(hand) və göz (eye) komponentli idiomatik birləşmələrdən
az işlənir. Tərkibində ayaq (foot) sözü olan idiomları
aşağıdakı mənaları bildirən tematik qruplara ayırmaq olar:
1) Hərəkət, ayaqla getmək prosesini bildirən idiomlar:
Hərəkətin növ və formaları dildə həm qrammatik ifadə,
həm də məntiqi cəhətdən müxtəlif olur. Belə ki, hərəkətin
çoxcəhətli
növləri
arasında
aşağıdakı
növləri
fərqləndirmək olar: subyektin müstəqil olaraq icra etdiyi
hərəkətlər; bu və ya digər subyektin təsiri ilə baş verən
hərəkətlər; məhdud çərçivədə və ya bir yerdə baş verən
hərəkətlər. Bütün bu hərəkət prosesini bildirən ayaq (foot)
tərkibli idiomatik birləşmələr hərəkətin bəzi proseslərini
dəqiqliklə ifadə edir:
172
a) gəzmə, yeriş prosesi: ing. to set foot on foot (“ayaq
açmaq”), to foot the road (“piyada çox yol getmək”);
azərb. ayaq atmaq, ayaq açmaq və s.;
b) yerişin xarakteri: ing. to have two left hands (“ağır
taxtalı olmaq”[ağır-ağır gedən adam haqqında]), to be
light on one’s feet (“yüngül rəqs etmək”); azərb. ayaqdan
iti olmaq, ayağını sürümək və s.;
2) cəmiyyətdəki vəziyyəti, mövqeyi bildirən idiomlar: ing.
to get smb. on his feet (“ayağa durmaq”[sərbəst olmaq
mənasında]), to be on one’s feet (“ayağı yer almaq”);
azərb. ayaq üstə durmaq və s.;
3) insanların qarşılıqlı münasibətini bildirən idiomlar: to
rush smb. off his feet (“bir kəsi işləməyə məcbur etmək //
dəhmərləmək”), to lick smb’s feet (“qarşısında əyilmək //
yaltaqlanmaq // kiminsə önündə alçalmaq”). Bu qrupa
daxil olan “mane olmaq, hər şeyi ləngitmək ” mənalı
idiomatik birləşmələrə Azərbaycan dilindəki ayağı daşa
dəymək, əl-ayağını bağlamaq, ayağının altını qazmaq,
ayağını kəsmək, iki ayağını bir başmağa dirəmək
idiomları uyğun gəlir.
173
4) İnsanın fiziki vəziyyətini bildirən idiomlar: to put on a
war footing (“döyüş hazırlığı aparmaq”), to have one’s
feet in the grave (“bir ayağı gorda olmaq”), to be dead on
one’s feet (“yorğun olmaq”); azərb. ayağı sürüşkən olmaq,
əldən-ayaqdan düşmək və s.;
5) insanın fəaliyyətini, hərəkətin xarakterini və nəticəsini
bildirən idiomlar: to get one’s foot ladder (“uğur
qazanmaq”), to put smth on foot (“bir şeyin əsasını
qoymaq”), to put one’s foot in (“səhvə yol vermək //
biabır etmək”), to get (have) the foot of smb (“bir kəsi
qabaqlamaq // müvəffəqiyyətə şansı olmaq”), to keep
one’s footing (“öz yerini saxlamaq”), to have the ball at
one’s feet (“çətin vəziyyətdən uğurla çıxmaq”), to put
one’s best foot first (“mümkün olan hər şeyi etmək”), with
both feet (“son sözüylə”), to get one’s feet wet
(“başlamaq”), to come on the hot foot (“tələsik gedib
qayıtmaq”); azərb. bir ayağını burdan, o biri ayağını
ordan qoymaq, ayağı büdrəmək və s.
Ümumiyyətlə qeyd etmək lazımdır ki, foot (ayaq) tərkibli
ingilis idiomlarının mənası, onların metaforikləşməsinə
174
baxmayaraq, birbaşa somatik tərkibin əsas mənası ilə
bağlıdır, amma Azərbaycan dilində bu tipli idiomların
mənaları özünəməxsus şəkildə meydana çıxır. Məsələn,
ayaq tərkibli idiomların ayaq anlayışına heç bir aidiyyəti
olmur: ayağı ağır olmaq (hamilə qadın haqqında), ayaq
almaq (bir şeydə iştirakçı olmaq), yaxud da insanın
savadsızlığını ayağından tutub silkələsən də bir şey
çıxmaz (yəni heç nə bilməyəcək), inamsızlığını ayağına
daş da dəysə, elə biləcək mən etmişəm, inadkarlığını ayağı
girməyən yerə başın soxur // iki ayağını bir başmağa
soxur və insana xas başqa mənfi keyfiyyətlər ifadə edə
bilir.
Deyilənləri belə ümumiləşdirmək olar ki, somatizmlərin
özləri, ətraflarına digər leksemləri cəmləyib, onlarla
əlaqəyə girərək, idiomların mənasını formalaşdırır. Lakin
müasir ingilis və Azərbaycan dillərində somatizmlər
çoxmənalı olduqlarından, onların mənalarının hər biri
ayrıca tematik qrupu formalaşdıra bilir.
Müxtəlifsistemli dillərdə işlənən ekvivalent idiomatik
ifadələrin semasioloji təhlili belə bir qənaətə gəlməyə əsas
175
verir ki, bir çox idiomların semantikası bilavasitə
komponentlərin leksik-semantik potensialı ilə bağlıdır.
Bu, ilk növbədə, idiomatik komponentlərin funksional-
fizioloji, yaxud sosial-simvolik aspektində ehtiva olunur.
Məsələn, nitq orqanlarını bildirən sözlərin iştirak etdiyi
idiomların əksəriyyətinin semantikası danışmaq, yaxud
susmaqla bağlı ifadələrdir. “Ürək” anlayışı ifadə edən
sözlərlə formalaşmış birləşmələrin əksəriyyətində insanın
emosional-psixi vəziyyəti əks olunur. Bu mənada müxtəlif
dillərdə “baş” mənalı söz ilə formalaşmış idiomların
semantikasının zənginliyi və rəngarəngliyi diqqəti daha
çox cəlb edir. Belə idiomlar əksər hallarda psixi fəaliyyət
bildirir. Onların bir çoxu əqli qabiliyyətin mövcudluğunu,
yaxud yoxluğunu əks etdirir. Bir çox xalqlarda insanın
ağlı onda beynin (başın) olması ilə alleqorik şəkildə
əlaqələndirilir, bu isə idiomun müvafiq mənasının
obrazlılığındakı analogiyanı şərtləndirir: “şüursuz, küt
olmaq” mənaları həmin orqanların reallıqda mümkün
olmayan vəziyyəti (ingilis dilində empty head,
Azərbaycan dilində boş baş), orqanın müəyyən əşya ilə
176
(ingilis dilində a wooden head, Azərbaycan dilində
taxtabaş) müqayisə yolu ilə ifadə edilə bilər. Bu
tematikaya aid idiomların məhsuldarlığını ilkin obrazlılıq
təmin etmişdir.
İdiomun mənasının onun konstituentlərinin leksik mənası
ilə qarşılaşdırılması məsələsinin araşdırılması idiomların
semantik xüsusiyyətlərinin öyrənilməsində mühüm
əhəmiyyətə malikdir. Bununla yanaşı, transformasiya
zamanı bir-birinə yaxın mənalara malik müxtəlif
idiomların semantik müqayisəsinin aparılması da vacibdir.
Dostları ilə paylaş: |