Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə40/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   36   37   38   39   40   41   42   43   ...   61
Monoqrafiya

hand ifadələri göz yummaq və to shut one’s eyes ifadələri 
ekvivalent dil vahidləridir. Onların transformasiyası, yəni 
bir  dildən  digərinə  köçürülməsi  heç  bir  çətinlik  törətmir. 
Belə  birləşmələrdəki  komponent  oxşarlığı  onların 
ekvivalentliyi  üçün  əhəmiyyət  daşımır.  Əlbəttə,  müxtəlif 
dillərdə  işlənən  və  bu  şəkildə  yaxın  olan  idiomların 
yaranması  təsadüfi  deyildir.  Belə  oxşar  ifadələrin 
meydana  çıxmasında  müəyyən  bir  qanunauyğunluq 
vardır. 
Beləliklə,  bu  və  ya  digər  əşyaya  (kəmiyyətə)  bərabər 
tutulan, hər hansı cəhətdən ona uyğun gələn, onu əvəz və 
ya  ifadə  edə  bilən  əşya  (kəmiyyət)  bir-birinə  ekvivalent 
sayılır.  Bədii  tərcümədə  belə  bərabərqiymətliliyi  təmin 
etmək çətindir, çünki tərcümə zamanı mənbə dilin sistemi 
ilə  tərcümənin  edildiyi  dilin  sistemi  arasındakı  fərqlər 
orijinalın  məzmununun  tam  saxlanması  imkanını 
məhdudlaşdırır.  Ekvivalentliyi  müəyyənləşdirmək  üçün 
meyar rolunu orijinaldakı məna elementlərinin saxlanması 


 
181 
oynayır. 
Bunu 
əsas 
götürərək 
V.Komissarov 
ekvivalentliyin beş tipini fərqləndirir:  
1) tərcümə materialında orijinaldakı məzmun saxlanır;  
2)  orijinalın  və  tərcümə  olunmuş  materialın  ümumi 
məzmunu  eyni  kommunikasiya  məqsədini  güdməklə 
yanaşı, eyni dilxarici situasiyanı əks etdirir;     
3) leksik tərkibdə və sintaktik strukturda paralellər olur;  
4) sintaktik struktur qorunur;  
5) orijinalla tərcümə olunmuş material arasında maksimal 
yaxınlıq  olur  [118,  52-56].  Əslində,  beşinci  tip 
ekvivalentlik  anlayışının  təyin  edilməsi  ilə  bağlıdır. 
Burada  ekvivalentliyin  sərhədləndirilməsində  müəyyən 
qədər yaxınlıq vardır. Maksimal yaxınlığı qiymətləndirmə 
vasitəsi  və  ya  meyarı  yoxdur.  Ona  görə  də  idiomların 
transformasiyası  zamanı  maksimal  yaxınlıq  adı  altında 
ekvivalentlikdən danışmaq özünü doğrultmur. 
Müxtəlif  dillərdəki  idiomatik  ifadələrin  ümumi  səciyyə 
daşıması  və  müəyyən  məqamlarda  struktur-semantik 
oxşarlıq  təşkil  etməsi  dilçilik  ədəbiyyatında  “dillərarası 
ekvivalentlik”  kimi  qiymətləndirilir  [112,  12].  Buraya 


 
182 
məna  və  üslubi  çalarına  görə  oxşar,  komponentlərin 
tərkibi  və  struktur-qrammatik  təşkili  cəhətdən  uyğun 
gələn sabit birləşmələr daxildir.  
Hər  hansı  gümana  gəlməyən  və  ya  çətin  baş  tutan  işdən 
bəhs edilərkən ingilis dilində when pigs fly, castles in the 
air, if ifs and ans were pots and pans və if the sky falls, we 
shall  catch  larks  idiomlarından  istifadə  edilir.  Bu 
idiomları  Azərbaycan  dilinə  hərfən  müvafiq  olaraq 
“donuzlar  uçanda”,    “qəsrlər  havada”,  “əgər  əgərlər  və 
vələr  çaydan  və  qazan  olsa”,  “səma  nə  vaxt  yerə  enərsə, 
torağayları  da  o  vaxt  tutarıq”  kimi  tərcümə  etmək  olar. 
Lakin, göründüyü kimi, Azərbaycan dilində belə ifadə və 
ya idiom yoxdur. Deməli, bu idiomlar Azərbaycan dilinə 
tərcümə  deyil,  transformasiya  edilməlidir.  Başqa  sözlə, 
həmin  idiom  Azərbaycan  dilində  onun  semantikasına 
uyğun  idiomla  əvəz  edilməlidir.  Azərbaycan  dilində  bu 
məqamda  dəvənin  quyruğu  yerə  dəyəndə  idiomundan 
istifadə olunur. Komponent oxşarlığı tam aradan qaldırılsa 
da,  transformasiya  zamanı  semantik  ekvivalentlik  əldə 
olunur.  


 
183 
“Ölmək”  mənasını  bildirmək  üçün  ingilis  dilində  to  kick 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin