Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə11/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   7   8   9   10   11   12   13   14   ...   45

 

ƏDƏBİYYAT 

1.A.M.Qurbanov "Müasir Azərbaycan ədəbi dili"Bakı 1985 

2.Hacıyeva A.H. "English Lexicology",Bakı 2011. 

3. Hacıyeva A.H. "Contrastive Lexicology", Bakı 2010. 

 

            



N.GADJIYEVA 

 

 



PLACE OF HOMONYMS IN WORD FORMATION 

 

SUMMARY 

The article deals with homonyms and their classifications. In lexical system of the 

Elglish language there are the words that sound the same, but have different meaning. 

These words called lexical homonyms. Homonyms are words indentical inpro-

nunciation and spelling.English vocabulary is rich with homonyms and word group. The 

most widely accepted classification in that recognizing homonyms,homophones and 

homographs. When different words are spelled the same way but pronounced 

differently, they belong to the category of homographs. By contrast, when different 

words are pronounced the same way but spelled differently, we may properly call them 

homophones. The classification of omonyms of English language by A.I.Smirnitsky 

was presented in this work.Accordingly, Professor A.I. Smirnitsky classified homonyms 

into two large classes; full homonyms, partial homonyms 



              

Н.ГАДЖИЕВА 

 

 

МЕСТО ОМОНИМОВ В СЛОВООБРАЗОВАНИЕ В СОВРЕМЕННОМ 



AНГЛИЙСКОМ ЯЗЫКЕ 

 

РЕЗЮМЕ 

Омонимы-это  слова  одной  части  речи,различные  по  звучанию  и 

написанию,имеющие прямо противоположные лексические значения. 

Лексические  единицы  словарного  состава  языка  оказывается  тесно 

связанными  не  только  на  оснавании  их  ассоциативной  связи  по  сходству  или 

смежности  как  лексико-семантические  варианты  многозначного  слова. 

Большинство слов языка не сдержит признака,способного к противопоставлению, 

однака, в переносном значении они могут обрести омоним. 

 

 

Rəyçi: Nuriyyə Rzayeva 

            filologiya üzrə fəlsəfə doktoru, dosent. 


Filologiya  məsələləri – №02, 2016 

 

86



RƏSMİYƏ  BABAYEVA 

ADİU 

rəsmiyə-səbinə.@.mail.ru. 

 

İNGİLİS DİLİNDƏ SƏRBƏST SÖZ BİRLƏŞMƏLƏRİNİN 

TƏDQİQİ TARİXİ 

 

Açar sözlər: Söz birləşməsinin tədqiqi, sərbəst söz birləşməsi, Avropa dilçiləri. 

Keywords: Liearning of word combination, free word combination, European linguists. 

Ключевые  слова:  Изучения  словосочетании,  независимый  словосочетание, 

Европейские лингвистов. 

 

18-ci  əsrin  əvvəllərində  Qərbi Avropa və Amerika dilçiliyində söz birləşməsi 



haqqındə hec bir nəzəriyyə mövcud deyildi. Lakin hənim dövrdə Rusiya dilçiləri 

tərəfindən bu nəzəriyyə artıq tədqiq edilirdi. Daha sonra bu nəzəriyyə  Qərbi Avropa 

alimlərinin də nəzərini cəlb etmişdi və onlar da söz birləşməsini nəzəri baxımdan tədqiq 

etməyə başlamışlar. Buna baxmayaraq Rusiya və  Qərbi Avropa dilçilərinin bu 

nəzəriyyəyə olan baxışları heç də eyni deyildi və onların fikirləri üst – üstə düşmürdü. 

Qərbdə söz birləşməsinin sintaksisdə geniş öyrənilməsi amerikan dilçisi L. 

Blumfildin adı ilə bağlıdır. Burada söz birləşməsi “ phrase ” termini ilə ifadə edilmişdir. 

Daha sonra söz birləşməsini ifadə etmək üçün “ word combination ”, “ word group ” 

terminindən istifadə etmişlər. 

Rus alimləri hesab edirdilər ki, söz birləşmələri yalnız  əsas nitq hissələrinin 

iştirakı ilə yaranır. Qərb dilçiləri isə bu məsələyə başqa cür yanaşırdılar. Onlar belə bir 

fikir irəli sürürdülər ki, söz birləşmələri iki və daha artıq sözün birləşməsindən yaranır 

və bu sözlərin əsas nitq hissəsi olub olmamasında fərq görmürdülər. Məsələn, “ black 

shoes ” –“qara ayaqqabılar” “under the table ”- “ stolun altında ” kimi söz birləşmələrini 

mahiyyətcə eyni hesab edirdilər. Birincisi “noun phrase”, ikincisi isə “ prepositional 

phrase” kimi ifadə etmişlər.Buna baxmayaraq onlar bu məsələdə Rus dilçilərinin 

nəzəriyyələrini inin dəqiqnkar etmirdilər. 

Rus dilçisi B. İlyis ingilis dilində söz birləşməsinin parametrlərinin 

dəqiqləşdirilməsini təkid etmişdir və onun sözlərinə  əasalanan O. Musayev söz 

birləşməsinin  ən azı iki sözdən-  əsas və asılı  tərəfdən ibarət olduğunu göstərmişdir. 

Məsələn, “ take an exam ”, “ red apple”, “go for a walk”, “life in New York”, “the leg 

of the table” və s. Digər rus dilçisi N. S. Qrinbaum söz irləşməsini belə tərif edir. “ Söz 

birləşməsi iki və daha artıq sözün birləşməsidir. Hər bir söz birləşməsinin  əsas tərəfi 

vardır ”. Parrot isə belə demişdir: “ İsmi, birləşmə ad, əvəzlik, və ya isim kimi yalnızca 

bir sözdən də ibarət ola bilər”  

Qərbdə söz birləşməsinin tədqiqində ingilis alimi Ben Consonun da qrammatikası 

böyük rol oynamışdır. Özündən  əvvəl yaşamış alimlərdən-Viliam Lili, Viliam 

Bulokar,və Aleksandr Gildən fərqli olaraq o, söz birləşməsini xırdalıqlarına qədər təhlil 

etmişdir. Bu alimlərdən Lili və Bulokar da söz birləşmələrini qrammatik bölgü ilə 

qruplaşdırmağa cəhd göstərmişlər. 

Viliam Lili söz birləşməsindəki sözlər arasında üç növ əlaqə olduğunu 

bildirmişdir.Bu əlaqələr aşağdakılardır : 

1.  Fell  isim arasında  


Filologiya  məsələləri – №02, 2015 

 

87



2.  Sif t il  isim arasında  

3.  Asılı söz il  t yin ed n söz arasında  

Alim ilk dəfə olaraq söz birləşmələrinin bu əlaqələrsiz  əmələ  gələ bilmədiyini 

qeyd etmişdir və onun bu fikri daha sonra digər alimlər tərəfindən də nəzərə alınmışdır. 

Onun fikirləri də yuxarıda qeyd etdiyimiz alimlərin fikirlərindən çox də 

fərqlənmir.Gilin fikirləri daha çox sözlərin qarşılıqlı  əlaqələrinə  əsaslanır və o söz 

birləşməsi yarada bilən əsas elementlərə toxunmur. A. Gil “ my brother’s toys ” kimi 

ismi birləşmələri təhlil etmiş  və bunlarında öz növbəsində “ the toys of my brother” 

kimi birləşməyə çevrilə biləcəyini vurğulamışdır. Alim sifət və feli birləşmələrə eyni 

üsulla yanaşmış  və onların hansı birləşmələr  əmələ  gətirdiyini göstərmişdir. O, sifət 

birləşmələrindən daşınarkən sözönülü asılı elementlərdən təşkil olunmuş “ for the rich 

life ” kimi birləşmələrdən danışır.Feli birləşmələri təhlil edərkən isə o, isim və əvəzliyin 

hansı hallarla bu birləşmələri əmələ gətirə bilməsindən bəhs edir. Məsəslən, “ take care 

of yourself”, “ apply for a job” və  s.  A.  Gil  öz  araşdırmasında daha çox ismi 

birləşmələrəyer vermişdir. 

Bildiyimiz kimi söz birləşmələri haqqında bir cox alimlər araşdırmalar aparmışlar. 

Bu araşdırmalar içərisində Ben Consonun tədqiqat işləri daha geniş yer tutur. O, söz 

birləşmələrinin təsnifatını başqa bir forma ilə vermişdir, yəni onları  təşkil edən 

elementlərə görə qruplaşdırmışdır. Beləliklə  də B. Conson əsas sözlərə görə söz 

birləşmələrinin müxtəlif növlərini, ismi və feli birləşmələrin olduğunu göstərmişdir. O, 

ismi birləşmələrin 3 növü olduğunu qeyd etmişdir və onları  aşağıdakı formada təsnif 

etmişdir 

1.adjective+noun ( sifət+isim ) 

2.article+adjective+noun ( artikl+sifət+isim ) 

3.noun+noun və ya noun + of+ noun ( yiyəlik halda olan isim + isimvə ya isim + 

of ( sözönü ) + isim )  

Ben Consonun bu bölgüsünə nəzər salan zaman görürük ki, onun bu təsnifat ilə 

Aleksandr Gilin təsnifatı arasında çox az fərq var. Lakin Ben Conson da feli 

birləşmələri ətraflı şəkildə işıqlandırmamışdır. Çünki alim onların sintaksis bölməsində 

felin digər analitik zaman formaları ilə  təhlil olunmaqlarını vacib hesab etmişdir.Bir 

faktı da qeyd etmək lazımdır ki, alim feli birləşmələri təhlil edərkən diqqətini daha çox 

felin şəxssiz formaları olan participle I ( feli sifət 1), participle II (feli sifət 2), gerund 

(cerund ) və infinitivə yönəltmişdir. Beləliklə  də, Ben Consonun qrammatikası bu 

sahədə bir ilkdir. 

Digər dilçi alim Con Vilkinsin dil nəzəriyyəsi söz birləşməsinə daha çox uyğun 

gəlir.Onun göstərdiyi forma belədir : əvvəldə idarə edən, sonra ismin yiyəlik halı  və 

təsirlik halı. Lakin bu formada bəzi nöqsanlar mövcuddur. Bəzi hallarda idarə edən söz 

əvvəldə yox, axırda gəlir. Dilçilər söz birləşməsinin strukturunu əmələ gətirən 2 əlaqə 

növündən : uzlaşma və idarə  əlaqəsindən daha çox bəhs etmişlər.Bu fikir də sonralar 

nəsildən nəslə ötürülmüşdür. 

18-ci  əsrin  əvvəllərində ingilis qrammatikasında yeni dilçi alimlər – Con 

Braytland, Ceyms Qrinvud və Tomas Dilvort peyda oldu. Onların  əsərlərində söz 

birləşmələri və onların strukturları barədə bilavasitə  məlumat olmasa da, bəzi 

bölmələrdə bu problem işıqlandırılmışdır. 

Con Braytland öz əsərlərində söz sırasının tədqiqinə geniş yer vermişdir. O, 

mübtəda ilə tamamlığın xəbər arasındakı  əlaqəsindən bəhs etmişdir.  Ən  əsası o, söz 



Filologiya  məsələləri – №02, 2016 

 

88



birləşməsini yaradan iki əlaqəyə- uzlaşma və idarə  əlaqəsinə daha çox yer vermişdir. 

Braytlandın fikrinə görə uzlaşm,  əlaqəsi bütün dillərdə eynidir, çünki hər yerdə eyni 

üsulla işlədilir. Onun fikrinə görə idarə əlaqəsi isə əksinə, bütün dillərdə fərqlidir.  

Beləliklə, C. Braytland belə bir nəticəyə  gəlmişdir ki, isimlər, sifətlər və fellər 

arasında olan əlaqə sözönülər arasında yaranır və bu sözönülər bir əşyanın digərindən 

asılılığını bildirir. Bu yolla alim ismi sifət və feli birləşmələrin strukturunu xarakterizə 

edir. O, ismi birləşmələri müəyyən qruplara bölərək onlar haqqında  ətraflı izahat 

vermişdir. Sifətlə olan söz birləşmələrini tədqiq edərəkən isə o, qeyd etmişdir ki, sifət 

həmişə  təyin etdiyi ismin qarşısında gəlir. Bunlra baxmayaraq alim onu da qeyd 

etmişdir ki, sözlərin düzgün sıra ilə  sıralanması  məntiqə uyğun deyil. C. Braytlandın 

fikrinə görə  əşyanın adı onun keyfiyyətindən daha əvvəl nəzərdə tutulmalıdır. Bəzən 

ismi birləşmələr ism və bir neçə sifətdən ibarət ola bilər. Bu halda Braytland sifətin 

ismin ardınca gəldiyini qeyd etmişdir. Alim feli birləşmələrin isə fel və zərfdən ibarət 

olduğunu vurğulamışdır.  

Söz birləşməsinin tədqiqi sahəsində Ceyms Qrinvudun əsərlərini qeyd etdiyimiz 

mütləqdir. O, öz əsərlərində yalnız elementlərin birləşə bilməsindən və düzgün sırayla 

düzülməsindən deyil, müxtəlif formalarda işlənən elementlərin formalarından da 

danışır. Beləliklə  də, alim sifətin hal, cins və  kəmiyyətdən asılı olmadan ismə 

qoşulduğunu qeyd etmişdir.  

Digər dilçilərdən fərqli olaraq C. Qrinvund feli birləşmələri tədqiq 

etməmişdir.Onun əsərlərində əsas yeri ismi birləşmələr tutur. 

Söz birləşməsinin tədqiqində ingilis alimi Doktor Losun da böyük rolu olmuşdur. 

İlk dəfə olaraq o, söz birləşməsini bildirmək üçün “ phrase” terminindən istifadə 

etmişdir. D. Losun fikirinə görə “ phrase ” düzgün yerləşdirilmiş iki və ya daha artıq 

sözün birləşməsindən əmələ gəlir və bəzən ya da bütöv cümləni əhatə edə bilir. D. Los 

söz birləşmələrinin on iki formada əmələ gələ biləcəyini qeyd etmişdir. 

1.  Noun + verb – isim + fel He is, I am reading 

2.  Verb + noun – fel + isim Tom opens the door 

3.  Verb +adjective – fel+ sif t The book is interesting 

4.  Verb + noun – t sirli fel +isim She gave to read books 

5.  Verb+ verb – fel + m sd r Mary like to read books 

6. Noun + noun ; noun + of + noun – yiyəlik halda olan isim + isim və ya isim+of 

sözönü + isim The book’s pages or The pages of the book 

7. Noun + noun – isim + isim Doctor Robert 

8. Adjective+ noun ; participle + noun – sifət + isim və ya feli sifət + isim A sharp 

knifer or A sleeping child 

9. Adjective + verb – sifət + məsdər Long to catch 

10.Verb + adverb – fel + zərf He spoke quickly  

11. Verb + preposition + noun – fel + sözönü + isim My mother wento to the 

market 


12. Positive + as + noun, a comparative + isim as strongs as you, longer than me, 

happiest of all 

Digər qrammatiklərin fikrinə görə Doktor Los bölgüsündə  bəzi nöqsanlara yol 

vermişdir. Onların fikrinə görə  alim  ismi  və feli birləşmələri qarışdırmamalı, ilk öncə 

ismi birləşmələri sonra isə feli birləşmələri göstərməli idi. 1795 – ci ildə digər alim 

Lindli Marrey öz qrammatikasını dərc etmişdir. Alimin fikrinə görə söz birləşməsi söz 



Filologiya  məsələləri – №02, 2015 

 

89



sırası ilə düzgün düzülmüş iki və ya daha artıq sözün birləşməsidir və həmçinin qeyd 

etmişdir ki söz birləşməsi ya cümlənin bir hissəsini yada bütöv bir cümlə əmələ gətirə 

bilər 

L.Marrey yazdığı qrammatikada bütün əvvəlki qrammatiklərin  əsərlərinə 



əsaslanmış  və onların fikir və düşüncə felərini ümumiləşdirmişdir. Feli birləşmələrin 

tədqiqində Marrey qeyd edir ki, fellər ya yiyəlik halda olan ismi ya da ondan sonra 

gələn feli idarə edir. O, həmçinin bildirmişdir ki, birləşmədə iki fel olarsa, bu zaman 

ikinci fel məsdər formasında olue. Məsələn, decide to learn Japanese. 

Digər alim Villiam Lenniləri söz birləşməsi haqqında bu fikirləri qeyd etmişdir. 

Söz birləşməsi fikirləri bir-birinə bağlayan  əlaqələri ifadə edən iki və ya daha artıq 

sözlərdən ibarətdir. Lenni də rus dilçiləri kimi söz birləşməsi və cümləni mahiyyətcə 

eyni tutmur və onlar arasında fərq qoyur. 

Digər bir dilçi Riter Bulionz söz birləşməsi haqqında belə bir fikir söyləmişdir. 

Söz birləşməsi belə bir qayda ilə düzlmüş iki və ya daha artıq sözün birləşməsindən 

ibarətdir və bitmiş bir fikri ifadə etmir. Məsələn, in the world, to walk slowly və s. 

Bütün deyilənləri nəzərə alsaq görərik ki, səz birləşməsinə iki cür yanaşma 

mövcuddur: 1. bəzi qrammatiklər söz birləşməsi və cümlə arasında fərq görürlər. 2. 

Bəziləri isə söz birləşməsi və cümləni eyniləşdirirlər. 

Başqa bir alim Quld Braun bildirmişdir ki, sözlər mənaya görə asılı olduqları 

digər sözlərə uzlaşma, idarə və yanaşma əlaqələri ilə birləşirlər. Q. Braun cümlənin söz 

birləşməsindən fərqini göstərməyi vacib hesab etmişdir. O, qeyd etmişdir ki, söz 

birləşməsi və cümlə  məna fərqinə görə seçilirlər. Q. Braunun fikrinə görə cümlə söz 

yığımından ibarət ismi və  xəbəri olan birləşmədir və bitmiş bit fikri ifadə edir. Söz 

birləşməsi isə müxtəlif məhfumlar arasında  əlaqə yaradan iki və ya daha artıq sözdən 

təşkil olunur. 

19-cu əsrin 50-ci illərində alim Henri Svitin Məntiqi və tarixi ingilis dilinin yeni 

qrammatikası əsəri dərc olundu. Bu əsərdə ingilis dilinin qrammatikası detallarına qədər 

təhlil olunmuş və qrammatikada olan bütün nöqsanlar aradan qaldırılmışdır. O, sintaksis 

bölməsində söz birləşməsində söz sırası və onun strukturunu yaradan elementlərə daha 

çox yer vermişdir. O, isimdən  əvvəl və sonra gələn sifətlərdən ibarıt ismi və feli 

birləşmələrin yeni bölgüsünü vermişdir. Onun dediynə görə sifətlər isimdən asılı olur və 

ondan əvvəl gəlir, miqdar sayı kimi işlənən sıra sayları isə isimdən sonra gəlir. Məsələn, 

a beautiful woman, chapter four və s. Svit söz birləşməsindən danışarkən çalışmışdır ki, 

“ phrase ” terminini işlətməsin. Onun fikrinə görə bu termin alimlər arasında çaşqınlıq 

yarada bilər. Ona görə də o, “ phrase” termini əvəzinə “ word group” terminini istifadə 

etmişdir. 

Söz birləşməsinə verilən təriflər içərisində  ən dəqiqi Aleksandr Alen və Ceyms 

Konvelin verdiyi tərifdir: söz birləşməsi cüzi məna bildirən sözlərdən ibarətdir və onlar 

bütöv bir fikri ifadə edə bilmir. Söz birləşməsini bütöv bir məna ifadə edə bilməməsinin 

səbəbi isə bu birləşmədə felin şəxsli formalarının iştirak etməməsidir.Məsələn, broken 

cups, flying birds, a nice child və s. 

Digər bir alim Aleksandr Beny sözlərin düzgün sıralanması haqqında maarqlı fikir 

irəli sürmüşdürş Onun fikrincə ilk nəzərdə tutulan söz əvvəl gəlməlidir.Birlikdə 

düşünülən məhfumlar isə bir- birinin yanında gəlməlidir. A. Beyn zərf, sözönü və feli 

sifətlə olan birləşmələri təhlil edərkən “ phrase” terminini işlətmişdir. 


Filologiya  məsələləri – №02, 2016 

 

90



Müasir dövrdə ingilis qrammatikləri “ phrase” məhfumunu ingils dilindəki “ 

birləşmə ” mənasında işlədirlər.Burada “phrase” məhfumu həm bir söz, həm də iki və 

daha artıq sözdən ibarət bir tərkibə aid edilir. 

Nəticə etibarilə, ingilis dilçiliyində söz birləşmələrinin strukturu, növləri,onların 

komponentləri arasında olan sintaktik əlaqələrin xarakteri barədə müxtəlif və  hətta 

təzadlı fikirlər olsa da müasir dövrdə bu barədə nisbətən aydın və sistemli təsəvvür 

yaranmışdır. Deməli, ingilis dilçiliyində kompleks fraza termini bizim anladığımız söz 

birləşməsi kimi dəyərləndirilə bilər. 

   

 

 



 

 

ƏDƏBİYYAT 

1.  Каушанская В. Л - Грамматика английского языка 1967 

2.  Galperin I. R(1981). Stylistics. Moscow : Aura publishers 

3.  Axundov A. A. Ümumi dilçilik 

4.  Aslanov A. B. Müxtəlifsistemli dillərdə ismi frazeoloji sahəsi, Bakı, 1997. 

 

                R.B.ABAYEVA,S.MAMEDOVA 

THE HISTORY OF LEARNING WORD COMBINATION IN THE ENGLISH 

LANGUAGE 

 

SUMMARY 

  This article deals with definitions of the term “phrase”, the history of learning 

word combination. The article emphasizes different forms of word combinations and 

shows the linguists’ opinions about word combinations 

Observationshow that ohrazeological components play an important role in 

English teashing?in lexicology in translating from English to Azerbaijan or from 

Azerbayjan to English in forming English-Azerbaijani dic tionaries. 

 

                                                                                Р.БАБАЕВА,С.МАМЕДОВА 

ИСТОРИЧЕСКОЕ  ИССЛЕДОВАНИЕ НЕЗАВИСИМОЕ 

СЛОВОСОЧЕТАНИЕ В СОВРЕМЕННОМ  АНГЛИЙСКОМ ЯЗЫКЕ 

 

РЕЗЮМЕ 

Данная  статя посвящена исследованию структурных особенностей 

употребления независимый словосочетаний в современном Английском 

языке.Независимое словосочетания любого языка представляет большие 

трудности для изучающих иностранный язык,также и для переводчиков. 

Независимая словосочетания является одним из главных источников 

обогащения языка.С нашей точки зрения,как словосочетания,так и 

предложения,включая пословицы и поговорки,является фразеологическими 

единицами. 



RƏYÇİ: Adilə Zeynalova 

                Filologiya üzrə fəlsəfə doktoru, dosent 

Filologiya  məsələləri – №02, 2015 

 

91



İRADƏ ABDULLAYEVA 

NÜBAR TAĞIYEVA 

ADİU 

Iradə-nübar.@.mail.ru. 

 

AZƏRBAYCAN VƏ İNGİLİS DİLLƏRİNDƏ TERMİN YARADICILIĞINDA 



LEKSİK-SEMANTİK VƏ MORFOLOJİ XÜSUSİYYƏTLƏRİN TƏDQİQİ 

 

Açar sözlər: lüğət tərkibi, söz yaradıcılığı, terminlərin yaranma mənbələri morfoloji və 

sintaktik üsullar, alınma sözlər, termin yaradıcılığı, terminlərin yaranma üsulları, dilin 

lüğət fondu, terminin tərkib hissələri, sistemlilik xüsusiyyəti. 

Ключевые слова: состав словаря; словообразование; происхождение созданных 

терминов;  морфологические  и  синтаксические  способы;  заимствованные  слова; 

создание  терминов;  способы  создания  терминов4  словарный  состав  языка; 

компоненты термина; особенность систематичности. 

Key words: composition of dictionary; word creative work; arise sources of the terms; 

morphological and syntactical methods; borrowing; term creative work; the methods of 

the origin terms; word stock of the language; composition parts of the term; the feature 

of systematic character. 

 

Terminlər dilin lüğət tərkibinin  əsas hissələrindən biridir. Dilin müxtəlif 



sahələrində gedən dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur. Termin kimi 

işlənən ümumişlək sözlərin böyük bir qismi dilin qədim dövrlərində yaranmışdır. Bu 

cəhət həm ingilis, həm də Azərbaycan dilləri üçün eynidir. 

Azərbaycan istərsə  də, ingilis dilində termin yaradıcılığı semantik, morfoloji, 

sintaktik, kalka, sözlərin ixtisarı (abrevaiaturlar) üsulları ilə gedir. Semantik üsulla 

yaranan terminləri – dilin lüğət tərkibinin zənginləşməsi dildə  işlənən sözlərin 

mənasında baş verən dəyişmələrlə bağlıdır. Sözün mənaca dəyişməsinin iki növü 

fərqləndirilir: 

1) 

sözün mənaca tamamilə dəyişməsi; 



2) 

mövcud sözün əsas mənası qalması ilə yeni məna qazanması. 

Hər bir leksik vahid bu və ya digər mənanın ifadəsinə xidmət edir, hər bir söz 

adlandırma funksiyasını yerinə yetirir. Semantik üsulla söz yaradıcılığı dildə kəmiyyət 

dəyişmələri deyil, keyfiyyət dəyişmələri hesabına gerçəkləşir. 

 Dil  vahidləri – sözlər səs cildlərini saxlamaqla müxtəlif mənalar ifadə edir və 

beləliklə, dilin lüğət tərkibini zənginləşdirir. Bu proses müasir dilin terminoloji qatında 

özünü daha çox göstərir. 

 

Semantik yolla yeni terminin yaranması müxtəlif dillərin sadə 



terminologiyalarında geniş yayılmışdır. Anlayışların yaxınlığı  əsasında və  əlamətin 

oxşarlığına görə adın köçürülməsinə çox rast gəlinir. 

Predmet və hadisələr arasındakı  məkan, material, məlumat, hərəkət, hərəkətin 

nəticəsi kimi əlaqələr vardır. Bu əlaqələr yeni anlayışın ümumişlək sözün köməyi ilə 

adlandırılmasında əhəmiyyətli rol oynayır.  

Semantik üsulla yaranan yeni termin, təbii ki, yeni anlayışı ifadə edir, onu 

adlandırır. «Yəni meydana çıxmış yeni anlayış, əşya arasında müəyyən assosiativ əlaqə 

yaratmaqla sözlərin mənası genişlənir, onlar terminoloji mahiyyət kəsb edilər. Deməli, 



Filologiya  məsələləri – №02, 2016 

 

92



semantik üsulda anlayış yalnız mövcud sözlərlə ifadə edilir, terminin, sözün məna yükü 

artır». 


Semantik üsulla termin yaradıcılığından bəhs edərəknə  nəzəri  əsərlərdə 

ümumişlək sözlərin yeni məna kəsb edərək terminləşməsində iki aparıcı xüsusiyyət 

göstərilir: 

1. ümumişlək sözün semantikası genişlənir və bu söz termin səciyyəsi qazarı; belə 

termin-sözlər müasir Azərbaycan dilinin terminoloji sistemində müəyyən kəmiyyət 

göstəricilərinə malik olur və terminologiyada bu proses davam edir; 

2. müxtəlif terminoloji sahələrə və ya dar işləklik keyfiyyətinə malik olan termin 

səciyyəli sözlər başqa sahədə müəyyən anlayışı ifadə etməyə yönəlir və yenibir sahənin 

terminoloji sisteminə daxil olur. 

Real gerçəklikdə əşyalar, predmetlər, obyektlər çoxdur və onlar adlandırılmışdır. 

Əşya və predmetlər arasında müəyyən  əlaqələr vardır. Onlar bir-birinə formaca oxşar 

ola bildiyi kimi, predmet, məkan, zaman və s. əlaqələrlə də bağlanırlar. 

 Predmetlərin assosiativ olaraq bir-birinə  bənzədilməsi onları eyniləşdirilmir, 

onların mahiyyətindəki fərqləri aradan qaldırmır. Lakin oxşarlıq, assosiativ bənzətmə 

müxtəlif olan predmet və obyektlərin eyni sözlərlə adlandırılmasına səbəb ola bilər. 

 Nəticədə ümumişlək söz yeni məna kəsb edir. Bu hadisə termin yaradıcılığında 

daşa çox baş verir. Semantik üsul adi söz yaradıcılığından fərqli olaraq termin 

yaradıcılığında məhsuldarlığı ilə seçilir. Bunun səbəbi dilin lüğət tərkibinə daxil olan 

ümumişlək sözlərin terminləşməsidir. 

Termin yaradıcılığında dilin öz potensial imkanlarından da geniş istifadə olunur. 

Həm ingilis, həm də Azərbaycan dilində yeni terminin əmələ  gəlməsində sözün 

semantik strukturunda dəyişmələr də mühüm rol oynayır. 

 Bəzi hallarda sözün semantik konversiya və ya semantik sıxılma baş verir. 

«termin yaradıcılığı sistemi çox mürəkkəb orqanizmdir. Bu orqanizm elmi dilin yaranıb 

inkişaf etdiy dövrdə cilalanaraq formalaşmışdır. Formal komponentlərlə 

(termindüzəltmə vasitələri) yanaşı, bura törədici əsasın semantik strukturu ilə sıx bağlı 

olan mənam elementləri daxildir». 

Semantik üsulla termin yaradıcılığı terminoloji sistemin inkişafının müxtəlif 

mərhələlərində özünü fərqli  şəkildə göstərir. Ümumişlək sözlərin semantikasında baş 

verən dəyişmələr  əsasında onların, yəni ümumişlək sözlərin terminə çevrilməsinin  ən 

məhsuldar dövrü yeni terminoloji sistemin yaranma dövrünə təsadüf edir. 

 Belə ki, «terminlər mövcud sözlər əsasında yaradılır və sözlər yeni məna qazanır. 

İngilis və Azərbaycan dili terminologiyası  coin-sikkə, client-müştəri, benefit-fayda, 

bonus-mükafat, balance-qalıq, allotment-bölgü, alloüance-güzəşt, accumulation-yığım, 

account-hesab, aboundance-bolluq, category-dərəcə, crash-iflas, corvee-biyar, crisis-

böhran, damage-zərər, ziyan, work-iş, debt-borc, deduction-ayırma, demand-tələb, 

base-baza, farm-ferma, fashion-moda, fee-qonarar, hire-muzd, kind-növ, label-yarlıq, 

labour-əmək, list-siyahı, loss-zərər, market-bazar, means-vəsait, master-usta, misey-

dilənçilik və s.». 

 Eləcə də,Menecment (manage) ingilis sözü olub hərfi idarəetmə deməkdir. İngilis 

dilinin iqtisadi terminologiyasına daxil olmuş bu söz «idarəetmə» elminin 

nailiyyətlərinin istifadə edilməsi ilə istehsalatın və istehsal personalının idarəetmə 

prinsiplərinin, formalarının, üsullarının və vasitələrinin məcmusunu ifadə edir. 

Ümumişlək söz kimi «idarəetmə» mənasında işlənir. 



Filologiya  məsələləri – №02, 2015 

 

93



Kapital. Bu söz ingilis dilinə latın dilindən (capitalis) keçmişdir. Mənası  «əsas» 

deməkdir. Hazırda iqtisadi terminologiyada – mürəkkəb iqtisadi kateqoriya kimi pul, 

torpaq, maddiləşmiş əmək mənalarını ifadə edir. Hamı tərəfindən başa düşülən kapital 

sözü ümumişlək söz kimi yığım məqsədi ilə toplanmış pul kimi də başa düşülür. 

Firma (ital. firma) – müəssisənin,  şirkətin, təsərrüfat cəmiyyətinin, kommersiya 

təşkilatınıün ən ümumiləşdirilmiş adıdır.  

Firmanın aşağıdakı tipləri fərqləndirilir: affiləşdirilmiş – filial, törəmə firma 

şəklində daha iri, əsas şirkətə birləşdirilmiş yaxın, qohum firmalar; broker-kommersiya 

məqsədlərini güdən və müştərinin tapşırığı ilə və onun hesabına hərəkət edən vasitəçi 

firmak; vençur – elmi-tədqiqat və mühəndis işlərini maliyyələşdirən kiçik, yaxud orta 

investisiya firması; investisiya – investisiya və qabiliyyətli kağızlarla  əməliyyatlarla 

aparmaqla məşğul olan firma; engineer – mühəndis-məsləhət xidmətlərinin 

göstərilməsində ixtisaslaşmış firma; innovasiya – elmi-tdəqiqat işləninin nəticələri 

bazasında yeni texnologiyaların işlənmsi üçün şəriki olduğu firma tərəfindən yaradılan 

firma; konsaltinq – fəaliyyət dairəsi müxtəlif sferalarda məsləhətlərdir; istehsalat – 

konkret məhsulun istehsalı ilə  məşğul olan firma; ticarət – ticarət vasitəsi fəaliyyətlə 

məşğul olan firma; rieltor – daşınmaz  əmlak sahəsində  əməliyyatlarla məşğul olan 

firma. 


Azərbaycan və ingilis dillərinin lüğət tərkibində, onun terminoloji sistemində 

köklü dəyişmələr olmuşdur. Terminlər dilin lüğət tərkibinin  əsas hissələrindən biridir. 

Araşdırma və  tədqiqatlar göstərir ki, dilin müxtəlif sahələrində müşahidə olunan 

dəyişmələr daha çox terminoloji sistemdə hiss olunur. 

İngilis dilində sözdüzəltmədə üç əsas vasitədən istifadə olunur: köklər, ön 

şəkilçilər və suffikslər. Azərbaycan dilindən fərqli olaraq burada köklərin morfoloji 

üsulla sözdüzəltmədə  iştirak etməsi bir qədər qəribə  səslənir və morfoloji üsulla söz 

yaradıcılığının ənənəvi şərhindən kənara çıxır. 

 Belə ki, ingilis dilində müəyyən sayda kök vardır ki, onlar dilin lüğət fondunun 

tərkibinə daxil olan öütün sözlərin böyük bir hissəsinin yaranmasında iştirak edir. 

İngilis dilində sözdüzəltmə prosesində fəal olan əsas köklər çoxdur. Məs.: agr, ad, agr, 

alte, anima, anthro, aqua, ann, carn və s. 

 Belə köklərin  əvvəlinə ön şəkilçisi, sonuna suffiks artırılması ilə yeni sözlər 

düzəlir. Qeyd olunan köklər termin yaradıcılığında də  fəaldır. Semantik üsulla termin 

yaradıcılığı terminoloji sistemin inkişafının müxtəlif mərhələlərində özünü fərqli 

şəkildə göstərir. Ümumişlək sözlərin semantikasında baş verən dəyişmələr  əsasında 

onların, yəni ümumişlək sözlərin terminə çevrilməsinin  ən məhsuldar dövrü yeni 

terminoloji sistemin yaranması dövrünə təsadüf edir. 

S.Sadıqova yazır: «Azərbaycan dilinin daxili imkanları  əsasında bu dilin söz 

yaradıcılığı üsulları ilə müəyyən anlayışın ifadəsi üçün müvafiq ifadəsi termin yaratmaq 

mümkün olmadıqda başqa dildən həmin anlayışı ifadə edən termin hazır şəkildə alınıb 

işlədilir». 

Alınma terminlər bütün dillərdə vardır. Belə alınmaların bir qismi mənşəyindən 

asılı olmayaraq bütün dillərin sahə terminologiyalarında eyni şəkildə  işlənir. Belə 

terminlər internasional və ya beynəlmiləl terminlər kimi qruplaşdırılır. 

 İngilis dilinin lüğət tərkibi rəngarəngliyi ilə seçilir. Bu dildə müxtəlif dillərdən 

alınmaları dilin ümumişlək sözləri səviyyəsində  də çoxdur. Terminlərdə qeyd olunan 


Filologiya  məsələləri – №02, 2016 

 

94



cəhət daha yüksək səviyyədədir. Bunun nəticəsidir ki, ingilis dilində birbaşa alınmalara 

daha çox rast gəlinir. 

Beynəlmiləl terminlərin böyük bir qismi heç bir müasir dillə bağlı deyildir, əsasın 

yunan və latın dillərinə məxsus elementlərin birləşməsindən əmələ gəlmişdir. Hər hansı 

bir sözün geniş şəkildə işlədilməsi, bir dildən başqasına keçməsi və nəhayət beynəlmiləl 

terminə çevrilməsi onun ifadə etdiyi anlayışla, hadisə və proseslə əlaqədardır. 

 Elmi-texniki  nailiyyətlər artdıqca zərurətdən doğan məfhumlar və anlayışları 

ifadə edən sözlərin beynəlmiləl terminlərə çevrilməsi prosesi də sürətlənir. 

İngilis və Azərbaycan dillərinə daxil olan terminlərin sayı getdikcə artır, bu 

sahənin terminoloji bazası sürətlə  zənginləşir. Vaxtıilə dildə ümumişlək xarakter 

daşyıan yüzlərlə ümmişlək söz terminləşməyə doğru inkişaf etmiş, ən qədim dövrlərdən 

bəri termin yaratmaq xüsusiyyətlərini qoruyub saxlamışdır. 

-müasir dövrdə terminologiyada gedən proseslər səciyyələndirən əsas cəhətlərdən 

biri beynəlmiləl terminlərin sayının sürətlə artmasıdır. 

Beləliklə, nəticə etibarı ilə istər ingilis, istərsə  də Azərbaycan dillərində termin 

yaradıcılığı həm dilin daxidi imkanları, həm də alınmalar hesabına yaranır. 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin