Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə41/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   37   38   39   40   41   42   43   44   ...   61
Monoqrafiya

the  bucket  idiomundan  istifadə  edilir.  Onun  Azərbaycan 
dilinə  hərfi  tərcüməsi  belədir:  “vedrəyə  təpik  vurmaq”. 
Lakin  bu  birləşmə  Azərbaycan  dilində  idiom  səciyyəsi 
daşımır,  yəni  ingilis  dilindəki  idiomun  mənasını  verə 
bilmir.  Bu  məqamda  Azərbaycan  dilində  dünyasını 
dəyismək, rəhmətə getmək idiomlarından istifadə edilməsi 
daha düzgündür. 
Tərs, inadcıl adamdan bəhs edərkən ingilis dilində what is 
bred  in  the  bone  will  not  go  out  of  the  flesh,  can  the 
leopard change its spots? idiomları işlədilir. Bu idiomları 
Azərbaycan  dilinə  hərfən  müvafiq  olaraq  “Sümükdə 
böyüdülən  ətdən  çıxmaz”,  “Bəbir  xallı  dərisini  dəyişə 
bilərmi?”  kimi  tərcümə  etmək  olar.  Lakin  Azərbaycan 
dilində belə idiomlar yoxdur, ona görə də ingilis dilindəki 
həmin  idiomların  qarşılığı  kimi  qozbeli  qəbir  düzəldər 
atalar sözündən istifadə edilməsi məqsədəuyğundur.  
Eyni fikirdə olan insanların bir-birini müdafiə etməsi, bir-
biri  ilə  həmrəy  olması  ingilis  dilində  crows  don’t  pick 
crow’s eyes, hawks will not pick hawk’s eyes out idiomları 


 
184 
ilə ifadə edilir. Azərbaycan dilində onların hərfi tərcüməsi 
belədir:  “Qarğalar  qarğanın  gözünü  çıxarmır”,  “Qırğılar 
qırğının  gözünü  çıxarmaz”.  Göründüyü  kimi,  hərfi 
tərcümə  ingilis  dilindəki  mənanı  vermir.  Onun  qarşılığı 
kimi  Azərbaycan  dilində  it  itin  ayağını  basmaz  atalar 
sözündən istifadə etmək olar. 
Atalar  sözləri,  idiomlar  və  frazeoloji  birləşmələrə  aid 
tədqiqatlarda 
müxtəlifsistemli 
dillərdə 
idiomların 
ekvivalentliyi  məsələsi  həmişə  mübahisə  obyekti 
olmuşdur. 
Frazeoloji 
birləşmənin 
başqa 
dilə 
transformasiya zamanı bir sözlə əvəz edilməsi məsələsi ilə 
bağlı fikirlər də vardır. Məsələn, bir fikrə görə, bütöv bir 
birləşmənin  mənası  bir  sözlə  ifadə  oluna  bilməz. 
Zənnimizcə,  bu  fikirdə  müəyyən  həqiqət  vardır,  çünki 
eyni bir fikri bir sözlə ifadə etmək mümkündürsə, o halda 
bunun  üçün  iki  və  daha  artıq  sözdən  ibarət  birləşmədən 
istifadə  edilməsinə  ehtiyac  yoxdur.  Əlbəttə,  dildə  hər  bir 
vahidin  öz  yeri  vardır.  Dil  mürəkkəb  bir  sistemdir. 
Müəyyən fikrin müxtəlif yollarla, müxtəlif sözlərlə ifadəsi 
dilin  imkanlarının  göstəricisidir.  Ayrı-ayrı  ifadə 


 
185 
vasitələrindən  istifadə  edilməsi  müxtəlif  məqsədlərə 
xidmət edə bilər.  
Birləşmənin bir sözlə əvəz edilməsi məsələsinə münasibət 
bildirən  S.Əliyeva  yazır:  “Razılaşmaq  lazımdır  ki, 
frazeologizmi  sözə  ekvivalent  hesab  etmək  heç  də 
frazeologizmlə  sözü  eyniləşdirmək  demək  deyil.  Məsələ 
burasındadır  ki,  biz  sözlə  frazeologizmi  sinonim  kimi 
işlədə  bilirik.  Bu  hal  həm  Azərbaycan,  həm  də  ingilis 
dillərində  müşahidə  olunur.  Məsələn:  əldən  düşmək  – 
yorulmaq;  to  get  on  one’s  nerves  –  to  annoy,  to  irritate. 
Məhz bu mənada frazeologizmlə söz bir-birinə ekvivalent 
sayılır  və  buna  heç  bir  şübhə  yoxdur.  Əlbəttə,  sözlə 
frazeologizm  bir-birindən  fərqlənməsə,  onlar  dilçiliyin 
ayrı-ayrı  şöbələrinə  aid  edilməz.  Bu  fərq  şübhəsiz  ki, 
mövcuddur” [17, 101].  
Müxtəlifsistemli  dillərin  idiomlarının  bir-birinə  struktur, 
struktur-semantik,  semantik  baxımdan  yaxınlığı  və 
uzaqlığı  müəyyən  səbəblərlə  şərtlənir.  Struktur-genetik 
cəhətdən  əhəmiyyətli  dərəcədə  fərqlənən,  coğrafi 
yaxınlığa  və  uzunmüddətli  mədəni-tarixi  əlaqələrə  malik 


 
186 
olmayan,  müxtəlif  sistemli  dillərdə  işlədilən  ekvivalent 
idiomatik  ifadələrin  bir  sıra  struktur-semantik  və  leksik-
semantik  cəhətləri  diqqəti  cəlb  edir.  Belə  ifadələrin 
komponent  tərkibində,  qrammatik  təşkilində,  leksik 
tərkibində, 
idiomatik 
variantlığında, 
struktur 
sinonimlərinə  malik  olmasında  müəyyən  oxşarlıqlar 
nəzərə  çarpır.  Ekvivalent  idiomatik  ifadələrin  struktur 
təşkilində  analogiya  onların  obrazlılığının  ümumdil 
xarakteri  ilə  şərtlənir.  Məsələn,  Azərbaycan  dilində  gözə 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin