bahar, qəm yemək, sinfi mübarizə, poçt qutusu, nida
işarəsi) [49, 254].
N.Rəhimzadənin bölgüsü də mübahisəlidir. Frazeoloji
vahidlərin təsnifatı ilə bağlı müxtəlif fikirlər vardır. Bu
məsələ ilə bağlı M.Mirzəliyevanın fikirləri diqqəti cəlb
edir. O yazır: “Frazeoloji vahidlərin müxtəlif prinsiplərə
əsaslanan bir neçə bölgüsü mövcuddur. Bunlar
aşağıdakılardır:
1) frazeoloji vahidlərin tutumuna (əhatə dairəsinə) görə
tipləri;
2) frazeoloji vahidlərin əmələgəlmə prinsiplərinə görə
tipləri;
3) frazeoloji vahidlərin semantik quruluşuna görə tipləri;
4) frazeoloji vahidlərin semantik qovuşma prinsiplərinə
görə tipləri;
5) frazeoloji vahidlərin leksik tərkib baxımından tipləri;
6) frazeoloji vahidlərin ekspressiv-üslubi xüsusiyyətlərinə
görə tipləri. Şübhəsiz, bu bölgülər arasında möhkəm əlaqə
67
olduğundan onlar bir-birinin içindən törəmiş kimi nəzəri
cəlb edir. Bunun üçün də onlardan bəziləri məhz
digərlərinin tərkibində öyrənilir” [33, 46-47]. Bu
bölgülərdən dördüncüsündə, yəni frazeoloji vahidlərin
semantik qovuşma prinsipinə görə tipləri sırasında
idiomların üç növü – qovuşma, uyuşma və birləşmə tipli
idiomlar yer alır.
İdiomlara münasibətdə vahid bir fikir formalaşdırmaq
mümkündür, çünki bütün hallarda idiomların frazeoloji
vahidlərin ayrıca bir növü kimi fərqləndirilməsinə cəhd
edilir. “İdiomlar tərkib hissələrinə tamamilə ayrılmayan
söz birləşmələridir. Belə birləşmələrdə bütün ifadənin
leksik mənası ilə onun tərkibinə daxil olan sözlərin
mənaları arasında potensial əlaqə belə yoxdur. Bu,
idiomların əsas fərqləndirici əlamətidir” [106, 5].
Beləliklə, frazeologiya, frazeologizm və idiomlar
haqqında müxtəlif fikirlərin az, lakin əsaslı bir hissəsinə
istinadla verilən şərh və təhlil göstərir ki, idiomlar
frazeologiyada ayrıca bir növ təşkil edir və bu növün
özünü də daxili qruplara ayırmaq mümkündür.
68
Müasir dilçilik tədqiqatlarını öyrənilən dil faktlarının
müqayisəsi olmadan təsəvvür etmək mümkün deyildir.
Formaların, kateqoriyaların və digər dil təzahürlərinin
qarşılıqlı müqayisəsi, tutuşdurulması, onların hər birinin
səciyyəsi bu dil faktları arasında əhəmiyyətli dərəcədə
forma və məzmun oxşarlığının müəyyənləşdirilməsi üçün
zəruri şərt sayılır. Linqvistik müqayisənin əsas elementi
oxşar (inteqral) və fərqli (diferensial) cəhətlərin aşkar
edilməsidir. Forma və məzmun cəhətdən müqayisə və
tutuşdurma nəticəsində dil sisteminin bütün yarusları –
qrammatik
paradiqmalar,
leksik-semantik
qruplar,
sinonim cərgələr, antonim cütlüklər və s. fərqləndirilir.
Eyni zamanda istənilən ayrı-ayrı dil hadisəsinin müfəssəl
təsviri bir tərəfdən o dildə olan son dərəcə müxtəlif
aspektlərin,
formaların,
mənaların
məcmusunu
müəyyənləşdirməyə, digər tərəfdən onların digər
dillərdəki uyğun elementlərlə müqayisəsinə şərait yaradır.
Bunu frazeoloji vahidlərin təyin edilməsinə də aid etmək
olar. Güman etmək olar ki, frazeologiya sahəsində adlar
çərçivəsində müqayisəyə daha çox ehtiyac duyulur.
69
Müxtəlif konstruksiyalar uzun müddət tutuşdurulur, onlar
bir kateqoriya kimi qruplaşdırılır və bundan sonra bu
vahidlərin xüsusi dilçilik şöbəsində – frazeologiyada
öyrənilməsi müəyyənləşdirilir [121, 27]. Bir dil daxilində
müqayisə aşağıdakı əsas şərtlərin yerinə yetirilməsini
tələb edir: a) müqayisə üçün kəmiyyət bazası, b) bütün
müqayisə olunan faktların təsvirində vahid təlim, vahid
metod və vahid terminoloji sistem olmalıdır.
Müxtəlif dillər müxtəlif məqsədlərlə müqayisə edilir və
onlarda bir-birini tamamlamayan və vahid bir sistemdə
cəmləşməyən formalar, kateqoriyalar, müxtəlif dil
vahidləri tutuşdurulur. Ona görə də ayrı-ayrı dillərin
müqayisəsi nəticəsində dil faktlarının sistem əhəmiyyəti
aşkar edilə bilmir. Müqayisəli tədqiqatların əksəriyyətində
bu növ araşdırmaların çətinliyi qeyd edilir və onların
aradan qaldırılması yolları göstərilir [133, 8-9]. Elmi
ədəbiyyatda müqayisəli-tipoloji tədqiqatlara aid irəli
sürülmüş müddəaları aşağıdakı kimi ümumiləşdirmək
olar:
70
1. Dillərarası tədqiqatlara nisbətən dildaxili faktların
təsvirinin ilkinliyi.
2. Müqayisənin birtərəfli, yaxud ikitərəfli xarakteristikası.
3. Müqayisəli təhlil dil formasından məzmun forması
istiqamətində (semasioloji yanaşma), yaxud əksinə,
məzmundan onun dildə ifadə formaları istiqamətində
(onomasioloji yanaşma) aparıla bilər.
4. Müqayisəli tədqiqat ya sinxron-müqayisəli, yaxud
diaxron-müqayisəli (müqayisəli-tarixi) ola bilər.
5. Müqayisəli təhlilin mənbələri – müqayisə olunan
hadisələr hər bir ayrıca dildə və bu dildə yazılmış
əsərlərdə, yaxud tərcümə əsərlərində öyrənilə bilər.
Müxtəlif dillərin frazeoloji sisteminin sinxron-müqayisəli
tədqiqi müstəqil tədqiqat sahəsi kimi formalaşmaqdadır.
Keçən əsrin 60-cı illərində frazeologiyanın bu aspektdə
öyrənilməsinin
bəzi
mühüm
cəhətləri
müəyyənləşdirilmişdir:
a) qohum dillərdə oxşar frazeoloji vahidlərin müqayisəsi;
71
b) genetik cəhətdən qohum olmayan dillərdə tərcümə və
doğma olmayan dilin tədrisi üçün frazeoloji vahidlərin
müqayisəsi;
c) həm qohum, həm də qohum olmayan dillərin frazeoloji
sisteminin struktur-tipoloji təhlili;
ç) coğrafi, dil və mədəni-tarixi birlik yaradan bir sıra
dillərin (məsələn, Avropa frazeoloji arealı, Orta Asiya
frazeoloji arealı) frazeologiyasının qarşılıqlı əlaqəsini
öyrənən areal aspektin yaranması.
Bu istiqamətlərin formalaşması nəticəsində bir sıra
problemlər kompleks şəkildə həll olunmaqdadır:
1. Müqayisə olunan dillərin xarakteri və kəmiyyəti üzrə:
a) qohum dillər (məsələn, slavyan dilləri, german dilləri,
türk dilləri);
b) uzaq qohum dillər (məsələn, rus və alman dilləri, çex
və ingilis dilləri, ingilis və fransız dilləri;
c) qohum olmayan dillər (məsələn, german və türk dilləri,
rus və eston dilləri).
2. Müqayisə olunan frazeoloji vahidlərin xarakteri üzrə:
72
a) eyni strukturlu və funksiyalı frazeoloji vahidlər
(məsələn, fellər, adlar, komparativlər);
b) semantik cəhətdən eynitipli frazeoloji vahidlər
(məsələn, hərəkət felləri, somatizmlər, zoofrazalar);
c) müxtəlif dillərdə eyni leksik-qrammatik, semantik
əlamətlərə malik frazeoloji vahidlər (məsələn, tam
ekvivalentlər, frazeoloji kalkalar).
3. Müqayisə olunan dil hadisələrinin xarakteri üzrə:
a) frazeoloji vahidlərin qrammatik xüsusiyyətləri
(məsələn, struktur-sintaktik tiplər, morfoloji tərkib,
qrammatik variantlılıq);
b) frazeoloji vahidlərin leksik tərkibi (məsələn, daha işlək
komponentlər, leksik variantlılıq;
c) frazeoloji sistemdə frazeoloji semantika və semantik
münasibətlər (məsələn, obrazlılığın xarakteri, frazeoloji
sinonimlik,
frazeoloji
kontaminasiya,
frazeoloji
mikrosistemin təşkili);
ç) frazeoloji vahidlərin üslubi səciyyəsi (məsələn,
frazeoloji vahidlərin üslubi funksiyasının mexanizmləri:
73
ayrı-ayrı frazeoloji vahidlərin funksionallaşmasının üslubi
xüsusiyyətləri;
d) frazeologizmlərin kəmiyyət xrakteristikası (məsələn,
nitqdə
işlənmə
tezliyi,
frazeoloji
vahidlərin
komponentlərinin sayı) [133, 11-12].
Ümumilikdə dilin frazeoloji sisteminin tədqiqi bir neçə
cəhətdən aktualdır. S.Q.Qavrinin göstərdiyi kimi, bu
səpkidə olan tədqiqatlar bir tərəfdən nitq mədəniyyətinin
və nitq ustalığının aparılmasına şərait yaradır, digər
tərəfdən isə xalqlar arasında mədəni əlaqələrin
görünməmiş miqyasda inkişaf etdiyi bir dövrdə bir dildən
başqa dilə tərcümə texnikasının artmasına kömək edir
[103, 3]. Son vaxtlar leksik və frazeoloji vahidlərin
müqayisəli-tipoloji
öyrənilməsi
problemi
aktuallaşmaqdadır. Müxtəlif dil faktlarının müqayisəsi
tədqiq
olunan
dillərdəki
dil
hadisələrinin
qanunauyğunluqlarını
və
özünəməxsus
cəhətlərini
müəyyənləşdirməyə imkan verir. Bu isə konkret bir dilin
əlahiddə tədqiqi zamanı mümkün olur.
74
Bir sıra dilçi alimlərin səyi nəticəsində yeni istiqamətin –
müqayisəli-tipoloji frazeologiyanın əsası qoyulmuşdur.
Y.Avaliani,
V.Arakin,
V.Qak,
M.Royzenzon,
A.Rayxşteyn, M.Kopılenko, V.Popova kimi alimlərin
tədqiqatlarında frazeologiyanın müqayisəli şəkildə
öyrənilməsinin
nəzəri
və
praktik
müddəaları
ümumiləşdirilmişdir.
Müxtəlif dillərdə frazeoloji vahidlərin müqayisəsi
məsələsi frazeologiya elminin təşəkkülü və inkişafı boyu
bir neçə dəfə irəli sürülsə də, keçən əsrin 50-ci və 60-cı
illərində
frazeoloji
tədqiqatların
mərkəzində
frazeologiyanın predmetinin dəqiqləşdirilməsi, frazeoloji
tədqiqatların özünəməxsus metodlarının işlənməsi,
müxtəlif və ayrı-ayrı dillərin frazeoloji sisteminin
öyrənilməsi məsələsi olmuşdur. Keçən əsrin 60-cı illərinin
ikinci yarısından frazeologiyanın müqayisəli tədqiqinə
maraq artmağa başlamışdır. Bu müddət ərzində german,
roman, slavyan və türk dillərinin materialları üzrə
aparılmış tədqiqatlarda müxtəlif frazeoloji vahidlərin
ümumi və özünəməxsus cəhətləri aşkar edilmişdir.
75
Hazırda komparativ frazeologiyanı yeni formalaşmış
istiqamət kimi qiymətləndirmək mümkündür. Bu sahədə
özünün metodları və vəzifələri olan tədqiqat aspektlərini –
müqayisəli-tarixi, müqayisəli, kontrastiv, struktur-tipoloji
və s. aspektləri müşahidə etmək mümkündür. Son
zamanların tədqiqatlarında komparativistikaya müraciət
təsadüfi deyildir və frazeologiyanın kifayət qədər
inkişafından xəbər verir.
Müxtəlifsistemli dillərdə işlənən frazeoloji vahidlərin
tipologiyası, onların müqayisəsi bir sıra ümumi cəhətlərin
müəyyənləşdirilməsinə imkan verir. Frazeoloji vahidlərin
bu ümumiliyi özünü frazayaratma bazasının əsas üsulları,
semantik mexanizm, komponent tərkibinin tematik
mənsubiyyəti və tipik obrazlar (frazayaratma modelləri),
əsas sintaktik strukturlar və onların frazeologiyada
reallaşmasında göstərir.
Frazeoloji vahidlərin ekvivalentləşməsi müqayisəli planda
dörd cəhətdən özünü göstərir:
a) digər frazeologizmə bərabər olan frazeoloji
ifadələr;
76
b) frazeoloji ifadələr və sabit söz birləşmələri;
c) bir leksik vahidə uyğun gələn frazeoloji vahidlər;
ç) frazeoloji vahidlər və onların digər dilə
transformasiyasında ekvivalent çevrilməsi.
Dillərarası frazeoloji vahidlərdə bir sıra semantik
münasibətlər diqqəti cəlb edir: dillərarası frazeoloji
ekvivalentlik, dillərarası frazeoloji variantlıq, dillərarası
frazeoloji omonimlik, dillərarası frazeoloji struktur
sinonimlik. Bu hallarda frazeoloji sistemlərdə konkret bir
dilin
sistemində
və
dillərarası
leksik-semantik
münasibətdə müəyyən izomorfizmlər özünü göstərir.
Tədqiqatlar göstərir ki, genetik cəhətdən qohum olan
eyni sistemli dillərin frazeologiyasında ümumi, yaxın
cəhətlər daha çox olur. Məsələn, Y.Dolqopolovun
müşahidələrinə görə rus, ingilis və alman dillərinin
frazeoloji sistemində həm semantik, həm də struktur
cəhətdən çox böyük yaxınlıq, oxşarlıq vardır. Bu oxşarlıq
təkcə formal cəhətdən deyil, həm də etimoloji-genetik
səviyyədə meydana çıxır. Həmin dillərdəki frazeoloji
vahidlərin oxşarlığı ilk növbədə onun komponentlərini
77
təşkil edən leksik vahidlərin semantikası ilə şərtlənir [112,
25].
Frazeoloji vahidlərin struktur-semantik oxşarlığı dil
daşıyıcılarının
assosiativ-obrazlı
düşüncəsinin
ümumiliyini sübut edir. Bu ümumilik təkcə həmin
dillərdəki
çoxsaylı
oxşar
frazeoloji
ifadələrin
kəmiyyətindən deyil, həm də onlarda məntiqi-frazeoloji
ideyanın mövcudluğundan xəbər verir. Məhz bu cəhət
ayrı-ayrı tematik qruplar təşkil edən frazeoloji
strukturların
obrazlı
xarakterini
müəyyənləşdirir.
Müqayisə olunan dillərdəki ekvivalent frazeoloji
vahidlərin
əksər hissəsi bu dillərin əlaqəsinin
xarakterindən asılı olmayaraq dildaxili resurslar bazasında
formalaşır. Məsələn, hind-avropa dillərinin, eləcə də türk
dillərinin müəyyən qrup frazeoloji vahidləri (məsələn,
somatik frazeologizmlər) buna misal ola bilər.
Son
dövrlərin
tədqiqatlarında
internasional
frazeologiya haqqında da müəyyən mülahızələr irəli
sürülməkdədir. İnternasional frazeologiya bir tərəfdən
frazeoloji kalka, digər tərəfdən isə ən müxtəlif sistemli
78
dillərdə analoji tərkiblərin bir-birindən asılı olmayaraq
yaranması ilə formalaşır. Bu, müvafiq dil kollektivlərinin
ümumiliyi ilə şərtlənir və həm psixoloji planda, həm də
onların sosial münasibətlər, təbii şərait, mədəni həyat
səviyyəsi və məişət xüsusiyyətlərindən asılıdır. İstənilən
iki dilin milli təşəkkülündəki frazeoloji tərkiblərdə özünü
göstərən xüsusiyyətlər
dil kollektivlərinin
tarixi
təcrübəsinin fərdiliyi, dil daşıyıcısı olan xalqların psixi
durumunun özünəməxsusluğu ilə izah olunur. Hər bir
dilin leksik-semantik sisteminin milli xüsusiyyətləri,
frazeoloji obrazların milli sistemi həmin xalqın obrazlı
düşünmə qabiliyyətini və onun dil vasitələri ilə
təcəssümünü göstərir.
Müqayisəli-tipoloji tədqiqatların nəticələri eyni
sistemə malik olan qohum dillərdə frazeoloji vahidlərin
qrammatik təşkili modellərində, onların leksik tərkibində,
frazeoloji variantlığında, struktur sinonimliyində, əsas
tematik-semantik
növlərində
və
komponentlərinin
məhsuldarlığında
analogiyanın
olduğunu
göstərir.
Məsələn, ingilis və alman dillərində daha məhsuldar
79
somatik komponentin iştirak etdiyi frazeoloji vahidlər bu
dillərin hər birində frazeoloji birləşmələrin üçdə ikisini
təşkil edir [112, 6]. Əlavə edək ki, somatizmlərin köməyi
ilə başqa dillərdə də külli miqdarda frazeoloji vahidlər
yaranmışdır. Bu onların alleqorik dərkolunmasındakı
asanlıq, məcazi mənalarındakı genişliklə əlaqədardır.
Semasioloji təhlil göstərir ki, qohum dillərdəki frazeoloji
vahidlərin semantikası komponentləri formalaşdıran
leksik vahidlərin ümumiliyi və leksik-semantik
potensialı ilə şərtlənir. Bu hal somatik komponentli
birləşmələrdə özünü daha çox göstərir və müəyyən bədən
üzvünü bildirən somatizmin funksional-fizioloji, yaxud
sosial-simvolik aspekti ilə səciyyələnir.
Bir sıra dillərin frazeoloji tərkibinin müqayisəli-
tipoloji təhlili göstərir ki, həmin dillərdəki bir çox
frazeoloji vahidlər insanların ictimai münasibətlərini,
onların əxlaqını, davranış normalarını, fəaliyyətini əks
etdirir [113, 46]. Burada başlıca struktur tip sözönülü feli-
substantiv vahidlərdən ibarət olur. İnsanın daxili
keyfiyyətlərini, qabiliyyətini, xarakterinin cəhətlərini ifadə
80
edən frazeoloji vahidlərin struktur-qrammatik modali
əsasında adyektiv-substantiv tip formalaşır. Bir çox
frazeoloji ifadələr psixi vəziyyətlə, hisslərlə, emosiyalarla,
əqli fəaliyyət tematikası ilə bağlıdır.
Müxtəlif dillərdə obrazlılığına, məna və üslubi
çalarına, tərkibindəki komponentlərin bir-birinə uyğun
gəlməsinə və struktur-qrammatik təşkilinə görə üst-üstə
düşən frazeoloji strukturlar ümumilik təşkil edir [128,
247]. Məsələn, rus dilində 120-dən çox frazeoloji vahid
(ümumi sayın 12%-i) alman dilində olan frazeoloji
vahidlər ilə ekvivalentlik təşkil edir. Müq. et: протянуть
Dostları ilə paylaş: |