doğru çingizilər müsəlmanlığı qəbul etsələr də,
hələ dəfn mərasimi buddist qaydası ilə icra olunurdu. Deməli,
hələ Batı, Hülaki dövründə ölkədə islam münasibəti xeyli
zəifləyir. Müsəlman olmayan, müsəlman mədəniyyətinə,
xüsusilə
fars
ədəbiyyatına xor baxan
monqolların
Azərbaycanı istila etməsi ilə ölkədə ərəb-fars dillərinin nüfuzu
parçalandı. Ərəb dili hegemoniyasının zəifləməsi fürsətindən
istifadə olunur. Görünür, bu fürsətin sayəsində ana dilində
1
«Nəvayi» məcmuəsi, Bakı, 1926, səh. 76.
2
Бартольд В.В. Сочинения, II том, I часть. М. – 1963, с. 148.
165
yazılar
genişlənir.
Əvvəllər
azərbaycanca
yazılar
məhdudlaşdırıldığından, himayə olunub, qorunub saxlan-
madığından bizə gəlib çatmamışdır. Ancaq bu dövrdən
yazıların üzü köçürülüb yayıldığından onların müəyyən qismi
dövrümüzə qədər gəlmişdir. Doğrudur, XIV əsrin ortalarına
doğru, xüsusilə Özbəyin dövründə islam və onun mədəniyyəti
yenidən hakim kəsilir, ancaq ana Azərbaycan dilində yazılar
bu qısa sərbəstlik zamanında elə kütləvi rəğbət qazanmışdı ki,
daha onun qarşısını almaq mümkün deyildi. Türkcə
(azərbaycanca) məscidə, mədrəsəyə girmişdi. Bizə gəlib çatan
ilk ana dilli yazıların XIII əsrə aid olması məhz həmin tarixi-
siyasi şəraitlə bağlıdır. Bu dövrdən Azərbaycan dilində həm
elmi, həm də xüsusən bədii ədəbiyyat nümunələrinə müntəzəm
rast gəlirik. Azərbaycan dilində yazıların genişlənməsi,
şübhəsiz, ərəb-fars dillərinin daralmış nüfuzunun yerini doldu-
rurdu. Artıq bu dövrdən üç dildə (ərəbcə, farsca,
azərbaycanca) eyni dərəcədə yazmaq ustalıq sayılır.
4. Bizə «Dədə Qorqud kitabı»ndən sonra ana dilində gəlib
çatan ilk yazılı nümunə XIII əsr şairi Həsənoğlunundur.
Tarixi mənbələr təsdiq edir ki, onun Azərbaycan dilində
«Divan»ı olmuşdur, Həsənoğlu mükəmməl söz ustası kimi
tanınmış, ona türk və fars dillərində çoxlu nəzirələr
yazılmışdır. Şairin əlimizdə olan məşhur qəzəli həm öz söz
sənətinin, həm də bütövlükdə o dövr Azərbaycan ədəbi-bədii
dilinin səviyyəsi haqqında aydın təsəvvür yaradır:
Apardı köŋlümi bir xoĢ, qəməryüz, canfəza dilbər;
N ə dilb ər, dilb əri- Ģahid, n ə Ģahid, Ģahidi-s ərv ər!
Mən ölsəm, sən büti-Ģəngül, sürahi, eyləmə qül-qül;
Nə qül-qül, qül-qüli-badə; nə badə, badeyi-əhmər.
BaĢumdan getmədi hərgiz sənüŋlən içtigüm badə;
Nə badə, badeyi-məsti; nə məsti, məstiyi-sağər.
ġə
ha, Ģirin söziŋ qılur Misirdə bir zaman kasid;
Nə kasid, kasidi-qiymət, nə qiymət, qiyməti-Ģəkkər.
TutuĢmayınça dər atəĢ, bəlürməz xisləti-ənbər,
Nə ənbər, ənbəri-suziĢ, nə suziĢ, suziĢi-məçmər.
Ə
zəldə canum içində yazıldı surəti-mə‘ni,
166
N ə m ə‘ni, m ə‘niyi-sur ət, n ə sur ət, sur əti-d əft ər.
Həsənoğlu saŋa gərçi duaçıdır, vəli sadiq,
Nə sadiq, sadiqi-bəndə, nə bəndə, bəndeyi-çakər.
Qəzəlin dili klassik poeziya formasının mükəmməl
nümunəsidir. Burada milli sözlərlə əcnəbi sözlər artıq
qaynayıb-qarışmışdır – semantik və qrammatik cəhətdən
uyğunlaşmışdır. Klassik poeziya üçün səciyyəvi
göstəricilərdən biri kimi izafət birləşmə tipi geinş yer tutur.
Qəzəlin dilində aydın məcaz və idiomatika görünür – şirin söz,
sürahi, apardı könlümü, qəməryuz, çanım içində, başımdan
getmədi
və s. Milli sözlərlə milli, alınma sözlərlə alınma və
milli sözlərlə alınma sözlərin məna və qrammatik cəhətdən
bağlanmasındakı çeviklik qəzəldə bədii fikrin ifadəsinə
sərrastlıq və dərinlik verir. Qəzəlin ümumi forma -
kompozisiya xüsusiyyəti də diqqəti cəlb edir: dörd-beş sözün
iştirakı ilə həcmli beyt yaradılır. Hər beytin birinci misrasında
verilən bədii atribut-obraz ikinci, farsca misrada sürəkli və
incə şəkildə konkretləşdirilir, dərinləşdirilir, genişləndirilir:
əvvəlcə —
qəməryüz dilbər, yaxud canfəza dilbər, sonra
dilbəri-Ģahid (dilimizdəki gözəllər gözəli qəlibinə uyğundur),
daha sonra Ģ
ahidi-sərvər (təxminən bu mənada: gözəllər
sərvərinin – gözəllər tacidarının gözəli). Bu, az sözlə dərin
məna ifadə etməyin XIII əsrdə gözəl nümunəsidir. Qəzəlin
dilində müəyyən ifadələr dövr haqqında müəyyən təsəvvür
yaradır: gözəlin şirin sözünün Misir səkəri ilə müqayisəsi;
yaxud
duaçıdır, vəli sadiq ifadəsi dua etməyin həmişə ürəkdən
yox, bəzən boğazdan yuxarı icrası haqqında məlumat verir.
Həsənoğlu qəzəlində şairin fərdi istedadı ilə Azərbaycan
türkcəsinin milli mükəmməlliyi birləşir, dahilərə məxsus bir
sənət nümunəsi yaranmış olur. Əlimizdəki ədəbi faktlar
göstərir ki, qəzəl öz dil sənətkarlığı ilə Şərqi, türk dünya
ədəbiyyatını iki əsr heyrətdə saxlamışdır. XIII əsrin
əvvəllərində yazılmış bu şeirə XIV əsrin sonunda, yüz əlli il
sonra yazılmış bu nəzirə – Misir məmlük şairi Seyfi Sarayinin
şeiri:
167
Tapulmas h üsn m ülk ünd ə sa ŋa t əŋ bir q əm ər-m ənz ər,
Nə mənzər, mənzəri-Ģahid, nə Ģahid, Ģahidi-dilbər.
Bu gün Yusuf camalini qılubdur haq saŋa bəxĢiĢ,
Nə bəxĢiĢ, bəxĢiĢi-devlət, nə devlət, devləti-məfxər.
Söziŋ dürrü cəvahirdür köŋüllər gəncinə layiq,
Nə layiq, layiqi-Xosrov, nə Xosrov, Xosrovi-kiĢvər.
Bu hüsnüŋ Ģövqü zövqinə köŋül tutiləri tapdı,
Nə tapdı, tapdı xoĢ ləzzət, nə ləzzət, ləzzəti-Ģəkkər.
Cəmaliŋ nəqĢinə Seyfi-Sarayi bağladi surət,
Nə surət, surəti-həsna, nə həsna, həsnai-canpərvər.
Bu da Həsənoğludan iki əsr sonra yaşamış Türkiyə şairi
Əhməd Dainin nəzirəsidir:
Eyya, hurĢidi-məhpeykər, cəmalüŋ MüĢtəri-mənzər,
N ə m ənz ər, m ənz əri-tale‘, n ə tale‘, tale‘i- ənv ər.
Yüziŋdür ayəti-rəhmət, öziŋdür mazhəri - kudrət,
Nə qüdrət, qüdrəti-sani‘, nə sani‘, sani‘i-əkbər.
Cəmalüŋdən cihan rövĢən, yanağuŋ qöncai-gülĢən,
Nə gülĢən, gülĢəni-cənnət, nə cənnət, cənnəti-kövsər.
Müənbər saçlaruŋ dilkeĢ, münəvvər hilkatüŋ məhvəĢ,
Nə məhvəĢ, məhvəĢi-cazu, nə cazu, cazuyi-dilbər.
Süleyman surəti səndə, Sekəndər sirəti səndə.
Nə surət, surəti-Yusif, nə Yusif, Yusifi-sərvər.
Fələk Ģətrəncini utdun, səadət mülkini tutdun,
Nə mülkət, mülkəti-dövlət, nə dövlət, dövləti-qeysər.
Ə
gərçi kullaruŋ bihəd, vəli kəmtər qulıŋ Əhməd,
Nə Əhməd, Əhmədi-Da‘i, nə da‗i, da‘ii-çakər
*
.
Hələ yəqin ki, arada nə qədər ikinci dərəcəli şairlərin sözü
olub.
Başqa bir cəhəti: Həsənoğlunun bu şeiri müləmmə
formasında yazılıb: beytlərin hər birində birinci misra türkcə,
ikinci farscadır. Elə bil Həsənoğlu bu iki dili yarışa qoşur.
*
Нязиря Фцзулинин «Мяни ъандан усандырды…» гязяли кими дахили гафийя иля
йазылыб: Яэяръи кулларuŋ бищяд, vяли кямтяр кулıŋ Ащмяд.
168
Nəvainin «Mühakimətül-lüğəteyn» (iki dilin yarışı – türkcə ilə
farscanı müqayisə edir) traktatından iki yüz il əvvəl
Həsənoğlu Şərqin məşhur şeir dili olan farscanı əyani surətdə
türkcə ilə üz-üzə qoyur. Və öz ana dilinin qüdrətini göstərir. Əsas
bədii fikir birinci misradadır, ikinci misra sintaksisdəki bir cümlə
üzvünün əlavəsi hüququndadır. Yəni əsas mətləb cümlənin qanuni
üzvündədir, əlavə üzv məhz onun əlavəsidir, köməkçi ifadəsidir.
Birinci misra ikincini yedəyində aparır. Birinci misra müstəqil
(cümlə kimi) işlənir və bədii məna ifadə edir: Apardı köŋlümi bir
xoş, qəməryüz, canfəza dilbər – mübtədası, xəbəri, tamamlığı, təyini
olan sadə cümlə. İkinci cümlə müstəqil işlənə, fikir ifadə edə bilmir,
cümlənin əlavə üzvü kimi: Nə dilbər, dilbəri-şahid, nə şahid, şahidi-
sərvər. Yaxud birinci misra mürəkkəb cümlənin baş, ikincisi budaq
cümlə hüququndadır. Birinci cümlə hakimdir, dominantdır, ikinci
asılıdır, ona xidmət edir. Bu misralararası güc nisbəti türkcə ilə
farscanın arasındakı mükəmməllik dərəcəsinin fərqinə bərabərdir.
Türkiyə ədəbiyyatşünası N.S.Banarlı yazır: «Sarayinin…azəri şairi
Həsənoğluya söylədiyi qəzəl nəzirəsi gərək söylənilməsindəki
ustalıq və təbiilik bakımından, gərək Türk Divan şeirinin Misir
coğrafiyasındakı həyatını göstərməsi və bilhassə əsrin türk
ədəbiyyatları arasında bağlılığı bəlirtmək bakımından tanınmaya
və təkrarlanmaya dəyər bir mənzumədir». Yəni türkcə sənət vasitəsi
kimi uzaq-uzaq coğrafiyaların türkcələrini bir-birinə bağlayırdı. Bu
şeirlərin hamısında Azərbaycan türkcəsi aşkar görünür. Bu,
türkcəmizin tarixi yaşama materikinin genişliyidir. Buna görə də
gələcəkdə fransızca ilə müqayisə edib avropalılıar deyəcəklər ki,
«Azərbaycan türkcəsini bilərək bütün Şərqi gəzmək olar.»
Son vaxtlarda alman türkoloqu Barbara Flemminq ədəbi
iсtimaiyyətə Həsənoğlu imzalı yeni bir qəzəl təqdim etmişdir:
Necəsin, gəl, ey yüzi ağum bənüm!
S ən əritd ün odlara ya ğum b ən üm.
And içərəm, səndən artuq sevməyəm,
Sənün ilə xoĢ keçər çağum bənüm.
Hüsn içində, saŋa manənd olmaya,
Ə
sli yuca, könli alçağum bənüm.
Al əlumi, irəyüm məqsuduma,
169
Qoma y ür əkd ə yana da ğum b ən üm.
Sən rəqibə sirrini faĢ eylədün,
Anun i1ə oldu Ģıltağum bənüm.
QıĢladum qapuŋda itlərüŋ ilə,
Oldı kuyuŋ uĢda yaylağum bənüm.
Bən ölicək yolına gömün bəni,
Baqa tursun yara toprağum bənüm.
Toprağumdan bitə həsrətlə ağaç,
Qıla zari cümlə yaprağum bənüm.
Bu Həsənoğlı sənüŋ bəndəndürür,
Anı rədd etmə, yüzi ağum bənüm!
Bir sıra faktlara görə hesab etmək olar ki, bu, həqiqətən
«Apardı könlümü» qəzəlinin müəllifidir. 1. Möhürbeytdə
müəllifin imzası var (ancaq Həsənoğlu adlı başqa şairlər də
ola bilərdi). 2. Qəzəl sənətkarlıq səviyyəsinə görə qəbul olun-
muşun keyfiyyətindədir. Dil, ifadə aydınlığı, məcaz, təşbih
sarrastlığı hər iki qəzəldə eyni istedadın bədii düşüncə
məhsuludur, kamillik dərəcəsi üst-üstə düşür. 3. Hər ikisinin
son beytində aşiqin məşuqəyə sədaqəti üçün
bəndəlik (qul)
təşbihi işlədilir. Bu, ilk baxışda saman çöpündən yapışmaq
kimi görünə bilər, ancaq fərdi bədii üslubun daxili məna
strukturu və formal—tipoloji komponentlərinin vəhdəti
baxımından mühüm detaldır; çox hallarda sənətkar müxtəlif
əsərlərində eyni tipli dil materialına müraciət edir və bu
uyğun ifadə — detallar əsərlərin strukturunda analoji
mövqelərdə yerləşdirilir. 4. Bu qəzəl də əvvəlki tapılan tipli
mənbədə aşkar edilmişdir. 5. Əsər dil, ifadə və nəfəsinə görə
XV—XVI əsrlərin yazı abidələrindən çox «Kitabi-Dədə
Qorqud» mizanı ilə səsləşir. Klassik poeziya janrının ölçü-
tələbləri qalmaqla xalq ədəbiyyatı ifadələri qəzəlin dilində
aşkar iz buraxmışdır: (ürəyinin)
yağını əritmək, and içmək,
ə
lini almaq,— bu ifadə «əlindən tutmaq» mənasında bu gün
də munisdir, — ç
ağı xoĢ keçmək, ürək dağı, əsli yuca (əsil-
nəcabətli, zatlı-köklü),
könlü alçaq (sadə, təvazökar
mənasında «Dədə Qorqud»da işlənən bu idiom indiki
dialektlərimizdə də qalır),
yuzi ağ (pak, alnı açıq mənasında,
170
ü
züqara idiomunun antonimi. Birinci misradakı yüzi ağ—
müstəqim mənada ağ üzlü, göyçək məqamında işlənir. Eyni
zamanda
a ğ qədim türk dillərindəki g ün əĢ. İkinci misradakı
ə
ritmək sözü bunu təsdiq edir. Yenə danışıq dilindən gələn Ģıltaq
sözü çox orijinal məqamda görünür. Klassik poeziya janrlarının
dili üçün səciyyəvi olmayan haldır ki, qəzəldə milli Azərbaycan
sözləri aparıcı üstünlüyə malikdir. Birinci beytdə bir dənə alınma
söz yoxdur, ikincidə ancaq
xoĢ, yeddincidə isə yalnız yar sözü
farscadır. Bunlarda da, göründüyü kimi, fonetik və semantik
cəhətdən alınmalıq hiss olunmur.
Qəzəl, bütün gözəllikləri öz yerində, birinci növbədə, aydın
ifadə tərzi ilə ürəyə yol tapır. Burada aydınlıq estetik faktora
çevrilir. Dil həm üslubi zərifliyi, həm də qrammatik kamilliyi
ilə cəlbedicidir. «Bən ölicək» və «Toprağumdan bitə» sözləri
ilə başlanan beytlər bir-birini tamamlayan şəffaf, mənalı
rəssam tablosu yaradır. Torpaqdan ağacın həsrətlə bitməsi,
onun yarpaqlarının zar qılması ifadələri şairin-aşiqin daxili-
hissi yanğılarını və səmimiliyini sözlə ifadə etməkdən çox
əşyalaşdırıb göz qabağında canlandırır. Bu səmimilik və
cəfakeşlik
aşiqin
məşuqəsinin
itləri
ilə
qışlaması
mübaliğəsində də görünür — bu, tipik, koloritli klassik
poeziya ifadəsidir.
Bu yaxınlarda İ. Həsənoğlunun türkcə üçüncü qəzəli bizə
məlum oldu. Qəzəlin dili bir çox cəhətdən diqqəti çəkir,
birinci növbədə, anlaşıqlı olması ilə:
Ə
cəb, bilsəm, məni Ģeyda qılan kim?!
Baŋa bu eĢq odın peyda qılan kim?!
Ə
cəblərəm, əcəb qaldum, ilahi,
Ġ
man əhlün dutıb tərsa qılan kim?!
QamıĢdan Ģəkərü taĢdan cəvahir,
Ağacdan daneyi-xurma qılan kim?!
Tənüm yetmiĢ iki dürli damardır,
Kimün irmaq, kimün dərya qılan kim?!
Qo bu tədbiri, gəl təqdiri gözlə,
Bugünki vədəyi fərda qılan kim?!
Bu nət‘üŋ fərriĢi hər dəm bu fərraĢ,
171
Bu ər Ģüŋ r əngini mina q ılan kim?!
Həsənoğlu, bu bir qarta mə‘nidən
Anuŋ, xub, surətin ziba qılan kim?!
Qəzəlin dilində 33 ərəbcə, farsca, 26 türkcə olmaqla 59 söz
var. Bir dənə farsca izafət işlənir: daneyi-xurma. Əcnəbi söz-
lərdən bugünkü ədəbi dildə işləməyənlər bunlardır: tərsa
(xristian), tən
(bədən), fərda (sabah), nət (süfrə/həsir/döşək),
fərriş (fərş edən, yayan, açan), fərraş (həmin məna: fərş edən
və əlavə: Kəbə xidmətçisi). Bu sözlərdən hamısı Həsənoğludan
bəri, XX əsrin əvvəlləri də daxil olmaqla bütün dövrlərdə
ədəbi dilimizdə işlənmişdir. Söz birləşmələri və cümlələrin
türkcənin milli, müasir qrammatikası ilə qurulması göz
qabağındadır: eşq odu, iman əhli, qamışdan şəkər qılan, bu
tədbir, bugünkü və’də, «Əcəb, bilsəm, məni şeyda qılan
kim/dir», «Tənüm yetmiş iki dürli damardır»…Qəzəlin dili
göstərir ki, hələ XIII əsrdə, Nəsimidən yüz əlli il əvvəl
türkcəmiz təsəvvüf düşüncəsinin ifadəçisi kimi uğurla
işlənirmiş. Həsənoğlu indi «qamışdan şəkər, daşdan cəvahir,
ağacdan xurma dənəsi yaradan, yəni yoxdan hər şeyi var
edən, heç nədən hər şeyi zahirə çıxaran, peyda edən kimdir»
sualını verir; gələcəkdə Nəsimi deyəcək: «Aləmül –qeybəm,
vücudam, həm anın dəryasiyəm; Allahi-nurun nuruyam; kafü
nunun məbdəi, həm kainatın mənşəyiyəm»; Füzuli deyəcək:
«Bu nə sirdir ki, olur hər ləhzə yoxdan var söz; Hər dəm
göstərir niqabi-qeybdən rüxsar söz». Həsənoğlu deyir: Bu
nət‘ün fərrişi hər dəm bu fərraş-yəni ərşlə fərşi, yeri, göyü
yaradan bu fərraş-bu yaradıcıdır. Nəsimi deyəcək: Ərşlə fərşü
kafü nun məndə bulundu cümlə. Həsənoğlu deyir: Əcəb,
bilsəm, məni şeyda qılan kim?! Füzuli deyəcək: Heyrət, ey büt,
surətin gördükdə lal eylər məni. «Əcəb» Füzulinin «heyrət»
dediyi təsəvvüf anlayışıdır – arifin, aşiqin Allahın xilqəti,
Haqqın camalı qarşısında heyrətə dalmasıdır. Həsənoğlu
eynən əcəb (heyrət) deyir və Tanrının möcüzələrinə əcəblənir
(heyrət edir). Şeirində Həsənoğlu əvvəldən axıra Tanrı eşqini
vəsf edir, bu eşqin oduna yandığını nida qılır – şair Allaha
sevginin ən ali mərtəbəsindədir, o, sadəcə seyr etmir, elə belə
172
eşqə can atmır, bu eşqin odunun içindədir, deməli, həqiqətə
çatıb. Yəni Həsənoğlu artıq bu fəlsəfənin mürşididir, təsadüfi
deyil ki, o, zamanında Şeyx İzəddin kimi tanınmış və sufi
şairlər ona nəzirələr yazmışlar.
Bu da maraqlıdır ki, Həsənoğlu dilində aqlütinasiya daha
möhkəmdir, analitizm Füzulidəki səviyyəyə çatmayıb-«heyrət
etmək» yerində «əcəblə» (mək) işlənir. Qəzəlin dilində
aydınlıq, geniş anlaşma dərəcəsi divan ədəbiyyatı sistemində
xəlqiliyə nümunə olacaq səviyyədədir. Ancaq Füzulidəki
danışıq türkcəsi, canlı dil deyimləri, frazeologiya burada
yoxdur.
Həsənoğlu dilindəki alınma və milli leksikanın sonralar və
indi də yaşaması göstərir ki, o zaman sabitləşmə getmiş ədəbi
dil nümunəsi var idi, onum möhkəm ənənə və zəmini
olmuşdur.
5. 1. İlk yazılı nümunələrdəncə üslubi fərqlənmələrin əla-
mətləri nəzərə çarpır. Yazılı abidənin varlığı nə qədər qiymətli
xəbər-hadisədirsə, onun dilində janra, vəznə, mövzuya görə dil
materialının sistemləşdirilməsi faktı da eyni dərəcədə əhəmiy-
yətlidir. Məhz bu faktorlar ümumxalq dilinin dərinliklərindəki
zənginliyi aşkar edir, hər söz, hər ifadə, hər qrammatik biçim
bir mətləblə, bir məcaz və ya təşbihin təhriki ilə üzə çıxır. O
ifadə tərzini ki, qəzəldə görə bilmirik, onu məsnəvi
formasında tapırıq, yaxud bunlarda olmayanı qoşma və ya
bayatı janrlarında müşahidə edirik. Əli adlı şairin «Qisseyi-
Yusif» mənzum dastanının dili xalq şeiri üslubuna uyğundur.
Bu cəhət həm mövzunun rəvayətdən — xalq ədəbiyyatından
alınması, həm də qoşma formasında yazılması ilə şərtlənir:
Misr içrə bir tacir olur irdi,
Anu ŋ ad ı M əlik ibn Do ğər irdi.
Doğər oğlı Məlik bir tuĢ gördi,
Müəbbirə tə‗vilün sorar imdi.
Aytur: bu tün bir tuĢ gördüm,
TuĢim içrə Kən‘ana varur irdim.
Ad qoyusı təqrəsində yürər irdim,
Gün həqiqət kökdin yerə ensə imdi,
173
Tolub ay m üəyy ən g ögdin endi,
Qoynımdın girübən yaqamdın çıqdı,
Həm kökdin dür, mərcan, yinçü yağdı,
Mən anı ətəgimə dərdim imdi.
Saqınuban mən anı dizər irdim,
C əm‘ q ılub sanduq ıma qoyar irdim,
Bu duĢı hiç gümansız böylə gördim,
Ya müəbbir, bunca tə‘vil qılgil imdi.
Müəbbir aydur: gəl otur sən bu yanumda,
Yorayım duĢunqı tə‗birimdə.
Ġ
ki qızıl-altın qoygil bu yanumda,
DuĢını mübarək yoram imdi...
Göründüyü kimi, nağıl-təhkiyə formasında söhbət gedir: «biri
var idi» nağıl başlanğıcı mühafizə olunur, xəbərlər
irdi (idi)
əlaməti ilə qurtarır. Hətta təhkiyə forması belə tələb etdiyindən
təxminən hər bənddə misra – cümlənin sonunda – rədif məqa-
mında
imdi ünsürü təkrar olunur. Bu da söz seçilməsini
məhdudlaşdırır və göründüyü kimi, hətta qafiyə sisteminin
pozulmasına gətirir. Ümumiyyətlə, belə əhatəli mövzu üçün
qoşma forması yaramır, müəllifin söz və ifadə imkanlarını
ləngidir. Xalq dilinə yaxınlıq aşkar görünür; milli sözlər üstündür,
izafət biçimi yoxdur,
tə‗vil, tə‗bir ərəb kəlmələri ilə yanaşı, yorma
sözü də işlənir. Hətta bu çevirmə adın verilməsində də görünür:
əvvəl əcnəbi forma—
Məlik ibn Doğər, sonra milli: Doğər oğlu
Məlik. «Qoynundan girib yaxasından çıxmaq» ifadəsi də koloritli
danışıq nümunəsidir. Dastanın qoşma formasında yazılması o
dövr şifahi xalq poeziyası janrları, onların kütləviliyi və yazılı
ədəbiyata təsiri haqqında müəyyən qənaət hasil edir; indiki xalq
şeir formalarımız XIII əsrdə sabit şəkildə mövcud olub.
Məzmunca həmin dövrlərin hadisələrini əks etdirən bu bayatı
misraları da fikrimizi təsdiqləyir:
Apardı Batı məni,
Qul eyl ər, sat ı m əni.
Yollar uzun, mən yorğun,
Doğrayır çatı məni.
174
Bayatının yalnız məzmunu deyil, başlama tərzi (bəziləri
«Mən aşiq», «Əziziyəm» sözləri ilə başlanır. Görünür, hər
dövrün öz kütləvi qəlibi olub), leksik tərkibi, müqayisəsi də
uyğundur. Bu bayatıdakı rəvanlıq, emosional dərinlik,
sözlərin müvafiqliyi Həsənoğlunun yazılı ədəbiyyatdakı dilinə
müqabildir. Bu dövr xalq ədəbiyyatımızın dili formaca cilalı,
məzmunca həzindir. Hətta həzin lirika pərdəsinin altında
ictimai siqlət dayanır. Deməli, XIII-XIV əsrlərdə yazılı
ədəbiyyatda Həsənoğlu şeiri, şifahidə bayatılar ədəbi dilimiz
üçün etalondur. «Qisseyi-Yusif»də qoşmanın effektsizliyi
müəllifinin fərdi istedadı ilə bağlıdır.
5. 2. Bu cəhətdən həmin dövrün başqa bir mənzum
əsərinə, «Dastani-Əhməd Hərami»yə diqqət yetirək. Əsər
klassik poeziya janrında – məsnəvi formasında yazılıbsa da,
dilində xəlqilik prinsipi izlənir. Klassik poeziya janrları üçün
səciyyəvi olan qeyri-kütləvi ərəb-fars sözlərinin, izafət və izafət
silsilələrinin bolluğu burada görünmür, alınma sözlər semantik
cəhətdən milliləşmişdir, bir sözlə, xalq dili norması gözlənir:
Bu dastanı bu gün bünyad edəlüm,
Haqqu ŋ q üdr ətl ər ün biz yad edəl üm.
Gəlün, ey mə‗ni bəhrin seyr edənlər,
Bu dərya gövhərindən xeyr edənlər,
Məanidə qılı iki biçənlər,
Dilindən daima gövhər saçanlar!
Gəlün barı bugün söhbət qılalım,
Məani kanınuŋ dürrin bulalım.
Anuŋ birligün zikr eyləyə dil,
Xatırda qalmaya zərrəcə müĢgil...
...Nə zahirdir ol kim, gözdən iralmaz,
Nə batindir ol kim, hərgiz görülməz.
Anuŋ əvvəlinüŋ öni bulunmaz,
Anuŋ axırınuŋ sonı bulunmaz...
...Olursa həq-təaladan inayət,
Qılam bu qissəyi bir-bir hekayət.
Məgər kim ol zamanda bir hərami
175
D ər üb d öĢürmi Ģdi çoq h ərami.
Bilürdi sehr elmindən bəğayət,
Nücum elmində də qadirdi ğayət.
Gər əfsun oquyub bir gəz ürəydi
*
,
Ol ıqd əm ay ı g ögd ən endir əydi...
Qılıc salsa, bir ərə dəpinəydi,
Qoğan aslan kibi kim çapınaydı.
DemiĢlər adına Əhməd Hərami,
Ç
avı tolmuĢ idi ellər təmami...
Verdiyimiz parçada müasir dil baxımından arxaik sayılan
10 sözdən
(kan, iralmaq, qissə, döĢürmək, oxumaq, gəz,
ü
rmək, olıqdəm, qoğan, çav) ancaq ikisi (kan, qissə)
alınmadır. Qalanı milli sözlərdir ki, bunlardan ikisi
(iralmaq,
olıq) morfoloji cəhətdən arxaik sayılır, ikisi də (oxumaq,
ü
rmək) yalnız semantik yükünü dəyişib. Parçadakı leksik
materialın belə tərkiblənməsinin nisbəti bütün dastana aiddir.
Belə aşkar olur ki, bu dövrdə ərəb-fars sözləri gələcəkdə yerini
tutub ədəbi və ümumi ünsiyyətdən sıxışdıracağı türk mənşəli
sözlərin mövqeyini hələ sarsıda bilməyib; ərəb, fars dilləri
Azərbaycanda dövlət dili sayıldıqlarından dilimizə nüfuz edən
öz sözlərini siyasi cəhətdən himayə edir və qədim tayfa
yadigarları kimi qalan sinonimləri sıxışdırır, həmin cərgədə
yer tutur. Xalq birliyi yarandıqdan sonra dilimizə nüfuz
etdiyindən bu sözlər cavan və perspektivli görünür. Bunun
nəticəsidir ki, həmin dövrdə xalq dilində, geniş ünsiyyətdə
işlənən milli və alınma leksikanın ümumi balansından
sonralar arxaikləşmə prosesində türk mənşəli sözlər nisbətən
daha çox işləklikdən düşməyə məruz qalır (yuxarıdakı
rəqəmlə müqayisə et: 10 arxaizmdən səkkizi millidir). Müasir
xalq dilimizlə müqayisədən belə aydınlaşır ki, XIII-XIV əsrlər
ədəbi dili xəlqi bünövrədə meydana gəlir: milli sözlərlə işlənən
alınmalar ümumxalq ünsiyyətinə keçmiş, semantik anlaşma
cəhətdən bu iki mənbə arasında fərq təxminən yoxdur. Görə-
*
Цфцрмяк
176
cəyimiz kimi, klassik janrın inkişafı sonrakı əsrlərdə bu fərqi
yaradır və hiss etdirir.
«Dastani-Əhməd Hərami»də dilin mükəmməlliyi, ifadənin
zənginliyi ilə yanaşı, təbiiliyi məsnəvi forması ilə də bağlıdır.
Bu forma dili nəsr-təhkiyə imkanları ilə təmin edir. Ġ
ki at yükü
odun varub aldı, qılı iki biçənlər, yaĢı xərc etmək (omrü
keçirmək),
gəlin barı, qara bağrı qan olmaq, ürəyinə su
səpilmək, əlindən can qurtarmaq, boğazlayıb atmaq, nə kim
var (tamam), mənim ucumdan, düni günə ulayuban (calayıb)
ge
tmək, həyasından qızarmaq, yemək-içmək kimi geniş
yayılmış ifadələr və ümumiyyətlə, bu ifadə tərzi epik formanın
dil-təhkiyə tələbləri ilə bağlıdır. Bu, aşkarca mənzum hekayə
dilinin başlanğıcıdır. Epik təsviri lövhələr danışıq dilinin,
folklor dilinin ədəbi-bədii material kimi istifadəsinə şərait
yaradır: burada «Dədə Qorqud»un dili ilə çoxlu səsləşmələr
vardır. Türk mənşəli sözlərin «Dədə Qorqud»dakı işləklikdə
müvaziliyi və antonim birləşmələri:
sağ-əsən, qızıl-altın, dərib-
doĢürmək, ulu-kiçi və s. Həmin baxımdan bu beyt tipikdir:
Nə turursuz, turun, bir-bir quĢanun,
Nə qayırun, nə qorxun, nə üĢənün.
Bu sinonim cərgədən ancaq
qorxmaq yaşayır (turmaq
felinin omonimliyindən bədii nitq üçün sənətkarlıqla istifadə
olunub: 1-ci də
dayanmaq, ikincidə qalxmaq). Uyğunluq
qədim leksikon və morfoloji təzahürdə də görünür:
yağma
(Güləndam könlin anun qıldı
yağma), oxumaq (çağırmaq),
becit, qoğan (kükrəmiş, qızğın – qoğan aslan), önərmək,
evərmək, iralmaq (iraq olmaq, uzaqlaşmaq), məgər (heç
demə, ola ki),
ulamaq, donanmaq (geyinmək), gedirmək
(aparmaq) və s. Sintaksisində, təşbih və məcazlar sistemində
də xalq danışıq nümunələri, milli təmizlik – yad təsirin azlığı
nəzərə çarpır. Bütün bu əlamətlər göstərir ki, «Dastani-Əhməd
Hərami» «Dədə Qorqud» boyları kimi xalq türkcəsindən
geniş bəhrələnmişdir. Söz yaradıcılığı cəhətdən də maraqlı
faktlar var ki, bunlar həm qədimlik, həm də xalq dili
göstəriciləridir:
bəkçi (gözətçi), bilüm (elm), yoldaĢ, haldaĢ
(eyni vəziyyətdə olan),
kindarlıq, xalq (camaat – şəhrün xalqı)
177
və s. Klassik poeziya dilində ən çox
dünü gün kimi işlənmə
məqamında həm eyni forma
(Düni günə ulayıban gedərdi),
həm
dünü gündüz, həm də gecə gündüz qarşılıqları işlənir. Bu,
görünür, danışıq variantıdır. C ü
nbüĢ fars sözünə ancaq
danışıq dili abidələrində təsadüf olunur, indi də dialektizm
səviyyəsində qalır. (M.Ə.Sabirdəki mənası ilə müqayisə et).
«Dədə Qorqud»dakı
xanlar xanı, bəylər bəyi qəlibi və titulu
ilə yanaşı, Ģ
ahənĢah da (fars dilinin təsiri) işlənir (Şahənşaha
der, ey bəglər bəgi, Sən cahan içində daim olgil əsən – burada
«cahan içində» konstruksiyası da danışığa məxsusdur, klassik
poeziya dilində «cahan içrə» kimi işlənərdi).
5. 3. Azərbaycan dilində bütov halında bizə çatan ilk
divan
Qazi Bürhanəddinindir. Klassik poeziya dilinin təşbih,
obraz-məcazlar sistemi, leksik-qrammatik tərkibi haqqında
ilk müfəssəl təsəvvürü məhz bu «Divan» əsasında alırıq. İlk
dəfə burada klassik poeziyanın xüsusi isimlərdən ibarət söz-
obrazları əhatəli kəmiyyətdə görünür:
Xızr, Məryəm, Ġsa, Yəhya, Yusif, Musa, Adəm, Həvva,
Nəmrud, Davud, Bağdad, Misir, Nil, Rum, Çin, təxti -
Süleyman, Yusifi-Kənan və s. Belə xüsusi adların
təşbihləndirilməsinə tipik bir nümunə;
Xətti Xızr, ağzı
Məryəm, sözi Ġsa, ləbi Yəhya, özi Yusif, gözi Musa, zehi
Adəm, zi Həvvadır.
İzafət sonrakı klassiklərin dili ilə müqayisədə çox deyil,
ancaq var: xüsusilə təşbih mövqeyində duran standart
izafətlər:
abi-heyvan, əĢki-sürx, rəngi-ruyi-zərd, atəĢi-
Nəmrud, badi-səba, xunbahayi-eĢq (şairin bu koloritli izafəti,
güman ki, azərbaycancanın kalkasıdır:
eĢqin qan bahası).
Bununla belə Q.Bürhanəddinin dili üçün izafət və onun
əcnəbi lüğət komponentləri müqabilində milli qarşılığın
işlənməsi daha səciyyəvidir:
qaĢı yay, kiprikləri Ģəcər, yüzü
gül, gözü nərgiz, göz yaĢı, üz sarusı... Maraqlıdır ki, ilk dəfə
məhz bu «Divan»da izafətlərin leksik və ən zərurisi,
qrammatik cəhətdən çevrilməsini görürük:
heyvan suyu (Bən
sənüŋ ləlü-ləbüŋə, yə‘ni heyvan suyinə Təşnə oldım... –
qəribədir ki, şair leksikoqraf işi görür:
lə‗li-ləb məcazını yəni
deyərək aydınlaşdırır və daha aydın olmaq üçün
abi-heyvan
178
yox,
heyvan suyu işlədir), cadu göz (çeşmi-cadu), təni bərg,
kirpikləri cadu, xədəngi cadu, yürəgi səng (səngdil) və s.
Şairin təşbihləri dəqiqliyi və təbiiliyi ilə gözəl təsir
bağışlayır. Bir neçə nümunə:
könül kəkliyə, gözlər Ģahbaza
bənzədilir: Köŋüllər kəkliginə bu dünyadə, İlla şahin gözlərin
şahbaz imiş;
qaplan, aslan, əjdəha – güclülük, ahu – zəiflik
rəmzi:
Qaplan, aslan, əjd əhalar c üml əsi Əc əl üŋ q ıyna ğında
ahu imiĢ, Badi-səba – qəmmaz (söz gəzdirən); Nilufər yandı,
baĢun taldı suya, Neynəsün qəmmazdurur badi-səba. Zülf –
dam (tor),
xal – danə; Yar yüzündə incidür, dürdanədir, Zülfi
damü qara xalı danədür. Dünya – keçid: Dünya bir
keçütdürür,
gələn
keçər
(«dünya
bir
pəncərədir»
müqayisəsindən dəqiqdir) və s.
Qazi Bürhanəddin dilinin koloritli – özünəməxsus
məsəlləri, aforizmləri vardır. Bunların xeyli qismi gələcək
klassiklərdə müşahidə olunur. Bu o deməkdir ki, bunlar fərdi
aforizmlər deyil, xalq dilindən gəlir:
Ta dikən tolmayınca bağçada Bən anı balta ilə
qırmamıĢmən; Ərənlər cərgəsində deyilən sözə Yerinə yetmək
gərək meydanunda; Canə can verməyənün nə canı var - Can
verənin adı ilə sanı var; Ər kiĢinün mətaı ərlik olur; Əzəldə
həq nə yazmıĢ isə bolur, Göz nəyi ki, görəcək isə, görür; Ər
oldur, həq yolunda baĢ oynaya. DöĢəkdə ölən yigit murdar
bolur; Əldə beĢ barmağı düz kim görmüĢdür; Hər zaman tanrı
yaxar bir çırax; Mərd olan yerdə labüd namərdi var; Hər
günün günəĢi, gecənin mahi var; Qanğı canda od varını ah
bilir; Hər zaman bir yigidün dövranıdur; Əgərçi damdur zülfi,
vəli quĢ danəyə düĢər və s.
Q.Bürhanəddinin bədii dili lirik mahiyyəti ilə səciyyələnir.
Ancaq onun dilində qəhrəmanlıq motivi, patetika boyası
yaradan bir qrup söz aydın görunür. Əslində bu sözlər dastan
leksikonudur: ə
r, ər kiĢi, əranə, ərən, ərlik, ər güni (döyüş,
sınaq günü),
erkək, nər, qoç, aslan, qaplan, əjdəha, Ģiranə,
nəranə, buğra, düĢmən, meydan, ox, qılınc, cövlan etmək və
s.
Bu sözlər şairin bütün əsərləri boyu yayılmış işlək
leksikadır. Bunlar şairin lirikasını həzinlikdən qurtarır, ona
179
yüksək əhval-ruhiyyə daxil edir, gümrahlıq gətirir. Şairin
yaratdığı bədii lövhə elə bir tablodur ki, onun bir tərəfində
qılınclı-qalxanlı ərlər, o biri tərəfində ala gözlü, al yanaqlı
gözəllər dayanırlar. Həm də sadəcə dayanmırlar, onların
arasında hissi və fikri ünsiyyət gedir, bununla da tablo
şəkillikdən çıxıb, canlı həyata çevrilir: döyüşlü, vuruşlu,
məhəbbətli bir həyata. Bu sözlər həm məcazi mənada işlənir:
Haqqa
Ģü
kr,
qo çlarun
devranıdur...Günbatardan
güntoqan yerə dəkin EĢq ərinün bir nəfəs seyranıdur. Həm də
həqiqi-müstəqim mənada işlənir:
Hədəf ilə oxü qılıc urırısax,
Qoparalum Misir eli qayasını.
Məhz bu cəhətlə bağlıdır ki, «Dədə Qorqud»dakı
«xanım»
xitabı ilə səsləşən
«bəgim» işlənir: Səni sevməyən, bəgim,
adəm dəgül (maraqlıdır ki, hər iki söz bu gün qadın adı kimi
geniş işlənir —
Xanım, Bəyim). Belə bir leksik—semantik
qrupun işləkliyi, şübhəsiz, Q.Bürhanəddinin dövlət xadimi
olması ilə bağlıdır; şair monqol əsarəti dövründə, Əmir
Teymur işğalı zamanı xalqda ruh düşkünlüyü yaranmasın
deyə, nikbinlik, döyüşkənlik təlqin edir, işğalçı sərkərdələrə
mənəvi meydan oxuyur: Ġ
ki aləmdə həqqə sığınmıĢuz.
ToxtamıĢ nə ola, ya Axsax Temur? Ümumiyyətlə, dövlət
xadimliyi onun dilində aydın əks-səda tapır: onun dilində
abstrakt müqayisə və məcazlar yox, konkretlik səciyyəvidir,
şair bədii ümumiləşdirmələrlə tərbiyə məqsədinə ciddi fikir
verir, insanlara həm ailə, həm də cəmiyyət üçün yararlı olmaq
hissi aşılayır: Y
ar gərək yarı ilə həmrəng ola. Gər niĢatü eyĢü
sülhü cəng ola. Bu konkretlik şairin ictimai qayəsi ilə şərtlənir:
o, bədii əsərlərində müəyyən təbliğat məqsədi izləyir.
Öz bədii
təbliğatı qavransın deyə, xalq dilinə, aydın danışıq dilinə
müraciət edir. Şairin dilindəki aydınlıq və konkretlik ictimai-
didaktik məzmunlu tuyuq və rübailəri ilə yanaşı, sevgi
şeirlərində də görünür. Anlayışlar arasındakı koordinatın
dəqiqliyi, müxtəlif sintaktik vahidlərdə leksik mənaların aydın
əlaqələri həm kamil bədiilik yaradır, həm də onun
qavranmasını asanlaşdırır:
Dedim ki: l əb üŋ ! Dedi: n ə Ģirin s öyl ər!
180
Dedim ki: bel üŋ ! Dedi: n ə nar ın s öyl ər!
Burada
l əb və Ģirin, bel və nar ın söz-anlayışları arasında
aydın assosiasiya vardır. Bəzən dilində nahəmvarlığa rast
gəlinsə də, ümumən, sadə və xəlqi dil, aydın və şəffaf portret,
dolğun və nüfuzedici bədiilik Q.Bürhanəddin şeirləri üçün
doğma atributlardır:
Ol g öz ki y üzi ŋ g örm əy ə, g öz dem ə ana,
ġ
ol yüz ki tozıŋ silməyə, yüz demə ana.
ġ
ol söz ki içində, sənəma, vəsfüŋ yox,
Sən badi-həva dut anı, söz demə ana.
Tolanub zülfiŋə itirmiĢ özin,
Ey ko ŋül, qar ə k öŋül, miskin k öŋül.
Can çün yüzüni gördi, yılduzi neylərəm bən?
Dil çün sa çuni g ördi, g ünd üzi neyl ər əm b ən?
Sonralar Nəsimi və Füzulidəki səs melodiyasının uyarı
görünür:
Gül ol ola, bülbülünü gözləyə, ġah ol ola, bir qulunu
gözləyə. Xub anə deyəm ki, hər dəm içində Bülbülünün
qülqülünü gözləyə. Bu tuyuqda l səsinin yaratdığı ritm gül və
bülbül məfhumlarını daim xatirə gətirir. Bəzən burada Füzuli
obrazlarıının kökü görünür:
Yürək dəlük-dəlük oluban nalələr
qılur, Dəvası bu ki, yə‘ni bənəm Ģimdi nayi-eĢq (Füzulinin
«nalədəndir ney kimi...» beyti ilə müqayisə et). Şair tipik
danışıq dili ifadələrini klassik poeziya dilinə gətirir:
yaxĢı-
yaman, qatı-yumĢaq, alax-bulax (indiki: ələk-vələk), ağız-ağız
(bu, başqa heç kəsdə işlənmir, indiki
ağız dolusu, çoxlu
mənasındadır: Ağız-ağız, yardan raz olsa xoş),
kükür-kükür
kükrəmək və s. Onun dilində aparmaq (daha işlək olan
ilətmək müqabilində), ölməklik, oynamaq (qurban vermək),
çə
ləb (allah) kimi sözlərin işlənməsi göstərir ki, bunlar o, vaxt
canlı dildə mövcud olmuşdur.
Q.Bürhanəddin oğuzların salur tayfasındandır. Buna görə
də onun dilində oğuz elementləri cəmləşməli idi. Həqiqətən
181
burada oğuz xüsusiyyətləri seçilir: söz sonunda karlaşma –
yamax, irax, ayax, son hecada dodaq saitlərinin işləkliyi –
yürəgüm, aparur, ərənlərün, meydanidür, təsirlik halda -yı
işlənməsi –
dünyayı, qapuyi və s. Eyni zamanda qıpçaq dil
qrupuna məxsus xüsusiyyətlər də güçlüdür: söz başında t –
toğru, tamu, taĢ; təsirlik halda nı— vəsfimüzni, Bağdadnı,
bənizümni; feli sifət şəkilçisi -qan — tutqan, yazılğan; -
mən
şəxs
şəkilçisi
-irməmiĢmən,
dərməmiĢmən,
q ırmam ıĢm ən; - əd indiki zaman şəkilçisi: - dill ən əd ür,
yanadurur və s. Deməli, Qeysəriyyədki oğuzlar anlayışı
qədim oğuz tayfasını əks etdirmir, məzmunca metamorfoz
olmuş etnonimdir. Şairin doğulduğu və böyüdüyü yerdə
müxtəlif tayfa dilləri əsasında formalaşmış Azərbaycan
xalq dili fəaliyyət göstərmişdir.
Dostları ilə paylaş: |