Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə12/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   8   9   10   11   12   13   14   15   ...   61
Monoqrafiya

qocafəndi kimi sözləri əslində frazeoloji vahid olan əldən 
düşmək,  qoltuğunun  altına  vermək  kimi  dil  vahidləri  ilə 
bir sırada tutmuşdur [27, 32]. 
M.Mirzəliyeva 
frazeoloji 
vahidlərin 
kateqorial 
əlamətlərindən  bəhs  edərək  yazır:  “Frazeoloji  vahidlərin 
ən  əsas  kateqorial  əlamətlərindən  biri  də  idiomatiklikdir. 
Bu  bütün  dilçilər,  eləcə  də  türkoloqlar  tərəfindən  qəbul 
edilmiş  ənənəvi  əlamətdir”  [33,  20].  Daha  sonra  müəllif 
əlavə  edir:  “İdiomatiklik  zamanı  birləşmə  və  cümlənin 
mənası  onu  əmələ  gətirən  sözlərin  mənalarından  ayrılır. 
İdiomatikliyin  müəyyənedici  xüsusiyyəti  kimi  bəziləri 
komponentlərdən  birinin  məcazlaşmasını,  bəziləri  isə 
birləşmənin  semantik  bütövlüyünü,  sözə  ekvivalentliyini 
əsas  götürür.  Görünür,  idiomatiklik  frazeoloji  vahidlərin 
əsas 
aparıcı 
xüsusiyyəti,  onların 
mövcudluğunu 
şərtləndirən  həlledici  amil  olduğundan  “frazeologizmlər” 
ifadəsi  ilə  “idiomlar”  ifadəsi  arasında  dilçilikdə  çox 
zaman  bərabərlik  işarəsi  qoyulur  və  onlar  haradasa, 
sinonim  sözlər  kimi  çıxış  edirlər”  [yenə  orada].  Bu  fikrə 


 
64 
Y.A.İvannikovanın  məqaləsində  də  rast  gəlmək  olar: 
“Doğrudan  da,  idiomatiklik  meyarı  frazeoloji  vahidlərin 
təsnifatında 
movcud 
olan 
qeyri-müəyyənlikdən, 
yayğınlıqdan yaxa qurtarmağa imkan verir” [115, 73].   
Sözdəki  semantik  dəyişmə  ilə  bağlı  N.M.Şanski  yazır: 
“Dilin  semantik  səciyyəli  məna  vahidlərinin  inteqrasiya 
qaydalarından uzaqlaşması çox zaman sözün səviyyəsi ilə 
bağlı  olur.  Bu  özünü  onda  gəstərir  ki,  birləşən 
komponentlər  semantik  müstəqilliyini  itirir,  onlara 
məxsus  mənalardan  məhrum  olur.  Bu  isə  dilçilikdə 
idiomatiklik  adlanan  hadisəyə  səbəb  olur”  [154,  11-12]. 
Bu fikir öz təsdiqini M.Mirzəliyevanın monoqrafiyasında 
da tapır: “İdiomatikliyin əsl mahiyyəti budur ki, bütöv dil 
vahidinin (söz, birləşmə və cümlənin) ümumi mənası onu 
əmələ gətirən hissələrin mənalarına parçalana bilmir” [33, 
101]. 
Apardığımız qısa təhlildən sonra məlum əlamətləri nəzərə 
alaraq idioma aşağıdakı tərifi vermək olar:  
Tərkibindəki  sözlərin  hər  hansı  birinin  ayrılıqda  daşıdığı 
məna  arasında  heç  bir  yaxınlıq,  hətta  daxili  potensial 


 
65 
məna  əlaqəsi  olmayan,  komponentləri  məcazi  məna 
daşıyan,  daşlaşmış,  üzvlərinə  ayrılmayan,  vahid  şəkildə 
birikmiş, bütöv və komponentləri variasiyaya uğramayan, 
bir  dildən  başqa  bir  dilə  dəqiq  tərcümə  edilməyən  sabit 
söz birləşmələrinə idiomlar deyilir. 
Bütün  frazeoloji  vahidləri  idiomatizm  adı  altında 
birləşdirmək  meylləri  də  vardır.  “İdiomatizm”  anlayışı 
altında  özünəməxsus  xüsusiyyəti  ilə  bu  və  ya  digər 
cəhətdən  başqa  sözlərdən  fərqlənən  tək  sözdən  başlamış 
aforizm və ya paremiya, atalar sözü və “qanadlı sözlər”ə 
qədər  dilçılik obyektinin ən geniş  dairəsi  ümumiləşdirilir 
[92, 17].   
N.R.Rəhimzadənin  fikrinə  görə,  Azərbaycan  dilinin 
frazeoloji  fondu  V.V.Vinoqradovun  rus  dili  üçün 
müəyyən  etdiyi  bölgüyə  sığmır.  Müəllif  dilimizdəki 
frazeoloji materialı iki qrupa bölür:  
1)  sabitliyi  və  məcaziliyi  ilə  fərqlənən  qrup  –  idiomatik 
ifadələr;  
2) frazeologiyanın tərkibində olan, lakin müxtəlif birləşmə 
dərəcəsinə  və  qrammatik  formalaşmaya  malik  tərkiblər 


 
66 
(məcazi  obrazlı  birləşmələr,  sintaktik  konstruksiyalar, 
elmi-terminoloji  tərkiblər  və  s.,  məsələn,  son  bahar,  ilk 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin