162
smb’s hands (“müvəffəqiyyətlə başa çatdırmaq”); azərb.
ələ keçirmək, əldə saxlamaq və s.;
8) emosional vəziyyət bildirmək üçün işlənən idiomlar:
ing.
rub one’s hands (“əllərini bir-birinə sürtmək
[məmnunluq bildirmək üçün]”);
He sighed and rubbed his hands with pleasure like a man
newly restared to liberty (W.Scott) “O, köksünü ötürdü və
yenicə azadlığa çıxmış adam kimi,
əllərini bir-birinə
sürtdü”
.
9) adət, vərdiş, ənənə, inanc və s. ilə bağlı olan idiomlar:
ing.
to ask for a lady’s hand (“evlənmək təklif etmək”),
to
offer smb one’s hand (“məhəbbət elan etmək”); azərb.
ürək vermək.
10) məkanla bağlı idiomlar: ing.
on all hands (“əlini hara
atırsa” / “hər yerdə” / “hər tərəfdən”),
to be ready / lie to
one’s hand (“əlinin altında olmaq”),
to be in a single hand
(“bir əldə olmaq”); azərb.
əlinin altında və s.
Hesab edirik ki, bu, nüvə komponenti
əl (hand) sözü olan
idiomların tematik qruplarının tam siyahısı deyildir.
İdiomların semantikasının daha geniş araşdırılması onların
163
əlavə semantik qruplarının müəyyənləşdirilməsinə imkan
verə bilər.
İngilis və Azərbaycan dillərində mənaları üst-üstə düşən
və fərqlənən idiomlar da çoxdur. Bir sıra hallarda
semantik uyğunluq özünü müxtəlif qruplara məxsus
idiomlarda da göstərir. Lakin indiki mərhələdə onların
hamısının
araşdırılıb
üzə
çıxarılması
müəyyən
çətinliklərlə qarşılaşır. Məsələn, ingilis dilinin frazeoloji
lüğətində [177, 942] 20000-dən artıq frazeoloji vahid
toplandığı halda, Azərbaycan dilində belə həcmli lüğət
hələ yoxdur.
Yuxarıda qeyd etmişdik ki, insanın bədən üzvləri ilə bağlı
olan idiomların 40 somatizm əsasında formalaşdığı
göstərilir. Lakin əlavə etmək lazımdır ki, onların sırasına
bəzi ümumi sözlər də daxil edilmişdir. Məsələn,
body –
Dostları ilə paylaş: