kiminsə toyuğuna daş atmaq və ya kiminsə toyuğuna kiş
demək birləşməsinə nəzər salaq. “Bu birləşmənin mənası
hər bir komponentin ayrı-ayrılıqda malik olduğu
mənalardan irəli gəlmir. Çünki əslində bu komponentlər
semantik baxımdan deaktullaşmaya məruz qalmışdır.
Çünki onların daxili forması və ya obrazı aydın görünür”
[33, 93].
İdiomlar nitq prosesində, yəni kontekstdə gerçəkləşir.
İdiomların mənası onu qəbul edənə (reseptora) aydın
olmalıdır, əks təqdirdə, o, idiomun komponentlərinin
lüğəvi mənasına istinad edəcək, bütövün mənasını isə
başa düşməyəcək və ya başa düşməyə çətinlik çəkəcəkdir.
Bununla belə, reseptor, komponentin həm ümumi,
həm də xüsusi mənaları əsasında məntiqi mülahizələr
aparmaqla bütövün mənasını aydınlaşdıra bilər. Məlum
135
olduğu kimi, kommunikativ aktda beş komponent iştirak
edir: ötürücü, qəbul edən (reseptor – T.Q.), kontakt,
kontekst və kod [158, 140]. Ötürücü reseptor ilə müəyyən
kontekstlə bağlı müəyyən kod ilə əlaqə saxlayır. Beləliklə,
idiomların hər biri bir nitq aktıdır və ötürücü mənası ona
məlum olan idiomu komponentlərin qəbul olunmuş
struktur vahidi kimi reseptora ötürür. Reseptor nitq aktını
komponentlərin məna toplusu və ya komponentlərin
mənasından asılı olmayan bütöv kimi qəbul etməyə hazır
olmalıdır. O, mətndəki sözləri başa düşür, lakin ötürülən
mənanı qavramırsa, bu hal idiomatik ifadənin işlənməsi
ilə bağlıdır. Misallara müraciət edək. Fred is a real cool
cat. He never blows his stack and hardly ever flies off the
handle cümlələrinin tərkibində mənası məlum olan cat
(“pişik”), cool (“sərin”), blow (“əsmək”), stack (“topa”),
fly (“uçmaq”), handle (“dəstək”) sözləri vardır. Cool cat
(“soyuq pişik, sərin pişik”), to blow one’s stack (“topanı
üfürüb dağıtmaq”), to fly off the handle (“dəstəyi
uçurmaq”) kimi hərfi tərcümə qeyd olunan idiomların
bütöv mənasını ifadə etmir. Lakin “soyuq, sərin pişik”
136
mənası “pişik kimi sakit olmaq, sakit adam olmaq”
mənasını tapmağa müəyyən zəmin verir. Aydın olur ki, to
be a cool cat birləşməsi “sakit adam olmaq”, to blow
one’s stack “özündən çıxmaq”, to fly off the handle isə
“qəzəblənmək” mənasını verir. Bu mənalardan çıxış etsək,
yuxarıda verilmiş cümlələri belə tərcümə etmək olar:
“Fred çox sakit adamdır. O, heç vaxt özündən çıxmaz,
təsadüfən qəzəblənərdi (hirslənərdi)”.
İdiomların mənasının onların komponentlərinin
mənasından heç bir asılılığı olmaması fikri idiomların
onların ifadə etdikləri mənalara görə təsnifatına üstünlük
verilməsinə gətirib çıxarır. Özbək idiomlarına dair işində
idiomların mənasının onları təşkil edən komponentlərin
mənalarından asılı olmadığını deyən M.Ruzıkulova
idiomları öz mənasına görə təsnif etməyi daha düzgün
sayır və özbək idiomlarını 23 semantik qrupa ayırır [138,
14-15].
İdiomların təfnifatından bəhs edən Ə.Hacıyeva,
E.Nəcəfov və A.Cəfərov onları əsasən beş əsas qrupa
bölürlər:
137
1) Köhnə adət-ənənələri ifadə edən idiomlar: to be on
one’s high horse (“təkəbbürlü olmaq”), to win one’s spurs
(“ad qazanmaq”), to throw down the glove (“çağırış
etmək”);
2) Xüsusi adlardan ibarət olan idiomlar: before one
Dostları ilə paylaş: |