Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə37/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   33   34   35   36   37   38   39   40   ...   61
Monoqrafiya

Suddenly  there    had ceased  to  be  conversation  anywhere 
in  the  room.  The  eyes  of  every  one  were  upon  her 
(E.Caldwell)  (“Qəfildən  otaqdakı  söhbət  kəsildi,  iştirak 
edənlərin hamısının baxışları ev sahibəsinə dikildi”). 
Tərcümədəki  baxışları  sözü  mətndəki  gözləri  sözünün 
qarşılığı  kimi  verilmişdir.  İdiom  səviyyəsində  tərcümədə 
hər iki sözdən istifadə etmək  mümkündür. İngilis dilində 
eyni mənada to be in the public eye  (“diqqət mərkəzində 
olmaq”) idiomu da işlənir. 
Həm  ingilis,  həm  də  Azərbaycan  dilində  eyni  mənalı 
idiom hadisə və vəziyyətin baş verməsi səbəbindən doğur. 
Müəyyən  işə  görə  ətrafdakıların  diqqətini  özünə  cəlb 
etmək,  işə  görə  diqqət  mərkəzində  olmaq  subyekt  və 
obyektə  onun  ətrafdakıların  bir  qisminin  eyni  zamanda 
baxmasını  gerçəkləşdirir.  Bu  hal  idiomun  tərkibində  göz 
sözünün  nüvə  komponenti  kimi  seçilməsinə  əsas 


 
169 
vermişdir.  Məlumdur  ki,  göz  sözünün  ən  geniş  yayılmış 
və daha işlək mənası “görmək” anlayışı ilə bağlıdır. Qeyd 
edək ki, etimoloji baxımdan da göz ismi ilə gör feli eyni 
kökdən  törəmiş  sözlərdir.  Misallar:  gözüm  onu  görmək 
istəmir,  gözünü  silib  bax,  hər  iki  qonşunun  gözü  onları 
çoxdan almışdı [55, 307]. Göz sözünün “görmək” mənası 
“baxmaq” anlayışı ilə bağlıdır. Baxmaq və görmək, baxıb 
görmək,  baxıb  gülmək  və  s.  söz  birləşmələrinin 
mərkəzində  gözü  müəyyən  obyektə  yönəltməklə  görmə 
vasitəsi  ilə  qavramanın  baş  verməsini  diqqətə  çatdırmaq 
durur. Əşya və hadisənin eyni anda bir neçə adamın diqqət 
mərkəzində olması onun çoxluq üçün maraqlı olmasından 
irəli gəlir. İdiom müəyyən sayda adamın eyni zamanda bir 
obyektə  baxması  əsasında  formalaşmışdır.  Sonralar  bu 
idiom diqqət  mərkəzində olan hadisəni ifadə etmək üçün 
istifadə  edilmişdir,  yəni  hamının  eyni  zamanda  nəyəsə, 
kiməsə  baxması  əsas  deyildir.  Hadisə,  obyekt,  subyekt 
çoxluğun maraq mərkəzində olduqda bu idiomdan istifadə 
edilir. Məsələn: Hamının gözləri İraqa dikilmişdir. 


 
170 
In  the  winds  eyes  (“dənizdə”)  [müq.  et:  azərb.  Küləyin 
əksinə]:  Meanwhile  the  schooner  gradually  fell  off  and 
filled again upon another tack, sailed swiftly for a minute 
or  so  and  brought  up  once  more  dead  in  the  winds  eyes 
(R.L.Stevenson). “Hərdənbir qayıq aşır və yenidən qüvvə 
toplayaraq  bir-iki  dəqiqə  üzür  və  yenə  də  küləyin  əksinə 
yönəlirdi”; ing. all hands (“hamı göyərtəyə”); azərb. əldən 
düşmək (yorulmaq), qulaq asmaq (dinləmək), göz qoymaq 
(baxmaq), 
başdan  eləmək  (qovmaq),  əl  vermək 
(salamlaşmaq,  görüşmək),  dil  vermək  (öyrətmək),  əl 
açmaq  (dilənmək),  ürək  qızdırmaq  (inanmaq),  diş 
ağartmaq  (irişmək),  dil  tökmək  (yalvarmaq),  ürəyinə 
toxunmaq (qəlbinə toxunmaq) və s. 
İdiomatik  birləşmələr  içərisində  somatik  tərkibli 
birləşmələrin seçilməsi onunla bağlıdır ki, o bütün dillərin 
idiomatikasında ən əsas rol oynayır, çünki, bədənin bütün 
üzvləri insanın fiziki fəaliyyətinin ayrılmaz hissəsini təşkil 
edir. Biz əgər beynimizlə (baş) dərk ediriksə, gözlərimizlə 
görür, qulaqlarımızla eşidiriksə, əllərimizlə bu və ya digər 
bir  hərəkəti,  hadisəni,  prosesi  həyata  keçiririksə,  bu 


 
171 
sadalananları  həyata  keçirmək  üçün  mütləq  onun  dalınca 
getmək  gərəkdir.  Bunun  reallaşmasını  isə  ayaqlarımızın 
köməyi ilə həyata keçiririk. 
Tərkibində  ayaq  (foot)  komponenti  olan  idiomatik 
birləşmələr  ingilis  dilində  Azərbaycan  dilinə  nisbətən  əl 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin