187
Tərcüməşünaslıqda bu vəziyyət leksik transformasiya
adlanır. Y.Retsker leksik transformasiyanın yeddi növünü
fərqləndirir:
1) mənanın diferensiasiyası;
2) mənanın konkretləşdirilməsi;
3) mənanın inkişaf
etdirilməsi;
4) mənanın generalizasiyası;
5)
antonimik tərcümə;
6)
tam çevirmə;
7) tərcümə prosesində meydana çıxan itkilərin aradan
qaldırılması [135, 39].
Müxtəlifsistemli dillərin idiomlarının bir-biri ilə uyğun
gəlməsi halları az deyildir. İdiomların başqa dilə hərfi
tərcüməsi mübahisə doğuran bir məsələdir. Bu məsələyə
bir çox tədqiqatçılar münasibət bildirmişlər. Onlar
arasında həm hərfi tərcüməni rədd edənlər, həm də bir sıra
idiomlar üçün qəbul edənlər, həm hərfi tərcümədən, həm
də transformasiyadan istifadə etməyin tərəfdarları olanlar
vardır. Bəzi müəlliflər idiomların hərfi tərcüməsinin
qeyri-mümkünlüyünü
dillərin
milliliyi
ilə
189
(что-либо) на свою голову idiomu Azərbaycan dilində
“nəyi isə özbaşına etmək” ifadəsi ilə verilməlidir, çünki
rus dilində “özünə ziyan etmək, özünə pis etmək”
Azərbaycan dilində “heç kəs ilə hesablaşmadan etmək”
deməkdir. Yaxud
на руках (у кого-либо) умереть ifadəsi
Azərbaycan dilində “əldə ölmək” və ya “(kiminsə) əlində
ölmək” ifadəsilə verilməlidir. Burada bir məqama diqqət
yetirmək lazımdır.
На руках (у кого-либо) умереть
idiomunda “öz əcəlilə ölmək” məzmunu vardır. Onun
Azərbaycan dilinə transformasiyası zamanı isə əks məna
verən ifadə və ya idiom əmələ gəlir:
əldə ölmək, yaxud
Dostları ilə paylaş: