düşmək, acığı tutmaq və s.
Fel komponenti məchul növdə işlənən idiomatik
ifadələr nisbətən azdır: alnına yazılmaq, bəxti kəsilmək,
nəsli kəsilmək, ürəyi əzilmək, evi yarılmaq və s.
Azərbaycan dilində felin qayıdış növündə işlənən
idiomatik ifadələrə tez-tez rast gəlirik: ağzından horra
tökülmək, beli bükülmək, beli qırılmaq, göylərə çəkilmək,
könlü atlanmaq, qolları boşalmaq, ağzı açılmaq, ağzı
əyilmək, nəfəsi qaralmaq, ucu açılmaq, ürəyi atlanmaq,
ürəyi qırılmaq və s.
İdiomatik ifadələrin fel komponenti həm təsirli, həm
də təsirsiz fellərlə formalaşır: qan ağlamaq, qan eyləmək,
quyruq bulamaq, qulluğunda durmaq, oda düşmək, baş
109
vurmaq, özünü yığışdırmaq, payını almaq, ayrı düşmək,
səsini kəsmək, ah çəkmək, tükləri biz-biz olmaq, ürəyinə
danmaq, başa düşmək, üzünə ağ olmaq, üzünə qayıtmaq,
yerə girmək, yolunu azmaq, yola vermək və s.
İngilis və Azərbaycan dillərində həm komponentlərin
ifadə vasitələri, həm də struktur rəngarəngliyi baxımından
ismi idiomatik ifadələr diqqəti cəlb edir. İsmi idiomatik
ifadələrin komponentlərinin əsasında ad durur. Belə
birləşmələrdə isim təyin olunan komponent kimi
işlənərək, qrammatik mərkəz kimi öz ətrafına təyinedici
sözləri toplayır. İsmi idiomatik ifadələrin ümumi
məzmunu cümlədə tutduğu mövqedən asılı olaraq dəyişə
bilir. Bu aspekti nəzərə aldıqda adyektiv və adverbial
birləşmə kimi qiymətləndirilən ifadələri də ismi idiomatik
ifadələr saymaq olar.
Hər iki dildə ismi idiomatik ifadələrin komponentləri
adlardan təşkil olunur, onların struktur-qrammatik
mərkəzində isim durur. İngilis və Azərbaycan dillərində
ismi idiomatik ifadələr aşağıdakı modellər üzrə
formalaşmışdır:
110
a) “sifət + isim” (“adjective + noun”) modeli üzrə.
Dilçilik ədəbiyyatında bu modellər əsasında yaranmış
idiomatik ifadələr “sabit epitetlər” adlandırılır və qeyd
olunur ki, belə ifadələrin mənası onların yalnız
komponentlərinin biri – epitetləri ilə yox, bütün ifadə ilə
birlikdə meydana çıxır: ing. a clear head (“aydın
təfəkkürlü”), a cool head (“soyuqqanlı”), wise head
(“ağıllı baş”), hot head (“beyni qan”), a long face (“məyus
üz”), pudding face (“küt sifət”), pretty face (“bəzədilmiş
sifət // üz”), hidden hand (“gizli təsir”), fishy eyes (“donuq
baxış”), a private eye (“şəxsi detektiv”), grey hair
(“qocalıq”), evil eye (“bəd nəzər”), wet behind the ears
(“ağzından süd iyi gələn”), a blind hand (“cızma-qara
yazı”), a wooden head (“kütbeyin”), a fresh hand
(“təcrübəsiz”); azərb. əyri baxış, qızıl qan, qızıl əl, yüngül
əxlaq, yumşaq ürək, dumanlı beyin, ala göz, boş baş və s.
Azərbaycan dilində komponentləri inversiyaya
uğramış xüsusi ifadələr – poetik konstruksiyalar da
müşahidə edilir. Belə birləşmələrin obrazlılığı, məcaziliyi
onların idioma çevrilməsinə səbəb olmuşdur. Ləbi şəkər,
111
dodağı qaymaq, dişləri dür, saçları siyah tipli idiomatik
ifadələrin tərəflərinin inversiyasından başqa, birinci
komponentin (ismin) mənsubiyyət şəkilçısı qəbul etməsi
də onların ekspressivliyinin artmasına xidmət edir. Belə
poetik idiomlardan Azərbaycan klassik şeir dilində geniş
istifadə olunmuşdur: “Düşdü yenə dəli könlüm gözlərinin
Dostları ilə paylaş: |