Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə11/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   7   8   9   10   11   12   13   14   ...   61
Monoqrafiya

frazeoloji  birikmə  (фразеологическое  сращение), 
frazeoloji  vəhdət  (фразеологическое  единство)  və 
frazeoloji  birləşməni  (фразеологическое  сочетание) 
nəzərdə tutur [99, 32]. İ.İ.Çernışova [151, 39] isə idiomu 


 
60 
frazeoloji 
vəhdət 
(фразеологическое 
единство) 
adlandırır.  V.V.Vinoqrqadov  isə  “idiom”  [102,  121] 
termini 
altında 
yalnız 
frazeoloji 
birikmələri 
(фразеологические сращения) nəzərdə tutur. 
 
Frazeoloji  birikmələri  frazeoloji  bitişmə  ilə 
eyniləşdirən  M.D.Qorodnikova  onları  idiom  adlandırır 
[107,  19].  V.V.Vinoqradovun  təsnifatını  müasir  alman 
dilinə tətbiq edən L.R.Zinder və T.V.Stroyeva [114, 395] 
da  alman  dilində  olan  frazeoloji  birikmələri  frazeoloji 
vəhdət 
ilə 
bir 
qrupda 
birləşdirirlər. 
Lakin 
V.V.Vinoqradovdan  fərqli  olaraq,  bu  müəlliflər  həmin 
birləşmələri  a)  tutqun  obrazlı  məcazlaşma  və  b)  canlı 
motivləşmə  obrazı  olan  məcazlaşma  əsasında  iki 
yarımqrupa bölürlər. 
 
L.S.Kosman  “Tərkibləri  tam  məcazlaşmış  vahidlər” 
başlığı  altında  motivlənməyən  (фразеологические 
сращения) və motivlənən (фразеологические единства) 
birləşmələri şərh edir [119, 26].  
 
D.N.Uşakovun izahlı lüğətində “idiom başqa bir dilə 
sətri tərcümə olunmayan bir ifadədir” fikrinə rast gəlirik.  


 
61 
 
C.Seydl  və  V.Makmordi  [78,  4]  ümumi  mənası 
birləşməni  əmələ  gətirən  sözlərin  ayrılıqda  mənalarından 
tam fərqli olan söz birləşməsini “idiom”  adlandırırlar.  
 
İdiomatikanın  frazeologiyaya  münasibətindən  bəhs 
edərkən  bəzi  müəlliflər  məcazi  mənada  işlədilən  sadə 
sözləri, bəziləri isə hətta mürəkkəb sözləri də idiom hesab 
etmişlər.  Məsələn,  A.A.Reformatski  frazeologiyadan 
danışarkən 
frazeologiyanın 
leksikləşmiş 
söz 
birləşmələrindən  və  idiomlardan  ibarət  olduğunu  yazır 
[134,  96].  Onun  fikrincə,  idiom  yalnız  leksikləşmiş  söz 
birləşmələrindən  deyil,  həm  də  məcazi  mənada  işlədilən 
sözlərdən ibarət ola bilər. Müəllif buna misal olaraq заяц 
sözünü  göstərir  və  yazır  ki,  bu  söz  biletsiz  sərnişin 
mənasında işlədildikdə idiom olur [134, 93].    
Bir  qisim  dilçilər  (L.Mişiq,  J.Temertseren,  T.Paqba, 
Ç.Luvsanjav  və  başqaları)  əsas  əlamət  kimi  frazeoloji 
vahidlərin  müəyyən  bir  formada  möhkəmləndiyini, 
həddindən artıq yüksək sabitliyə malik olduğunu, onların 
qrammatik  quruluşunda  –  söz  sırasında  dəyişikliklərin 
qeyri-mümkünlüyünü, 
ümumi 
mənanın 
ayrı-ayrı 


 
62 
komponentlərin  mənalarından  irəli  gəlmədiyini,  sözə 
semantik  ekvivalent  olduğunu  və  idiomatik  birləşmələrin 
sözbəsöz  tərcümə  oluna  bilməmələrini  qeyd  edirlər  [bax: 
132, 25]. 
Buna 
Azərbaycan 
dilçiliyində  də 
rast  gəlirik. 
Ə.Dəmirçizadə idiomların quruluşca növlərindən biri kimi 
bəzi sözləri “idiomatik sözlər” adlandırır və belə sözlərin 
çox məhdud sayda olduğunu qeyd edir. Tədqiqatçı onları 
məcazi  mənalı  sözlərin  üslubi  məqsədlə  işlədilməsi  kimi 
təqdim edir [14, 198].  
Azərbaycan dilçiliyində müəlliflərin bir qismi bəzi sözləri 
idiom  hesab  etsələr  də,  onları  həm  də  frazeoloji  vahid 
kimi  nəzərdə  tuturlar.  Məsələn,  S.Murtuzayev  karxana, 
dəftərxana  sözlərini  termin  səciyyəli  frazeoloji  vahid 
hesab etmişdir  [34, 12].  
S.Cəfərov  qılıncyarpaq,  atbasar,  atlıqarışqa,  dəvəquşu 
kimi  bir  sıra  sözləri  frazeoloji  vahidin  növlərindən  biri 
kimi  gah  “sabit  idiomlar”  [13,  74],  gah  da  “qovuşma 
idiomlar” adlandırır [13, 99]. 


 
63 
M.Hüseynzadə  də  dargöz,  qaraqabaq,  əliaçıq,  gözütox, 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin