Tofiq quliyev



Yüklə 0,98 Mb.
Pdf görüntüsü
səhifə26/61
tarix02.01.2022
ölçüsü0,98 Mb.
#41413
1   ...   22   23   24   25   26   27   28   29   ...   61
Monoqrafiya

yan  gedər  çıxış  etməlidir.  Üçüncüsü,  bütöv  özü 
komponentlərdən 
təşkil 
olunduğundan 
həmin 
komponentlərdən  hər  hansı  birinin  iştirak  etmədiyi  halda 
öz  mənasını  itirmiş  olacaqdır.  Nəhayət,  ortaya  bir  sual 
çıxır:  Nə  üçün  “yaxşı”  mənası  çayda  balıq  yan  gedər 
birləşməsinin  semantikasına  uyğun  gəlir?  Nə  üçün  başqa 
bir heyvan yox, məhz balıq?  Nə üçün məhz çayda? Bütün 
bu suallar bütövün gizli semantik yükündən xəbər verir. 
 
İpinin  üstünə  odun  yığmaq  olmaz  idiomu  “etibar 
yoxdur,  etibarsızdır”  mənasını  bildirir.  Ayrılıqda 


 
131 
komponentlərin mənaları “etibarsızlıq” anlayışı ilə heç bir 
semantik bağlılığa malik deyildir.  
 
M.Adilov  bu  idiomu  qədimdə  insanları  dostluqda, 
yoldaşlıqda,  etibarda  yoxlamaq  üçün  onların  iplə  bir-
birinə bağlanması ilə izah edir və fikrinə sübut kimi qırdı-
qaçdı,  dostluq  ipini  qırdı,  dostluq  telləri  ilə  bağlanmaq 
ifadələrini nümunə gətirir  [4, 133]. Bir sıra xalqlarda toy 
günü  keçirilən  mərasimdə  bəylə  gəlinin  ayaqlarının  iplə 
bir-birinə  bağlanması,  bu  vəziyyətdə  hərəkət  etməsi  də 
həmin 
idiomun 
mənası 
ilə 
səsləşir. 
Onun 
komponentlərindən olan odun və yığmaq sözlərinin, daha 
doğrusu,  odun  yığmaq  birləşməsinin  haradan  gəlməsi  də 
maraq  doğurur.  Çox  güman  ki,  bağlılığın  nə  dərəcədə 
möhkəm  olmasını  yoxlamaq  üçün  ipin  üzərinə  odun 
yığmaqdan  istifadə  olunmuşdur.  Anarın  “Kitabi-Dədə 
Qorqud” motivləri əsasında yazdığı kino ssenaridə Qazan 
xanın  gücünü,  qüvvəsini  yoxlamaq  üçün  ona  müxtəlif 
istiqamətlərdən  kəmənd  atılır  və  atlılar  onu  dartmağa 
çalışırlar. 


 
132 
 
İngilis  idiomlarında  da  komponentlərin  semantik 
əlaqələrinin  bütövün  məzmunu  ilə  müşahidə  etmək 
mümkündür.  Məsələn,  the  jungle  law  (“qanunsuzluq, 
özbaşınalıq”)  idiomunun  hərfi  mənası  belədir:  “cəngəllik 
qanunu”.  Göründüyü  kimi,  ikinci  komponent olan  qanun 
sözü  bütövün  mənasının  ifadəsində  istifadə  olunur. 
Bundan başqa, cəngəllik sözünün ümumi mənasında xaos, 
hərcmərclik,  özbaşınalıq  yeri,  müxtəlif,  gözlənilməz 
təhlükələrin  hər  an  meydana  çıxdığı  yer,  növlərin  daim 
yaşayış  uğrunda  mübarizə  apardığı  yer  məzmunu  vardır. 
Belə  bir  yerdə  hər  növün  özünü  qorumaq  üçün  istifadə 
etdiyi yol, vasitə onun üçün düzgün qayda, qanundur. 
 
The jungle law – Eat or be eaten, which governs the 
competition  of  individual  in  a  given  country,  is  extended 
to  entire  nations  in  the  epoch  of  imperialism  (V.Petro). 
“Ayrı-ayrı  kapitalistlər  arasında  rəqabətin  əsasında  duran 
“başqalarını ye, yoxsa sənin özünü yeyəcəklər” cəngəllik 
qanunu  imperializm  dövründə  bütün  millətlər  arasında 
yayılır”. 


 
133 
 
The  law  of  the  Medes  and  Persians  idiomunu 
“Midiyalı  və  farsların  qanunu”  kimi  tərcümə  etmək  olar. 
Bu idiom “əbədi qanun” mənasında işlədilir. 
 
Laws  catch  flies,  but  let  hornets  go  free  idiomu 
“hörümçək  torunu  eşşək  arısının  yan  keçməsi,  milçəyin 
isə  ona  ilişməsi  qanunu”  kimi  tərcümə  olunur.  Bu  idiom 
məsəl  kimi  işlənir  və  daha  kiçiyin  tələyə  düşməsi,  daha 
böyüyün  tələni  yan  keçməsi  kimi  anlaşılır.  Burada 
komponentlərin  semantikası  özünü  onların  bir-biri  ilə 
müqayisədə  böyük  və  kiçikliyində,  qorxulu-qorxusuz 
olmasında göstərir.  
 
İdiomların komponentləri olan sözlər dilxarici hadisə
predmet  və  xassə  bildirirsə,  idiomlar  daha  çox  hiss  və 
həyacanın,  fərdin  və  ya  obyektin  keyfiyyətlərini  ifadə 
edir.  Keyfiyyət,  hal  və  vəziyyət  ifadə  edərkən  idiomun 
mənası  onun  komponentlərindən  birinin  keyfiyyəti,  halı 
ilə  bağlı  olur.  Burada  komponentin  semantikası  deyil, 
bildirdiyi  obyektin  funksiyası,  ona  xas  keyfiyyət  bütövə 
məna verilməsində yardımçı olur. Bu cəhət də idiomların 
semantik xüsusiyyətlərinin tədqiqi zamanı komponentlərə 


 
134 
görə  təsnifata  və  təsnifat  əsasında  müəyyənləşdirilmiş 
qruplara üstünlük verməyə zəmin yaradır. M.Mirzəliyeva 
göstərir 
ki, 
bütövün 
ümumi 
mənası 
ayrı-ayrı 
komponentlərin mənalarından doğmur, açılmasına ehtiyac 
duyulan  daxili  formaya  və  ya  obraza  əsaslanır.  Məsələn, 

Yüklə 0,98 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin