Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə44/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   40   41   42   43   44   45   46   47   ...   61
Monoqrafiya

throat,  azərb.  ağzında  dili  qurudu,  rus.  язык  присох  к 
гортани.  Belə  birləşmələrin  felləri,  bir  qayda  olaraq, 
keçmiş zamanda işlənir. 
 
  İdiomatik  ifadələrin  müxtəlif  dillərdə  bir-birinə 
uyğun gəlməsi müxtəlif səbəblərlə bağlıdır. Başlıca səbəb 
kimi  fəal  dillərarası  əlaqəni  göstərmək  olar.  Bu 
uyğunluğun  digər  səbəbini  passiv  dil  əlaqələrində 


 
193 
axtarmaq  lazımdır.  Bir  çox  hallarda  idiomlar  bir  dildən 
digərinə  hərfi  tərcümə  olunur  və  o  şəkildə  də  işlədilərək 
həmin  dilin  malına  çevrilir.  Bu  zaman  dil  qohumluğu, 
mənşə  ümumiliyi,  ərazi  yaxınlığı,  iqtisadi  və  mədəni 
əlaqələr də mühüm rol oynayır. 
 
Əlbəttə, idiomların tərcümə  yolu başqa dilə keçməsi 
və  həmin  dildə  möhkəmlənməsi  üçün  müəyyən  zaman 
tələb  olunur.  İdiomun  başqa  dildə  yer  almasına  onların 
struktur  modelləri  və  komponentlərinin  oxşarlığı  da  təsir 
göstərir. 
 
Bir  çox  xalqlarda  insanın  ağlı  onda  beynin  (başın) 
olması  ilə  alleqorik  şəkildə  əlaqələndirilir.  Bu  isə  həmin 
xalqların dilində oxşar idiomların yaranmasına səbəb olur: 
Müq.  et:  ing.  empty  head,  azərb.  başıboş,  ing.  a  wooden 
head, azərb. taxtabaş, kütbeyin. 
 
İdiomatik  ifadələrin  transformasiyası  zamanı  onların 
tərkibində  olan  müəyyən  komponentin  müxtəlifsistemli 
dillərin  daşıyıcıları  üçün  tanış  məzmunlu  hadisələrlə 
bağlılığı 
da 
nəzərə 
alınmalıdır. 
Belə 
hallarda 
müxtəlifsistemli dillərdə bir-biri ilə uyğun gələn idiomları 


 
194 
tapmaq  daha  asan  olur.  Transformasiyanın  düzgün 
aparılması  idiomlar  lüğətində  idiomların  sözlər  üzrə 
qruplaşdırılmasına imkan yaradır.        
Məlumdur  ki,  qorxu  hiss  edərkən,  güclü  həyacan 
keçirərkən  insan  müxtəlif  emosional-psixi  vəziyyətlərə 
düşür.  Bu  hal  bütün  xalqlara  xas  olduğundan  belə 
vəziyyətlərlə bağlı idiomlar müxtəlif sistemlərə malik olan 
dillərdə  oxşar  ola  bilər.  Müq.  et:  azərb.  canına  üşütmə 
düşdü,  ing.  have  cold  feet.  Bu  qəbildən  olan  idiomlarda 
əsas element kimi daha çox “ürək” mənalı söz çıxış edir: 
azərb. ürəyi düşmək, ürəyi parçalanmaq, ing. one’s heart 
leaped into one’s mouth, one’s heart sank into boots, rus. 
сердце  падает,  сердце  рвется  на  части  və  s.  Belə 
idiomların  oxşarlığını,  yuxarıda  qeyd  etdiyimiz  kimi, 
hisslərin  ümumbəşəri  xarakter  daşıması  təmin  edir.  Bu 
baxımdan  idiomun  mənasının  leksik  məna  ilə 
qarşılaşdırılması  idiomların  semantik  xüsusiyyətlərini 
öyrənməkdə 
mühüm 
əhəmiyyətə 
malikdir. 
Transformasiya  zamanı  bir-birinə  yaxın  mənalara  malik 


 
195 
müxtəlif  idiomların  semantikasının  müqayisəsi  də 
vacibdir. 
İdiomların  müxtəlifsistemli  dillərin  birindən 
digərinə  tərcüməsi  zamanı  onların  ekvivalentlik 
dərəcəsinə  müxtəlif  amillər  təsir  göstərir.  Ekvivalentlik 
idiomların  strukturunun  dillərarası  eyniliyi  kimi  nəzərdə 
tutulur. 
Bu 
zaman 
idiomun 
strukturunun 
leksik 
dolğunluğu  və  üslubi  xüsusiyyətləri  nəzərə  alınır. 
İdiomatik  ekvivalentlik  kateqoriyasının  öyrənilməsinə 
həsr  olunmuş  və  qarşılaşdırıla  bilən  dillərin  idiomlarının 
struktur-qrammatik 
təşkilinin 
nəzərə 
alındığı 
tədqiqatlardan  fərqli  olaraq  bu  məsələ  ekvivalentlik 
(vahidlərin məzmun cəhətdən tam və ya qismən eyniliyi) 
və  konqruentlik  (forma  cəhətdən  tam  və  ya  qismən 
eynilik) arasında da müəyyənləşdirilə bilər. Burada ingilis 
və Azərbaycan dillərindəki idiomların sintaktik təşkilində 
ola bilən fərqlərin müəyyənləşdirilməsinə kömək məqsədi 
ilə üçüncü bir dilin – rus dilinin materialından da istifadə 
edirik.  


 
196 
Araşdırmalar  göstərir  ki,  idiomlar  arasında  qismən 
və  ya  tam  ekvivalentlik  müşahidə  edildiyi  kimi, 
ekvivalentliyin  olmadığı  hallara  da  təsadüf  edilir. 
Ekvivalentliyin  məzmun,  struktur-semantik  baxımdan  
əsas  meyarı  idiomların  hər  iki  dildə  semantik  oxşarlığı, 
onların  konnotativ  mənasının  qismən  və  ya  tam  üst-üstə 
düşməsidir.  Bu  halda  başlıca  rolu  əsas  mənaya  görə 
ekvivalentlik  oynayır.  Müq.  et:  azərb.  əlindən  sürüşüb 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin