177
III FƏSİL
İDİOMLARIN TRANSFORMASİYASI YOLLARI
3.1. Müxtəlifsistemli dillərdə idiomlaların
ekvivalentliyi və transformasiyası məsələləri
Müxtəlifsistemli dillərdə eyni kateqoriyadan olan
vahidlərin qarşılıqlarının müəyyənləşdirilməsi ilk növbədə
bu vahidlər arasında uyğunluqlar və uyğunsuzluqları
aydınlaşdırmağı tələb edir. Kontrastiv tədqiqatlar belə
dillərdə qarşılaşdırıla və ya bir-birini əvəz edə biləcək
vahidləri müəyyənləşdirməyə imkan verir.
Hər bir dilin lüğət fondunda idiomatik ifadələr
özünəməxsus yer tutur. Onların qarşılaşdırılmasında bir
sıra cəhətlərə xüsusi diqqət yetirilməsi lazım gəlir. Qeyd
etmək lazımdır ki, idiomatik ifadələr müxtəlif sistemə
malik olan dillərdə əsasən fərqli struktura və semantikaya
malik olsa da, onların bir qismində müəyyən uyğunluq,
yaxınlıq da müşahidə edilir.
178
Semantikası və strukturuna görə uyğun gələn idiomatik
ifadələr müəyyən qrup təşkil edir. Müxtəlif dillərin
materialları əsasında aparılmış tədqiqatlardan aydın olur
ki, uyğunluqlar ya yalnız semantikaya, ya yalnız struktura,
ya da həm semantika, həm də struktura görə ola bilər.
Məsələn, ingilis dilində to take oneself in hand,
Azərbaycan dilində özünü ələ almaq, rus dilində взять
себя в руки, ingilis dilində to shut one’s eyes,
Azərbaycan dilində göz yummaq, rus dilində закрывать
глаза birləşmələrində komponentlərin və mənanın eyniliyi
diqqəti cəlb edir. Sintaktik baxımdan müxtəlif sistemə
malik dillərə aid olan birləşmələrdə oxşar komponentlərin
sıralanmasında fərq aydın görünür. Bu fərq müvafiq dilin
sintaktik xüsusiyyətləri, sintaktik normaları ilə bağlıdır və
əhəmiyyətli rol oynamır, yəni idiomatik ifadələrin
komponentlərinin sıralanması onların məna və komponent
oxşarlığına heç bir təsir göstərmir.
Bu və ya digər sözün birləşmədəki ətrafı, distributiv
imkanları onun mənasına müəyyən təsir göstərir. Sözün
birləşmədəki mənası onun lüğəvi mənasından əsaslı
179
şəkildə fərqlənə bilər. Bu, idiomatik ifadələr üçün daha
səciyyəvidir. Ona görə də idiomatik ifadələrin
ekvivalentlik məsələsi ayrıca tədqiqat obyekti ola bilir.
Müəyyən dilə aid idiomların başqa dilə tərcüməsi və ya
transformasiyası tərcüməşünaslığın həll etməli olduğu
mühüm problemlər sırasına daxildir.
Tərcüməşünaslıqda
ekvivalentlik
məsələsi,
bədii
tərcümədə ekvivalentlik həmişə diqqət mərkəzində
olmuşdur.
Tərcüməşünaslığa
aid
tədqiqatların
əksəriyyətində bu
məsələ
müxtəlif
aspektlərdən
işıqlandırılmışdır. Adekvatlıq, ekvivalentlik və uyğunluq
məsələləri barədə müvafiq elmi ədəbiyyatda ətraflı
məlumat vardır. A.D.Şveyserə görə, ekvivalentlik ilkin
məlumatların mənbə dilin daşıyıcılarına göstərdiyi təsirlə
bütün əhəmiyyətli cəhətlərinə görə eyniliyidir [156, 92-
96]. Ekvivalentliyi tərcümə və orijinalda məzmun
ümumiliyi (məna yaxınlığı) kimi qəbul edən tədqiqatçılar
da çoxdur [118, 51; 123, 103-119]. Ekvivalentlik bu və ya
digər vahidin başqa bir dildə olan qarşılığı ilə tam
eyniyyət təşkil etməsidir. Burada struktur və komponent
180
oxşarlığı vacib şərt deyildir. Məsələn, Azərbaycan və
ingilis dillərində özünü ələ almaq və to take oneself in
Dostları ilə paylaş: |