2019-cu ilin yanvar ayında ölkəmizə gələnlərin sayında daha çox artım Misir (4,5 dəfə), Pakistan
(2,0 dəfə), Türkmənistan (1,7 dəfə), Hindistan (1,4 dəfə), Çin (26,5 faiz), Gürcüstan (21,9 faiz),
Cənubi Koreya (15,2 faiz) vətəndaşları arasında qeydə alınmışdır. 2017-ci illə müqayisədə 2018-ci
ildə ölkəmizə gələn Səudiyyə Ərəbistanı vətəndaşlarının sayı 2,2 dəfə, Bəhreyn vətəndaşlarının sayı 2
dəfə, Küveyt vətəndaşlarının sayı 1,8 dəfə, Qətər vətəndaşlarının sayı 1,6 dəfə, İraq vətəndaşlarının
sayı 7,9 faiz, Oman vətəndaşlarının sayı 7,4 faiz artmışdır. Amma bununla yanaşı İrandan gələnlərin
sayında 33,7 faiz, Birləşmiş Ərəb Əmirliklərindən gələnlərin sayında isə 8,3
faiz azalma müşahidə
edilmişdir. Ümumilikdə Körfəz ölkələrindən 554,1 min nəfər gəlmiş və ölkəmizə gələnlərin demək
olar ki, hər beş nəfərindən biri bu ölkələrin vətəndaşları olmuşdur. 2017-ci ilə nisbətən Hindistandan
gələnlərin sayı 2,7 dəfə, İsraildən gələnlərin sayı 2,6 dəfə, Misir, Türkmənistan və Cənubi Koreyadan
gələnlərin sayı 1,7 dəfə, Çindən gələnlərin sayı isə 1,5 dəfə artmışdır. 2018-ci ildə Avropa İttifaqına
üzv ölkələrdən gələnlərin sayı 6,7 faiz artaraq 112,5 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8
faiz artaraq 1044,2 min nəfər olmuşdur.
Bununla yanaşı, Körfəz ölkələrindən gələnlərin sayı 2018-ci ilin yanvar ayı ilə müqayisədə 13,3
faiz azalaraq 28,5 min nəfər olmuşdur. 2019-cu ilin yanvar ayında Avropa İttifaqına üzv ölkələrdən
gələnlərin sayı 0,9 faiz artaraq 5,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 0,2 faiz azalaraq 67,2
min nəfər olmuşdur.
2019-cu ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı
əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 19,3 faiz artaraq 357,1 min nəfər olmuşdur. Ölkə
vətəndaşlarının 35,0 faizi İrana, 28,0 faizi Gürcüstana, 20,9 faizi Rusiya Federasiyasına, 10,2 faizi
Türkiyəyə, 1,2 faizi Ukraynaya, 1,1 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,6
faizi isə digər ölkələrə
səfər etmişdir. Səfər edənlərin 68,1 faizi kişilər, 31,9 faizi isə qadınlar olmuşdur. Bu dövrdə İrana
gedən Azərbaycan vətəndaşlarının sayı 75,2 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 6,5 faiz,
Gürcüstana gedənlərin sayı 2,5 faiz artmış, Türkiyəyə gedənlərin sayı isə 2,6 faiz azalmışdır. Aparılan
hesablamalara görə, 2018-ci ildə xarici qonaqlar ölkəmizdə 2 milyard dollar pul xərcləyiblər [8].
Dostları ilə paylaş: