Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə46/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   42   43   44   45   46   47   48   49   ...   61
Monoqrafiya

Achilles’  heel  –  azərb.  Axilles  dabanı  –  rus.  ахиллесова 
пята,  ing.  one’s  own  flesh  and  blood  –  azərb.  qanı  və  


 
200 
canı – rus. плоть и кровь, ing. all skin and bones – azərb. 
bir dəri, bir sümük – rus. кожа да кости, ing. an eye for 
an  eye,  a  tooth  for  a  tooth  –  azərb.  gözə-göz,  dişə-diş  – 
rus. око за око, зуб за зуб. 
Müxtəlifsistemli  dillərdə  idiomların  struktur-
semantik  ekvivalentliyinin  aşağı  olması  dillərin  leksik-
semantik 
sistemində 
yuxarıda 
sadaladığımız 
komponentlərin  ya  tamam  olmaması,  ya  da  çox  az 
işlənməsi ilə əlaqədardır. 
Tərkibində head – baş, eye – göz, hand –əl, heart – ürək, 
mouth  –  ağız,  tongue  –  dil  kimi  sözlər  olan  idiomların 
struktur-semantik  ekvivalentlik  dərəcəsi  yüksəkdir.  Müq. 
et:  ing.  to  cry  one’s  eyes  out  –  azərb.  gözünün    qarasını 
tökmək  –  rus.  выплакать  все  глаза,  ing.  to hold /  carry 
one’s head high – azərb. başını dik tutmaq – rus. высоко 
держать  голову,  ing.  to  turn  someone’s  head  –  azərb. 
başını piyləmək – rus. вскружить голову кому-либо, ing. 
to  throw  dust  in  someone’s  eye  –  azərb.  gözünə  kül 
üfürmək – rus. пускать пыль в глаза, ing. with all one’s 
heart – azərb. bütün qəlbi ilə / canla-başla – rus. от всего 


 
201 
сердца  /  всем  сердцем,  ing.  lay  hand  on  –  azərb.  əl 
qoymaq  /  ələ  keçirmək  –  rus.  прибрать  что-либо  к 
рукам, ing. to be with one foot in the grave   azərb. bir 
ayağı gorda olmaq – rus. стоять одной нагой в могиле
ing.  to  twist  someone  round  one’s  little  finger  –  azərb. 
kimi  isə  barmağına  dolamaq  –  rus.  обвести  вокруг 
пальца  кого-либо. 
Tərkibində  bədən  üzvlərini  bildirən  komponent 
(somatizm)  olan  idiomlar  arasında  ekvivalentlərin  sayı 
çoxdur.  Bu,  somatizmlərin  frazeoloji  vahidlər  əmələ 
gətirməkdə məhsuldarlığı ilə bağlıdır. 
İdiomların  sintaktik  strukturunda  ekvivalentlik 
onların  tərkibinə  daxil  olan  sözlər  arasındakı  əlaqənin 
eyniliyinə  də  əsaslanır.  İdiomların  struktur-semantik 
ekvivalentliyinin  az  olması  onları  təşkil  edən 
komponentlərin  məhsuldarlığının  aşağı  olması  ilə 
şərtlənir.  Fikrin  obrazlı  ifadəsi  müxtəlif  dillərdə  müxtəlif 
cəhətlərə  malik  olur.  Ona  görə  də  obrazlı  ifadələrin 
işləndiyi idiomların ekvivalentlik dərəcəsi aşağı olur. Belə 
idiomları tərcümə etmək daha çətindir [134, 124].  Bəzən 


 
202 
aşağıdakı nümunələrdə göstərilən şəkildə ekvivalentlik də 
müşahidə  olunur:  ing.  to  gnash  one’s  teeth  –  azərb. 
dişlərini  qıcamaq  –  rus.  скрежетать  зубы,  ing.  two 
heads are better than one – azərb. ağıl ağıldan üstündür – 
rus.  одна  голова  хорошо,  а  две  лучще,  ing.  to  keep  an 
eye  /  one’s  eyes  on  somebody  –  azərb.  kimsədən  gözünü 
çəkməmək  –  rus.  не  спускать  глаз  с  кого-либо,  ing.  to 
listen  open-mouthed  –  azərb.  ağzını  açıq  qoymaq  /  ağzı 
açıq qalmaq – rus. разинуть рот. 
“İdiomatik  sistemin  mənfi  mənaya  doğru  meyli, 
ümumi semantik assimetriyası insanların mənfi hadisələrə 
emosional  və  nitq  reaksiyasının  nəticəsində  baş  verir. 
Kəskin  mənfi  emosional  vəziyyətdə  hadisəyə  münasibət 
bildirərkən  hazır  sabit  söz  kompleksindən  daha  çox 
istifadə  edilir”  [132  6].  Obrazlı  idiomatik  ifadələrin 
işlənməsi  də  emosional  vəziyyətlə  bağlı  olur.  Lakin 
emosional  vəziyyətdən  asılı  olaraq  çox  zaman  istifadə 
olunan 
idiomatik 
ifadələrin 
ekvivalentliyi 
psevdoekvivalentliyə uyğun gəlir. 


 
203 
İdiomların  semantik  və  leksik  quruluş  amillərinin 
qarşılıqlı  təsirinin  araşdırılması  müxtəlif  ekvivalentlik 
növlərini müəyyən etməyə imkan verir:  
1) struktur-semantik ekvivalentlik;  
2) semantik ekvivalentlik;  
3) struktur-psevdoekvivalentlik. 
Ekvivalentliyin 
müəyyələşdirilməsinə 
belə 
yanaşmada  semantik,  leksik  və  struktur  amillər  əsas 
götürülür.  Bu,  ingilis  və  Azərbaycan  dillərində 
ekvivalentliyin aşağıdakı növlərini ayırmağa əsas verir:  
1)  tam  ekvivalent  idiomlar  –  semantik,  konnotativ  və 
leksik cəhətdən eyni olan idiomlar;  
2)  qismən,  natamam  ekvivalentlər  –  bu  qrupdan  olan 
idiomları  bir  neçə  yarımqrupa  bölmək  olar:  a)  leksik 
cəhətdən eynilik təşkil edən, semantikasına görə fərqlənən 
idiomlar,  b)  semantik  və  konnotativ  cəhətdən  eynilik 
təşkil edən, lakin leksik cəhətdən cüzi fərqlənən idiomlar;  
3) idiom-analoqlar. 
Qeyd  olunanlara  aid  kifayət  qədər  nümunələr 
göstərmək  olar.  Müq.  et:  ing.  to  be  at  hand  to  –  azərb. 


 
204 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin