  kitabı»nın 

lüğət tərkibinə uyğundur. Təbii ki, Yerzinkatsi türkcəni kitab 

vasitəsilə,  tədrislə,  yazılı  ədəbiyyatdan  yox,  birbaşa  ünsiyyət 

yolu ilə, xalq danışığından öyrənib. Deməli, onun dili XIII əsr 

Azərbaycan  xalq  dilini,  xalq  şeirinin  dilini  əks  etdirir.  Şeir 

janrına  görə  Azərbaycan  folklor  şeiri  qəlibində  yazılmışdır; 

müntəzəm  heca  ardıcıllığı  olmasa  da,  gəraylı  (varsağı)  və 

bayatı  köklərinə  uyğundur  –  7  və  8  hecalı  misralardır.  Fakt 

odur ki, əruz vəzni deyil və buna görə də türk mənşəli leksika 

əksəriyyət təşkil edir. Türk sözlərindən beşi müasir türkcəmiz 

üçün  arxaikləşib:  yazıx  (günah),  yemiş  (meyvə),  yeq  (şeytan), 

tamuk  (cəhənnəm),  uçmax  (cənnət).  Həmin  mənada  yeq  sözü 

İbn  Mühənna  lüğətində  də  var.  Qalan  sözlər  bunlardır:  on 

isim - ana, ata, alt, qapu, ğız, dirək, yeə (yiyə), yol, oğul, tanrı

iki  sifət  -  ari,  bağli;  iki  əvəzlik  -  sən,  biz;  yeddi  fel-  açmaq, 



vermək, ğurtarmaq və xutarmaq, doğmaq, gəlmək, olmaq

İkincisi,  morfologiyası  maraqlı  tarixi  faktdır.  Bütün 

şəkilçilər müasir milli dövrdəki kimidir.  

Xəbərlik

: -dır – tanqridır;  



Kəmiyyət:

 -lar –yollar;  



Hal

:  -dən  «səndən»,  -dan  «atadan»,  -ya  «dünyaya»,  -ı 



«yolları», -i «bizi»; 

                                                 

2

  Мятн  бурадан  алыныр:  М.Сейидов.  Азярбайъан    -  ермяни  ядяби  ялагяляри. 



Бакы, 1976, с.103. Саитлярин йазылышында бу мянбя иля дягигляшмяляр апарылыб: 

Севортян  Э.  Тюркизмы  у  ранних  армянских  писателей.  –  Структура  и 

история тюркских языков. М., 1971, с.269-270. 


 

144 


Mənsubiyyət:  -im  «tanqrim»,  -si  «anasi».  Bir  neçə  yerdə 

mənsubiyyət  şəkilçili  sözlər  hallanır,  o  halda  da  milli  dildəki 

müəyyənlik  özünü  göstərir:  qapu+su+n,  yemiş+ı+n.  Hər  iki 

örnəkdə, təsirlik halın  saiti düşür. OlmalıdırUçmax qapusun 



/ı/ açdı; Kristos yemişın/ı/verdi.  

Şühudi  keçmiş:  -di  «verdi»,  «gəldi»,  «oldi»,  «çözdi», 

«xutardi», «ğurtardi», «açdi». 



Feli  sifət:  -an  «doğan».  Qrammatik  mənasına  görə  felin 

qayıdış  növünü  bildirir:  Tanqridır  sendən  doğan  «doğulan». 

Şəxsli  feil  də  həmin  məna  növündədir:  Kristos  Məriəmdən 

doğdi    «doğuldu».  Azərbaycan  dilinin

 

tarixi  morfologiyasına 



uyğundur.  Hətta    milli  dilin  yeni  dövründə  nadir  halda   

müşahidə  olunur:  Nə  gözəl  doğubsan  «doğulubsan»  anadan, 

Pəri    (Vaqif).  Bu  gün  də  «ay  doğdu»,  «gün  doğmamış» 

ifadələrində qalır. Ümumiyyətlə, folklor nümunələrində varlığı 

göstərir ki, vaxtilə xalq dilində geniş işlənib: 

    


Ay doğdu, qəlbiləndi, 

Doğduqca

 qəlbiləndi,  

Quran gətir, and içim, 

Bu qəlb o qəlbiləndi. 

 

Yalnız bir yerdə xəbərlik şəkilçisi osmanlı tələffüzündədir: 



Sensin  ari  qız  Məriəm.  Şeirdə  bir  sözdüzəldici  şəkilçi  var:  -li 

«bağli».  

Üçüncü,  sintaksisinə  görə.  Söz  birləşmələrinin  təzahürünə 

və  cümlə  tiplərinə  görə  müasir  milli  dilin  şeir  sintaksisindən 

fərqlənmir.  

Erməni  əlifbasında  səslərin  intensiv  əks  olunduğunu 

nəzərə alsaq, mətnin dili fonetikası ilə də diqqəti çəkir. Dodaq 

və  damaq  ahənglərinin  qeyri-ardıcıllığı  görünür:  ari, 



yazıxlarim, tanqri, anasi

aldi, doğdiğapu, açdi, çözdi, ğurtardi 

və  s.  Ərəb  əlifbalı  yazı  tarixində  bu  xüsusiyyət  qeydə  alınır, 

ancaq  həmin  əlifbada  Azərbaycan  saitlərinin  tam  əks 

olunmaması  üzündən  dəqiqlik  üçün  bir  narahatlıq  keçirilir. 

Tam  fonoqrafik  erməni  əlifbası  bu  şübhəni  həll  edir.  Dil 

tarixçilərimiz,  adətən,  qalın  dodaq  saitli  kökə  qalın  damaq 


 

145 


saiti ı qoşmağı üstün tuturlar. Məsələn, belə: oturdı, qurdı və s. 

Halbuki  bu  şəkil  deyilişlə  özünü  doğrultmur.  Müasir  şərq 

şivələrimiz həmin məqamda dodaq ahəngi ilə yanaşı, damağın 

da  pozulduğunu  göstərir,  belə:  oturdi,  qurdi  və  s.  Maraqlıdır 

ki,  bu  mətn  məhz  Azərbaycan  şivələrindəki  tərzdə  yazılış 

nümayiş  etdirir:  oldi,  doğdi.  Damaq  ahənginin  pozulmasında 

da  canlı  şivə  reallığı  dayanır:  bağli,  yollari,  xutardi.  İkinci 

şeirdə  də  həmin  xüsusiyyət  izlənir:  oğli,  qızi,  sözi.  İlkin  orta 

əsrlər  və  orta  əsrlər  Azərbaycan  ədəbi  dili  normasında  Şərq 

koynesinin fəal rol oynadığını nəzərə alsaq, bu tarixilik özünü 

doğruldur. Başqa maraqlı fakt – adətən, ərəb qrafikasında  کى  

hərf  birləşməsini  sağır  n  (ŋ)  kimi  açırıq.  Halbuki  burada  nq 

afrikatı  işlənib:  tanqri.  Yaxud  d-t  səslərinin  işlənməsində 

həmişə  ustünlük  t-ya  verilir.  Burada  damu-tamux  verildiyi 

halda,  ərəb  qrafikası  ilə  əksərən  toğ  kimi  yazılan  söz  bu 

mətndə işləndiyi hər iki dəfədə d ilə yazılıb: doğan, doğdiHər 

iki  şeirin  yazılışında  türk-osmanlı  tələffüzündən  istifadə 

olunmuşdur:  ben,  sen,  geldü  və  s.  Qalan  fərqli  xüsusiyyətlər 

erməni  artikulyasiyası  ilə,  türk  sözlərinin  erməni  tərəfindən 

tələffüzü  ilə  bağlıdır:  ğapu,  ğız,  ğurtardi/xutardi.    İkinci  şeir 

natamamdır.      

Bu şeir «Əsli və Kərəm» dastanının motivinə uyğundur. 

Din  ayrılığı  motivi  olduğundan  lüğətində  dini  məzmunlu 

professional  leksikaya  geniş  yer  verilir:  gavur,  mühəl, 



müsürman, molla, keşiş, Hovannes. Alınma leksikanın fəallığı 

motivlə  şərtlənir.  Bu    parçanın  sintaksisi  çox  mükəmməldir. 

Danışıq   dili sintaksisi spesifikliyi ilə görünür; xəbərlik şəkil-

çisinin işi intonasiya ilə görülür: 

 

Sen  müsürman.  Ben  Hovannes.  Əlavə  konstruksiyası  ilə 

xəbərin  mənası  dəqiqləşdirilir:  Sen  müsürman  -    molla  ğızi. 



Ben  Hovannes  -  keşiş  oğli.  Canlı  danışığın  belə  aydın,  dəqiq 

görünüşü  sintaksisin  kamil  təşkili  ilə  bağlıdır.  Həm    də 

danışığın  özündə  sintaktik  intonasiyanın  morfoloji  yük 

daşıması  (xəbərdə  morfoloji  əlamətin  işlənməməsi,  ancaq 

qavranması)  şeir  dilinin  ənənəvi  normasına  çevrilir.  Həmin 

əlavəli cümlə quruluşu bu gün də eynən işlənir. 

 


 

146 


Erməni  müəllifinin  dili  ilə  gələn  bu  şeirlər,  bir  tərəfdən, 

Həsənoğlu  şeirlərindəki  qənaəti  təsdiqləyir  ki,  XIII  əsrdə 

Azərbaycan  dilinin  əsas  lüğət  fondu  və  qrammatik  quruluşu 

müəyyənləşmişdi. İkincisi, bu şeirlərin lüğət tərkibi göstərir ki, 

artıq XIII əsrdə Azərbaycan dilinin xalq danışıq təzahurü və  

yazılı  ədəbi  dil  normativi  diferensiasiya  həddində  mövcud 

olmuşdur.  Bu  şeirlərdə  yazılı  dil  norması  var,  ancaq  canlı 

danışıq  aparıcıdır;  Həsənoğlu  şeirlərinin  dilində  xəlqilik  var, 

ancaq  ədəbilik,  klassik  şeir  dili  norması  əsasdır.  Şübhəsiz  ki, 

«hər  hansı  bir  dil  XIII  -  XIV  əsrlərdə  başqa  xalqın  poeziya 

aləmində  «dəbdə  olmaq»  üçün  öz  doğma  poeziyasında  uzun 

əsrlər  boyu  işlənməli,  səlisləşməli,  bədii  təfəkkürü  ifadə  edə 

biləcək səviyyəyə yüksəlməli idi»

1



Bu  mərhələdə  ədəbi  dilin  normasını  müxtəlif  yaruslar  üzrə 

belə xülasə etmək olar.           

Bu  mərhələdə  dilin  bütün  yaruslarında  paralelizm  özünü 

göstərir. Morfoloji əlamətlərlə və lüğət tərkibi ilə bağlı paralellər 

mərhələnin  keçid  xarakterindən  gəlir:  bir  tərəfdən,  milli  dildə 

sabitləşmə  gedir,  bir  tərəfdən,  keçmiş  norma  elementləri  davam 

edir;  bunlardan  əlavə,  ədəbi  kanonlarla  bağlı  ayrı-ayrı  coğra-

fiyalarda  yazan  şairlərin,  söz  ustalarının  əsərlərinə  müraciət, 

təqlid,  nəzirə  və  s.  nəticəsində  müxtəlif  türkcələrin  dil  xüsusiy-

yətləri işlənməli olur. Fonetika ilə bağlı paralellər isə çox hallarda 

tarixi orfoqrafiya ilə şərtlənir. Belə ki, orfoqrafiya əski yazı şəklini, 

keçmiş  normasını  saxlayır,  çox  vaxt  zamanın  fonetik-tələffüz 

gerçəkliyini  əks  etdirmir.  Orfoqrafiya  son  dərəcə  mühafizəkar 

olur;  yazanlar,  katiblər,  ziyalılar  savadlılıq  əlaməti  kimi  əski 

                                                 

1

 М. СейидовЭюстярилян ясяри,  с. 101. 



*

  Тарихян  орфографийанын  ишлянмясиня  мцасир  дюврлярдяки  кими  рясми 

сярянъамлар  мцдахиля  етмямишдир.  Бу  эцн  орфографийа  гайдалары  дювлят 

тяряфиндян  тясдиг  олунур.  Бунунла  беля,  йеня  йашлы  нясил  яняняви  ишлятдийи  

гайда  иля  эедир.  Мян  шащидям  ки,  1958-ъи  ил  орфографийасында  яввялki 


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin