İdiomatiklik müxtəlif dillərdə və mədəniyyətlərdə
təzahür edərək geniş universallıq xüsusiyyətinə malikdir.
Bu mənada Tofiq Quliyevin idiomların ingilis və
Azərbaycan dillərində müqayisəli tədqiqinə həsr edilmiş
“Müxtəlifsistemli dillərdə idiomatik birləşmələr” adlı
monoqrafiyası ciddi maraq doğurur. Belə ki, tədqiqat dil
ilə
mədəniyyət
arasında
əlaqənin,eləcə
də
mədəniyyətlərarası ünsiyyətin mahiyyətinin açılmasına və
nəticə etibarilə, dünyanın dil mənzərəsinin təbiətini
müəyyənləşdirməyə yardım edə bilər.
Monoqrafiyanın
girişində
verilmiş
tədqiqat
parametrləri onun strukturu ilə üzvü surətdə bağlıdır və bu
struktur həmin parametrlərlə müəyyən olunur.
Tədqiqatda
müəllif ardıcıl olaraq dilçilikdə
idiomatikliyin öyrənilməsi tarixinə nəzər salır, sonra hər
iki dildə idiomatik ifadələrin struktur-semantik və
koqnitiv xüsusiyyətlərini araşdırır və nəhayət idiomların
transformasiya yollarını açmağa çalışır. Əsərin əsas
məqsədinin reallaşmasında bu ardıcıllıq və sistemlilik
5
obyektiv meydana çıxan cəhətlər silsiləsindəndir.
Fikrimizcə, müəllifin elmi təhlilin qayda-qanunlarına əməl
etməsi, təhlil olunan materialın ruhundan irəli gələn
tələbləri qəbul etməsi, özü, işin çox yaxşı tərəfindən biri
kimi qeyd olunmalıdır.
Monoqrafiyanın tədqiqata cəlb olunmuş dillərdəki
idiomatik ifadələrin semantik cəhətdən oxşar və fərqli
cəhətlərini nəzərdən keçirən hissəsi xüsusilə qabarıq və
diqqətəlayiqdir. Bu təhlil V.Fon Humboldta əsaslanan və
sonralar Sepir və Uorf tərəfindən inkişaf rtdirilən
dünyanın dil məzərəsi konsepsiyasının praktik cəhətdən
necə biruzə verilməsinə yaxşı bir nümunədir. Əlbəttə ki,
nəzərdən
keçirilən
dillərdəki
idiomlar
müxtəlif
mədəniyyət daşıyıcısı olan xalqların dillərindəki fərqli
cəhətlərlə yanaşı, mövcud oxşar, üst-üstə düşən və
ümumilikdə, bütün dillərə xas olan universal cəhətlərin də
mövcudluğunu göstərir.
Bütün bu məsələlərin açılmasına yönəlmiş tədqiqatda
qarşıya qoyulan bir sıra məsələlər öz həllini əsasən
düzgün tapmışdır. Nonoqrafiya iki yaxşı elmi dildə
6
yazılmış, istifadə edilmiş elmi mənbələr mövzunu əhatə
edir, faktiki dil materialının təhlili də qənaətbəxşdir.