Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə14/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   10   11   12   13   14   15   16   17   ...   61
Monoqrafiya

руку  –  die  hand  reichen,  открыть  рот  –  den  mund 
auftun  [128,  249].  L.A.Mesinyovanın  apardığı  tədqiqat 
göstərir  ki,  həm  rus,  həm  alman  dillərində  feli  frazeoloji 
vahidlər  çox  müxtəlif    və  rəngarəngdir.  Rus  dilində  belə 
vahidlərin  formalaşmasında  брать,  делать,  дать, 
оказывать  kimi  fellər  daha  məhsuldardır.  Alman 
dilindəki  nehmen,  machen,  geben,  leiqfen,  ansiiben, 
erweisen və fransız dilində işlənən prendre, faire, donner 


 
81 
felləri  rus  dilindəki  fellərlə  ekvivalentdir  və  frazeoloji 
vahidlərin yaranmasında fəal iştirak edir.          
İngilis  dilində  feli  idiomatik  vahidlərin  yaranmasında 
daha  məhsuldar  olan  fellər  aşağıdakılardır:  to  have,  to 
give, to take, to get, to make, to put, to go, to keep. Həmin 
fellərin işləndiyi idiomatik vahidlərə misallar gətirək: give 
somebody  a  dressing  down  (“kiminsə  dərsini  vermək”), 
take  heart  of  grace  (“özünü  toplamaq”),  get  the  upper 
hand  of  (“kiminsə  üzərində  üstünlük  qazanmaq”),  make 
cow /sheep’s/ eyes at (“kiməsə məhəbbətlə baxmaq”), put 
somebody  through  his  facings  (“kimisə  imtahana 
çəkmək”), go to the dogs (“iflasa uğramaq, məhv olmaq”), 
come  into  handy  (“bir  vaxtsa  faydalı  olmaq”),  give  a 
helping hand (“kömək əlini uzatmaq”), have a good head 
(“yaxşı  başı  olmaq”  //  “təfəkkürlü  olmaq”),  keep  oneself 
in  hand  (“özünü  ələ  almaq”  //  “əsəblərini  cilovlamaq”), 
bind  smb.’s  hand  and  foot  (“əl-ayağını  bağlamaq”),  fall 
into  good  hands  (“yaxşı  əllərə  düşmək”),  close  (shut) 
one’s eyes to smth.  (“bir şeyə göz yummaq”),  lose one’s 


 
82 
head (“başını itirmək”), get smb. (smth) out of  one’s head 
(“başından çıxartmaq”). 
Müqayisə  edilən  dillərdəki  ümumilik,  oxşarlıq  idiomatik 
vahidlərin ekvivalentliyi üçün şərait yaradır. Ekvivalentlik 
məzmun oxşarlığı planında ifadənin müəyyən qədər fərqli 
formalaşması, yaxud tam oxşarlığı zəminində yaranır. Hər 
bir  dilin  daxilində  bir  sıra  idiomatik  vahidlər  istər 
məzmunca,  istərsə  də  ifadəlilik  baxımından  variantlığa 
malik  olur.  Ekvivalent  idiomatik  vahidlərin  strukturunda 
mütəhərrik  və  üeyri-mütəhərrik  vahidlərin  olması 
dillərarası  invariantlığa  gətirib  çıxarır.  Bu,  dildə  işlənən 
vahidlərin  leksik-semantik,  leksik-morfoloji,  sintaktik  və 
semantik səviyyədəki mövqeyi ilə şərtlənir.  
Bir  çox  dilçilərin  fikrincə,  hər  bir  dilin  milli 
xüsusiyyətləri,  frazeoloji  vahidlərin  özünəməxsus  şəkildə 
struktur-qrammatik  və  semantik  təşkili,  onun  dil 
sistemində  yerinin  fərdi  olması  və  həmçinin  sabitliyin 
dərəcəsi  və  s.  cəhətləri  nəzərə  aldıqda  dillərarası 
ekvivalentliyi  şərti  qəbul  etmək  lazımdır  [112,  15]. 
Müxtəlif  dillərdə  frazeoloji  omonimlik  yalnız  semantik 


 
83 
planda  mümkündür.  Məsələn,  rus,  ingilis  və  alman 
dillərində  belə  omonimlik  o  qədər  də  tez-tez  müşahidə 
olunmur.  Bu  dillərdə  cəmi  40  omonimik  frazeoloji  vahid 
qeydə alınmışdır. 
Eyni  sistemə  malik  dillərin  idiomatik  vahidlərinin 
müqayisəli təhlili belə bir ümumi nəticəyə gəlməyə imkan 
verir ki, bu dillərin idiomatik sistemində köklü keyfiyyət 
oxşarlığı 
vardır. 
Bu 
oxşarlıq 
özünü 
əsasən 
frazayaratmanın  əsas  üsulları,  semantik  mexanizm  və 
derivasiya bazaları, komponentlərin tematik mənsubiyyəti 
və  tipik  obrazlar  (frazayaratma  modelləri),  aparıcı 
sintaktik  strukturların  məcmusu  və  onların  idiomatikada 
realizə  olunması  aspektlərində  göstərir.  Bu  dillərin 
idiomatik  sistemindəki  fərqlər  dilin  fərdi  xüsusiyyəti  və 
daha  çox  kəmiyyət  baxımından  üzə  çıxır.  Belə  fərqlər, 
eyni  zamanda  idiomatik  vahidlərin  komponentlərinin 
qrammatik mənsubiyyəti ilə də bağlıdır.  
Struktur-genetik  cəhətdən  fərqlənən,  coğrafi  yaxınlığa  və 
uzunmüddətli  mədəni-tarixi  əlaqələrə  malik  olmayan 
müxtəlif  sistemli  dillərdə  işlənən  idiomatik  vahidlərin 


 
84 
müqayisəli  tədqiqi  onlardakı  dil  hadisələrinin  və 
qanunauyğunluqlarının  daha  dərindən  dərk  edilməsinə 
imkan  yaradır.  İdiomatikaya  həsr  olunmuş  bütün 
tədqiqatlarda  idiomatik  vahidlərin  yaranması  dilin  milli-
mədəni  səciyyəsi  ilə  əlaqələndirilir.  Bu,  əlbəttə,  təsadüfi 
deyildir. “Müxtəlif xalqların təfəkkür tərzi elə yaranır ki, 
onlar  daim  müxtəlif  düşüncə  tərzləri,  metaforalar, 
müxtəlif idiomlar – bir sözlə, müxtəlif söz yaradıcılığı ilə 
qarşılaşırlar” [128, 34]. Bu məqam nəzərə alınmadıqda bir 
xalqa məxsus dil vahidi başqa xalqa məxsus dil faktları ilə 
tutuşdurularkən bir çox çətinliklər meydana çıxır. 
Əlbəttə,  müxtəlifsistemli  dillər  genetik  cəhətdən  bir-
birindən  nə  qədər  uzaq  olsa  da,  nə  qədər  özünəməxsus 
struktura  malik  olsa  da,  onların  idiomatik  sistemində 
ümumi  bir  qanunauyğunluq,  frazayaratma  mexanizmində 
oxşarlıq özünü göstərir. Belə ümumi cəhətlərdən bəlkə də 
ən  əsası  idiomatik  vahidlərin  komponentlərinin  məcazi 
səciyyə  daşıması,  obrazlılığıdır.  Obrazlılıq  problemi 
dilçilik  üçün  yeni  deyildir.  Müxtəlifsistemli  dillərin 
idiomatik  vahidlərinin  müqayisəli  tədqiqində  həm  eyni 


 
85 
dərəcədə  obrazlılığı  ifadə  edən  vasitələrə  aid  funksional-
semantik  üsuldan  istifadə  edilməli,  həm  də  obrazlılığın 
ifadə  vasitələrinin  təhlilində  vahid  metodiki  əsas 
seçilməlidir. 
Məhz 
bu 
şərtlər 
dil 
materialının 
müqayisəsinə şərait yarada bilir. Dil faktlarına funksional-
semantik  yanaşma  zamanı  müxtəlif  dillərin  idiomatik 
sisteminin  obrazlılığının  ifadəsində  müəyyən  sabit 
paralellər aşkar edilir.   
Müxtəlifsistemli 
dillərdəki 
idiomatik 
vahidlərin 
müqayisəli-tipoloji  təhlili  qohum  dillərdə  mövcud  olan 
birləşmələrdən  bir  sıra  fərqli  cəhətləri  üzə  çıxarmağa 
imkan  verir.  Bu  fərqlər,  hər  şeydən  əvvəl,  hər  bir  dil 
ailəsinin özünəməxsus struktur-qrammatik quruluşa malik 
olması  ilə  bağlıdır.  Bundan  başqa,  hər  bir  xalq  öz 
emosiyalarını özünə xas şəkildə ifadə edir, onu əhatə edən 
mühitə  müxtəlif  şəkildə  yanaşır.  Müxtəlif  xalqlarda 
metaforlaşdırma,  jestikulyasiya,  simvolika,  mimika 
fərqlidir. Məhz bu cəhətlərə görə də idiomatik vahidlərin 
işlənməsində  bir  sıra  dildaxili  və  dilxarici  fərqlər 
müşahidə  olunur.  Məsələn,  Hind-Avropa  dillərində  bir 


 
86 
sıra  somatik  leksemlərin  idiomatik  aktivliyi  türk 
dillərindəkindən  ciddi  şəkildə  fərqlənir.  Məsələn,  “ağ 
ciyər”, “yanaq”, “çənə”, “kirpik”, “böyrək”, “qara ciyər”, 
“qabırğa” mənalı somatizmlər german dillərində idiomatik 
birləşmələrin  tərkibində  ya  tamamilə  işlənmir,  ya  da 
qeyri-fəaldır, türk dillərində isə əksinə, çox fəaldır. Lakin 
Hind-Avropa  dillərində  “bədən”,  “əsəb”,  “dirsək”  mənalı 
somatizmlər 
frazayaratma 
prosesində 
türk 
dillərindəkindən daha fəaldır [23, 30].  
Türk  dillərində  bədən  üzvlərinin  adlandırılmasında 
“detallaşdırmağa”  meyl  çox  güclüdür  və  müvafiq 
leksemlər  özünü  aşkar  şəkildə  təkcə  sərbəst  söz 
birləşmələrində deyil, həm də bir çox idiomatik vahidlərin 
yaranmasında  göstərir.  Məsələn,  rus  dilindəki  нога 
sözünün qarşılığı kimi Azərbaycan dilində ayaq, qıç, bud, 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin