əli aşağı və s.
ç) komponenti say ilə ifadə olunmuş idiomatik ifadələr:
ing. have two left hands (“ağır” – ləng adam haqqında),
first hand (“birinci əl”), two heads are better than one,
four eyes see more than two (“ağıl ağıldan üstündür”),
bear (carry or have) two faces under one hood (“ikiüzlü
olmaq”) və s.; azərb. birdə alacağı yox, beşdə verəcəyi;
yeddi arxa dönəni; bir deyənin olunca, min yeyənin olsun;
qırx quldur və s.
Feli idiomatik ifadələr. Dünya dillərinin əksəriyyətində
olduğu kimi, ingilis və Azərbaycan dillərində də feli
idiomatik ifadələr ismi idiomatik ifadələrə nisbətən daha
çoxdur. Fikri bütün incəliklərinə qədər obrazlı, həm də
emosional və yığcam şəkildə ifadə etməkdə feli idiomatik
birləşmələrin rolu böyükdür. Adi vəziyyətdə heç bir
ekspressivliyə, ifadəliliyə malik olmayan sözlər işləndiyi
115
yeni idiomatik birləşmədə başqa məna kəsb edir və
nəticədə təsirli ifadə vasitələrinə çevrilir.
İngilis dilində feli idiomatik birləşmələrnin yaranmasında
to be və to have felləri mühüm rol oynayır. Bir neçə
nümunə gətirək: to be at the end of one’s rope (“çıxılmaz
vəziyyətdə olmaq”) – I’m at the end of my rope. I don’t
see any way out just at present. I’ve sent for my father and
my lawyer... (Th.Dreiser) “Mən çıxılmaz vəziyyətdəyəm.
Mən hal-hazırda heç bir çıxış yolu görmürəm. Mən atamın
və vəkilimin dalınca göndərmişəm”; to be a chip of the
old block (“öz qohumlarından birinə çox oxşamaq”) – I’m
beginning to understand why your grandfather left you his
money. You’re a chip of the old block, Sophia (A.Christie)
“Babanın öz pulunu nəyə görə sənin üçün qoyduğunu
başa
düşməyə
başlayıram.
Sofiya,
sən
onun
qohumlarından birinə çox oxşayırsan” (A.Kristi); to have
somebody in one’s pocket (“kimisə özündən asılı
vəziyyətdə saxlamaq”) – He put Vic Oliver in charge of
the machine-shop, and old Sam Doubleday in the foundry;
and both Oliver and Doubleday were in his pocket
116
(A.Cronin) “O, Vik Oliverə maşın sexini, qoca Səm
Dabldeyə isə tökmə sexini idarə etməyi tapşırmışdı. Həm
Oliver, hım də Dabldey artıq ondan asılı vəziyyətdə idi”
(A.Kronin).
Feli idiomatik ifadələrin qrammatik quruluşu hər bir dilin
daxili
qanunauyğunluqlarına
müvafiq
şəkildə
formalaşdığından onların tərkibindəki sözlərin sıralanması
və felin mövqeyi də müxtəlif olur. Məsələn, to fall on
one’s feet (“ayağına düşüb yalvarmaq”), to twist smb
round one’s little finger (“barmağına dolamaq”), to put
one’s finger into smb’s pie (“başqasının işinə qarışmaq”),
to find one’s feet (“həyatda özünə yer tapmaq”), to give a
leg up to smb. (“kiməsə çətinlikdən çıxmaq üçün kömək
etmək”), to throw oneself into smb’s arms (“kimdənsə
ümid gözləmək”), to keep hands in pocket (“tənbəllik
etmək”), to think no small beer of (“özü və ya başqası
haqqında yüksək fikirdə olmaq”), to be out of elbows
(“kasıblamaq”), to thread on smb.’s neck (“üstündə yük
olmaq”).
117
İngilis və Azərbaycan dillərində idiomatik ifadələrin
işlənmə tarixi çox qədim olduğuna görə onlarda müxtəlif
struktur dəyişiklikləri baş vermişdir. Lakin elə idiomatik
ifadələr də vardır ki, onların komponentləri arasına heç bir
söz əlavə etmək mümkün olmur. Məsələn, ingilis
dilindəki Lares and Penates (“ocaq, ev rahatlığı”)
idiomunu very lares and penates şəklində işlətmək olmaz.
Həmçinin a ladies’ man ifadəsi əvəzinə a gentlemen’s
woman və lady luck ifadəsi əvəzinə man luck ifadəsi
işlədilə bilməz. Eləcə də Azərbaycan dilində işlənən qulaq
asmaq, başa düşmək idiomlarına heç bir struktur
dəyişikliyi etmək mümkün deyildir.
Bəzi hallarda müəyyən idiomatik ifadələrə dəqiqləşdirici
söz əlavə etmək mümkündür: to learn one’s lesson (“ibrət
götürmək”) – to learn good lesson from something (“bir
şeydən ibrət almaq”).
Bir sıra idiomatik ifadələrin tərkibində bu və ya digər
komponent yaxınmənalı və ya sinonim sözlərlə əvəzlənə
bilər. Müq. et: ing. to hold one’s tongue - to hold one’s
long (beautiful, sharp, bitter) tongue, with all one’s heart
118
- with all one’s soul; azərb. belini qırmaq (sındırmaq), əl-
ayağına düşmək (tökülmək), əlinə fürsət düşmək (keçmək),
özünü tülkülüyə qoymaq (vurmaq), yel olub yanından
keçmək (ötmək).
Bəzi idiomatik ifadələrin qısaldılmış formalarına da rast
gəlmək olar. Məsələn, a friend in need is a friend indeed
(“Dost dar gündə tanınar”) - A friend in need (hərfən:
“müəmmalı dost”). Belə ixtisarlar, nümunədən də
göründüyü kimi, ifadənin mənasının dəyişməsinə gətirib
çıxara bilər. Azərbaycan dilindəki göydən zənbillə düşmək
– göydən düşmək, adını göyə qaldırmaq, adını qaldırmaq,
suya baş vurmaq (“suya girmək / atılmaq”), baş vurmaq
(“harayasa getmək / baş çəkmək”) ifadələri də bu
qəbildəndir.
Hər iki dildə əksər idiomatik ifadələr üçün söz sırasının
sabitliyi səciyyəvidir. Lakin bəzi hallarda bu sıra pozula
da bilər. Bu pozulma isə idiomatik ifadələrin
özünəməxsusluğundan irəli gəlir. Bunu ingilis dilindən
gətirilmiş aşağıdakı nümunələrdə görmək olar: a lay
figure mannequin – the figure lay, to look full in the face
119
of somebody – to look full in somebody’s face.
Azərbaycan dilində müəyyən ifadələrin tərkibindəki
leksik vahidlərin yerini dəyişdikdə onların mənası
tamamilə dəyişir: alt-üst evi olmaq (“dəbdəbəli, zəngin evi
olmaq”) – evi alt-üst olmaq (“evi dağılmaq, sökülmək”)
və s.
İngilis və Azərbaycan dillərində idiomatik ifadələrin
komponentlərinin sabit qrammatik formaya malik olması
onların əsas əlamətlərindəndir. İdiomatik ifadənin hər bir
üzvünün dəyişməz və müəyyən qrammatik forması olur.
Məsələn, kəmiyyət şəkilçilərini bir-biri ilə əvəz etmək
mümkün olmur. Lakin müəyyən hallarda idiomatik
ifadələrdə qrammatik variantlıq müşahidə edilir. Məsələn,
ing. to gather up the thread(s) (“hər hansı bir işi yenidən
başlamaq”), to get into deep water(s) (“çətin vəziyyətə
düşmək”); azərb. gözü (gözləri) gülmək, gözün üstə
(üstündə), əlində yağ daşsa (da), əl (əlini) saxlamaq.
İngilis və Azərbaycan dillərində idiomatik ifadələrin
strukturunda olan ümumi cəhətlərdən biri də onların iki və
daha çox leksik vahidlərdən ibarət olmasıdır.
120
İkikomponentli idiomatik ifadələr: ing. the bottom line:
(“son nəticə”), black foot (“elçi”), Honest to God! (“Allah
görür!”), vicious circle (“tilsim, çıxılmaz vəziyyət”),
apple of discord (“nifaqa səbəb olan şey”) və s.; azərb.
ağzı qızışmaq, ev yıxmaq, qol qoymaq, oduna yanmaq, acı
söz, açıq ürək, şirin xəyal, döşünə döymək, özünə gəlmək
və s.
Üç və daha artıq komponentdən ibarət ifadələr: ing. to
cock one’s nose (“burnunu yuxarı tutmaq”), to see
through somebody (“iç üzünü görmək”), to get down to
earth (“göydən yerə enmək”), have something in one’s
blood (“varis olmaq”), to be or not to be (“olum ya
ölüm”), to foam at the mouth (“ağzı köpüklənə-köpüklənə
sübut etmək”) və s.; azərb. qəlbinə şeytan qirmək, sözünü
qəribliyə salmaq, ürəyinə yara vurmaq, göyün yeddincı
qatı, yaman yerdə axşamlamaq, Araz aşığından, Kür
topuğundan, nəfəsi gedib gəlməmək, yer üzündən nəslini
kəsmək, ürəyi od tutub yanmaq, Əlinin papağını Vəlinin
başına, Vəlinin papağını Əlinin başına qoymaq və s.
|