Тофиг щаъыйев



Yüklə 4,2 Mb.
Pdf görüntüsü
səhifə3/42
tarix31.01.2017
ölçüsü4,2 Mb.
#7258
1   2   3   4   5   6   7   8   9   ...   42

 

   

                                                 

2

 Yenə orada, s. 662. 



 

40 


AZƏRBAYCAN DİLİ: TERMİNOLOJİ ANLAYIŞI; 

ETNİK  MƏNŞƏYİ;  ƏN QƏDİM  İZLƏRİ    

VƏ TƏŞƏKKÜLÜ 

   


Müasir  anlayışla  Azərbaycan  dili  azərbaycanlıların  ana 

dilidir


*

.  Son  sayıma  görə,  Azərbaycan  Respublikasında  10 

milyondan artıq azərbaycanlı bu dildə danışır. Keçmiş SSRİ-

nin  müxtəlif  yerlərində,  xüsusilə  30-cu  illərdəki  sürgünlərlə 

bağlı  Orta  Asiya  respublikalarında  xeyli  azərbaycanlı  öz  ailə 

dairəsində bu dildən istifadə edir - son məlumat təsdiqləyir ki, 

bütünlükdə  keçmiş  SSRİ-də,  Azərbaycan  Respublikası  da 

daxil  olmaqla,  12  milyon  azərbaycanlı  öz  ana  dilini  işlədir. 

Bundan  başqa,  hazırda  İranda  30  milyondan  çox,  Türkiyədə 

1,5  milyon,  İraqda  500  min,  AFR-də  180  min,  ABŞ-da  150 

min,  Fransada  70  min,  İngiltərədə  60  min,  Norveç, 

Danimarka  və  Hollandiyada  100  min,  Hindistan  və 

Pakistanda 30 min, Avstriyada  15 min, Almaniyada 10 min, 

Avstraliya  və  Yaponiyada      2,5    min  azərbaycanlı  var  ki, 

«Vətən»  cəmiyyətinin  aşkarladığı  kimi  bunlar  toplu  halında 

yaşadıqları üçün bir-biri ilə ana dilində ünsiyyət saxlayır, hətta 

bəzi ölkələrdə öz dillərində qəzet çap edirlər. Beləliklə, bu gün 

Azərbaycan dili  dünyada 50 milyondan artıq azərbaycanlıya 

xidmət göstərir

1

. Bundan başqa bu dil Azərbaycan Respubli-



kasında  yaşayan  talışların,  tatların,  ləzgilərin,  inqloyların, 

udilərin,  qırızların  və  başqa  xırda  xalqların  ikinci  dili, 

gürcülərin, 

rusların 

xeyli 

qisminin 



respublikamızda 

umumünsiyyət vasitəsidir. Hazırda «Amerikanın səsi», «Bi Bi 

                                                 

*

  Мцасир  анлайыш  ифадəсини  она  эюрə  ишлəдирик  ки,  азəрбайъанлыларын  дили 



тарихян тцрк дили адланмышдыр. 

1

  Онуллащи  С.  Дцнйада  нə  гəдəр  азəрбайъанлы  вар?  -  Одлар  йурду,  1988, 



октйабр,  №  20/417.  Бу  эцн  бу  рягям  хейли  чох  олмалыдыр.  Хцсусиля  мцс-

тягил  Азярбайъан  дювлятинин  йаранмасы  иля  хариъя  эедиш-эялишин  сярбяст-

ляшмяси,  икили  вятяндашлыьын  гануниляшмяси  нятиъясиндя  Тцркийя,  Русийа, 

Америка  (АБШ  вя  Канада),  Алманийа,  Франса  вя  башга  Авропа  юлкяля-

риндя Азярбайъан тцркляринин сайы ики дяфяйя йахын артмышдыр. 

 


 

41 


Si», «Azadlıq» və s. kimi radiostansiyalar  Azərbaycan dilində 

verilişlər aparır.   

Tarixən türkcə // türk dili kimi bilinən Azərbaycan  dilini 

XIX  əsrdən  1920-ci  ilə  qədər  Rusiyada  və  onun  vasitəsilə 

Avropada  bu  adlarla  da  tanımışlar:  tatar  dili,  türk-tatar  dili, 

Azərbaycan-tatar  ləhcəsi,  tatar  dilinin  Qafqaz  ləhcəsi,  türk-

Azərbaycan dili. «Azərbaycan dili» adı ilk dəfə XI əsrdə Xətib 

Təbrizi ilə  bağlı məlumatda çəkilir. Xətib məsciddə Əbu-l-Əla 

Məəridən  dərs  alarkən  təbrizli  eloğlusu  ilə  rastlaşır  və  müəl-

liminin razılığı ilə dərsdən ayrılıb onunla söhbət edir: «Ayağa 

qalxdım və azəri dilində onunla xeyli söhbət edib məni maraq-

landıran  hər  şeyi  ondan  soruşdum.  Elə  ki,  qayıdıb  Əbu-l-

Əlanın  yanında  oturdum,  məndən  soruşdu:Bu  hansı  dil  idi? 

Dedim: Bu,  Azrəbican  əhalisinin  dilidir»

1

. VII  əsrdən məlum 



olan  mənbələrdə  ərəblər  Azərbaycana  Azrəbican  demiş  və 

sifət  məqamında  həmin  sözü  azrəbi  şəklində  işlətmişlər

2



Beləliklə,  Xətib  Təbrizinin  söylədiyi  «Azrəbican  əhalisi» 



müasir  mənada  azərbaycanlılar,  «azrəbi  dili»  isə  Azərbaycan 

dili  deməkdir.  Azərbaycan  toponimi  az  (türk  tayfası)  +ər 

(igidlik  məzmununda  məlum  söz)  +bay  (//  bəy  –  «ər»in 

mənasını  gücləndirir)  +can(<  qan-məkan  anlayışı  bildirən 

morfem)  tərkibindən  ibarətdir.  Bay//bəy  omonim  sözdür:  1. 

bəy;  2.varlı;  3.xoşbəxt.  Hamısı  üçün  təməl  bəy  ünvanıdır. 

Sözün  daha  qədim  şəkli    «bi»dir.  Qaraçay,  balkar  dillərində 

bu  gün  də  həmin  fonetika  işlənir.  Xətibin  işlətdiyi  azrəbi 

sözündə  azrə    hissəsi  «azər»in  dəyişmiş  şəklidir;  bi  «bəy»in 

qədim  köküdür  (Marbi,  Bozbi  adlarının  şərhinə  baxın). 

Sonralar  bi  forması  oğuzcalarda  arxaikləşdikdə  sözün  yeni 

forması  –  bəy//bay  işlənməyə  başlamışdır.  Beləliklə,  Azrəbi-



can

Azərbaycan  olmuşdur  (ərəb  əlifbasının  variantlarla 

oxunması 

hamıya 


məlumdur, 

yada 


salaq 

ki, 


M.Mahmudovdan  əvvəl  bu  sözü  Azərbican  kimi  oxuyurdu-

lar).  Təbii  ki,  XI  əsrdə  Azərbaycan  ölkəsində  əhalinin 

                                                 

1

  Мащмудов  М



.  Пийада...  Тəбриздəн  Шама  гəдəр.  Бакы,  Йазычы,  1982,  с. 

38-40. 


2

 Йенə орада, с. 40. 

 

 

 



 

42 


danışdığı  dil  bizim  bu  gün  tanıdığımız  Azərbaycan-türk 

dilinin  həmin  konkret  tarixi  mərhələdəki  mövcudluğudur. 

Onu  başqa  etnik  mənşəyə  yazmağın  heç  bir  elmi  məntiqi 

yoxdur


*

.  Dilimiz,  ümumiyyətlə,  türk  dili  kimi  tanınsa  da, 

görünür,  hələ  ilk  orta  əsrlərdən  hansı  dairələrdəsə,  ona 

Azərbaycan  dili  də  demişlər  və    bu  ənənə  sonralar  da 

yaşamışdır.  XIX  əsrdəki  Azərbaycan-tatar  ləhcəsi  (burada 

tatar  sözü  türkün  tam  qarşılığıdır);  türk-Azərbaycan  dili  və 

«Kəşkül»  qəzetində  bilavasitə  işlənən  «Azərbaycan  dili»  söz-

anlayışları  göydəndüşmə  olmayıb,  məhz  həmin  tarixi  gəlişin 

nəticəsidir. «Azərbaycan dili» termini 1936-cı il konstitusiyası 

ilə  qanuniləşdirilərək  işlənməyə  başlanmış  və  bu  dilin  öz 

qədim  adı  ilə  -  «türk  dili»    kimi  adlanması  qadağan 

olunmuşdur.  

Azərbaycan  dili  morfoloji  quruluşuna  görə  aqlütinativ 

dildir, mənşəyinə görə   türk   dilləri   ailəsinin oğuz qrupuna 

daxildir. 

Azərbaycan  dilinin  türk  mənşəliliyi  Azərbaycan  xalqının 

etnogenezisi  məsələsi  ilə  bağlıdır  və  bu  iki  sahənin 

mübahisələri  ümumən  üst-üstə  düşür.  Azərbaycan  xalqının 

etnogenezisi  haqqında  iki  baxış  vardır.  Baxışlardan  birinə 

görə, azərbaycanlıların etnik kökündə türk başlanğıcı yoxdur. 

Bu  fikrin  tərəfdarlarına  görə  azərbaycanlıların  etnik 

təşəkkülündə  müxtəlif  mənşəli  tayfalar  iştirak  edir,  buraya 

türk  etnosları  sonradan,  eramızın  birinci  minilliyindən 

qoşulurlar.  Guya  türk  toxumunun  azərbaycanlıların  yenidən 

etnik qurulmasına müdaxiləsi ilə türkcənin hansı mənşədənsə 

olan Azərbaycan dilini assimilyasiyası başlayır və bu assimil-

yasiya  XIII  əsrdən sonra başa çatır

**

. Digər elmi baxışa görə, 



                                                 

*

  Адəтəн,  бязи  тарихчилəр  XI  əсрдəки  Азəрбайъан  дилини,  йахуд  Азəр-



байъанда  йашайанларын  дилини  тцрк  мəхрəъиндəн  чыхараркəн  ирандилли  мəн-

шəйə  сюйкəнирлəр.  Щəмин  дюврдə  Əбу-л-Əла  Мəəри  фарс  дилиндəн  хəбəрдар 

олмалы иди.  Əэəр о сюйлəйирсə ки, данышдыьыныз һансы дилдир, демəли, бу,  фарс 

дили дейилмиш. 

**

 Щəтта Z. Бцнйадов бу башачатманы XVI əсрлə баьлайыр. Азəрб. ССР ЕА 



«Хəбəрлəри» (тарих, фəлсяфя, һцгуг серийасы), 1987, № 3, с. 124-127. 

 


 

43 


azərbaycanlıların  etnik  kökündə  yaradılışından  türk  baş-

lanğıcı  durur  və  təbii  ki,  bu  fikrin  tərəfdarları  Azərbaycan 

dilinin mənşəyində nə assimilyasiya etmiş, nə də assimilyasiya 

olunmuş yox, birbaşa təmiz türk dili görürlər.   

Birinci  baxış  sovet  hakimiyyətindən  əvvəl  zəif  şəkildə 

olmuş,  aprel  çevrilişindən  sonra  isə  (20-ci  illərdə  və  30-cu 

illərin 

ortalarına 

qədər), 

ümumiyyətlə, 

tərəfdarlar 

tapmamışdır. 30-cu illərin sonundan, «qədim türklər» adlanan 

əhalimizin  «azərbaycanlılar»,  «türk  dili»  olan  və  adlanan 

dilimizin  Azərbaycan  dili  adı  ilə  rəsmiləşdirilməsindən  sonra 

bu  baxış  aşkar  güclənməyə  və  hakim  olmağa  başlayır.  Hətta 

40-60-cı  illərdə  yeganə  baxış  olur.  Dilimizin  üstündən  «türk» 

möhürü  götürülməklə  ona  siyasi  təzyiq  başlanmış,  onun 

tarixinin cavanlaşdırılmasına çalışılmış, etnogenezisi isə təhrif 

yoluna  düşmüşdür.  Bu,  təbii  ki,  elmi  yox,  düşünülmüş  siyasi 

məqsəd  olmuşdur.  40-cı  illərdən  sonra  bu  konsepsiyaya 

İ.M.Dyakonov

1

,  İ.Əliyev



2

,  E.A.Qrantovski

3

  və  başqaları 



başçılıq edirlər.      

İkinci  baxış  azərbaycanşünaslıqda  sovet  hakimiyyətindən 

əvvəl də mövcud olmuş, 1920-ci illərdə elmi cəhətdən daha da 

əsaslandırılmış  və  30-cu  illərin  ortalarına  qədər  güclənə-

güclənə  davam  etmişdir.  Bu  fikrin  pionerləri  Avropa 

şərqşünasları  olmuş  və  onlar  midiyalıları  turani  saymışlar

4



Rza  Nur  Midiyada  türklərin  mövcudluğunu  daha  qətiyyətlə 



söyləyir: 

«Romalılarla 

bizanslılar 

buraya 


Atropaten 

demişlərdir.  İlk  bilinən  əhali  Midiya  türkləridir.  M.ə. 

(miladdan əvvəl – T.H.) 559 tarixində burada türklərdən ma-

sacedlər  (massagetlər  –  T.H.)  oturmuşlardı.  Bunların  xanı 

Tomris  xan  əcəmləri  (farsları  –  T.H.)  pərişan  etmişdir. 

                                                 

1

 Дяконов И. М. Истории Мидии. М.-Л., 1956. 



2

 Алиев И. Истории Мидии. Баку, 1960. 

3

 Грантовский Э. А. Ранняя истории иранских племен Передней Азии. М., 



1970. 

4

 Бах:  تيوذم َ فراعم 1926, № 2-6, с.17. 



5

 

ات کرُت



یخیر

 4-ъц ъилд, 1925, с.225. 

6

  .ناجیابررآ .یهينَ هسح ذمحم Бакы, 1921, с.31. 



 

 

44 


Bunlardan  sonra  ağ  hun,  alan,  hazar,  hərqan  və  türkmən 

türkləri  də  oturdılar...  Miladdan  çoq  əvvəl  burada  türklərin  

Midiya  dövləti vardı. Bura türkləri  hazarlar  adını  tanıyır-

lardı»


5

.  Eramızdan  əvvəl  2-ci  minillikdə  Azərbaycan 

ərazisində  qeydə  alınan  üç  xalqdan  ikisi  xar-xarlar  və  kaspi-

lərdir


6

.  Sovet  türkologiyasının  son  tədqiqləri  qar-qarların 

(xar-xar)  türk  etnosu  olduğunu  təsdiqləmişdir

1

.  Eyni 



zamanda,  kaspilərin  hunlardan  olduğu  göstərilir

2

  ki,  hunlar 



ittifaqında  da  türk-monqol  tərkibinin  aparıcılığını  müasir 

tarixşünaslıq  və  ümumiyyətlə,  türkologiya  şübhəsiz  sayır

3



Görkəmli  türkoloq  B.Çobanzadə  də  Azərbaycan-türk  dilini 



Midiyadan başlayır; Avropa və Asiya mənbələrinə yaxşı bələd 

olan  istedadlı  alim  «Herodot  və  Fales  dövrlərində  iskif 

(skif//sak  -  T.  H.)  və  sarmat...  nami  altında  qaib  olan  türk-

tatarlar» deyə skiflərin dilini Ural-Altay dillərindən sayır

4

. 30-


cu  illərin  sonlarından  bu  konsepsiyanın  üstündə  siyasi  tabu 

qoyulur.  Fikrin  tərəfdarları  pantürkist  damğası  ilə 

cəzalandırıldığından, siyasi məhrumiyyətlərlə hədələndiyindən 

konsepsiya  40-cı  illərdən  dondurulur.  Şəxsiyyətə  sitayiş 

rejimindən  sonra  -  60-cı  illərin  ortalarından  donu  açılmağa 

başlayan  bu  baxış  70-80-ci  illərdə  yenidən  dirçəlir.  Bu 

zamandan  tarixi  mənbələrin  təsvirlərinə,  dil  faktlarına,  ayrı-

ayrı  leksik-onomastik  vahidlərin  etimoloji  şərhlərinə  əsasən 

qədim  Midiya,  Atropaten  və  Albaniya  ərazisində  türk 

etnoslarının  və  dillərinin  izinə  düşülür.  Bu  sahədə    Z.Yam-

                                                 

 

 



1

 Гейбуллаев ГТопонимия Азербайджана. Баку, 1986, с.29-30.  

2

 Йеня орада, с. 34 



3

 Баскаков Н. А. Введение в изучение тюркских языков. М., 1969, с. 152-

156.   

4

 



ىيتاسن راتات کرُت .يداز نابُچ ركب

 مخذم ً


 Бакы,  1924, с.3  

5

  Ямпольский  З.  Древнейшие  сведения  о  тюрках  в  зоне  Азербайджана.



 

АДУ-нун  «Елми  ясярляри»  (дил,  ядяб.  сер.),  1966,  №2; 

Йеня  онун:  О 

тюрках  V  века  до  нашей  эры.  АДУ-нун  «Елми  ясярляри»,1970,  №  5-6; 

Дямирчизадя  Я.

  50  сюз.  Бакы,  1968;  Щаъыйев  Т.  Азярбайъан  ядяби  дили 

тарихи. Бакы, 1976; 

Сейидов М. Азярбайъан мифик тяфяккцрцнцн гайнаглары. 

Бакы, 1983; 

Йеня онун. «Гызыл дюйцшчц»нцн талейи. Бакы, 1984; Йусифов Й., 

Кяримов Ş. Топонимиканын ясаслары. Бакы, 1987.    

  


 

45 


polski,  Ə.Dəmirçizadə,  T.Hacıyev,  M.Seyidov,  Y.Yusifov  və 

başqa  alimlərin  tədqiqləri  diqqəti  cəlb  edir

5

.  Qədim  yunan, 



ivrit  və  latındilli  mənbələrə  yaxşı  bələd  olan  Z.Yampolski 

Azərbaycan ərazisində eradan əvvəl 1-ci minilliyin ortalarında 

türk  etnoslarının  məskun  olduğunu  aşkar  edir.  Onun 

tədqiqləri  30-cu  illərə  qədərki  rus,  Avropa  və  Azərbaycan 

şərqşünaslarının,  türkoloqlarının  fikirlərini  bir  daha  təsdiqləyir. 

Midiya  və  Manna  ilə  bağlı  onomastikanın  təhlili  və  alınan 

nəticələr  də  həmin  dövlətlərin  ərazilərində  türk  tayfalarının 

varlığına  dəlalət  edir.  Sübut  olundu  ki,  Midiyanın  əsas  tayfası 

olan  maqların  adı  türk  mənşəli  sözdür  –  maq    türk  dillərində 

«ilan» deməkdir. Tarixi  mənbələrin məlumatına görə, ilan mid-

iyalıların  –  maqların  totemi  olmuşdur.  Həmin  sözü  öz  dillərinə 

hərfən tərcümə etdikləri üçündür ki, iranlılar midiyalılara marlar 

deyirmişlər

1

 (farsca: mar -ilan). Bulqar-tatar qəhrəmanlıq dastanı 



əsasında Mikayıl Bastunun IX əsrdə (865-882) yazdığı «Şan qızı 

dastanı»nda  İran  şahının  qızı  kimi  verilən  qadın  obrazlarından 

birinin adı Marbidir. N.Marra görə, midiyalıların totemi ilan olub 

və buna görə də farslar onlara marlar deyiblər. Marbi adında mar 

– ilan, bi – xanım (və bay) mənalarını verir

2

. Deməli, bu, Midiya 



hökmdarının qızıdır və yüksəklik əlaməti olaraq ona totemin adı 

verilmişdir.  Maraqlıdır  ki,  dastanda  Alban  hökmdarı  Şan-

Albanın  qızının  adı  Bozbi  dir.  Midiyanın  sələfi  olan  Manna 

toponimi  də  həmin  etnik  məxrəcdə  və  həmin  semantikada 

etimolojiləşdirilir

3

.  Y.Yusifov  qədim  Ön  Asiya  mənbələrinə  görə 



eradan  əvvəl  III  minillikdə  Urmiya  ətrafındakı  Aratta/Alateye 

ölkəsinin  adlarını  Ural-Altay  məxrəcində  şərh  edir

4

.  –  hər    iki 



sözün  əsasında  «dağ»  mənası  durur  (müqayisə  edin:  Alateye  – 

                                                 

 

1

 Рящимов А. «Мидийа» вя «маг» сюзляринин мяншяйиня даир // Азярбайъан 



филолоэийасы мясяляляри, 1983, с. 154-159. 

2

  Т.Щаъыйев.  Микайыл  Бастунун  «Шан  гызы  дастаны»  вя  поетикасы.  Бакы, 



2005, с.61-62. 

3

  Щаъыйев  Т.



  Азярбайъан  палеоономастикасындан  //  Азярбайъан  оно-

мастикасы проблемляри. ЫЫ, Бакы, 1988, с. 130-132.   

4

  Юсифов  Ю.  Ранние  контакты  Месопотамии  с  северо-восточными 



странами  (Приурмийская  зона) // Вестник  древней  истории, М.,  1987, 

№ 1, с. 20-22.  

 

4

  



 

46 


Alatay; Aratta - ar//ur - yüksəklik

 ± ta-tay// tağ). Qədim Ön Asiya 

dillərini  yaxşı  bilən  müəllif  etnonim,  toponim,  antroponimlərə 

istinadən  eradan  əvvəl  III-II  minilliklərdə  Urmiya  ətrafındakı 

dövlətlərin  ərazisində  genetik  cəhətdən  yaxın  əhalinin  yaşadığı 

fikrinə  gəlir,  kutilər,  turukkilər,  su//suv//sav  camaatı,  görünür, 

etnik və dil baxımından qohum olub. Təsadüfi deyil ki, bunlar 

mənbələrdə bəzən bir-birinin sinonimi kimi çıxış edir. «Allah» 

mənasında  elamcadakı  kiri,  kassitcədəki  kuri  sözlərinin 

lullubilərin  dilindən  mənimsəmə  olduğunu  təsdiqləməyin  özü   

maraqlıdır

1

  (Türk  dillərində  uca,  yüksək,  dağ  mənalarındakı 



kur,  kurğan  sözləri  ilə  müqayisə  edin).  Müasir  Azərbaycan 

dilindəki  qur  feli  (yaratmaq,  ucaltmaq)  həmin  kök 

mənasındadır.  Urmiya  ətrafındakı  «su»  toponim  və 

etnoniminin  mənbələrdəki  təzahürlərinin  su//suv|//sub//subir 

assosiasiyaları  aydın  etnolinqvistik  məntiq  üzərində  durur. 

Aratta  zonasındakı  dağlardan  birinin  -  Suvun  indiki 

Savalanla  əlaqələndirilməsi  inandırıcıdır.  Əlbəttə,  indiki 

Dağıstan  dillərində  «dağ»  mənasında  ağulcada  su,  saxurcada 



suva,  tabasarancada  siv  sözlərinin  varlığı  həmin  sözün  qeyri-türk 

mənşəyini göstərmir. Dilçiliyin bu dil məntiqini xatırlayaq ki, bir dildə 

arxaikləşən  qədim  söz,  yad  sistemli  dil  tərəfindən  mənimsənmişsə, 

fonetik  və  semantik  cəhətdən  uzun  zaman  əslini  saxlayır.  Təsadüfi 

deyil  ki,  başqa  Dağıstan  dillərində  «dağ»  mənasında  həmin  sözlər 

işlənmir


2

.  Eyni  zamanda  türklüyü  müasir  türkologiyada  şübhəsiz 

sayılan  sabir//süvar  tayfasının  adı  həmin  assosiativ  sistemlə  bağlıdır. 

Bu tarixiliyə  etinasız qalmaq olmaz ki, həmişə mənbələr və onların 

şərhini verən tarixçilər Midiya zamanında, ondan qabaq da, sonra da 

Urmiya  ətrafı  əhalinin  qeyri-iran  mənşəli  olduğuıu  təsdiqləyirlər. 

Etnolinqvistik açmalar həmin əhalinin türklüyünü göstərir.        

Tədqiqlər artdıqca bu baxış faktlarla zənginləşir, özünü daha da 

doğruldur, konsepsiyanın başından güman dumanı get-gedə dağılır və 

gündən-günə daha inandırıcı olur. Bu yaxınlarda «Dədə Qorqud kita-

                                                 

1

  Юсифов  Ю.  Ранние  контакты  Месопотамии  с  северовосточными 



странами (Приурмийская зона) // Вестник древней истории, М., 1987, № 

1, с. 36.  

2

 Йеня орада, с. 38. 



 

47 


bı»ndakı  etnik  və  dövlət  mənsubiyyəti  ilə  buntürklər  arasındakı 

semantik-tipoloji uyğunluğun kəşfi azərbaycanlıların və Azərbaycan 

dilinin  etnik  mənşəyi  məsələsinə  xüsusi  işıq  salır.  Qədim  türkcədə 

bon//bun


 

sözünün «qalın», «yoğun», «dolu» mənalarını bildirməsinə

3

 

əsaslanaraq  buntürk  etnonimi  qalıntürk  (yəni:  Qalın  Oğuz=Qalın 



Türk) kimi açılır

4

. Bu da məlumdur ki, buntürklərin yaşayış yerləri ilə 



«Dədə Qorqud»dakı Qalın Oğuzun dövlət sərhədlərinin koordinatları 

üst-üstə düşür. Araşdırıcılar bu fikirdədirlər ki, «Dədə Qorqud» bizə 

çatan halında bədii əsər ölçülərində olsa da, başlanğıcında salnamə işi 

görmüşdür. Ümumiyyətlə, söylənən «epos tarixin şifahi dərsliyidir» (B. 

Rıbakov) fikrini ən çox doğruldan abidələrdən biri «Dədə Qorqud» 

dastanıdır.  Deməli,  «Dədə  Qorqud»dakı  Qalın  Oğuz  elləri,  Qalın 

Oğuz bəyləri Buntürk elləri, Buntürk bəyləridir, yəni şimallı-cənublu 

Azərbaycan  elləri,  Azərbaycan  bəyləridir.  Buntürklər  haqqında  ən 

mötəbər məlumatın gürcü mənbələrində olması təsadüfi deyil. «Dədə 

Qorqud»da haqqında danışılan Qalın Oğuz eli Gürcüstanla bilavasitə 

həmsərhəddir. Qalın Oğuz elinin adlı sərkərdələrindən biri olan Bəkil 

öz qoşunu ilə məhz Gürcüstan sərhədini qoruyur; həm də Gürcüstan 

bu dövlətə xərac verir, görünür, o, Qalın Oğuz dövlətinin vassalıdır: 

«Toquz tümən Gürcüstanın xəracı gəldi: bir at, bir qılınc, bir çomaq 

gətürdilər...  Bəkil  derlərdi  bir  yigit  vardı...  Dədəm  Qorqud  hikmət 

qılıcın  belinə  bağladı.  Çomağı  umuzına  bıraqdı.  Yayı  qarusına 

keçürdi. Şahbaz ayğırı çəkdirdi, bütün bindi. Xəsmini, qövmini ayırdı, 

evini çözdi. Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı. 

Toquz  tümən  Gürcüstan  ağzına  varub  qondı.  Qaravullıq  eylədi»

*

 



(«Dədə  Qorqud»,  Drezden  nüsxəsi,  s.236-237).  Bu  hadisələr  Qalın 

Oğuz  elinin  prototipi  olan  buntürklərin  –  Qalın  Türk  dövlətinin 

Gürcüstanla  tarixi  münasibətini  göstərir.  Buntürklərin  haqqındakı 

məlumatlar  hələ  e.  ə.  VI  -  V  əsrlərə  gedib  çatırsa,  bu,  bir  tərəfdən, 

«Dədə  Qorqud»  hadisələrinin  tarixi  haqqında  mötəbər  məlumatdır, 

                                                 

3

 Древнетюркский  словарь. Л., 1969, с. 118, 124. 



4

 Щаъыйев Т.,  Язизов  Е.  Бунтцркляр  кимдир. // Улдуз , 1989. № 2, с. 89. 

*

  Бу  эцн  мцасир  эцълц  дцнйа  дювлятляринин  щамысында  айрыъа  сярщяд 



гошунлары  институту  вардыр.    Бурада  Бюйцк  Оьуз  Елинин  Эцръцстан 

сярщядиндяки  хцсуси  щярби  щиссясиндян  –  сярщяд  гошунундан  сющбят  эедир. 

Демяли:  Бюйцк  Оьуз  Елинин,  йяни  гядим  Азярбайъан  дювлятинин    мцасир 

дцнйа дювлятляри типиндя мцкяммял дювлятчилик атрибутлары олмушдур.  



 

48 


digər tərəfdən, e. ə. I minilliyin ortalarında Azərbaycanda türklərin və 

türk dilinin varlığı deməkdir. Və unutmayaq ki, «Dədə Qorqud» bizə 

bu  dildə  gəlib

 

çatıb.  Azərbaycan  ədəbi  dili  tarixində  «Dədə 



Qorqud»un  yeri  nədirsə,  onun  dilinin  azərbaycancalığı  necə 

şübhəsizdirsə,  buntürklərin  də  dilinin  Azərbaycan  xalq  dilinə 

münasibəti elə qavranmalıdır.

       


Azərbaycanda, xüsusilə Albaniyada türklər haqqında məlumatlar 

b. e.-nın başlanması ilə

:

 daha da artır. Bu, gürcü, erməni əlifbalarının 



yaranması və ərəblərin Azərbycana gəlişləri ilə bağlıdır. Son dövrlərin 

tədqiqləri  Albaniyada  türk  dilinə  aid  köhnə  şübhələri  alt-üst  elədi. 

Artıq  məlumdur  ki,  alban  adlı  türk  etnosları  olmuşdur.  Qafqazın 

müxtəlif  yerlərində  və  Türküstanda  Alban//Alpan  toponimlərinin 

varlığı  bu  adın  etnik  mənşədə  olmasını  göstərir.  Orta  Asiyada 

qazaxlar,  qırğızlar,      türkmənlər  arasında  alban  adlı  türk  tayfası 

mövcud  olmuşdur

1

.



 

Deməli,  Albaniyadan  məlumat  verən  qədim 

tarixçilər  bu  əraziyə  gələn  türk  etnoslarının,  -  bulqar,  süvar  və  s. 

türklərin  adlarını  çəkir,  yerli  alban  türklərini  sadəcə  «alban» 

adlandırırlar (əlbəttə, Albaniyada göstərilən 26 tayfanın hamısını türk 

hesab etməyi  heç ağlımıza da gətirmirik) və sonrakı tarixçilər, xüsusilə 

20-ci yüzilliyin 40 – 80-ci illərinin bir sıra tarixçiləri isə müqayisəli araş-

dırmalara,  dil  faktlarına  söykənmədən  Albaniya  türklərini  istisnasız 

olaraq gəlmə köçərilər sayırlar. Halbuki türk tarixinin  böyük bilicisi 

L.N.Qumilyov  «yerli  türk»  ifadəsini  işlədir.  Əvvələn,  o,  ənənəvi 

təyinatdan  fərqli  olaraq,  türkmənlərin  babası  olan  parfiyalıları  türk 

sayır,  sonra  göstərir  ki,  parfiyalılardan  olan  mehranilər  nəsli 

Azərbaycan ərazisində hakim idi və daha sonra deyir ki, VI - X 

əsrlərdə  parfiyalıların  nəsilləri  yerli  türklərlə  qaynayıb-

qarışdılar

2

. Maraqlıdır ki, 500 ilə qədər  (b. e. ə. 250 - b. e. 225) 



Midiya-Atropatendə,  indiki  təbirlə  İranda  hakimiyyət  sürən 

                                                 

1

 Гейбуллаев Г.  Топонимия Азербаиджана, Баку,  1986, с. 17. 



 

2

 «Елм» гязети, 1989, 20 май, № 20/176. 



3

 Ашурбейли СГосударство Ширваншахов. Баку, 1983, с. 56.  

*

  Йери  эялмишкян:  aдятян  Играр  Ялийев  иля  тяряфдарлары  парфлары  ирандилли 



адландыраркян,  щеч  олмазса,  бу  мянтигсизлийи  нязяря  алайдылар  ки,  эяляъяк 

нясилляр цчцн йазылан  мялуматын икиси гощум дилдя  ола билмязди. Бу, она 

бянзяр  ки,  биз  бу  эцн  щазырладыьымыз  бир  абидяйя  цч  дилдя  йаздыьымыз 

мялуматы, мясялян, яряб, Азярбайъан вя Тцркийя тцркъяляриндя щякк едяк. 



 

49 


parfiyalıları  L.Qumilyov  gəlmə  adlandırır.  Azərbaycan 

türklərini isə yerli kimi təqdim edir. Deməli, onları bu ərazinin 

ən  qədim  sakinləri  sayır.  Sasani  hökmdarı  I  Şapurun  tutduğu 

ölkələrin  Kəbəyi-Zərdüşt  abidəsinin  divarlarındakı  siyahısı  3 

dildə yazılmışdır ki, biri parf dili hesab olunur

3

. Bu, o deməkdir 



ki,  Yaxın  və  Orta    Şərqdə  həmin  dövrdə  (b.    e.-nın    III  əsri, 

təxm.  262-ci  il)  parfiya-türk  dili  yunan    və  fars  dilləri  ilə  bir 

səviyyədə nüfuza malik olmuşdur

*

.   



Son  dövrün  tədqiqlərində  Azərbaycanın  ilk  orta  əsrlər 

dövləti  Aranın  adının  türk  sözü  kimi  etimolojiləşməsinə

**

 

əsasən həmin dövlətin ərazisində türk tayfalarının məskunluğu 



fikri  söylənir

1

.  Şübhəsiz  ki,  Aran  toponimi  ilə  Aran 



antroponimi  (Albaniyanın  əfsanəvi  hökmdarı  Aranın  adı) 

arasında birbaşa əlaqə var («Oğuz xan – oğuzlar – Qalın Oğuz 

dövləti»  modeli  ilə  müqayisə  edin).  Həmin    hökmdar  Aran 

sovde  qəbiləsindəndir.  Bu  qəbilə  şəksiz  türk  olan 

su//sub//suvar//savar//sabir  tayfasına  bağlanır

2

.  Yəni  hökm-



darından  rəiyyətinə  qədər  aranlılar  türkdillidir.  Başqa  fikir: 

Udon—Udin,  eləcə  də  ud-udin-uti  (biz  kutilər  etnonimini  də 

bu  silsiləyə  daxil  edərdik)  sözləri  arasındakı  morfonoloji 

qohumluq  həmin  adları  daşıyan  etnosların  da  mənşəcə 

yaxınlığına 

dəlalət 


etməlidir. 

Qədim 


Azərbaycanın 

sakinlərindən olan bu etnosların adında od//ud anlayışı durur 

və  görünür,  Azərbaycanın  «Odlar  diyarı»  adlanmasını  həmin 

etnonim  və  toponimlərdə  axtarmaq  lazımdır.  Qədim 

tarixçilərin  eranın  I  əsrində  Azərbaycanda  göstərdiyi  türk 

tayfalarından  biri  udonlardır.

3

  Tarixi-linqvistik  əsasda  udin 



etnonimini  udon  sözünün  fonetik  dəyişməsi  kimi  alan 

S.Aşurbəyli  udinləri  türkdilli  tayfa  sayır  və  hesab  edir  ki, 

onlar sonradan assimilyasiya olunaraq bugünkü dillərinə keç-

mişlər


4

.  Bu  assimilyasiya  tarixi-siyasi  məntiqə  malikdir. 

                                                 

**

 Аран топониминин илк тцрк етимолоэийасыны проф. М. Сейидов вермишдир. 



  

1

 



 

2

  



1

 Ашурбəйли С

. Эюстярилян ясяри, с. 57-58. 

2

 Йусифов Й. Эюстярилян ясяри, с. 34 



3

 Ашурбəylи С. Эюстярилян ясярi, с. 60-61. 

 

4

 Йеня орада. с. 61. 



 

50 


Xristian  türk-albanlar  müsəlmanlığı  qəbul  edəndə,  görünür, 

udinlərin  bir  qismi  xristianlığını  saxlamışdır  və  yəqin  ki,  bu, 

az  qisim  olduğundan  assimilyasiya  üçün  imkan  yaranmışdır. 

Beləliklə,  Azərbaycan  xalqının  etnogenezində    iştirak  edən 

udinlər türkdilli olmuşlar.   

Azərbaycan  ərazisində  eradan  əvvəlki  minilliklərdə  türk 

etnoslarının mövcudluğuna işıq salan faktlardan biri skiflərin-

//  /sakların  etnik  mənşəyinin  aşkarlanmasıdır.  Azərbaycanda 

Kür-Araz  arasında,  Midiyada  və  ölkənin  daha  başqa 

əyalətlərində  eradan  əvvəl  və  sonra  skiflərin//sakların 

məskunluğu  müxtəlif  qədim  mənbələrlə  təsdiqlənir.  Tarixi-

müqayisəli 

etnoqrafik 

göstəricilər 

skiflərin//sakların 

türklüyünü göstərir. Çindən, Monqolustandan tutmuş  Ukray-

naya  qədər  aparılmış  arxeoloji  tədqiqlər  öz  tipoloji  nəticələri 

ilə  Şimali  Çin,  Şimali  Monqolustan,  Orta  Asiya  arxeoloji 

məxrəcləri  ilə  uyğunluq  təşkil  edir  ki,  bu  da  skif/sak 

etnoslarının  türklüyü  haqqındakı  tarixi-müqayisəli  və  linq-

vistik  qənaətləri  daha  da  möhkəmləndirir

1

.  Azərbaycandakı 



bir sıra tarixi etnotoponimlər də buna sübutdur: Sakasen, Şa-

kaşen,  Balasaken

2

.  Həmçinin  müasir  etnotoponimlər:  Şəki, 



Zaqatala//Zaqarta,  Saatlı/Sakatlı  (əslində sakat «saklar» de-

məkdir).  Bu  toponimlərin  türk  etnosları  ilə  bağlılığına  başqa 

türk regionlarında  işlənmələri də dəlalət  edir:  Tatarıstanda – 

Şaki 

3

.  Müasir  dövrdə  müxtəlif  türk  xalqlarında  türk-sak 



tayfaları möv-cuddur: qırğızlarda – sake, saka, türkmənlərdə - 

                                                 

1

 Гейбуллайев Г. Эюстярилян ясярн, с. 20-27; Сейидов М. «Гызыл дюйушчцнцн 



талейи. Бакы, 1984, с. 76-100. 

2

 Гейбуллайев Г. Эюстярилян ясяри, с. 20-21. 



3

  Административно-территориальное    деление    Татарской    АР.  Казань, 

1966, с. 317. 

4

  Мцвафиг  шякилдя  дилляр  цзря  бахын:  Абрамзон  С.  Киргизы  и  их 



этногенетические  и  историко-культурные  связи.  Л.,  1971,  с.  27

Атаниязов  С.  Толковый  словарь  географических  названий  Туркменис-

тана.  Ашхабад,  1980,  с.  313;  Кармышева  Б.  Очерки  этнической  истории 

южных  районов  Таджикистана  и  Узбекистана.  М.,  1976,  с.  100;  Кост-

чубаев  Е.  Краткий  толковый  словарь  топонимов

 

Казахстана.  Алма-Ата,



 

1924,


 С

.247. 


 

51 


şaklar,  özbəklərdə  şakay,  qazaxlarda  –  şaqa

4

.  Abakan 



ətrafında  geniş  ərazidə  yerləşən  türk  xalqlarından  birinin  adı 

saqaydır


5

,  V.V.Bartold bunları  Yenisey türkləri adlandırır və 

qara-qırğız  nəsillərindən  birinin  sayak  olduğunu  göstərir

6

  – 



saqayın metatezasıdır.          

Çin  mənbələrində  saklar  se,  si,  su,  çu  şəkillərində  qeydə 

alınırlar

7

.  Sabirlərin//süvarların  türklüyü  şübhəsizdirsə  və 



se//su...  etnosunun  sabirlər  olduğu  fikri  söylənirsə

8

,  deməli, 



yenə  sakların  türklüyü  təsdiqlənmiş  olur.  Skif  dilindəki  bor

 

müasir  türkcələrdəki  boz



  sözüdür  -  mütəxəssislər  bunu    tuva, 

altay  və  b.  türk  dillərindəki,  həmçinin  monqolcadakı 



bor//boro//boru  (həmin    mənada)  sözü  ilə  bağlayırlar.

M.Kaşğari  Suvar  şəhərinin  (süvarların  adı  ilə)  həm  də 



Saksin  (Sakasen//Şakaşenlə    müqayisə  edin)  adlandığını 

göstərir


2

.  Saksin  sözünün  tərkib  hissələrinə  diqqət  yetirək: 

«Sakalar  miladdan  öncə,  Kür  irmağını  keçərək  Gəncənin 

qərbində  Qoqaren,  şərqində  Sakasen  adını  verdikləri  yer-

lərdə  yerləşdilər.  Sakasen  adı  «saka»  kəlməsinin  şəhər  və 

türbə  mənasına  gələn  «sin»  sözü  ilə  birləşdirilməsindən 

ibarət  olub  aşağı    İdildəki  (Volqa  - 

T.  H.)  «Saksin»

*

 

şəhərinin adı ilə birdir»



3

.    


                                                 

 

5



 Cафероğлу А. Тцрк кавымлари, Истанбул, 1980, с.2.  

6

 Бартольд В.В. Сочинения, т.В, с.268. 



7

 Мещметзаде М. Азербейъан тарищинде тцрк Албанийа, Анкара 1951, s.26; 

Бартольд В.В. Сочинения, В т, s. 268. 

8

 Йусифов Й. Эюстярилян ясяри, с.32.  



 

7

  



8

  

1



  

2

  



1  

Севортян Э.В. Этимологический словарь тюркских языков, буква «б». – 

М., 1978, с. 172-173. 

2

 Диванü луьат-ит-тцрк (Бесим Аталай тяръцмяси), ЫВ ъ., Анкара, с.850. 



*

  Демяли,  Гутгашен,  Варташен.вя  цмумиййятля,  йашайыш  мянтягяси  мяна-

сында  «шен»лик//шенник  (Ъябрайыл  шивясиндя  евя-тикилийя  шинник  дейирляр) 

сюзляриндяки  шен//шин  щиссясини  айры  мяхряъя  йозмайыб, тцрк  мяншяли щямин 

«син» сюзц ясасында гаврамалылг.  

3

 Зеки Велиди Тоьан. Uмуми Тцрк Tарищине Gириш, Ы ъ., с.159-160. 



4

 Бах: Ашурбəyли С. Эюстярилян ясярi, с. 60. 

 

 


 

52 


Ümumiyyətlə,  qədim  tarixi  mənbələrdə  göstərilir  ki, 

«Türklər  Skiflər  ölkəsində  yaşayırlar»  («VII  əsr  erməni 

coğrafiyası»)

4



  

E.ə.  II  əsrin  sonlarında  Ön  Asiya  və  İranda  mənşəcə 



isgit  adlı  bir  sülalə  hakimiyyətdə  idi  –  sülalənin    başçısı 

Arsak  çətinə  düşəndə  as

  və  pasiaklardan  (peçeneqlərdən) 

kömək  alırdı

5

.  As  (az)  və  peçeneqlər  məhz  qohum  olduğu 



üçün  iskitlər  onlara  müraciət  ediblər.  V

  əsrdə  hun 

türklərinin yeni gəlişi ilə Ermənistanda hakim olan Arsakalı 

(Arsaklı-Arşaklı) türk sülaləsi süquta uğrayır

6

, türk mənşəli 



antroponim  həm  arsak  etnonimini,

 

həm  də



 

Arsak 

toponimini özünə сa1ayır.    

 

Tarixşünaslıqdakı bu təsvirlər adət-ənənə yaxınlıqları və 



etnoqrafik 

uyğunluqlarla 

da 

təsdiqlənir. 



Yunan 

müəlliflərinə görə, skitlər (isgitlər) türklər kimi qımız içər və 

südü qurudaraq qurut hazırlarmışlar, əqidələri də şamanlıq 

imiş


1

.  Ondan  az  maraqlı  olmayanı:  «Düşmənlərinə  qarşı 

mərd  savaşar,  daxilən  isə  sakit,  səmimi,  sadə  insanlar  kimi 

tanınarmışlar

2

. Göründüyü kimi, burada müasir azərbaycanlıların 



etnik psixoloji kökü özünü göstərir. Ə.Bayramov yazır ki, «xalqın 

etnik  xüsusiyyətləri  tərbiyə  sistemi  ilə,  adətlərlə,  ənənələrlə,  milli 

stereotip və təsirlər1ə müəyyənləşir»

3

. Müəllif azərbaycanlının sakit 



xasiyyətinin Dağlıq Qarabağ hadisələri ilə bağlı coşması timsalında 

milli-etnik  psixologiyanı  səciyyələndirir.  Coşğun  dəryanın  dalğası 

kimi gedən izdiham ağbirçək bir qadının yerə atılmış yaylığından 

keçə  bilmir  –  bu  qızğın  xarakterin  tarixi  etnik  kökündə  namusa 

(qadının  –  ananın  yaylığını  tapdalayıb  keçmək  azərbaycanlı 

adətinə  görə  namussuzluq  sayılır)  hörmət  dayanır;  kükrəmiş  qız-

ğınlıqla  ölümün  üstünə  gedən  kişi  izdihamı    yaylığın  qarşısında 

sakitcə dayanıb hönkür-hönkür ağlayır

4

. Artist səhnədə bu məharət 



                                                 

4

  



5

 Мещметзаде М. Тцрк Албанийа, с.23. 

6

 Йеня орада, с. 29.  



 

1

 



 

2

  



3

  

1



 Мещметзаде М., Эюстярилян ясяри, с. 17. 

2

 Йеня орада. 



3

 Байрамов А.С. Психологические этюды. Баку,  1989с. 101. 



 

53 


ilə  keçid  yarada  bilməz,  ancaq  etnik  xarakterin  tarixən  qurulmuş 

ssenarisi  ilə  bu  hərəkət  mexaniki  icra  olunur.  Yaxud  sakit 

xasiyyətli,  zəif  cüssəli  hürufi  Nəsimi  babalarından  qanına  keçmiş 

qeyrətlə      öz  əqidəsi  yolunda  dar  ağacının  üstünə  gedir

5

.  Turk 


tarixinin istedadlı araşdırıcısı L.N.Qumilyovun söylədiyi bir hadisə 

türk-azərbaycanlının  etnik  xarakteri  haqqında  antik  yunan 

müəllifinin  məlumatını  və  müasir  psixoloqumuzun  tədqiqatını  bir 

daha təsdiqləyir. L.Qumilyov həbs düşərgəsində Rzaqulu adlı sakit, 

təvazökar  bir  azərbaycanlının  güclü  bir  düşməndən  heysiyyətini 

qorumaq üçün özünü ölümə necə atmasından danışır və axırda de-

yir: «Azərbaycanlını polyakdan, almandan, qərb slavyanından nə 

fərqləndirir?  Axı  onlar  ləyaqətini  saxlamaq  xatirinə  həyatları 

ilə  risk  etməzdilər.  Bu  isə  heç  o  barədə      fikirləşmədi,  onun 

hərəkətində ayrı stereotip var»

6

.    


Başqa bir tarixi mədəniyyət faktı: tarixi e. ə. X minilliyə və 

daha qədimə aid edilən Qobustan rəsm-yazıları bilavasitə türk 

mədəniyyəti ilə bağlıdır. Ən aydın əlamətlərdən biri budur ki, 

Qobustan  rəsmlərinin  içərisində  Orxon  runik  yazısının 

işarələrinə  təsadüf  olunur.  Məsələn,  Qobustan  qayalarındakı    

işarəsi


1

    Orxon  yazısında  z  hərfidir.  Həmin  işarə  Qafqazın 

müxtəlif  yerlərində,  xüsusilə  Azərbaycanda  –  Naxçıvan, 

Qazax,  Kəlbəcər  ərazilərində  əks  olunmuşdur.  Abxaziyada 

tapılan üstündə həmin işarə qazılmış baltanı mütəxəssislər e. ə. 

VIII-VI əsrlərə aid edirlər

2

. Qobustan şəkillərində gələcək türk 



                                                                                                           

4

 Йеня орада. с.102. 



5

 Йеня орада. с.29 

6

 «Елм» гязети, 1989, 20 май, № 20. 



 

 

 



1

  

1



 Джафарзаде И.  Гобустан. Баку, 1973; Холм язылы, кам. 47, рис. 7. Д;  Ъ. 

Ъяфяров  руник  йазыда  сюз  башында  саитин  якс  олунмамасы  ганунуна  эюря, 

щямин  рясм-йазыны  «аз»  кими  охуйур  ки,  бу  да  гядим  тцрк  тайфаларындан 

биринин  адыдыр.  Йяни  Азярбайъан  сюзцндя  якс  олунан  аз  тцрк  етносунун 

яразимиздя  ян  азы  Гобустан  гядимлийиндя  мювъуд  олмасы  тясдиглянир. 

Мцхтялиф  рясмлярин охунушу иля баьлы мялумат цчцн бах: Ъяфяров Ъ.

 Бязи 

дамьа  вя ишарялярин етимоложи изащы. Тцрк дилляриня даир етимоложи  вя тарихи 



– морфоложи  тядгигляр, Бакы, АДУ-нун няшри, 1987,  с.29-36. 

2

 Ъяфяров Ъ



. Эюстярилян ясяри, с. 35. 

 

54 


runik  yazılarının  d,  k,  l,  n,  ç,  t  və  s.  hərflərinin  də  işarələri 

vardır. Azərbaycan ərazisində (Xınıslı, Çıraqlı və s.) tapılan və 

tarixi  eradan  əvvələ  gedən  daş  heykəllər  öz  üslubu  ilə  qədim 

türk  mədəniyyətinin  numünələrinə  uyğundur.  Qazaxıstan, 

Tuva, Cənubi Sibir və Monqolustanda aşkarlanmış analoqları 

var


3

.           

Qədim  Ön  Asiya  yazılarındakı  türkizmləri  təsadüfi 

saymaq olmaz – həm də həmin türkizmlər Midiya – Atropaten 

və  Albaniya  ilə  bağlı  mənbələrdə  özünü  göstərir  ki,  bu  da 

haqqında  söhbət  gedən    dövrlərdə    Midiya-Atropatendə    və  

Albaniyada  türk  dil  mühitinin  olmasına  dəlalət  edir. 

Azərbaycanın öz fəlsəfi abidəsi  olan  «Avesta»da  türkizmlər  

diqqəti  çəkir. Abidədə işlənən  tura//tur  etnonimi  «Türklər  

ölkəsi» demək olan Turanın  əhalisinə   işarə  edir

4

.  Abidənin   



dilində    meşa    (meşə)    sözü  var

1

.  Maraqlıdır  ki,  başqa  türk-



oğuz dillərində həmin mənada orman sözü işlənir.  

Eramızın  başlanğıcından  sonra  dilində  ən  çox  türkizm 

işlənən  əsər  «Alban  tarixi»dir.  Mütəxəssislər  əsərin  dilində 

xeyli türkizm göstərirlər

2

. Düzdür, bu türkizmlərin əksəriyyəti 



terminoloji və onomastik səciyyə daşıyır: kaqan (xaqan), şad, 

cebqu/yabqu,  tarxan,  tudun...;  KuarTanrıxan,  Alp 

Eltəbər,  Qazan//Hazan  –  şəxs  adları;  Paçanaq

Terter
Tavusin
Hakari


Yüklə 4,2 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin