Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə45/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   41   42   43   44   45   46   47   48   ...   61
Monoqrafiya

çıxmaq,  əlindən  çıxmaq  –  ing.  to  slip  through  one’s 
fingers  –  rus.  проскользнуть  между  пальцев,  azərb. 
gözünə kül üfürmək – ing. to throw dust in someone’s eye 
–  rus.  пускать  пыль  в  глаза,  azərb.  göz-gözə  //  üz-üzə 
gəlmək  –  ing.  face-to  face  –  rus.  лицом  к  лицу,  azərb. 
boğazını yırtmaq – ing. to scream at the top of one’s lungs 
 rus. рвать глотку. 
Bu 
idiomatik 
ifadələrdən 
bəzilərində 
tam 
ekvivalentlik  idiomların  ifadə  etdiyi  məzmun  əsasında 
formalaşır.  Həm  məzmun,  həm  də  ifadə  planına  görə 
ekvivalentlik də müşahidə olunur. Müq. et: azərb.  gözünə 
kül üfürmək – ing. to throw dust in someone’s eye – rus. 


 
197 
пускать  пыль  в  глаза.  Bir  sıra  idiomlarda  fərqli  cəhət 
özünü  daha  çox  ifadə  planında  göstərir:  azərb.  əlindən 
sürüşüb  çıxmaq,  əlindən  çıxmaq  –  ing.  to  slip  through 
one’s fingers – rus. проскользнуть между пальцев. Rus 
və ingilis dillərində bu idiomda barmaqlar sözü işlənirsə, 
Azərbaycan dilində əl sözündən istifadə olunur. Başqa bir 
misalı  nəzərdən  keçirək:  ing.  to  draw  the  wool  over 
someone’s eyes – rus. водить кого-либо за нос – azərb. 
başını  piyləmək,  başını  aldatmaq.  Bu  idiomdakı  məna 
Azərbaycan  dilində  öz  ifadəsini  başqa  bir  idiomda  da 
tapır: çaya susuz aparıb, susuz gətirmək. 
Ayrı-ayrı  dillərdə  eyni  və  ya  yaxın  mənaya  malik 
idiomun  tərkibində  leksik  vahidlərin  fərqli,  semantik 
əlaqələrinin  müxtəlif  olması  tez-tez  müşahidə  edilir. 
İngilis və Azərbaycan idiomlarının tərkibində  head – baş, 
eye – göz, hand – əl, heart – ürək, mouth - ağız, tongue – 
dil  kimi  sözlər  yüksək  işlənmə  tezliyinə  malikdir.  Belə 
idiomatik  sırada  qrup  semi  diferensiallaşdırıcı  əsas 
funksiyasında  çıxış  edir.  Məsələn,  “düşüncə  prosesi” 
verbal  şəkildə  head  (brain)  –  baş  komponenti  əsasında 


 
198 
reallaşır: to cudgel one’s brains over something – nəyinsə 
üstündə  baş  sındırmaq.  Bununla  yanaşı,  müxtəlifsistemli 
dillərdə  məzmuna  görə  ekvivalent  olan  idiomlarda  yaxın 
mənalı  sözün  işlədilməsi  ilə  üzə  çıxan  fərq  də  müşahidə 
olunur: ing. to bare one’s heart – azərb. ürəyini boşaltmaq 
–  rus.  излить  душу.  Bu  cərgədə  rus  dilindəki  idiomda 
сердце  (“ürək”)  əvəzinə  душа  sözündən  istifadə 
olunmuşdur.  Azərbaycan  və  ingilis  dillərində  isə 
göstərilən  nümunələrdə  və  bir  çox  digər  ekvivalent 
idiomlarda qrup semi eyni sözlə ifadə olunmuşdur.  
Ekvivalentlik 
nəzəriyyəsinin 
çatışmayan 
cəhətlərindən  biri  də  idiomlarla  söz  arasında  semantik 
fərqin  qəbul  edilməməsi  faktıdır.  Bu,  idiomun  məna 
strukturunun  sözün  məna  strukturuna  nisbətən  daha 
mürəkkəb  quruluşa  malik  olması  ilə  əlaqədardır.  Buna 
görə  də  idiomatikaya  çox  vaxt  semantik  baxımdan 
müxtəlif söz birləşmələri aid edilir.  
Ekvivalentlik  leksik  sinonimi  olan  idiomlara  aid 
edilə  bilməz.  İdiomun  vahid  məna  strukturu  sözün  məna 
strukturuna  nisbətən  daha  mürəkkəbdir.  Xüsusən 


 
199 
konnotasiya baxımından nitqdə bu iki dil vahidinin mütləq 
(tam)  qarşılıqlı  əvəz  edilməsi  faktı  istisna  edilir.  Dildə 
konnotasiya  baxımından  fərqli  cəhətlər  mühüm  rol 
oynayır.  Konnotasiya  idiomun  semantikasının  ayrılmaz 
atributudur.  
İdiomatik  ekvivalentliyə  təsir  göstərən  digər 
mühüm  amil  idiomun  quruluşudur.  İdiomun  struktur 
(leksik və sintaktik) təşkili birinci amillə müqayisədə tam 
struktur-semantik  ekvivalentin  olmasını  daha  asanlıqla 
aydınlaşdırmağa  imkan  verir.  Alman  və  rus  idiomlarının 
müqayisəsi  əsasında  A.D.Rayxşteyn  leksik  tərkib 
(komponent tərkibi) və sintaktik strukturu fərqləndirir. O, 
komponentlərin  bu  və  ya  digər  tematik  qrupa  semantik 
aidliyininin  idiomların  dillərarası  ekvivalentliyinə  zəif 
təsir göstərdiyini qeyd etmiş və bu cəhətin yalnız az sayda 
idiomda  təzahür  etdiyini  göstərmişdir  [133,  120].  Belə 
idiomlar,  adətən  alınma  idiomlar  olur.  Onlar  qədimliyi, 
müəyyən  dini  hadisələrə  aidliyi  ilə  seçilir.  Məsələn,  ing. 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin