2
Yenə orada, s. 662.
40
AZƏRBAYCAN DİLİ: TERMİNOLOJİ ANLAYIŞI;
ETNİK MƏNŞƏYİ; ƏN QƏDİM İZLƏRİ
VƏ TƏŞƏKKÜLÜ
Müasir anlayışla Azərbaycan dili azərbaycanlıların ana
dilidir
*
. Son sayıma görə, Azərbaycan Respublikasında 10
milyondan artıq azərbaycanlı bu dildə danışır. Keçmiş SSRİ-
nin müxtəlif yerlərində, xüsusilə 30-cu illərdəki sürgünlərlə
bağlı Orta Asiya respublikalarında xeyli azərbaycanlı öz ailə
dairəsində bu dildən istifadə edir - son məlumat təsdiqləyir ki,
bütünlükdə keçmiş SSRİ-də, Azərbaycan Respublikası da
daxil olmaqla, 12 milyon azərbaycanlı öz ana dilini işlədir.
Bundan başqa, hazırda İranda 30 milyondan çox, Türkiyədə
1,5 milyon, İraqda 500 min, AFR-də 180 min, ABŞ-da 150
min, Fransada 70 min, İngiltərədə 60 min, Norveç,
Danimarka və Hollandiyada 100 min, Hindistan və
Pakistanda 30 min, Avstriyada 15 min, Almaniyada 10 min,
Avstraliya və Yaponiyada 2,5 min azərbaycanlı var ki,
«Vətən» cəmiyyətinin aşkarladığı kimi bunlar toplu halında
yaşadıqları üçün bir-biri ilə ana dilində ünsiyyət saxlayır, hətta
bəzi ölkələrdə öz dillərində qəzet çap edirlər. Beləliklə, bu gün
Azərbaycan dili dünyada 50 milyondan artıq azərbaycanlıya
xidmət göstərir
1
. Bundan başqa bu dil Azərbaycan Respubli-
kasında yaşayan talışların, tatların, ləzgilərin, inqloyların,
udilərin, qırızların və başqa xırda xalqların ikinci dili,
gürcülərin,
rusların
xeyli
qisminin
respublikamızda
umumünsiyyət vasitəsidir. Hazırda «Amerikanın səsi», «Bi Bi
*
Мцасир анлайыш ифадəсини она эюрə ишлəдирик ки, азəрбайъанлыларын дили
тарихян тцрк дили адланмышдыр.
1
Онуллащи С. Дцнйада нə гəдəр азəрбайъанлы вар? - Одлар йурду, 1988,
октйабр, № 20/417. Бу эцн бу рягям хейли чох олмалыдыр. Хцсусиля мцс-
тягил Азярбайъан дювлятинин йаранмасы иля хариъя эедиш-эялишин сярбяст-
ляшмяси, икили вятяндашлыьын гануниляшмяси нятиъясиндя Тцркийя, Русийа,
Америка (АБШ вя Канада), Алманийа, Франса вя башга Авропа юлкяля-
риндя Азярбайъан тцркляринин сайы ики дяфяйя йахын артмышдыр.
41
Si», «Azadlıq» və s. kimi radiostansiyalar Azərbaycan dilində
verilişlər aparır.
Tarixən türkcə // türk dili kimi bilinən Azərbaycan dilini
XIX əsrdən 1920-ci ilə qədər Rusiyada və onun vasitəsilə
Avropada bu adlarla da tanımışlar: tatar dili, türk-tatar dili,
Azərbaycan-tatar ləhcəsi, tatar dilinin Qafqaz ləhcəsi, türk-
Azərbaycan dili. «Azərbaycan dili» adı ilk dəfə XI əsrdə Xətib
Təbrizi ilə bağlı məlumatda çəkilir. Xətib məsciddə Əbu-l-Əla
Məəridən dərs alarkən təbrizli eloğlusu ilə rastlaşır və müəl-
liminin razılığı ilə dərsdən ayrılıb onunla söhbət edir: «Ayağa
qalxdım və azəri dilində onunla xeyli söhbət edib məni maraq-
landıran hər şeyi ondan soruşdum. Elə ki, qayıdıb Əbu-l-
Əlanın yanında oturdum, məndən soruşdu:Bu hansı dil idi?
Dedim: Bu, Azrəbican əhalisinin dilidir»
1
. VII əsrdən məlum
olan mənbələrdə ərəblər Azərbaycana Azrəbican demiş və
sifət məqamında həmin sözü azrəbi şəklində işlətmişlər
2
.
Beləliklə, Xətib Təbrizinin söylədiyi «Azrəbican əhalisi»
müasir mənada azərbaycanlılar, «azrəbi dili» isə Azərbaycan
dili deməkdir. Azərbaycan toponimi az (türk tayfası) +ər
(igidlik məzmununda məlum söz) +bay (// bəy – «ər»in
mənasını gücləndirir) +can(< qan-məkan anlayışı bildirən
morfem) tərkibindən ibarətdir. Bay//bəy omonim sözdür: 1.
bəy; 2.varlı; 3.xoşbəxt. Hamısı üçün təməl bəy ünvanıdır.
Sözün daha qədim şəkli «bi»dir. Qaraçay, balkar dillərində
bu gün də həmin fonetika işlənir. Xətibin işlətdiyi azrəbi
sözündə azrə hissəsi «azər»in dəyişmiş şəklidir; bi «bəy»in
qədim köküdür (Marbi, Bozbi adlarının şərhinə baxın).
Sonralar bi forması oğuzcalarda arxaikləşdikdə sözün yeni
forması – bəy//bay işlənməyə başlamışdır. Beləliklə, Azrəbi-
can
Azərbaycan olmuşdur (ərəb əlifbasının variantlarla
oxunması
hamıya
məlumdur,
yada
salaq
ki,
M.Mahmudovdan əvvəl bu sözü Azərbican kimi oxuyurdu-
lar). Təbii ki, XI əsrdə Azərbaycan ölkəsində əhalinin
1
Мащмудов М
. Пийада... Тəбриздəн Шама гəдəр. Бакы, Йазычы, 1982, с.
38-40.
2
Йенə орада, с. 40.
42
danışdığı dil bizim bu gün tanıdığımız Azərbaycan-türk
dilinin həmin konkret tarixi mərhələdəki mövcudluğudur.
Onu başqa etnik mənşəyə yazmağın heç bir elmi məntiqi
yoxdur
*
. Dilimiz, ümumiyyətlə, türk dili kimi tanınsa da,
görünür, hələ ilk orta əsrlərdən hansı dairələrdəsə, ona
Azərbaycan dili də demişlər və bu ənənə sonralar da
yaşamışdır. XIX əsrdəki Azərbaycan-tatar ləhcəsi (burada
tatar sözü türkün tam qarşılığıdır); türk-Azərbaycan dili və
«Kəşkül» qəzetində bilavasitə işlənən «Azərbaycan dili» söz-
anlayışları göydəndüşmə olmayıb, məhz həmin tarixi gəlişin
nəticəsidir. «Azərbaycan dili» termini 1936-cı il konstitusiyası
ilə qanuniləşdirilərək işlənməyə başlanmış və bu dilin öz
qədim adı ilə - «türk dili» kimi adlanması qadağan
olunmuşdur.
Azərbaycan dili morfoloji quruluşuna görə aqlütinativ
dildir, mənşəyinə görə türk dilləri ailəsinin oğuz qrupuna
daxildir.
Azərbaycan dilinin türk mənşəliliyi Azərbaycan xalqının
etnogenezisi məsələsi ilə bağlıdır və bu iki sahənin
mübahisələri ümumən üst-üstə düşür. Azərbaycan xalqının
etnogenezisi haqqında iki baxış vardır. Baxışlardan birinə
görə, azərbaycanlıların etnik kökündə türk başlanğıcı yoxdur.
Bu fikrin tərəfdarlarına görə azərbaycanlıların etnik
təşəkkülündə müxtəlif mənşəli tayfalar iştirak edir, buraya
türk etnosları sonradan, eramızın birinci minilliyindən
qoşulurlar. Guya türk toxumunun azərbaycanlıların yenidən
etnik qurulmasına müdaxiləsi ilə türkcənin hansı mənşədənsə
olan Azərbaycan dilini assimilyasiyası başlayır və bu assimil-
yasiya XIII əsrdən sonra başa çatır
**
. Digər elmi baxışa görə,
*
Адəтəн, бязи тарихчилəр XI əсрдəки Азəрбайъан дилини, йахуд Азəр-
байъанда йашайанларын дилини тцрк мəхрəъиндəн чыхараркəн ирандилли мəн-
шəйə сюйкəнирлəр. Щəмин дюврдə Əбу-л-Əла Мəəри фарс дилиндəн хəбəрдар
олмалы иди. Əэəр о сюйлəйирсə ки, данышдыьыныз һансы дилдир, демəли, бу, фарс
дили дейилмиш.
**
Щəтта Z. Бцнйадов бу башачатманы XVI əсрлə баьлайыр. Азəрб. ССР ЕА
«Хəбəрлəри» (тарих, фəлсяфя, һцгуг серийасы), 1987, № 3, с. 124-127.
43
azərbaycanlıların etnik kökündə yaradılışından türk baş-
lanğıcı durur və təbii ki, bu fikrin tərəfdarları Azərbaycan
dilinin mənşəyində nə assimilyasiya etmiş, nə də assimilyasiya
olunmuş yox, birbaşa təmiz türk dili görürlər.
Birinci baxış sovet hakimiyyətindən əvvəl zəif şəkildə
olmuş, aprel çevrilişindən sonra isə (20-ci illərdə və 30-cu
illərin
ortalarına
qədər),
ümumiyyətlə,
tərəfdarlar
tapmamışdır. 30-cu illərin sonundan, «qədim türklər» adlanan
əhalimizin «azərbaycanlılar», «türk dili» olan və adlanan
dilimizin Azərbaycan dili adı ilə rəsmiləşdirilməsindən sonra
bu baxış aşkar güclənməyə və hakim olmağa başlayır. Hətta
40-60-cı illərdə yeganə baxış olur. Dilimizin üstündən «türk»
möhürü götürülməklə ona siyasi təzyiq başlanmış, onun
tarixinin cavanlaşdırılmasına çalışılmış, etnogenezisi isə təhrif
yoluna düşmüşdür. Bu, təbii ki, elmi yox, düşünülmüş siyasi
məqsəd olmuşdur. 40-cı illərdən sonra bu konsepsiyaya
İ.M.Dyakonov
1
, İ.Əliyev
2
, E.A.Qrantovski
3
və başqaları
başçılıq edirlər.
İkinci baxış azərbaycanşünaslıqda sovet hakimiyyətindən
əvvəl də mövcud olmuş, 1920-ci illərdə elmi cəhətdən daha da
əsaslandırılmış və 30-cu illərin ortalarına qədər güclənə-
güclənə davam etmişdir. Bu fikrin pionerləri Avropa
şərqşünasları olmuş və onlar midiyalıları turani saymışlar
4
.
Rza Nur Midiyada türklərin mövcudluğunu daha qətiyyətlə
söyləyir:
«Romalılarla
bizanslılar
buraya
Atropaten
demişlərdir. İlk bilinən əhali Midiya türkləridir. M.ə.
(miladdan əvvəl – T.H.) 559 tarixində burada türklərdən ma-
sacedlər (massagetlər – T.H.) oturmuşlardı. Bunların xanı
Tomris xan əcəmləri (farsları – T.H.) pərişan etmişdir.
1
Дяконов И. М. Истории Мидии. М.-Л., 1956.
2
Алиев И. Истории Мидии. Баку, 1960.
3
Грантовский Э. А. Ранняя истории иранских племен Передней Азии. М.,
1970.
4
Бах: تيوذم َ فراعم 1926, № 2-6, с.17.
5
ات کرُت
یخیر
4-ъц ъилд, 1925, с.225.
6
.ناجیابررآ .یهينَ هسح ذمحم Бакы, 1921, с.31.
44
Bunlardan sonra ağ hun, alan, hazar, hərqan və türkmən
türkləri də oturdılar... Miladdan çoq əvvəl burada türklərin
Midiya dövləti vardı. Bura türkləri hazarlar adını tanıyır-
lardı»
5
. Eramızdan əvvəl 2-ci minillikdə Azərbaycan
ərazisində qeydə alınan üç xalqdan ikisi xar-xarlar və kaspi-
lərdir
6
. Sovet türkologiyasının son tədqiqləri qar-qarların
(xar-xar) türk etnosu olduğunu təsdiqləmişdir
1
. Eyni
zamanda, kaspilərin hunlardan olduğu göstərilir
2
ki, hunlar
ittifaqında da türk-monqol tərkibinin aparıcılığını müasir
tarixşünaslıq və ümumiyyətlə, türkologiya şübhəsiz sayır
3
.
Görkəmli türkoloq B.Çobanzadə də Azərbaycan-türk dilini
Midiyadan başlayır; Avropa və Asiya mənbələrinə yaxşı bələd
olan istedadlı alim «Herodot və Fales dövrlərində iskif
(skif//sak - T. H.) və sarmat... nami altında qaib olan türk-
tatarlar» deyə skiflərin dilini Ural-Altay dillərindən sayır
4
. 30-
cu illərin sonlarından bu konsepsiyanın üstündə siyasi tabu
qoyulur. Fikrin tərəfdarları pantürkist damğası ilə
cəzalandırıldığından, siyasi məhrumiyyətlərlə hədələndiyindən
konsepsiya 40-cı illərdən dondurulur. Şəxsiyyətə sitayiş
rejimindən sonra - 60-cı illərin ortalarından donu açılmağa
başlayan bu baxış 70-80-ci illərdə yenidən dirçəlir. Bu
zamandan tarixi mənbələrin təsvirlərinə, dil faktlarına, ayrı-
ayrı leksik-onomastik vahidlərin etimoloji şərhlərinə əsasən
qədim Midiya, Atropaten və Albaniya ərazisində türk
etnoslarının və dillərinin izinə düşülür. Bu sahədə Z.Yam-
1
Гейбуллаев Г. Топонимия Азербайджана. Баку, 1986, с.29-30.
2
Йеня орада, с. 34
3
Баскаков Н. А. Введение в изучение тюркских языков. М., 1969, с. 152-
156.
4
ىيتاسن راتات کرُت .يداز نابُچ ركب
مخذم ً
Бакы, 1924, с.3
5
Ямпольский З. Древнейшие сведения о тюрках в зоне Азербайджана.
АДУ-нун «Елми ясярляри» (дил, ядяб. сер.), 1966, №2;
Йеня онун: О
тюрках V века до нашей эры. АДУ-нун «Елми ясярляри»,1970, № 5-6;
Дямирчизадя Я.
50 сюз. Бакы, 1968; Щаъыйев Т. Азярбайъан ядяби дили
тарихи. Бакы, 1976;
Сейидов М. Азярбайъан мифик тяфяккцрцнцн гайнаглары.
Бакы, 1983;
Йеня онун. «Гызыл дюйцшчц»нцн талейи. Бакы, 1984; Йусифов Й.,
Кяримов Ş. Топонимиканын ясаслары. Бакы, 1987.
45
polski, Ə.Dəmirçizadə, T.Hacıyev, M.Seyidov, Y.Yusifov və
başqa alimlərin tədqiqləri diqqəti cəlb edir
5
. Qədim yunan,
ivrit və latındilli mənbələrə yaxşı bələd olan Z.Yampolski
Azərbaycan ərazisində eradan əvvəl 1-ci minilliyin ortalarında
türk etnoslarının məskun olduğunu aşkar edir. Onun
tədqiqləri 30-cu illərə qədərki rus, Avropa və Azərbaycan
şərqşünaslarının, türkoloqlarının fikirlərini bir daha təsdiqləyir.
Midiya və Manna ilə bağlı onomastikanın təhlili və alınan
nəticələr də həmin dövlətlərin ərazilərində türk tayfalarının
varlığına dəlalət edir. Sübut olundu ki, Midiyanın əsas tayfası
olan maqların adı türk mənşəli sözdür – maq türk dillərində
«ilan» deməkdir. Tarixi mənbələrin məlumatına görə, ilan mid-
iyalıların – maqların totemi olmuşdur. Həmin sözü öz dillərinə
hərfən tərcümə etdikləri üçündür ki, iranlılar midiyalılara marlar
deyirmişlər
1
(farsca: mar -ilan). Bulqar-tatar qəhrəmanlıq dastanı
əsasında Mikayıl Bastunun IX əsrdə (865-882) yazdığı «Şan qızı
dastanı»nda İran şahının qızı kimi verilən qadın obrazlarından
birinin adı Marbidir. N.Marra görə, midiyalıların totemi ilan olub
və buna görə də farslar onlara marlar deyiblər. Marbi adında mar
– ilan, bi – xanım (və bay) mənalarını verir
2
. Deməli, bu, Midiya
hökmdarının qızıdır və yüksəklik əlaməti olaraq ona totemin adı
verilmişdir. Maraqlıdır ki, dastanda Alban hökmdarı Şan-
Albanın qızının adı Bozbi dir. Midiyanın sələfi olan Manna
toponimi də həmin etnik məxrəcdə və həmin semantikada
etimolojiləşdirilir
3
. Y.Yusifov qədim Ön Asiya mənbələrinə görə
eradan əvvəl III minillikdə Urmiya ətrafındakı Aratta/Alateye
ölkəsinin adlarını Ural-Altay məxrəcində şərh edir
4
. – hər iki
sözün əsasında «dağ» mənası durur (müqayisə edin: Alateye –
1
Рящимов А. «Мидийа» вя «маг» сюзляринин мяншяйиня даир // Азярбайъан
филолоэийасы мясяляляри, 1983, с. 154-159.
2
Т.Щаъыйев. Микайыл Бастунун «Шан гызы дастаны» вя поетикасы. Бакы,
2005, с.61-62.
3
Щаъыйев Т.
Азярбайъан палеоономастикасындан // Азярбайъан оно-
мастикасы проблемляри. ЫЫ, Бакы, 1988, с. 130-132.
4
Юсифов Ю. Ранние контакты Месопотамии с северо-восточными
странами (Приурмийская зона) // Вестник древней истории, М., 1987,
№ 1, с. 20-22.
4
46
Alatay; Aratta - ar//ur - yüksəklik
± ta-tay// tağ). Qədim Ön Asiya
dillərini yaxşı bilən müəllif etnonim, toponim, antroponimlərə
istinadən eradan əvvəl III-II minilliklərdə Urmiya ətrafındakı
dövlətlərin ərazisində genetik cəhətdən yaxın əhalinin yaşadığı
fikrinə gəlir, kutilər, turukkilər, su//suv//sav camaatı, görünür,
etnik və dil baxımından qohum olub. Təsadüfi deyil ki, bunlar
mənbələrdə bəzən bir-birinin sinonimi kimi çıxış edir. «Allah»
mənasında elamcadakı kiri, kassitcədəki kuri sözlərinin
lullubilərin dilindən mənimsəmə olduğunu təsdiqləməyin özü
maraqlıdır
1
(Türk dillərində uca, yüksək, dağ mənalarındakı
kur, kurğan sözləri ilə müqayisə edin). Müasir Azərbaycan
dilindəki qur feli (yaratmaq, ucaltmaq) həmin kök
mənasındadır. Urmiya ətrafındakı «su» toponim və
etnoniminin mənbələrdəki təzahürlərinin su//suv|//sub//subir
assosiasiyaları aydın etnolinqvistik məntiq üzərində durur.
Aratta zonasındakı dağlardan birinin - Suvun indiki
Savalanla əlaqələndirilməsi inandırıcıdır. Əlbəttə, indiki
Dağıstan dillərində «dağ» mənasında ağulcada su, saxurcada
suva, tabasarancada siv sözlərinin varlığı həmin sözün qeyri-türk
mənşəyini göstərmir. Dilçiliyin bu dil məntiqini xatırlayaq ki, bir dildə
arxaikləşən qədim söz, yad sistemli dil tərəfindən mənimsənmişsə,
fonetik və semantik cəhətdən uzun zaman əslini saxlayır. Təsadüfi
deyil ki, başqa Dağıstan dillərində «dağ» mənasında həmin sözlər
işlənmir
2
. Eyni zamanda türklüyü müasir türkologiyada şübhəsiz
sayılan sabir//süvar tayfasının adı həmin assosiativ sistemlə bağlıdır.
Bu tarixiliyə etinasız qalmaq olmaz ki, həmişə mənbələr və onların
şərhini verən tarixçilər Midiya zamanında, ondan qabaq da, sonra da
Urmiya ətrafı əhalinin qeyri-iran mənşəli olduğuıu təsdiqləyirlər.
Etnolinqvistik açmalar həmin əhalinin türklüyünü göstərir.
Tədqiqlər artdıqca bu baxış faktlarla zənginləşir, özünü daha da
doğruldur, konsepsiyanın başından güman dumanı get-gedə dağılır və
gündən-günə daha inandırıcı olur. Bu yaxınlarda «Dədə Qorqud kita-
1
Юсифов Ю. Ранние контакты Месопотамии с северовосточными
странами (Приурмийская зона) // Вестник древней истории, М., 1987, №
1, с. 36.
2
Йеня орада, с. 38.
47
bı»ndakı etnik və dövlət mənsubiyyəti ilə buntürklər arasındakı
semantik-tipoloji uyğunluğun kəşfi azərbaycanlıların və Azərbaycan
dilinin etnik mənşəyi məsələsinə xüsusi işıq salır. Qədim türkcədə
bon//bun
sözünün «qalın», «yoğun», «dolu» mənalarını bildirməsinə
3
əsaslanaraq buntürk etnonimi qalıntürk (yəni: Qalın Oğuz=Qalın
Türk) kimi açılır
4
. Bu da məlumdur ki, buntürklərin yaşayış yerləri ilə
«Dədə Qorqud»dakı Qalın Oğuzun dövlət sərhədlərinin koordinatları
üst-üstə düşür. Araşdırıcılar bu fikirdədirlər ki, «Dədə Qorqud» bizə
çatan halında bədii əsər ölçülərində olsa da, başlanğıcında salnamə işi
görmüşdür. Ümumiyyətlə, söylənən «epos tarixin şifahi dərsliyidir» (B.
Rıbakov) fikrini ən çox doğruldan abidələrdən biri «Dədə Qorqud»
dastanıdır. Deməli, «Dədə Qorqud»dakı Qalın Oğuz elləri, Qalın
Oğuz bəyləri Buntürk elləri, Buntürk bəyləridir, yəni şimallı-cənublu
Azərbaycan elləri, Azərbaycan bəyləridir. Buntürklər haqqında ən
mötəbər məlumatın gürcü mənbələrində olması təsadüfi deyil. «Dədə
Qorqud»da haqqında danışılan Qalın Oğuz eli Gürcüstanla bilavasitə
həmsərhəddir. Qalın Oğuz elinin adlı sərkərdələrindən biri olan Bəkil
öz qoşunu ilə məhz Gürcüstan sərhədini qoruyur; həm də Gürcüstan
bu dövlətə xərac verir, görünür, o, Qalın Oğuz dövlətinin vassalıdır:
«Toquz tümən Gürcüstanın xəracı gəldi: bir at, bir qılınc, bir çomaq
gətürdilər... Bəkil derlərdi bir yigit vardı... Dədəm Qorqud hikmət
qılıcın belinə bağladı. Çomağı umuzına bıraqdı. Yayı qarusına
keçürdi. Şahbaz ayğırı çəkdirdi, bütün bindi. Xəsmini, qövmini ayırdı,
evini çözdi. Oğuzdan köç elədi. Bərdəyə, Gəncəyə varub vətən tutdı.
Toquz tümən Gürcüstan ağzına varub qondı. Qaravullıq eylədi»
*
(«Dədə Qorqud», Drezden nüsxəsi, s.236-237). Bu hadisələr Qalın
Oğuz elinin prototipi olan buntürklərin – Qalın Türk dövlətinin
Gürcüstanla tarixi münasibətini göstərir. Buntürklərin haqqındakı
məlumatlar hələ e. ə. VI - V əsrlərə gedib çatırsa, bu, bir tərəfdən,
«Dədə Qorqud» hadisələrinin tarixi haqqında mötəbər məlumatdır,
3
Древнетюркский словарь. Л., 1969, с. 118, 124.
4
Щаъыйев Т., Язизов Е. Бунтцркляр кимдир. // Улдуз , 1989. № 2, с. 89.
*
Бу эцн мцасир эцълц дцнйа дювлятляринин щамысында айрыъа сярщяд
гошунлары институту вардыр. Бурада Бюйцк Оьуз Елинин Эцръцстан
сярщядиндяки хцсуси щярби щиссясиндян – сярщяд гошунундан сющбят эедир.
Демяли: Бюйцк Оьуз Елинин, йяни гядим Азярбайъан дювлятинин мцасир
дцнйа дювлятляри типиндя мцкяммял дювлятчилик атрибутлары олмушдур.
48
digər tərəfdən, e. ə. I minilliyin ortalarında Azərbaycanda türklərin və
türk dilinin varlığı deməkdir. Və unutmayaq ki, «Dədə Qorqud» bizə
bu dildə gəlib
çatıb. Azərbaycan ədəbi dili tarixində «Dədə
Qorqud»un yeri nədirsə, onun dilinin azərbaycancalığı necə
şübhəsizdirsə, buntürklərin də dilinin Azərbaycan xalq dilinə
münasibəti elə qavranmalıdır.
Azərbaycanda, xüsusilə Albaniyada türklər haqqında məlumatlar
b. e.-nın başlanması ilə
:
daha da artır. Bu, gürcü, erməni əlifbalarının
yaranması və ərəblərin Azərbycana gəlişləri ilə bağlıdır. Son dövrlərin
tədqiqləri Albaniyada türk dilinə aid köhnə şübhələri alt-üst elədi.
Artıq məlumdur ki, alban adlı türk etnosları olmuşdur. Qafqazın
müxtəlif yerlərində və Türküstanda Alban//Alpan toponimlərinin
varlığı bu adın etnik mənşədə olmasını göstərir. Orta Asiyada
qazaxlar, qırğızlar, türkmənlər arasında alban adlı türk tayfası
mövcud olmuşdur
1
.
Deməli, Albaniyadan məlumat verən qədim
tarixçilər bu əraziyə gələn türk etnoslarının, - bulqar, süvar və s.
türklərin adlarını çəkir, yerli alban türklərini sadəcə «alban»
adlandırırlar (əlbəttə, Albaniyada göstərilən 26 tayfanın hamısını türk
hesab etməyi heç ağlımıza da gətirmirik) və sonrakı tarixçilər, xüsusilə
20-ci yüzilliyin 40 – 80-ci illərinin bir sıra tarixçiləri isə müqayisəli araş-
dırmalara, dil faktlarına söykənmədən Albaniya türklərini istisnasız
olaraq gəlmə köçərilər sayırlar. Halbuki türk tarixinin böyük bilicisi
L.N.Qumilyov «yerli türk» ifadəsini işlədir. Əvvələn, o, ənənəvi
təyinatdan fərqli olaraq, türkmənlərin babası olan parfiyalıları türk
sayır, sonra göstərir ki, parfiyalılardan olan mehranilər nəsli
Azərbaycan ərazisində hakim idi və daha sonra deyir ki, VI - X
əsrlərdə parfiyalıların nəsilləri yerli türklərlə qaynayıb-
qarışdılar
2
. Maraqlıdır ki, 500 ilə qədər (b. e. ə. 250 - b. e. 225)
Midiya-Atropatendə, indiki təbirlə İranda hakimiyyət sürən
1
Гейбуллаев Г. Топонимия Азербаиджана, Баку, 1986, с. 17.
2
«Елм» гязети, 1989, 20 май, № 20/176.
3
Ашурбейли С. Государство Ширваншахов. Баку, 1983, с. 56.
*
Йери эялмишкян: aдятян Играр Ялийев иля тяряфдарлары парфлары ирандилли
адландыраркян, щеч олмазса, бу мянтигсизлийи нязяря алайдылар ки, эяляъяк
нясилляр цчцн йазылан мялуматын икиси гощум дилдя ола билмязди. Бу, она
бянзяр ки, биз бу эцн щазырладыьымыз бир абидяйя цч дилдя йаздыьымыз
мялуматы, мясялян, яряб, Азярбайъан вя Тцркийя тцркъяляриндя щякк едяк.
49
parfiyalıları L.Qumilyov gəlmə adlandırır. Azərbaycan
türklərini isə yerli kimi təqdim edir. Deməli, onları bu ərazinin
ən qədim sakinləri sayır. Sasani hökmdarı I Şapurun tutduğu
ölkələrin Kəbəyi-Zərdüşt abidəsinin divarlarındakı siyahısı 3
dildə yazılmışdır ki, biri parf dili hesab olunur
3
. Bu, o deməkdir
ki, Yaxın və Orta Şərqdə həmin dövrdə (b. e.-nın III əsri,
təxm. 262-ci il) parfiya-türk dili yunan və fars dilləri ilə bir
səviyyədə nüfuza malik olmuşdur
*
.
Son dövrün tədqiqlərində Azərbaycanın ilk orta əsrlər
dövləti Aranın adının türk sözü kimi etimolojiləşməsinə
**
əsasən həmin dövlətin ərazisində türk tayfalarının məskunluğu
fikri söylənir
1
. Şübhəsiz ki, Aran toponimi ilə Aran
antroponimi (Albaniyanın əfsanəvi hökmdarı Aranın adı)
arasında birbaşa əlaqə var («Oğuz xan – oğuzlar – Qalın Oğuz
dövləti» modeli ilə müqayisə edin). Həmin hökmdar Aran
sovde qəbiləsindəndir. Bu qəbilə şəksiz türk olan
su//sub//suvar//savar//sabir tayfasına bağlanır
2
. Yəni hökm-
darından rəiyyətinə qədər aranlılar türkdillidir. Başqa fikir:
Udon—Udin, eləcə də ud-udin-uti (biz kutilər etnonimini də
bu silsiləyə daxil edərdik) sözləri arasındakı morfonoloji
qohumluq həmin adları daşıyan etnosların da mənşəcə
yaxınlığına
dəlalət
etməlidir.
Qədim
Azərbaycanın
sakinlərindən olan bu etnosların adında od//ud anlayışı durur
və görünür, Azərbaycanın «Odlar diyarı» adlanmasını həmin
etnonim və toponimlərdə axtarmaq lazımdır. Qədim
tarixçilərin eranın I əsrində Azərbaycanda göstərdiyi türk
tayfalarından biri udonlardır.
3
Tarixi-linqvistik əsasda udin
etnonimini udon sözünün fonetik dəyişməsi kimi alan
S.Aşurbəyli udinləri türkdilli tayfa sayır və hesab edir ki,
onlar sonradan assimilyasiya olunaraq bugünkü dillərinə keç-
mişlər
4
. Bu assimilyasiya tarixi-siyasi məntiqə malikdir.
**
Аран топониминин илк тцрк етимолоэийасыны проф. М. Сейидов вермишдир.
1
2
1
Ашурбəйли С
. Эюстярилян ясяри, с. 57-58.
2
Йусифов Й. Эюстярилян ясяри, с. 34
3
Ашурбəylи С. Эюстярилян ясярi, с. 60-61.
4
Йеня орада. с. 61.
50
Xristian türk-albanlar müsəlmanlığı qəbul edəndə, görünür,
udinlərin bir qismi xristianlığını saxlamışdır və yəqin ki, bu,
az qisim olduğundan assimilyasiya üçün imkan yaranmışdır.
Beləliklə, Azərbaycan xalqının etnogenezində iştirak edən
udinlər türkdilli olmuşlar.
Azərbaycan ərazisində eradan əvvəlki minilliklərdə türk
etnoslarının mövcudluğuna işıq salan faktlardan biri skiflərin-
// /sakların etnik mənşəyinin aşkarlanmasıdır. Azərbaycanda
Kür-Araz arasında, Midiyada və ölkənin daha başqa
əyalətlərində eradan əvvəl və sonra skiflərin//sakların
məskunluğu müxtəlif qədim mənbələrlə təsdiqlənir. Tarixi-
müqayisəli
etnoqrafik
göstəricilər
skiflərin//sakların
türklüyünü göstərir. Çindən, Monqolustandan tutmuş Ukray-
naya qədər aparılmış arxeoloji tədqiqlər öz tipoloji nəticələri
ilə Şimali Çin, Şimali Monqolustan, Orta Asiya arxeoloji
məxrəcləri ilə uyğunluq təşkil edir ki, bu da skif/sak
etnoslarının türklüyü haqqındakı tarixi-müqayisəli və linq-
vistik qənaətləri daha da möhkəmləndirir
1
. Azərbaycandakı
bir sıra tarixi etnotoponimlər də buna sübutdur: Sakasen, Şa-
kaşen, Balasaken
2
. Həmçinin müasir etnotoponimlər: Şəki,
Zaqatala//Zaqarta, Saatlı/Sakatlı (əslində sakat «saklar» de-
məkdir). Bu toponimlərin türk etnosları ilə bağlılığına başqa
türk regionlarında işlənmələri də dəlalət edir: Tatarıstanda –
Şaki
3
. Müasir dövrdə müxtəlif türk xalqlarında türk-sak
tayfaları möv-cuddur: qırğızlarda – sake, saka, türkmənlərdə -
1
Гейбуллайев Г. Эюстярилян ясярн, с. 20-27; Сейидов М. «Гызыл дюйушчцнцн
талейи. Бакы, 1984, с. 76-100.
2
Гейбуллайев Г. Эюстярилян ясяри, с. 20-21.
3
Административно-территориальное деление Татарской АР. Казань,
1966, с. 317.
4
Мцвафиг шякилдя дилляр цзря бахын: Абрамзон С. Киргизы и их
этногенетические и историко-культурные связи. Л., 1971, с. 27 ;
Атаниязов С. Толковый словарь географических названий Туркменис-
тана. Ашхабад, 1980, с. 313; Кармышева Б. Очерки этнической истории
южных районов Таджикистана и Узбекистана. М., 1976, с. 100; Кост-
чубаев Е. Краткий толковый словарь топонимов
Казахстана. Алма-Ата,
1924,
С
.247.
51
şaklar, özbəklərdə şakay, qazaxlarda – şaqa
4
. Abakan
ətrafında geniş ərazidə yerləşən türk xalqlarından birinin adı
saqaydır
5
, V.V.Bartold bunları Yenisey türkləri adlandırır və
qara-qırğız nəsillərindən birinin sayak olduğunu göstərir
6
–
saqayın metatezasıdır.
Çin mənbələrində saklar se, si, su, çu şəkillərində qeydə
alınırlar
7
. Sabirlərin//süvarların türklüyü şübhəsizdirsə və
se//su... etnosunun sabirlər olduğu fikri söylənirsə
8
, deməli,
yenə sakların türklüyü təsdiqlənmiş olur. Skif dilindəki bor
müasir türkcələrdəki boz
sözüdür - mütəxəssislər bunu tuva,
altay və b. türk dillərindəki, həmçinin monqolcadakı
bor//boro//boru (həmin mənada) sözü ilə bağlayırlar.
1
M.Kaşğari Suvar şəhərinin (süvarların adı ilə) həm də
Saksin (Sakasen//Şakaşenlə müqayisə edin) adlandığını
göstərir
2
. Saksin sözünün tərkib hissələrinə diqqət yetirək:
«Sakalar miladdan öncə, Kür irmağını keçərək Gəncənin
qərbində Qoqaren, şərqində Sakasen adını verdikləri yer-
lərdə yerləşdilər. Sakasen adı «saka» kəlməsinin şəhər və
türbə mənasına gələn «sin» sözü ilə birləşdirilməsindən
ibarət olub aşağı İdildəki (Volqa -
T. H.) «Saksin»
*
şəhərinin adı ilə birdir»
3
.
5
Cафероğлу А. Тцрк кавымлари, Истанбул, 1980, с.2.
6
Бартольд В.В. Сочинения, т.В, с.268.
7
Мещметзаде М. Азербейъан тарищинде тцрк Албанийа, Анкара 1951, s.26;
Бартольд В.В. Сочинения, В т, s. 268.
8
Йусифов Й. Эюстярилян ясяри, с.32.
7
8
1
2
1
Севортян Э.В. Этимологический словарь тюркских языков, буква «б». –
М., 1978, с. 172-173.
2
Диванü луьат-ит-тцрк (Бесим Аталай тяръцмяси), ЫВ ъ., Анкара, с.850.
*
Демяли, Гутгашен, Варташен.вя цмумиййятля, йашайыш мянтягяси мяна-
сында «шен»лик//шенник (Ъябрайыл шивясиндя евя-тикилийя шинник дейирляр)
сюзляриндяки шен//шин щиссясини айры мяхряъя йозмайыб, тцрк мяншяли щямин
«син» сюзц ясасында гаврамалылг.
3
Зеки Велиди Тоьан. Uмуми Тцрк Tарищине Gириш, Ы ъ., с.159-160.
4
Бах: Ашурбəyли С. Эюстярилян ясярi, с. 60.
52
Ümumiyyətlə, qədim tarixi mənbələrdə göstərilir ki,
«Türklər Skiflər ölkəsində yaşayırlar» («VII əsr erməni
coğrafiyası»)
4
.
E.ə. II əsrin sonlarında Ön Asiya və İranda mənşəcə
isgit adlı bir sülalə hakimiyyətdə idi – sülalənin başçısı
Arsak çətinə düşəndə as
və pasiaklardan (peçeneqlərdən)
kömək alırdı
5
. As (az) və peçeneqlər məhz qohum olduğu
üçün iskitlər onlara müraciət ediblər. V
əsrdə hun
türklərinin yeni gəlişi ilə Ermənistanda hakim olan Arsakalı
(Arsaklı-Arşaklı) türk sülaləsi süquta uğrayır
6
, türk mənşəli
antroponim həm arsak etnonimini,
həm də
Arsak
toponimini özünə сa1ayır.
Tarixşünaslıqdakı bu təsvirlər adət-ənənə yaxınlıqları və
etnoqrafik
uyğunluqlarla
da
təsdiqlənir.
Yunan
müəlliflərinə görə, skitlər (isgitlər) türklər kimi qımız içər və
südü qurudaraq qurut hazırlarmışlar, əqidələri də şamanlıq
imiş
1
. Ondan az maraqlı olmayanı: «Düşmənlərinə qarşı
mərd savaşar, daxilən isə sakit, səmimi, sadə insanlar kimi
tanınarmışlar
2
. Göründüyü kimi, burada müasir azərbaycanlıların
etnik psixoloji kökü özünü göstərir. Ə.Bayramov yazır ki, «xalqın
etnik xüsusiyyətləri tərbiyə sistemi ilə, adətlərlə, ənənələrlə, milli
stereotip və təsirlər1ə müəyyənləşir»
3
. Müəllif azərbaycanlının sakit
xasiyyətinin Dağlıq Qarabağ hadisələri ilə bağlı coşması timsalında
milli-etnik psixologiyanı səciyyələndirir. Coşğun dəryanın dalğası
kimi gedən izdiham ağbirçək bir qadının yerə atılmış yaylığından
keçə bilmir – bu qızğın xarakterin tarixi etnik kökündə namusa
(qadının – ananın yaylığını tapdalayıb keçmək azərbaycanlı
adətinə görə namussuzluq sayılır) hörmət dayanır; kükrəmiş qız-
ğınlıqla ölümün üstünə gedən kişi izdihamı yaylığın qarşısında
sakitcə dayanıb hönkür-hönkür ağlayır
4
. Artist səhnədə bu məharət
4
5
Мещметзаде М. Тцрк Албанийа, с.23.
6
Йеня орада, с. 29.
1
2
3
1
Мещметзаде М., Эюстярилян ясяри, с. 17.
2
Йеня орада.
3
Байрамов А.С. Психологические этюды. Баку, 1989, с. 101.
53
ilə keçid yarada bilməz, ancaq etnik xarakterin tarixən qurulmuş
ssenarisi ilə bu hərəkət mexaniki icra olunur. Yaxud sakit
xasiyyətli, zəif cüssəli hürufi Nəsimi babalarından qanına keçmiş
qeyrətlə öz əqidəsi yolunda dar ağacının üstünə gedir
5
. Turk
tarixinin istedadlı araşdırıcısı L.N.Qumilyovun söylədiyi bir hadisə
türk-azərbaycanlının etnik xarakteri haqqında antik yunan
müəllifinin məlumatını və müasir psixoloqumuzun tədqiqatını bir
daha təsdiqləyir. L.Qumilyov həbs düşərgəsində Rzaqulu adlı sakit,
təvazökar bir azərbaycanlının güclü bir düşməndən heysiyyətini
qorumaq üçün özünü ölümə necə atmasından danışır və axırda de-
yir: «Azərbaycanlını polyakdan, almandan, qərb slavyanından nə
fərqləndirir? Axı onlar ləyaqətini saxlamaq xatirinə həyatları
ilə risk etməzdilər. Bu isə heç o barədə fikirləşmədi, onun
hərəkətində ayrı stereotip var»
6
.
Başqa bir tarixi mədəniyyət faktı: tarixi e. ə. X minilliyə və
daha qədimə aid edilən Qobustan rəsm-yazıları bilavasitə türk
mədəniyyəti ilə bağlıdır. Ən aydın əlamətlərdən biri budur ki,
Qobustan rəsmlərinin içərisində Orxon runik yazısının
işarələrinə təsadüf olunur. Məsələn, Qobustan qayalarındakı
işarəsi
1
Orxon yazısında z hərfidir. Həmin işarə Qafqazın
müxtəlif yerlərində, xüsusilə Azərbaycanda – Naxçıvan,
Qazax, Kəlbəcər ərazilərində əks olunmuşdur. Abxaziyada
tapılan üstündə həmin işarə qazılmış baltanı mütəxəssislər e. ə.
VIII-VI əsrlərə aid edirlər
2
. Qobustan şəkillərində gələcək türk
4
Йеня орада. с.102.
5
Йеня орада. с.29
6
«Елм» гязети, 1989, 20 май, № 20.
1
1
Джафарзаде И. Гобустан. Баку, 1973; Холм язылы, кам. 47, рис. 7. Д; Ъ.
Ъяфяров руник йазыда сюз башында саитин якс олунмамасы ганунуна эюря,
щямин рясм-йазыны «аз» кими охуйур ки, бу да гядим тцрк тайфаларындан
биринин адыдыр. Йяни Азярбайъан сюзцндя якс олунан аз тцрк етносунун
яразимиздя ян азы Гобустан гядимлийиндя мювъуд олмасы тясдиглянир.
Мцхтялиф рясмлярин охунушу иля баьлы мялумат цчцн бах: Ъяфяров Ъ.
Бязи
дамьа вя ишарялярин етимоложи изащы. Тцрк дилляриня даир етимоложи вя тарихи
– морфоложи тядгигляр, Бакы, АДУ-нун няшри, 1987, с.29-36.
2
Ъяфяров Ъ
. Эюстярилян ясяри, с. 35.
54
runik yazılarının d, k, l, n, ç, t və s. hərflərinin də işarələri
vardır. Azərbaycan ərazisində (Xınıslı, Çıraqlı və s.) tapılan və
tarixi eradan əvvələ gedən daş heykəllər öz üslubu ilə qədim
türk mədəniyyətinin numünələrinə uyğundur. Qazaxıstan,
Tuva, Cənubi Sibir və Monqolustanda aşkarlanmış analoqları
var
3
.
Qədim Ön Asiya yazılarındakı türkizmləri təsadüfi
saymaq olmaz – həm də həmin türkizmlər Midiya – Atropaten
və Albaniya ilə bağlı mənbələrdə özünü göstərir ki, bu da
haqqında söhbət gedən dövrlərdə Midiya-Atropatendə və
Albaniyada türk dil mühitinin olmasına dəlalət edir.
Azərbaycanın öz fəlsəfi abidəsi olan «Avesta»da türkizmlər
diqqəti çəkir. Abidədə işlənən tura//tur etnonimi «Türklər
ölkəsi» demək olan Turanın əhalisinə işarə edir
4
. Abidənin
dilində meşa (meşə) sözü var
1
. Maraqlıdır ki, başqa türk-
oğuz dillərində həmin mənada orman sözü işlənir.
Eramızın başlanğıcından sonra dilində ən çox türkizm
işlənən əsər «Alban tarixi»dir. Mütəxəssislər əsərin dilində
xeyli türkizm göstərirlər
2
. Düzdür, bu türkizmlərin əksəriyyəti
terminoloji və onomastik səciyyə daşıyır: kaqan (xaqan), şad,
cebqu/yabqu, tarxan, tudun...; KuarTanrıxan, Alp
Eltəbər, Qazan//Hazan – şəxs adları; Paçanaq
Terter
Tavusin
Hakari
Dostları ilə paylaş: |