ürəyi olmaq birləşməsi başqa dillərdə də işlənir.
To think the world of smb, to give the shirt off one’s back,
to give (lend, stretch out) a helping hand to smb, to draw
smb out of the mire, to help the lame dog over a stile, to
bear the blame idiomları insanın ədalətli, mehriban, yaxşı
olmasını bildirmək üçün işlədilir.
İnsanın zahiri görkəmi, onun davranışı və s. haqqında fikir
formalaşdıran idiomlar da çoxdur və onlar müxtəlif
tematik semantik qruplarda təmsil oluna bilir. Qeyd edək
ki, idiomlar çox zaman insanın bədən üzvlərinin adları ilə
işlənir. Somatik frazeoloji birləşmələrin frazeologiyada
ayrıca bir qrup təşkil etdiyini söyləyən Ə.Hacıyeva
somatik frazeologizmlərin tərkibində 40-a qədər bədən
üzvü bildirən sözün işləndiyini qeyd edir [23, 155]. Bu
fikri idiomlar haqqında da demək olar. Həm ingilis, həm
də
Azərbaycan
idiomlarını
onların
tərkibindəki
somatizmlərə görə də qruplaşdırmaq olar. Müşahidələr
158
göstərir ki, idiomların tərkibində çoxlu miqdarda
somatizmlər işlənir. Məsələn, qol (arm), dodaq (lip), ayaq
(foot), çiyin (shoulder), burun (nose), diz (knee), bədən
(body), baş (head), qulaq (ear), ürək (heart), əl (hand), üz
(face), ayaq (leg), barmaq (finger), ağız (mouth), boyun
(neck), dəri (skin) və s. Qeyd olunanlar və başqa bədən
üzvlərinin adlarının iştirak etdiyi idiomlar müəyyən qrup
təşkil edir. Belə idiomlar müstəqil nitq vahidi kimi işlənir.
Birləşmə şəklində olan idiomlar müstəqil dil vahidi kimi
digər sözlərlə semantik-qrammatik əlaqələrdə olur.
İdiomlar semantik tam kimi çıxış edir. Onların
komponentləri bir-birilə əlaqələnir, qaynayıb qarışır, öz
müstəqilliyini itirir, məcazi məna alır. Sabit məna
bütövlüyü, daxili forma, sabitlik idiomlara xas olan əsas
əlamətlərdir və onlar idiomların semantik xüsusiyyətləri
ilə bağlıdır.
Bizə elə gəlir ki, semantikasından asılı olaraq idiomlar
üçün aşağıdakı cəhətlər səciyyəvidir: ekspressivlik,
məcazilik və obrazlılıq.
159
İdiomları mənaca bir sözlə əvəz etmək mümkündür. Müq.
et: He had certain shyness in expressing himself by word
of mouth “O, fikrini həmişə sözlə ifadə etməyə çətinlik
çəkirdi”. We must behave very carefully. We must save
our faces “Biz özümüzü yaxşı aparmalıyıq, abrımızı
gözləməliyik”.
İnsanın bədən üzvlərini bildirən sözlərin nüvə komponenti
funksiyasında çıxış etdiyi idiomların hər birini müxtəlif
semantik yarımqruplara ayırmaq olar. Tərkibində əl
(hand) sözü olan idiomları aşağıdakı mənaları bildirən
tematik qruplara ayırmaq olar:
1) Fəaliyyət, yaxud fəaliyyətsizlik, süstlük bildirən
idiomlar: ing. to play one’s hands for all it is worth
(“məqsədinə nail olmaq üçün hər şeyə əl atmaq”), fold
one’s hands (“əlini qoynuna qoyub oturmaq”, “barmaq
tərpətməmək” ), to stay one’s hand (“hər hansı hərəkətdən
çəkinmək”); azərb. əli cibində gəzmək, əlini yanına salıb
durmaq, əlini ağdan qaraya vurmamaq.
Although angry at the way the League had thrown out a
mutually agreed compromise, Hill and Lloyd decided to
|