Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə47/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   43   44   45   46   47   48   49   50   ...   61
Monoqrafiya

əlinin altında olmaq – rus. быть под рукой, ing. to hold 
one’s tongue – azərb. dilini dinc saxlamaq / dilini farağat 
qoymaq  –  rus.  попридержать  язык,  ing.  to  twist 
someone  round  one’s  (little)  finger  –  azərb.  kimi  isə 
barmağına dolamaq – rus. обвести вокруг пальца кого-
либо,  ing.  to  stand  on  one’s  own  two  feet  –  azərb.  ayaq 
üstündə  möhkəm  dayanmaq  –  rus.  твердо  стоять  на 
ногах, ing. to be bound hand and foot – azərb. əl-ayağını 
bağlamaq – rus. связать себя по рукам и ногам, ing. to 
wash  one’s  hands  –  azərb.  əllərini  yumaq  –  rus.  умыть 
руки, rus. to lose one’s head – azərb. başını itirmək – rus. 
потерять голову, ing. to poke one’s nose into someone’s 
business  /  affairs  –  azərb.  burnunu  başqasının  işinə 
soxmaq  –  rus.  совать  свой  нос  в  чужие  дела,  ing.  to 
have got one’s head screwed on one’s shoulders – azərb. 
çiyinləri  üstə  başı  olmaq  –  rus.  иметь  свою  голову  на 
плечах,  ing.  cannot  see  an  inch  beyond  /  before  one’s 
nose  –  azərb.  burnundan  uzağı    görməmək  –  rus.  не 
видеть дальше собственного носа. 


 
205 
İdiomların  ifadə  və  məzmun  planlarının  üst-üstə 
düşməsi 
struktur-semantik 
ekvivalentlərin 
təyin 
edilməsində mühüm  rol oynayır. Üst-üstə düşmə tam və 
natamam  ola  bildiyindən  tam  və  natamam  struktur-
semantik  ekvivalentlərin  də  fərqləndirilməsinə  zəmin 
yaranır.  Azərbaycan  və  ingilis  dillərində  tam  struktur-
semantik  ekvivalent  idiomlarda  həm  məna  eyniliyi  ilə, 
həm də tərkib eyniliyi, oxşarlığı özünü göstərir. 
Azərbaycan  və  ingilis  dillərində  leksik  cəhətdən 
ekvivalent  olan  idiomlar  bir  sıra  hallarda  semantikasına 
görə  fərqlənir.  Məsələn,  ing.  to  lose  one’s  head    idiomu 
azərb.  başını  itirmək  idiomuna  leksik  cəhətdən 
ekvivalentdir,  lakin  semantik  tutumuna  görə  ondan  daha 
darlığı ilə fərqlənir. Azərbaycan dilində bu idiom bir neçə 
mənada işlənir:  
1)  “düşünmədən,  baş  işlətmədən  nəsə  etmək,  özünü 
itirmək”;  
2)  “pis  yola  düşüb,  pis  adamlarla  oturub-durmaq,  onlara 
qoşulmaq, onların əlində alət olmaq”;  
3) “nəyəsə aludə olub çətin vəziyyətə, bəlaya düşmək”.  


 
206 
Azərbaycan  və  ingilis  idiomlarının  bir  qismi 
semantikasına görə və üslub baxımından ekvivalent olub, 
leksik  cəhətdən  cüzi  fərqlənir.  Buna  bir  ayağı  qəbirdə 
olmaq – one foot in the grave  idiomunu misal göstərmək 
olar. 
Natamam 
struktur-semantik 
ekvivalentlər  adı 
altında  elə,  adətən,  idiomlar  nəzərdə  tutulur  ki,  onların 
semantikası  uyğun  olsa  da,  komponent  tərkibi  müəyyən 
qədər  fərqlənir.  Müq.  et:  ing.  to  curl  the  lip  –  azərb. 
dodağını büzmək / əymək – rus. cкривить / надуть губы, 
ing. to be all ears – azərb. diqqətlə qulaq asmaq – rus. во 
все уши слушать, ing. to have one’s eye on something / 
someone  –  azərb.  kimdənsə  gözünü  çəkməmək  –  rus.  не 
спускать  глаз  с  кого-либо,  to  have  something  at  one’s 
finger tips – azərb. beş barmağı kimi bilmək – rus. знать 
что-либо как свои пять пальцев, ing. to feel / find one’s 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin