Çol/Çul, Sul və s. toponim və hidronimlər. Həmin titullar,
sözlər Qafqaz ərazisindəki bulqar, xəzər, hun tayfaları ilə
bağlı olduğundan bəzi tarixçilər bunları Azərbaycan dili
(Azərbaycan türkcəsi) ilə bağlamır və laqeydlik göstərirlər.
Halbuki həmin tayfalar Azərbaycan xalqının etnik və dil
mənşəyində bilavasitə və fəal iştirak etmişlər. Digər tərəfdən,
həmin tayfalar Qafqazda, o cümlədən Albaniyada ümumi türk
dil mühiti hazırlayırdılar. Bu sözlər türkizmlərdir, kitabda heç
bir şərhsiz işlənir və Azərbaycan dilinə birbaşa dəxli var. VII
3
Ашурбяйли С. Эюстярилян ясяри, с. 59.
4
Гейбуллайев Г.
Эюстярилян ясяри, с. 25; Щцсейни Я. «Авеста»да гядим
Азярбайъан сюзляри. Азярбайъан филолоэийасы мясяляляри. Бакы, 1983, с. 138.
4
1
2
55
əsrdə Bərdə yaxınlığında Kaqankaykut qəsəbəsində anadan
olan M.Kaqankatvatsi «Alban tarixi»ni yazır - bu toponim və
familiyadakı kaqan (xaqan) hissəsi bir söz demirmi? Yaxud
toponimin kaykut parçasındakı kay hissəsini köy sözü ilə
müqayisə edək (oğuzcada «kənd» deməkdir). Albanşünas
Z.Yampolskiyə görə, «Alban tarixi» kitabı Albaniyadakı
dillərdən birində yazılmış və ermənicəyə tərcümə edilmişdir
3
.
Başqa albanşünas K.Əliyev təkidlə bu fikrə qoşulur və
göstərir ki, bu tarix əsəri qədim erməni dilində (qrabarda) ya-
zılmamışdır. Müəllif mənbələri də dürüst verir: «Əsərinin yazı-
lışında K.Kaqankatvatsi Qafqaz albanlarının şifahi xalq yara-
dıcılığı materialından geniş istifadə etmişdir; onun
leksikasında qədim erməni müəlliflərinin işlətmədiyi sözlərə
rast gəlinir»
1
. Qədim erməni (və gürcü) mənbələri üzrə etibarlı
mütəxəssislərdən V. Qukasyan da həmin qənaətdədir
2
.
Müxtəlif müəlliflərin eyni fikrə gəlməsini təsadüfi saymaq
olmaz, bu fikri mütəxəssislərə dil faktı kimi mötəbər subyekt
diktə edir. Bu baxımdan çoxlu nümunələr içərisində
Y.Yusifovun açdığı (deşifrə etdiyi) aqelun sözü xüsusi
əhəmiyyət kəsb edir - müəllif sərrast etimolojiləşdirmə ilə
onun ayaqyalın sözü olduğunu təsdiqləyir; mətnə heç bir
leksik vahid bu qədər doğma görünmür: «O özü hökmdar
1
Ямпольский З. Древнейшие сведения о тюрках в зоне Азербайджана.
«Учен. зап». АГУ (сер. яз. и лит.), 1966, № 2, с. 62.
2
Гукасян В., Асланов В. Исследования по истории азербайджанского
языка дописьменного периода, Баку: Элм, 1986, с. 24-62; Юсифов Ю. О
некоторых языковых элементах тюркского происхождения в сочинении
албанского историка // Советская тюркология, 1974, №2, с. 71—79.
3
Ямпольский З. К изучению летописи Кавказской Албании // ИАН
Азерб. ССР (сер. обш. наук), 1957, № 9, с. 149-156.
1
Алиев К. Г. К вопросу об источниках и литературе по истории древней
кавказской Албании. Вопросы истории кавказской Албании. Баку, 1962,
с. 18.
2
Гукасян В. Удинские слова в «Истории Албан».—ИАН Азерб. ССР (сер.
лит. яз. и искус), 1968, № 1.
3
Юсифов Ю. О некоторых языковых елементах тюркского происхож-
дения в сочинении албанского историка // Советская тюркология, 1974,
№ 2, с.72-74.
56
libasında (onlarla) birlikdə çayı ayaqyalın (aqelun) keçdi»
3
.
Bu söz ancaq azərbaycanca yazılmış əsərin tərcüməsindən gələ
bilər. Görkəmli mütəxəssis V.Qukasyan, görünür, əsərin
dilində leksik türkizmlərlə yanaşı, çoxlu qrammatik frazeoloji
kalkalar gördüyü üçündür ki, albanların türkcəyə yiyələnmiş
olduqlarını söyləyir
4
. Və bugünkü tədqiqatlar alban adlı türk
tayfalarını aşkar etdikdən sonra aydınlaşır ki, «Alban
tarixi»nin orijinal dili məhz türkcədir - alban türkcəsidir.
Y.Yusifovun şərhindən görünür ki, ayaqyalın sözü V-VII
əsrlərdə həm də aqyalın//axyalın (hətta indi şivələrimizdə
əxyalın forması var) şəkillərində işlənmişdir. Bu, o deməkdir
ki, o zaman Azərbaycan dilinin-alban türkcəsinin həm ədəbi,
həm də xalq danışıq təzahürləri olmuşdur.
E. əvvəl də, eramızın bütün birinci minilliyi boyu da
Midiya-Atropaten və Albaniya ilə bağlı (və ümumiyyətlə, Ön
Asiya və Qafqaz regionlarında) antroponimlərin içərisində
türkmənşəlilər geniş yer tutur. Bu antroponimlər sadəcə leksik
vahid olaraq qalmır, həm də həmin adları daşıyanların
başçılıq etdiyi əhalinin, qövmlərin etnik mənşəyi haqqında söz
deyir. Bir neçəsinə diqqət yetirək. 1. Zober - e. ə. I əsrdə
Alban hökmdarı və Zaberqan - V əsrdə hun-kotriqur
(
semantik əsaslarla aydınlaşdırır ki, bu söz türk-
azərbaycancadakı çapar sözüdür
1
. Ç-səsinin Z-ya keçməsi
tələffüzün yunancalaşması ilə bağlana bilər, ançaq bunun türk
dillərinin öz fonoloji inkişafı ilə də əsası var: ç-c-d/z. Zaber-
qan antroponimində ikinçi hissənin /qan/ xan sözü olmasına
heç bir şəkk yoxdur, bu, azərbaycanlıların birbaşa babası olan
oğuzların (otuz oğuzun) xanıdır. K.Əliyev sübut edir ki, e. ə.
I əsrdəki Zober və eranın V əsrindəki Zaber fonetik, morfoloji
və leksik semantikaları ilə üst-üstə düşür. Bu, 6 əsr
müddətində eyni etnosun – hun-turk-oğuz əhalisinin bir
coğrafi ərazidə yaşaması deməkdir, yəni türklər buranın –
Albaniyanın sakinləridir. Bunlara niyə köçəri deyirlər? Bu,
3
4
Гукасян В. Взаимоотношения азербайджанского и удинского языков.
Автореф. докт. дисс. Баку, 1973. с.4-5.
1
57
tarixçilərin öz vicdanına qalıb. 2. Oroys/Oroiz Oris/Orod - e. ə.
I əsr alban hökmdarı və Varaz - VII əsr alban hökmdarı,
məşhur alban sərkərdəsi Cavanşirin atası. Bu adlar «Dədə
Qorqud»dakı Uruz/Aruz antroponiminin eynidir. O-u-v
səslərinin bir-birinə keçməsi adi fonetik faktdır. V.Bartold
tarixi mənbələrdə v-u əvəzlənmələrini müşahidə etmiş
2
və
demişdir ki, vank İran
müəlliflərində unk şəklində yazılır. V
əsrdə yaşamış alban çarı Vaçaqanın da adı həmin fonetik
qanuna görə (va
uyğundur: Uçağan, bir tərəfdən, tanrı məfhumu ilə
qarşılaşdırılır, o biri tərəfdən «qartal», «güclü quş»; sürətli
canlı anlayışları ilə sinonimləşdirilir. 3. Kuar - VII əsrdə
«Alban tarixi»ndə qeyd olunan hun tanrısının adı. M.Seyidov
dürüst etimolojiləşdirir: Gök-ər/Göy-ər
1
. Horenatsinin Uti
prinsliyində göstərdiyi Quqark və Strabondakı
Qoqaren
toponimləri
də
eyni
kökdən
olmalıdır
2
-
quq/qoq/gög+ar/ər/k/en hissələri göz qabağındadır. 4. Tomiris -
Midiyanın əfsanəvi hökmdarı. Mifoloji və leksik semantik
təhlil göstərir ki, Dumuzi/Tommuz (Şumer dastanındakı tanrı
adı), Domrul («Dədə Qorqud» qəhrəmanlarından) və Tomiris
eyni söz-kökdəndir. Dumuzi/Tommuz və Domrul sözlərindəki
birinci ünsür - dum/tom//dom «törəmə», «doğuş», «nəsil»
mənaları verən qədim dum/dam sözündəndir. Müasir türk
dillərindəki doğ/toğ/tu/tum
*
söz variantlarında həmin məna
qalır və görünür
3
. Təsadüfi deyil ki, başqa oğuznamalərdə
Domrulun adı Toğrul/Doğrul ( toğ/doğ+rul), atası isə
1
Алиев К. Албаны-кочевники и басилев Зобер // ИАН Азерб. ССР (сер.
общ. наук), 1962, № 8, с, 23-28.
2
Б а х: Азеrбайъан Tаrищинде Тцрк Албанийа, с. 6.
1
Сейидов М. Заметки о гунской мифологии // Советская тюркология,
1970, № 2, с. 107-116.
2
Азербайъан Tарищинде Тцрк А1банйа, с. 18.
*
Тумуръуг сюзц дя бу кюкдяндир.
3
Аъалов А. Дяли Домрул бойунун кюкляри вя мифоложи символикасы.
Азярбайъан филолоэийасы мясяляляри. Бакы: Елм, 1983 , с. 222-223.
4
Толстова Л.С. Несколько слов об ониме Томирис // Этническая оно-
мастика, М., 1984, с. 167-168.
3
58
Toquş/Doquş ( toq/ğ/doq/-uş) kimi gedir. Maraqlıdır ki,
Tomiris yaranma, artma, məhsul ilahəsi kimi mifoloji kökdə
şərh olunur
4
. Mifoloji və leksik semantika ilə şərtlənən
Dumuzi-Domrul-Tomiris/Tomris
modelinin
morfoloji
məntiqi diktə edir ki, əslində birinci adın da hər iki hissəsi
örtülü hecadan ibarətdir - təsadüfi deyil
ki, adın Tammuz variantı
da var
5
. Həm də analoq hecalar göstərir ki, örtən samit r
olmalıdır. Bu da məlumdur ki, sonorlar və xüsusilə r saitlər kimi
düşməyə
həssasdır
(Tommuz
variantında ,
yəqin
ki,
assimilyasiyanın nəticəsidir). Beləliklə, ikinci hissələr bu sistemdə
olur: ruz-rul-ris/ruz. Sistemin ikinci hissəsində səs keçidi iki cür
ola bilər: z-r-l (ruz-rur-rul), ya da z-r (ruz-rur) və dissimilyasiya
(rur-rul). Bilavasitə türk-Azərbaycan mənşəli, milli folklor köklü
Tomris və Domrul obrazlarından əslində birincisi daha qədim
olmalıdır. Bunu, həm fonetik təhlil (kar samitin qədimliyi -t-d; və
s/z-r-l xəttində birincinin ilkinliyi), həm də ictimai-sosioloji
məzmun təsdiqləyir - Tomris matriarx; Domrul patriarx
dövrünün mifik semantikasına düşür (hətta hər iki baxımdan -
fonetik qanun və mifoloji məntiq baxımından Tomris Dumuzi
obrazından da qədimdir). 5. Asparoğ/İşparoq - II əsrdə sarmat
sərkərdəsinin adı, etnik mənşəyinə görə skif sayılır
1
. N.A.Baska-
kova görə, söz bu hissələrdən ibarətdir: eş/es (dost, yoldaş)+börü
(canavar)
2
və yəqin ki +oq. Məsələnin başqa tərəfi qədim
qaynaqlardakı sözlərin fonetik, morfoloji və semantik cəhətdən
Azərbaycan dilinin yazılı dövrdəki tarixinə uyğunluğudur.
Azərbaycan ərazisi ilə, Atropaten və Albaniya ilə bilavasitə bağlı
olan hun, xəzər, bulqar, sabir tayfalarına və dövlətlərinə məxsus
antroponimlərdə bunu aydın görmək olar. Bir neçə nümunə:
Buyuk – xəzər xaqanı, Azərbaycan dilində: böyük; İlduqan-
xəzərlərdə xüsusi isim. Azərbaycanda el (ərəb əlifbası ilə tarixən
yazılışı: il) +doğan – bu gün dilimizin şimal dialektlərində
4
5
Йеня орада, с. 167.
1
Баскаков Н.А. Имена собственные гуннов, булгар, хазаров, сабиров и
аваров в исторических источниках // Советская тюркология, 1985, № 4,
с.30.
2
Йеня орада.
2
59
böyük>büyük, doğan>duğan tələffüzü əsasdır; Denqizik -
Attilanın kiçik qardaşı, hun adı-dəniz (tarixən; dən-qiz + ik
(kiçilmə şəkilçisi); İliqer - bulqar və sabirlərdə xüsusi isim - ilk
(İsbul - bulqar xanı - is/sil (dost, yoldaş)+bul (ol). İndi
Çəbrayıl rayonunda İsabul kişi adı var. Şübhəsiz ki, sonralar is
sözü arxaikləşdiyindən onu İsa adına çevirmişlər (eynən bu
şəkildə xəzər tayfa adı abas/avas kişi adı kimi sonralar Abbasla
eyniləşdirilmişdir, haydbuki Abas və Abbas etnik mənşəyinə görə
müxtəlif adlardır); Konulsiz - bulqar və sabirlərdə kişi adı –
könül+süz; Orqan - bulqar xanı - or (Çiçək
- xəzər xaqanının qızı (VIII əsr)
*
. Söz XI-XII əsrlər fars şerində
eynən işlənir: Qolruye-torkiyyo, mən əgər tork nistəm, Danəm
həmin qədr ke, be torkist qol-çiçək (Suzani). Yaxud «Alban
tarixi»ndəki Avçı və Qazan adları.
Bu sözlər morfoloji təşəkkülü ilə də diqqəti çəkir: böyü (fe‘l)
+k =sifət; könül (isim)+süz–sifət; doğ (fe‘l) + an= feli sifət, av
(isim)+çı = isim.
Tarixi qaynaqlar əsasında bu deyilənlər hələ e. ə.
Azərbaycan ərazisində türk etnoslarının yaşadığını göstərir.
Dil faktları isə təsdiqləyir ki, artıq eramızın I minilliyinin
ortalarından Azərbaycan dilinin əsas lüğət fondu və
morfologiyası müəyyənlənmiş haldadır.
Tarixi mənbələr bu ərazilərdə siyasi birliklərin, etnik
birləşmələrin, tayfa konsolidasiyalarının hələ e. ə. III
minillikdə getdiyini
1
, e, ə. I minilliyin əvvəllərindən isə daha iri
əhali birliklərinin yarandığını xəbər verir: «Eramızdan əvvəl
*
Антропоимлярин фонетик вя семантик шярщиндя Н.А.Баскакова ясасла-
нырыг. Бах: Эюстярилян ясяри, с. 29-35. Мараглыдыр: Чичяк ады мянбядя
Тsитсяк фонетикасы иля эедир ки, щямин фонетика бу эцн Нахчыван диалектиндя
вя Ъябрайыл районунун Сирик кянд шивясиндя сахланыр.
1
Юсифов Ю. Эюстярилян ясяри, с. 30.
2
Азярбайъан тарихи. Бакы: Азяртядрисняшр, 1960, с. 9.
3
Ямпольский З.И. 0б этногенетической непрерывности на почве Азер-
байджана. Вопросы истории кавказской Албании, Баку,1962, с. 32-41.
4
Ямпольский З.И. К вопросу об одноименности древнейшего населения
Атропатены и Албании // Труды Института Истории и философии АН
Aзерб. ССР, 1954, т. IV, с. 100-108.
60
VII əsrin 70-ci illərindən Mannanın qonşuları olan Midiya
tayfaları birləşir və Midiya dövləti əmələ gəlir»
2
.
Z.Yampolski aşkar edir ki, 2500 illik tarixdə - e. ə. II
minilliyin ortalarından eramızın I minilliyinin sonlarına qədər
Azərbaycan ərazisində fasiləsiz etnogenetik proses getmişdir
3
.
Müəyyənləşdirir ki, həmin müddətdə burada ümumən eyni
etnoslar yaşamışdır
4
. Müəllif bunu da təsdiqləyir ki,
Atropaten və Albaniyanın etnik sakinləri həmişə təxminən
eyni olmuşlar. Məhz etnik tərkibinin uyğunluğuna görə
tarixən Atropaten və Albaniya bir-biri ilə həmişə təmasda
olmuş və bütövlükdə Azərbaycan dövlətini təşkil etmişdir:
«...Atropaten və Albaniyanın əhalisi qismən eyniadlı olmuş və
yəqin ki, bu vahid adlılıqda keçmiş dil eyniliyinin izləri
qorunmuşdur»
5
. Bu da yəqinləşdirilir ki, uzun tarixi əhatə
edən həmin prosesdə etnik
çoxluq əsas olmuşdur, gəlmələr
kəmiyyətcə yerliləri üstələyə bilməmişlər
6
. Deməli, nəzərə
alanda ki, e.ə. XIV əsrdə Urmiya ətrafında, sonralar isə Şimali
Qafqazda və Albaniyada türkelər//turuxlar//turukku1ar adı ilə
türklər yaşamışlar, yaxud Atropatendə kedar dilinin,
varlığından danışılırsa və albanların ketarlardan törəndiyi
söylənirsə
1
, k-x, t//d-z
türk səs uyğunluğu ilə kedarın/ketarın
xəzər olduğu bilinirsə (onu da yadımıza salaq ki, Rza Nur
Atropatenə Xəzəristan deyirdi), aydınlaşır ki, Midiya-
Atropaten və Albaniyada qədimdən türklər məskundurlar.
Təbii ki, e. ə. və sonra fasiləsiz olaraq buraya gələn türk
axınları yerli türklərin kəmiyyətini başqa sistemli etnoslarla
müqayisədə əsrdən-əsrə (hətta onilliklərlə) daima artırmışdır.
Həmişə yadellilərin fasiləsiz yürüşləri daxildə müxtəlif
tayfaları yaxınlaşmağa, birləşməyə məcbur edir. Təbii ki, belə
birləşmə və həmrəyləşmə zamanlarında qohumdilli tayfalar
daha da monolitləşir: «Müvəqqəti ehtiyaclar zamanı tayfalar
2
3
4
5
Йеня орада, с.107.
6
Ямпольский З.И. Об этнической непрерывности..., с. 33.
1
Ямпольский З.И. К вопросу об одноименности..., с.106.
2
Энгельс Ф. Происхождение семьи, частной собственности и госу-
дарства. ОГИГ, Гослитиздат, 1969, с.69.
61
arasında ittifaqlar bağlanır və bu ehtiyacın aradan qalxması
ilə onlar yenə parçalanırlar. Bəzi yerlərdə isə əzəldən qohum
olub sonradan ayrılmış tayfalar uzunmüddətli ittifaqlarda
birləşir və bununla da millətin yaranmasına doğru ilk addım
atırlar»
2
. Tədqiqatlar göstərir ki, ümumiyyətlə, Qafqazda xalq
birliklərinin yaranması e.ə. II əsrə düşür. Bu dövrdə xalq
birliyi üçün Azərbaycanda xüsusi tarixi şərait var idi.
E.ə. Azərbaycanın qohumdilli Parfiya tərəfindən işğalı bu
işi daha da asanlaşdırır: həm cənubdakı, həm şimaldakı
türklər bir hakimiyyətdə birləşirlər. Bu həm də özünəməxsus
şəkildə mərkəzləşmiş dövlət yaradır. Midiya-Atropaten və
Albaniya-Arran Parfiya işığında, bir dövlət idarəsində
yaşayır
*
. Bu zaman Azərbaycan xalqının etnik təşəkkülü
prosesi gedir. Çoxdan başlamış etnik təkamül sürətlənir.
Əlbəttə, Midiya və Albaniya böyük dövlətlər olaraq
çoxetnoslu (indiki təbirlə: çoxmillətli) institutlar olmuşlar. Və
təbii ki, türk-azərbaycanlıların antropoloji-etnik təkamülündə
müxtəlif irqi-etnik qruplar iştirak etmişlər. Ancaq bu faktor
epizodikdir. Azərbaycan xalqının etnik formalaşması Midiya
və Albaniya türklərinin qaynayıb-qarışması ilə olur və bu
qaynayıb-qarışma tarixin dərinliyindən gəlir. Deyildiyi kimi,
qədim Midiya və Albaniya ərazilərində ən qədim dövrlərdən
yaşayan və əslində yerli sayılan türk etnosları olmuşdur.
Göründüyü kimi, sonralar müxtəlif dövrlərdə gələn, işğalçı
münasibəti ilə davranaraq, ya yerli qohum etnoslara qarışıb
qalan, ya da çıxıb gedən türklər olmuşlar. Hər iki halda
Azərbaycan (Midiya) və Albaniya ərazisinə gələn türklər
burada ictimai-siyasi şəraitin formalaşmasında da həlledici rol
oynamışlar. Azərbaycan xalqının təşəkkülündə başqa türk
qövmləri ilə müqayisədə oğuz və qıpçaq tayfaları üstünlük
təşkil etmişlər. Türklərin antropo-fizioloji quruluşunda ikilik
olmuşdur: 1) Avropeid çeşidi – bunlar ağ hunlar (eftalitlər)
*
Вахтиля мяркязляшмиш рус дювляти беля йаранмышды: Русийаны ишьал едян
монголлар бцтцн рус кнйазларыны, тяърид олунмуш рус торпагларыны юз
щакимиййятляри алтында бирляшдириб, эцълц, ващид бир дювлят йаратдылар. Бах:
В.Бартольд. Сочинения.
В м., М., с.196.
62
kimi tanınırlar. Azərbaycanın genezisində bunlar oğuzlar adı
ilə iştirak edirlər – qonur və yaşıl gözlü insanlar olublar.
Oğuzlar Albaniyada daha çox olmuşlar. Antik müəlliflər
alban oğuzlarını belə təqdim edirlər: «…albanların saçları
açıq rəngli, gözləri də qonur idi»
1
. Bu əlamətlər oğuzların
«Dədə Qorqud kitab»ındakı təsvirinə uyğundur: «Altmış
erkəc dərisindən kürk eləsə, topuqlarını örtməyən, altı öyəc
dərisindən külah etsə, qulaqlarını örtməyən Aruz qoca»;
«Görürmisən, ay oğul, nələr oldı? … Babanı tutdılar. Ağ
əllərini ardına bağladılar. Ağ sicim ağ boynına taxdılar» və ya:
«Ağca üzli oğlına ağ qoyın şülən verdi. Ala gözlü oğlına al
duvaxlı gəlin aldı». Oğuzların cüssəli boyunu bildirmək üçün
xalq arasında ağır, nəhəng bir şey üçün «Oğuz ölüsünə
bənzər» ifadəsi var. Yaxud iri qəbir haqqında «Oğuz qəbrinə
oxşayır» deyərlər. 2) Monqoloid çeşidli – qıpçaqlar bu
qəbildəndir. Azərbaycanın cənub hissəsində Naxçıvan
bölgəsində bu antropoloji təzahürə daha çox rast gəlmək olur.
«Dədə Qorqud» kitabında, həmin antropoloji çeşidi də
görürük: «Bu halları gördükdə Qazanın qara qıyma gözləri
qan-yaş doldı». Müasir azərbaycanlıların antropoloji
təhlilində mütəxəssislər həmin iki etnogenetik əlaməti
müşahidə edirlər
1
.
Etnik təkamüllə eyni vaxtda dil təşəkkülü də başlayır.
Türk tayfaları birləşdikcə ölkədə başqa etnosların da varlığı
ümumi ünsiyyət vasitəsi kimi xidmət edən dilə ehtiyac
yaradır. Azərbaycanda çoxlu tayfa dillərinin varlığı ölkədə
ümumi vəhdətə mane olurdu. Həm də Azərbaycanın Şimalla
Cənub, Şərqlə Qərb arasında ticarət yollarının üstündə
olması da öz sözünü deyir: İqtisadi-mədəni əlaqələrin inkişafı
da, Azərbaycanın ticarət yöndəmi də bu ərazidə ümumi ün-
siyyət dili tələb edirdi. Yadellilərə qarşı mübarizənin təkanı ilə
ölkədə formalaşan xalq birliyi faktı da ümumi ünsiyyət
vasitəsinə ehtiyac duyulduğunu ortaya qoyurdu. Çünki ordu
1
Азярбайъан тарихи. Азяртядрисняшр, Бакы, 1960, с.12.
1
Касимова М.. Антропологические исследования современного населе-
ния Азербайджанской ССР. Баку, 1975, с.52.
63
daxilində müxtəlif etnoslardan olan əsgərlər də, əsgərlərlə
komandirlər də bir-birlərini başa düşməli idilər. Parfların
türklüyünün nəticəsində əvvəlki eranın son iki əsri ilə yeni
eranın ilk iki əsrində Azərbaycanda – Atropaten və
Albaniyada Azərbaycan türk xalqı və onun türk xalq dili
mütləq müəyyənləşir. Belə ictimai-mədəni, tarixi-siyasi
şəraitdə türk dili ümumi ünsiyyət vasitəsi kimi irəli çıxır.
Hansı tarixi amillər belə bir missiyanı başqa dillərə yox, məhz
türk cəmiyyətinin dilinə həvalə edir.
Birinci: Türkdilli tayfalar ölkədə əksəriyyət təşkil edirdi.
Kəmiyyətcə ən һəcmli etnoslar bunlar idi. İkinci: Orta
əsrlərdə ardı-arası kəsilmədən bu əraziyə türkdilli dövlət-
tayfalar gəlir, yerli dövlətlə müһaribələr aparır, bir çox
һallarda qələbə çalır ki, bu, ölkədə türkdilli tayfaların həm
siyasi, həm də mədəni mövqeyini fəallaşdırır. Üçüncü:
Aqlütinativ qrammatik quruluşa malik olan türk dili asan
öyrənilir.
Bu üç faktor bir sıra xırda tayfaların
assimilyasiyasını da mümkün edir. Təbii ki, sonralar islam
dininin qəbul olunması -
din vaһidliyinin yaranması bu
ümumi ünsiyyət dilinin daha da möhkəmlənməsinə kömək
etmiş və milli dilin formalaşması üçün bir stimul olmuşdur.
Din birliyi ümumi dil ünsiyyətini də zəruriləşdirir. Onu da
deyək ki, sonrakı orta əsrlərdə Atropaten (Qədim Midiya) və
Albaniyanın Azərbaycan adı ilə birləşməsində də əsas
faktorlardan biri һər iki ölkədə əsas aparıcı xalqların türk
olması və türk dilində danışması olmuşdur.
Azərbaycan millətinin antropoloji tədqiqi oğuz-qıpçaq
(qıpçaq-oğuz yox, məhz oğuz-qıpçaq) etnogenezisinə apardığı
kimi, dili də fonetika, leksika və qrammatikası ilə oğuz-qıpçaq
(qıpçaq-oğuz yox, məhz oğuz-qıpçaq) dil xüsusiyyətlərinə
bağlanır. M.Kaşğari oğuz və qıpçaq dillərini təxminən eyni
xüsusiyyətlər ilə təqdim edir. Məsələn: söz başında y samitinin
düşməsi -ilığc-cüncüb—bən
; damaq
aһənginin pozulması - bardum
əvəzinə -ası işlən-
məsi - barası yer
söz ortasında samit düşməsi -
çümük<çümçük (ala qarğa),
tamak(damağ); -qan
əvəzinə - an
feli sifəti -baran keçmiş zamanda du(m)
64
əvəzinə -da(m)
işlənməsi: bardam, -dıq feil
formalarının işlənməsi və s. Bir neçə fərqli cəһət də göstərilir:
oğuzda -ğaçı
şəkilçisi; sözün əvvəlində və sonunda kar t
əvəzinə cingiltili d: dəvəy
(deşik); söz sonunda
qoşa dodaq w
səsinin əvəzinə diş-dodaq v səsinin işlənməsi
ev
və s. Ümumiyyətlə, bir-iki istisna һalı
çıxmaqla (istisna isə һər yerdə mümkündür) oğuz və qıpçaq dil
xüsusiyyətləri bir-birinin üstünə düşür. Bir cəһət də var ki, bu
dillərdə eyni zamanda bir neçə muxtəlif һadisə paralel
fəaliyyət göstərir. Məsələn, qıpçaq dilində: һəm aziq
, һəm də
adaq (ayaq);
oquz və qıpçaqda: һəm ayaq, һəm də adığ (ayı);
һəm y samitinin düşməsi -ılığ
, һəm də y səsinin c-ya keçməsi -
cincü
və s. Digər tərəfdən də, Azərbaycan dilinin qədim yazılı
abidələrində elə һadisələrə rast gəlirik ki, bunlar oğuz-
qıpçaqda (uyğunluğunu nəzərə alaraq, oğuz və qıpçaq dilləri
yox, məһz oğuz-qıpçaq dili
işlətməyi münasib bilirik) yox,
başqa tayfalarda müşaһidə olunur: ayaq
(arqu dilində), mən
(suvar dilində) və s.
1
Deyək ki, oğuz dili üçün söz başında y
işlənməsi səciyyəvi deyil, һalbuki ədəbi dilimizin qədim
dövrləri üçün yüz (üz), yıl (il), yikirmi (iyirmi)
forması daһa
səciyyəvidir.
Bu faktlardan һansı nəticələr çıxır. Birinci: M.Kaşğarinin
tayfa dilləri kimi təqdim etdiyi dillər xalis tayfa dilləri deyildir.
Bir tayfa adına verilən xüsusiyyətlər içərisində bir neçə tayfa
dili, elementləri vardır; çoxvariantlılıq, qarışıqlıq xalq dilinin
əlamətləridir. Deməli, M.Kaşğarinin təsvir etdiyi dövrdə
müəyyənləşmiş türkmənşəli xalq dilləri fəaliyyət göstərmişdir.
Güman ki, o vaxt M.Kaşğarinin ən doğru, ən yaxşı türkcə
һesab etdiyi yağma və toxsi dilləri
1
tayfa dilləridir.
1
Кошгарий М. Девону лüğоти тüрк. 1 с.Тошкент, 1960, с.66-69 – уйьун вя
фяргли ъящятляри бу мянбя иля мцгайися един: Тенишев Э.Р. Тюркская
историческая диалектология и Махмуд Кашгарский // Советская тюрко-
логия; Баку, 1973, № 6, с.57-61.
1
Кошгарий М. Девону лцьоти тцрк. I с. Тошкент, 1960, s.66.
2
Баскаков Н.Н. Тюркские языки. М., 1960, с.106.
3
Баскаков Н.Н. Тюркские языки. М., 1960, с.31.
4
Баскаков Н.Н. Тюркские языки. М., 1960, с.109.
65
İkinci: Azərbaycan dilində ancaq oğuz-qıpçaq dil xüsu-
siyyətləri görmək düzgün deyildir. Əgər oğuz dili, dediyimiz
kimi, o zaman xalq dili һüququnda bir neçə tayfa dilini əһatə
edirsə, onda təbii ki, Azərbaycan dili oğuz dili səviyyəsində bir
neçə dili əһatə etmişdir. Burada xəzər, suvar, emek, arqu,
yağma, uyqur və s. xalq-tayfa dillərinin xüsusiyyətləri də
cəmləşir. Həm də bu dillərin səsi Azərbaycan xalq dilinin
dərinliyindən gəlir. Məsələn, bulqar dili (və dilləri) üçün
səciyyəvi olan samsa
2
(burun) sözünün izi indi də xalq dilində
işlənən sümsünmək,
sümsük, sımsıq/sımsırıq (metateza
olunmuş şəkli: mısmırıq
) sözlərində qalır. Çuvaş dilində (bu
dilin əsasını suvarların dili təşkil edir. Suvarlar Azərbaycan
ərazisində yaşamışlar) iz, ləpir
mənasında işlənən yer sözü
3
һəmin mənada yer eləmək
(təsir eləmək - yəni iz buraxmaq)
idiomunda qalır. Bu gün də, tarixən də ədəbi forma kimi fəal
olan - mış
feli sifət şəkilçisi bulqar dilinin xüsusiyyətidir
4
və o,
oğuz elementi olan -an
şəkilçisi ilə bərabər işlənmişdir.
Ancaq fakt faktlığında qalır ki, ədəbi dilimizin ilk abidəsi
olan «Dədə Qorqud kitabı»nın dilində oğuz xüsusiyyətləri
qabarıq nəzərə çarpır. Bunu belə izaһ etmək münasibdir ki,
һəmin dövrdə (X-XI əsrlər) yeni gələn səlcuqların fətһi ilə
əlaqədar oğuz-səlcuqların siyasi mövqeyinin üstünlüyü
nəticəsində oğuz dili ədəbi normanın müəyyənləşməsində əsas
götürülmüşdür. Tədricən ədəbi dil norması xalq danışıq dilinə
söykəndikcə, standart ənənələrdən uzaqlaşdıqca bir sıra oğuz-
qıpçaq elementləri arxaikləşir. Məsələn, xalq dilindəki mən
variaitı bən-i, tutmaq dutmaq-ı
əvəz edir. Görünür, xalq
dilindən almaq analogiyası üzrə cingiltili səsin karı əvəz etməsi
prosesi də gedir: taş əvəzinə daş,
turmaq əvəzinə durmaq və s.
Deməli, Azərbaycan dilinin əsasında oğuz-qıpçaq dilinin
durmasını belə başa düşmək lazımdır ki, Azərbaycan xalq dili
təşəkkül tapana qədər bu dil başqa türk tayfa dilləri ilə
qaynayıb-qarışma prosesi keçirmişdir.
M.Kaşğari oğuzcanı «asan dil» deyə qələmə verir
1
. Bu o
deməkdir ki, oğuz dili cilalanmış, zəngin dil olub, başqa türk
tayfalarının konsolidasiyası nəticəsində təşəkkül tapmış xalq
1
66
dili olaraq, onda qohum etnoslardan leksik mənimsəmələr
işləndiyindən hər tayfa onu asan anlayırmış. Görkəmli şərq-
şünas V.Bartoldun fikrincə, oğuzlar ən qədim türk
etnoslarındandır, hətta başqa türk tayfalarının yaranmasında
da oğuz ulu başlanğıc olmuşdur
2
. Deməli, o, qədim ənənələrə
malik olub və hesab etmək olar ki, «Dədə Qorqud kitabı»nın
bəzi boyları həmin dövrün məhsuludur. Dünyada ilk yazılı
nümunələri olan şumerlərin dilində türkizmlərin işlənməsi də
bu fikrin tərəfindədir. Müasir dünya dilləri arasında türkcə
yeganə dildir ki, beş min beş yüz il bundan əvvələ aid
şumerсənin içində dil nümunələri var. Osman N.Tunanın sözü
dilin inkişaf məntiqinə tamam uyğundur ki, bu rəqəmi daha
bir o qədər də tarixin dərinliyinə aparmaq olar, yəni 9-10 min
il bundan əvvələ gedir.
3
Tarixçilər bu ağır, mürəkkəb prosesi öz məntiqi
məcrasından çıxarır və son dərəcə sadə şəkildə təqdim edirlər:
«Mənbələr Azərbaycanın şimalında və cənubunda yaşayan
əһalinin müxtəlif dillərdə danışmalarını və bütün ölkə üçün
ümumi danışıq dilinin olmamasını təsdiq edirlər. Türk dilində
danışan tayfaların kütləvi һücumlarından, xüsusən XI-XII
əsrlərdən sonra başqa bir vəziyyət yarandı. Bu vaxt türk dili
yerli dilləri əsaslı surətdə sıxışdırırdı O, Azərbaycanda geniş
surətdə yayılmışdı və yerli dillərlə yanaşı işlənirdi. Səlcuqilərin
və eldəgizlərin (eldənizlərin – T. H.) һakimiyyəti dövründə türk
dilinin geniş yayılmasına baxmayaraq, azəri dili һələ də
istifadədə qalmaqda idi. XIII əsrdə türk dilində danışan
köçəri tayfaların buraya gələn güclü dalğası azəri, aran və
başqa dillərin sıxışdırılması və
Azərbaycan dilinin tamamilə
qələbə çalması üçün şərait yaratdı»
1
. Buradakı fikirlər
özlüyündə siyasi məqsəd daşıyır. Elmi və tarixi baxımlardan
1
Кошгарий М. 1 с., с. 66.
2
Бартольд В.В. Сочинения. ЫЫ т., Ы ч.- М., 1963, с.548-557.
3
Осман Нядим Туна. Сцмер ве Тцрк диллеринин тарищи илэиси иле Тцрк дилинин
йашы меселеси. Анкара, 1990, с. 49.
1
Азəрбайъан тарихи. Бакы, 1961, Ы ъ., с.188.
67
özünü
doğrultmayan
bu
fikirlər
sxematik
tərzdə
əlaqələndirilir.
1. Mənbələrə əsaslanırlar: müxtəlif dildə danışan tayfalar
var, ancaq bu tayfaların müəyyən qisimlərinin qoһum olması
və çoxluq təşkil edənlərin dilinin ümumi ünsiyyət imkanı
verməsini һeç bir mənbə inkar etmir. Və burada һansı məntiq
var ki, bir-birini başa düşməyən onlarla etnik qrupları,
tayfaları, xalqları dövlət institutu sayılan bir təşkilatda
birləşdirmək, yaşatmaq mümkün olsun. 2. Gələnlər türklər
deyil, türk dilində danışan tayfalardır, deməli, hələ bura gəl-
məzdən əvvəl hardasa assimilyasiya olunublar. 3. «Bu vaxt»,
yəni XI-XII əsrlərdən sonra türk dili yerli dilləri əsaslı surətdə
sıxışdırır; istər əsaslı,
istər əsassız sıxışdırılmaqla dil
assimilyasiya olunmaz – maşallah bu məntiqə: XI-XII əsrdən
sıxışdırılma başlandı, XIII əsrdə məhsul verdi, yeni dil
yarandı. 4. Bir dövlətin müharibə yolu ilə o biri dövlətin
ərazisinə daxil olması, səlcuqilərin Azərbaycanı işğal etməsi
köçəri tayfaların ekspansiyası kimi qiymətləndirilir - bu,
türklərə, necə olur-olsun, köçəri deməyin xatirinə yaradılan
quraşdırma məntiqdir –
:
səlcuqilər Azərbaycana tayfa kimi
yox, dövlət faktı kimi, ordu-qoşun kimi gəliblər. Bu, ayrı
şeydir ki, gələn dövlət ordusunun əsgərləri qohumdilli
olduğundan yerli camaatla tez qaynayıb-qarışır, qalıb
evlənənlər, ailə quranlar, buranı ömürlük yaşayış yeri seçənlər
olur. 5. Aran dilinin səlcuqilərdən sonra türkləşməsindən
söhbət gedir. Halbuki eranın ilk illərinə aid tarixindən danışan
mütəxəssislər (Zəki Vəlidi, Mirzə Bala, M.Seyidov, böyük
aranşünas S.Aşurbəyli) Aran dövlətinin türkdilliliyini
təsdiqləyirlər. 6. Deyirlər, XIII əsrdən gələn, türk dilində
danışan köçəri tayfalar yerli dilləri sıxışdırıb Azərbaycan
dilinin qələbəsi üçün şərait yaradır. Deməli, qalib gəlmək hələ
yoxdur, hələ qalib gəlmək üçün şərait hazırlanır. Bəs onda
XIII əsrin əvvəllərində yaşamış İzzəddin Həsənoğlu bizə
Azərbaycan türkcəsində çatan əsərlərini hansı dildə yazıb? O
biri tərəfdən, məgər tarixçilər bilmirlər ki, səlcuqilərin gəlişi
(XI-XII əsr) türk gəlişi idi, ancaq XIII əsrin əvvəllərindən
Azərbaycanı monqollar işğal ediblər? Əvvələn, monqol işğalı
68
dövründə niyə yerli dilləri türk dili assimilyasiya edir? İkincisi,
əgər assimilyasiya belə asan işdirsə, onda monqollar niyə yerli
dilləri monqolcaya yox, türkcəyə assimilyasiya ediblər?
Halbuki Azərbaycan dövlət idarələri dairəsində, sarayda və
orduda monqol dili işlənməyə başlamışdır. Təsadüfi deyil ki,
İbn Mühənna lüğətində fars və Azərbaycan dilləri ilə yanaşı,
fəsillərdən biri monqol dilinə həsr olunmuşdur
1
. Yaxud
sıxışdırma ilə assimiliyasiya baş verirsə, Rusiyada 300 il
hökmranlıq sürən monqollar niyə rus dilini assimilyasiya
etməyiblər. Deməli, kollektivin bütün üzvləri arasında eyni
dərəcədə ünsiyyət vasitəsi olan xalq dili ilə yalnız müəyyən
dairədə, dövlət yazı-pozusunda, saray və orduda qrup
üzvlərinin ünsiyyətində işlənən dövlət dilini eyniləşdirmək
olmaz. Aydın məsələdir ki, yerli xalqın ünsiyyətini qruplar,
dəstələr halında gələnlərin dili zəbt edə bilməz. Tarixçilərin
göstərdiyi oğuz, qıpçaq, sonra səlcuqi (bu da oğuzdur)
dəstələrinin gəldiyi X-XII əsrlərdə Azərbaycanda fars və ərəb
dilləri dövlət dilləri idi, bu dövlət dilləri necə imkan verərdi ki,
gəlmələr yerlilərin dillərini assimilyasiya etsin. Bunu nə dilin
təkamül qanunu qəbul edir, nə də siyasi tarixin məntiqi.
Assimilyasiyanı dəyirmanda dən üyütmək kimi təsəvvür etmək
olmaz. Hətta burada zaman uzunluğu da ölçü deyil.
Azərbaycanda min illərlə bir kənd çərçivəsində yaşayan
müxtəlif sistemli dilləri yadımıza salaq. Assimilyasiya ancaq
ikidillilik şəraitində mümkündür - ancaq ikidilli etnos
assimilyasiyaya uğraya bilər, o da həmişə yox. Məsələn, bizim
eranın V əsrindən Şimali Azərbaycana (Albaniyaya) köçürülüb,
indi tatlar adı ilə tanınan irandilli qövmlər hələ də ikidillidir. Bəzi
mütəxəssislərin fikrinə görə, həmin əhali Albaniyaya
köçürüləndə də ikidilli olmuş
1
, məhz ikidilli olduğu üçün sasani
1
Мелиоранский П. М. Араб-филолог о турецком языке. СПб, 1900.
1
Юсифов Ю. Об актуальных проблемах зтнической истории Азер-
байджана. Азярбайъан тарихи цзря гайнагларын юйрянилмя проблемляри, Бакы, 1988 с.
38. Щямдулла Гязвиnинин мялуматына ясасян Й.Йусифов эюстярир ки, Мараьада
Азярбайъан мяншялиляр щям дя пящлявиъя данышырдылар (вя gюрцнцр, бу, башга
реэионларда да олмушдур). Мцяллифин буну Азярбайъан-фарс икидиллийи кими
гиймятляндирмяси елми сяслянmир. Онун фикринъя, Сасани щюкмдарларынын
69
idarəsinin xidmətinə göndərilmişdir. Qədim ikidilliliyin
əlamətləri kimi indiki tat dilində arxaik leksik türkizmlərin,
Azərbaycan dilinə məxsus xeyli qrammatik və sözdüzəldici
şəkilçilərin, qədim fonetik hadisələrin işlənməsini göstərmək
olar
2
. Beləliklə, min altı yüz ildir ki, tat dili öz ikidilliliyini
saxlayır (təbii ki, V əsrə qədər bu ikidilliliyin xeyli yaşı varmış),
yaşayır və gələcəkdə də assimilyasiyası gözlənilmir. Başqa bir
fakt. Tarixçilər deyirlər ki, udilər (tarixən utilər) türkdilli
olmuşlar
3
. Hesab etmək olar ki, udilər, ya onların müəyyən
qismi ayrı-ayrı regionlarda ikidilli olmuşdur. Müasir udi dili
Azərbaycan dili şəkilçiləri ilə və qədim arxaik leksikası ilə
zəngindir
4
. Və yəqin ki, görkəmli udişünas V.Qukasyan
albanların türkcə bildiklərini deyəndə
1
, birinci növbədə, udiləri
nəzərdə tutmuş və məhz udi dilinin məzmunundan çıxış etmişdir
*
.
Görünür, indiki udilər həmin ikidilli udilərin o qismidir ki,
müsəlmanlığı qəbul etmədiyi üçün azərbaycanlılardan təcrid
olunmuşdur. Tarixşünaslıqda belə bir fikir var ki, uzların (ərəb
mənbələrində Babəkə havadar çıxan utilər/udinlər belə
Албанийайа эюндярдийи татлар икидилли азярбайъанлылардыр. Бизъя, бу, кючцрцл-
мянин сийаси мязмунуна уйьун эялмир. Иран щюкмдары бу ъамааты йад
юлкяйя юзцня дайаг кими кючцрцр, демяли, она инанмалыдыр, буна эюря дя
щямин ящали юзцнцнкцлярдян олмалы иди. Беля вязиййятдя икидиллилик мянтиги
дягигдир. Анъаг онлар щюкмян икидилли фарслар сайылмалыдыр. Бурада мцяллифин
башга фикри иля də разылашмаг олмаз. О, Хятиб, Хагани, Низами кими
сяняткарлары да икидилли азярбайъанлыларын зийалы тябягясиндян чыхмыш билир.
Щалбуки, онларын дил билийи нясилля йох, тящсилля баьлы иди, бу, полиглотлугдур -
онлар ана дили вя фарсъа иля йанашы, яряб дилини дя эюзял билирдиляр.
2
Ахмедов Т. Лексическое взаимоотношение азербайджанского и
татского языков. Автореф. канд. дис. Баку, 1960, с. 8-9, 19-21 вя с.
3
Zеки Велиди. Азербайъан. İслам Aнсиклопедиси. 2-ъи ъ. Истанбул, 1970, с.97;
Ашурбейли С. Государство Ширваншахов. Баку, 1983, с.60-61.
4
Гукасян В. Взаимодействия азербайджанского и удинского языков:
Автореф. докт. дис. Баку, 1973; Йеня онун:
Удинъя-азярбайъанъа-русъа
лцьят. Бакы, 1974.
1
1
Гукасян В. Взаимодействия..., с. 4.
*
Бу башга мясялядир ки, мцяллиф бязи тарихчилярин консепсийасына эюря
албанларын тцркдилли олмамасы мювгейиндян чыхыш едир.
2
Zeki Velidi. Azərbaycan, s.97.
70
adlandırılır) Qafqaz dağlarında yerləşən bir qismi (məhz bir
qismi) yerli qövmlərlə qarışmışlar
2
. Bu türk-udilərin (daha
doğrusu, ikidilli türk-udilərin) Qafqaz dilləri sisteminə keçməsinin
real tarixi mənzərəsidir. Maraqlıdır ki, həmin mənbədə Aran və
Həştarsərədək (Həştarsər Babəkin vətənidir) uzların əsas
kütləsinin şərqdən gəlmə türk olmaması göstərilir, deməli,
Azərbaycanda yerli türk təsdiqlənir.
Bunu da nəzərə almalıyıq ki, Yaxın Şərq, Ön Asiya xalqları
və dilləri haqqındakı anlayışlarda şəxsiyyətə sitayişdən sonrakı
dövrdə xeyli dəyişiklik olub. Məsələn, türk tarixinin bilicisi, türk
etnosunun konseptual-nəzəri tədqiqatçısı L.N.Qumilyov göstərir
ki, parfiyalılar (türkmənlərin babası) türkdilli əhali olmuşdur.
Parfiyalıların - türkdilli qövmlərin İranda
*
500 il (e. ə. 250-e. s.
256) hakimiyyət başında olması Atropaten və Albaniyanın etnik
tərkibi haqqında da müəyyən xatircəmlik yaradır. Məsələn, tarixi
mənbələrdə deyilir ki, Parfiyanın «hökmdarlar hökmdarı» yerli
adamlardan Albaniyaya hakim təyin etdi, ümumiyyətlə, Albaniya
hakimləri parfiyalılarla qohum idilər
3
. Deməli, Albaniyada
müxtəlif etnoslar olub, ancaq parfiyalılar özlərinə qohum olan
camaatdan, yəni türklərin içərisindən hakim təyin edirmişlər.
Erməni
mənbələri
(Horenatsi)
göstərir
ki,
arsakilər/arşakilər sülaləsini başlayan Arsak parfiyalıdır
1
. Bu
türk sülaləsi V əsrin əvvəllərinə qədər hakimiyyətdə olur.
L.N.Qumilyov da təsdiqləyir ki, hətta məğlubiyyətdən sonra
parfiyalılardan üç nəsil hakimiyyətdə qalır - Karenlər
*
Гядим тарихля баьлы Иран дедикдя щямин ъоьрафийанын анъаг буэцнкц
инзибати ады нязярдя тутулур. Тарихян щямин ярази Аратtа, Манна, Мидийа,
Атропатен кими гядим Азярбайъан – тцрк дювлятляринин илкин вятяни
олмушдур. Беляликля, парфлар индики ъянуби вя шимали Азярбайъанда щаким
идиляр.
3
Ямпольский З.И. Об этногенетической непрерывности...,с. 35.
Иранда
беля бир мараглы факт да дейилир ки, парфiйалылар, цмумиййятля, Атропатеня
мцдахиля етмядиляр - бу о демякдир ки, Атропатенин ящалиси ясасян
парфiйалылара гощум ъамаатдан, тцрклярдян ибарят олмушдур.
1
Бах: Азеrбайъан Tарищинде Тцрк Албанийа, с.2.
2
Л.Н.Гумилйовун мялуматлары иля баьлы бах: «Елм» гязети, 1989, 20 май,
№20/176/.
71
Ermənistanda, Surenlər Xorasanda və Mehranilər indiki
Azərbaycan ərazisində
2
. Əgər türk parfiyalılar 8 əsrə yaxın
Azərbaycanda hakim səviyyədə yaşayırsa, bu torpaqda
türklər niyə köçəri tayfa kimi qələmə verilir? Z.Yampolski e.ə.
V əsrdə yaşamış Herodotun Azərbaycan ərazisində qeydə
aldığı türk tayfalarını yeni eranın I əsrindəki yunan
müəlliflərinin (Mela, Plini) təkrar etdiyini göstərir
3
. Bir
torpaqda altı yüz il yaşayan-əhaliyə köçəri demək olarmı (hələ
nəzərə alsaq ki, Herodot özündən 100-150 il qabağı da qələmə
alır, onda bu tarix 100-150 il artar). Yaxud bir daha
xatırlayaq ki, türk runik yazısının (Orxon-Yenisey əlifbasının)
ayrı-ayrı işarələri bizim eradan on min il əvvələ aid Qobustan
və Gəmiqaya rəsmləri arasında ideoqram kimi özünü göstərir.
Arxeoloqların aşkar etdiyi Parfiya pulunda türk
tayfasının damğası qazılmışdır. Həmin damğa Orxon
yazısında hərf kimi işlənmişdir
4
. Bu, parfların türklüyünü bir
daha təsdiqləyir (türk olmayan etnos niyə pulunun üstünə türk
damğası həkk etdirməlidir). Eləcə də Orxon hərfinin
Qobustanda türk damğası və ya ideoqramı kimi əks olunması
Azərbaycan torpağının hələ eradan səkkiz min il əvvəl türk
yurdu olmasını göstərir. Və beləliklə, Parfiya – Orxon –
Qobustan üçbucağı Nizami Gəncəvinin Makedoniyalı
İsgəndərin yürüşündən danışarkən dedikləri ilə üst-üstə düşür:
Zi kuhi-Xəzər ta be dəryayi-Çin
Həme tork, por tork binəm zəmin.
(Xəzər dağlarından Çin dəryasına
Türkdür, yer üzünü türk görürəm).
Əlbəttə, daha bundan o yana heç nə yoxdur ki, dünyanın
yazıda əks olunmuş və e.ə. 3500 (bu gündən 5500) il əvvələ
gedən şumer dilində türkcə sözlərə və qrammatik quruluş
uyğunluğuna rast gəlirik – şumerlərin məskun olduğu Mesa-
2
3
Ямпольский З.И. О тюрках V века до нашей эры // «Ученые записки»
АДУ (сер. яз. и лит.), №5, 6, с. 12
4
П.Мелиоранский.. Памятник в честь Кюл Тегина. С. Петербург, 1899,
с.47.
72
potamiya
Midiyanın
birbaşa
qonşusudur.
1976-da
«Azərbaycan ədəbi dili tarixi»ndə bu mövzuda yazdıqlarımı
eynən verirəm: «Şumer və türk dillərinin qrammatik quruluş
sahəsindəki yaxınlığından danışarkən qədim şumerin mütə-
xəssisləri (F.Xommal, D.Reder, B.Qroznı və b.) ən çox bu
dillərin aqlütinativ tipə malik olmasını əsas yaxınlıq nişanəsi
kimi götürürlər. Hətta bu ümumi məsələni biz bir-iki vintciklə
konkretləşdirə bilərik. Məsələn, türk dillərində, o cümlədən
Azərbaycan dilində yönlük hal şəkilçisi kimi işlənən –ra, -rə
eyni fonetik tərzdə və morfoloji mənada şumer dilində də
vardır
1
. Yaxud türk dillərində məkani-qrammatik halları
göstərən şəkilçilərin semantik cəhətdən bir-birini əvəz
etməsinin qrammatik kökləri şumer hal sistemində görünür
2
.
Yenə hal sistemində iki şəkilçinin üst-üstə gəlməsi (məsələn,
yönlük halda - qa + ru timsalında) şumer hallanmasında da
müşahidə olunur
3
. Şumer dilində sözün təkrarı qrammatik
morfoloji vəzifə daşıyır. Məsələn:
kur - dağ; kur-kur - dağlar.
Leksik və ya morfoloji əlamətin, hətta fonemin təkrar
olunması tarixən türk dillərində də qrammatik məna
vermişdir. Bu dillərdə leksik uyğunluqlara daha çox təsadüf
olunur. Bir neçə nümunə (əvvəl şumercə sözlər, sonra türkcə
uyğunluğu verilir). Mötərizədə İ.M.Dyakonovun şumer
sözlərinə rusca şərhini eynən saxlayırıq: uzuk (dlinnıy) -
uzun/uzaq; tuş/şuş (opustitsa, sest), -düş/tüş; ud (solntse,
oqon, den) - od; udun (oçaq) - odun; dinqir (boq, nebo) -
tanrı; tinqir/tiqir (nazvanie reki) - dəniz, tənqiz (çuvaşca:
tenqir - dəniz); ada (otets) - ata; ama (mat) - ana; tu (rodit) -
doğ; tir (jizn) - diri, dirilik; eran (voin) - ərən; sipa/d/ (pastux)
- çoban; ab (dver) – ev//əb; eş
(dom) - eşik (qapı); qu (qolos) -
qu, küy; qaş (ptitsa) - quş; yetqər (niz) - əgri, əyri; kur (qora) -
qur (ucalt); kir (zemlya) - kir (çirk, torpaq); deş (toçka) -
deşik; uş (tri) - üç; en (vısşiy) - ən (ədat) və s.
1
Дяконов И.М. Языки древней Передней Азии. М., 1967, с.56, 60, 69.
2
Йеня орада, с.55-56.
3
Йеня орада, с.60.
73
Bu misallarda şumercənin türkcə qarşılığında, bir qayda
olaraq, azərbaycanca variantı əsas götürmüşük. Nəzərə almaq
lazımdır ki, bu sözlər bəzən başqa türk dillərindəki tələffüzə
daha çox uyğun gəlir. Məsələn, tu (doğmaq) - müxtəlif türk
dillərində:
tuu, tuğu. Dinqir (allah) - müxtəlif türk dillərində
tenqir, teqri. Həmçinin bu misallarda türk dillərinə məxsus səs
qanunları müşahidə olunur: d-t (tuş-düş); ş-s-ç (şuba-sina-
çoban) və s. Hətta analogiya yolu ilə söz uyğunluqları daha
aydınlaşa bilər. Məsələn,
mis mənasında /t/ibira sözü verilir
1
.
Türk dillərindəki d-t, m-b, ə-i səs keçmələrini nəzərə alsaq, bu,
müasir
d əmir sözünə uyğun gəlir Ancaq t səsinin mötərizədə
verilməsi onun işlənməsinin könüllü olduğunu göstərir. Həmin
qəliblə «göy», «ulduz» mənasında şumercə işlənən
an sözünün
əvvəlinə
t əlavə etsək -/t/an alınır ki, bu, bir tərəfdən, tanrı
sözünün kökü olur
(-rı yönlük halın əlamətidir: həmişə sitayiş
üçün insan üzünü göyə tutur), digər tərəfdən, müasir
dilimizdəki dan sözü (-dan sökülmək) ilə semantik və fonetik
uyğunluq yaranır
*
. Məlumdur ki, köməkçi söz mənşəyini
müstəqil sözdən başlayır. İndi dilimizdə ədat kimi işlənən ə
n
şumercədə müstəqil leksik vahiddir («yüksək» mənasında).
Əlbəttə, türk dilləri ilə şumer dilinin genetik-mənşə uyğun-
luğunu təsdiq etmək üçün bunlar və 3-4 bu qədər də əlavə
fakt kifayət deyil. Aqlütinativlik bir çox qohum olmayan
dillərdə də mövcuddur, qalan vintcik və detallar da bu dillərin
qohumluğunu israr etmək səviyyəsində sistemə düşmür.
Ancaq bu da var ki, bunların qohum olmadığını təsdiqləmək
üçün də kifayət qədər dəlillər yoxdur. Ola da bilər ki, həmin
uyğunluqlar bu dillərin bir-birinə təsirinin nəticəsidir, xüsusilə
leksik vahidlər ya türk dillərindən şumerə, ya da şumerdən
ona keçmişdir. Şumer dilinin tədqiqatçıları onda başqa
dillərdən mənimsəmələr görürlər. Bu mənimsəmələrin
1
Дяконов И.М. Языки древней Передней Азии. М., 1967, с.54.
*
15 ил сонра эюряъяйик ки, Осман Н.Туна шумеръя бязи кялимябашы сяслярин
тцркъядя сыфыра дюнмяси фактлары олдуьуну дейяъяк. Вя тибира - дямир
уйьунлуьуну йазаъагдыр (Süмер ве Tцрк диллеринин тарищи илэиси иле Тцрк
дилинин йашы меселеси. Анкара, 1990, с.2 вя 24).
74
əksəriyyətinin mənbəyi göstərilir, bir qisminin «naməlum
dildən» alındığı göstərilir. Bu «naməlum dil» sözləri içərisində
yuxarıda xatırlatdığımız türk mənşəli tiber (dəmir) sözü də
var. Hər halda bütün bu faktlar ən azı onu təsdiq edir ki,
şumer dövründə və onunla mədəni, iqtisadi əlaqə saxlamaq
imkanı verən yaxın qonşuluğunda (Midiya torpağı şumerlərin
birbaşa sərhədidir) türkdilli etnoslar yaşamışlar»
1
. Adı çəkilən
əsərdə Osman N.Tuna 168 sözün şumercə və türkcədə eyni
olduğunu göstərirdi və dünya şumeroloqları onu qəbul etdi.
Bir sözü ayrıca nəzərə çatdırıram: Şümercədəki qarım sözündə
ilk səsin düşməsi ilə türkcədəki arx(k) sözünə uyğunluqdan
danışılır. Halbuki bu gün Cəbrayıl şivəsində içəri yağış
axmasın deyə kümələrin-alaçıqların (çadırların) ətrafında
qazılan nazik arxa qarım deyirlər. Və ən maraqlı budur ki,
Osman N. Tuna 168 sözün fonetika və semantikasını təhlil
edərək şumer-türk dil əlaqəsinin yəqinliyini sübut etdikdən
sonra yazır: «Sümercə və türkcə çox daha eski bir devirde bir-
biri ilə akraba olmuş ola bilir ve ya olmaya bilir, bu konu bizi
burada ilgilendirmiyor. Fakat, sümerlerle türkler arasında dil
bakımından tarihi bir ilgi bulunduğu hususu bu 168 kelime ve
gerekli açıklamalarla isbatlanmışdır»
2
. Göründüyü kimi, bu
1
Щаъыйев Т. Азярбайъан ядяби дили тарихи. Бакы, 1976, с.28-30.
2
Осман Недим Туна. Эюстярилян ясяр, с.49. О.Н.Tuнанын китабындакы бу
сон ъцмляляр чох ибрятлидир: «бениm кенди миллийетимден кайнаклана
билеъек юн йарьыйы эидеребилмек ичин эюстярдийим гайрети, мцщтемел муарыз-
ларымын, юзеlликле süмерологларын, кендинiнкилер ичин эюстереъейинден емин
оламам. Еьер итиразда булунаъакларса эерчек башка шекилде ортайа конул-
майаъаьындан – вердиьим келимелерин бцтцнцнц еле алмалары эерекир.
Йанлыш варса, бу шащси оторите иле дейил, беним тцрк дили асыллы келимелер ичин
биле йаптыьым киби, йазылы кайнакла, айны дил ве шекилле тевсиг едилмелидир.
Калан бцтцн щусусларда, вардыьыm сонуълары мцдафиа едебилирим, сору
кимден ве нереден эелирсе эелсин» (s. 57). Буну она эюря вердим kи, биздя
дя mилли гейряти кянара атыб фактсыз етиразла гарышыгlıq саланлары чох
эюрмцшям. Шумер-тцрк ялагяляри (дил, ядябиййат вя тарихля баьлы) цчцн бах:
Щаъыйев Т. Мифин бешийи башында. «Дядя Горгуд» (елми-ядяби топлу), №3,
2007, с.30-38; Йеня онун: Шумер мифляри иля Азярбайъан тарихи. «Ортаг тцрк
кечмишиндян ортаг тцрк эяляъяйиня». В Улусларарасы Фолклор конфрансынын
материаллары. Бакы, «Нурлан» няшрiyyatı, 2007, с.626-629.
75
son söz 1990-da deyilib və bizim 1976-da gəldiyimiz nəticə ilə
üst-üstə düşür.
Deyilənlər bir daha təsdiqləyir: azərbaycanlılar etnik və
dil kökünə görə türk mənşəlidir (türkdür). Bu türkcə heç bir
başqa sistemli dilin assimilyasiyası deyil. Tarixin məlumat
verdiyi bütün dövrlərdə Azərbaycan ərazisində türkün varlığı
söylənilir
1
. Sonralar dəfələrlə Şərqdən gələn türk dalğalarının
gətirdiyi türk qövmləri ölkədə onların sayını və siyasi
mövqeyini artırmışdır. Ərazimizdə türklər həmişə başqa
etnoslardan kəmiyyətcə mütləq aparıcılığa sahib olmuş, ancaq
irili-xırdalı heç bir dili assimilyasiya etməmişlər. Deyildiyi
kimi, türk-azərbaycanlıların etnik psixologiyasında başqasını
mənəvi cəhətdən (dil də mənəvi faktordur) sıxışdırmaq
xasiyyəti olmayıb. Azərbaycanda başlamış xalq təşəkkülü e.ə.
II əsrdən parfların gəlişi ilə başa çatır və Azərbaycan – türk
xalq dili formalaşır – artıq eramızın VII əsrində «Dədə
Qorqud kitabı»nın əsas lüğət fondu və qrammatikasında milli
dil özünü qabarıq şəkildə hiss etdirəcəkdir.
Dostları ilə paylaş: |