Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə21/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   17   18   19   20   21   22   23   24   ...   61
Monoqrafiya

xəyalinə, Kim nə bilir bu könlümün fikri nədir, xəyali nə” 
(Nəsimi),  “Ləbi  şəkər,  dili  baldan,  Mən  dönərəm,  könül 
dönməz”  (Şikəstə),  “Ay  ağalar,  bir  Nigarın  oduna,  dəli 
könül yana-yana düşübdür” (Vidadi);  
 
b) “isim + isim” (“noun + noun”) modeli üzrə. İngilis 
dilində  bu  model  əsasında  formalaşmış  ifadələr 
komponentlərinin bir-birinə bağlanma vasitələrinə görə iki 
formada işlənir:  
 
1)  tərəflər arasında heç bir qrammatik vasitə iştirak 
etmir,  məsələn,  dog’s  nose  (“pivə”),  parson’s  (pope’s  ) 
nose (“qızardılmış quş”), pudding face (“mənasız üz”);  
 
2)  komponentlər  arasında  bağlayıcı,  yaxud  sözönü 
iştirak edir, məsələn,  neck and crop (“tələsik”), head and 
front (“hər şeydən əvvəl”), head and shoulders above smb 


 
112 
(“kimdənsə bir barmaq yuxarı”), arm in arm (“qol-qola”), 
a  finger  in  the  pie  (“bir  işdə  əli  olmaq”),  cheek  by  jowl 
(“yanbayan”), eyes and no eyes (“çəp gözlər”), foot to foot 
(“yanbayan”) və s.  
 
The  puppy  made  another  rush  at  the  stick  and 
tumbled  head  over  heels  in  its  hurry  to  get  hold  of  it 
(L.Caroll).  “Küçük  yenidən  çubuğun  üstünə  atıldı,  onu 
tutmağa  tələsdiyindən  yıxıldı  və  ayaqları  başından  aşdı” 
(L.Karol).  
 
“Oğlum,  sən  iki  uşaq  atasısan,  çalış  balaların  gözü 
yolda qalmasın” (S.Qədirzadə); “Ay girdi buluda, üzündə 
kədər,  Qorxdu  bir  də  onu  şahid  çəkərlər”  (N.Xəzri); 
“Tək-tənha oturmuşam qulağım səsdə, deyirəm, bəlkə bir 
adam qapını açdı” (S.Qədirzadə). 
 
Ümumiyyətlə, qeyd etmək lazımdır ki, yazılı dil daim 
adi danışıqda yaşayan ifadələrlə cana gəlir.  
 
“İsim  +  isim”  modeli  üzrə  yaranmış  idiomatik 
ifadələrin  struktur  baxımından  hər  iki  dildə  ümumi 
cəhətləri  vardır.  Məsələn,  struktur  baxımından  ingilis 
dilindəki  face  to  face  ifadəsi  Azərbaycan  dilində  onun 


 
113 
qarşılığı olan üzbəüz və üz-üzə leksik vahidləri ilə ümumi 
cəhətlərə  malikdir.  Azərbaycan  dilinə  məxsus  üzbəüz 
vahidinin  tərəfləri  tabesizlik  əlaqəsi  ilə  bağlanmışdır, 
yazılı  dilin  normalarına  görə  mürəkkəb  söz  hesab  edilir. 
İngilis dilindəki shoulder by shoulder idiomatik ifadəsi isə 
Azərbaycan dilinə “çiyin-çiyinə” kimi tərcümə edilir. Bir 
sıra  idiomatik  ifadələr  semantik  baxımdan  bir-birinə  əks 
mənalı  sözlərdən  təşkil  olunmuşdur,  məsələn,  from  head 
to  foot  (from  head  to  heel)  (“başdan  ayağa,  başdan 
ayağacan, başdan ayağa kimi, başdan ayağa qədər”). 
Azərbaycan  dilində  “isim  +  isim”  modeli  əsasında 
formalaşmış  ismi  idiomatik  ifadələrin  maraqlı  bir  cəhəti 
ondadır ki, bu konstruksiyalarda isim isimlə təyin olunur
c)  “isim  +  zərf”  (“noun +  adverb”)  modeli  üzrə.  “Zərf  + 
isim” modeli üzrə formalaşmış ifadələrə də təsadüf edilir. 
Hər  iki  struktur  elmi  ədəbiyyatda  “adverbial  idiomatik 
ifadələr”  də  adlanır.  Belə  idiomatik  ifadələr  zərf 
funksiyasında  çıxış  etməklə  hərəkətin  əlamətini  bildirir: 
ing.  never  batted  an  eyelash  (“gözünü  də  yummadan”), 
hands  down  (“asanlıqla”),  up  to  the  eyes  (in  debt)  (“borc 


 
114 
içində”), over heads and ears, over smb’s head (“başından 
yekə”),  out  of  smb’s  hair  (“heç  kəsin  qəlbinə 
toxunmadan”);  azərb.  üzü  irəli,  keyfi  yuxarı,  başı  aşağı, 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin