Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə16/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   12   13   14   15   16   17   18   19   ...   61
Monoqrafiya

the  i’s  –  to  dot  the  i’s  and  cross  the  t’s    “məsələni 
bitirmək”,  to  keep  a  straight  face  –  to  keep  one’s  face 
straight “gülməməyə çalışmaq”; azərb. ağzını açıb gözünü 
yummaq – gözünü yumub ağzını açmaq;  
3)  Bir  sıra  idiomatik  vahidlərin  komponentləri  bütövlüyə 
mənaya xələl gətirilməməklə, başqa sözlərlə əvəz oluna 
bilir. Məsələn, ing. to shut (yaxud to close) one’s eyes to 


 
90 
something “nəyəsə göz yummaq”, to be stony (yaxud flat)  
“pulsuz  olmaq”;  azərb.  qan  beyninə  (yaxud  başına) 
vurmaq, ağzına çullu (yaxud qulaqlı / qıllı) dovşan sığmır 
(yaxud girmir / yerləşmir)
4) Bəzi idiomların ad komponenti iki və daha artıq fərqli 
qtammatik formada işlədilir. Məsələn, ing.  to pick a hole 
(yaxud  holes)  in    “nöqsan  axtarmaq”,  to  have  a  hand  in 
smth (yaxud pie) “nədəsə əli olmaq”; azərb. dalına (yaxud 
dalından) dəymək. 
İngilis  və  Azərbaycan  dillərində  nitq  zamanı  bir  sıra  feli 
idiomatik  vahidlərin  tərkibi  müxtəlif  qrammatik 
elementlərlə  dəyişə  bilir.  Məsələn,  ingilis  dilində  bəzi 
idiomatik  ifadələrdə  one,  one’s,  somebody’s,  something 
kimi qeyri-müəyyən əvəzliklər, her, his yiyəlik əvəzlikləri 
işlənir  və  onlar  nitq  prosesində  müəyyən  elementlərlə 
əvəzlənə  bilir.  Məsələn,  ing.  Did  he  run  away  and  leave 
Rivares in the lurch? (E.L.Voinich) cümləsində somebody 
əvəzliyinin  yerinə  Rivares  xüsusi  adı,  she  drove  her  son 
into  Rocher’s  arm  cümləsində  somebody  əvəzliyinin 
yerinə yiyəlik halda olan Rocher’s xüsusi adı işlənmişdir. 


 
91 
Azərbaycan  dilinə  məxsus  feli  idiomatik  vahidlərin  ad 
hissəsindəki şəkilçilər nitq prosesində şəxslər üzrə dəyişə 
bilir:  qoltuğuma  xoruz  vermək  –  qoltuğumuza  xoruz 
vermək  -  qoltuğuna  xoruz  vermək  -  qoltuğunuza  xoruz 
vermək,  kefinə  soğan  doğramaq  -  kefimizə  soğan 
doğramaq və s.  
Hər iki dildə elə idiomatik vahidlər də müşahidə edilir ki, 
onların  idiomatik  variantları,  struktur  sinonimləri  yoxdur 
və  komponentlərində  hec  bir  əvəzlənmə  mümkün  olmur. 
Məsələn,  ing.  to  kick  the  bucket  “ölmək”,  to  smell  a  rat  
“təhlükəni hiss etmək”; azərb. qara yaxmaq, üz vurmaq, əl 
qaldırmaq.  
Həm ingilis, həm də Azərbaycan dillərinin bəzi idiomatik 
birləşmələrinin  tərkibində  arxaizmlər  də  müşahidə  edilir. 
Məsələn: ing. at bay  “çıxılmaz vəziyyətdə”, hue and cry 
“təqib”,  in  a  trice    “bir  anda”,  tit  for  tat    “qana-qan”,  to 
leave somebody in the lurch “kimisə darda, təhlükə anında 
qoyub  qaçmaq”;  azərb.  Cinni  Cəfər  qoşunu;  Həsənsoxdu 
dəyirmanı;  Mazandaran  çaqqalı;  gəldik  çatdıq  Mərəndə; 
Burada  mənəm,  Bağdadda  kor  xəlifə;    Həsən  də  qəlyan 


 
92 
çəkir, Hüseyn də qəlyan çəkir; qədir ağacı əkmək; Erkək 
Tükəzban;  ilanı  Seyid  Əhməd  əlilə  tutmaq;  Bu  həna  o 
hənadan  deyil;  xoruzun  quyruğu  görünmək;  aldım  qoz, 
satdım  qoz,  mənə  də  qaldı  şaqqa-şuruq;  əlləzinəni  əzbər 
oxumaq; Vəleylidə qalmaq. 
Azərbaycan  dilindən  gətirilmiş  belə  idiomları  ingilis 
dilinə tərcümə etmək, onların bu dildə qarşılığını tapmaq 
çox çətindir. 
İngilis  və  Azərbaycan  dillərinin  idiomatik  sisteminin 
tipoloji  müqayisəsi    idiomların  qrammatik  təşkilində  və 
struktur  cəhətdən  formalaşmasında  bir  sıra  ciddi  fərqləri 
aşkara  çıxarmağa  imkan  vermişdir.  Həmin  fərqləri 
aşağıdakı kimi ümumiləşdirmək olar.       
Hər  iki  dildə  bir  sıra  feli  idiomatik  vahidlərin  tərkibində 
predikativ  söz  birləşmələri  çıxış  edir.  Lakin  idiomatik 
vahidlərdə  predikativ  söz  birləşmələri  ingilis  dilində 
budaq  cümlə  formasında,  Azərbaycan  dilində  isə  feli 
bağlama şəklində təzahür edir. Müq. et: ing. Don’t count 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin