54
onları
idiomatik
birləşmələr,
yaxud
idiom-
frazeologizimlər adlandirmiş, onların arasında fərqlərin
meydana çıxması səbəbini isə idiomatikləşmə dərəcəsində
axtarmağı təklif etmişdir [150, 85-86].
Qeyd etmək lazımdır ki, M.Çernov həm də türk
dillərinin frazeologiyasının tədqiqinə dair işlərin
xülasəsini vermişdir. Xronoloji baxımdan bu əsər daha
əvvəl yazıldığından, belə hesab etmək olar ki, müəllif türk
dillərinin frazeologiyasına aid tədqiqatlarda təsnifat, eləcə
də sabit və qeyri-sabit söz birləşmələri arasında fərqlərin
daha düzgün izah olunması faktı ilə qarşılaşmamışdır
[bax: 149, 85-95].
Frazeologizimləri dildə olan bütün sabit söz
birləşmələrinin məcmusu kimi təyin edən S.Cəfərov yazır:
“Qrammatik birləşmənin özü və ya onun tərkibində olan
sözlər məcazi mənaya keçərək mütəhərrikliyini itirdikdə,
sözlər arasında əlaqə və münasibət yaradan vasitələr
donuq bir hala gəlir və o, vahid bir məhfumu ifadə edən
sabit söz birləşməsinə çevrilir; məsələn :
gözə gəlmək,
Dostları ilə paylaş: