Топлу Азярбайъан Республикасы Президенти йанында



Yüklə 3,76 Mb.
Pdf görüntüsü
səhifə12/45
tarix06.05.2017
ölçüsü3,76 Mb.
#16982
1   ...   8   9   10   11   12   13   14   15   ...   45

ƏDƏBİYYAT 

1.  Qasımov M. Azərbaycan dili terminologiyasının əsasları. Bakı, Elm, 1973, 185 s. 

2.  Qurbanov A.M. müasir Azərbaycan ədəbi dili. Bakı, Maarif, 1985, 406s. 

3.  Sadıqova S.A. Azərbaycan dili terminologiyasının təşəkkülü və inkişafı. Bakı, Elm, 

2005. 

4.  Hüseynzadə J.A. İqtisadiyyat terminlərinin linqvistik təhlili (Azərbaycan və ingilis 



dili materialları əsasında). Bakı, 2011, 27 s. 

5.  Sadıqova S.A. Azərbaycan dili terminologiyası. Bakı, Elm, 2011. 

 

                                                                      И.АБДУЛЛАЕВА, Н.ТАГИЕВА 

 

МЕТОДЫ СОЗДАНИЯ ТЕРМИНОВ И В АЗЕРБАЙДЖАНСКОМ И 

АНГЛИЙСКОМ ЯЗЫКАХ  

 

РЕЗЮМЕ 

Автор  стать  рассказывает  о  развивающихся  и  обогащающихся  языковых 

средствах  общения.  И  в  азербайджанском  и  в  английском  языках,  значительная 

часть общеупотребительных слов создана древности.  

Как  отмечает  автор,  термины,  считающиеся  словарной  составляющей 

основных  частей  языка,  во  время  своего  развития,  подвергались  определенным 

изменениям. 

Это ещё больше чувствуется в системе терминологии. 

И  в  азербайджанском    и  в  английском  языках,  создание  терминов  осу-

ществляется  при  помощи  семантических,  морфологических,  синтаксических 

способов, кальки и т.д. 

В статье говорится также и об увеличении количества терминов, входящих в 

состав английского и азербайджанского языков и комментируются исследования 

интенсивного обогащения терминологической базы языка. 



Filologiya  məsələləri – №02, 2015 

 

95



 В  заключении,  автор  статьи  приходит  к  выводу,  что  в  английском  и 

азербайджанском  языках  термины  создаются  за  счёт  внутренних  возможностей 

языка и в том числе заимствования. 

 

                                                                     I.ABDULLYEVA, N.TAGUIYEVA 



 

THE COLLABORATOR OF THE ACADEMY OF MES METHODS OF TERM 

CREATION AN AZERBAIJANI AND ENGLISH 

 

SUMMARY 

The autor of this article deals with the means of communication which is 

developing and prospering today. The majority of words that are generally used as 

terms in both Azerbaijani and English were formed in the ancient times of language. 

 According to the author, terms that are considered as the main parts of language 

were on the turn due to development.  

And it was reflected mostly in the terminological systemö Term creativity in 

Azerbaijani and English is formed by semantic, morphological, syntactical, loan 

translation and so on. 

The increase in the number of terms that are included Azerbaijani and English and 

the enrichment of the terminological base are mentioned and are interpreted. 

 Consequently, the author has come to a conclusion that the creativity of terms in 

both Azerbaijani and English. 

 

Rəyçi:    Həbib Mirzəyev 



               filologiya üzrə fəlsəfə doktoru, dosent. 

Filologiya  məsələləri – №02, 2016 

 

96



 

RƏNA  HÜSEYNOVA 

  

ATU

 

 

rəna.@.mail,ru. 

 

 

ÜMUMİ DİLÇİLİK ELMİNDƏ FRAZEOLOGİZMLƏRİN TUTDUĞU 

MÖVQE VƏ DİLÇİ ALİMLƏRİN RƏY VƏ MÜLAHİZƏLƏRİ 

 

Açar sözlər: leksikoqrafiya, diaxronik, sinxronik 

Key words: lexicography, diachronic, synchronic 

Ключевые слова: лексикография, диахроник, синхроник 

 

          Frazeologiya  hər hansı bir dildəki sabit söz birləşmələrini öyrənən dilçilik 



terminidir. Adətən, insanlar gündəlik həyat təcrübəsində-adi danışıqda çox zaman 

sərbəst söz birləşmələrindən istifadə edirlər. Məs: yaxşı tələbə ( a good student), gözəl 



qız (a beautiful girl), beş kitab (five books), söz demək (to say a word), və s.  

      Lakin hər hansı bir dilin lüğət tərkibində külli miqdarda söz birləşmələri vardır ki, 

onların tərəflərini bir-birindən ayırmaq çətin olur. Belə birləşmələr sərbəst yox, sabit 

birləşmələrdir ki, bunlar da dilçilikdə frazeoloji birləşmələr adlanır. 

     Buna  görə  də, dildə  işlədilən sərbəst söz birləşmələrini sabit birləşmələr 

(frazeologizmlər) ilə qarışdırmaq olmaz, çünki sərbəst söz birləşmələrinin vahid lüğəvi 

mənası olmadığı halda frazeologizmlərin lüğəvi mənası vardır. 

       Sərbəst birləşmələrdən fərqli olaraq, sabit birləşmələr (frazeologizmlər) öz 

mənasına görə dildə xüsusi bir qrup təşkil edir və həmin qrupa daxil olan sözlər tək-tək 

sözlərdən fərqlənir-birləşmə daxilində vahid (bütöv) bir məna ifadə edir. Məs: to make 



up one’s mind (to decide), to put an end (to finish), to beg pardon (to excuse) və s.  

      Misallardan  göründüyü  kimi,  frazeoloji  birləşmələrdə olan vahid məna və 

qrammatik vəzifə sözlərlə yaxınlıq təşkil edir. Məhz buna görə  də dildə  işlədilən 

frazeoloji tərkiblərlə leksik tərkiblər arasında ümumi cəhətlər çoxdur, çünki frazeoloji 

birləşmələr də sözlər kimi insanın fəaliyyəti ilə bağlı olan xüsusiyyətləri ifadə edirlər. 

        Frazeoloji birləşmələrin ifadə etdiyi mənalar bütöv haldadır. Frazeoloji birləşmələr 

sabit birləşmələrdir, yəni belə birləşmələrdə sözlərin sırası  dəyişməzdir, buna görə  də 

onlar qrammatik cəhətdən ayrı-ayrılıqda təhlil olunmur. 

         Frazeologiyanın məqsədi frazeoloji vahidlərin (frazemlərin) dildə mövqeyini 

müəyyənləşdirmək, onların müvafiq prinsiplərə  əsasən təsnifini vermək, üslubi 

xüsusiyyətlərini aydınlaşdırmaq, əmələ gəlmə və inkişaf etmə yollarını aşkar etməkdın 

ibarətdir. 

         Frazeologiya dilçiliyin tam müstəqil şöbəsi kimi çox gəncdir. Lakin, bu heç də o 

demək deyildir ki, frazeologiya məsələləri ilə əvəllər məşğul olunmamışdır. Bu məsələ 

alimlərin diqqətini çoxdan cəlb etmiş və frazeologiya “gizli” inkişaf yolu keçmişdir. 

     Frazeoloji  vahidlərin birinci müşahidəçiləri lüğət tərtib edənlər – leksonoqraflar 

olmuşlar. Lüğət tərtib edənlər bəzi sözlərin mənalarının  itdiyini müşahidə etmişlər. 

Belə vəziyyət, adətən, bu və ya başqa söz bölünməz birləşmə tərkibində olduqda nəzərə 

çarpmışdır. 

          Ş.Balli frazeoloji vahidlərin  əlamətini müəyyənləşdirməkdə birləşmənin həm 

zahiri, həm də daxili cəhətinə  nəzər yetirməyi mühüm şərt hesab edirdi. O, sabit 

birləşmələri öz əsərində leksik-semantik və üslubi-məna cəhətdən şərh emişdir. Dilçilik 



Filologiya  məsələləri – №02, 2015 

 

97



tarixində sabit birləşməyə bu şəkildə yanaşmaq tamamilə yeni idi. Ş.Ballinin 

nəzəriyyəsi frazeologiyanın inkişafına böyük təsir göstərmişdir. 

         Frazeologiyanı belə  fərqləndirmək və ononla da kifayətlənmək doğru deyil. 

Frazeologiya dedikdə onu lüğəvi vahidlərin məcmusu kimi nəzərdə tutmaq lazımdır. 

         Məlumdur ki, dil tarixi, ictimai hadisədir. Bu cəhətdən dilin başqa sahələri kimi, 

onun frazeologiyasına da aiddir, belə ki, hər bir konkret dilin frazeoloji vahidləri də 

zəruri ehtiyac nəticəsində tədricən formalaşaraq zənginləşmə prosesi keçirib bir sistem 

halına düşür. Bununla əlaqədar olaraq hər bir konkret dilin frazeologiyası da iki planda 

(diaxronik və sinxronik) tədqiq edilir.  

       Diaxronik  planda  dilin  frazeologiyasının tarixən formalaşması  və müasir dövrə 

doğru semantik və struktur cəhətdən inkişafı öyrənilir. Sinxronik planda isə dilin 

frazeologiyasının müasir vəziyyətinin semantik və struktur təsviri verilir. 

         Dilçilikdə frazeologiyanın tədqiqat obyektindən bəhs dən müəllifləri iki qrupa 

bölürlər: 1) ümumiyyətlə  hər hansı bir dildə hazır  şəkildə olan söz birləşmələrinin 

hamısını frazeologiya hesab edənlər;  

2) dildə hazır  şəkildə olan söz birləşmələrinin hamısını deyil, onlardan nitq və ya dil 

vahidlərinə ekvivalent olub, komponentləri məna və quruluşca parçalanmayan qismini 

frazeologiya adlandıranlar. Dilçilikdə bunlardan birincisi “geniş mənada frazeologiya”, 

ikincisi “dar mənada frazeologiya” adlandırılır. 

        Ferdinant  dö  Söseür  dildəki sabit ifadələri sərbəst söz birləşmələrindən belə 

fərqləndirir: “ Biz hər şeydən əvvəl, külli  miqdarda ifadələrə rast gəlinir ki, bunları dilə 

aid etmək lazımdır. Bunlar dildə elə hazır nitq parçalarıdır ki, adətən, daxilindəki ayrı-

ayrı mənalara malik olan sözləri dəyişmək mümkün olduğu halda, bu məşğul sayılmır. 

        Bunların ənənəyə görə daşıdığı məna, komponentlərinin bütövlükdəki mənasından 

və sintaktik quruluşundan asılıdır. Belə ifadələr düzəldilmir, bunlardan dildə hazir 

şəkildə istifadə edilir”. 

        Qeyd  etmək lazımdır ki, Ş.Balli “frazeoloji bitişmə” adı ilə  nəzərdə tutduğu 

semantik qrupdan olan frazeoloji vahidlərin xarici cəhətinin xüsusiyyətindən bəhs 

edərkən bunlarda üç əlamətin olduğunu göstərir: 

   1) sözlərin ayrı yazılması; 

   2)  onların müəyyən sabit sırada olması  və komponentlər arasına başqa sözün daxil 

edilə bilməməsi; 

   3) komponentlərdən heç birinin başqa sözlə əvəz oluna bilməməsi. 

          Akademik  V.V.Vinoqradov  dildə frazeoloji vahidləri “frazeoloji birləşmələr”, 

“frazeoloji bitişmələr” və “frazeoloji birləşmələr” adı ilə üç semantik qrupa bölür, 

bunların hər birinin özünəməxsus əlamətini göstərir. 

     O,frazeolji  birləşmələrdən bəhs edərkən yazır ki, bunların ümümi mənası ilə 

komponentlərinin mənası arasında heç bir yaxınlıq,  əlaqə, hətta potensial əlaqə belə 

yoxdur. Bunların tərkib hissələri dildəki bu və ya digər sözlə eyni səs tərkibinə malik 

olsa da, bu cür qarşılıqlı əlaqə omonimlikdən başqa bir şey deyildir.  

     Frazeoloji  bitişmə sözün potensial ekvivalentidir. Bu cəhətdən bunlar frazeoloji 

birləşməyə yaxınlaşır, lakin öz məna quruluşlarının mürəkkəbliyi, komponentlərinin 

məna əlaqəsinin potensial şəkildə mövcud olması ilə frazeoliji birləşmələrdən fərqlənir. 

       Frazeoloji  bitişmə xarici səs forması ilə  sərbəsr söz birləşməsinə uyğun gəlir. 

Frazeoloji birləşmədə  sərbəst mənada olmayan sözlərin sinonimlərlə  əvəz edilməsi 

mümkündür.  



Filologiya  məsələləri – №02, 2016 

 

98



        V.V.Vinoqdovun  bu  bölgüsündə “frazeoloji birləşmə” adlandırılan qrup ilk 

baxışdan Ş.Ballinin təsnifatındakı “frazeoloji qrup” və ya “adi birləşmələrə”də oxşayır. 

Lakin əslində bunlar bir-birindən kəskin surətdə fərqlənir. 

       Beıə ki,V.V.Vinoqdovun bölgüsündə frazeoloji birləşmə  səciyyəvi daşıyanların 

komponentlərindən biri ancaq məhdud sözlərlə frazeoloji cəhətdən “bağlı məna” daşıyır, 

Ş.Ballinin təsnifatında isə, özünün qeyd etdiyi kimi, “...birləşmə parçalandıqdan sonra 

sözlər öz mənalarını saxlayır”. 

         V.V.Vinoqradovun bu bölgüsü bir meddət həm rus dilinin, həm də bir sıra başqa 

dillərin frazeologiyasından bəhs edən  əsərlərdə tamamilə  məqsədəuyğun sayılmış  və 

olduğu kimi saxlanmışdır. Lakin son illərdə bir sıra dillərin frazeologiyası ilə daha 

dərindən məşğul olan tədqiqatçılar meəyyələşdirmişlər ki, bu təsnifat özünü doğrultmur. 

          N.N.Amosova,  V.V.Vinoqradovun  bölgüsünün  dərin təhlilini verərək yazır ki, 

buradakı  təsnifat vahid bir prinsipə  əsaslanmır, belə ki, iki əvvəlki semantik qrup 

(frazeoloji birikmə və frazeoloji bitişmə) komponentlərinin mənasından asılı olmayaraq, 

ümumi mənalarının dərk edilməsi dərəcəsinə görə müəyyənləşdirildiyi halda, 

“frazeoloji birləşmələr” adı ilə üçüncü qrupa aid edilənlər tərkibindəki sözün başqa 

leksik vahidlərlə məhdud şəkildə birləşməsi əlamətinə görə səciyyələndirilir.  

      N.N.Amosova  yazır ki, V.V.Vinoqradovun frazeologiya ilə  əlaqədar olan 

məqalələrində frazeologiyanın bir sıra ümumi məsələləri, o cümlədən frazeoloji vahidin 

daxilən yarılıqda formalaşması problemi frazeoloji vahidlərin tərkib hissələrinin mütəlif 

tiplərinin müəyyənləşdirilməsi kimi məsələlər nəzərə alınmamışdır.  

        Sonra  N.N.Amosova  V.V.Vinoqradovun  “...frazeoloji  vahiddə onun ümumi 

məmununun müəyyənləşməsi üçün kiçik bir işarə belə olarsa, frazeoloji birikmə 

haqqında danışmaq olmaz” cümləsini xatırladaraq yazır ki, burada frazeoloji vahidlərin 

mənalarının dərk edilməsi haqqındakı fikir dil faktları ilə obyektiv şəkildə 

əsaslandırılmır.  

        Belə ki, V.V.Vinoqradovun özü onların frazeoloji birikmə hesab edir, halbuki 

bunların daxilində daşıdıqları ümumi mənaya zəif də olsa işarə vardır. Daha sonra 

N.N.Amosova qeyd edir ki, V.V.Vinoqradovun “frazeoloji bitişmə”nin mənası onun 

komponentlərinin mənası ilə bağlı deyildir fikri inandırıcı deyildir...” Əgər nitq 

prosesində biz əvvəlcədən məlum olan idiomatik birləşmənin mənasını başa düşə 

biliriksə, deməli, burada həlledici onun komponentlərinin mənası ilə  əlaqədar olaraq 

dərk edilməsi deyil, kontekstdən sutiasiyadan irəli gələn cəhətdir. 

          A.İ.Smirnitski frazeoloji vahidlərin struktur tiplərini, onların komponentləri 

arasındakı ferqli cəhətləri, frazeoloji vahidlərin müxtəlif funksiyalarda işlənən tiplərini 

müəyyənləşdirməyə xüsusi fikir verib.  

      Bundan  başqa, o, ingilis dili frazeoloji vahidlərin üslubi cəhətdən də  nəzərdən 

keçirərək, iki qrupa ayırır:  

1) üslubi cəhətdən neytral olub məcaziliyini itirənlər: məsələn (to) get up, (to) fall in 

love;     2) xüsusi idiomlar: məsələn,  (to) take chair. Müxtəlif bunlardan başqa, 



idiomatikliyə meyl etməyən rough sketch “çernovoy nabrosok”, eskiz tipində olan sabit 

birləşmələrdən də bəhs edərək belələrini frazeoloji vahid hesab etmir və dilin “ənənəvi 

birləşmələri” adlandırır. 

          Dilçilik  fənnlərində sistemində frazeologiya, bəzən özünə heç yer tapa bilmir, 

lakin  əksər hallarda frazeologiyanı leksikologiyaya aid edirlər. Frzeologiyanın  əsas 


Filologiya  məsələləri – №02, 2015 

 

99



kateqoriyalarının, məqsəd və  vəzifələrinin qeyri-müəyyən olması ona müstəqil inkişaf 

etməyə mane olur. “Fraza” sözü azı sabit və aydın mənalı termin kimi qəbul edilə bilər.  

      Dilçilikdə onun tətbiqi müxtəlifdir. Ona görə  də frazeologiyanın idiomatikası ilə 

əvəz olunması üçün bir çox səylər göstərilmişdir. Lakin “idiom”, “idioma”, 

“idiomatizm” terminləri də 400 il mövcud olmalarına baxmayaraq avropa dilləri 

daxilində elmi əsaslarla təriflənməmişdir. Sözlərin mənalarının öyrənilməsi artıq onların 

frazalı kontekst daxilində  işlənmələrinin analizini də bir məqsəd tutaraq, 

frazeologiyanın qeyri-aydın məzmunlu olmasına xidmət edir. 

          Qeyd olunduğu kimi, frazeoloji vahid sabit törəmədir. Bu tərif heç kəs tərəfindən 

iddia edilmir. Ancaq dilçilərin sabitliyə dair fikirləri üst-üstə düşmür. Frazeologiyanın 

bir linqvistik fənn kimi inkişaf etməsi frazeoloji sabitlik nəzəriyyəsini işləmədən 

mümkün deyil. Bu isə sabitlik məsələsinə kompleks şəkildə yanaşmasını tələb edir.  

          Frazeoloji vahidin sabitliyin ona məxsus olan müxtəlif növ invariantlığa əsaslanır, 

yəni normativ dəyişiklər baş verdikdə onun elementlərinin dəyişilməsinə-sabit 

qalmasına. Dildə invariantlılığın və mikrosabitliyin aşağıdakı növləri vardır:  

1. Işlənmənin sabitliyi, yəni frazeologizmin individual törəmə deyil, bir dil vahidi 

olması faktı;  

2. Struktur-semantik sabitlik, frazeoloji vahid iki dənədən az olmayan sözlərdən iba-

rətdir və topoloji mənaya malik deyil, yəni struktur-sematik modelə görə analoji 

frazeoloji vahidlərin yaradılması üçün nümunə ola bilməz;  

3. Sematik sabitlik;  

4. Leksik sabitlik, yəni komponentlərin  əvəz oluna bilinməməsi və yaxud, kompo-

nentlərin yalnəz frazeoloji variantlılıq və struktur sinonimiya çərçivəsində, semantik və 

leksik invariantlılıq saxlamaqla normativ şəkildə əvəz olunması;  

5.Sintaktik sabitlilik, yəni yalnız variantlılıq çərçivəsində frazeoloji vahidlərin 

komponentlərinin nizamının dəyişə bilməsi, qrammatik inversiya, məsələn, felin məchul 

növdə işlənməsi, stilistik (üslubi) inversiya, məsələn, What a cross he has to bear! 

          Beləliklə, frazeoloji vahid-leksemlərin bütöv və ya qismən dərk olunmuş 

mənaları ilə sabit birləşməsidir. Frazeoloji vahidləri leksem adlandırmaq olar. 

Leksemlərin bir qismi potensial sözlərdir, yəni frazeoloji vahidlərin tərkibində onlar 

həqiqi mənalarını itirirlər. Digər leksemlər isə frazeoloji vahidlər tərkibində tam dərk 

olunmamış sözlərdir və burada onlar cümlə üzvü kimi çıxış edə  bilməzlər.  

     Frazeoloji  vahidin  özü  cümlə üzvüdür. Potensial söz sərbəst leksik mənaya malik 

deyil, ona görə ki, onun məna strukturu yoxdur və o, sadəcə olaraq, frazeologizmin 

məna strukturunun bir elementidir. Biz frazeoloji vahidin və mürəkkəb sözün 

komponentlərini ayırırıq. Bu da ingilis dili üçün xüsusilə vacib olan bir şərtdir.  

      Leksemlər sözdəyişdirici formalara malikdir və frazeologizmlərdə  dəyişkən 

elelmentlərlə uzlaşırlar. Məsələn, close (shut) one’s eyes to something “nəyə göz 



yummaq” və to take one’s time “tələsməmək”.  bəzən, frazeoloji vahidlərin tərkibində 

fiktiv leksemlərə  (ghost-words) rast gəlinir, məsələn,  Lets us return to our muttons 

“söhbətimizin məğzinə qayıdaq”.  

     Ingilis  dilində muttons sözü mövcud deyil, o, fransız dilindən götürülüb və yalnız 

verilmiş frazeoloji vahiddə rast gelinir. 

          Bununla  belə, bu nəticəyə  gəlmək olar ki, frazeoloji vahid tam (bütöv) dərk 

edildikdə potensial sözlərin, qismən dərk edildikdə isə potensial və real sözlərin 

uzlaşmasıdır.  



Filologiya  məsələləri – №02, 2016 

 

100



ƏDƏBİYYAT 

1.  Bayramov H. Azərbaycan dili frazeologiyasının əsasları. 1978. 

2.  Qurbanov A.M. Ümumi dilçilik. Bakı 1977. 

3.  Arnold İ.V. The English Word. 1973. 

4.  Aмосова Н.Н. Основы английской фразеологии. Л.,1963. 

5.  Арнолд И.В. Стилистика современного ангийского языка. Л.,1973. 

6.  Балли Ш. Стилистика французского языка. 1909.  

7.  Кунин А.В. Английская фразеология. М., 1970. 

8.  Реформатскии А.А. Лексикология русского языка. М., 1964. 

9.  Смирнитски А.И. Лексикология английского языка. М., 1956. 

10.  Соссюр Ф.Де. Крус обшей лингвистики, пер с фр. А.М.Сухотина. М., 1933. 

11. Шанский Н.М. Лексикология современного русского языка. М., 1964. 

 

R.KUSSEYNOVA 

CLASSIFICATION OF FRAZEOLOGICAL UNITS AND THEIR 

STRUCTURAL – SEMANTIC PECULIARITIES  

SUMMARY 

          This leaving paper is devoted to the classification of frazeological units and their 

structural – semantic peculiarities. The very article 8 pages and acquires summary and 

bibliography. As a result of our scientific investigation we have come to such a 

conclusion. Frazeology is really considered to be the treasure of any language. In 

frazeology the history of people, their culture, social life as well as their traditions find 

their reflection.  

          Surely when we address frazeologizms our speech, becomes rich and interesting. 

Relying upon frazeologizms we achieve to get rid of monotonious speech. In our article 

we have especially stressed the classification of the frazeological units. Introduce 

frazeological synonyms, homonyms and antononyms.  

      Later  we  underlined  the  difference  between frazeological  and leksikal meaning. 

Thus we have become once more witnesses of the fact that the frazeology which is 

considered to be one of the branches of lexicology plays the important role in the 

development and enriching of speech. 

 

       



Р.КУСЕЙНОВА 

ИССЛЕДОВАНИЕ АНГЛИЙСКОЙ ФРАЗЕОЛОГИИ В  ЛИНГВИСТИКЕ 

 РЕЗЮМЕ 

Исследование английской фразеологее в диахроническом плане постепенно 

набирает силу. Однако имеющиеся работы посвящены в основном диахроничес-

кому изучению слово сочетании. Изыскания подобного рода в области фразеоло-

гии.  

          А настоящей статье делается попытка сделать научное исследования в этом 



направлении.  Кроме  того,в  статье  рассматривается  некоторые  мысли  и 

выссказивание  известых  учёных-лингвистов  о  фразеологизмах  и  фразеологичес-

ких соединениях в английском языке. 

 

Rəyçi: Nuriyyə Rzayeva 

            filologiya üzrə fəlsəfə doktoru,dosent. 


Filologiya  məsələləri – №02, 2015 

 

101



 

 

ÇİÇƏK  BƏDƏLOVA 

                                                                                        H.Əliyev ad.AAHM 

                                                                                      çiçək-vüsalə.@.mail,ru. 

    

                  BOLONİYA TƏHSİL PROSESİNDƏ KREDİT SİSTEMİ ÜZRƏ  

                    XARİCİ DİLİN TƏDRİSİNİN APARILMASI PRİNSİPLƏRİ 

 

Açar sözlər: baloniya təhsili,kredit sistemi,konvensiya,avtonomiya. 

Ключевые слова: балонский  просесс  образования,кредитный систем, 

 

конвенсия,автономия. 

Key words: balongna education,credit system,convention,autonomy. 

 

Avropa ali təhsil sistemlərində bu gün baş verən inqlabi dəyişikliklər hamı kimi 



Azərbaycan təhsil sisteminin işçilərini də narahat etməyə bilməz. Respublika ali təhsil 

məktəblərini yaxın gələcəkdə nə gözləyir? 

 Avropa sisteminə qoşulmuş bizim ali məktəblərdə xarici tələbələrin kütləvi təhsil 

ala bilməsi nə  qədər realdır və bu sahədə hansı  işlər görülməlidir ? Avropa təhsil 

xidməti bazarında mövcud olan rəqabətə bizim ali məktəblər davam gətrə bilərlərmi ? 

Bütün bu suallara cavab vermək üçün birinci növbədə Boloniya konvensiyasının nə 

olduğunuu aydınlaşdıraq. 

1997-ci il aprel ayının 11-də Avropada ali təhsil kvalifikasiyasının tanınması üzrə 

Lissabon konvensiyası  qəbul edildi. Bu sənəd , Avropa ali təhsil sistemlərinin vahid 

metodoji bazasını yaratma istiqamətində 1953-1997-ci illərdə  qəbul edilmiş 

konvensiyalarının bir növ özündə ümumiləşdirmişdir. 

1998-ci ildə Fransa , Almanya , İtalya və Böyük Britaniya Sarbon deklarasiyasına 

qol çəkdilər. Deklarasiyada Avropa ali təhsil sisteminin arxitekturasının 

hormonizasiyası nəzərdə tutulurdu. 

1999-cu ilin sentiyabrında Boloniya Universitetinin 900 illik yubileyinə toplanmış 

29 Avropa ölkəsinin rektorları Universitetlərin Xaritiyasını qəbul etdilər. 

Avropa təhsil sistemlərinin bir-birinə uyğunlaşdırılması ilə  əlaqədar Boloniyada 

davam edən proses 2001-ci ildə Praqada  32 ölkənin ali təhsil nazirlərinin << 2001-ci ilə 

qədər Avropa ali təhsil məkanı yaratmaq >> təşəbbüsü ilə nəticələndi. 

Bu konvensiyada müasir dövr üçün ali təhsilin əsas prinsipləri formalaşmışdır: 

-universitetlərin avtonomiysı; 

-universitetlərin dövlətdən asılı olmamsı; 

-müəllimliklə-alimliyin sıx vəhdəti; 

-Avropa humaniziminin əsas dəyərlərinin qorunmasi və s   

Beləliklə,Boloniya prosesinin əsas prinsipləri və arxitekturasi formalaşdi. 

Avropa Boloniya konvesiyasinin yaranmasina səbəb nə idi? 

Məsələ ondadır ki,90-cı illərdə dunya təhsil sistemlərində inqilablar baş vermişdi. 

Təhsil iqtisadiyyatın bir sahəsinə çevrilirdi.İnkişaf etmiş ölkələr bundan cox böyuk 

qazanc  əldə etməyə başlamişdılar.Bu inqilab şimali Amerikada baş vermişdir,və 90-cı 

illərin ortalarında avropa unverisitetləri başa düşürdülər ki, bu sahədə cox geridə 

qalirlar.Düunyanın müxtəlif gənclər ABŞ-da oxumaga axışırdılar. 


Filologiya  məsələləri – №02, 2016 

 

102



Bu yariş-müsabiqədə uduzmamaq üçün Avropa öz elm-təhsil potensialıni 

səfərbərliyə almaq istiqamətində  fəaliyyətini gücləndirdi.Boloniya kovensiyası da bu 

qəbildən olan tədbirlərdəndir. 

Buradan belə bir nəticəyə gəlmək olur ki,əgər Azərbaycan bu proserdən kənarda 

qalarsa,inkişafda  olan dünyanın xammal əlavəsinə çevrilə bilər. 

Azərbaycan ali təhsil sistemi də Avropa təhsil sisteminin tərkib hissəsi kimi 

Boloniya konvensiyasinin irəli sürdüyü prinsipləri öz fəaliyyətində  əsas götürməyə 

çalişir.     

Artiq, Azərbaycan da vahid ümumavropa təhsil məkanina qəbul edilmək 

ərəfəsindədir.Yaxın gələcəkdə Azərbaycan və Avropa universitetlərinin diplomlarının 

qarşıliqlı tanınması mümkün ola bilər.Boloniya konvensiyasını  qəbul etmək bizim 

tələbələrə  sərbəst olaraq Sorbonda,Praqada və ya Boloniyada mühazirələrə qulaq asa   

bilmək ,40 avropa ölkəsinin 3 mindən artıq universitetlərinin diplomlarina uyğun 

diplomlar almaq imkanları verəcəkdir. 

Birinci növbədə hər bir tələbə və müəllim yaxın gələcəkdə özünün şəxsi həyatında 

və professional fəaliyyətindəki prespektivləri reallaşdırmaq ücün yeni imkanlar əldə 

edəcəklər.Ancaq bunun ücün universtetdə iri miqyaslı reformalar aparmaq 

,”Açıq sistem “ prinsipi üzrə universteti açıq universtetə çevirmək 

lazımdır.Azerbaycanin hər bir vətəndaşi muasir təhsil sisteminin istifadə etmək 

imkanina malik olmalidir.Bu imkan təhsilin butun munkun formalarini,distansion 

təhsildən ,fərdi -əyani təhsilə qədər əhatə etməlidir. 

Hal hazirda Azərbaycan milli musteqillik səraitində  qəbul edilmiş Milli Təhsil 

Konsepsiyasi strateji əhəmiyyət kəsb edib, fovqəladə xarakter daşimaqla,olkədə 

yaranmiş çətin vəziyyətdə dövlət və xalq qarşısında tezliklə həlli gözlənilən ən mühüm 

və ən əhəmiyətli məsələlərdən biridir. 

1990 cı illərdən sonra Azərbaycanın müstəqil inkişaf yoluna qədəm 

qoyması,qabaqcıl qoyması ,qabaqcıl qərbi Avropa dövlətləri ilə siyasi ,iqtisadi və 

mədəni  əlaqələrin genişlənməsi,habelə ,yeni neft müqavilələrinin bağlanması ,qədim 

ipək yolunun bərpa olunması ,paytaxtimizda dünya dövlətlərinin səfirliklərinin açılması 

və xarici ölkələrdə respublikamızın səfirlik və nümayəndəliklərinin fəaliyyət göstərməsi 

kimi müsbət dəyişikliklərin baş verməsi xarici dillərin oyrənilməsini vacib edir. 

Azərbaycan respublikasında yeni Təhsil sistemi həyata vəsiqə aldıqdan sonra 

,xarici dillərin tədris problemi ziyalılarımızın qarşısında əsas vəzifə kimi qoyulmuş və 

onun həll edilməsi yolları araşdırılır,optimal yollar axtarılır 

.Elm və texnikann sürətlə inkişafı ilə əlaqədar,yeni tədqiqat sahələrinin meydana 

gəlməsi ,mühüm ixtirların ,kəşflərin aşkar olunması  təbiət və  dəqiq elmlərin qarşılıqlı 

əlaqəsi və s mühüm elmi problemlərin meydana gəlməsi müasir Azərbaycanın iqtisadi 

və siyasi həyatında xarici dillərin öyrənilməsi mühüm zərurət kəsb edir və  təhsil 

konsepsiyasında ona geniş yer verilir. 

Xarici dillərin ali məktəblərdə  tədris olunması,praktiki təlim xarakter 

daşıyır.Praktiki xarakter dedidə xarici dildən ünsiyyət vasitəsi kimi istifadə olunması 

nəzərdə tutulur.Tələbələr dinlədikləri nitq və proqram da nəzərdə tutulan mövzular üzrə 

verilmiş mətnləri oxuyub başa düşməli ,müxtəlif mövzular ətrafinda söhbətlər aparmalı 

və ixtisaslarına görə yazişmalar tərtib etməyi bacarmalıdırlar. 

Praqramda xarici dil fənninin öyrənilməsi texniki məktəblərdə tədris olunan bütün 

fənn proqramlarının tərkib hissəsi kimi qəbul olunur.Ali məktəblərdə xarici dilin tədrisi 



Filologiya  məsələləri – №02, 2015 

 

103



xalq təhsil sistemində  əsas element kimi qəbul edilir.Buraya orta məktəb ,bakalavr 

magistratura və s daxildir. 

Kadırların coxpilləli təkminləşdirilməsinə aid məsələlərin həlli ücün Baloniya 

prosesi çərçivəsində ikipilləli ali təhsil sistemi (bakalavr,magistrura ),təhsilin 

keyfiyyətinə  nəzarət (akkreditasiya),həm ölkə daxilində ,həm də ümumavropa 

məkaninda müəllim və  tələbalərin sayinin sürətlə artması,diplomları tanınması,ali 

məktəb məzunlarının işlə  təmin edilməsi,yaşlıların təhsil alması  və digər məsələrə aid 

munasib tədbirlər həyata keçirilir. 

Bu tələblər baxımından Azərbaycan Texniki Unverstetinin “Xarici dillər” 

kafedrasının təhsil planları  və proqramları ,ümumavropa  məkanında ali məktəblərdə 

olan sənədlərə uyğundur.Kafedrada Azərbaycan və rus bölməsinin bütün fakultələri 

ücün xarici dillər uzrə bakalvr hazirligini təmin edən proqramlar tərtib edilmisdir. 

Proqrama xarici dilin tədrisində nitq fəaliyətinin novləri kompleks şəkildə ,ana 

dili ilə muqayisə edilerek, ardicilliqla realizə edilməlidir:  şifahi nitq,dinləyib 

anlama,oxu, yazi , tərcumə. 

Proqram ixtisasi  xarici dil olmayan ali məktəblərdə xarici dilin tədrisi ucun 

nəzərdə tutulur və dilin oyrənilməsi 1 və 2 semestrləri  əhatə edərkən 150 saat  

ayrilir.Ayrilan saatlar 2 semestr ərzində 2 mərhələyə bolunərək ,xarici dilin tədris 

metodikasina  əsaslanaraq oyrənilir.Burada asandan cətinə ,sadədən murəkkəbə 

prinsipinə ustunluk verilir. 

Proqramda oxu,yazi,şifahi nitqin inkişafi,yazili və  şifahi məruzələrin 

edilməsi,oxunulan  ədəbiyyatdan ixtisasa dair tərcümələr hazırlanması ,işgüzar məktəb 

və bağlamaların tərtib edilməsi və s əsas vəzifə kimi qarşıya qoyulur. 

Burada leksik materiallarla yanaşı ,qramatik materiallaın da tədrisi və 

mənimsənilməsi proqramın tərkib hissəsi kimi qəbul edilir.Proqram 2 semest ərzində 

veriləcək bütün leksik və qramati materialların minimum mənimsənilməsinə  zəmin 

yaradır və bu proses nəzərdə tutulan mərhələlər əsasında aparılır. 

19 may 2005 ci ildə Azərbaycan baloniya prosesinə qoşularaq öz üzərinə Avropa 

standart və normalaına uyğun qanunvericiliyi təkmilləşdirmək ,təhsildə islahatlar 

aparmaq ,Avropanın vahid məkanına sürətlə inteqrasiya olmaq məqsədilə informasiya 

və tərcumə mübadiləsi aparmaq kimi öhdəliklər götürmşdür.Bu öhdəliklərdən biri də ali 

təhsil müəssələrində kredit sistemi tətbiq edilmişdir.Kredit sistemi əsasinda təşkil 

olunmuş tədris prosesi aşağıdakı xüsusiyyətlərlə səciyyələnir: 

 

1)Kiredit sisteminin səciyyəvi xususiyyətləri : 



 - hər bir tələbənin fərdi tədris planın olması və onların bu planın tərtibində iştirakı; 

- tələbənin fənn və müəllim seçimində müstəqilliyi; 

- tədris prosesinə məsləhətcilərin (tyutor)cəlb olunması və     onların bu prosesdə hər 

tələbəyə köməkliyi; 

- tədris prosesinin lazimi çap materialları və onların elektron versiyaları ilə təminatı; 

- tələbələrin biliyinin qiymətləndirilməsində coxballı tətbiqi. 

 

2)kredit sistemində tədris-metodiki təminatı. 



- kredit sistemində 4 formada tədris planları olur; 

 

a) ixtisasin tədris planı(forma-1); 



Filologiya  məsələləri – №02, 2016 

 

104



b )  tələbənin fərdi tədris planı(forma-2) 

c)  ixtisasın və  tələbənin fərdi planlarına  əsaslanan illik işçi tədris planı,tədris 

proqramları; 

ç)müəllimlərin işçi –tədris planlari. 

-smest üzrə auditoriya dərsləri- 15 həftə ,1 kredit 15 akademik saat; 

 

Belelikle ali məktələrdə xareici dilin tədrisi praktiki məqsəd daşiyaraq ,dildən bir 



ünsiyyət vasitəsi kimi istidfadə etməklə yanaşı müayyən ixtisasa uyğun mətnlər 

atrafında söhbətlər aparılması vərdşlərinin aşılmasından ibarətdir. 

 

a)Kursun quruluşu. Baza kursunun məcburi minimumu əsasən 1ci -2ci smestrlarda 



xüsusi ixtisas kurslarında verilmiş saatların sayına uyğun  olaraq müxtəlif cür 

planlaşdırılır.Buraya nitq vərdişləri, oxu, tərcümə, nitq tapşırıqları, fərdi oxu üçün 

müxtəlif məzmunlu materiallar daxil edirlir 

 

1ci –2 ci smestrlərin sonunda test imtahanları nəzərdə tutulur. 



Məcburi təhsilə 150saat ayrılır.bu saatlar 1-2ci smestlərdə 2 mərhələyə bölünərək 

aşağıdakı  kimi planlaşdırlır.  

 

1ci smestr -75 saat ; həftədə 8-5 s. 



2ci smestr -75 saat ; həftədə 8-5 s. 

Hər semestrin sonunda yoxlma yazı işi və qramatik materialın planlaşdırlır. 

Tədris proqramı  əsasında tərtib olunmuş planlarda şifahi danişıq  mətinlərinin 

öyrənilməsi nəzərdə tutulur və onlar hər smestrdə 3 mövzu olmaqla cəmi 12 mıtindın 

ibarətdir. 

 

b)Baloniya təhsil sisteminə əsasən  xarici dil fənni üzrə tədrisin 1ci mərhələsində nitq 



fəalliyyətinin əsas növlərinə verilən tələblər. 

Şifahi nitqin təliminə veriıən tələb orta məktəbdə mənimsənilmiş bilik ,bacarıq və 

vərdişlər  əsasinda tələbələrin  şifahi nitq vərdişlərini daha da inkişaf etdirilməsi 

,həmçinin dialoji və monoliji nitq formalarında öz fikirlərini fadə etməkdən ibarətdir. 

 

 


Yüklə 3,76 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin