Tourism and recreation in the XXI century: problems and prospects


TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS



Yüklə 12,12 Mb.
Pdf görüntüsü
səhifə70/356
tarix04.10.2023
ölçüsü12,12 Mb.
#152292
1   ...   66   67   68   69   70   71   72   73   ...   356
Kitab Turizm

TOURISM AND RECREATION IN THE XXI CENTURY: PROBLEMS AND PROSPECTS
3-4 May 2019
54
Baku, Azerbaijan


Türkiyədən Azərbaycan gələn turistlərin səfərlərinin məqsədi daha çox Azərbaycanın tarixi, 
mədəniyyəti, mətbəxi, təbiəti ilə bağlı məlumatlar almaqdır. Azərbaycana gələn türkiyəli turistlər səfər 
üçün daha çox Bakını seçirlər.
Azərbaycanın tarixi abidələri, milli mətbəxi və ecazkar təbiəti xarici turistlərdə xüsusi maraq oyadır. 
Bu da öz növbəsində ölkəmizin iqtisadi imkanlarının artması ilə yanaşı, Azərbaycanın dünyaya tanıdılması 
üçün mühüm vasitədir.
Amma son illərdə Şəkiyə, Gəncəyə, Şamaxıya, İsmayıllaya (Lahıca), Lənkərana olan maraq artıb. Son 
2-3 il ərzində bölgələrə də maraq var. Xüsusilə, Şəki 2016-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” 
elan edildiyi üçün daha çox tanındı. Bu cür məsələlərində turizmin təbliğində çox böyük əhəmiyyəti var. 
Bunu da qeyd etmək yerinə düşər ki, Azərbaycanın Türkiyədə özünün turizm potensialını daha çox 
tanıtmasına ehtiyac var. Çünki insanlar maraqlıdırlar ki, Azərbaycana gəldikdə harada qalacaqlar, necə 
istirahət edəcəklər. Buna görə də turistlər üçün bu istiqamətlər üzrə təbliğat işləri aparmaq lazımdır. Digər 
tərəfdən, türkiyəli turistlər Azərbaycan haqqında yetərincə məlumatlı deyillər. Əgər məlumatlandırma işləri 
daha çox təşkil olunarsa, Türkiyədən Avropaya gedən turistlərin bir qismi Azərbaycana da gələ bilər. 
Həm “Türk hava yolları”, həm də “AZAL”-ın Azərbaycan və Türkiyə arasındaki aviabiletlərin normal 
olması Türkiyədən Azərbaycana gələn turistlərin sayının artmasında çox əhəmiyyətli dərəcədə rol oynaya 
bilər.
Türkiyənin turizm bazaları çox inkişaf edib və xidmət yüksək səviyyədədir. İstər məşhur Antaliyası 
olsun, istər Bodrum, istərsə də Anadolu da kiçik bir kəndi... Bu ölkədə görməli yerlər çoxdur! Təbii ki, 
Türkiyənin digər şəhərləri, kəndləri də yaxşı tətil keçirmək üçün kifayət qədər maraqlı məkanlardır.
Bizim region da turizm bazarında dinamik inkişafa meylli olsa da, hələlik oturuşmuş bazar deyildir. 
Baxmayaraq ki, potensial mövcuddur. Belə ki, Azərbaycanda 7000-dək mühafizə olunan yerli, ölkə və 
dünya əhəmiyyətli tarixi abidə, mədəniyyət və cəlbedici təbiət vardır. 11 iqlim tipindən 8-i 
Azərbaycandadır. Deməli, ölkədə turizmi inkişaf etdirmək olar.
Tədqiqatçıların söylədiklərindən məlum olur ki, Azərbaycan turizm sənayesinin rəqabət apardığı 
coğrafiyada əsas yeri Rusiyanın Qara dəniz və Şimali Qafqazdakı turizm müəssisələri, Türkiyənin Aralıq 
dənizi sahilindəki turizm mərkəzləri təşkil edir. Mövcud vəziyyətin təhlili göstərir ki, turizm 
xidmətlərindən istifadə etmək arzusunda olan orta gəlirli Azərbaycan vətəndaşları əsasən müalicəvi turizm 
xidmətlərindən yararlanmaq üçün Rusiyaya, istirahət və əyləncə üçün isə Türkiyə turizm bazarını seçirlər.
Azərbaycanın turizm cəlbediciliyinin artırılması və ölkənin bu sahədəki mövcud potensialından 
səmərəli istifadə olunması sahəsində yürüdülən dövlət siyasətinin əsas hədəflərindən biri də qeyri-neft 
sektorunda büdcə daxilolmalarının artırılmasıdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəyə turist 
axınının stimullaşdırılmasına hesablanıb. 
Prezident İlham Əliyevin 20 fevral 2017-ci il tarixli “Azərbaycan Respublikasına turist axınının 
sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamı bu sahədə ötən illərdən tətbiq edilən 
islahatların uğurlu davamına təminat yaradıb. Sərəncama əsasən, Dövlət Gömrük Komitəsi və Dövlət 
Sərhəd Xidməti Azərbaycan Respublikasının Rusiya Federasiyası, Türkiyə Respublikası, İran İslam 
Respublikası və Gürcüstan ilə dövlət sərhədinin buraxılış məntəqələrindən vətəndaşlığı olmayan şəxslərin 
sürətli keçidini təmin etmək məqsədi ilə xüsusi hərəkət zolaqlarının müəyyən edilməsi tövsiyə edilmişdir. 
Sərəncamın tələblərinə uyğun xüsusi hərəkət zolaqlarının yaradılması təmin olunmuş, sərhəd buraxılış 
məntəqələrində keçidin sürətləndirilməsi və yarana biləcək sıxlığın aradan qaldırılması məqsədi ilə 
əlaqələndirmə işləri təkmilləşdirilmişdir. 
Xatırladaq ki, ötən ilin sonlarından Bakı-Tbilisi-Qars dəmir yolunun istismara buraxılması hesabına 
Azərbaycana turist axınının artırılmasına əlavə imkanlar yaranacaq. Çünki qatarla səyahət macəradır və 
bundan əlavə, qatar transmilli marşrutları birləşdirən ideal nəqliyyat vasitəsidir. Azərbaycanın mühüm 
geostrateji mövqeyi bir çox yaxın və uzaq xarici ölkədə dəmir yolu turizminin canlandırılmasına yeni 
töhfələr verəcək.
Turizm müasir dövrdə ölkə iqtisadiyyatında və beynəlxalq aləmdə ölkənin tanıdılmasında mühim 
rol oynayır. Bu səbəbdən də azərbaycanda turizm sektorunun inkişafına daha çox diqqət ayrılması 
gərəkdir.

Yüklə 12,12 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   356




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin