Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə4/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   2   3   4   5   6   7   8   9   ...   61
Monoqrafiya

Bakı Dövlət Universiteti 
Filologiya üzrə elmlər doktoru, 
Professor C.A.Məhərrəmova     
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
           


 

GİRİŞ 
   
İnsanın  nitq  fəaliyyəti  dilin  bütün  digər  vahidləri 
kimi,  idiomatik  vahidlərin  də  əmələgəlmə  mənbəyidir. 
Xalqın  təfəkkür  tarixinin  inkişaf  pillələrini,  onun  milli 
mədəniyyətini,  digər  xalqlarla  siyasi,  iqtisadi,  ictimai 
əlaqələrini  dərindən  öyrənməyə  imkan  verən  idiomatik 
birləşmələr  çox  qədim  tarixə  malikdir  və  istər 
sadaladığımız  həmin  sahələrin  öyrənilməsi,  istərsə  də 
müxtəlif  dillərdə  idiomların  yaranması,  idiomatikanın 
formalaşması  və  inkişafının izlənməsi,  müxtəlif xalqların 
təfəkkür tərzində, mədəniyyətində, məişətində olan və bu 
və  ya  digər  şəkildə  dildə  təcəssüm  edən  oxşar  və  fərqli 
cəhətlərin  müəyyənləşdirilməsi  baxımından  aktualdır. 
Çağdaş dövrdə ingilis dili xalqlar arasında ən çox istifadə 
edilən  ünsiyyət  vasitəsidir.  İngilis  dilindəki  idiomatik 
ifadələrin  işlənmə  mexanizminin  açılıb  göstərilməsi 
müxtəlif  millətlərin  nümayəndələrinin  kommunikasiyası 
prosesində idiomatika sahəsində ortaya çıxan bir sıra tipik 
çətinliklərin  müəyyənləşdirilməsinə  və  onların  aradan 


 

qaldırılması  üçün  mexanizmlərin  işlənib  hazırlanmasına 
kömək  edə  bilər.  Hər  hansı  milli  dilin  idiomatikasının 
dərindən 
öyrənilməsi 
həmin 
dilin 
 
dərindən 
mənimsənilməsində  əsas  halqalardan  biridir  və  eləcə  də 
bu dilin daşıyıcılarının zəngin, rəngarəng və bir qədər də 
sirli  aləmlərinə  açılan  pəncərədir.  Dissertasiyanın 
mövzusu həm də bununla aktualdır.  
İdiomatik  ifadələrin  nitqdə  daşıdığı  funksiyaların 
müxtəlif  səciyyəliliyini,  tərkib  zənginliyini  əsas 
xüsusiyyət kimi qəbul edən dilçilər onları müxtəlif, lakin 
yaxın və həmhüdud elmlərin tədqiq obyekti hesab edirlər 
[142,  5].  Əslində  isə  idiomatik  ifadələr  heç  də  həmin 
dilçilərin söylədikləri kimi müxtəlif elm sahələrinin deyil, 
söz,  söz  birləşməsi  və  cümlə  kimi  yalnız  dilçiliyin 
obyektidir. İdiomatik ifadələr müxtəlif ədəbi priyomlarda, 
üslubi  məqamlarda  istifadə  olunur,  çünki  onlar  nitqə, 
adətən,  emosionallıq,  ekspressivlik,  ifadəlilik  vermək 
üçün  daxil  edilir.  Bu,  idiomların  çoxunun  təbiətindən 
doğur  və  onların  səciyyəvi  cəhətidir.  Deməli,  idiomlar 


 

dilin  və  nitqin  obyekti  olub  dilçilikdə  öyrənilməli  və 
tədqiq olunmalıdır. 
Təqdim olunan monoqrafiyada ingilis və Azərbaycan 
dillərində  idiomatikanın  ümumi  və  fərqli  cəhətlərini  üzə 
çıxarmaq  və  bununla  da  əslində  bu  dillərdə  idiomların 
əmələgəlmə tarixi və inkişaf yolunu aydınlaşdırmağa cəhd 
göstərilmişdir. Vilhelm fon Humboldtun qeyd etdiyi kimi, 
“tarixi  talelərdəki  fərqlilikləri,  müxtəlif  cür    qarşılıqlı 
təsirləri və qohumluq əlaqələrini tədqiq edərək bizə indiyə 
qədər  məlum  olmayan  dilləri  ayırmaq  və  qarşılaşdırmaq, 
onların 
xarakterini 
müəyyənləşdirmək, 
onların 
quruluşundakı bu xarakterin mənbəyini tapmaq və onların 
tarixi dəyərini qiymətləndirmək olar” [111, 376-377]. 
İdiomatika haqqında yeni fikirlərin əmələ gəlməsinə, 
sanballı  elmi  əsərlərin  yazılmasına  baxmayaraq,  bir  çox 
məsələlər  hələ  də  mübahisəli  olaraq  qalmış  və  bu  günə 
kimi öz həllini tapa bilməmişdir. Dilçilikdə öz xüsusi yeri 
olmadığından  idiomatika  ya  leksikologiyanın  bir  qolu 
kimi  frazeologiyanın  tərkibində,    ya  da  ən  yaxşı  halda, 
frazeologiya  ilə  yanaşı  öyrənilmişdir.  Bu,  fikrimizcə,  ilk 


 
10 
növbədə idiomatikanın sərhədlərinin dəqiqləşdirilməməsi, 
onun dil qanunauyğunluqları və işlənmə imkanlarının üzə 
çıxarılmaması, 
ona 
məxsus 
kateqoriyaların 
müəyyənləşdirilməməsindən 
irəli 
gəlir. 
Həmin 
məsələlərin  tam  həlli  üçün,  əlbəttə,  daha  dəqiq  və  daha 
aydın və dərin elmi araşdırmalar tələb olunur. 
Dilçilikdə  söz  və  idiomlar,  söz  birləşmələri  və 
mürəkkəb  sözlər,  söz  birləşmələri  və  frazeoloji  vahidlər, 
eləcə də cümlə və frazeologizmlər məsələsi, bu məsələnin 
doğurduğu  mübahisələr  həmişə  diqqət  mərkəzində 
olmuşdur. 
İdiomların  spesifik  xüsusiyyətlərinin  və  səciyyəvi 
əlamətlərinin  müəyyənləşdirilməsi  onların  həm  söz 
birləşmələrindən, həm də sözlərdən fərqlənən cəhətlərinin 
öyrənilməsi  ilə  bağlıdır.  İdiomlar  vahid  bir  məna  ifadə 
etməklə  sözə  bərabərdirsə,  strukturuna  görə  söz  və  söz 
birləşmələri 
və 
cümlə 
ilə 
üst-üstə 
düşür. 
M.M.Mirzəliyevanın    “...  Bir  tərəfdən  obrazlılıq,  digər 
tərəfdən  isə  yenidən  canlandırma  frazeoloji  vahidləri 
müvafiq  olaraq  söz  və  sərbəst  söz  birləşmələrindən 


 
11 
fərqləndirən  əsas  əlamətlərdir.  Buna  görə  də  hökm 
xarakterli  sabit  söz  birləşmələrini  (yəni,  atalar  sözlərini, 
eləcə  də  bəzi  qanadlı  sözləri)  frazeologiyadan 
uzaqlaşdırmaq,  frazeologiyadan  kənar  etmək  olmaz”  [33, 
33]  fikrini,  fikrimizcə,  idiomlara  da  aid  etmək  olar.  Bu 
baxımdan  dilçilikdə  xüsusi  “idiomatika”  şöbəsinin 
mövcud  olduğunu  demək  olar.  Görünür,  dil  haqqında 
elmin  inkişafında  elə  bir  səviyyənin  olması  zəruri  idi  ki, 
dilin  idiomatik  vahidləri  idiomatika  kimi  müstəqil 
tədqiqat obyektinə çevrilib möcvud olma haqqı qazansın.  
Buraya ən kiçik dil vahidlərindən – sözlərdən tutmuş 
cümlələrə  kimi  bütün  tipləri,  dilə  hazır  vəziyyətdə  daxil 
olan  qapalı  struktura  malik  obrazlı  ifadələrin  hamısını 
(söz-cümlə) daxil etmək olar. 
Dilin idiomatik qatını araşdıran dilçilərin əksəriyyəti 
idiomatik  birləşmələri  müxtəlif  yanaşma  prinsipləri  ilə 
tədqiq  etsələr  də,  onların  hamısı  bir  məqamda 
həmfikirdirlər.  Əksər  dilçilər  üçün  idiomatik  birləşmələr 
sərbəst  söz  birləşmələrinin  əks  qütbü  olan  sabit  söz 
birləşmələridir. İdiomları bütünlükdə söz birləşməsi hesab 


 
12 
etmək isə əslində bir sıra məsələlərin üzə çıxmasına mane 
olmuş,  idiomatik  birləşmələrin  linqvistik  təbiəti  və 
mahiyyətini tam aşkar etməyə imkan verməmişdir. 
Əgər idiomatik birləşmələr sabit söz birləşmələri adı 
altında  sərbəst  söz  birləşmələrinin  əks  qütbü  kimi 
öyrənilirsə, o halda bu mövzu sintaksisin obyekti olmaqla 
“söz  birləşmələri”  bəhsinə  daxil  edilməlidir,  çünki  söz 
birləşmələri özündə həm   sərbəst söz birləşmələrini, həm 
də  sabit söz birləşmələrini ehtiva edir. 
İdiomatik birləşmələr həm söz, həm söz birləşmələri, 
həm də cümlə səviyyəsində məcazlaşma prosesinə məruz 
qalıb semantik bütövlük qazanan və dildə hazır vəziyyətdə 
mövcud olan sabit dil vahidləridir. 
Müstəqil  mənada  işlənib-işlənməməsindən  asılı 
olmayaraq  sözlər  dilin  morfoloji  qatında  dil  vahidi  kimi 
öyrənilirsə,  daşıdığı  mənanın  dar  və  genişliyindən  asılı 
olmayaraq,  məcazlaşma  prosesini  keçmiş  hər  hansı  söz, 
birləşmə və cümlə də idiomlar sırasına daxil edilib, dilin 
idiomatik qatında araşdırılmalıdır. 


 
13 
İdiomlar dil tarixçiləri, eləcə də etimoloqlar üçün ən 
dəyərli  və  etibarlı  mənbə,  əvəzsiz  dil  materialıdır. 
İdiomların  tarixi  elmi  araşdırılmasının  olmaması 
idiomatikanın  inkişafına  mənfi  təsir  göstərir.  Sözsüz  ki, 
tarixi 
əlaqə 
və 
münasibətlərin 
aşkarlanmaması 
idiomatikanın  bir  sıra  nəzəri  problemlərinin  həllində 
çətinliklərin meydana gəlməsinə şərait yaradır. 
İdiomatik  ifadələrin  tarixi-müqayisəli  araşdırılması 
zamanı  yalnız  ayrı-ayrı  şair  və  yazıçıların  yaradıcılığına 
müraciət etməklə kifayətlənmək olmaz. 
Təəssüf  ki,  bu  gün  biz  idiomatik  ifadələrin  əmələ 
gəlmə  şəraiti,  onların    yaranmasını  şərtləndirən  amillər, 
onların  inkişaf  tarixi  haqqında  söz  açanda  idiomların 
müxtəlif  inkişaf  mərhələlərində  uğradıqları  semantik  və 
leksik-qrammatik dəyişikliklər barədə fikir və mülahizələr 
yürüdəndə  yalnız  ayrı-ayrı  lüğətlərə,  qismən  də  bəzi 
sənətkarların  əsərlərinin  dili  ilə  bağlı  yazılmış  dilçilik 
araşdırmalarına  müraciət  etməli  oluruq.  Əlbəttə,  bu 
kifayət etmir və istənilən nəticəni almağa imkan vermir. 


 
14 
Digər dil vahidləri kimi, idiomlar da həm dil, həm də 
nitq sahəsinə aiddir. Onlar, əlbəttə, əvvəlcə nitqdə yaranır 
və yalnız bundan sonra dilə də daxil ola bilir. Lakin bəzən 
həmin vahidlər dilə daxil olmaya da bilər.  
Dildə olan hər hansı dəyişiklik, eləcə də hər hansı dil 
vahidinin  meydana  gəlməsi  əvvəlcə  nitqdə  baş  verir. 
N.D.Andreyevin  göstərdiyi  kimi,  “nitqdə  baş  verən 
dəyişikliklərin  dildə  heç  də  hər  biri  əks  olunmur.  Lakin 
dildəki  hər  bir  dəyişiklikdən  əvvəl  nitqdə  müəyyən 
dəyişiklik baş verməlidir” [89, 96].  
Tədqiqat  işinin  vəzifələri  idiomatikanı  maraqlı  dil 
hadisəsi  kimi  fundamental  tədqiq  etməklə,  bir  sıra 
problemləri  ardıcıl  və  ətraflı  şəkildə  öyrənmək,  tarixi-
müqayisəli  fonda  dərindən  araşdırma    aparmaq,  bu 
baxımdan  idiomatikanın  mahiyyətinə  varmaq,  onun  bir 
sıra 
qaranlıq 
cəhətlərini 
aydınlaşdırmaq 
üçün  
idiomatikanın  xalqın  təfəkkürü,  onun  həyat  tərzi  ilə 
bağlılığını  öyrənmək  və  onların  ingilis  və  Azərbaycan 
dillərində  əks  oluna  bilmə  imkanlarını  aşkarlamaq,  bir 
sözlə,  həmin  dillərin  idiomatik  mənzərəsini  yaratmaq  və 


 
15 
bu  dillərdə  idiomatik  vahidlərin  linqvistik  təbiətini 
müəyyənləşdirməkdir. 
İdiomların  yaranması,  təşəkkülü  və  inkişafı 
prosesinin  elmi  xarakteristikasını  vermək  üçün  mütləq 
ayrı-ayrı  dövrlərin  idiomatik  sistemi  tədqiq  edilməlidir. 
Bu  baxımdan  bu  gün  ingilis  və  Azərbaycan  dillərinin 
idiomatikasının  kontrastiv  şəkildə  öyrənilməsi  müstəsna 
əhəmiyyətə  malikdir.  İdiomatikanın  bu  və  ya  digər 
problemi  ilə  bağlı  istər  ingilis,  istərsə  də  Azərbaycan 
dilçiliyində  ayrı-ayrılıqda  tədqiqatlar  aparılmış,  dilin 
idiomatik  sisteminin  bu  və  ya  digər  cəhətləri 
araşdırılmışdır.  Lakin  bu  dillərin  idiomatikası  kontrastiv 
şəkildə hələ araşdırılmamışdır. Monoqrafiyada  bu sahədə 
deyilmlş  fikir  və  mülahizələr  tənqidi  şərh  edilir,  ilk  dəfə 
olaraq  qohum  olmayan  ingilis  və  Azərbaycan  dillərinin 
idiomatikasının  elmi-nəzəri  məsələləri  kontrastiv  şəkildə 
öyrənilir.  
Tədqiqatın  nəzəri  müddəalarından  müxtəlif  dillərin 
idiomatikasının müqayisəli şəkildə öyrənilməsində, ingilis 
və  Azərbaycan  dillərinin  tarixi  idiomatikasının,  eləcə  də 


 
16 
tarixi 
leksikologiyası 
və 
leksikoqrafiyasının 
araşdırılmasında istifadə oluna bilər. 
Tədqiqatın  nəticələrindən  idiomatik  lüğətlərin  tərtib 
edilməsində,  idiomatika  ilə  bağlı  mühazirə  və  seminar 
məşğələlərində,  ingilis  dilindən  Azərbaycan  dilinə  və 
Azərbaycan  dilindən  ingilis  dilinə  tərcümə  kurslarında, 
eləcə  də  ingilis  dili  üzrə  ixtisaslaşan  maqistrantlar  üçün 
xüsusi kurslarda istifadə edilə bilər.  
Tədqiqatda mənbə kimi Azərbaycan və ingilis ədəbi-
bədii nümunələrindən istifadə edilmişdir.  
Nəzəri  baxımdan  əsərdə  qohum  və  müxtəlifsistemli 
dillərin  müqayisəli,  kontrastiv  şəkildə  araşdırıldığı 
tədqiqatlara,  xüsusilə  Y.Arsentyeva,  Y.Dolqopolov, 
N.Lankina, 
N.Qoqolitsına, 
V.Vovk, 
L.Kurkova, 
E.Pokrovskaya,  L.Kovaleva,  A.Rayxşteyn,  A.Kunin, 
A.Rəhimov, 
A.Axundov, 
Z.Verdiyeva, 
M.Adilov, 
К.Аbdullayev,  İ.Həmidov,  F.Veysəlli,  M.Mirzəliyeva, 
D.Yunusov, Ə.Hacıyevanın əsərlərinə istinad edilmişdir. 
 
 
 


 
17 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin