could say Jack Robinson (“bir göz qırpımında”), to be
marked for Coventry (“tənhalığa məhkum olmaq”);
3) Digər dillərdən bəzi ifadələrin tərcüməsi zamanı
yaranan idiomlar: to make two ends meet (“çətinliklə
dolanmaq”) idiomu fransız “Joindre les deux bouts”
ifadəsindən alınma tərcümədir. A bolt from the blue
(“gözlənilməz sürpriz”) (adətən xoşa gəlməyən) idiomu
alman “Blitz aus blauem Himmel” ifadəsinin
tərcüməsindən yaranıb;
4) Məcazi mənada işlənmə nəticəsində yaranan
idiomlar: to sow one’s wild oats (“gəncliyində səhv
etmək”), a wet blanket (“korlama”), to put (get) one’s
monkey up (“qəzəbləndirmək”), to have a bee in one’s
bonnet (“nəyinsə dəlisi olmaq”);
138
5) Güclü semantik yükə malik olan və bütövün
mənasını başa düşmək üçün onun komponentlərinin leksik
mənasından asılı olmayan ifadələr: to pull (draw)
somebody’s leg (“ələ salmaq”), down to the ground
(“bütün varlığı ilə”)” [73, 63].
İdiomların təsnifatı nüvə komponenti əsasında da
aparıla bilər. Nüvə kimi çıxış edən sözü idiomların böyük
əksəriyyətində təyin etmək mümkündür. Lakin bəzi
idiomların
nüvə
komponentinin
dəqiqləşdirilməsi
komponentin semantikası və ya idiomun yaranma səbəbi
ilə bağlı olur. Məsələn, Elə oğlandır ki, çayda balıq yan
gedər; ipinin üstündə odun yığmaq olmur; Seyid Əhməd
əli ilə ilan tutur idiomlarının birincisində nüvə
elementinin oğlan, yaxud balıq, ikincisində ip, yaxud
odun,
üçüncüsundə
əl,
yaxud
ilan
olduğunu
dəqiqləşdirmək lazım gəlir. İdiomlarda insanın bədən
üzvlərinin adları, heyvan və quş adlarının işlənməsi
diqqəti daha çox cəlb edir.
İdiomların yaranma səbəbinin müəyyənləşdirilməsi
də onun semantikasını aydınlaşdırmağa kömək edir. Bu
139
cür idiomlar, adətən, qanadlı sözləri, zərb məsəlləri əhatə
edir. İdiomların tərkibində şəxs adlarının istifadə edilməsi
də onların yaranmasının konkret şəxslə bağlı hadisə ilə
əlaqəsini göstərir.
İdiomatik birləşmələrin sözlərin müəyyən leksik-
qrammatik söz qruplarına, daha doğrusu, nitq hissələrinə
görə fərqlənməsi də onların təsnifat formalarından biridir.
Bu halda hər bir qrup üzrə semantik xüsusiyyətləri
aydınlaşdırmaq olur. M. Çernov çuvaş dilində idiomatik
birləşmələrin
dörd
semantik-qrammatik
qrupunu
müəyyənləşdirmişdir: 1) substantiv, 2) adyektiv, 3)
adverbial, 4) feli idiomatik birləşmələr [150, 99].
M.Çernovun qeyd etdiyi bu semantik-qrammatik qruplar
üzrə ingilis və Azərbaycan dillərindəki idiomların da
semantik xüsusiyyətlərini araşdırmaq olar.
İngilis və Azərbaycan idiomlarının müqayisəli
tədqiqi onların öz ətrafında tematik qruplar formalaşdırma
imkanlarını üzə çıxarır. Tematik cəhətlər üzrə tədqiqat
semantik
xüsusiyyətləri,
idiomun
komponentləri
arasındakı
daxili
əlaqələri,
idiomların
yaranma
140
mənbələrini üzə çıxarmağa imkan verir. Zənnimizcə,
idiomların
tematik
qruplarının
aşağıdakı
kimi
fərqləndirilməsi doğru olardı:
1. İnsanın hərəkəti, fəaliyyəti və vəziyyətini ifadə edən və
tərkibində bədən üzvlərinin adları olan idiomlar. Məsələn:
Dostları ilə paylaş: |