Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə8/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   4   5   6   7   8   9   10   11   ...   61
Monoqrafiya

linen in public - “evin sirrini yaymaq”, to vanish into thin 
air - “yağlı əppək olub göyə çıxmaq”; azərb. yumurtadan 
yun qırxmaq, kürkünü sudan çıxarmaq. 
It's true that she’s been dead for ages and it seems a pity 
to  take  up  old  scandals  and  wash  a  lot  of  dirty  linen  in 
public;  but  the  fact  remains  that  all  Driffield's  greatest 


 
46 
books  were  written  when  he  was  living  with  her  (S. 
Maugham)  “Bu  həqiqətdir  ki,  o  uzun  müddətdir  ölüb, 
köhnə qalmaqalları yada salmaq və evin sirrini yaymaq isə 
təəssüf  doğurur.  Lakin  onun  ən  böyük  əsərlərinin 
Driffildin onunla yaşadığı dövrdə yazılması bir faktdır”.  
Mənaca  tamamilə  qovuşmuş  olan  bu  vahidlərin  ayrı-ayrı 
komponentləri yalnız bütövün tərkibində ümumi mənanın 
ifadəsinə xidmət edir. 
He  pulled  himself    together  quickly.  They  were  at  their 
wit’s  end.  The  soldiers  will  keep  their  eyes  open  in  the 
country  where  the  blacks  are  known  to  be  hostile 
cümlələrindəki  pull  together,  at  wit’s  end  və  keep  eyes 
open  söz  birləşmələrinin  komponentləri  öz  müstəqil 
mənalarından uzaqlaşmış, frazeoloji qovuşmada tamamilə 
başqa  bir  mənanın  meydana  çıxmasına  səbəb  olmuşdur. 
Həmin  sözlər  birləşmələrin  tərkibində  müvafiq  olaraq 
“özünü  ələ  almaq”,  “çaş-baş  qalmaq”  və  “ayıq-sayıq 
olmaq” mənalarının yaranmasına gətirib çıxarmışdır.  
Dilin  müasir  vəziyyətində  mənaca  motivlənməyən 
frazeologizmlər  frazeoloji  qovuşma  adlanır.  Frazeoloji 


 
47 
qovuşma  sərbəst  söz  birləşməsindən  kəskin  şəkildə 
fərqlənir. Frazeoloji qovuşmaların ən mühüm əlaməti odur 
ki,  müasir  dildə  işlənməyən  bu  və  ya  digər  söz,  ifadə, 
birləşmə onların tərkibində işlənə bilir. Məsələn, ing. once 
upon a time ... there ... “biri var idi, biri yox idi ...”; azərb. 
Çənəmin  çüyü  çıxdı;  valay  vura-vura  gəzirdi;  vəssalam, 
şüdtamam;  dara-bara  salmaq;  dodu  vermək,  sayır-bayır 
danışmaq.  
Belə  frazeoloji  qovuşmaların  etimoloji  izahı  da  çox 
çətindir. 
Frazeoloji  qovuşmanın  əsas  əlaməti  onun  semantik 
cəhətdən  bütövlüyüdür.  Dilçilikdə  bu  növ  frazeoloji 
vahidlər idiomlar adlanır. 
Frazeoloji  qovuşmaları  idiom  hesab  edən  Ə.Hacıyeva, 
E.Nəcəfov  və  A.Cəfərov  qeyd  edirlər  ki,  onlar  digər  dil 
vahidlərindən  fərqli  olaraq,  tamamilə  dəyişmiş  mənaya 
malik  olan  söz  qruplarıdır.  Onlar  motivlənməyəndirlər, 
yəni  onların  mənası  tərkib  hissələrinin  mənalarından 
ibarət deyildir, məcaslaşma prosesinə uğrayıblar [73, 61]. 
Daha  sonra  müəlliflər  deyilənləri  sübuta  yetirmək  üçün 


 
48 
nümunə  kimi  aşağıdakı  misalları  çəkirlər:  to  come  a 
cropper - “fəlakətə uğramaq”, neck and crop - “tamamilə, 
bütün”, at sixes and sevens - “çaş-baş halda”, to set one’s 
cap  at  smb.  -  “bir  kəsin  diqqətini  cəlb  etmək”  [yenə 
orada].   
Qeyd etmək lazımdır ki, frazeologiya bəhsi ilk dövrlərdə 
məhz  frazeoloji  qovuşmaları  (idiomları)  öyrənməyi 
qarşısına  məqsəd  qoymuşdu.  Sonralar  bu  sahədə  elmi 
axtarışların  genişləndirilməsi  frazeologiya  anlayışının 
hüdudlarının  genişləndirilməsinə  gətirib  çıxardı.  Məşhur 
rus  dilçisi  A.V.Kunin  frazeologiyanın  üç  aspektdə 
öyrənilməsini 
irəli 
sürürdü: 
1) 
idiomatika 
2) 
idiofrazeomatika (semi-idioms) 3) frazeomatika [121, 26]. 
V.V.Vinoqradov  isə  idiomları  frazeoloji  ifadələrdən 
fərqləndirirdi: 
“İdiomlar 
ifadələrdən 
tərkibindəki 
komponentlərin semantik  və leksik  fərdiliyinin olmaması 
ilə  fərqlənir.  İfadələr  isə  sözün  tamamilə  müstəqil 
birləşmiş 
formalarıdır” 
[102, 
24]. 
Rus 
dilçisi 
N.N.Amosova  da  dilin  frazeoloji  sisteminin  frazeoloji 


 
49 
ifadə  və  idiomlardan  ibarət  olması  fikrini  təsdiqləyirdi 
[88, 72]. 
Tanınmış  dilçi  A.İ.Alyoxina  frazeologiyanı  frazeomatika 
və  idiomatika  aspektlərində  tədqiq  etməyi  təklif  edir.  O, 
“Frazeoloji  vahid  və  söz”  adlı  monoqrafiyasında  dilin 
frazeoloji  sisteminin  əşya  məzmunlu  substantiv  idiomlar, 
keyfiyyət  məzmunlu  adverbial  idiomlar,  propozisional 
idiomlar,  modallıq  ifadə  edən  idiomlar,  nida  idiomları, 
intensivlik  bildirən  idiomlar  və  cümlə  idiomlarından 
ibarət funksional-semantik təsnifini vermişdir [87, 30]. 
Beləliklə,  deyilənləri  ümumiləşdirərək  demək  olar  ki, 
idiomlar  onları  təşkil  edən  ayrı-ayrı  komponentlərin  öz 
mənalarından  uzaqlaşaraq  bütöv  vahidin  tərkibində  bir 
ümumi  məna  bildirmək  üçün  bir-birinə  qovuşması 
nəticəsində  yaranmış  ifadələrdir.    Belə  ifadələr  semantik 
və  sintaktik  cəhətdən  bölünməzdir.  Məsələn,  to  bark  to 
the  moon  ifadəsi  “aya  it  kimi  hürmək”  mənasını  vermir. 
Bu ifadə “boş-boşuna danışmaq” mənasında işlənmişdir. 
Frazeoloji  sistemin  tərkibi  ilə  bağlı  dilçilər  arasında 
müxtəlif  mübahisələr  indi  də  davam  edir.  Dilçilərin  bir 


 
50 
qrupu  frazeologiya  dedikdə,  yalnız  idiomatik  ifadələri 
nəzərdə tuturlar.  

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin